Skip to main content

Bir az sazdan, bir az sözdən


GÜLLÜ ELDAR TOMARLI




Bir az sazdan, bir az sözdən



Bakı - 2017


Redaktor: İbrahim İlyaslı
Güllü Eldar Tomarlı.
Bir az sazdan, bir az sözdən.
Sumqayıt, “Azəri” nəşriyyatı, 2017, 224 səhifə


“Bir az sazdan, bir az sözdən” şairə Güllü Eldar
Tomarlının sayca ikinci kitabıdır. Müəllifin publisistikasından
ibarət olan bu kitaba onun əsasən məşhur
aşıqların sənət və ömür yolundan bəhs edən məqalələri,
eyni zamanda, müxtəlif səpkili publisist yazıları və
hekayələri daxil edilmişdir.


“ HALAL YÜKÜN KARVANIYAM...”
Xalq şairi Bəxtiyar Vahabzadə mühazirələrinin birində
deyirdi ki, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”
pyesi səhnəmizə oyanış, təzəlik, pıçıltı gətirdi.
“Region press” qəzetində “Xındı Məmmədi düşünürəm”
adlı məqaləni oxuyanda xoş hisslər keçirdim.
Həm sevindim, həm heyrətləndim. Sağlığında lent yazıları,
ədəbi irsi tam qorunub saxlanmayan, geniş təbliğ
olunmayan ustad sənətkar haqqında yanıqlı-yanıqlı, ağız
dolusu danışan, mətbuata təzə ab-hava gətirən xanım
kimdir? – deyə düşündüm.
“Saza bağlılıq qan yaddaşımdan süzülüb duyğularla
gəlir. İstər-istəməz insan onu özünə tabe edən duyğuların
yedəyində tamam başqa bir aləmə varır. İllah da
ki, Borçalı aşıqlarını dinləmək. Bu, əslində başqa bir
duyğu aşılayır insanların mənəvi aləmində”.
Bu sitat yuxarıda adını çəkdiyim məqalədəndir. Söz
təzə, deyim təzə, fikir təzə, ruh təzə. Mənə elə gəldi ki,
bütün həyatı sazla-sözlə yoğrulub Güllü xanımın. Bu,
ürəyindən, qəlbindən, saza bağlılığından, saza məhəbbətindən,
milli kökdən gələn saf duyğularıdır Güllü
xanımın.
Mənim mənəviyyatıma saf duyğularla daxil olan, ruhumu
təzələyən, fikir dünyamda “inqilab” yaradan Güllü
xanımın kimliyini öyrənmək istədim. Qəzetin redaktoru
Binnət Əlioğlu: Bilmirəm, tanımıram. Osman Əhmədoğlu
bilər, – dedi. Bu söhbətdən uzun müddət keçmişdi.
Osman Əhmədoğlu ilə görüşəndə sualımı ona ünvanladım.
Qeyri-müəyyən cavab verdi. “Elə bir adam var”–
dedi. Vəssalam. Əlbəttə, bunun məsələyə dəxli yox idi.
Əsas o idi ki, Güllü xanım saza məhəbbəti ilə, ona verdiyi
yüksək dəyəri ilə, sözün qədrini bilməyi ilə ürəyimi
təzələmişdi, qəlbimə hakim kəsilmişdi.
Diqqət yetirin: “Əslində, mən bütün yaşadığım bu
ömürdə ata-anama, yurduma bağlandığım qədər də saza
bağlanmışam. Ona görə də hər aşığın (halal aşığın) çaldığı
sazı ən incə güllərinə qədər anlamağa, duymağa,
dərk etməyə çalışmışam. Anladığım hər mətləbi öz fikir
mətləbimdən keçirməyə meyilli olmuşam”.
Güllü xanımın dediyi dəyərli fikirlər bütün Borçalı
aşıqlarına aiddir.
Güllü xanımın müxtəlif mətbuat səhifələrində Aşıq
Göycə, Aşıq Hüseyn Saraclı, Aşıq Məhəmməd Sadaxlı,
Aşıq Kamandar, Aşıq Nargilə, Aşıq Şahbaz, Aşıq Əfqan,
Aşıq Ramin haqqında bir-birindən gözəl publisist yazıları
dərc olunmuşdur. Bu yazıların hər biri özünəməxsusluğu
ilə yaddaşlara həkk olundu.
“Aşıq Göycə” məqaləsində oxuyuruq: “Borçalıda saz
sənətinin, aşıqlığın qiyməti uca olub həmişə. Və həm də
çox dəyərli insanlar bu diyarın aşıqlarının, saz və söz
adamlarının sanbalını haqq tərəzisi ilə düz ölçüb, düz
biçiblər”. Belə dəyərli insanlar sırasında Güllü xanım
professor Məhərrəm Qasımlının adını çəkir. Yazır ki,
həmişə Məhərrəm Qasımlının dəyərləndirmələri öz
halallığı ilə seçilib. Aşıq Göycəyə verdiyi qiymət daha
diqqət çəkəndir professor Məhərrəm Qasımlının. O,
aşıq Göycəni öz böyük ustadı – türkiyəli aşıq Veysəllə
əlaqələndirib və onun da, bunun da çox böyük sənətkar
olduğunu vurğulayıb”.
Dоğrudan da, professor Məhərrəm Qasımlı çox böyük
yüksək fikirdə olub Borçalı aşıqları barədə. Hər
dəfə onunla görüşəndə Borçalı aşıqlarından ağız dolusu
danışar, hər birini ayrı-ayrı xarakterizə edərdi. Hətta bir
dəfə dedi ki, mən Hüseyn Saraclının çalğısını 50 saz
ifasının içərisindən seçə bilərəm.
Sözgəlişi deyim ki, Məhərrəm Qasımlı ilə 5 il bir
qrupda oxumuşuq. 3 il yataqxanada bir otaqda qalmışıq.
Güllü xanımın Məhərrəm Qasımlını yada salmağı, ona
dəyər verməyi məni sevindirdi. Ona təşəkkür edirəm.
Bu il dünyaya gəlişinin 100 illiyini qeyd etdiyimiz
aşıq Hüseyn Saraclı haqqında söz açır Güllü xanım.
Dastan danışmaq qabiliyyətinə toxunur. Yazır ki,
atam Eldar Kəmərli Hüseyn Saraclının dastan danışmaq
qabiliyətini hər ustaddan şirin və dəyərli hesab edirdi.
Güllü xanım aşıq Hüseyn Saraclının hazırcavablığını,
özünəməxsus danışmaq tərzini Səadət Butanın dilindən
bizə ərmağan edir və ustada münasibətini belə ifadə
edir:
Güllü deyər hikmət gördüm,
Bir tükənməz sərvət gördüm.
Haqqdan gələn qüdrət gördüm
Saraclının sazında mən.
Aşıq Məhəmməd Sadaxlı böyük ustad sənətkardır.
Yaradıcı sənətkardır. Yadımdadır, keçən əsrin 70-80-ci
illərində “Elm və həyat” jurnalının səhifələrində aşığın
dastan yaradıcılığından müntəzəm söhbət açılır, yüksək
qiymətləndirilirdi. O da yadımdadır ki, “Sazım-sözüm”
seçmə aşıq şeirlər toplusunda (səhv etmirimsə 1971-ci
ildə çap olunub) Borçalıdan aşıq Məhəmmədin bir
gəraylısı çap olunmuşdur. Onu da deyək ki, ustadın yaradıcılığı
– nə dastan, nə poeziya, nə də aşıq sənətkarlığında
tutduğu yer hələ öyrənilməyib. Güllü xanım sağ
olsun ki, ipucu verir. Aşığın son vaxtlarında müsahibə
götürüb təzə faktlar, yeni məlumatlarla qəzet səhifələrində
çap etdirmişdir.
Güllü xanımın publisist yazıları tək aşıqlarla bitmir.
Onun Dünyamalı Kərəm, Səadət Buta haqqında iri
həcmli yazıları, xalq şairi Nəriman Həsənzadə ilə geniş
müsahibəsi var.
Hələ məktəbdə oxuyarkən qəzet səhifələrindən şeirlərini
əzbərlədiyi Dünyamalı Kərəm haqqında fəxrlə
danışır Güllü xanım. 95 yaşında onu ziyarət etməyimdən
söhbət açır: “Böyük şairdir Dünyamalı Kərəm”–
deyir. Ədəbi mühitdə öz yeri var. Uzun müddət mətbuatda
çalışıb, müəllim işləyib. Neçə-neçə kitabı var.
Bu yaşda onu ziyarət etdiyinə görə, unutmadığına, unudulmadığına
görə qürur duyur Güllü xanım.
Bu yazı işıq üzü görən kimi ədəbiyyat müəllimim İsa
Aslanov soruşdu ki, Güllü Tomarova kimdir? Cibimdən
təzəcə çapdan çıxmış “Beləcə qal, nolar, könlüm!”
kitabını göstərdim. Dedim ki, özü kimi yazıları da gözəl
olan Güllü xanım budur. Diqqətlə baxdı. “Hə,- dedi.
“Aşıq Pəri Məclisi”ndə çıxış edən xanımdır. Mənim
təşəkkürümü Güllü xanıma çatdırarsan” dedi İsa müəllim.
“İnsan tərbiyəsinə ömür xərcləmişdi” cümləsinə
görə. Mən müəllimimin ismarıcını müəllifə çatdırdım.
Səadət Butadan yazmamaq olmaz. Güllü xanım onun
haqqında iri həcmli məqalə yazıb, hərtərəfli işıqlandırıb,
daxili aləmini üzə çıxardıb. Səadət saz-söz dəlisidir.
Mən deyərdim ki, oyun havalarının dəlisidir. Xüsusilə,
qara zurnada çalınan havaların. Mən özüm bunun dönədönə
şahidi olmuşam. Sinəsi sözlə doludur Səadət Butanın.
El deyimləri, rəvayətlər, əfasanələr yaddaşına həkk
olunub. Güllü Eldarın yazdıqlarına görə, çox adamlar
bəhrələnib Səadət Butanın söz boxçasından, indi də
bəhrələnirlər. Səadət Buta həm də gözəl şairdir, ürək
şairidir, qəlb şairidir.
Güllü xanım yazır ki, “Aşıq Pəri” məclisinin ilk qədəmləri
də Borçalıda ayaq açıb. Rəhmətlik Narınc
Xatunın səfərlərinin birində Səadət xanımın köməkliyi
ilə əsası qoyulub. Bunlar hamısı doğrudur. Ancaq ədalət
naminə artıq yaşlaşmış qadın şairimiz Mayqa Mətinin
də adını çəkmək lazımdır. Marneuli şəhərində bir
neçə gün qalan Narınc Xatun Mayqa Mətinlə tanış olmuşdur.
Mayqa Mətin “Aşıq Pəri” məclisinə şeir
yazmışdır. Narınc Xatun deyirdi ki, bu şeir “Aşıq Pəri”
məclisinin himnidir. Hətta məclis bu şeirlə açılırdı.
Həmin şeirdən bir bəndi çatdırıram diqqətinizə:
Neftçaladan Xatun gəlsin,
Onu əziz tutun gəlsin.
Borçalıdan Mətin gəlsin
“Aşıq Pəri” məclisinə.
Doğrudan da şair anamız Mayqa Mətinin yazmış olduğu
həmin şeir dillər əzbəri olmuş və böyük şöhrət
qazanmışdır. Çox sevindirici haldır ki, bu gün də “Aşıq
Pəri inciləri” məclisi Güllü xanımın o kökdən qidalanan
bir şeiri ilə təqdim olunur:

AŞIQ PƏRİ İNCİLƏRİ
Zamanları aşıb gəlib,
Sevgiyə sarmaşıb gəlib,
Çaylar kimi daşıb gəlib
Aşıq Pəri inciləri.
Uğurlu bir yoldu yolu,
Sazdı sağı, sözdü solu,
Arzuları ümid dolu
Aşıq Pəri inciləri.
Muraz kimi göz açıbdı,
Könüllərdə iz açıbdı,
Diləklərdə söz açıbdı,
Aşıq Pəri inciləri.
Salamlayır anaları,
Çin-çin olsun duaları,
Eşqi çiçək sonaları,
Aşıq Pəri inciləri.
Ulduz – ulduz sayrışandı,
Narınc Xatundan nişandı,
Güllüyə xoş ərmağandı,
Aşıq Pəri inciləri.
“Qələm ağlar, mən ağlaram, Sinəmdə mövzular qalsa”
müsahibəsi ruhuma təzəlik, qəlbimə sərinlik, dilimə
şirinlik gətirdi Güllü xanımın. Elə bildim ki, nurani çöhrəli,
xoş təbəssümlü, şirin danışıqlı, 85 yaşlı şairlə üzüzə
otururam. Çox şey öyrəndim o şairdən. Çox şey öyrətdi
mənə o sevimli şair. Seyid Nigarini tanıtdı mənə.
Hacı Mahmud Əfəndidən danışdı. Dedi ki, onun topladığı
və ən sədaqətli müridi olan Cındır Osmanla
göndərdiyi qızılların hesabına başa gəlib “Seyid Nigari
Türbəsi.” O abidənin müəllifi deyərdim Cındır Osmandır.
Xoş hisslər keçirdim. Fəxr duydum. Sevgim, məhəbbətim
daha da artdı eloğlum, babam Cındır Osmana,
nəvəsi Osman Əhmədoğlu mənə daha da doğmalaşdı,
isinişdi, əziz oldu. Bəli! Çox şey öyrəndim bu yazıdan.
Çox sağ olun, Güllü xanım! Təşəkkür edirəm, şair!
Düşünürdüm ki, saza-sözə hörmət, məhəbbət, doğmalıq,
milli kökə bağlılıq, sevgi, ilham Güllü xanıma
hardan gəlib? Əlbəttə, Borçalı torpağının, suyunun, saf,
təmiz havasının böyük təsiri var. Amma mən istədiyimi
“Beləcə qal, nolar, könlüm!” kitabında tapdım:
Yönüm qiblə - qibləm Kəbə,
Sidqim əzəl Allah mənim.
Qədəmlərim haqq yolunda,
Getdiyim o dərgah mənim,
Sidqim əzəl Allah mənim.
Mənim fikrimcə, Ulu Tanrıya, Allaha tapınmayan,
üz çevirməyən, haqqa, ədalətə inanmayan, istedadı olsa
belə, yüksək səviyyəli sənətkar ola bilməz. Çünki, istedadı
verən Allahdır.
Güllü xanım özü çox gözəl deyir:
Güllü! Haqqı sal yadına,
Haqq çatacaq imdadına.
Kökdən gələn söz atına,
Süvar etdi Qazax məni.
Güllü xanım gücü, qüdrəti, ilhamı, şirinliyi Ulu Tanrıdan
alıbdır. Ulu Tanrı necə deyibsə, o da fikir süzgəcindən
keçirib, şirin dil ilə bizə ərməğan edib. Mən
buna tam inanıram.
Mən Güllü xanımın tanış olduğum publisist yazıları
barədə söhbət açdım. Böyük alim D. Mendeleyev yazırdı:
“Mən istərdim həyatda izlərim silinməz olsun. Əlbəttə,
bir əsrlik yox, daha çox...”
Güllü xanımın bu publisistik yazılarının qəlbimdə
buraxdığı izlər uzun müddət silinməyəcək, əbədi yaşayacaqdır.
Xüsusilə, “Qələm ağlar mən ağlaram, sinəmdə
mövzular qalsa” və saz-söz haqqında sərbəst düşüncələri,
fikirləri. Fikrimi onun bir şeiri ilə bitirirəm:
Halal yükün karvanıyam,
Bir mənzilin sarvanıyam,
Həqiqətin qurbanıyam,
Diləklərim agah mənim,
Sidqim əzəl Allah mənim!
Sənə uğurlar olsun, Güllü xanım!
Zahid Nəsibov
BDU-nun 1980-ci il məzunu, filoloq
9 aprel. 2016-cı il. Borçalı

BORÇALIDA BİTƏN İNCƏ ÇİÇƏYİ
Həyatın elə maraqlı anları, məqamları var ki, onun
tale işimi, ömür yolumu olduğunu Uca Yaradandan
başqa kimsə bilməz. Bəzən bir dağın, bir qayanın əlçatmaz
yerində Allah ümidinə bitən tənha ağaca heyrətlə
baxmışam. Qaynar günəşdə, şaxta-sazaqda, insan qayğısından
uzaqda üzü günəşə, Yaradanına boylanan bu
tənha ağaclar xəyalımı uzaqlara aparır, düşüncələr içində
cavab axtarıram...
Heyrət doğuran əsərlər də belədir. O da Allah vergisidir.
Kəlmə-kəlmə varlığına hopur, səni öz dünyasına
qovuşdurur, öz izi, cığırı ilə aparır. Bu bədii yolların
cığırında, izində qarşı gəldiyim günəş üzlü, əlində
qələmi və söz çələngi olan bir xanımla qarşılaşmışam.
Bu qələm adamı İncə dərəmizin incə çiçəyi Güllü xanım
Tomarlıdı. Güllü əslən İncə dərəsindən olsa da, Borçalı
mahalında boya-başa çatıb. Əlinə qələm götürüb. Sözün
sehri onu çox insanlarla görüşdürüb. Bu görüşlər
saysız-hesabsızdır. Onun qələmi ədəbi aləmdə rəngarəng
söz çələngi yaradıb. Güllü xanım indi bu buketi
oxucularına təqdim etmək istəyir. Onu uğurlar diləyirəm.
Güllü xanımın söz açdığı insanlar, əsərlərinə müraciət
etdiyi qələm adamları ədəbi mühidtə, ölkəmizdə və
ondan kənarda tanınan, çap olunan yazarlardır, incəsənət
adamlarıdır. Onun yaddaqalan görüşləri, təəssüratları
bu kitabda öz əksini tapıb. Güllü xanım bəzən
görüşdüyü adamların, yazdığı yazıların təəssüratından
özü belə danışır: "Paşa babam nələr danışdı, nələr
dinlədim. İşə bax, yaza-yaza ağlayıram, əziz oxucum.
Mən müsahibə aldığım adamın hüznündən bu qədər
ağrı yaşayacağım ağlıma gəlmir, ancaq ilk dəfə şəhid
əzizim Fariz Babanlıdan yazanda hönkürmüşdüm. Paşa
baba kimi kişilər çox azdı Azərbaycanda. O, həm Cahan
müharibəsində qalib gələn əsgərlərdən olub, həm də
həyatla ölüm arasında qalan ən çarəsiz zamanlarda belə
ölümün amansız pəncəsindən sağ-salamat qurtarıb və
ömrün 90-cı zirvəsinə dözüm və iradə bayrağı asmağı
bacarıb."
Bəli, Güllü kifayət qədər ədəbi yönümdə sözünü
deyə bilib. Gözəl şairəmiz müraciət etdiyi əsərlərdən
bir-birindən maraqlı təhlillər verir, qiyabi olsa da oxucusunu
bir-birindən dəyərli sənət sahibləri ilə, onların
yaradıcılıq dünyası ilə görüşdürür. Güllülün güllərdən
ətirlənmiş güllü dünyasında uzun bir ədəbi siyahı var.
Xoş halına bu siyahıya düşənlərin. Güllü xanım araşdırmaları,
ardıcıl axtarışları ilə artıq aşıq ədəbiyyatımızın
layiqli tədqiqatçılarından birinə çevrilib. O, eyni zamanda
mətbu orqanlarla sıx əməkdaşlıq edir. Elə bu
toplu da onun qəzet və jurnallarda çap olunmuş yazılarının
bir hissəsidir. Güllü İncə çayı kimi aşıb-daşır,
ilhamı coşqun şairəmiz Qazax mahalının – söz sənət
yurdunun ruhunu canında, qanında gəzdirir. Bəzən
deyir ki, hər kəs məni Borçalı bilir və onu da əlavə edir:
Mən kökü İncədə, budaqları Borçalıda olan Vətən
qızıyam!
Mən isə deyirəm:
Bu Güllünün ətridi,
İncədən gətiribdi.
Ruhundakı gülləri,
İncə çay bitiribdi.
Xanım bulaqdan içib,
Hər sözü, hər kəlməsi.
Üzü Günəş şəfəqli,
Könül oxşar gülməsi.
Gədeyli tək duzludu,
Daş bulaq tək buzludu.
Sözünün kəsəri var,
Qılınckəndin qızıdı.
Dingədaşdan boylanıb,
Elinə, obasına.
Xoşbəxtlik diləyirəm,
Güllünün yuvasına.
Fəridə də çox sevir,
Bu allı, güllü qızı.
Gözləri işıq selli,
Qızılı telli qızı!
Vətən qızı var ol, Vaqifin, Vidadinin, böyük Səməd
Vurğunun ruhu səni qorusun!
Fəridə Ləman
Filologiya üzrə fəlsəfə doktoru,
Prezident mükafatçısı

XINDI MƏMMƏDİ DÜŞÜNÜRƏM
Mən Xındı Məmmədi görməmişəm. Bir ustad kimi
onun haqqında eşitdiklərimsə bitməz-tükənməzdir. Onun
çaldığı sazı, oxuduğu sözü, havalarını, havacatlarını
dinləməkdən hər zaman zövq almışam.
Əslində, mən yaşadığım bu ömürdə ata-anama, yurduma
bağlandığım qədər də saza bağlanmışam. Ona
görə də hər aşığın (halal aşığın) çaldığı sazı ən incə güllərinə
qədər anlamağa, duymağa, dərk etməyə çalışmışam.
Anladığım hər mətləbi öz fikir mətləbimdən keçirməyə
meylli olmuşam.
Əslim-köküm İncədən (İncə dərəsinin Kəmərli kəndi)
olsa da Borçalıda (Rustavidə) böyümüşəm. Təhsilimi də
bu diyarda almışam. Düzdür, bizlərə orta məktəbdə saz
dərsi və ya aşıqlar haqqında məktəb bilgiləri verilməyib.
Saza bağlılıq qan yaddaşından süzülüb gələn duyğularla
gəlir. İstər-istəməz, insan onu özünə tabe edən
duyğuların yedəyində tamam başqa bir aləmə varır. İlah
da ki, Borçalı aşıqlarını dinləmək. Bu, əslində başqa bir
duyğu aşılayır insanların mənəvi aləminə. Bilmirəm,
bəlkə, bu mənə belə gəlir. Əslində, bu kökə köklənən,
bu ruhla yüklənən və bu mənəvi tərbiyədən qidalanan
biri, ya digəri üçün bu o qədər də təəccüblü gəlməz.
Borçalıda sazın nə qədər dəyərli, nə qədər qürurlu,
nə qədər doğma və əziz olduğunu hər kəs bilir. Saz
götürüb elin-obanın ən əzizlərindən və hər zaman gəlişi
toy-bayram olan, əziz günlərin, toy-düyünün əvəzedilməzi
olan aşıqların da el yanında nə qədər dəyərli olduğu
bütün zamanlarda diqqət mərkəzində olmuşdur. Heç
təsadüfi deyil ki, hər yerdə aşıqlara “el ağsaqqalı”,
“urfan sahibi”, “sinədəftər”, “məclislər yaraşığı” və sair
bənzətmələr deyilib.
Adı ilə, sənəti ilə qürur düyduğum (hər kəsin qürur
duyduğu) və həmişə öyündüyüm ustadlardan Xındı
Məmmədin, Aşıq Əmrahın, Aşıq Hüseyn Saraçlının,
Aşıq Avdı Qaymaqlının dəyərlərimizin ən gözəl yaşadıcılarından
olduğunu fəxrlə söyləyə bilərəm. Əlbəttə,
bəyəndiyim böyük ustadlarla bağlı daha çox söz deyə
bilərəm. Amma bunlar qalsın sonraya.
Bu yazıda Xındı Məmməddən söz açmağı özümə
borc bildim. Xındı Məmməd – XX əsrin bu böyük
ustadı doğrudan-doğruya, çox böyük bir örnək kimi
göstərilməli, haqqında dönə-dönə danışılmalıdır. Təkcə,
keçən əsrin otuzuncu illərində onun “otuzluq lampanı
bir zənguləsi ilə söndürə bilməsi” haqda söylənənlər
buna sübutdur. “Borçalı bülbülü” adını alan bu ustad
aşıqlıq aləmində ayrıca bir mərhələdir demiş olsaq, çox
doğru olar. Mən onun lent yazılarını, Tiflis radiosunda
hərdənbir səsləndirilən möcüzə nəfəsli havalarını çox
dinləmişəm. Buna görə Tiflis radiosunun Azərbaycan
dilində verilişlər redaksiyasının bütün keçmiş əməkdaşlarına
dönə-dönə təşəkkür etmişəm. Onun səsində, nəfəsində
bir vergili olduğunu çoxları kimi, mən də hiss
etmiş və duyğulanmışam həmişə. Çox sevindirici bir
haldır ki, dönə-dönə dinlədiyim bu ustadın möhtəşəm
zənguləsindən çoxları kimi mən də doymamışam. İndən
sonra da bu gedişlə doymayacağam, inşallah!
Xındı Məmmədin “Məmmədbağrı”sı, “Yanıq Kərəmi”
si, “Koroğlu dübeyti”si, “Mansırı”sı, “Urfanı”sı
əvəzsiz bir xəzinədir ki, bir daha heç zaman təkrar
oxunmayacaq. Çox təəssüflər olsun ki, onun səs xəzinəsi,
söz xəzinəsi, saz xəzinəsi yetərincə qorunub saxlanmayıb.
Amma şəxsiyyəti, ağır oturub batman gəlməsi,
sanbalı, xoş və səmimi məclis davranışları onu tanıyan,
məclisində olan nəslin hafizəsində hələ də gözəl duyğularla
xatırlanır. Haqqında danışılan, yarı uydurulan söhbətlər
də ona olan insani münasibətləri birə min artırır.
Xındı Məmməd bir ocağın, bir nəslin, çox-çox nəsillərə
nümunə ola biləcək məziyyətləri ilə də yaddan çıxmaz.
O ustad saz aləminə, öz soykökünə neçə-neçə
sənətkar bəxş edib. Aşıq Rza dövrünün sayılan aşıqlarından
idi. Böyük oğlu, fizika-riyaziyyat elmləri doktoru
Lətif Vəliyev sazın ən böyük bilicilərindən olub.
O, gözəl saz çalıb və sazın fəlsəfəsini ən doğru açanlardan
biri olub.
Xındı Məmmədin Gülabı adında çox böyük bir saz
ustadı olan oğlunu kim tanımır?! Gülabı saz aləminə
çox böyük yeniliklər gətirmiş, sənət bilicilərinin “halal
olsun”unu qazanmışdır. Sazın ilk səsini öz beşiyi başında
atası aşıq Xındı Məmməddən ana südü kimi əmən
Gülabı get-gedə öz bacarığı və istedadı sayəsində möcüzələr
yaratdı. Bütün ömrünü saza həsr edən Gülabı
tək Borçalıda yox, həm Güneyli-Quzeyli Azərbaycanda,
həm Türkiyədə əvəzsiz bir ustad olduğunu təsdiqlədi. Öz
on bir telli sazı ilə çoxlarının çala bilmədiyi havaların
dadını – tamını və bütün iç cövhərini üzə çıxarmağa
nail oldu. Onun çaldığı saza aşıq Əmrah, aşıq Kamandar,
Hüseyn Saraçlı, Ədalət “əhsən” dedi. Onun çaldığı
saz xalq şairi Zəlimxan Yaqubu heytərləndirdi. Böyük
saz bilicisi və alimi Elxan Məmmədlini heyrətləndirdi.
Gülabı sazından bəstəkarlar bəhrələndi. Türkiyənin böyük
ozanı, dövlət sənətçisi Maksut Feryadi Gülabı ilə
çox görüşdü və hətta eşitdiyimə görə, öz övladını
İstanbuldan Bakıya – Gülabının yanına saz dərsi almağa
gətirib və istəyinə nail olub.
Toylar-düyünlər yaraşığı Gülabı Xındı Məmmədoğlu
Borçalı ellərində hər məclisin arzuladığı sənətkar idi.
Onun barmaqlarının sehri ilə sazın daha dərin qatlarındakı
sirlər az çözülmədi. O bir saz ustadı olmaqla yanaşı,
saz müəllimi kimi də çox dəyərli işlər gördü. Neçə-neçə
gəncin qolundan tutdu və sazın “əlif-be”yini öyrətdi. O,
bununla həm də gənclərimizə yurd və dədə-baba sevgisini
aşıladı. İndi onun neçə-neçə yetirməsi var ki, bu
gündən sabaha saz sevgisi aşılayır.
Gülabı xalq mahnılarının, muğamların kökünü, mayasını
bilən idi. Mayası sazdan gələn neçə-neçə xalq
mahnısını müqayisəli təhlil edərdi. Çox heyif ki, ustad
Gülabının bu yöndə olan bilgiləri hələ tədqiq olunmayıb.
Onun hər söhbəti bir saz dərsi idi. Əşrəf Xındı Məmmədoğlu
ustadın son yadigarı idi. Hələ Xındı Məmməd
özü bir yana, qarşıda Gülabı varı idi. Onun sənətkarlığı,
ustadlığı, zəhmi önündə duruş gətirmək, meydana çıxmaq,
“saz götürmək” hər adamın hünəri deyildi. Bütün
bunları göz önünə aldı Əşrəf. Nəslin (həm də saz çalıb,
söz qoşmağı bacaranlar nəslinin) övladı olduğunu təsdiqlədi.
Ustad oğlunun və ustad qardaşının şəyird olmadığını
çox gözəl təsdiqlədi. Sazın və sözün imtahanından
üzü ağ çıxdı Əşrəf. Toylar yola saldı, məclislər keçirdi.
Onun saz aləmində atdığı addım bir gözəl səhifə
də artırdı ata ocağının sənət kitabına.
Xındı Məmməd ustad aşıq olmaqla yanaşı, çox dəyərli
aşıq şeirləri qələmə almış və uğurlar qazanmışdır.
Onun dillər əzbəri olan “meydanda mərdi-mərdanə”
şeiri bütün aşıqların oxuduğu və insanların sevə-sevə
dinlədiyi şeirdir. Böyük oğlu olan alim Lətif də çox
gözəl aşıq üslübunda şeirlər yazmışdır, Gülabının da
yaddaqalan şeirləri az deyil. Aşıq Əşrəf şeir yaradıcılığında
daha püxtələşmiş şeirləri ilə yanaşı neçə-neçə iri
həcmli poemalar yazmışdır. Atalar demiş: Əslində olan
dırnağında bildirər; yenə atalar sözündə deyilir: alma
budağından gen düşməz.
Bura tədqiqatçı və alim eloğlumuz hörmətli Elxan
Məmmədliyə çox böyük təşəkkür düşür ki, o Xındı
Məmmədi və onun övladlarının şeirlərini toplamış və
nəşr etdirmişdir. Sağ olsun. İndən sonra axtarana, toplayana
çox-çox tapıntılar var hələ. Xındı Məmmədin
özündən sonra qoyub getdiyi söz xəzinəsi, aşıqlıq,
ustadlıq yadigarı, saz havalarının yatımına söz seçmə
ustalığı hələ öz tədqiqatını gözləyir.
Biz inanırıq ki, qədirbilən insanlar (ilk öncə borçalılar)
nə Xındı Məmmədi, nə də onun övladlarını unutmayacaq.
Zamanı gəldikcə onların xatirə, anım günlərini,
yubileylərini layiqincə qiymətləndirəcək, gələcək nəsillərə,
dünənimizin və bu günümüzün xəzinəsini olduğu
kimi təqdim edəcəklər.
Həm də təqdimat Xındı Məmmədin öz dili ilə desək
“meydanda mərdi-mərdanə” olacaq.
USTAD XINDI MƏMMƏDƏ
Qorquddan bizlərə bir nişanıydı,
Saz ona, o saza yaraşanıydı.
Esqi-məhəbbəti kəhkəşanıydı,
Xalıydı,"xal"ları Xındı Məmmədin.
Taledən bir haqqı-say almışdı o,
Sevgini Tanrıdan pay almışsdı o,
Sənət göylərində ay olmuşdu o,
Ləliydi dilləri Xındı Məmmədin.
Çaldı, ana sazı çaldı ahəstə,
"Əsli qıya baxdı" "kərəmi" üstə.
Xəstə şəfa tapdı o ülvi səsdə,
Ziliydi zilləri Xındı Məmmədin.
Ustadıydı, gül açmışdı yığvalı,
Qoşması xoş, təcnisləri cığalı.
Gülabıydı barmağının sığalı,
Gülüydü "gülləri" Xındı Məmmədin.
Bir ömür oxudu, bir ömür çaldı,
Bir nağıl kimiydi, dillərdə qaldı.
Hər sim tərpənəndə bir muraz aldı
Sazının telləri Xındı Məmmədin.
O bir ulu dastan, o bir xoş avaz,
Hər gələn, meydanda mərdanə olmaz.
Onun cığırıyla gedən yorulmaz,
Nuruydu yolları Xındı Məmmədin.
Ellər obalardı dilinin andı,
Ellə nəfəs aldı, ellə dolandı.
El onu "Borçalı bülbülü" sandı, –
Var olsun elləri Xındı Məmmədin.

