GÜLLÜ ELDAR TOMARLI Bir az sazdan, bir az sözdən Bakı - 2017 Redaktor: İbrahim İlyaslı Güllü Eldar Tomarlı. Bir az sazdan, bir az sözdən. Sumqayıt, “Azəri” nəşriyyatı, 2017, 224 səhifə “Bir az sazdan, bir az sözdən” şairə Güllü Eldar Tomarlının sayca ikinci kitabıdır. Müəllifin publisistikasından ibarət olan bu kitaba onun əsasən məşhur aşıqların sənət və ömür yolundan bəhs edən məqalələri, eyni zamanda, müxtəlif səpkili publisist yazıları və hekayələri daxil edilmişdir. “ HALAL YÜKÜN KARVANIYAM...” Xalq şairi Bəxtiyar Vahabzadə mühazirələrinin birində deyirdi ki, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi səhnəmizə oyanış, təzəlik, pıçıltı gətirdi. “Region press” qəzetində “Xındı Məmmədi düşünürəm” adlı məqaləni oxuyanda xoş hisslər keçirdim. Həm sevindim, həm heyrətləndim. Sağlığında lent yazıları, ədəbi irsi tam qorunub saxlanmayan, geniş təbliğ olunmayan ustad sənətkar haqqında yanıqlı-yanıqlı, ağız dolusu danışan, mətbuata təzə ab-hava gəti...