USTAD HÜSEYN SARACLI
Borçalının ustad aşıqlarına olan sevgi mənə öz doğma
atamdan keçib. Hər biri ayrıca bir dastan olan bu ustadların
bir-birindən gözəl həyat hekayələri də mənə onların
özləri qədər doğmadı.
Xındı Məmmədin, Aşıq Sadığın, Aşıq Əmrahın,
Aşıq Kamandarın bitib-tükənməyən dəyərləri gələcək
nəsillərə ən böyük örnək, ərməğandır.
Hüseyn Saraclıdan daha çox söhbətlər eşitmişəm.
Onun hazırcavablığı, özünəməxsus danışıq tərzi, sazının
ayrıca havacatları insanların qəlbində yaşayır. Atam
Eldar Kəmərli Hüseyn Saraclının dastan danışmaq
qabiliyyətini hər ustaddan fərqli və şirin hesab edərdi.
Bu doğrudan da belədir. Hələ sağlığında adı dillərdə
dastan olan aşıq Hüseynin sorağı Borçalıdan Azərbaycana,
İrana, Türkiyəyə yayılmış və milyonlarla insanın
qəlbində yurd salmışdır. Elə bunu demək kifayətdir ki,
öz elində və evində əvəzsiz xəzinə olan heykəli – büstü
yaradılmışdır.
Xatirəsi qədirbilən insanlar, o cümlədən Gürcüstan
Aşıqlar Birliyi tərəfindən həmişə əziz tutulan bu ustadın
hər il xatirə günü keçirilir. O, Gürcüstanın Əməkdar
Mədəniyyət işçisi fəxri adına layiq görülən yeganə aşıq
olub.
Hüseyn Saraclının ölümündən – yəni 1987-ci ildən
bu günə qədər hər il anım günü keçirilir. Elə buna görə
də Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğluna
böyük təşəkkür düşür. Əlbəttə o öz vəzifəsini
yerinə yetirir.
Mən çox şad oldum ki, bu böyük ustadın 99-cu ildönümündə
iştirak etdim.
İnşallah, gələn il Hüseyn Saraclının 100-cü yubiley
ilində iştirak etməyi Allahdan arzu edirəm.
Bu gün Borçalıda böyük ustad Hüseyn Saraçlının
ənənəvi 28-ci anım günü keçirildi. Dunyaya gəlişinin
99-cu il dönümünə təsadüf edən bu günkü anım günü
öz möhtəşəmliyi ilə yaddaşlara həkk olundu. Gürcüstan
Aşıqlar Birliyinin təşəbbüsü və iştraki ilə keçirilən bu
möhtəşəm görüş ustadın doğulduğu və yaşadığı doğma
Saraclı kəndində keçirilmişdir.
Elm və sənət aləminə böyük şəxsiyyətlər bəxş etmiş
Saraclı kəndi Borçalının ağır ellərindəndir. Tədbir ustadın
qəbir ziyarətindən başlandı. Orda Hüseyn Saraclının
ruhuna dualar oxunduqdan sonra tədbir kəndin mərkəzində
ustadın abidəsi önündə başladı. Tədbiri giriş sözü
ilə Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu
açaraq bu böyük ustadın sənət aləmindəki yaradıcılığından
və uğurundan danışdı. Sonra “Gürcüstan”
qəzetinin redaktoru İslam Əliyev, professor Mahmud
Kamaloğlu, ustadın şagirdi Kövrək Murad, Gürcüstan
televiziyasının əməkdaşı Mirzə Məmmədoğlu, APAnın
Gürcüstan təmsilçisi Nizami Məmmədzadə, şair
Nizami Saraclı, ziyalılardan Zahid Nəsibov, Saraclı
sakini Osman Osmanov çıxış edərək böyük ustad ozanın
sənət uğurlarından söhbət açdılar. Osman Əhmədoğlunun
təklifi ilə aşıq Hüseyn Saraclının dünyaya gəlişinin
100-illiyinin keçiriləcəyi ilə bağlı təşkilat komitəsi
yaradılmışdır. Xalq şairi AAB sədri Zəlimxan Yaqub
yubileyi keçirəcək təşkilata fəxri sədr seçilmişdir. Və
bir də ustadın haqqında bir il ərzində xatirə kitabının
çap olunacağı qərara alınmışdır.
Tədbirdə aşıqlardan Aşıq Qərib, Aşıq Məsim Sadaxlı,
Aşıq Ziyəddin, Aşıq Elşad, Aşıq Mirzə, Aşıq Əfqan,
Aşıq Nargilə, Aşıq Ayaz Bulud öz gözəl çıxışları ilə
ustadın ruhuna dualar oxudular. Sonda aşıq Hüseyn
Saraclının lent yazılarını dinlədilər.
Filolologiya üzrə fəlsəfə doktoru, professor Mahmud
Hacıxəlilov bildirdi ki, aşıq Hüseyn Saraclının gələn il
keçiriləcək yubileyi öncə Marneulidə, Rustavidə, Tiflisdə
və yekun yubiley Bakıda qeyd olunacaq.
İnşallah, gələn il Hüseyn Saraclının 100-cü yubiley
ilində iştirak etməyi Allahdan arzu edirəm.

MƏN
Aşıq Hüseyn Saraclıya
Saraclıya qədəm qoydum,
Borçalının yazında mən.
Cana dərman ətir duydum,
Dərəsində, düzündə mən.
Baxışlardan cicək dərdim,
Təbəssümlə salam verdim,
Abır, həya, ismət gördüm,
Nənələrin üzündə mən.
Haqqa-saya könül verdim,
Hallalıqdan bəhrə dərdim,
Necə gözəl bir təam gördüm,
Çörəyində-duzunda mən.
Adamlar aydan arıydı,
Üzləri Haqqa sarıydı,
Duyduğum düz ilqarıydı,
İnsanların sözündə mən.
Güllü deyər: hikmət gördüm,
Bir tükənməz sərvət gördüm.
Haqqdan gələn qüdrət gördüm,
Doqquz telli sazında mən.

AŞIQ HÜSEYN SARACLI - 100
Məlum olduğu kimi, bu il böyük ustad, əvəzsiz sənətkar,
Gürcüstan ölkəsinin yeganə “Əməkdar Mədəniyyət
İşçisi” adını almış aşıq – Hüseyn Saraclının anadan
olmasının 100-illiyi bu il tamam olur. Bununla əlaqədar
doğma Gürcüstanda onun böyük yubileyinə ciddi hazırlıqlar
görülür. Məhz bu hazırlıqlardan biri də aprelin
16-da baş tutdu. Gürcüstan Aşıqlar Birliyinin 1987-ci
ildən (ustadın dünyadan köçdüyü ildən) başlatdığı və
bu günə qədər yaşatdığı ənənəvi anım günlərindən
29-cusu baş tutdu. Həmin gün ustadın doğulduğu və
yaşadığı Saraclı eli bayram havasındaydı. Ustadın heykəli
önündə toplaşan izdiham onun aşıqlıq aləmindəki
qiymətindən danışırdılar. Saat 12-də Gürcüstan Aşıqlar
Birliyinin sədri, şair Osman Əhmədoğlu toplaşan yüzlərlə
saz-söz vurğununu və Hüseyn Saraclı pərəştişkarlarını
salamladı, anım gününü açıq elan etdi və tədbir
başladı. Bu möhtəşəm tədbirdə Gürcüstan və Azərbaycan
xalqlarının dostluğu və qardaşlığı da öz haqqını
qazanmaqda idi. Tədbirdə Bolnisi rayon rəhbərliyinin
iştirakı diqqətə layiq idi. Rayonun icra başçısı (prefekti)
Qoqita Meşveliani öz çıxışında aşıq Hüseyn Saraclının
bu sənətdə qazandığı uğurlardan və sənətkarlığından
danışdı. May ayının 25-də keçiriləcək böyük yubileyə
hazır olduqlarını bildirdi. Həmin gün Bolnisidə baş
tutacaq saz bayramını gözlədikləini və ustadın evinin
də muzey halına gətiriləcəyi vurğulandı. Onu da qeyd
etmək yerinə düşər ki, Gürcüstanda fəaliyyət göstərən
qardaş Türkiyənin TİKA – təşkilatı ustadın abidəsi
ətrafında da bərpa işləri aparmağı öhdəsinə götürüb. Bu iş
də Gürcüstan Aşıqlar Birliyinin istəyi ilə həyata keçirilir.
Anım günündə professor Mahmud Kamaloğlu aşıq
Hüseynin həyatından və aşıq sənətindəki dəyərindən
danışdı. O, eyni zamanda ustadın 100-illiyinə hədiyyə
olan və yenicə işıq üzü görən iki kitabından danışdı,
“Saz amanatı”, “Hüseyn Saraclı” kitabları haqda görüş
iştirakçılarına geniş məlumat verdi. Dağlar qızı olan
çox dəyərli şairəmiz Səadət Buta ustad aşıqla olan çox
gözəl münasibətlərindən danışdı. Ona həsr etdiyi şeirini
söylədi. Saraclının ağsaqqal müəllimi, dəyərli ziyalı
Osman Osmanov, şair çoban Rəşid, ustadın şagirdlərindən
Murad Kövrək, Sabir Saraclı, Bakıdan gələn
ziyarətçilərdən Güləmail Murad (o, eyni zamanda
Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdaşı – nümayəndəsidir),
şair Səadət Novruzqızı, şair, publisist
Güllü Eldar, Saraclı icra nümayəndəsi Rəsmiyyə
Hüseynova öz duyğulu çıxışları ilə yaddaşlara yazıldı.
Tərcüməçi – araşdırmaçı, şair-jurnalist Mirzə Məmmədoğlu
Məhərrəm Qasımlının Hüseyn Saraclıya həsr etdiyi
şeiri gürcü dilində oxudu. Həmin şeirin tərcüməsi
Avto Çxaidzeyə məxsusdu. Aşıq Qərib, aşıq Əli Saraclı
və gənc aşıq Əfqan Kamandar oğlu öz xoş avazlarıyla
məclisin ruhunu oyatdılar. Bolnisi rayon üzrə yerli
deputat Rəsul Bəxtiyarov və deputat Leyla xanım
Əliyeva, keçmiş parlament üzvləri Ramiz Bəkirov və
Hidayət Hüseynli anım günündə çıxış və iştirak etdilər.
Tədbirin sonunda ustadın oğlu – İsfəndiyar Hüseyn
oğlu ailəsi adından tədbir iştirakçılarına minnətdarlığını
bildirdi.
Tədbir boyu ustad aşıq Hüseyn Saraclının lent
yazıları səsləndirildi və ustadın 100 illik yubileyinə
töhvə olaraq, Gürcüstan Aşıqlar Birliyinin tərtib etdiyi
“Saz amanatı” kitabı Bolnisi rayon icra başçısı (prefekti)
Qoqita Meşvelianiyə və ustadın ailəsinə təqdim
olundu. Beləcə, böyük saz ustadımıza həsr olunan
müqəddəs bir günün də xoş ovqatını yaşadıq. 100 illik
yubileyin böyük təntənəsində görüşmək üzrə məclisə
yekun vuruldu.
SARACLI BABAM
Ocağına ziyarətə gəlmişəm,
Yol almışam həqiqətə gəlmişəm,
Sənətinə ibadətə gəlmişəm,
Ər oğlu ozanım, Saraclı babam.
Saz dünyamın sən alınmaz qalası,
Söz meydanın ləli-gövhər talası,
Sən Qorqudun, Ələsgərin, balası,
Nər oğlu ozanım, Saraclı babam.
Dastanlarda, nağıllarda gördüyüm,
Məclisinin meyvəsini dərdiyim,
Hər sözünə ürəyimi verdiyim,
Pir oğlu ozanım, Saraclı babam.
Halal maya haram loxma götürməz,
Doğru sözdü – haq əməyi itirməz,
Zaman səni daha bir də yatırmaz,
Şir oğlu ozanım, Saraclı babam.
Güllü deyər, nə müqəddəs yolun var,
Borçalı tək qanadın var, qolun var,
Bu torpaqda bеş yüz min dəlin var,
Koroğlu ozanım – Saraclı babam.
SALAM OLSUN
Aşıq Hüseyn – ozan babam,
Haq sazına salam olsun.
Yüz il üstən aşıb gələn
Murazına salam olsun.
Dastan oldu hər niyyətin
Ana saza sədaqətin,
Qəbul oldu ibadətin,
Namazına salam olsun.
Səcdəgahsan bir yurd kimi,
Yön çevrilən hər mərd kimi,
Bir dədəsən Qorqud kimi
Avazına salam olsun.
Borçalının pir oğlusan,
Ustad olan bir oğlusan.
Görkəminlə Koroğlusan.
Eyvazına salam olsun.
Saraclısan sazda birsən,
Çox da birsən, az da birsən.
Yüz yaşında yüzdə birsən.
Bu yüzünə salam olsun.
Nur üzünə salam olsun.

AŞIQ HÜSEYN SARACLINI
XATIRLAYARKƏN
Borçalının sevimli və gözəl şairi Səadət Buta həm də
sözün-söhbətin çox gözəl xiridarıdır. Onun yaddaşında
neçə-neçə kitaba sığmayacaq sözü var, söhbəti var. Hər
görüşümüzdə yeni-yeni və maraqlı söhbətlərinin şahidi
oluram Səadət xanımın. Görüşlərimizin birində də sözümüz
ustad aşığımız, rəhmətlik Hüseyn Saraclıdan
düşdü. Səadət də ondan başladı söhbətə. Mən də onlardan
bəzilərini qeyd dəftərimə yazmağa başladım. Ustadımızın
100 illik yubileyi ərəfəsində şair Səadət Butanın
dediklərinin bəzilərini oxucularla bölüşmək yerinə
düşər.
Səadət Buta söyləyir: Mən ustadı səsindən, sazından
tanıyırdım. Amma özünü ilk dəfə “Sovet Gürcüstanı”
qəzetinin bir tədbirində görmüşəm. Süleyman müəllim
məni ustada Dmanisinin şairi kimi təqdim etdi. Onun
Koroğlu kimi görkəmi var idi. Yerişində, duruşunda
ləngərli dağlara bənzəyirdi. Adam onun heykəl duruşuna
baxdıqca baxmaq istəyirdi. Rəhmətlik bir xeyli şirinşirin
danışandan sonra mən sual verdim. Və dedim ki,
ay ustad, mən aşıq olmaq istəyirdim. Qardaşlarım, atam
izin vermədi. Mən aşıq olsaydım dünya dağılardı?
Rəhmətlik bığaltı gülümsündü və dedi: – Dağılmağına
dağılmazdı. Aşıq Sona kimi saz da çalardın, amma nə
alan olardı, nə satan.
Ustadın arvadının əmisi qızı bizim kənddə yaşayırdı.
Hüseyn Saraclı özü də Qızılkilsəyə həmişə gəlib-gedərdi.
Bizim kəndin kolxoz sədri Bilaloğlu (Məhəmməd Bilal
oğlu) Aşıq Hüseynlə dost olub. Bir gün aşıq onlara gələndə
qonşuluqdakı bir dul qadın öz oğlunu götürüb
Saraclının yanına gəlir. Deyir ki, ay Saraclı babası, mənim
oğluma saz öyrət. Saraclı əlini bığına çəkir və deyir:
-Baş üstə, Sənəm qarı. Oğluyun sazı varmı?
-Yox, atam-anam. Bir comuşum var, satıb, oğluma
saz alajam.
Sonra ustad deyir ki, oğul bala, bir mahnı oxu görüm?
Uşaq başlayır oxumağa:
Başkeçidin yolu əymə-üymədi,
Ay qız, yaxandakı qızıl düymədi.
Ustad gülümsünür və deyir ki, ay Sənəm qarı, get o
comuşu sat, oğluna arvad al. Bundan aşıq olmaz.
1982-1983-cü illərdi, Bakıya getmişdim. Qardaşım
dedi ki, aşıqların konserti var filarmoniyada. Getdik,
başqa aşıqlar da var idi. Onlar oxudu. Sonra ustada söz
verildi. O öz ağır yerişiylə səhnəyə gəldi. Tamaşaçılara
baş əyib, təzim elədi. Yenicə sazı kökləyib çalmağa
başlamışdı ki, anasıyla bərabər konsertə gələn bir körpə
uşaq ağlamağa başladı. Hamı narahat oldu. Uşaq susmayanda
tədbirə məsul olanlar bu ana-balanı bayıra
çıxartmaq istədilər. Ana getmək istəmirdi. İşi belə görən
ustad onlara üz tutdu:
-Oğul, onlara dəymə. Uşağı da qınamayın. O gördü
ki, aşığın yanında zurna-balaban yoxdu. Bu işi özü görmək
istəyir.
Salonda böyük canlanma yarandı və ustad öz gözəl
məclis aparmasıyla ağlayan uşağı da sakitləşdirdi, məclis
əhlini də məmnun etdi.
...Bir gün Dunus kəndinə toya getmişdim. Məclisi
rəhmətlik Hüseyn Saraclı aparırdı. Yanında da Əhməd
Sadaxlı və Sədi Ulaclı var idi. Bir gəlin ustada yaman
qulluq edirdi. Ustad arifiydi, gördü ki, bu qulluğu bir az
ağ eləyir. Özü də bir güllü don geyinib, fırfıra kimi
fırraner. Bu dəm oxuduğu sözün arasına belə bir gül
qoşdu:
Ay qız, yeri-yeri, ay donu güllü,
Dad sənin əlindən qırx iki dilli.
Bu tulamazdıyı eşidən gəlin o gedən oldu, bir də qayıtmadı.
Salamməlikdə bir dostu varıymış ustadın. Bu dostun
da qarımış bir qızı varıymış. Arvadı ölmüş bir kişi bu
qıza elçi düşür. Qızın atası razılaşır, amma qız özünü
öldürür ki, mən qız uşağıyam, dul kişiyə niyə gedim?
38 yaşlı bu qız daş atar, başını həmən daşın altına tutarmış
ki, o hara – mən hara? Əlacsız qalan qızın atası öz
dostu Aşıq Hüseyn Saraclıya üz tutur ki, onsuz da öydə
qalan bu qızın başına bir ağıl qoysun. Onun əlini başına
yığmağa yardımçı olsun. Dərdini danışır ki, mən adamlara
söz vermişəm, xəjil olmayım. Bunu yola gətir.
Hüseyn Saraclı da dostunun qızını yanına çağırır. Haləhvaldan
sonra bu kişiylə niyə evlənməyə razı olmadığını
soruşur. Qız da ürəkli-ürəkli başlayır ki, ay əmi,
mən bir qız uşağı, oysa bir dul kişi. İstəmirəm, bir ayrı
qismətim açılar onda gedərəm. Toyumu da sən çalarsan.
Saraclı da əlini bığına çəkib gülümsəyir və dostunun
bu yaşda yenicə baxtı açılan və buna da arxa çöyürmək
istəyən qızına görək nə deyir?
-Hə, qızım, sən düz deyirsən, amma qulaq as bu qoca
əminə. Hürnisə, Pərnisə bacıları olur. Birinin 70, o birinin
60 yaşı varıymış. Bir gün bunlar dərdləşir. 60 yaşlı
Pərnisə deyir ki, a bajın ölsün, bizi də bu yaşa qədər
heç alıb-satan olmadı, qarıdıq, evdə qaldıq. 70 yaşlı
Hürnisə də deyir ki, a bajı, qız oturar baxt üstündə. Bir
gün bizim də baxtımız açılar. İndi o nisyəyimi gözdəsən
xeyirdi, yoxsa bu nağdıyımı alsan? Qız razılaşır və
elə Aşıq Söyün ordaykən qız “hə”sini verir, şirinliyini
içirlər.
-Bir dəfə bizim kənddə bir toy varıydı. Toyu da
ustad aparerdi. Mən də bir daldey yerdə aşığı dinləyərdim.
O vaxt qızdarı kişi məclisinə qoymazdılar. Həmən
məclisdə çox içən bir kişi varıydı. Heç kəsə aman
verməz, elə özü danışar və arayı qatardı. Ustad aşıq bu
vəziyyətə baxıb üz tutdu məclisə və bircə söz dedi:
-Hər canlıyı anası doğar, bu araq zəhrimarı da balası
doğar.
Bu söz hər kəsə yetdi və o kefli adamı məclisdən
araladılar.
1984-cü iliydi. Narınc Xatun bizə gəlmişdi. Aşıq da
bizə, Xatunnan görüşməyə gəldi. Mənim başım qarışmışdı.
Qonşu gəlin gəldi ki, ay Buta, sizə qoja-qoja
kişilər gəlir. Bu sözü eşidən aşıq: A bala, mən Söyün
Saraşdıyam,- dedi.
Gəlin də ona:
-Sən Koroğluya oxşayırsan, ay Saraşdı bava.
Saraşdı cavabında: A qızım, sözün əvvəlini nə gözəl
dedin, kaş əməlimizlə biz də Koroğlu olaq.
Rəhmətliklə sonralar çox doğmalaşdıq. O mənə,
mən ona şeirlər yazdıq. Rəhmətlik məni çox istəyirdi.
Mənə yazdığı üç bəndlik bir şeiri varıydı. Həmin şeiri
sizlərə yetirirəm, əziz oxucular:

EYLƏYİBSƏN
Ağız, a günü qara, xavarın varmı,
Aşığı eşqinlə xan eyləyibsən.
A qannara düşmüş, qara gözünnən,
Bilirsənmi nejə qan eyləyibsən?
Qoynun için bənzər bağı-bostana,
Yazım tərifini salım dastana.
Çatdırem sazımnan düz Alosmana,
Görərsən gecəni dan eyləyibsən.
Yerişin, duruşun işvədi, nazdı,
Öyünmə, Saraclı tərifin yazdı.
Səndə də qiymətdi o qara gözdü,
Onu da aşıqdan yan eyləyibsən.

SEYİD HƏMZƏ NİGARİ SİMPOZİUMU
Bəlkə də həyatımda heç bu qədər həyəcanlanmamışdım.
Burda həm həyəcan məni tutmuşdu, həm qürur
hissi canıma can verirdi. Bakıda kecirilən II Beynəlxalq
Həmzə Nigari simpoziumuna bir təsadüflə qatılmışdım.
Mənim də canımın bir parçası olan İncə dərəsindən o
məclisə qatılan doğmalarım var idi, onları görməyə getmişdim.
Sanki bir möcüzə ilə qarşılaşdım. Çox canlı və
xoşa gələn bir aləm var idi. Burda Seyid Nigari heyranları,
onu dərindən bilənlər və Nigari həzrətlərinin öz
nəslinin nümayəndələri sanki bir tilsimin açılması yolunda
əlbir-dilbir, fikirbir çalışırdılar. Böyuk ustad şair
və filosof olan Mir Həmzə əfəndinin şeirlərini, dünyagörüşünü
açıb çözməyə çalışırdılar. “Orta Asiyadan
Azərbaycana və Anadoluya mənəviyyat yolu – nəqişbəndilik”,
“Sufizmdə Həmzə Nigarinin yeri”, “Azərbaycanda
sufizm və nəqişbəndilik”, “Nigarinin həyatı və
fəaliyyəti” və digər mövzuları alimlər şərh edirdilər.
Ömrümdə ilk dəfə belə bir yerdə olmağım məni daha
çox həyacanlandırırdı.
Əslində, mən də İncə dərəsində usaqlığımdan Hacı
Mahmud əfəndinin təriqətinin və Seyid Nigari qəzəllərinin
dillər əzbəri olan meyxanalarının işığında boy
atmışam.
Bəzi naşı və nadan düşüncəlilərin və onları bu yolda
hazırlayanların uydurduğu yalan və böhtanlarla insanları
halal bir düşüncədən uzaqlaşdırmağa çalışsalar da xalq
öz inamına və istəyinə doğru can atıb həmişə.
Məni ən cox həyacanlandıran bu böyük – Uluslararası
Simpoziumun həm Bakıda, həm də Qazaxda və
məhz İncə dərəsində keçirilməsi idi. Bu işin əsas təşkilatçıları
Türkiyəli Seyid Nigari vurğunları idi. İki il
öncə Türkiyənin Amasya şəhərində (Seyid Nigari həmin
şəhərdə dəfn olunub) I simpozium keçirilib. Yeri
gəlmişkən, iki il sonra 2016-cı ildə yenə Türkiyənin
İstanbul şəhərində Beynəlxalq Seyid Nigari simpoziumu
keciriləcək.
Həmin görüsdə Seyid Nigarinin nəslindən olan Mir
Sədi Əfəndinin oğlu Mir Məhəmməd ağanın qızları ilə
görüşdüm. Onlar İncə dərəsini, orda böyük pir kimi
ziyarətgahı – məqbərəsi olan Hacı Mahmud Əfəndini
daha cox sevirlər. Onun Seyid Nigari həzrətləri ilə bir
yolun – İslamın nəqşibəndilik təriqətinin yolcusu olduğunu
bütün incəliklərinə qədər əzbər bilirlər.
Orda bir adam diqqətimi daha cox çəkdi. Bu adam
Amasyadan gələn Orhan Kayıhan adında, üzündəngözündən
təbəssüm yağan bir nurani idi. İstər içəridə
elmi məruzələrin müzakirəsində, istərsədə ara söhbətlərində,
çay içmə zamanında bu kişinin sözündən-söhbətindən
doyulmazdı. O, Seyid Nigari həzrətlərinin əslinisoyunu,
şəcərəsini elə yerli-yerində, elə inandırıcı danışırdı
ki, adamlar ondan ayrılmaq istəmirdilər. İstəristəməz
onun bir-birindən gözəl söhbətlərini mən də
dinlədim və doğrusu bu ağsaqqala qanım elə qaynadı
ki, mən onu öz doğmalarımdan biri bildim. Sən demə,
gümanımda yanılmamışam. Orhan bəy İncə dərəsindən
Amasyaya köç edən müqəddəs övliyamız, qəbri İncə
dərəsində bir ziyarətgah olan Hacımahmud Əfəndinin
oğlu Məhəmməd Əfəndinin doğmaca nəvəsiymiş. O,
indi Türkiyədə cox gözəl tanınan bir millət vəkili imiş.
Ötən seçkilərdə Amasyalılar onu millət vəkili seçmişlər.
O Türkiyə Böyük Millət məclisini ləyaqətlə
təmsil edir. Orhan bəy mənim İncəlidən olduğumu biləndə
cox sevindi. Bizim İncəli əqrabalarımızdansan
dedi. İki il bundan qabaq Borçalıya-Armudluya-Elat
bayramına gəldiyini, ordan da Sınıq körpünü keçib düz
İncə dərəsinə – Aslanbəyliyə gəlib öz doğma dədəsinin
türbəsini ziyarət etdiyini, ordan gedib özlərinin yadigarı
olan müsafirxanada iki gün qaldığını, ordan Daş Salahlıya
getdiyini, sonra Bakıdakı qohumlarla (Vəfa Quluzadə
və başqaları ilə) görüşdüyünü, Azərbaycan televiziyasının
Turan proqramı ilə çıxışını bircə-bircə anlatdı.
Borçalıdan olan, Hacıəfəndi ocağında əlli ildən çox
dərvişlik edən dərviş Osman adlı bir övliyadan da doyunca
danışdı. Onun sözlərindən öyrəndim ki, Hajəfəndi
ocağının ən inamlı müridi imiş Osman baba.
İncə dərəsindən (ocaqdan) ona etibar olunan qızıl
(altun) dolu heyvələri öz yorulmaz atı ilə gecəni-gündüzə
qatıb Amasyaya çatdırarmış. Orda inşa edilən Şirvanlılar
camesinin bütün məsrəfləri Osman babanın apardığı
qızıl pullarla ödənərmiş. Orhan bəyin dediklərinə görə
bu gün də Amasyalılar Osman babanın sədaqətindən,
etibarından danışmaqdan doymurlar.
Sonra Orhan bəy Dərviş Osmanın torunu (nəvəsi)
şair Osmanı cox yaxından tanıdığını, onun Amasyaya
gedib həmən camedə namaz qıldığını söylədi. Mən
Orhan bəyə dedim ki, şair Osman Əhmədoğlunu mən
də tanıyıram. Sonra Orhan bəy hər kəsi – başqa İncəliləri
də Amasyaya dəvət etdi. Biz onun gözəl söhbətlərinə
heyran qalmışdıq.
Həmən gün məni o məclisə görüşməyə çağıran incəlilərə
təşəkkürümü bildirirəm. Doğrudan da, Türkiyəli
alimlər nə qədər qeyrətli işə əmək vermişlər. Əlbəttə,
onların əməyi öz nəticəsini vermişdir.
Orda səslənən bir çox dəyərli fikirlərə əsaslanaraq
görərik ki, Mir Həmzə Nigari yeganə sufi şairidir ki,
bütün qadağalara baxmayaraq onun şeirləri heç təhsil
görməmiş adamlar daxil olmaqla böyük bir bölgədə hər
kəsin dilinin əzbəri olmuşdur. Get-gedə dildən-dilə,
ağızdan-ağıza keçərək öz ölümsüzlüyünü təsdiq etmişdir.
Hər kəs kimi mən də Seyid Nigari böyüklüyünə bir
daha baş əyməli oldum. Onu dönə-dönə yenidən dərk
etməyə başladım. Orhan bəyin dəvəti də lap yerinə
düşdü. Mən də bir İncəli qızı kimi böyük bir ocağın
övladları ilə daha cox ünsiyyətdə olmaq üçün ürəyimdən
Amasyanı və böyük şair və mütəfəkkir olan Seyid
Nigarinin uyuduğu yeri görmək keçdi. Allah hər kəsin
istəyini özünə qismət etsin.
Yanından ayrılmaq istəmədiyim Orhan bəylə vidalaşmağın
vaxtı gəldi yavaş-yavaş. Yenidən həm İncə
dərəsində, həm Amasyada görüsmək ümidi ilə ayrılırıq.

XALQ ŞAİRİ NƏRİMAN HƏSƏNZADƏYƏ
MƏKTUB
İlk öncə hüzurunuzda əlimə qələm aldığıma görə üzr
istəyirəm. Sonra isə sizi ömrü boyu oxuyan, sevən və
bütün yaradıcılığınıza məftun olan bir oxucuyam. Şeirlərinizdən
güc alanlardan biriyəm. Tək şeirlərinizdən
yox, poemalarınızdan da güc almağa doğru getmişəm
həmişə. Alim kimi alimliyinizə, müəllim kimi müəllimliyinizə
ehtiram bəsləmişəm. Elmi məqalələrinizi, dövri
mətbuatdan çıxışlarınızı sevə-sevə oxumuş, radio və
televiziyadan çıxışlarınızı izləməyə çalışmışam. Dillər
əzbəri olan sözlərinizə bəstələnən mahnıları sevmişəm.
Aşıqların sazında Nəriman Həsənzadənin şeirlərindən
həzz almışam.
Yurd, Vətən sevgisi və ətri duymuşam hər kəlmənizdən.
İndiki və gələcək nəslin tərbiyələnməsində sizin
dastanlaşan fikirlərinizin önəmini hər zaman duymuş və
dərk etmişik. “Bizim ellər qabaqdadı” xəritəsini hər
könüldə nəqş etmisiniz. Bir insan və şəxsiyyət kimi də
nəsillərə örnək görmüşük sizi. Vaxtı ilə əlinizdən
tutanlara minnətdarlığınızın bir ömür bitmədiyini, tükənmədiyini
bilirik. Böyük müəlliminiz – xalqımızın da
çox sevdiyi ustad yazıçı və alim Mir Cəlal Paşayevə
sayğılarinizı bir nümunə və örnək kimi söyləyir bütün
insanlar. Əlbəttə bütün bunlar öyrəniləsi, yazılası və
yaddaşlara həkk olasıdı.
Bu günlərdə, “525-ci qəzet”də (13 dekabr 2014-cü il)
yenə sizi gördüm. Orda yeni bir dastanın işıq üzü
görməsi məni mütəəsir etdi, Nəriman müəllim! Siz orda
çox böyük bir şeyxdən, mürşiddən, ustaddan və ona
sevgidən söz açmısınız. Siz Seyid Nigari həzrətlərinin
hələ də çoxlarının bilmədiyi bir zamanda ilahi vergisinə,
ilahi sevgisinə bir az da işıq tutmuşsunuz. Siz Qarabağdan
– Qazaxdan Amasyaya könül körpülərinin səmti
sorağını doğru yönləndirmisiniz oxuculara. Allaha bağlılığın,
Haqqa baglılığın, sevgiyə bağlılığın müqəddəsliyini
açıqlamısınız misra-misra.
Siz nəqşibəndiliyi, dərvişliyi, inamı, imanı bizlərə
yenidən sevdirmiş və bununla da insanlığı bir daha sevdirmisiniz.
Siz Hacı Mahmud əfəndi həzrətlərinə olan sevginizi
bölüşmüşsünüz. Siz İncə dərəsində uyuyan və bütün
türk dünyasında ünü duyulan şeyximiz – pirimizə yön
çevirmisiniz.
Mən bir də ona görə qürurluyam ki, İncə dərəsi deyilən
cox müqəddəs bir məkanın övladıyam. Həmən İncə
dərəsi neçə-neçə övliyanın, müridin, dərvişin yön çevirdiyi
və bütöv bir ömür inamla iman qazandığı yerdir.
Bizlər də körpəliyimizdən, gözümüzü açandan o yerlərdə
ibadət görmüşük, ziyarət görmüşük. Seyid Nigari
həzrətlərinin daha doğrusu Həzrəti pirin şeirlərinə uymuş
qəzəllərini dinləmiş, “Ay pir hoydu” nidaları ilə
sufi məclislərində – meyxanalarında Haqqa qovuşmuşuq.
Uşaqdan böyüyə hər kəsin pir dediyi o məkanda
kəsilən qurbanları görmüşük. Deyin edən, nəzir verən,
sadağa göndərən, xalı-xalça, at, cöngə pay verən görmüşük.
Müridlərin uzun qış gecələrində axşamdan sabaha
qədər Seyid Nigarinin qəzəllərini oxuya-oxuya, oynayaoynaya
huşa getdiklərinin şahidi olmuşuq. Biz o gecələrin
dadında-tamında görmüşük bu gün ağrısını-acısını
çəkdiyimiz Qarabağın.
Nə əcəb dövlət imiş seyri-şikari Qarabağ,
Nə gözəl nemət imiş söhbəti-yari Qarabağ.
Siz Amasyada tikilən məscidin mayasının İncə dərəsindən
getdiyini, ağrılı-acılı, çiləli, ölüm-dirimli yollara
sinə gərən Haqq dərvişlərinin öz inamı-əqidəsi yolunda
gözünü belə qırpmadan canını fəda etmək bacarıqlarından
söz açmısınız, dastanlaşdırmısınız onları.
Cındır Osman, salam qağa,
Hardan gəlib düşdün yada.
Bir ayağın Qazaxdaydı,
Bir ayağın Amasyada.
Qoy dillərdə gəzsin adın,
O yığılan qızılları sən daşıdın
Tanrı versin əvəzini.
Nəriman müəllim siz bu sözlərlə öz amalı və əqidəsi
uğrunda ölməyi belə özlərinə şərəf bilənlərə eşq olsun
deyirsiniz və həm də onlardan dərs almağı tövsiyə edirsiniz.
Amasyada tikilən o məscidin indi 100 yaşı var. Seyid
Nigari həmin məsciddə uyuyur. Türkiyədə daha cox
sevgi var Seyid Nigariyə, Hacı Mahmud Əfəndiyə.
Keçirilən simpoziumlar buna yaxşı sübutdur. Sizin bu
müqəddəs dastanınız Mir Həmzə Nigariyə Azərbaycanda
ucaldılan ən böyük və ən gözəl sənət heykəlidi.
Əlləriniz var olsun, Nəriman Həsənzadə! Yüz yaşayın,
böyük sair!
Bu kiçik məktub sizlərə bir oxucunun ürək sözləridi.
Varını verən utanmaz.

NƏRİMAN HƏSƏNZADƏ OCAĞINDA
BİR GÜN
Bu günlərdə xalq şairi və və ictimai xadim Nəriman
Həsənzadənin qonağı oldum. Ustadın yenicə çapdan
çıxmış “Seyid Nigari türbəsi” adlı möhtəşəm kitabının
işığına getmişdim. Bu münasibətlə Nəriman Həsənzadəni,
ədəbiyyatımızı, ədəbiyyat sevərləri, poeziya aləmini
təbrik edirəm. Yaşının və işinin çoxluğuna baxmayaraq,
doğmalığını və səmimiyyətini heç kəsdən əsirgəməyən
bu gözəl şəxsiyyətin gülərüzlülüyünün, şirin
sözlülüyünün bir daha şahidi oldum. Yeni əsərindən
parçalar oxudu.
O gün Qurban bayramının
Birinci qurban günüydü.
Ayların – sultan ayıydı,
Günlərin sultan günüydü.
Türk bayrağı yellənirdi
Ucalarda, dağ başında.
Kölgəsi – ocaq başında,
Ocaq – məmləkət içində,
Hər can bir niyyət içində.
Qazanlarda isti xörək,
Ağ süfrələr, təzə çörək,
Qurban kəsən, pay paylayan.
“Oyan “ deyir, bir səs” oyan”.
Türkün millət vəkilləri,
Vəkillərin lent yazılı əklilləri.
Haluk bəyin xoş baxışı,
Gülər üzü, -
Uşaq kimi sevindirir
Bizim uşaq könlümüzü.
Bayrağımız şax dururdu,
yanaşıydı.
Bayrağımız bir-birinə yaraşırdı.
O gün millət
Nigaridən danışırdı.
Seyid Həmzə türbəsinin
Hər daşı, kərpici pakdı.
Çölü pakdı,
İçi pakdı.
Yerdə Məscid –
üstündəki bir Allahdı.
Daş yazıdı, kərpic yazı.
Türbəsi – eşq.
Naxışı – eşq əlifbası.
Ürəyinin döyüntüsüylə qidalanan bu əsər insanların
duyğularını dilə gətirən bir dastan kimi oxunur, bir
dastan kimi dinlənilir. Böyük ustad Mir Həmzə Seyid
Nigarinin, onun davamçısı Hacı Mahmud Əfəndinin,
övliya dərviş Cındır Osmanın ölməz obrazlarını heykəlləşdirib
bu əsərində.
Ayaqları qələm idi,
yollar varaq,
tərcümeyi-hal yazırdı
axşam-sabah.
Bilirdi ki, yoldan ötən
oxuyacaq,
Sabah millət, sabah vətən
oxuyacaq.
“Altı” üstə çevriləcək,
“Qızıl” Osman deyiləcək.
Onun adı olan yerdə
Azərbaycan
deyiləcək.
O, təriqət yolçusuydu,
yollar onu
tanıyırdı.
Ürəyinin öz oduna
qızınırdı.
Cındır Osman
öz adına
qızınırdı.
Osman qağa, görüşdüm mən
şair nəvən
Osman ilə.
Bir qibləyə namaz qılır,
gördüm bu can
o can ilə.
Qızılı yox, gördüm qızıl
sözləri var.
Səndən, məndən
xəbəri var.
Sinəsində açılmamış
dəftəri var.
Keçdi incə dərəsindən,
neçə ovçu bərəsindən.
Gah atlıydı, gah piyada
çimir aldı mənim babam
kəklik kimi.
Şair nəvən ələklədi,
vələklələdi
o illəri.
Zaman yazan, şahlar pozan
fəsilləri.
Amma şair, tarixin
mədəsi dardı,
bu gün – gələn sabahlara
yadigardı.
Mən görmüşəm,
dövran keçir,
bir an gəlir,
O yoldan ki, Osman keçib,
sonra yenə
Osman gəlir...
Keçdin rusun,
Osmanlının gömrüyünü.
Sən bağladın, Cındır Osman,
zaman açdı
bu düyünü.
Qazaxda Mahmud Əfəndi
eşitdi, güldü, bəyəndi,
səndən ötrü qəhərləndi.
Kim ki, sənə “cındır” deyir,
batır mənə nizə kimi.
İpək üstə toxudardım
“cındırını” bəzək kimi.
Sən cındıra bükdün, Osman,
paklığını,
düzlüyünü.
Biz də gördük astarını,
“üzlüyünü”.
Adam da var, Osman qağa,
Cındırını bükür amma o paklığa.
Nə vicdana sığan şeydi,
nə namusa.
Yəqin mən də əl çalmışam
o dəyyusa.
Seyid Nigari Məhəmməd Peyğəmbərin soy-kökünə
yaxın seyiddi. Məzarı Türkiyənin Amasya şəhərindəki
türbəsində ziyarətgah yeridir.
1980-ci ildə müridləri və mürşidləri tərəfindən inşa
olunan, sonralar get-gedə görkəmini itirən türbə xeyriyyəçi
Nərminə xanım İsgəndərzadənin şəxsi hesabına
bərpa və təmir edilmişdi. Mir Sədi Ağanın nəvəsi
Nizaməddin Babaoğlu dediyi misralardan birini Nərminə
xanıma həsr edib. “Ey qızların gözünün, gözünün, gözünün
gözü.”
Nərminədən
Bir hikmət də eşitdim mən,
Sədi Ağa qohumuydu,
doğmasıydı.
Həzin bir səs deyir,
mənim yadımdadı,
O da onun duasıydı.
Ağadakı səmimiyyət kibrit
Çəksən yanasıydı.
Böyük şairimizin evində doyulmayan söhbətini –
sözünü dinlədim. Mənə verdiyi dəyərə, bu kitabda
mənim yazımı verdiyinə görə dönə-dönə baş əydim.
Arada böyük ziyalı, alim, şair və ictimai xadim Hacan
Hacısoyla danışdı. İncə dərəsinə gedəcəyini, Borçalıda
Cındır Osmanın qəbrini ziyarət edəcəyini, Qaraçöpdə
Məsmalı ocağını – öz dayıları tərəflərə də baş çəkmək
istədiyini söylədi. Bizimlə bir orta məktəbdə keçiriləcək
görüşə də gələcəyini bildirdi. Çox uğurlu bir gün
yaşadım Nəriman Həsənzadə ocağında. Saatlar necə
keçdi, vaxt necə ötdü, bilmədim. Bir ömürlük sevinclə,
sevgiylə ayrıldım ordan. Necə xoş bir təbəssümlə qarşılamışdı,
elə həmin təbəssümlə də yola saldı ustad məni
Var olun, Nəriman Həsənzadə! O seyidlərin, o şeyxlərin,
o dərvişlərin inamı, inancı və sizin onlara bağlılığınızın
böyük sahibi qorusun sizi bütün zamanlarda.

SEYİD HƏMZƏ NİGARİ İŞIĞI İLƏ GETSƏK
Xalq şairi Nəriman Həsənzadənin yenicə işıq üzü
görmüş “Seyid Nigari Türbəsi” adlı kitabı oxucuların
ixtiyarna verilmişdi. Hələ ilk variantı qəzetdə dərc
olunduğu gündən “525-ci qəzet” (13 dekabr 2014) çox
böyük sevgi və sayğıyla qarşılanan bu gözəl əsər az bir
zamanda dillər əzbəri olmuşdu. Sonra şairin yeni əlavələriylə
bu poema elə həmin adla kitab kimi çap olunmuşdu.
Mir Həmzə Nigari həzrətlərinin uyuduğu Amasya
şəhərindəki “Şirvanilər” məscidinin yenidən bərpasının
açılışı ilə bağlı Türkiyəyə dəvət alan və orda yeni bir
dünya ilə qarşılaşan xalq şairi Nəriman Həsənzadənin
könül dünyasında yeni səhifələr açmış və bu gözəl
poemanın yazılmasına səbəb olmuşdu. XIX əsrin böyük
şairi, sufizmin və nəqşibəndilik təriqətinin əvəzsiz ustadı
olan adı “Həzrəti pir” kimi anılan filosof, şeyx kimi
tanınan Mir Həmzə Əfəndinin həyatı və ömür yolu çox
çətinliklərdən keçmişdi. Qarabağda doğulan, peyğəmbər
əfəndimizin soy-kökünə bağlı olan müqəddəs
seyidlərdəndi. Seyid Nigari Qarabağ xanlığı camaatının
dini lideri olmuş, rus imperiyasının işğalçılıq siyasətinə
qarşı çıxmış, insanları arxasınca aparan müqəddəs bir
şəxsiyyət olmuşdu. Azərbaycandan, Dağıstandan Osmanlı
torpaqlarına köçənlərin yaradıcısı olmuşdu.
İstər çar Rusiyası dövründə, istərsə Sovet imperiyasının
hər zamanında Seyid Nigarinin şeirlərinin və adının
çəkilməsi qadağan olmuşdu. Bütün bu qadağalara
baxmayaraq, bu böyük ustada və onun şeirlərinə sevgi
o qədər güclü olmuşdu ki, insanların onun poeziyasını
başdan-ayağa bütün zamanlarda əzbərdən söyləmiş və
İncə dərəsində, Borçalıda, Qazaxda, Amasyada, Qarabağda,
Dağıstanda, Qazaxda, Qaraçöpdə Qarsda və çox
yerlərdə – el məclislərində, toy-düyündə, bayramlarda
sevgi ilə dinlənilmişdi.
Xarputda Allahın rəhmətinə qovuşan və özünün
vəsiyyətinə görə Amasya şəhərində dəfn olunan Seyid
Nigari həzrətlərinə olan sonsuz sayğılar və son zamanlarda
Azərbaycanda da ona olan diqqət göz önündədi.
Ustad şairimiz Nəriman Həsənzadənin Amasyaya
dəvəti də təsadüfən olmayıb. Deməli, “könüldən-könülə
yollar görünür”. Böyük ziyalımız, akademik, Mir Cəlal
ocağının (Seyid ocağının) övladı Arif Paşayevin dəvəti
ilə gerçəkləşən bu ziyafət belə bir möhtəşəm əsərin
yaranmasına səbəb olub. Nəriman Həsənzadə ilhamının
qüdrəti ilə və qələminin gücü ilə belə bir möhtəşəm
əsərin heykəlləşməsi gerçəkləşib. Bu əsərdə bir adla da
rastlaşırıq Nərminə xanım İsgəndərzadə! “Şirvanlılar”
məscidinin misilsiz təmiri və bu kitabın nəşri onun
xeyirxahlığı sayəsində başa gəlib. Nə gözəl! Ondan
danışanda xalq şairimizin dili ağzına sığmır. Nərminə
xanımın nə qədər insancanlı və təvəzökar olmağından
söz açır. Onun ürəyinin böyüklüyünü, əsl insanlığının
necə gözəl olduğunu deyir. Poemada dönə-dönə adı
çəkilən Nərminə xanım kimi insanların dəyərini
göstərir.
Çox gözəl bir cəhəti qeyd etmək yerinə düşər ki,
“Seyid Nigari türbəsi” əsəri işıq üzü görər-görməz qonşu
İran ölkəsinin Tehran şəhərindən də bir xoş xəbər gəldi.
Həmin əsər kiçik bir ixtisarla orda ərəb əlifbası ilə
nəşr olunmuşdu. Kitaba ön söz yazan soydaşımız Hüseyn
Şərqi Dərəcək (Soytürk) sağ olsun.
Gedişat onu göstərir ki, bu əsərin daha böyük dəyəri
ondadı ki, Seyid Nigari sevgisi, Nəriman Həsənzadə
sevgisinə elə hopub və öz halal zirvəsinə elə yüksəlib
ki! Hələ görüşlər, hələ müzakirələr, dəyərləndirmələr,
arif, aqil fikirləri bu gözəl əsərin daha dərin qatlarının
açılmasına qədər aparacaq bizləri.
Bütün bunlar o qədər duyğulandırdı ki, məni...
İstədim gücüm çatacaq qədər bir oxucu səviyyəsində
şair ustadımızla görüşüb onun dəyərli fikirlərini sizinlə
bölüşüm, əziz oxucular beləliklə, üz tuturam ustad
ocağına.
-Xoş gördük, ustad!
-Nə var, nə yox? Necəsiz?
-Çox sağ ol, Güllü xanım! Ürəyin var olsun.
-Nəriman müəllim, necə oldu ki, Mir Həmzə Əfəndiyə
– Seyid Nigari həzrətlərinə məhz ömrünüzün Nigarı
ilə təxminən həmyaş zamanında müraciət etdiniz? Bunu
nə ilə bağlayırsız?
-Maraqlı sualdı. Doğrusu mənim Seyid Nigaridən
xəbərim yox idi. Birinci növbədə Arif Paşayevə minnətdaram.
Bizim Milli Aviasiya Akademiyasının rektoru.
O mənə zəmanət verdi ki, Amasyada Seyid Nigarinin
uyuduğu türbə bərpa olunur. Mən də nümayəndə heyəti
ilə getdim ora. Gördüm orda böyük təmir işləri görülür.
Bütün Türkiyə ayağa qalxmışdı, inanın. Ordakı
təmir işlərinin bütün xərclərini də azərbaycanlı qızı, çox
dəyərli iş adamı Nərminə xanım İsgəndarzadə öz üzərinə
götürmüşdü. Onun ulu babası Mir Həmzə əfəndinin ən
sədaqətli dostlarından olub. Görünür bu da bir tale
məsələsidi.
Orda bir şeirlə çıxış etdim. Və mən orda çox şey öyrəndim.
Başqa seyid ailələri gördüm. Seyidlər müqəddəs
ailələrdi. Mən onu Mir Cəlalda da görmüşdüm. Mir
Həmzə də çox böyük seyiddir. Peyğəmbər şəcərəsinə
söykənir. Və mən o poemanı yazdım. “Seyid Nigari türbəsi”
adlı kitabım işıq üzü gördü. Və mən həmin kitabı
da, məni bu müqəddəs ocaqla calaşdıran xeyirxahım
akademik Arif Paşayevə ithaf etdim .
-Nəriman müəllim, “Seyid Nigari türbəsi” əsərinizin
belə az vaxt içərisində bu qədər sevilməsinə necə baxırsınız?
-Əgər elədirsə həm də oxucularıma minnətdaram.
Və birinci məktub da səndən gəldi. Qəzetdə oxuyub
böyük məktub yazmışdın. Səni heç görməmişdim,
tanımırdım, tanıdım və şad oldum. Sonra “Cındır”
Osmanın nəvəsi ilə tanışlığıma sevindim. O da məktub
göndərdi. Mən elə bilirəm ki, dahi şairimizə olan böyük
el sevgisi burda mühüm rol oynadı. Xalq içində olan
məhəbbət bütün zamanlarda ona olan qadağalara
baxmayaraq çox güclü idi. Onun bütün yaradıcılığı hər
zaman dillər əzbəri olmuşdu. İstər Qazaxda, istər
Borçalıda, istərsə də Amasyada. Mən bunları sizlərdən
və Amasyalılardan eşitdim. Bu böyük şairə və mürşidə
xalqın çox ehtiyacı vardı. Görünür, mən də o haqda iki
kəlmə ürəyimdən gələni yazanda yerinə düşdü. Görünür,
camaat gözləyirmiş ki, kimsə yazsın. Hələ çox
yazılacaq. Bu bir başlanğıcdı. Amma bu iş böyük
hadisədi. Taleyimə minnətdaram ki, bu mənim yaradıcılığımda
ilk dəfə toxunduğum mövzudu. Orda da qeyd
etmişəm:
Türkiyədən əsən mehdi,
Haqq yolunda haqsız gedən
seyidlərim.
şəhidlərim!
Sisziz qalan bu dünyaya
Heç bilmirəm nəyim deyim?!
-Ümumiyyətlə, siz gəncliyinizdən seyidlərə bağlısınız.
Öncələrdən elə indi də böyük yazıçımız Mir Cəlal
Paşayevə və onun nəslinə, Mir Möhsün ağaya, Mir Sədi
ağaya və onun törəmələrinə, Çərciş peyğəmbərə, Seyid
Nigariyə və əlbəttə ilk öncə Allaha, Peyğəmbər əfəndimizə
bu qədər bağlılıq sizə hardan gəlir?
-Çox sağ ol ki, o detalları tutursan. Mən anamla
yaşayırdım. Həyatda heç kəsim yox idi. Kür qırağında,
Poylu vağzalında, Gürcüstanla həmsərhəd olan yerdə
iki yetim yaşayırdıq, kimsəsiz. Anam çörək bişirirdi,
mən də satırdım. Atamı bir yaşımda itirmişdim. Allah
bizə kömək dururdu. Məndə Allaha bağlılıq körpəlikdən
başlayıb. Allah məni yaxşı adamlarla rastlaşdırdı.
Din-iman sahibləri, seyid ocaqları məni qorudu.
Yaxşı adamlar olmasa cəmiyyət dağıla bilər, itə
bilər. Əgər tək bir yaxşı adam varsa, o da cəmiyyətdə
böyük qüvvədi. Ancaq mənə nə qədər yaxşı adam arxa
oldu.
Qızım, burda deyirəm özü də birinci dəfədi ki, mətbuata
açıqlayıram, Peyğəmbərimizi (ss) yuxuda görmüşəm. Yuxuda mənə
səbətdə gül göndərib və deyib bu gülə heç kəsin əli
dəyməsin. Yuxuda şəkil çəkdirmişəm, deyiblər yanındakı
Həzrət Əlidi.
Mən altıncı sinifdə oxuyanda anam yuxuda Çoban
Əfqanı görüb. Damcılı bulağından su gətirib ki, bunu
oğluna ver içsin, oğlun şairdi, mənə şeir yazsın. Anam
qorxub və deyib, yox, oğlum şair deyil. Anam yuxusunu
qonşulara danışıb, onlar da gülüşüblər. Qazaxda şair adı
gələndə hər kəs bilir ki, Səməd Vurğun qazanıb bu nüfuzu.
Anamın yuxusundan bir ay sonra bir şeir yazdım.
Bu, Vidadinin “Ağlaram” şeirinə nəzirə idi.
Bir gün işlədiyim Aviasiya Akademiyasındakı bir
müəllim yoldaş dedi ki, Nəriman, iki dəfə yuxuda
Cərciş peyğəmbəri görmüşəm. Peyğəmbər yuxuda mənə
dedi ki, Nəriman məni niyə ziyarət etmir? Səni adınla
çağırır, utanıram deməyə. Və mən oğlumla kürəkənimi
götürüb getdim Beyləqana ziyarətə. Mənə orda dedilər
ki, ilk dəfə peyğəmbər bir insanı öz adıyla çağırır, bu
sənin qismətiniymiş. Orda mən niyyət tutdum. Allah
niyyətimi qəbul etdi. Məni pirlər, Peyğəmbərlər qoruyur.
Əlbəttə, hər şey Allahdan gəlir.
Və mən həm də yuxulara çox inanıram. Məni yuxularımda
gördüyüm haqqa bağlı hər şey duyğulandırır.
-Nəriman müəllim! Siz böyük xeyriyyəçi Nərminə
İsgəndərzadə haqqında dönə-dönə və qürurla danışırsınız.
Kimdir Nərminə xanım?
-Nərminə xanım xeyriyyəçi qadındı. Səfər bəyin nəvəsidi.
Səfər bəy də Seyid Nigarinin inam, əqidə dostudu.
O, Dindi dağında daldalananda qaynar samovarı, isti
xörəyi ona vaxtında çatdırarmış. O dərəcədə bunlarda
paklıq vardı, inam vardı. 100 ildən sonra doğulan qız
nəvəsidi Nərminə xanım. 100 il öncə tikilən məscidin
və türbənin yenidən əsaslı təmiri bu xanımın qismətinə
yazılıbmış.
Bu abidə Hacı Mahmud Əfəndinin topladığı və ən
sədaqətli müridi Cındır Osmanla göndərdiyi qızılların
hesabına başa gəlib. Nərminə xanım bu böyük abidəni
bərpa etməsəydi söhbət bu qədər yayılmazdı. Mən heyran
qaldım bu xanıma. Heç danışmaq da istəmir. Elə bil
bu işi görən o deyil. Amasya Ankaradan 400 km aralıdı.
Ordan 10 millət vəkili gəlmişdi. Sonra öyrəndim
ki, Baş nazir Rəcəb Təyyub Ərdoğan da təşəkkür məktubu
göndərib.
Amasyada çox sayda Azərbaycan əsillilər yaşayır.
1920-1930-cu illərdə Gürcüstandan (Borçalıdan), Qazaxstandan,
Qazax Gəncə bölgəsindən qaçan eloğlularımızın
nəvə-nəticələri ordadı. Onlarla şəkillər çəkdirdim.
Onları verəcəm sənə. Verərsən mətbuata. Elə bil
Nərminə xanım orda böyük bir bayram ovqatı yaratmışdı.
Bütün Türkiyə bayram havasında idi. Və mən orda
gördüm Seyid Həmzə nə qədər məşhur şairdi.
Abidənin açılışı günü Nərminə xanım bəlkə də
hamıdan çox sevinirdi. Mir Cəlal müəllimi ona görə
dedim ki, o da ağır seyiddi. Mən o evdə çox olmuşam,
hələ bir dəfə ucadan səs eşitmədim. İnanın, Mir Cəlalla
Püstəxanımın arasındakı mehribanlığı məni ömrü boyu
öz cazibəsinə çəkib. Elə bil bu seyidlərin nə qədər birbirlərinə
bənzəmələrinin şahidi oldum.
Bir balaca şeir yazmışdım elə-belə orda oxumaq
üçün. Sonra gördüm ki, bu dəryaymış, inanın. Poema
necə yarandı bilmədim. Yeri gəlmişkən “525”-ci qəzetin
baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad
Məcidə minnətdarlığımı bildirirəm. Poemanı göndərən
kimi çap etdi. Çox-çox sağ olsun. Elə ürəyimdə də
“525”-ci qəzeti tutub yazmışdım. Mən şair dostum,
qüdrətli qələm sahibi Barat Vüsala da minnətdaram.
Sən demə o Seyid Nigarini məndən qabaq tanıyırmış,
hələ əvvəllər “Sınıq körpü” adlı dərgi buraxırlarmış və
orda Seyid Həmzə Nigaridən geniş yazarlarmış.
Mən bunu tək etmədim. Barat yazdı, sən yazdın.
Borçalıdan Osman qağa yazdı. Mən elə sevindim ki,
Cındır Osmanın nəvəsi Osmanı görəndə. Sizin hər birinizə
minnətdaram. Siz pak ürəkdə böyümüsüz, pak ruhda
yetişmisiz.
-Siz Nərminə xanım haqda gələcəkdə bir şey yazmağı
düşünürsünüzmü?
-Çox maraqlıdır ki, ürəyimi duydunuz. Nərminə çox
maraqlı şəxsiyyətdi. O özündən qoymur yazmağa. Deyirəm
şəklini ver, deyir türbənin şəklini versəniz bəsdi.
Gözəl tərbiyə alıb. Balalarına da gözəl tərbiyə verib. Bu
yaxınlarda övladlarına toy etdi. Allah xoşbəxt etsin. İki
qızı, bir oğlu var. Mən ona ilahi bir varlıq kimi baxıram.
Yüksək mədəniyyəti, geniş ürəyi var. Zövq alır ki,
babama xidmət etdim. Deyir mən Nigariyəm. Mən də
sözündən tutdum və belə dedim.
Gələcəyə salam verdin,
bir də bir arzu-kam verdin.
Sabah – Qəsr, Daş dilində
danışacaq sənin adın.
Yaşa xanım!
Bu torpaqda mən doğuldum,
sən yaşadın!
Ömür boyu çıx qarşıma,
Taleyimdə yaşa mənim.
İbadət olsun gərək,
bu qeyrətə ibadət.
Adətimiz – ibadət,
Seyid, sənin Nigarini
Mənim Nərminəm
yaşadır.
Özü yox, əlbəttə, Seyid,
gözündəki
qəm yaşadır.
Elə bir qəmdi ki, Seyid,
adət-ənənəm yaşadır.
-Nəriman müəllim, “Seyid Nigari türbəsi” poemanızın
beşinci bölümünü Cındır Osmana, onun sədaqətinə
həsr etmisiniz. O cür adamların olması bir halal insanlıq
nümunəsi kimi nələr deyir indiki nəslə.
-Çox sağ ol, qızım! Cındır Osman indiki nəslə çox
şey deyir. Onun elədikləri indiki nəslə mənim poemamdan
daha çox söz deyir. Cındır Osman bu bölgədən yığılan
qızılları cındır paltarda Amasyaya daşıyardı. O
sərhəddən keçmək üçün adamı yüz dəfə yoxlayırlar. Bu
da deyirmiş məni də yoxlayın. Əynini görüb deyirlərmiş
sən keç, vaxtımızı alma. Onun apardığı qızıllar o
məscidin tikintisinə gedirdi. O abidənin müəllifi deyərdim
Cındır Osmandı. Ona heykəl qoyulasıdı, abidə
qoyulasıdı. İmkanım olsaydı o abidəni, o heykəli mən
qoyardım. Belə adamlar bəzən arxada qalır.
Cındır Osmanın nəvəsi şair Osman Bakı Dövlət
Universitetində ehtiyac içində oxuduğu halda, onun atası
dəmirçi Əhməd o qızıldan ona bir dənə də verməmişdi.
(Halbuki atası Cındır Osmandan qalan əmanət qızılları
onun vəsiyyətinə görə o illərdə öz əlləriylə kimlərəsə
paylamışdı) Seyid Nigari türbəsinin dəyərini vaxtında
görən və bilən ən müqəddəs dərvişlərdən biridi Cındır
Osman. Onun dostu, yol yoldaşı Nigarinin şeirləri idi.
Yerindəcə ayaqları tərcümeyi-hal yazırdı: ondan yazmamaq
olardımı?
Ayaqları qələm idi,
yollar varaq,
tərcümey-hal yazırdı
axşam-sabah.
Bilirdi ki, yoldan ötən
oxuyacaq.
Sabah millət, sabah Vətən
oxuyacaq.
“Altı” üstə çevriləcək,
“Qızıl” Osman deyiləcək.
Onun adı olan yerdə
Azərbaycan
deyiləcək.
Keçdin rusun,
Osmanlının gömrüyünü.
Sən bağladın Cındır Osman,
zaman açdı
bu düyünü.
Qazaxda Mahmud Əfəndi
eşitdi, güldü, bəyəndi,
səndən ötrü qəhərləndi.
“Cındır” sözü hallandıqca
dəyərləndi.
Kim ki, sənə “cındır” deyir,
batır mənə nizə kimi.
İpək üstə toxudardım
“cındırını” bəzək kimi.
Həzrəti Pirimizin istər İncə dərəsində, istərsə də
Borçalı ellərində bu gün də çox davamçıları var. Basqılara
rəğmən onlar öz Seyid Nigari, Hacı Mahmud əfəndi
kimi mürşidlərə sədaqətini bu gün də yaşadır. Nə zaman,
nə mühit onları əyə, nə də döndərə bilmir. Onlara
necə baxırsız?
Mən buna müsəlmanlığın möhkəmliyi kimi, paklığı,
saflığı kimi baxıram. Onlar qaldıqca milləti saxlayan
adamlar kimi baxıram. Bir milləti öldürmək üçün onun
adət-ənənəsini al əlindən. Adət-ənənimizi onlar yaşadır.
Poemanı oxudun, gözəl fikirlər söylədin, əzbərdən şeirlərini
elə gözəl dedin ki, heyran qaldım mən sənə. Sən
də bu nəslin davamçılarındansan.
Mən inanıram ki, Həzrəti pirimizin, Hacımahmud
əfəndinin davamçıları bütün zamanlarda olacaq və onlar
inam və əqidəmizi yaşadacaqlar.
-İncə dərəsinə, Borçalıya – Qaraçöpə gedib o müqəddəs
məkanlarda həzrəti Pirin – yəni Seyid Nigarinin
şeirlərini canlı-canlı xalqın dilindən eşitmək istərdinizmi?
-Elə istəyirəm!... özümlə diktofon götürəcəm, sizdən
xahiş edəcəm. Şair dostum, gözəl alim və gözəl insan
Hacan Hacısoya demişəm, Osman qağaya demişəm.
Barat Vüsalı da götürərik. Bərabər görüşəcəyik, gedəcəyik.
Oralara çoxdan gedəsiyəm. Seyid Nigari işığıyla
getsək daha gözəl olar. İncə dərəsində olmuşam Barat
Vüsal ilə. Göy türbəni ziyarət etməmişəm doğrusu.
Mütləq gedib ziyarət edəcəm. Poemanın epiloqunda
deyildiyi kimi:
…Gedim Mahmud Əfəndini
Ziyarət eyləyim deyim.
-Nəriman müəllim, ömrünüzün bu müdrik çağında
güc sizə ulu Tanrıdandı. Nə zamansa qocalığınızı boynunuza
alacaqsınızmı? Qocalıq daha ucalıqdı düşüncəsi
ilə.
-Qətiyyən yox, qocalığı boynuma almayacağam.
Mən elə bilirəm ki, hələ yazacağım ən gözəl əsərlər
sırasını gözləyir . O qədər gözəl mövzularımız var ki.
Poemada yazdığım kimi :
Tarix, səni varaqlaram,
Nə var yadımda saxlaram.
Qələm ağlar, mən ağlaram,
Sinəmdə mövzular qalsa.
-Belə gözəl mövzulardan gəncliyə də pay düşməlidi.
Gözəl gənclik gəlir. O tərbiyəni alan gənclər yazmalıdı.
Müqəddəslər haqqına danışanda özüm də paklaşır, saflaşıram.
Mən onların bəzilərini çox gec tanımışam. Çox
təəssüf. Başqa mühitdə böyüdük. Heç Nigaridən xəbərim
yox idi. Sən demə bizim Seyid Nigarımız var imiş!...
Arxanızca, cığırınızla, izinizlə gələnlərə sözünüz?
Bizim tarixi ənənəmiz çox zəngindi. Gənclik onlara
daha çox sahib çıxmalıdı, çıxacaq da. Kökə-soya qayı
dış dünyanın (mənəvi dünyamızın) daha dərindən
dərkidi məncə.
-Bizim Təhsil Nazirliyimizə minnətdarlığımı bildirirəm
ki, onlar proqrama salıblar bütün orta məktəblərdə.
Seyid Nigari tədris olunsun. Bu da gəncliyə yeni bir
qapı açmaqdı. Xudu Məmmədova Allah rəhmət eləsin.
Kristallarla bağlı elmi kəşfdə Moskvada Londonu da
üstələdi bu sahədə böyük bir kəşfiylə. O dedi ki, kristalların
kəsiyi var yerin doqquzuncu qatında. Bizim gəvələrdə
(xalılarda) xurcun və kilimlərdə olan naxışlardı.
Onun notu yoxdu. Nənələrimiz necə toxuyurdusa, indi
də elə toxunur. O naxışlar yaşayır. O da muğamdı, qızım.
İnan muğamdı:
Anam kəlağaylı bir muğamıydı,
Muğam da doğmaca öz anamıydı...
Yəni biz ordan gəlmişik, ora da qayıdırıq.
Biz keçmişdən güc almasaq gələcəyi qura bilmərik.
-Çox sağ olun, ustad! Qızıl vaxtınızın bir parçasını
mənimlə söhbətə ayırdınız. Elə bil ömrümə ömür calandı.
Necə varsız, eləcə də qalın Nəriman Həsənzadə!
Tanrı sizə yar olsun!
Allah sizi Hacımahmud Əfəndiyə, Həzrəti – pirimiz
Seyid Nigari həzrətlərinə yoldaş etsin. Özünüz dediyiniz
kimi:
Arxamdadı dağım-daşım,
İstərəm qaynayım, daşım.
Yanımda bir yol yoldaşım,
Seyid Həmzə Nigar qalsa.
Yaş ötüb, sinədəftərəm,
keçmə, keçilməz çəpərəm.
Şair, dilindən öpərəm,
yazdığım misralar qalsa.

NƏRİMAN HƏSƏNZADƏNİN AD GÜNÜNƏ
Doğmaların doğması!
Əzizlərimin əzizi!
İnsanların insanı Nəriman müəlim!
Siz nə qədər sadə, nə qədər səmimi, nə qədər könüllər
mülkündə taxt quran bir şəxsiyyətsiniz.
Hamı kimi mən də dünyaya gəldim və hamı kimi
yaşadım. Ömrümün bəlli bir yaşındayam və dünyanın,
həm astarına, həm üzünə azdan-çoxdan bələdəm. Çoxçox
dəyərli şairlərin ömür yoluna uzaqdan-yaxından
baxıb zaman-zaman dərs almışam.
Sizi də uzaqdan-uzağa tanıyır, yaradıcılığınızı sevəsevə
izləyirdim. Və sizin nə qədər əlçatmaz və ünyetməz
olduğunuzu düşünürdüm.
Və gün o gün oldu ki, sizi daha yaxından görmək və
daha yaxından tanımaq şərəfinə nail oldum, ustad!
Həmin o gündə mən dünyaya yenidən gəldim. Yenidən
doğuldum sanki. Siz nə qədər canayaxın, nə qədər
rahatkönüllü, nə qədər mehribanmışsınız. Bu qədər sevgi,
bu qədər sayğı, bitib-tükənməyən insanpərvərlik sizə
Allahın ən böyük payı, ən əziz hədiyyəsidir. Mən sizi
hər ziyarətinizdə yenidən görürəm, yenidən duyuram və
yenidən kəşf edirəm. Siz tək mənə yox, hər kəsə, hamıya
beləsiniz, Nəriman müəllim. Siz Türk dünyasının çox
ünlü bir şairi, dramaturqu, alimi və ictimai xadimisiniz.
Siz Azərbaycanımızın sinəsini qürurlandıran bir şəxsiyyətsiniz.
Amma, sanki bir körpə qədər safsınız. Siz bir
insan kimi daha yetgin, daha böyük, daha ucasınız. Nə
yaxşı qapınızı bir gün döymək cəsarətini qadir Allah
mənə bəxş etdi. Və hər kəsin üzünə açıq olan könül
dünyanızdan mən də öz payımı götürməyə getdim.
Sizə atammı deyim?
Babammı deyim?
Sizə yurdum-yuvammı deyim, Nəriman Həsənzadə!
Bəlkə də böyük Səməd Vurğunun bircə misrası ilə
sizə üz tutam və qürurla deyəm:
“El bilir ki, sən mənimsən,
Yurdum, yuvam məskənimsən”- ustad!
Dünyaya gələn gününüz mübarək olsun!

ŞAİRİMİN, USTADIMIN
Boyandım söz nuruna mən,
Haqdan gələn suruna mən,
Sığındım qüruruna mən,
Şairimin, ustadımın.
Özü sözünə bənzəyər,
Sözü özünə bənzəyər,
Haq düşünən, halal deyən
Şairimin, ustadımın.
Dünya boyda bir gerçəkdi,
Sevinci çiçək-çiçəkdi,
Arzuları nə göyçəkdi
Şairimin, ustadımın.
Ucalardan çox ucadı,
Onun öz adı, soy adı.
Seyidlərdi haqq ustadı,
Şairimin, ustadımın.
Gözləyər böyük yolunu,
Anlayar arif dilini,
Güllü öpər sağ əlini,
Şairimin, ustadımın.
Xalq şairi Nərimanın.

ZƏLİMXAN YAQUB - 65
Aprelin 15-də Bakı şəhəri, Xətai rayonu, Azərbaycanın
Milli Qəhrəmanı Tahir Bağırov adına 59 nömrəli
tam orta məktəbdə xalq şairi Zəlimxan Yaqubla görüş
keçirildi. Görüş şairin 65-illik ömür yoluna gözəl bir
hədiyyə oldu. Məktəbin akt zalı müəllim, şagird və
qonaqlarla dolu idi. Hər kəs sevinc içində idi.
Tədbirin aparıcıları məktəbin 9-cu sinif şagirdləri
Səbinə Hacıyeva və Qadir İmanov tədbiri açıq elan
etdilər. Azərbaycan Respublikasının Dövlət Himni oxundu.
Məktəbin şagirdləri Qadir İmanov “Sənin yerin
görünəcək”, Fəridə Rəhimli “Gözəldir”, Şəbnəm Məmmədova
“Mənim Borçalıda qalan illərim”, Aytac İbrahimli
“Dur ayağa məmləkətim”, Aytac Yolçiyeva “Mən
ürəyimi ürək kimi saxlamadım”, Leyla Dursunova “Gəl,
şəklini çəkim, dünya”, Şahin Hüseynzadə “Atama,
müəllimimə” və başqa şagirdlər şairin digər şerlərini
sazın və tarın sədaları altında söylədilər. Qiraətçiləri
sazda Vüsal Əzizov, tarda isə Əziz Əzizov müşaiyət
etdi. Şagirdlərin mənalı və çözəl çıxışından duyulurdu
ki, bu tədbir ciddi hazırlanmış, onu hazırlayan müəllimlər
bu hazırlığa ürəklərini, könüllərini vermişdilər.
Əlbəttə ki, məktəbin dil-ədəbiyyat müəllimi, metodbirləşmə
sədri, təşkilatçı Qətibə Talıbovanın, dil-ədəbiyyat
müəllimi Fəridə Əzizovanın, musiqi müəlliməsi Münəvvər
Əfəndiyevanın, informatika müəllimi Şahnaz
Sadıqovanın zəhməti alqışa layiqdir. Bütün tədbirlərdən
fərqli olaraq Zəlimxan Yaqubla görüş həm arzu, həm
xəyal, həm məsuliyyət, həm sevinc, həm əlçatmaz, həm
də qürur idi. Ona görə də hər kəs tədbirə böyük ruh
yüksəkliyi ilə, həvəslə, məsuliyyətlə hazırlaşmışdı. Bəli,
budur şair ömrü, budur şair ucalığı... Özü demişkən:
Ya Qoşqar olasan, ya da Şahdağı
Belə ucalan ucalanda da...
Şairin həyat və yaradıcılığına həsr olunmuş fraqmentlər
ekranda işıqlandı.
Sonra söz qonaqlara verildi. Aşıq Əhliman, şairlərdən
Fəridə Ləman, Cığatel İsaqızı, Güllü Eldarqızı,
Güləmail Murad, İbrahim İlyaslı, Ömər Qoçulu,
Zəlimxan Yaqubu təbrik edib, səmimi çıxışları ilə tədbirin
ovqatını çox mənalandırdılar. Aşıq Cahangir, aşıq
Şəhriyar sazda şairin sözlərini ifa etdilər. “Qarabağ
Həqiqətlərini Beynəlxalq Aləmə Tanıtma” ictimai birliyinin
təsisçisi və sədri Əlövsət Qasımov, Bakı şəhəri
147 saylı texniki-humanitar liseyin direktoru Həlimə
Mehdiyeva da çıxışlarında şairi təbrik edib, bu tədbirdən
məmnunluqlarını bildirdilər.
Məktəbin dil-ədəbiyyat müəlliməsi, metodbirləşmənin
sədri Qətibə Talıbova söylədi: Bəli, bu gün Zəlimxan
Yaqubla görüş günüdür. Bütün varlığı xalq poeziyası
ilə, saz hikməti ilə yoğrulan bu şəxsiyyəti belə
yaxından görmək, tanımaq, dinləmək bir ayrı sevincdi.
Sağlığında heykəlləşən, Azərbaycan ədəbiyyatında öz
sözünü deyən, yaratdığı əsərləri ilə ədəbiyyata öz möhürünü
basan Zəlimxan Yaqub əslində hər zaman xalqın
içində olub. Onun aydan arı, sudan duru poeziyası
da xalq ruhunun ləli-cövhəridir.
Məktəbin direktoru Maisə Hacıyeva öz çıxışına belə
başladı: Hörmətli Zəlimxan Yaqub! Ad gününüzü öz
adımdan, müəllim və şagird kollektivi adından, qonaqlar
adından təbrik edirəm. Bizimlə görüşə gəldiyiniz
üçün, 13-cildlik əsərinizi məktəbə hədiyyə etdiyiniz
üçün, bu sevinci bizlərə ərmağan etdiyiniz üçün çox sağ
olun, deyirəm, sizə can sağlığı arzulayıram. Biz çox
zaman böyük şairləri, yazıçıları kitabdan oxumuş və
uzaqdan-uzağa tanımışıq. Ancaq, sizinlə bu görüş sizi
daha yaxından tanıdığımıza səbəb oldu. Siz bizim dəvətimizi
qəbul etdiniz, sizə minnətdaram. Mən də sizin
yaradıcılığınızın bir heyranı kimi bu günkü görüşdən
zövq aldım. Və bu təsirlə üzümü sizə tutub deyirəm:
Var olun, böyük şair! Allah sizi pənahında saxlasın!
Tədbirin sonunda xalq şairi Zəlimxan Yaqub bu gözəl
təşəbbüsə və təşkilatçılığa görə məktəbin direktoru
Maisə Hacıyevaya, tədbiri təşkil edən Qətibə Talıbovaya,
müəllim və şagird kollektivinə, qonaqlara təşəkkür
etdi və tədbirdən çox razı qaldığını bildirdi. Şerlərini
söylədi və sonda xatirə şəkili çəkildi.
Mən də xoş arzulara, təbriklərə qoşuluram və böyük
şairə can sağlığı arzulayıram. Şeirləri dillər əzbəri olan
bu ustad şair bütün mənalı ömrünü bir ictimai xadim və
böyük şəxsiyyət olaraq vətənə, millətə və xalqa həsr etmiş,
bununlada qürür duymuşdur.

ZƏLİMXANIYDI
Azərbaycanın xalq şairi Zəlimxan Yaquba
Sözün şah olduğu bir çağa baxdım,
Gah sola boylandım, gah sağa baxdım.
Üfüqdə nur gördüm, uzağa baxdım,
O nura boyanan Zəlimxanıydı.
Özü qələmiydi, özü sazıydı,
Yüzillər yol gələn bir murazıydı.
Şəninə min tərif yenə azıydı,
Zirvədən boylanan Zəlimxanıydı.
Haqdan sur gəlmişdi söz urvatına,
Minmişdi şeirin səmənd atına,
Çıxmışdı göylərin yeddi qatına,
Göylərdə dayanan Zəlimxanıydı.
Keçəcək ay Güllü çox-çox fəsillər,
Tarixə dönəcək indiki illər,
Belə deyəcəklər gələn nəsillər.
Şairlər içində şöhrət-şanıydı,
Gün kimi o yanan Zəlimxanıydı.

UNUDULMAZ ZƏLİMXAN YAQUB
Hələ çox istidi Zəlimxan Yaqub yarasının ağrıları.
Bir az vaxt uzandıqca, zaman keçdikcə daha çox
göynədəcək onun ayrılığı hər kəsi O bir Haqq vergili
şair olmaqla yanaşı əvəzsiz bir natiq kimi bütün zaman
ların canlı bir əfsanəsiydi. Nə sözündən doymaq olardı,
nə sazından, nə də özündən.
Vətən üçün yanan bir şamıydı onun ürəyi. Yurdun
və millətinin bütün ömrü boyu başına dolanan bir pərvanəsi
idi. Canında və qanında insanlığa böyük sevgi
var idi.
Elə bir sehr var idi ki onun səsində!
Ya bir görüşdə, ya televiziya ekranlarında o danışanda
hamı susardı. Onu dinləyənlər bir rahatlıq, bir dinclik
tapardı hər zaman. Elə bil hər sözü, hər şeri dərdimizə
dərman əvəziydi.
Lap çoxdan heyranıydım Zəlimxan Yaqub yaradıcılığının.
Onu dinləməkdən doymazdım heç zaman. Ona
olan millət sevgisi o qədərdi ki...
Amansız xəstəliyi hamı kimi məni də yandırdı.
Gücüm ancaq gecə-gündüz dua etməyə çatardı.
Və ziyarətinə getdim bir gün. Evində oldum, çox
səmimi qarşıladı. Həsrətində olanların onu görüşə çağırdığını
söylədim. Razılıq aldım. Cəsarət edib ona yazdığım
bir şeirimi və qəzet üçün hazırladığım bir yazını
özünə oxudum. Bəyəndi və Bakı şəhəri Tahir Bağırov
adına 59 nömrəli tam orta məktəbdə baş tutacaq görüşdə
həmin şeiri və məqaləni oxumamı istədi! Çox möhtəşəm
və yaddaqalan tədbir oldu. Hər kəs razı qaldı.
Ölümünə inanmaq çox çətindir, onu bir ömür unutmaq
da.
Təsəllimizsə onun adı, özü və dünya durduqca hər
kəsin qəlbində olan şeirləri olacaq .
Çünki unudulmazdı Zəlimxan Yaqub!

KÖNÜLLƏRDƏ TAXT QURAN AŞIQ GÖYCƏ
Aşıq Göycə Borçalı mahalının adıbəlli ustad ozanlarından
biri olub. Taleyinin, qismətinin üstündən
hansı qara rüzgar əsdisə onun bəxti bir tərəfdən üzünə
gülmədi. Hələ körpə yaşlarından çiçək xəstəliyi üzündən
dünya işığından məhrum olan balaca Göycə həyata,
dünyaya daha çox bağlandı. Əlbəttə, buna onun
qolundan tutan xeyirxah insanların da çox böyük köməyi
dəydi. Uşaqlıqda hazırcavab, sözün-söhbətin
yerini-yatağını bilən, yaddaşının iti və güclü olması
Göycəni el-oba yanında, tay-tuş arasında, saz-söhbət
xiridarları içərisində dəyərli edib.
Beləcə, öz zirəkliyi ilə gənc yaşlarından ağır məclislərdə
el danəndələrini dinləyən, öz-özlüyündə hər sözüsöhbəti
saf-çürük edən Göycə saza sarıldı. Bir də şair
Ağacan yaradıcılığına vurğun olmağı, onun dilindən çıxan,
qələmilə dəftərlərə yazılan hər sözünü yüz ölçübbir
biçməsi onları ələyib öz hafizəsinə yazması, ağızdanağıza,
dildən-dilə keçərək bu adamı barmaqla göstərilməyə
hazırlamışdı. Adı dillər əzbəri olan Xındı Məmməd,
aşıq Əmrah, aşıq Kamandar, aşıq Hüseyn Saraclı, aşıq
Alxan Qarayazılı, aşıq Alxan Kosalı kimi sənətkarların
yetişdirdiyi və dünyaya sözünü mərdi-mərdanə deyən
sənət ustadlarının cərgəsində bir aşıq da var – Qaçağanlı
aşıq Göycə. Dediyimiz kimi, könüllərdə taxt quran bu
azman sənətkarların cərgəsində aşıq Göycə özünəməxsusluğu
ilə yaddaşlarda iz qoyub. Sinəsi dastanlarla,
nağıllarla, xalq deyimləri ilə, bitib-tükənməyən ustad
şeirləri ilə dolu olan aşıq Göycə mənalı və dərin duyğulu
bir ömür yaşamışdır. Dediyimiz bu gözəlliklərdən başqa,
doğma Qaçağan elində gənclərin saza meyillənməsində
böyük əmək sərf edib aşıq Göycə. Bu gün onların
barmaqları sazdan güc alır (Öz oğlu bu günümüzün çox
dəyərli aşığı Şahbaz Göycəoğlu da onlardan biridir).
Şair Ağacan kimi bir bəxtikəm el şairinin bütün
yaradıcılığını əzbər bilən və özünü bu böyük ustadın
şagirdi hesab edən aşıq Göycə bəlkə də ilk növbədə şair
Ağacan sayəsində ustadlıq mərtəbəsinə çatıb. Bunlar
ayrıca yazıların mövzusudu. Aşıq Göycə sinəsində söz
ehtiyatının nə qədər zəngin olmasını hər kəs yaxşı bilir.
Amma onun hərdən öz sinəsi coşanda hafizəsində
saxladığı və sonralar yazıya alındığı şeirlərinin gücündən
bəlkə də çoxlarının belə xəbəri yoxdur. Bəli, bu,
doğrudan da belədi. Aşıq Ələsgəri, şair Ağacanı, Səməd
Vurğunu və bütün zamanların ustad aşıqlarının sinəsindən
gələn hər kəlamı hafizəsində saxlayan aşıq Göycə
həm də çox gözəl şeirləri ilə tanınıb. Onun gözəl ustadnamələri,
qoşma və gəraylıları, deyişmələri yetərincədir.
Bu yaxınlarda Gürcüstandaydım. Orda olduğum
müddətdə həmişə vaxtımı sazlı-sözlü məclislərə həsr etməyə
çalışıram. Bu dəfə də belə oldu. Marneulidə azərbaycanlıların
Mədəniyyət Mərkəzində gözəl bir məclisə
dəvət aldım. Gürcüstan Aşıqlar Birliyinin və Azərbaycanlıların
Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı
ilə aşıq Göyçəyə həsr olunmuş bir tədbir keçirilirdi.
Həmin tədbirdə həm də ustad aşıq Göycənin bu
yaxınlar da çapdan çıxmış “Haqdan pay olan Göycə”
adlı şeirlər kitabının təqdimatı keçirildi. Çox nəfis şəkildə
tərtib olunan bu kitaba Azərbaycanın xalq şairi
Zəlimxan Yaqub ön söz yazmış, ustadın aşıqlığına, dastançılıq
məharətinə və şeirlərinə çox böyük dəyər vermişdir.
Borçalının xeyirxah insanı Mahal Tükənçının
dəstəyi ilə çap olan kitab oxucular arasında az bir zamanda
öz qiymətini almışdır.
Məclisdə ilk söz deyən AMM-sədri Fazil Həsənov
aşıq Göycə sənətinin Borçalıya məxsus məziyyətlərindən
danışdı və tədbiri aparmaq üçün sözü məclis əhlinə
verdi. Təqdimat mərasimini Gürcüstan Aşıqlar Birliyinin
sədri, Osman Əhmədoğluya verdi:
Aşiq olub tərki vətən olanın,
Əzəl gündən pür kamalı gərəkdir.
Oturub-durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdir.
Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra.
El içində pak otura, pak dura
Dalısınca xoş sədası gərəkdir.
Ustadnamə ilə məclisə giriş verən şair Osman Əhmədoğlu
ustad aşıq Göycənin aşıqlıq aləmindəki yerindən
danışdı. Sonra aşıq Göycənin və onun yenicə işıq üzü
görən kitabının bizlərə bəxş etdiyi xoş ovqatdan söz
açdı. Tədqiqatçı alim Mahmud Hacıxəlilov, şairlərdən
Səadət Buta, Güllü Eldar, Türkiyədən gələn Borçalı
əsilli ziyalı Yıldıray Aydemir, APA-nın Gürcüstan təmsilçisi
Nizami Məmmədzadə öz çıxışlarında ustadın
özünün və sözünün dəyərlərini açıqladılar. Ustadın oğlu
aşıq Şahbaz AMM-ə, Gürcüstan Aşıqlar Birliyinə
təşəkkürünü bildirdi. Aşıqlarımızdan Nargilə Nəbiqızı,
Ziyəddin Keşəli, aşıq Əfqan, aşıq Məsim, aşıq Bulud və
başqaları çıxış etdi. Borçalıda saz sənətinin, aşıqlığın
qiyməti uca olub həmişə. Və həm də çox dəyərli insanlar
bu diyarın aşıqlarının, söz və saz adamlarının sanbalını
haqq tərəzisilə düz ölçüb, düz biçiblər. Hər kəsə
bəllidi ki, Borçalıda aşıqlar kökdən gələn ənənəni olduğu
kimi yaşadır. Onu dünənindən necə alıbsa, bu günündə
elə saxlayır və sabaha da olduğu kimi ötürür. Biz bunu
elm adamlarının verdiyi dəyərdə daha çox görürük.
Ədəbiyyatşünaslığımızın və folklorumuzun gözəl alimi,
professor Məhərrəm Qasımlı hər zaman yönü Borçalıya
olub. Bu diyarda yaşayan zaman sənətkarların hər birini
ayrı-ayrı dəyərləndirib. Keçmişdə yaşamış aşıqların hər
birinin qədir-qiymətini bilib. Qaraçöplü aşıq Musadan
başlamış Xındı Məmmədə, Əmrah Gülməmmədova,
Hüseyn Saraclıya, Kamandar Əfəndiyevə, Aslan Kosalıya,
Əhməd Sadaxlıya, Məhəmməd Sadaxlıya və aşıq
Göycəyə qədər hər birinin sənətkarlığını ayrıca dəyərləndirib
professor Məhərrəm Qasımlı. Adı çəkilən və
çəkilməyən neçə-neçə Borçalı aşığı haqda jurnallarda,
televiziya və radio proqramlarındakı çıxışlarında aşıq
yardıcılığı və dastan gecələrində həmişə Məhərrəm
Qasımlının dəyərləndirmələri öz halalığı ilə seçilib professor
Məhərrəm Qasımlının. O, ustad Göycəni öz böyük
Aşıq Göycəyə verdiyi dəyər daha diqqət çəkicidir
ustadı – Türkiyəli aşıq Veysəllə əlaqələndirib və onun
da, bunun da çox böyük sənətkar olduğunu vurğulayıb.

Gənc və indiki zamanımızda ustalıq səviyyəsi gözlə görünən
bugünkü Borçalı aşıqlarının dəyərini də çox
gözəl bilir professor Məhərrəm Qasımlı. Onlardan biri
də ustad aşıq Göycənin öz övladı və öz şəyirdi aşıq
Şahbaz Göycəoğludur. Borçalıda aşıq Göycə gününə
həsr olunan tədbirə və onun kitabının təqdimatına Bakıdan
telefonla qatılan Məhərrəm Qasımlı çox məmnunluğunu
bildirdi. Tədbirin aparıcısı olan Osman Əhmədoğlu
ilə telefon söhbətində aşıq Göycəyə verdikləri bu
gözəl dəyərə görə tədbiri ərsəyə gətirən Azərbaycanlıların
Mədəniyyət Mərkəzinə və Gürcüstan Aşıqlar Birliyinə
dönə-dönə təşəkkür etdi. Var olsun! Məclis
minillərdən bəri insanlarımızın könül həmdəmi, gen
günümüzün də, dar günümüzün də doğması olan ulu
sazın sədaları ilə Qaçağanda başa çatdı.
Bakı-Marneuli-Qaçağan-Bakı

GÖYCƏNİN
Haqdan belə gəldi əzəl günündən,
Dindi qəm üstündə sazı Göycənin.
Qəlbi ümman oldu, coşan-çağlayan,
Bir ömür bitmədi sözü Göycənin.
Sinəsiydi ləli-gövhər meydanı,
Hikmətiydi bu ustadın öz canı.
Sözüydü-sazıydı, dini-imanı,
Gülşəniydi bahar-yazı Göycənin.
Baş vurmuşdu ustadların izinə,
Var-dövləti karvan-karvan xəzinə,
Doyulmadı söhbətinə, sözünə,
Ağ yola çevrildi izi Göycənin.
Saflığında sular kimi arıydı,
Bülluruydu sular kimi duruydu.
Düşüncəsi ocağıydı, piriydi,
Qəbuluydu çoxu-azı Göycənin.
Yerdi-göydü öz bərəsi, öz bəndi,
Dəryalardı söz-bərəsi, söz bəndi,
Ələsgərə, Ağacana söykəndi,
Var oldu çörəyi-duzu Göycənin.
Güllü Eldar, gəl sən heç batma qəmə,
Bir az dərin fikir ver bu aləmə.
Gəl sən heç bu ustada gözsüz də demə,
Aşıq Şahbaz görən gözü Göycənin.

AŞIQ ŞAHBAZ GÖYCƏ OĞLU
Atalar bir də onu deyib ki, ustadını mənə göstər, sənin
necə sənətkar olduğunu deyim. Bu doğrudan da belədi.
Hər ustad öz adına görə sənətkar yetirər. İstedadı
olmayan əslində heç ustad da ola bilməz. Şəyird olmağa
da səsi və avazı ilə bərabər istedadı olması da vacib
şərtlərdəndi. Əsl ustad heç zaman istedadsızı şəyird götürməz.
Belə zamanlarda xətir üçün xəstə düşənlər el
yanında alnıaçıq və üzüağ ola bilməz. Əslində bu bütün
sənət ustalarına aiddir. Hələ yüzillər öncə böyük Nizami
necə gözəl söyləmişdi:
Kamil bir palançı olsa da insan,
Yaxşıdı yarımçıq papaqçılıqdan.
Bu cür deyimlər heç zaman öz gücünü itirməz və hər
zaman insanların yüz ölçüb, bir biçməsinə kömək olar.
Əslində, bu yol aşıqlığın daha güclü inkişafına xeyir
vermiş olar hər zaman. El arasında “Ustadına bərəkkallah“
fikri nə qədər sərrast və öz yerində deyilmiş və hədəfə
dəymişdir.
Ta qədimlərdən bu günə qədər insanlarımızın tərbiyəsində
hər zaman öz yerini qoruyub saxlayan aşıqlıq
ənənəsi də bu cəhətdən çox diqqət çəkəcəkdi.
Atam Eldarın da hər zaman aşıqlarla ünsiyyətdə
olması uşaqlıqdan mənim həyatımda öz sözünü hər
zaman demişdir. İstər böyüyüb boya-başa çatdığım
Borçalı ellərində, istərsə də dədə-baba yurdum olan
Qazaxın İncə dərəsi boyunda saz və aşıqlıq hər zaman
diqqət mərkəzində olub. Necə deyərlər bu da bizlərin
iliyinə-qanına qədər işləyib.
Çox-çox adlı aşıqların bəzən izini, bəzən özünüsözünü,
bəzən də onların özlərindən sonra xalqa əmanət
qoyub getdiyi sənət mirasını geninə-boluna içimizə,
ruhumuza, duyğularımıza hopdura-hopdura böyümüşük.
Aşıq Avdı Qaymaqlının, Kərəm İncəlinin, Sadıq
Avdıoğlunun, Cəlal Qəhrəmanovun, Əmrah Gülməmmədovun,
Hüseyn Saraclının, Kamandar Əfəndiyevin,
Göycənin möhür vurduğu aşıqlıq bir örnək olmayıbmı
sonrakı nəsillərə? Kim onlardan nə qədər götürə bilib,
bu da onların öz bacarığı.
Adını çəkdiyim çox dəyərli aşıqlardan hər birinin öz
yeri, öz sənətkarlığı və qoyub getdiyi özünəməxsusluğu
var və bir də kimdən hansı əmanət qalıb?
Bu cəhətdən İncəli əsilli, Borçalı məskənli aşıq Göycənin
ayrı yeri var. Şair Ağacan sevdalısı aşıq Göycə
haqqında çox yazılıb, yazılacaq da. Bir ustad kimi yaddaşlardan
silinməyəcək. Bu ustadın ən böyük özəlliyindən
biri də öz sənətini özündən sonra da öləziməyə
qoymaması, başqa yetirmələrindən əlavə, öz övladlarına
da bu sənətin sirlərini çox mükəmməl öyrətməsidir.
Buna canlı misal olaraq öz oğlu – bu günkü aşıqlarımızın
sayılıb-seçilənlərindən olan Şahbaz Göycəoğludu.
Ustad Göycə öz sənətinin bütün incəliklərini oğlu
Şahbaza öyrətmiş və onun bir gözəl sənətkar olması
üçün nə qədər gücü var, o qədər çalışmışdı.
Bu gün bütün Borçalıda ünlü olmaqdan əlavə Azərbaycanda,
Türkiyədə, İranda da adı hörmətlə çəkilən
aşıq Şahbaz Göycəoğlu çox yetişmiş bir sənəkar
ünvanına sahibdi. Onun gözəl barmaqları, məlahətli səsi və
mükəmməl yaddaşı saz sevən hər kəsi qürurlandırır.
…Saznan yol gedirəm, deyir aşıq Şahbaz. Sazdan
ayrı nə ömrüm-günüm deyir. Saz mənim həm ata yadigarım,
həm də kökdən – soydan gələn milliliyimin bir
üzüdü deyir. Saz mənim havam, suyum, çörəyimdi və
yenə bir ömür axtarışdayam. Bu sənət o qədər ulu, o
qədər dərin, o qədər şirindi ki… Mən Göycə ocağını,
özümü sazsız təsəvvür etmirəm. Mən sazla xoşbəxtəm
və xoşbəxtliyimi sazda görürəm.
Ustadların qabağında çox acizəm deyir. Öyrəndikcə
görürəm hələ çox şey öyrənməliyəm. Hər gün başımı
yastığa qoyanda dualarla uyuyuram. Sabahlara dualarla
oyanıram. Ruzimuz, duz-çörəyimiz sazdan çıxır bizim.
Ona nankorluq etsəm Allah məni bağışlamaz. Atamın
vəsiyyəti mənə halal olmaz. Tək bumu? Kamil ustadların
qoruyub saxladığı kimi saxlamaq da mənim borcumdu.
Bu bir əmanətdi. Əmanətə xəyanəti Allah bağışlamaz!
Ankarada, Tehranın mərkəzində Borçalı sazını dinlətdirmişəm.
Bu bizlər üçün qürur deyilmi? Sazımızın
gələcəyə daha gözəl olmalı, hələ Göycələr gələcək,
Təbrizlər gələcək?
Borçalı aşıq məktəbi ayrıca bir dünyadı. Borçalı sazı
min illərin ənənəsini şərəflə yaşadır və indi də, gələcəkdə
də yaşadacaq. Bu məktəbin öz yolu, öz dəsti-xətti var.
Hələ dördüncü sinifdə oxuyurdum. Onda “Baş
sarıtel“ çalmışam. Bavakər dağlarının hər addımında
səsim-sədam qalıb. Onuncu sinifdə oxuduğum zaman
“Damcılı“ da “Sarı bülbülü“ həvəslə oxumuşam.
1968-ci ilin 5 sentyabrında Borçalının böyük Qaçağan
elində dünyaya gəlib aşıq Şahbaz Göycəoğlu. Onun
Almaz adlı qardaşı, Solmaz, Atlaz, Gülnaz adlı bacıları
dünyaya göz açıb aşıq Göycə ocağında. Hər biri saza
bağlı, sazın hikmətinnən qidalı. Anaları Zöhrə anamız
bütöv bir külfətin qayğılarını çiyinlərində çəkib. Beş
övladın böyüməsi yolunda ömrünü bala ömürlərinə calayıb.
Balalarının laylasını həm də aşıq Göycə sazla
çalıb!
Anamı aşıq Göycəyə onun sazı bağlayıb öncə. Bəlkə
burda daha böyük hikmət var. Onu Allah bilər. Sonra
söz çəkib anamı. Göycəmin sözləri çağırıb o İncəli
qızını. Və bir də yəqin el məsləhəti, ağsaqqal sözü keçərli
olub o zamanlar. Yəqin aşıq Göycənin görən gözü
olmağa boyun olub anam. Beləcə qoşalaşdırıb tale onları.
Sonra da dünyaya gələn beş övlad. Ömür-ömürə
beləcə calanıb aşıq Göycə ocağında… Daha nə deyə
bilərəm? Kövrəlir aşıq Şahbaz. Kim bilir yadına nələr
düşür, xatirələr çözələnir. Mən də kövrəlirəm.
Xalq şairimiz böyük ustadımız Zəlimxan Yaqub aşıq
Göycə haqda yazır.
–Allah bizim gözümüzü qaşımızın altında yaradıb.
Aşıq Göycənin gözünü ürəyinin başında yaradıb.
Zəlimxan Yaqub aşıq Göycəyə həsr etdiyi şeirlərinin
birində deyir:
Sevərdi baharı, sevərdi yazı,
Bülbül avazıydı onun avazı.
Yadigar qoyduğu o telli sazı
İndi də Şahbazın qucağındadı.
Aşıq Göycə sazla qoşa özünün həm görən gözü, həm
də xoş avazı olan aşıq Şahbazı əmanət qoyub öz yurdunda
– yuvasında. Onun yurdu həm də saz yurdudur. Dədə
Qorquddan üzübəri gələ-gələ bütün zamanlarda sazımızın
səsinin hər zaman öz kökünə kökləndiyi yerdi.
Bu gün Borçalıda aşıq Göycə ocağında adı dillərdə
dastan olan bir aşıq da var. Onun səsi gur, çaldığı havalar
bizlərə bir qürurdu. Biz onun bu gününü görür,
sabahını bu gününnən oxuyuruq. Çünki, biz ona inanırıq.
İnanırıq ki, sazımızın sabahına gedən yolun daha
gözəl bir işıqtutanı var. O da aşıq Şahbaz Göycəoğludu.
Sazın, səsin və özün heç vaxt kökdən düşməyəsən və
bizləri də kökdən düşməyə qoymayasan, aşıq Şahbaz.
Sabahlar üzünə, özünə və sazına xeyirliyə açılsın!
Bakı – Borçalı – Bakı.

ŞAHBAZIN
Gecə-gündüz dinləməkdən doymaram,
Nə gözəldi zili-bəmi Şahbazın.
Bülbüldümü, cəh-cəhinə heyranam,
Bir özgədi bu aləmi Şahbazın.
Dədəm Qorqud yaratdı bir səltənət,
Çox zamanlar yola saldı bu sənət.
Atadan övlada oldu əmanət,
Aşıq Göycə kökü – himi Şahbazın.
Hər sığalı xal üstündə qızıl xal,
Məclislərdə ağır – taxta , əhli – hal,
Tərifləri “Bərəkallah “, “ Ay halal“,
Möcüzədi halal dəmi Şahbazın.
Bu dünyaya gələn gündən xoş avaz,
Toy-düyünnən ayrı ömür yaşamaz,
Sinəsində cövlan edən qara saz,
Həm sevinci, həm də qəmi Şahbazın.
Meydan alıb, İran –Turan dolaşar,
Ellər gəzər, dərə keçər, dağ aşar,
Həm saz ona, həm o saza yaraşar,
Vurğunu çox Güllü kimi Şahbazın.

SƏMİMİYYƏT MÜCƏSSƏMƏSİ – ŞAİR
DÜNYAMALI KƏRƏM...
Hələ orta məktəbdə oxuduğum illərdən tanımışam
və sevmişəm şair Dünyamalı Kərəmi. Ədəbiyyata sevdalı
olmağım, müəllimlərimin də dəstəyi istər-istəməz
məni bir istiqamətə yönləndirməyə başlamışdı. Bir
tərəfdən də o zamankı “Sovet Gürcüstanı” (indiki
“Gürcüstan”) qəzetinin nüfuzu içində təlatümlü bir
aləmin sevdalısı olmağın həyəcanlarını yaşadırdı
mənə.
Doğrusu, ədəbiyyat dərslərində Azərbaycanın dünyaya
bəxş etdiyi böyük şairləri tanıyır, sevir və sevəsevə
də yaddaşıma həkk etməyə çalışırdım. Bununla
yanaşı, o zamanlar qəzet səhifələrində adı tez-tez çəkilən,
şeirləri çap olan yerli şairlərin də yaradıcılığını
ardıcıl olaraq izləyirdik. Onlardan Dünyamalı Kərəm,
Alxan Binnətoğlu, M.H.Bəxtiyarlı, Osman Əhmədoğlu,
Arif Mustafayev, Ağabala Mahmudov, Mədəd Coşqun,
Nizami Saraclı, Səadət Buta, Əlixan Düşgün və digərləri
öz imzalarıyla tanınırdı. Yadımda ən çox qalan və
yaddaşıma həkk olan şairlərin hər birinin öz yeri, öz
məqamı var. Hələ 15-16 yaşlarında kiçik cızma-qaralarımda
gah bu, gah da digər şairlərə bənzəməyə çalışar
və onların yaradıcılığından bəhrələnərdim. Ağlıma da
gəlməzdi ki, zaman gələcək, böyüyəcəm və günlərin
birində onlarla görüşmək səadətinə qovuşacam. Doğrusu,
Dünyamalı Kərəmin şeirləri o vaxt daha çox
oxunur və diqqət çəkirdi. Mən də istər-istəməz böyük
sevinclə o şeirləri qəzet səhifələrindən kəsib götürər,
həm əzbərləyir, həm də saxlanc yerlərdə “arxivimə”
qoyardım. Yaxşı yadımdadır, bir dəfə Rustavi şəhərində
mötəbər bir görüşdə Dünyamalı Kərəmin şeirlərini əzbər
söyləməli idim. Çox da yaxşı hazırlaşmışdım. Mənim
çıxış növbəm gələndə kimsə dedi ki, şair Dünyamalı
Kərəm də bu məclisdədir. Düzü, çox həyəcanlandım
və şeirin bir neçə misrasını deyəndən sonra hər
şeyi unutdum. Ortada qalmamaq üçün özümün bir
şeirimlə birtəhər çıxışımı bitirdim. Heç kəsin gözünə
görünmədən getdim. Dünyamalı Kərəm doğrudan da
Gürcüstan ədəbi mühitində ən sanballı şair kimi tanınır.
Mən bunu bir az da özümü və poeziyanı dərk etdikcə
gördüm. Tək mətbutda yox, el məclislərində aşıqların
dilində onun şeirləri həmişə diqqət çəkib. Ona verilən
dəyəri də hər zaman mətbuat səhifələrindən izləmişik.
Uzun müddət mətbuat aləmində çalışıb, bir jurnalist,
publisist kimi də öz halal haqqını alan ustad şairimiz
Dünyamalı Kərəm öz səmimiliyi, təvazökarlığı ilə də
seçilib həmişə. Neçələrinin qolundan tutub. Qələm
büdrəmələri olan təcrübəsizlərə yol göstərib. Dünyamalı
Kərəmin 60, 70, 80 illik yubileyləri ölkə miqyasında
qeyd olunub. Neçə-neçə kitabları işıq üzü görüb
şair Dünyamalı Kərəmin. O öz yurdunu – doğma Borçalısını
dünyanın hər yerindən əziz bilib. Doğma Qoçulu
kəndinə söykəndiyi “Cavaleyi – Şam” zirvə qalasını ən
müqəddəs məkan bilib. Aldığı adlar, qazandığı mükafatlar,
yazdığı kitablar onun şəxsiyyətindən xəbər verir.
Bir gün eşitdim ki, qocaman şairin 90 yaşı tamam olur.
Onu Bakıda “Borçalı” İctimai Cəmiyyəti də çox dəyərləndirib.
Cəmiyyətin sədri, gözəl ziyalı Zəlimxan Məmmədli
ona çox böyük dəyər verib. Bu, məni bir daha
qürurlandırdı və mən orada olmadığıma təəssüfləndim.
Sonra da bu gözəl şairimizin, ağsaqqal ustadımızın
ziyarətinə getmək, onu – uşaqlığımdan bəri məni yaradıcılığına
heyran edən bir şairi ziyarət etmək istədim.
Fəqət, bu, mümkün olmadı. Mən artıq Bakıya köçmüşdüm.
Ailə, ev qayğıları da bir tərəfdən bu ziyarəti gerçəkləşdirməyə
imkan vermirdi. Bu günlərdə yenə doğma
Rustaviyə gəlmişdim. Eşitdim ki, ustad şairimiz, ağsaqqal
dədəmiz Dünyamalı Kərəmin 95 illik yubileyinə
hazırlıq görülür. Qəlbim göynədi. Bu dəfə nə olur-olsun
onu ziyarət etməyi qarşıma məqsəd qoydum. İsmarıc
göndərdim, ustadın doğma Qoçuluda olduğunu və
özünün də, maşallah, çox gümrah ovqatda olduğunu
eşitdim. Vaxt itirmədən doğmalar-doğması bir insanın,
müdrik ağsaqqalın ocağına yollandım. Şairi görərgörməz
sevincimin dünyalarca olduğunu sezdim.
Dünyamalı Kərəm! Bu, o idi, özü idi. Nə qədər sadə,
mehriban. Nə qədər məsum! Bir uşaq səmimiyyəti ilə
gülümsəyirdi Dünyamalı müəllim! Bəli, həm də müəllim.
Bəlkə də onu bir ömür beləcə aydan-arı, sudan
duru yaşadan şairliyi ilə bərabər, həm də müəllimliyi
idi. Uzun zaman müəllim işləmişdi, məktəb müdiri
olmuşdu. İnsan tərbiyəsinə ömür xərcləmişdi. Bəlkə də
bu bir əsrin tək bircə addımlığına qədər gələn ömrünün
hər anında bir səmimiyyət mücəssəməsi olmuşdu bu
adam.
Amma bir az da kövrək idi. Bəlkə də bu görüşdən
təsirlənmişdi. Bəlkə də haqqı-salamı yadırğayanlar düşmüşdü
yadına. Bilmirəm. Bəlkə də bu yaxınlarda ömürgün
yoldaşını itirdiyinə görə kövrəlmişdi. Onun ömrünə
bir dastan bağladığını, bir kitab şeir yazdığını söylədi.
Kim inanar? “Nə ola, qəbrimiz bir qazılaydı, Bu sevgi
tarixə “sirr” yazılaydı”. Belə misralları Müsənbər hər
gün özünün arzusu, diləyi saydı.
Nə üçün əhdində durmadın, ey yar?
Yay günü başıma sən yağdırdın qar.
Şamlar kimi söndü sevgilim mənim,
Bu nə qəza idi, ey Pərvərdigar?!
Bəlkə gözümlə görməsəydim mən də inanmazdım
bu yaşda olan adamın bu qədər sərrast olmasına. Amma
bu bir həqiqət idi. “Cavaleyi-Şam”la daha çox dərdləşirəm,
o zirvənin, o qalanın, o əzəmətin önündə mən də
xəcalətliyəm, – dedi şair. Gəncliyimdə bu müqəddəs
məkanın tar-mar edilməsinə mən də göz yummuşam.
Onun sinəsinə çalın-çarpaz dağlar çəkib bürclərini
sökən xəzinə hərislərinə “durun” deməmişəm. Amma
zaman keçdikcə onun özünün bütövlükdə ən böyük bir
xəzinə olduğunu görmüşəm. İndi o da unudulub. O
boyda əzəmət qalasını yazda yağışdan, qışda qardan
savayı nə axtaran var, nə tapan. Amma o, demədi ki,
mənim də sinəm xəzinədir. Məni də ələmək, süzmək
lazımdır. Yaddaşı o qədər sağlamdır ki, Dünyamalı
Kərəmin. Ona həsr olunan şeirləri həvəslə oxuyur.
Haqqında yazılan məqalələrdən söz açır. Danışdıqca
danışır Dünyamalı Kərəm. Nə yorulur, nə dincəlir. Arada
qonaqların da qayğısına qalır. Bir sözünü iki etməyən
gəlini var, masallah. Qulluğunda müntəzirdir. İkimərtəbəli
evinin pillələrini yeniyetmələr kimi enir,
qalxır Dünyamalı Kərəm. Hər enib-qalxdıqca da qarşı
tərəfdə zirvəsi buluddan nəm çəkən “Cavaleyi-Şam”
qalası ilə göz-gözə gəlir və gahdan köks ötürür, gahdan
da qürur hissi keçirir. Gəlinin hazırladığı nahar vaxtına
təsadüf edən süfrə başında xatirələrini bircə-bircə çözələyir
qocaman şair. Haqqında yazılan xatirələri, yubiley
təbriklərini və ona həsr olunan şeirləri sıralayır bircəbircə.
80 yaşında olarkən şair Osman Əhmədoğlunun
ona ünvanladığı:
Çox yağılar göz dikəndə yurduna,
Çəkdin elə sözlərinin sırtına.
Diz çökdürüb eylədin bir fırtına,
Ellərimin əyilməyən yığvalı,
Səksənin mübarək, a Dünyamalı!
Sonra mən tədqiqatçı, tərcüməçi və şair Mirzə
Məmmədoğlunun bayatılarından bəzilərini oxuyuram:
Bir hava çal, “Kərəmi” də,
Sızla, göynə “Kərəmi”də.
Hərdən bir də sən xatırla
Dünyamalı Kərəmi də.
***
Əzizinəm kərəm dilər,
Dara düşən kərəm dilər.
Borçalıya xoş günləri
Dünyamalı Kərəm dilər.
***
Əzizinəm Kərəmindir,
Eşq balası Kərəmindir.
Bu gün yenə söz meydanı
Dünyamalı Kərəmindir.
Sonra çap olunan kitablarını vərəqləyirik bir-bir.
1994-cü ildə Gəncə şəhərində “Gəncə” nəşriyyatında
nəşr olunmuş “Borçalım mənim” kitabından tutmuş
“Müsənbərsiz dünyam” kitabına qədər əsərlərini vərəqləyirik.
D.Kərəmin 7 kitabı çap olunub. Dünyamalı
Kərəmlə sağollaşıb ömrünün 100 illiyində görüşmək
ümidi ilə ayrılıram. Bizə yolboyu bələdçilik edən Qoçulu
orta məktəbinin direktoru Vənnəhar xanıma təşəkkür
etmək istəyirəm. Hətta geri dönüşdə bizi Qoçuludan
mərkəzi yola qədər özü yola saldı.

95-İN UCALIĞINDA...
Şair Dünyamalı Kərəmi gördüm,
Tiflisin yolları yadıma düşdü.
Gizli saxladığım şeir dəftərim,
Sirli xəyalların oduna düşdü.
Bir cızma-qaranın arxasınca mən,
Şəhərin səmtinə qaçar gedərdim.
O böyük şairə göstərmək üçün
Quşdan qanad alıb uçar gedərdim.
Durardım qapının çöl tərəfində,
Eh, onda düşüncəm necə dayazdı.
Gözlərdim, gözlərdim axşama qədər,
İçəri girməyə gücüm çatmazdı.
Evə qayıdardım, bir də gələrdim,
Axşamdan əzbərdə deyəcəyim söz,
Nəhayət, bir dəfə səslədi məni,
O xoş sima kişi, o gülümsər üz.
Baxdı boxçadakı ağnağazıma,
Mən sandım o günü böyük imtahan.
Qızım, çalış daha dərindən öyrən,
Yaşına baxanda yaxşı yazırsan.
Yaşına baxanda yaxşı yazırsan.
Başım gicəlləndi o anda sanki.
Sandım ki, Güllü yox – böyük şairdi,
O məsul katibin otağındakı.
O gündən üzümə bir günəş doğdu,
Dağıldı göyümnən çiskin, duman, çən.
Dünyamalı Kərəm bircə sözü ilə,
Tutduğum cığırda tutdu əlimdən.
İndi 95-in ucalığında,
Yenə həmənkidi – həmənki gerçək!
Gördüm Qoçuluda şair dədəni,
Durub Cavaleyi – Şam qalası tək.
Gəldim, Dünyamalı Kərəmi gördüm,
Necə də yaraşır bu doğma yurda,
İndi 95-in ucalığında,
Onun 100 yaşında gələrəm bir də!
Bakı-Bolnisi-Qoçulu-Bakı

BÜTÜN TÜRK DÜNYASINDAN BOYU
GÖRÜNƏN DƏRVİŞ OSMAN ƏHMƏDOĞLU...
Mən şair Osmanı – Osman Əhmədoğlunu tanıyanda
9-cu sinifdə oxuyurdum. Onda şeirlərə və ümumən şeir
yazanlara çox qiymət qoyulur, çox dəyər verilirdi. Mən
adını eşidib, üzünü görmədiyim, sadəcə şeirlərini qəzetlərdən
– əsasən də Gürcüstanda çap olunan mətbuatdan
oxuduğum şairlərin hamısını çox istəyirdim. Özüm də
əzbərdən şeir söyləməyi çox sevərdim. Nədənsə Osman
müəllimin şeirlərini o vaxtkı “Sovet Gürcüstanı” qəzetində
daha çox oxuyardım, əzbərimdə daha çox qalardı
onun şeirləri. Bir az da yaşım artdıqca şeirə marağım da
artmağa başladı. O vaxtlar şair Osmanın bir “Borçalı”
şeiri vardı. Qoşma üstündə yazılan həmin şeir orta
məktəb illərinin ən doğma, ən əziz və ən sevimli yadigarı
olub mənim yaddaşımın. Və mənim səmtimin, yönümün
müəyənləşməsində əvəzsiz rol oynayıb. Bəlkə
30 ildən artıq olar ki, bir gün də olmayıb mən o şeiri
əzbər söyləməyim:
İzin ver başına dolanıb sənin,
Ümman qucağında üzüm, Borçalı.
Hər obanı bir bənd bilib şeirimə,
Oymaqlardan misra düzüm, Borçalı.
Həm tarixim, həm keçmişim, əzəlim,
Gəraylım, təcnisim, qoşmam, qəzəlim,
İgidim, ərənim, öz obam, elim,
Ən şirin söhbətim, sözüm Borçalı.
Təvəllüdüm də sən, yaşım da sənsən,
Baharın da sənsən, qışım da da sənsən.
Göylərə ucalan başım da sənsən,
Duyan qəlbim, görən gözüm Borçalı.
Dağların atamdır, düzlərin anam,
Lilparlı bulaqlar gül üzlü sonam.
Mən sənin eşqinlə alışam yanam,
Adına “Vətənim” yazım, Borçalı.
Qoy aləm hüsnünə yetirsin nəzər,
Hər sözün-söhbətin nəğməyə bənzər,
Sinəndə ustadlar barmağı gəzər,
Babamdan yadigar sazım, Borçalı.
Könlüm, öz yurdundu, qürur ilə gəz,
Al qələm əlinə, dastanını yaz,
Osmanam, heç tufan qopara bilməz,
Bitmişəm sinəndə özüm, Borçalı.
Sonralar onun çox şeirini, çox məqaləsini oxudum.
Və hamısı da mənə bir-birindən xoş gəldi. Təkcə bunlar
yox, onun özündən də çox öyrənməyə çalışmışam ömrüm
boyu. Özünü daha yaxından tanıdıqca onun necə bir
insan olduğunu daha çox anlamağa başladım.
Özündən danışmaz, öz şeirlərini və kitablarını təbliğ
etməyə çalışmaz Osman Əhmədoğlu. Onu nə qədər öyrənməyə
çalışmışam, elə el yolunda, millət və xalq yolunda
canını fəda edən görmüşəm.
Borçalını canından artıq sevən bu insan bütün ömrünü
və həyatını bu yurda həsr edib. Bu torpağın sazını,
sözünü və insanlarını tanımağa çalışıb. Rəhmətlik Xalq
şairi Hüseyn Arifin və mərhum aşıq Aydın Çobanoğlunun
məsləhəti və köməyi ilə Gürcüstan Aşıqlar Birliyi
yaratmış və onu layiqincə yaşatmışdır. Şair Osman Sarıvəllinin,
Xındı Məmmədin, şair Ağacanın, aşıq Əmrahın,
Hüseyn Saraclının, aşıq Kamandarın, Alxan Qarayazılının,
Quşçu İbrahimin, Aşıq Göycənin, aşıq Əmirin və
başqalarının dönə-dönə tədbirlərini keşirib. Yubileylərinin
təşkilatçısı və aparıcısı olub.
Zəmanəmizin ən böyük aşıqlarından olan Kamandar
onun şeirlərini saz üstündə, öz bəstəsində el məclislərinin
mötəbər insanlarına oxuyub. Eləcə də ustad aşıq
Əmrah və digərləri çox oxuyub onun qoşmalarını, gəraylılarını.
Ən xoşuma gələni isə aşıqların oxuduğu
“Atam-anam” şeiridir:
Qonaq qardaş, xoş gəlibsən bu yurda,
Dayanma, yaxına gəl, atam-anam.
At bir yana utanmağın daşını,
Sən də bizə qarış, gül, atam-anam.
Gəncə bizim, Təbriz bizim, Kür bizim,
Sevincimiz şəlalədən gur bizim.
İnan, Billah! Bu gün-sabah sur bizim,
Gəl məndən müjdəni al, atam-anam.
Ay Osman, Təbriz de, titrət bədəni,
Kəs qəlbini o göynədən zədəni.
Vətəni, milləti satan gədəni,
Qılınc ol, yarıya böl, atam-anam.
89
Hələ neçə il bundan qabaq İncə dərəsində Hacı
Mahmud əfəndinin dəfn olunduğu ziyarətgah olan Göy
türbə çox gözəl təmir olunub. Bizim tərəflərdə – İncə
dərəsində onu bu gün də söyləyir gözü ilə görənlər,
şahidi olanlar. Deyirlər ki, o vaxtkı çətin illərdə olan
qadağalara baxmayaraq bu müqəddəs məkanı təmir
etdirən kişi Borçalıdan olan Dəmirçi Əhməddir. Sən
demə həmin Dəmirçi Əhməd şair Osman Əhmədoğlunun
atasıymış. Dəmirçi Əhməd övliya babamız Cındır
Osmanın oğlu imiş. Həmin Osman babamız öz ömrünü
Hacı Mahmud əfəndinin Həzrəti – pirimiz olan Mir
Həmzə Seyid Nigari həzrətlərinin ən sədaqətli müridi
olub. Yeri gəlmişkən, xalq şairimiz Nəriman Həsənzadənin
yazmış olduğu “Seyid Nigari Türbəsi” adlı məşhur
poemasının bütöv bir fəsli həmən Cındır Osmana həsr
olunub:
...Keçdin rusun,
Osmanlının gömrüyünü.
Sən bağladın Cındır Osman,
Zaman açdı
Bu düyünü.
Qazaxda Mahmud Əfəndi
Eşitdi, güldü, bəyəndi,
Səndən ötrü qəhərləndi.
Həqiqətən Osman baba xeyirxahlığın və halallığın
mücəssəməsiymiş. Dədələrdən gələn haqq yolunun yolçusu
olub şair Osmanın ata-baba ocağı. Görünür Xalq
şairimiz “əslində olan dırnağında bilinər” kəlamına da
nəzər yetirib. Ustad həmin poemada tanıdığı Osman
Əhmədoğlunu unutmayıb. Onun da dəyərini öz qüdrətli
qələmi ilə verib.
Həmin poemanın yenə 5-ci hissəsində oxuyuruq:
Osman qağa, görüşdüm mən
Şair nəvən
Osman ilə.
Bir qibləyə namaz qılır,
Gördüm bu can o
can ilə.
Qızılı yox, gördüm qızıl
sözləri var.
Səndən, məndən
xəbəri var.
Sinəsində açılmamış
dəftəri var.
... Mən görmüşəm,
dövran keçir,
bir an gəlir,
O yoldan ki Osman keçib,
sonra yenə
Osman gəlir.
Mən Nəriman Həsənzadə böyüklüyünü və ucalığını
bu əsərində bir də gördüm. Və ona Osman Əhmədoğluna
bu əvəzsiz misraları yazdığına görə bir də təşəkkür edirəm.
Mən Osman Əhmədoğluna da minnətdaram ona görə
ki, hələ mən məktəbdə oxuduğum illərdə hər məni
görəndə deyərdi: Mənim babam Hacı Mahmud Əfəndiyə
91
55 il qulluq edib. Mən də hər İncə dərəsinə gedəndə
nənəm Cahana deyərdim ki, Borçalıda bizim elə vurğun
bir şairimiz var, o şair ki, sanki bütöv ömrünü o ziyarətgaha
səcdə etmiş Cındır Osmanın nəvəsidir. Mən
nənəm ilə hələ uşaqlığımdan o ziyarətgahı hər zaman
ziyarət etmişəm, uşaqdan böyüyə hər kəsin “Pir” dediyi
o məkanda kəsilən qurbanları görmüşəm, deyinləri qəbul
olanları, nəzir verənləri, sadağa göndərənləri görmüşəm.
Osman müəllim təkcə şair yox, həm də elin-obanın
və bütün insanların hamısına bir insanlıq nümunəsidir.
Əslində, mən çoxdan yazmaq istəyirdim onun haqqında.
Əlbəttə, şairliyi və şeirləri haqda yazmağa gücüm
çatmazdı. Nə də onun yaradıcılığını dərindən bilmirdim.
Bilsəydim də o qədər yazı-pozu dərinliyinə çox
gedə bilməzdim. Amma bir tərəfdən də ona olan böyük
hörmətim məni dincəlməyə qoymurdu. Osman Əhmədoğlu
mənim nəzərimdə sadə və o qədər də səmimi bir
şəxsiyyət olub həmişə. Mən onu daha çox bir insan kimi,
özümün bir doğmam kimi görmüşəm. Gördüyüm kimi
də düşünməyə çalışmışam. Nədənsə öz yaxın qohumlarımdan
birinə, bəlkə əmimə, dayıma, bəlkə də öz doğma
babama oxşatmışam onu. Əslinə qalsa, onunla bir
qohumluğumuz lap çoxdan, bəlkə də bizim özümüzdən
çox-çox əvvəllərdən var imiş. Bu da onun ulularının
İncə dərəsinə müqəddəs bağlılığından gəlirmiş. Orda
olan Göy türbəyə bağlılqdan gəlirmiş.
Mən ona Osman baba demişəm uşaqlığımdan. Övladlarım
da onu belə çağırırlar.
Şair Osmanın dəyərini verən insanları da çox görmüşəm.
Onlardan biri yuxarıda dediyimiz kimi Xalq
şairi Nəriman Həsənzadədir. Osman Əhmədoğlunun
tədbirləri, görüşlərdəki çıxışları, televiziya proqramlarındakı,
şeir məclislərindəki ağırlığı onun kimliyindən
xəbər verir.
Dönə-dönə “Ovqat”, “Səhər sovqatı”, “Ozan” və s.
verilişlərdə iştirakı, Türkiyənin “Türksoyla ipəkyolu”
televiziya proqramında və digər kanallardakı görüşlərinin,
tariximizə, mədəniyyətimizə, ədəbiyyatımıza, sazımıza
sevgidolu duyğularının tamaşaçısı olmuşam. Hər
verilişdə, hər görüşdə yeni bir keyfiyyəti üzə çıxır. Elmi
yazıları ilə neçə-neçə ağır simpoziumların, konfrasların
iştirakçısı və mükafatçısı olub.
Tiflisdə, Bakıda, Türkiyənin neçə-neçə şəhərlərində,
Kosovoda, Qırğızıstanda və başqa yerlərdə elmi, bədii
və publisistik yazılarla çıxışlar edib, neçə-neçə uğurlara
imza atıb.
Amma hara getsə, harda olsa dönəcəyi, duracağı və
yaşayacağı bir yer var, bir məkan var, bir yurd var ki, o
da Borçalıdır. Osman Əhmədoğlu nə qədər Türk ruhludu,
elə o qədər də Borçalı ruhludu. Özünün bir şeirində
olduğu kimi:
Bir saz olub ağır elli Borçalım,
Yerin-göyün havasını çalandı.
Zaman-zaman qada görüb, qan görüb,
Atəşlərə, alovlara qalandı.
Danəndədi, əhli-ürfan kanıdı,
Ər məqamı, ərənlər meydanıdı.
Bir yurd kimi yurdların sultanıdı,
Ondan ayrı əfsanədi, yalandı...
93
Yurd məhəbbəti Osman Əhmədoğlu üçün ata-ana
sevgisindən də böyükdür. O sevgiyə çatmaq, o sevgi ilə
yaşamaq da hər kəsə nəsib olmaz. Və bəlkə də hər
ağrıya-acıya dözər, yurd ağrısına, daha doğrusu yurdsuzluğa
dözməz heç zaman.
“Borçalı” cəmiyyətinin “Zahid Xəlilov adına Türklüyə
xidmət” və Dünya Qarapapaqlarının İstanbul şəhərində
keçrilən I ci qurultayında “Türk Dünyasına hizmət”
ödülüylə mükafatlandırılıb Osman Əhmədoğlu.
Bunlar Borçalı tarixində bir ilk olaraq tarixləşib. Bu
başından o başına Borçalı ellərini bir-bir dolaşar, yayda
yaylaqlar, qışda qışlaqlar onun məkanı olar. Yorulmaq
nədi bilməz. Artıq ömrünün ixtiyar çağına doğru qədəm
basır, amma hələ yollardadı, uğurlardadı.
“Borçalı” cəmiyyətinin araya-ərsəyə gətirdiyi yaddaşlarımızın
yadigarı “Elat” bayramlarında Armudlu
yaylasında öz gözlərimlə nə qədər doğmalıqlar görmüşəm
ondan. Hər zaman haqqın və həqiqətin yanında
olub o insan, mərdlərin yanında olub. Hər tərəfdən gələn
qonaqlar ona gözaydınlığı verib. Doğrusu bütün
bunları görüb qürurlanmamaq olmaz.
Keçmişə nə qədər bağlıdırsa, gələcəyə də o qədər
bağlıdı o. Keçmişi ilə nə qədər öyünərsə gələcəyə
ümidlə də o qədər öyünər. Və bu da inam yaradır insanlarda
hər zaman. Müəllim kimi müəllim, dərviş kimi də
Dərvişdi Osman Əhmədoğlu. Hansı sahədə olursa olsun
kölgəsi böyük görünür. Boyu uca görünür. Ondan öyrənməyə
və ona güvənməyə, ona ümid etməyə dəyər.
Borçalıda bir şair yaşayır, bir Dərviş yaşayır, bir insan
yaşayır və onun bütün Türk dünyasından boyu görünür.
Bu Osman Əhmədoğludur.

ŞAİR DƏRVİŞ OSMANA
Mən sənə əzəldən baba demişəm,
El-mahal demişəm, oba demişəm,
Borçalı adında düha demişəm.
Sənə kömək olsun böyük yaradan,
Ay Osman Əfəndi, ay Dərviş Osman.
İman gördüm əsilində, soyunda,
İnam gördüm Haqq göndərən payında,
Sədaqət var çörəyində, duzunda,
Ay Vətən sevdalı mötəbər insan,
Ay Osman Əfəndi, ay Dərviş Osman.
Bir kitabsan dastandı hər varağın,
Bu dünyaya yayılıbdı sorağın,
Görüm daim uca olsun bayrağın,
Sənin halalındı qazandığın şan,
Ay Osman Əfəndi, ay Dərviş Osman.
Gur bulaqsan o dağlardan süzülən,
Hər kəlamı qatar-qatar düzülən,
Bir yazısan millətimə yazılan,
Bu Vətən naminə daim alış, yan,
Ay Osman Əfəndi, ay Dərviş Osman.
Aqillər dərs aldı sınaqlarından,
Sındı Sınıq körpü qınaqlarından,
Satılıb bölünən torpaqlarından,
Dağ oldun qoynuna sığındı duman,
Ay Osman Əfəndi, ay Dərviş Osman.
Saraldın gölgədə, yandın gündə sən,
Düşmədin kəməndə, felə, fəndə sən,
Baban Osman kimi mömin bəndəsən.
Əzəldən dolaşır ruhunda iman,
Ay Osman Əfəndi, ay Dərviş Osman.
Ağ saçların qayğıların gülüdür,
Danışdığın Dədəm Qorqud dilidir,
Karvan-karvan dərd sinənə yeridi.
Səni dağ-dağ etdi bu sönük zaman,
Ay Osman Əfəndi, ay Dərviş Osman.
Vətən dedin, var-dövlətə uymadın,
Vüqarını mənsəb üçün əymədin,
Yurd daşısan yurdu yada qıymadın.
Sənə meydan olsun yer, göy, asiman,
Ay Osman Əfəndi, ay Dərviş Osman.
Eldarqızı duaçıdır nur ol sən,
Nə ki varsan, olduğun tək gur ol sən,
Bax, beləcə qocal, görüm pir ol sən,
Ruhunda yaşasın qoy ulu Turan,
Ay Osman Əfəndi, ay Dərviş Osman.

BƏXTİYAR VAHABZADƏ
Hər kitab özü ilə bir işıq gətirməlidi oxucuya. Hər
kitab öz oxucusuna daha isti, daha doğma məqamlar
bəxş etməlidi. Əgər belə olmasa o kitabın dəyəri nə olar
ki. Əlbəttə ki, biz halal səviyyəli kitablar haqqında fikir
söyləmək istəyirik. Elə kitablar ki, insanlara xoş anlar
yaşatsın. Onların zehnini itiləsin. İstər şeir kitabı olsun,
istərsə nəsr və publisistik əsərlər olsun. Hər kitab öz
dəyərlərinə görə yaddaşlarda qalır.
... Biz Osman Əhmədoğlu imzasına yaxşı bələdik.
Uzun illərdir ki, Gürcüstan mətbuatında – əsasən də
“Gürcüstan” qəzetinin, Azərbaycan və Türkiyə mətbuatının
səhifələrində bu dəyərli şairin, publisist və ictimai
xadimin şeirlərini, bədii, elmi və publisistik yazılarını
sevə-sevə oxuyuruq. Onun şeir kitabları şəxsən mənim
hər zaman oxuduğum kitablardandı. Haqqında yazılan
“Bu yerlərin öz Osmanı burdadı” adlı monoqrafiya
şairin yaradıcılığına alim Firudin Şamiloğlunun verdiyi
çox yüksək dəyərdi. Bunlar bir yana. Bu günlərdə
Osman Əhmədoğlunun yeni bir kitabı işıq üzü görmüşdü.
Kitab Türk dünyasının böyük şairi, alimi və
filosofu Bəxtiyar Vahabzadə ilə keçmiş universitet
tələbəsi olan müəllifin müəllim-tələbə görüşlərinə həsr
olunub. Güclü yaddaşa söykənən xatirələr çözələndikcə
çözələnib və “ dama-dama göl” olmağa başlayıb.
“219-cu auditoriya” adlanan bu kitab xeyirxah iş
adamı, alim və memar eloğlumuz Hüseyn Artıkoğlunun
maddi dəstəyi ilə işıq üzü görüb. Onu da qeyd etmək
yerinə düşər ki, bu ilin yazında böyük ozanımız aşıq
Hüseyn Saraclının 100-illik yubileyi münasibəti ilə
Gürcüstan Aşıqlar Birliyinin sədri, şair Osman Əhmədoğlunun
“Saz amanatı” kitabı işıq üzü görmüş və oxu
cuların rəğbətini qazanmışdı. Həmin kitabın işıq üzü
görməsində də yenə çox hörmətli Hüseyn Artıkoğlunun
əvəzsiz payı vardır. Sənədli bir xatirə povesti kimi
düşünülən bu dəyərli kitab oxunduqca oxunur. Orda
xatırlanan ilginc xatirələr oxucunun düşüncələrini
haralara aparır...
Kitabın ön səhifəsində oxuyuruq: - “Halal bir tələbənin
öz halal müəlliminə övladlıq borcu kimi arayaərsəyə
gələn bu işıqlı toplunun sizlərə Haqqın, ədalətin
yolunu göstərəcəyinə əminik. Həzin, kövrək yaşantılar,
qanadlı xatirələr əsasında qələmə alınmış bu kitab
Osman Əhmədoğlunun sevimli müəllimi, Türk dünyasının
fəxri, unudulmaz xalq şairi Bəxtiyar Vahabzadə
haqqında sənədli povesti də adlandırıla bilər.”
Osman Əhmədoğunun bu kitabında milliliyin, özünü
dərkin, Türklülüyün anlayışı, Vətən və yurd dəyəri bütün
dərinlikləri ilə oxucunun varlığına hopdurulur. Milli
və mənəvi dəyərlərimizin dərki düşünülür.
Kitabın tərtibatçısı, redaktoru və ön söz müəllifi
Bəxtiyar Vahabzadə ruhunu daha yaxından dərk edən
çox dəyərli şair, ədəbiyyat üzrə fəlsəfə doktoru və
jurnalist Qiymət Məhərrəmlidir. Məsləhətçi isə Əli
Şamil müəllifin tələbə və əqidə yoldaşıdır ki bunlar da
kitabla bağlı dəyərverici adımlardır.
Nədənsə, bu səpgidə kitablar çox az yazılır. Mən
əminəm ki, “ 219-cu auditoriya”– kitabı böyük şairimiz
ulu Bəxtiyarın adına və şəxsiyyətinə ehtiram və sayğıları
daha da artıracaq. Bu həm də gələcək nəsillərə ustadşagird
münasibətləri baxımından bir örnək olacaqdır.
Bizim düşüncələrimizə görə bu dəyərli kitab haqqında
bu ürək sözlərimizi “ Gürcüstan” qəzetinin oxucularına
ərməğan kimi göndərsək yerinə düşər.

BORÇALI TÜRKLƏRİNİN HƏMRƏYLİYİ
Borçalı Türklərinin həmrəyliyi əslində türk dünyası
həmrəyliyinin ayrılmaz bir tərkib hissəsidir. Bu gün biz
ata və anamız qədər bizlərə doğma və əziz olan diyarımızın
xoş sabahı naminə əlbir, dilbir olan düşüncənin
arxasınca getməyi bacarmalıyıq.
“Tək əldən səs çıxmaz” demiş atalar.
Tarixin elə amansız qanunları var ki, istəsək də, istəməsək
də o qanunların toruna düşməli oluruq. Əgər iradə
möhkəmliyinə və düşüncə vəhdətinə sahib ola bilsək
hansısa yad oyunların məngənəsində sıxılmalı olmarıq
heç zaman.
Borçalı bütöv bir ailənin kəssən kəsilməz, üzsən
üzülməz bir parçasıdır. Yad çəpərləmələri, düşmən bölüşdürməsi
sahibi zəif bir yurdu istədiyi şəklə çox asanlıqla
sala bilər.
Ən böyük düşüncə sahib olma düşüncəsidir.
Bir xalq öz payına sahib olmağı bacarmırsa vay
onun halına. Bildiyimiz kimi 31 dekabr dünya Azərbaycanlılarının
həmrəylik günüdür. Məhz həmin günün
özəlliyi və gözəlliyi ondan ibarətdir ki, xalqımız öz düşüncəsi
ilə dünyaya boylansın. Təkcə boylanmaqla kifayətlənməsin,
öz kökünə-soyuna, əsil-nəcabətinə qucaq
açsın.
Əvəzi başqa heç yerdə görünməyən bu suyu dərman,
havası loğman diyarın könlünü azacıq da olsa almaq nə
qədər xoşdur bir biləsiniz. Bəlkə də qoca Qafqazın bu
dilbər guşəsi yer üzünün ən dəyərli məkanlarından biridir.
Və bu gözəlliyə əl uzadan neçə-neçə mərdimazar
var.
Qəlbində yurd sevgisi olan hər bir vətən oğlunun bu
cənnət məkanı ürəyi qədər sevməsi vacibdən vacibdir.
Əslində tək həmrəylik günündə yox, ilin bütün aylarında,
bütün günlərində Borçalıya diqqət və qayğı tükənməməlidi.
Bu qayğı və diqqət hər kəsin qanında olmalıdır.
Bəzən dünya malı, var-dövlət hərisliyi insanı nəinki
öz cığırından, hətta insanlıqdan belə uzaqlaşdırır.
Bu düşüncəyə Vətən neyləsin?
Bu düşüncəyə Yurd neyləsin?
Və bu da “məndən ötdü, qaradaşıma dəydi” düşüncəsinə
aparır. Daha böyük bir anlayışdan uzaqlaşmaq
bütöv bir millətin, bir xalqın gələcəyinin uçurumlara
yuvarlanması deməkdir.
Təklənmək ən dözülməz dərd qədər ağırdır.
Bir insanın yox, bir elin, bir yurdun təklənməsi çox
ağırdı doğrusu. Həmrəylik demək həm də təklənmələrin
qarşısını almaq deməkdir. Məhz buna görə də Borçalının
və ümumiyyətlə Gürcüstan Türklərinin hər zaman
böyük qayğılara ehtiyacı var. Ona da yaddaşın köməyi
lazımdır. Yoxsa yara sağalmaz. Amma bir atalar sözü
də var: “Yara sağalar olsa təbib qarşı gələr.” Demək hər
şeyin çarəsı varmış.
Bu gün Türk dünyasının böyük oğlu Zəlimxan
Məmmədlinin rəhbərliyi ilə bütün dünyaya səs salan
“Borçalı İctimai Cəmiyyəti” fəaliyyət göstərir. Təxminən
altı, yeddi il ərzində bu cəmiyyət nələr yaratmadı.
Bakıda təşkilatlanan bu cəmiyyət həm Azərbaycanda,
həm Gürcüstanda, həm Türkiyədə, İranda, Pribaltikada,
Rusiyada çox genişləndi. Mən onları sadalamaq fikrin
də deyiləm. Hər şey hər kəsin gözləri önündə olub və
olur.
Bu gün dünya Azərbaycanlılarının Həmrəyliyi günündə
Borçalı Türklərinin həmrəyliyinin qeyd edilməsi
çox böyük həqiqətdən xəbər verir. Borçalının adını anmaq,
ona dəstək olmağı bacarmaq hamının öz vicdanı
qarşısında hesabat verməsi deməkdir və Borçalı Cəmiyyəti
də elə bil dünya türkləri qarşısında hesabat verir.
Bununla da özümüzə dönüşün qapılarını daha geniş açmağa
çağırır hər kəsi.
Bu gün Borçalı Türklərinin həmrəylik gününün keçirilməsi
bütün dünyaya xoş bir soraq kimi yayılır. Dostun
dost olduğu, qardaşın qardaş olduğu öz halallığını
təsdiqləyir, gələn qonaqlar, görülən tədbirlər halal bir
bayram əhval-ruhiyyəsindən xəbər verir. Bu tədbirdə
dostluq, qardaşlıq həm də Gürcüstanla olan bağlarımızın
daha möhkəm olmasından xəbər verir.
Mən də hər kəsin ürəyindən xəbər verən bu gözəl
günə qoşulanlardanam. Uşaqlğımı və gəncliyimi, ömrümün
ən cox vaxtını qoynunda yaşadığım doğma bir diyarla
olan bu günkü həmrəyliyi ürəkdən alqışlayır və bu
işin başında duran Zəlimxan Məmmədliyə və onunla
çiyin-çiyinə külüng vuran hər kəsə minnətdarlığımı bildirirəm.
Həmrəylik gününüz mübarək olsun, əziz dostlar!

HÜSEYN ARİFƏ HƏSR OLUNMUŞ GECƏ
Xalq şairi Hüseyn Arifin qızı Zöhrə xanım məni o
tədbirə dəvət edəndə çox böyük qürur hisi keçirdim.
Əlbəttə, Hüseyn Arif kimi bir şairin böyüklüyünü və
əlçatmazlığını bütün Azərbaycan bilir. Və ondan hər
kəs danışır. Təkcə danışmaq yox, onun yaradıcılıq yolunu,
poeziya aləmindəki məqamını bilməyən və sevməyən
məncə tapılmaz.
Millətin gözündə dağlar qədər ucalmış böyük Səməd
Vurğunun arxasınca gələn qüdrətli ədəbiyyat nəhənglərindən
biridir Hüseyn Arif. O, Vurğunun yetişdirdiyi
ədəbi nəslin gələcək nəsillərə ən layiqli işıq tutanı kimi
də barmaqla göstərilir həmişə. Sözlərinə bəstələnən
mahnılar dillər əzbəridi yarandığı gündən. Aşıq şeiri
üslubunda yazdıgı qoşmaları, gəraylıları öz saflığı və
büllurluğuyla seçilib həmişə. Elə ona görə də hər kəsin
yaddaşına həmişəlik həkk olub onlar. Ən adlı-sanlı ustadlar
ağır məclislərini Hüseyn Arifin seirləri ilə gözəlləşdirib
hər zaman.
Dövrünün ən böyük ustadları məclisin və özlərinin
istəyi ilə onun sözlərini saza qaldırıblar həmişə. Azaflı
Mikayıl, Hüseyn Xalaoğlu, Aşıq Qədir, Murad Niyazlı,
Aşıq İmran, Aşıq Əmrah, Aşıq Kamandar, Ədalət Nəsibov
və saymaqla bitməyən bütün el sənətkarları Hüseyn
Arif şerlərindən qidalanıb həmişə. İndiki nəsil gənc
aşıqlar da ustadlarının getdiyi yolu seçir və seçəcək.
Hüseyn Arif Azərbaycanın ən böyük təbiət şairidir.
Bunu ən böyük qələm sahibləri söyləyir. Onun təbiət
şeirləri Azərbaycanın gözəlliyini dünyaya poeziyanın
dili ilə daha çox sevdirir və indən sonra da sevdirəcək
hər zaman.
Sözləri, fikirləri, deyimləri atalar sözü kimi, zərb
məsəl kimi, hikmət boxçası kimi yayılıb el arasında.
Onun elə beytləri, misraları, bəndləri var ki, hər biri
böyük bir əsər gücündədir. “Torpaq da anasız qalmasın
deyə, torpağın qoynuna köçür insanlar.” “Bir gün bu
dünyadan köçəsi olsam, tək onda demərəm sən mənimlə
get”. “Qoşqarı çiynində gətirər ellər, ona dərman ücün
qar gərək olsa” və bu kimi onlarla, yüzlərlə fikir süzgəcindən
keçərək bəşəriləşən düşüncə məhsulları indən
sonrakı bütün zamanlarda da insanların mənəvi düşüncələrinə
bir örnək olaraq həkk olacaq və onların təfəkkür
nurunu aydınlığa qovuşduracaqdır.
Hüseyn Arif poeziya aləmində epik şeir-poema janrını
da inkişaf etdirmişdir. Bunlara nümunə “Yolda”
poemasını və “Dilqəm” poema-dastanını misal gətirsək
kifayət edər.
Bunlardan əlavə Hüseyn Arif ciddi elmi axtarışlara
da imza atmış bir böyük sənət xiridarıdır. O, Aşıq Alı və
Dilqəm sorağı ilə heç kəsin demədiklərini tapıb yazıya
alıb.
Bütün Azərbaycanı, Göyçə mahalını, Borçalını, Türkiyəni
qarış-qarış gəzib dolaşan ustad şair çox-çox yaddaşlarda
mürgüləyən söz incilərini üzə çıxarıb. Azərbaycan
Aşıqlar Birliyinin ilk yaradıcısı və rəhbəri kimi
də nə qədər yaddan çıxmış saz-söz ustalarının izinə
olunmayıb. Vaxtaşırı adının hallanması, qədirbilən insanlarımızın
ona böyük sayğının nəticəsidir. 2014-cü ilin
payızında Bakıda və Qazaxda anadan olmasının 90 illiyi
böyük təntənə ilə qeyd olundu. Orda elm adamları, şairlər,
aşıqlar, incəsənət nümayəndələri ustadı ürəkdolusu
yad etdilər.
O gözəl anları ürəkdən yaşayanlar arasında biz də
vardıq. Əlbəttə ki, böyük sairin dəyərləri bununla bitmir.
O həmişə anılır, həmişə xatırlanır. Hüseyn Arifin adının
vaxtaşırı anılması indidə var və bundan sonrada olacaq.
Belə tədbirlərdən biri də bu yaxınlarda baş tutdu. Xalq
şairi Hüseyn Arifin 90 illiyinə həsr olunmuş gecə keçirildi.
Keçirilən tədbirə mən də dəvət almışdım.
Gecə Bakıxanov qəsəbəsi 12 saylı liseydə baş tutdu.
Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin teşkilatçılığı
ilə keçirilən həmin tədbirdə bu böyük ustadın
ömür yolu bir daha varaqlandı. Cox maraqlı və yaddaqalan
bu tədbirdə tanınmış şairlərdən İlyas Tapdıq, Eyvaz
Borçalı, müğənni Eldar Ələkbərov, Sahib İbrahimov,
Aşıq Nurəddin və başqaları cox yaddaqalan çıxışları ilə
tədbirin daha da rəngarəng olmasına nail oldular. Tədbirdə
mən də Hüseyn Arifə həsr etdiyim şeirlərimi söylədim.
Gənclərin Respublika Bədii Yaradıcılıq evinin direktoru
Məhəmməd Novruzovun rəhbərliyi ilə belə tədbirlər
tez-tez baş tutur, respublika səviyyəli müsabiqələr keçirilir,
şair və ədiblərlə, aktyorlarla, teatr xadimləri ilə
görüşlər olur. Bu tədbirlər istedadlı tələbə və gəncləri
vaxtında üzə cıxarmağa kömək edir.
Təlimatçı-metodiki şöbənin müdiri, elə həmən tədbirin
təşkilatçısı və ssenari müəllifi Sona Vəliyeva cıxışın
da tədbir istirakçılarına minnətdarlığını bildirdi. Tələbələrdən
Elvin Məmmədov, Minə Nəbiyeva, Leyla Məmmədova,
Nazpəri Məsimova, Toğrul Cəlilov Hüseyn
Arifin seirlərini söylədilər. İsmayıl İsmayılzadə, Elvin
Məmmədov, Aytac Quluzadə, Nərmin Məmmədova
şairin sözlərinə bəslənmiş mahnılar ifa etdilər.
Tədbirin sonunda cıxış edən Hüseyn Arifin qızı Zöhrə
xanım atasına verilən bu böyük dəyərə görə Gənclərin
Respublika Bədii Yaradıcılıq Evinin rəhbərliyinə və
kollektivinə, bütün tədbir istirakcılarına öz minnətdarlığını
bildirdi.

VARIYDI
Hüseyn Arifin 90 illik yubileyi münasibəti ilə
Hüseyn Arif elə söz çəməniydi,
Qəlbinin yaşılı-alı varıydı.
O, haqdan bizlərə ərmağanıydı,
Ruhumun nə gözəl halı varıydı.
Hərdən asta-asta saz da çalardı,
Gedib xəyallara, fikrə dalardı.
Gahdan boşalardı, gahdan dolardı,
Ələsgər varıydı, Alı varıydı.
Dərya – ümmanıydı, gahdan coşardı,
Eşqin səməndiylə daglar aşardı.
Hərdən gözəllərə söz də qoşardı,
Dilinin ucunda balı varıydı.
Bəzən hissin fitvasına uyardı,
Ceyranların səksəkəsin duyardı.
Sarp qayada kəkliklərə qıyardı,
Dag kəliylə cəng-cidalı varıydı.
Mənə şandı dərs aldığım hər sözü,
İmdadıma yetişsəydi kaş özü...
Düşüb cığırına bu Eldarqızı,
Güllünün də öz xəyalı varıydı.
***
Mən Hüseyn Arifə nə yaza billəm,–
Heç buna qüvvəmmi, gücümmü çatar?
O bir zirvədir ki, Allah yaradıb,
Sözünün qüdrəti göylərə çatar.
Özünə bənzərdi səmti-sorağı,
Hər sözü dünyaya bir hesabıydı.
O bir kitabıydı, hər bir varağı.
Oxuyub, duyana min kitabıydı.
Dildə dastan olan hər bir kəlamı
Aparar sehirli dünyaya bizi.
Bircə kəlmə onu deyə bilərəm,
Hüseyn Arif adlı dünyaydı özü

“GÖZ MUNCUĞU”NUN TƏQDİMATI
Qara boz qayalar sahildə dayanar...
Heç bilmirəm neçə yaşım olardı mən bu mahnını ilk
dəfə dinləyəndə. Sonra dönə-dönə eşitdim və o qədər
sevdim ki... Əlbəttə, yaşım o qədər çox deyildi. Və həmin
mahnının sözlərinin və musiqisinin kimin olduğu
da məlum deyildi. Amma oxuyan Oktay Ağayev idi.
Lap sonralar öyrəndim ki, şeirin müəllifi şair Anar imiş.
“Qobustan” toplusu mənim ən çox sevdiyim dərgi idi.
Orda çap olunan yazıları çox böyük sevgi ilə oxuyurdum.
Məqalələrin çoxu da elə şeir kimi yazılırdı və o
qədər gözəl idi ki, istər-istəməz adamın (oxucunun)
canına yağ kimi yayılırdı. Dərginin həm redaktoru, həm
də orda yazılanların çoxunun müəllifi Anar müəllim idi.
Hələ bir zamanlar onu da eşitmişdim ki, “ANAR”
hərfləri” Anam Nigar, Atam Rəsul”demək imiş. Elə bu
da qürurverici bir fikir idi. Çünki hər iki xaiq şairi–
Rəsul Rza və Nigar xanım Rəfibəyli Azərbaycanın
dünya şöhrətli şairləri idi. Onlara olan sevginin payından
övladlarının da üstünə bir nur düşməliydi və düşürdü
də. Bu da ayrıca bir qürur.
“Dədə Qorqud” ssenarisi və onun əsasında çəkilən
və çox böyük şöhrət qazanan “Dədə Qorqud” filmindən
qürurla danışmayan varmı?! Azərbaycan ədəbiyyatında
Kəbirlinski obrazı bəlkə də dünya ədəbiyyatında barmaqla
göstərilən bir obraz kimi məlum və məşhurdu.
Neçə-neçə hekayələri, povestləri, romanları iyirminci
əsrin ikinci yarısından Azərbaycan ədəbiyyatı tarixinin
107
qızıl səhifələri olub. Təhminələr, Zaurlar ədəbi qəhrəmanlıqda
boy göstərdiyi kimi xalqın icində də görünməyə
başlamış və hörmət-izzətlə dəyərləndirilmişlər.
Bütün bunlar və yüzlərlə, elmi, publisistik məqalələr,
esseler Azərbaycan ədəbiyyatının çox nəhəng siması
olan xalqın sevimli yazıçısı Anarın qələmindən cıxmışdır.
Anar müəllim həm də bir alim, tarixçi kimi xalqımızın
min illərdən bu günə boylanan tarixinə, mədəniyyətinə,
milli-mənəvi dəyərlərinə güzgü tutan cox böyük
bir şəxsiyyətdir.
Son əlli ildə və bəlkə bir az da artıq bir zamanda
Anar sanballığı, Anar ağırlığı, Anar sözükeçərliyi bizə
çox şeylər qazandırıb. Onun Türkiyədə, Rusiyada, Avropanın
və dünyanın bir çox ölkələrində çap olunan əsərləri
dünya ədəbiyyatında Azərbaycan bölməsinin yerini
çox gözəl müəyyənləşdirir.
“Min ilin Oğuz Şeiri” poeziya toplusu Anar müəllimin
böyük əməyinin məhsulu kimi göz oxşayır, könül
doydurur. Azərbaycan Yazıçılar Birliyinə başçılıq etdiyi
bu illər ərzində birliyin qapıları hər kəsə, hər zaman
açıq olmuşdur. Natavan klubunda müzakirələr, ədəbi
görüşlər, yubileylər, kitab təqdimatları hər zaman baş
tutub.
Gücümüzün çatdığı qədər Anar müəllimin yaradıcılığından
bəhrələnməyə, onun əsərlərini oxumağa çalışırıq.
Bundan başqa, bir şəxsiyyət kimi də onun özünü
yaxından tanımaq, söhbətini-sözünü dinləmək, daha
doğrusu öz ağzından eşitmək keçib həmişə qəlbimdən.
Doğrudur, televiziyada, radioda olan çıxışlarını həmişə
dinləmişəm. Amma onun özünü şəxsən görməyi cox
istəyirdim. Və belə bir günü görmək mənə nəsib oldu.
Şeirlərini çox sevdiyim və özünə də daha çox bağlı
olduğum gözəl şairə Güləmail Murad məni Yazıçılar
Birliyinə, xalq yazıçısı Anarla olan görüşə dəvət etdi.
Allah ondan razı olsun. Deməli, çoxlarının məclislərini
yola salan Natavan klubu bu dəfə insanları Anar müəllimin
işığına toplamışdı.
Əslində, belə zalların aşıb-daşması hər zaman olsa
daha yaxşıdı. Buna görə də böyük şəxsiyyətlər, böyük
ədəbi simalar görüş məkanlarının dəyərini artırır və onlardan
alınası enerji daha səmərəli olur.
Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Anarın
“AYB kitab” seriyasından “Göz muncuğu” kitabının
təqdimatı və imza günü keçirildi. Tədbirdə birliyin katibi,
xalq şairi Fikrət Qoca, xalq yazıçısı Mövlud Süleymanlı,
millət vəkili Hüseynbala Mirələmov və başqaları
iştirak edirdi.
Tədbirdə çıxış edən birliyin katibi, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid bildirdi ki, Yazıçılar Birliyində
imza günlərinin keçirilməsi ənənə halını alıb.
R. Məcid Anarın yeni povesti haqqında oxuculara məlumat
verərkən qeyd etdi ki, povest ilk dəfə “Azərbaycan”
jurnalında çap olunub.
“AYB kitab” seriyasının və birliyin mətbuat xidmətinin
rəhbəri Xəyal Rza layihə haqqında tədbir iştirakçılarına
məlumat verdi və əlavə etdi ki, layihə çərçivəsində
ilkin olaraq 20 kitabın çapı planlaşdırılır.
“Göz muncuğu”nun ön sözünün müəllifi Pərvin
Nurəliyeva, millət vəkili Hüseynbala Mirələmov və
başqaları Anarın yaradıcılığı, yeni povesti haqqında fikirlərini
tədbir iştirakçıları ilə bölüşdü və təşkilatçılara
minnətdarlığını bildirdi. Bu kitabın tələbələrin birnəfəsə
oxuduğunu, sevdiyini dedi...
Sonda söz yazıçıya verildi. O, hər kəsə minnətdarlığını
bildirdi.
Mən də elə düşünürəm ki, bu təqdimatda əsas meyaryazıçı
Anara sevgi idi. Əlbəttə ki, bu əsər nahaq yerə
yazılmayıb. Yazıçı Anar ədəbiyyatımızın məhək daşıdır.
Mən də ədəbiyyatımızı təbrik edirəm, yazıçı Anara
can sağlığı, uğurlar arzulayıram.

AŞIQ MƏHƏMMƏD SADAXLI
Aşıq Məhəmməd Sadaxlının çalmasına, oxumasına,
dastan söyləmə qabiliyyətinə hər zaman, hər kəsin sevgi
ilə, sayğı ilə dəyər verdiyini çox eşitmişəm. Borçalı
aşıqları içərisində öz tərzi ilə seçilən bir aşıq, ustad sənətkardı
Məhəmməd əmi. Hələ üzünü görmədiyim
zamanlarda səsini radio dalğalarından, əsasən də Tiflis
radiosundan tez-tez eşidərdim. Onun səsindəki yatım və
uyumlu yumşaqlıq, saz çalmasındakı özünəməxsusluq
digər sənətkarlardan çox seçilib həmişə. Aşıq Hüseyn
Saraclı ilə bərabər Azərbaycan televiziyasında söylədikləri
“Koroğlu” dastanından parçalar heç zaman, heç
kəsin yadından çıxmaz. Və aşıq Məhəmmədin oxuduğu
“Başxanım” ayrıca qeyd olunmalıdı. “Başxanım”-ı çox
aşıqlar oxuyub, amma heç kəs onun kimi dindirməyib
insanların zövqünü.
Xeyli vaxt idi onu daha yaxından görmək, səsini
eşitmək, söhbətini dinləmək istəyirdim. Xeyli vaxtdı ki,
ekranlarda, efirlərdə görünmür. Öz-özümə çox düşündüm,
daşındım. Bəlkə qocalıb? Gəzmək, görmək imkanları
yaşlaşması ilə bağlı məhdudlaşıb. Bəlkə bir isti
söhbətə onun ehtiyacı var?
Adıbəlli ustadların çoxu köç-köç olub dünyadan.
Onun öz ustadı “Borçalı bülbülü” kimi tanınan Xındı
Məmməd dünyasını dəyişəndən sonra aşıq Hüseyn Saraclıya
meyl saldı, dədə Əmraha döndü, ustad Kamandarın
dünyasından halı oldu aşıq Məhəmməd. Onlar da
bir-bir dünyadan köçəndən sonra aşıq Əhməd Sadaxlı ilə
uzun bir sənət yolçuluğu keçdilər. Sonra aşıq Aslan
Kosalı ilə əlaqələri çoxaldı. Sonra elə oldu ki, ağır el
məclislərinin bini-bərəkəti olan köhnə kişilərin hamısı
köçdü dünyadan. Bax onda təkləndi aşıq Məhəmməd
Sadaxlı. Təkləndikcə də qocalığa doğru daha sürətlə
getməyə başladı. Yavaş-yavaş zaman öz sözünü deməyə
başladıqca aydın olurdu hər şey. Özünün get-gəli
azaldıqca, ona doğru get-gəllər də seyrəlməyə başladı.
Sonra gün o gün oldu ki, bir sazı, bir sözü, bir də özü
qaldı bir-birinə sədaqətdə.
Dərdini sazına dedi. Qəminə sazla ortaq oldu. Bəzən
elə oldu ki, onun gileyini bir özü bildi, bir də sazı
bildi. Onda da öz-özünə oxudu asta-asta:
Zamana insanı gözdən salanda,
Arxasız igidə mahal gülərmiş.
Cərgədən yorulub dalda qalanda,
Qoca babalara ahal gülərmiş
Bütün bu dediklərimi və həm də demədiklərimi gördüyüm,
bildiyim adamlardan eşitmiş və yaddaşıma yazmışdım.
Elə ona görə də, bu ustadı ziyarət etməyi özümə
borc bilirdim. Gün o gün oldu ki, istəyimə nail oldum.
Borçalının bu ustad sənətkarının ziyarətinə doğru
üz tutdum və səmtimi bir baş Mollaoğlu kəndindən saldım.
Bu kənd mənə həm aşıq Məhəmmədə görə, həm
də rəhmətlik Qasım Əhmədova (Məftuni) görə çox
doğmadı. (Qasım müəllimi hələ orta məktəbdə oxuduğum
illərdən tanıyırdım. Onda “Sovet Gürcüstanı” qəzetinə
balaca məqalələr yazardım. Bəzi yazılarımın çap
olunmasında onun əməyi var idi).
Böyük Sadaxlı elinin elə yanındaca qərarlaşan Mollaoğlu
çox gözəl və axar-baxarlı bir mənzərənin göz bəbəyidir.
Qabaqcadan zəngləşmişdik. Həyat yoldaşı
Zəkiyyə ana ilə bərabər qarşıladılar məni. Elə mehriban,
elə şirin, elə mərifətlə qarşıladılar ki, doğrudan xəcalət
çəkdim.
Çay süfrəsi yoldan gələn üçün dərman kimidi. Elə
ilk dəqiqələrdən şirin ünsiyyət qurduq ustadla. Çox
uzun və çətin bir ömür yolu keçib qocaman ustad:
Aşıqlığa meyli 10-11 yaşlarından başlayıb. Saza həvəsini
görən mamasıoğlu bir odun kötüyündən düzəltdiyi
sazı bağışlayıb ona. O da etməyib tənbəllik, rezindən
düzəltdiyi simlərlə saz havalarını yamsılamağa başlayıb
yavaş-yavaş. Elə ondan da bir az sonra da zümzümələrində
öz uydurduğu qafiyəli sözlərdən oxumağa başlayıb.
Yəqin o da Allahdandı ki, o vaxtlar aşıq Hüseyn
Saraclı bir müddət onların kəndində yaşamalı olub, bu
da aşıq Məhəmmədin taleyinin üzünə gülməsinə səbəb
olub.
Xındı Məmmədə şəyird gedəndə çalıb, oxuması yerliyerindəymiş
aşıq Məhəmmədin. Onun bir aşıq kimi yetişməsində,
yetkinləşməsində Xındı Məmmədin əvəzsiz
zəhməti olub. Onu öz oğlu Lətifdən ayırmayıb heç zaman,
ona mənəvi ata olub. Xındı Məmmədin ölümündən
sonra aşıq Hüseyn Saraclıya yön çevirib. Və Saraclı
onu daha geniş bir aləmə qovuşdurub. Onu Bakıya da
ilk dəfə bu ustad aparıb. Bu minvalla düz 14 il onun
yanında sənətkar kimi daha da yetişib, kamilləşib.
1971-ci ildə aşıq Ələsgərin 150 ilik yubiley təntənəsində
Hüseyn Saraclı ilə bir səhnədə yer alıb aşıq
Məhəmməd Sadaxlı. Sonra Azərbaycan radiosunda
Tahir Talıblının dəvəti ilə çıxışları çox uğurlar gətirib
aşıq Məhəmmədə. Sonra bu uğurların zirvəsi kimi
2003-cü ildə Tahir Talıblı sənədli film çəkib onun haqqında.
Çox kasıb bir ailənin övladı olan Məhəmməd hələ
gəncliyindən hər işin qulpundan tutub. Zəhmətdən, əziyyətdən
çəkinməyib. Dəmirçilik, dülgərlik, bənnalıq edib.
Bütün bunlarla yanaşı sənətində – aşıqlıqda da çox
layiqli uğurlar qazanıb. İlk dəfə səsini 1957-ci ildə
Tiflis radiosunda yazıblar. Orda da eloğlumuz rəhmətlik
Kərim Kərimovun köməyi olub. 85 yaşlı aşıq ustadımızın
indiyə qədər 4 şeir kitabı çap olunub.
Ey könül, dilinə qadağa ver sən,
Hər qəlbə dəyməyin nə mənası var.
Qadir əməlinlə yaxşılıq eylə,
Düz işi əyməyin nə mənası var.
Sənətkaram, dolanmışam hər yana,
Çox nə lazım, az da birdi qanana,
Nə sözün var, de üzünə mərdanə,
Dalınca söyməyin nə mənası var.
Sadaxlı Məhəmməd, artsın həvəsin,
Çal-oxu, məclisdə ucalsın səsin,
Qoy səni el desin, el tərifləsin,
Öz- özünü öyməyin nə mənası var.
Şeirləri el məclislərində saz üstündə oxunub hər zaman.
Onun dastan yaradıcılığı da bir nümunədi. Son illərin ən
yaddaqalan dastanlarını da Aşıq Məhəmməd
düzüb-qoşub. Rəhmətlik Valeh Hacıların məsləhəti ilə
onun yazdığı Qarapapaq Mehralı bəylə bağlı bir kitabın
dastan variantını da aşıq Məhəmməd yazıb. Çox uğurlu
alınan həmin dastanın çapından sonra mərhum akademikin
oğlu Fəxri Hacılar ustadın 80 illik yubileyini
Sadaxlı mədəniyyət evində el bayramı kimi qeyd etdirib.
Ondan qabaqda isə aşığın 60 və 70 illik yubileyləri
Gürcüstan Aşıqlar Birliyinin təşəbbüsü ilə keçirilib.
Bütün təqdimatları birliyin sədri Osman Əhmədoğlu
həyata keçirib.
Aşıq Məhəmmədin çox şirin və ürəyəyatımlı ustadnamələri,
qoşmaları, gəraylı və müxəmməsləri dillər
əzbəridir.
Ömrü boyu məclislər aparıb, qız köçürüb, oğul evləndirib,
nişan mərasimləri yola salıb. Bayram təntənələrində
sazı və sözü dinlənilib aşıq Məhəmmədin.
Vaxtilə Sadaxlı Mədəniyyət evinin nəzdində saz
məktəbi açmış və orda neçə-neçə gənc həvəskara sazın
sirlərini öyrətmişdi. Onların bəziləri bu sənəti bu gün
də davam etdirir. Ayrıca şəyirdlər də yetişdirdiyini söylədi
aşıq Məhəmməd. Bu günün çox dəyərli aşıqlarından
olan aşıq Əşrəf Qəriboğlunun ustad Kamandardan
dərs aldığını bilirik. Amma ustadın dediyinə görə aşıq
Kamandar rəhmətə gedəndən sonra Əşrəf ondan dərs
alıb.
Ustadın oğlu aşıq Mehman bu gün Borçalıda tanınan
aşıqlardandı. Yenə öz oğlu Eldar da atasının sənətini
yaşadır. Gürcüstan dövləti onun əməyinə böyük qiymət
verib. Ustad neçə-neçə fəxri fərmanlarla, təşəkkürnamələrlə
mükafatlandırılıb. Əməyinin ən böyük mükafatı
isə Gürcüstanın keçmiş prezidenti Şevarnadzenin sərəncamı
ilə ölkənin “Şərəf” ordeninə layiq görülməsi olub.
Bu yaşda da saz çalmaqdan, söz qoşmaqdan qalmır
aşıq Məhəmməd. Bir dəfə Azərbaycan Televiziyasında
görkəmli alim, professor Məhərrəm Qasımlının aşıqlarla
bağlı bir verilişinə baxırdım. Aşıq Məhəmməd Sadaxlı
da orda idi və o bir Koroğlu havası oxudu. Məhərrəm
müəllim soruşdu ki:
-A Məhəmməd əmi, bu yaşda səsini zora salmaq
çoxmu çətin oldu?
Aşıq Məhəmməd belə cavab verdi:
-Yox, oğul, Koroğlu özü köməyə gəldi.
Görüşümüz boyu nə sözü qurtardı, nə də söhbəti.
Sağollaşıb ayrılanda gözlərimə inanmadım. Elə bil gələndə
gördüyüm qoca deyildi bu kişi. Sözündən, söhbətindən
doyulmayan daha gümrah dədəydi sanki. Düz
həyət qapısına qədər məni yola saldı öz can dostu
Zəkiyyə ana ilə. Onu da demədim ki, gözümün önündə
mənə bir şeir yazdı və özümə verdi. Sonra mən də ona
bir şeir yazdım. Hər iki şeiri sizlərə təqdim edirəm, əziz
oxucular. Və ustad aşıq Məhəmməd Sadaxlıya salam
göndərirəm və can sağlığı arzulayıram …

AŞIQ MƏHƏMMƏD
Şux qamətin, sərv boyun varıydı,
Zaman sənə, dövran sənə yarıydı.
Sazın-sözün meyli sənə sarıydı,
Belə ucalıbsan, aşıq Məhəmməd.
Demə qocalıbsan aşıq Məhəmməd.
Xındı Məmməd, aşıq Hüseyn memarın,
Qara sazdı əzəl günnən öz yarın,
Hər bir hava, hər havacat dildarın,
De nəyə talibsən, aşıq Məhəmməd,
Demə qocalıbsan aşıq Məhəmməd.
El yolunda nisar etdin o canı,
Eldən aldın o şöhrəti, o şanı,
Cəh-cəhin çağırır, ay “Şərəbanı“.
Xəyala dalıbsan, aşıq Məhəmməd.
Demə qocalıbsan, aşıq Məhəmməd.
Binə qurdun ətəyində ləlvərin,
Ustad sənətkarsan, kamalın dərin.
Sim üstündə gürşad oldu əllərin,
Haqdan haqq alıbsan, aşıq Məhəmməd.
Demə qocalıbsan aşıq Məhəmməd.
Ötən günnən şirin-şirin söylədin,
Gah gül tək açıldın, gah da göynədin,
“Başxanım” oxudun karvan əylədin.
Bulud tək dolubsan, aşıq Məhəmməd,
Demə qocalıbsan, aşıq Məhəmməd.
Mən ömrünə saz ömrünü dilərəm,
Sağlıq olsun gedib bir də gələrəm.
El-obada məclisini görərəm.
Saza yar olubsan aşıq Məhəmməd,
Delə qocalıbsan aşıq Məhəmməd.
Güllü Eldar piran gördü üzüldü,
Gözlərindən yaş sel kimi süzüldü.
Alnımıza bir xoş görüş yazıldı,
Bir ömür qalıbsan, aşıq Məhəmməd.
Demə qocalıbsan aşıq Məhəmməd.

GÜLLÜ
Gülər üzün, xoş camalın görəndə.
Sandım ki, dağlarda lalasan Güllü.
Nə qədər mehriban, nə qədər zərif
Bir ömür eləcə qalasan, Güllü.
Könül kitabını duydum şad oldum,
Kədərdən, qüssədən tamam yad oldum.
Səni abad gördüm, mən abad oldum,
Hey küskün könüllər alasan, Güllü.
Dövranın əlinnən gəlmişəm cana,
Günbəgün dəyişir dövrü-zamana,
Öz balamsan, düşmə qeyri gümana,
Sən elə əladan əlasan, Güllü.
Səni doğan ana görüm var olsun,
Hər zaman yolların laləzar olsun.
Dörd balan ucalsın, bəxtiyar olsun,
Onlara bir arxa qalasan, Güllü.
Gen günümdə dost olanlar hardadı?
Çoxlarını çaşdırıbdı dar dadı.
Tanrı sənə daddırmasın var dadı,
Dərin dəryalar tək dolasan, Güllü.
Söz sərrafı sözü gülə döndərər,
Bir-birinə gülə -gülə göndərər.
Hərcayı milçəyi filə döndərər,
Arifsən hər şeyi bulasan, Güllü.
Elim Sadaxlıdı, Gürcüstanlıyam,
Az da deyil, eldə adlı-sanlıyam,
Hər könül alana istiqanlıyam,
Sən də Məhəmmədə balasan, Güllü.
AŞIQ MƏHƏMMƏDLƏ SON GÖRÜŞ
...Yenicə getmişdim aşıq Məhəmməd Sadaxlının ziyarətinə.
Yenicə görüşmüşdüm bu böyük ustadla öz
ocağında. Öz taxtında – xəstə yatağında bu nuranipirani
ozan dədəmizin nəzilib saz siminə dönən barmaqları
arasında təzanənin titrəyişini yenicə görmüşdüm.
Yüzlərlə divani, qoşma-gəraylı, müxəmməs yazan,
4 şeir kitabının müəllifi olan, özünün yaratmış olduğu
11 dastan ustadı olan bu qocaman el sənətkarı son günlərini
yaşayırdı. Onun ziyarətinə bəlkə də mən getməzdim,
gedə bilməzdim. Amma məni aparan aparırıdı. Elə bil
Allahdan bir əl əlimdən tutub mənə “gəl” deyirdi.
Ustad səni gözləyir deyirdi. Gecikmə deyirdi. Elə bil
aşığın görüşünə yox, o çağırışın işığına doğru qanad
açıb uçmağım gəlirdi. Bütün bunlar nəydi bilmirəm.
Axı, mən onunla çox öncələrdən yox, lap yaxın zamanlarda
görüşmüş, ondan müsahibə götürmüş və ona
şeir də yazmışdım. Doğrusu, ustad da mənə tərif dolusu
bir sığallı şeir həsr etmişdi. Amma həmin şeirin, bir-iki
yeri silkələmişdi məni və yaman da kövrəltmişdi.
Dövranın əlindən gəlmişəm cana,
Günbəgün dəyişir dövrü-zamana,
Öz balamsan, düşmə qeyri gümana,
Sən elə əladan əlasan, Güllü.
Gen günümdə dost olanlar hardadı,
Çoxlarını çaşdırıbdı var dadı.
Tanrı sənə göstərməsin dar dadı.
Dərin dəryalar tək dolasan, Güllü.
Əslində, bu bir hıçqırtıydı, bir iniltili, hüznlü çağırışıydı.
Bir vaxtlar məclislər yaraşığı olan şümşad boylu
aşıq Məhəmməd sınıxıb yumağa dönmüşdü. Zaman
çoxlarını yorub yola saldığını kim bilmir. Aşıq Məhəmməd
də onlardan biri...
Onun haqqında yazdığım yazı o qədər böyük də olmasa,
çox uğurlu alınmışdı. Qəzetlər çap etmiş, internet
səhifələrində paylaşılmış, yüzərlə insan bəyənmişdi.
Amma bu çağırış son çağırışıydı, son ismarıcıydı.
Bəlkə də ustad bu məqamında çoxları ilə görüşmək,
halallaşmaq istəyirmiş. Amma çox heyif.
Yola düşdüm. Lap nağıllarda olduğu kimi, az getdim,
üz getdim, dərə-təpə düz getdim. Nəhayət, çatdım
aşıq Məhəmmədin ocağına.
Məni görən kimi elə bil üstünə gün doğdu. Bəlkə də
son saatlarını yaşayan aşıq Məhəmmədə elə bil Allahdan
güc gəldi. “Xoş gəldin” etdi. Necə deyərlər, bir
gülündən min bir gül oldu. Söhbət etdi. Məni ustadın
ziyarətinə aparan gənc Borçalı aşığı Əfqanla bərabər
saz çaldı, şeir söylədi və dünya haqda bir ağız oxudu da.
Yerimdə donub qalmışdım. İlahidən gələn son işıq
elə bil üzünə düşmüş, üzü nurlanmışdı. Bu arada mən
ona üz tutub bədahətən dedim:
Tanrı sənə ömür versin yüz illər,
Hər zaman sazını çal, ay ustadım.
Sənnən dərs alacaq çox- çox nəsilər.
Əbədi beləcə qal, ay ustadım.
O, mənə tərəf baxdı və dedi ki, elə demə, belə de.
Qocalırsan, insanlara yük olma,
Daha gedərgisən öl, ay Məhəmməd.
Çox mütəəssir etdi bu misralar məni.
Sonra Səadət Butadan danışdı. Onu da istədiyini
söylədi. Dedim sözləşmişik bərabər yenə gələcəyik.
Səadət Butanın aşıq Hüseyn Saraclı ilə deyişməsini
söylədi. Özünün Səadət Butaya yazdığı şeiri əzbərdən
dedi. Sonra mənə dedi ki, mən sənə 7 bənd şeir yazdım,
sən isə 5 bənd. Çalış sən də 7 bənd elə. Baş üstə, dedim.
Sonra Əfqana yeni bir hava öyrətmək istədi – “Gövhəri”
havası, oturdu çarpayıda başladı çalmağa, dedi çox
köhnə havadı, gələrsən öyrədərəm. Beləcə deyə-gülə
müqəddəs bir gün yaşadıq.
Başına pərvanə kimi dolanan ömür-gün yoldaşı Zəkiyyə
anam da bir gülündən min gül olmuşdu. Ay bala,
səni gətirən Allaha qurban olum, nə yaxşı gəldin. Bu
kişi özünə gəldi, neçə gün idi ki, eləcə nəfəsi gedibgəlirdi.
Osman Əhmədoğlu, Mahmud Kamaloğlu, Fazil Şəmistanoğlu
və çoxlarının adını çəkdi ki, onlar da zəng
edib yanıma gələcəklər.
Son anında da ustad şux zarafatından qalmadı. Bizə
süfrə açdırdı. Və biz ayrılarkən kövrəldi, əl yellədi. Mən
də ağladım. Göz görə-görə əriyib gedirdi ustad. Elə də
ayrıldıq. Aşıq Əfqana hər aşığın bilmədiyi o havanı
amanatdadı.
Bir gün sonra professor Mahmud Kamaloğlu zəng
etdi: Güllü xanım, sonuncu ustadımız aşıq Məhəmməd
Sadaxlı dünyasını dəyişdi.
Həmin günün sabahı yönüm bir də düşdü Mollaoğlu
kəndinə.
Bu dəfə göz yaşları içərisində ustadla vidalaşmağa,
onu son mənzilə yola salmağa gedirdim.

DOĞMA YURDA BAĞLI İNSAN
İSLAM ƏLİYEV
Tiflisdə nəşr olunan “Gürcüstan” qəzetinin
95 illiyi münasibəti ilə
Orta məktəbdə oxuduğum illərdən imzasını tanıdığım
və həm özünə, həm şəxsiyyətinə, həm də yazılarına
hörmət və pərəstiş etdiyim qələm sahiblərindən biri də
İslam müəllimidir. O vaxtkı “Sovet Gürcüstanı”, indiki
“Gürcüstan” qəzetində çalışan, bütün qələm məhsullarımı
adı çəkilən qəzetdə çap etdirən İslam Əliyev bütün
yaradıcı ömrünü də dogma elinə-obasına və əməkdaşı
olduğu mətbuat orqanına həsr edib.
Eşitdiyim söhbətlərin hər birində İslam Əliyevin nə
qədər səmimi və təvazökar olduğu, işinə məsuliyyətlə
yanaşdığı haqda xoş təəssüratların dinləyicisi olmuşam.
Hələ orta məktəbdə oxuduğu illərdə öz biliyi və zəkasıyla
seçilən İslam Əliyev bütün fənlərdən əla qiymətlər
alar və müəllimlərin böyük hörmətini qazanarmış.
Riyaziyyat elmini daha çox sevərmiş İslam Hacıoğlu.
İstər müəllimləri, istərsə şagird yoldaşları onun gələcəkdə
böyük bir riyaziyyatçı olacağını düşünürlərmiş.
Amma belə olmur.
1965-ci ildə Gürcüstanın Marneuli rayonundakı
Kəpənəkçi kənd orta məktəbini böyük uğurla başa vuran
İslam Əliyev çoxları kimi üzünü Azərbaycana yox,
Tiflisə tərəf tutmuş və bu şəhərdə A.S.Puşkin adına
Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsinin
“Azərbaycan dili və ədəbiyyatı” fakültəsinə imtahan
verir və böyük uğurla ora qəbul olunan 20 tələbədən
biri və birincisi olur. Tələbəlik illərinin bütün uğurlar
öz savadı, biliyi və iradəsiylə qazanan İslam oxuduğu
ali təhsil ocağının bütün professor, müəllim və tələbələrinin
sevimlisi olur. O, bütün ictimai işlərin, təhsilin və
tərbiyəvi işlərin yerinə yetirilməsi yönündə uğurlu
çalışmaları ilə hörmət qazanır. Sinif nümayəndəsi və
tələbə Elmi Cəmiyyətinin sədri olur. Bununla da kifayətlənməyən
istedadlı tələbə Tiflisdə böyük tirajla nəşr
olunan “Sovet Gürcüstanı” qəzeti ilə əməkdaşlığa başlayır.
Tələbə İslam artıq bu nüfuzlu qəzetin kiçik bir işçisi
olur. Onda həmin qəzetin əməkdaşları arasında çox bacarıqlı
jurnalistlər, şairlər, yazıçılar var idi. Onların
uğurlu qələm məhsulları bütünlükdə Gürcüstan əhalisinin
Azərbaycan dilli oxucuları arasında böyük rəğbət
qazanmışdı. Buna örnək olaraq şair Dünyamalı Kərəmi,
yazıçı Vəli Əliyevi, şair M. H. Bəxtiyarlını və digərlərini
göstərmək olar.
Ali məktəbi fərqlənmə ilə – qırmızı diplomla başa
vuran İslam Əliyev az sonra bütün ömrünü bu sevimli
qəzetə bağladı. Bəlkə də o zamanlar dalbadal bu qəzetin
səhifələrində çap olunan hər məqaləsi onun ömrünə
ömür calayardı.
Elə o gün bu gün İslam müəllim həmin kolletivin
içində püxtələşdikcə püxtələşdi. Və çox uzun bir yaradıcılıq
yolu keçdi. Orda hər addımında bir uğur qazandı.
Bütün mərhələləri addım-addım keçdi və korrektorluqdan
redaktorluğa qədər yüksəldi. Qazandığı böyük hörmət
və nüfuz, təşkilatçılıq və rəhbərlik qabiliyyəti onu
ikinci bir ali məktəbə apardı. O zaman Zaqafqaziya
ölkələri üçün daha yüksək vəzifəli kadrlar hazırlayan
yeganə ali məktəb – Ali Partiya Məktəbi Bakı şəhərində
idi. Həmin məktəbə də ancaq göndərişlə getmək mümЭцллц
Елдар Томарлы
124
kün idi. Hələ o zamanlar İslam müəllimə daha yüksək
vəzifələr vəd edilsə də, o öz sevimli peşəsini, sevimli
kollektivini və dogma yurd-yuvasını heç nə ilə dəyişməyə
razı olmamışdı.
Öz sərrast qələmi ilə, iti zəkası ilə və bütün ömrü
boyu qazandığı uğurlarla seçilən bu insan hər zaman öz
sadəliyi və səmimiliyi ilə də seçilmişdir. Yüzlərlə və
bəlkə də minlərlə yaddaqalan məqalələr, oçerklər, bədii
və publisisitik yazıların müəllifidir İslam Əliyev.
45 ildən artıqdır ki, yorulmadan, usanmadan öz yaradıcılıq
uğurlarının sayını hər gün artırır. İslam Hacıoğlu,
İslam Kür, İslam Əliyev imzaları bu gün Gürcüstan
ölkəsində hər kəsə məlumdur.
İslam müəllim uzun illər öz daimi işini görməklə
yanaşı “Azərinform”– un Gürcüstan üzrə xüsusi müxbiri
olaraq da çalışmışdır. Dönə-dönə fəxri fərmanlar,
yaradıcılıq uğurlarına görə xüsusi diplomlar və mükafatlar
qazanan İslam müəllim üçün bunlar da azdı. O,
Gürcüstanın fəxri jurnalisti, “Şərəf nişanı medalı” sahibi,
“Gürcüstanın Əməkdar jurnalisti” fəxri ad və titullarının
sahibidir.
O öz əlinə qələm götürən hər kəsə hörmətlə yanaşar,
hər yazının daha uğurlu alınması üçün gənc müəlliflərə
öz dəyərli tövsiyyələrini heç zaman əsirgəməz.
Gün o gün oldu ki, mənim də əlimə qələm götürmək
meylim üstün gəldi. Və mən də öz kiçik yazılarımla lap
gənc yaşlarımdan “Sovet Gürcüstanı” qəzetinin redaksiyasına
gedib-gəlməyə başladım.
Məni bu qədər həvəsləndirən həm öz istəyim, həm
də o gözəl kollektivin qayğıkeş münasibəti idi. Əlbəttə,
orda İslam müəllimin ayrıca yeri vardı.
Onu da deməyi özümə borc bilirəm ki, “Gürcüstan”
qəzeti həmişə sıxıntılarla üz-üzə gəlib. Əlbəttə bunlar
maddi sıxıntılardı. Eşitdiyimə görə, bəzən olub ki, bu
qəzetin əməkdaşları aylıq maaş da almayıblar. Fəqət “əl
işdən soyumayıb, ürək arzudan.” Bu qəzetin əməkdaşlarının
bir məqsədi olub hər zaman. İnsanlara öz qələmi
ilə xidmət etmək. Əlbəttə, burda da İslam Əliyevin
mənəvi keyfiyyətləri əsas rol oynayır.
Nə qədər insanın dünyagörüşünün formalaşmasında
“Gürcüstan” qəzetinin çox böyük rolu olub. 35 ildən
artıqdır ki, bu qəzetin daimi oxucusuyam. Doğulduğum,
böyüdüyüm, təhsil aldığım diyarda “Gürcüstan”
qəzeti elə bir mətbuat orqanıdır ki, bütün nəsillər ondan
bəhrələnir.
Az qalır ki, bir əsrə çata “Gürcüstan” qəzetinin yaşı
Az qalır ki, yarım əsrə çata İslam Əliyevin həmin qəzetdə
Fərhad kimi külüng çalması. (indi təxminən 45 ildir)
Və İslam müəllim bir igidin ömrü qədər olan ömrü
ömrü boyu bir gün də olsun bu müqəddəs ocaqdan
ayrılmayıb. İslam Əliyev kimi insanlar bizim mənəvi
zənginliyimizdir. O öz işi ilə, əməli ilə bu möhtəşəm
zənginliyin təməlini qoyub. Bizlərə də düşən odur ki,
onu və digər ideallarımızın qorunmasını, yaşadılmasını
və nəsildən-nəsilə ötürülməsini saf niyyətlərimizlə təmin
edək.
Sizə müqəddəs işinizdə indən sonra da uğurlar arzulayıram,
İslam müəllim!
Ömrün uzun olsun “Gürcüstan” qəzeti.
Sizin varlığınız bizim Gürcüstan ərazisində daim
varlığımız deməkdir.

“GÜRCÜSTAN“ QƏZETİ
“Gürcüstan“- qəzetim, sevimli dünyam,
Adına güvəndim körpəliyimdən.
Gözüm yollarına boylanıb müdam,
Qəlbimə bir sevinc gətirmisən sən.
Ümid payalamısan hər duyan kəsə,
Mən səni ən böyük gücdə görmüşəm.
Dadı damaqlarda hər səhifənin,
Mən hər kəlməsində müjdə görmüşəm.
Öz səsin, öz sözün, öz uğurların,
Bir dastan elədi dillərdə səni.
Hər kəs də ən əziz ərmağan kimi,
Payladı obada – ellərdə səni.
Sən bir məktəb oldun oxuyanlara,
Hər kəsi doğrudan sərraf eylədin.
Sən öz qüdrətinlə müəllim kimi,
Sənnən dərs alanı arif eylədin.
Əziz “Gürcüstan“ım, qəlbi gülüstan,
Hara qədəm basdım səninlə getdim.
Səndən öyrəndiyim o dərs ilə mən,
Ərsəyə yetişdim, murada yetdim.
95 yaşına təbrikə gəldim,
Ad günün mübarək, səni min yaşa.
“Gürcüstan” qəzetim, bir murazım var,
Ömrün daim olsun arzunla qoşa.
AŞIQ ƏLİ ŞIXLI
Sağlığında hər zaman hörmət-izzət görən və məclislərdə
ad alıb süfrə salan aşıqlardan biri də aşıq Əli
Şıxlıdı. Bu o aşıq Əli Şıxlıdı ki, zəmanəsinin böyük ustadı
Sadıq Sultanovdan dərs alıb. Ustad Xındı Məmməd,
aşıq Avdı Qaymaqlı, aşıq Əmrah və Hüseyn Saraclı ilə
ağır toylar keçirib, məclislər yola salıb. Hətta rəhmətlik
aşıq Sadıq şagirdləri arasında aşıq Əliyə daha çox dəyər
verib və deyib ki, bu aşıq (yəni aşıq Əli Şıxlı) mənim
sazımı da, sözümü də mənim kimi işlədir.
Aşıq Əli Şıxlı Tiflis radiosunda, Az. televiziyasında
və digər önəmli tədbirlərdə hər zaman öz məharətini
göstərib və təriflər alıb. Adıbəlli aşıqlarnan adı bir sırada
çəkilib. Hətta iş elə gətirib ki, məclislərin birində “meydanda
mərdi-mərdanə”-aşığı Xındı Məmməd öz məclisini
aparmağını aşıq Əli Şıxlıya təklif edib. Aşıq Əli
Şıxlı da ustad buyruğuna ehtiram kimi həmin məclisi
çox gözəl aparır və “bərəkkallah” qazanır.
Xalq şairi Hüeyn Arif, Vaqif Səmədoğlu və digər
sənət biliciləri də Dərya Məhəmməddən sonra aşıq Əli
Şıxlıya dəyər vermişlər.
Aşıq Əli Şıxlı ocağı həmişə qonaq-qaralı olub. Ora
aşıqlar, şairlər, el ağsaqqalları, katta kişilər onun evində
olar, sədr taxtın üstündə süfrə salınar, xamralı əppəyi,
motal pendiri, samovar çayı, tüstülənən demilər qəlyanlar
və sıra ilə çalınan sazlar o dövrün bütün xarakterini
açardı. Aşıq Sadığın idarə etdiyi belə məclislərdə aşıqlar
sıra ilə çalar, oxuyar, dastan danışardı. Elə bil canlı
bir məktəb idi. Orda barmaqlar daha doğru çalar, ağızlardan
gələn avaz daha düzgün gələrdi. Əlbəttə, keçmiş
ustadlar bu gün daha çox xatırlanır və dəyərləndirilir.
Əlbəttə, aşıq Əli Şıxlı ilk uğurlarını da böyük ustad
Sadıq Sultanovun dizinin dibində atıb. Belə ki, böyük
qardaşı Rəşid (o aşıq Sadıqla dost olub) Əli Şıxlını
aparıb ustadın yanına və deyib ki, bundan aşıq olarmı?
Ustad da baxıb, bəyənib. Elə o gündən zehni bacarığı,
qabiliyyəti, çalışqanlığı ilə seçilir Əli Şıxlı öz layiqli
yerini də tutur.
Sənətdə ilk addımlarını uğurla atan aşıq Əli elə ilk
sınağına da Borçalının ağır elli Faxralı kəndində başlayır.
Aşıq Avdı ilə bərabər Dərya Məhəmməddən də çox
dərs alıb aşıq Əli Şıxlı. Adətən sanballı aşıqların hamısının
bir dastan söyləmə qabiliyyəti də çox güclü olub.
Əli Şıxlı da çox yüklü aşıqlardandı. Onun çalması, oxuması,
söz zənginliyi ilə yanaşı dastan söyləmə qabiliyyəti
də çox güclü olub. Onlarla üçgecəlik, beşgecəlik
dastanları elə şirin, elə mükəmməl və elə ustalıqla söyləyərmiş
ki, məclis əhlinin dodaqlarına bal bələnərmiş.
Çox ağrılı-acılı günlər də yaşayıb aşıq Əli Şıxlı.
Qanlı-qadalı müharibənin içindən keçib. Dönə-dönə
ölümlərlə qarşı-qarşıya gəlib. Belə ki, Finlandiya müharibəsinə
qardaşı Həmidin əvəzindən gedib. Sonra 1941-
1943-cü illərdə Tambov şəhərində hərbi məktəbdə oxuyur.
Daha sonra, 1943-cü ildə qolundan güllə yarası
alır. Ufa şəhərində hərbi xəstəxanada yatır. Daha sonra
hərbə yararsız olsuğuna görə tərxis olunur. Vətənə qayıdır.
Onun coşub-daşan sinəsi, saza həsrət barmaqları
onu dincəlməyə qoymur. Yenidən dönür ustadın hüzuruna.
Ustad da çox xoş qarşılayır şəyirdini. Yenidən
başlayır yarıda qalan arzusu və diləklərin öz murazına
qovuşma zamanı. Məclislər yola salırlar toylar-düyünlər
keçirirlər. Ustad öz ustadlığını sübut etdi. Aşıq Əli Şıxlı: -
İndən sonra get, sərbəst aşıqsan, sənə uğurlar diləyirəm
deyir. Elə o gündən də həyatın daha dərin qatlarına baş
vurur aşıq Əli Şıxlı. Öz doğma eli olan Şıxlıda üzü
Qazağa, üzü Borçalıya dədə Ələsgər demiş: ”Yığ ruzini
verən ellər var olsun.” Və dünyaya gələn 10 övladı böyüdüb
ərsəyə çatdırmaq. Əlbəttə onunla çiyin-çiyinə
həyat quran öz dayısı Tanrıverdi kişinin qızı Nigar ana
da az zəhmət-zillət çəkmədi.
Təkcə saz çalıb, söz qoşub məclislər keçirməklə qalmadı
aşıq Əli Şıxlı. O sənətə yeni gələn, hələ barmaqları
sazın sinəsinə yatmayan neçə-neçə şəyirdləri də ərsəyə
gətirdi. Onlara aşıqlıq dərsi keçdi. Qazağın Muğanlı
kəndindən aşıq Maksim, bacısı oğlu Qara Süleymanov,
Köçvəllidən Paşa, Qarayazının Birrik kəndindən Ağacan,
yenə Qarayazıdan aşıq Vəli neçə-neçə başqaları aşıq
Əli Şıxlıdan sənət dərsi almış, onun açdığı cığırla gedərək
həm sənətdə – aşıqlıqda, həm də həyatda uğurlar
qazanmışdı.
Müharibənin qanlı-qadalı illərindən başlayaraq ömrünün
sonuna qədər ara-sıra saz havaları üstə şeirlər
yazmış və hərdən ağır el məclislərində şirin bir avazla
oxumuşdu. Bəzən gülə, bəzən bülbülə üz tutub şeirlər
söyləmiş, bəzən də dastanlardan gələn yardan gileyli
qoşmalar, gəraylılar yazmışdı aşıq Əli Şıxlı.
Olumundan aşıqlığına, ordan da ölümünə qədər
Haqqa, dinə-imana bağlı olub aşıq Əli. Hər kəsin yanında
da hörmət-izzət qazanıb. Amma nədənsə tədqiqatçılar
axtarmayıb, yazanlar üz tutmayıb aşıq Əli Şıxlıya.
Bəlkə burda təəccüblü heç nə yoxdu. Amma yazmağa,
yada salmağa dəyər. Sazlı-sözlü Qazax ellərinin Şıxlı
kəndində bir ömür yaşayan saz çalan, dastan söyləyən
aşıq Əli Şıxlı haqqında.
70 il ömür sürmüş bu ozan babamız 1987-ci ildə
haqq dünyasına qovuşub. Biz də öz borcumuzu yerinə
yetirdik. Aşıq Əli Şıxlı babamızı yad etdik.

AŞIQ ƏFQAN
2016-cı ilin ilk günlərində – yanvar ayının birinci
həftəsində görüşdüm aşıq Əfqanla. Qışın qarı aləmi öz
bəyaz örpəyinə bürüsə də, ayazlı-şaxtalı ruzigar nə qədər
boz üz göstərsə də bizim görüşümüzə mane ola bilmədi.
Vədələşdiyimiz kimi “Sınıq körpü” sərhəd məntəqəsinin
tam qarşısında, Kirəc Muğanlı kəndinin girəcəyində
görüşməliydik. Mən Rustavidən gəldim. Əfqan öz
maşını ilə gəlmişdi məni götürməyə. Yönümüz Qayaqocalıya
idi.
Qayaqocalıda, özünün yenicə daşındığı və yaşadığı
ocağında çox isti və mehriban bir qarşılanma duyğulandırdı
məni. Yeni yurdu sayalı olsun!
Evi kəndin ucqarında olsa da ata-anasının diqqəti
daim ordadı. Bəzən günlərlə toy-düyünlərdə olsa belə
gözü arxada qalmaz Əfqanın.
İlk görüşümüzdən bəyəndim aşıq Əfqanı. Ciddi davranışı,
ağır oturub durması, sözünün-söhbətinin yerini
bilməsi, nəzakətli davranışı istər-istəməz məndə xoş
duyğular oyatdı ona qarşı. Üstəgəl onun çalıb-oxuma
qabiliyyəti, aşıqlıq məharəti, öz üzərində durmadan
çalışması istər-istəməz məni çox qürurlandırır.
Aşıqlıq bir aşiqlikdi məncə. O elə bir sənətdir ki,
onu sevmədən, ona aşiq olmadan o sənətin nə qədri
bilinər, nə də ordan ucalıqlara pərvaz olunmaz. Onunla
söhbətlişdikcə öyrənirəm ki, lap uşaq yaşlarından aşıqlığa
özü də bilmədən sevdalanıb balaca Əfqan. Gah süpürgədən,
gah bir taxta parçasından saz düzəldib çalmağa
başlayıb. Sonralar Baydar kəndində bir saz həvəs
karından öyrənməyə çalışıb. Əlbəttə, bu cür davam edə
bilməzdi. Ona halal bir ustad gərək olduğunu anladılar.
Və bu işdə öz dayısı Qurban ilk əlindən tutanı oldu
balaca Əfqanın. Qurban onu dövrünün çox dəyərli ustadı
olan aşıq Nurəddinin yanına apardı. Ustadlığı ilə həmahəng
olan ləyaqəti ilə də hər bir insanın sevimlisi olan
Nurəddin Qasımlı Qurbanı və onun bacısı oğlu Əfqanı
çox səmimi və mehriban qarşıladı.
O qədər də çox sorğu-suala çəkmədi balaca Əfqanı.
Sadəcə onun çox rahat davranışı, özünə inamı xoşuna
gəldi ustadın. Sonra öz sazını ona verdi. Bir az çala
bilirdi Əfqan. Bir-iki yüngül hava çaldı. Onu da bəyəndi
ustad. Gün o gün oldu tam 7 il Qayaqocalı – Qasımlı
arası bir cığır açdı balaca Əfqan. Onun yolunu nə qarlı
qış kəsə bildi, nə boran, nə qar. Yeni bir təhsil, eyni bir
anda tərbiyə ocağının istəkli bir öyrəncisi oldu Əfqan.
Ələkdən ələdi ustad Nurəddin. Xəlbirdən keçirdi onu
hər gün, hər saat. Səhvini bağışlamadı. Düz çalmağı,
düz oxumağı, düz davranmağı, öz yerini bilməyi elə
yerli-yerində öyrəndi ki. Özündə olan istək, istedad və
bacarıq Əfqanı get-gedə bu sənətdə çox irəliyə apardı.
Onun bir xoşbəxtliyi də onda oldu ki, aşıq Nurəddinin
ocağı bütövlükdə sazdan və sözdən yoğrulmuş bir ailə
idi. Orda hamı sazın və sözün nöqtəsini, vergülünü
bilirdi. Ona görə də Əfqan daha diqqətli və daha inamlı
olmalı idi. Yeddi il çox böyük ömürdü. Bu illər ərzində
çox çalışdı, çox öyrəndi gənc Əfqan. Dediyimiz ocaq
aşıqlar ocağı idi. Ona görə də öz ustadından əlavə başqalarından
da öyrənməyi özünə borc bilirdi. Ustadın
oğlu, çox istedadlı gənc aşıq olan Həvəskardan da az
öyrənmədi Əfqan. Sağa da baxsa, sola da baxsa öyrənəcəyi
tərəf var idi.
Gün o gün oldu ki, ustad Nurəddin gənc Əfqanı özü
ilə məclislərə apardı. Onun bir az da sərbəst inkişafına
yardımçı olmağa çalışdı. Əfqanın sərbəst məclis aparmasına
yardımçı oldu. Əlbəttə, bütün bunlar aşıq Əfqanın
yetkinliyinə çox təkan verdi.
Ustad Nurəddin aşıq Əfqanın dastan demək qabiliyyətini
də çox gəlişdirdi. Özü söylədiyi dastanları dönədönə
söylədərdi Əfqana. Əgər o tam razı qalmasaydı
şəyirdinə həmən dastanı söyləməsinə razılıq verməzdi.
Bu çox önəmliydi. Bu gün dastan söyləməyi bacaran
aşıq çox azdı. Nə yaxşı ki, aşıq Əfqan dastan söyləməyi
bacaran aşıqlardandı.
Onun söyləyə biləcəyi bir neçə dastan var.
Aşıq Nurəddinin vəfatı çox təsir etdi gənc aşığa.
Amma aşıq Əfqan sarsılmadı heç zaman. Öz ustadının
adına layiq olmağa çalışdı hər zaman. O keçirdiyi hər
məclisdə “Ustadına bərəkallah, aşıq” sözünü eşitmək və
o bərəkallahı aşıq Nurəddinin ruhuna hədiyyə kimi
göndərməyi özünə borc bilir.
Uğurları lap çoxdu aşıq Əfqanın.
Əvvəla, Allah el-obada həmişə xeyir işləri bol etsin.
Borçalı böyük, xeyir işlər də çoxdan çox. Aşıq Əfqanın
bu cəhətdən necə deyərlər, başını qaşımağa macalı da
yoxdu. Bəzən elə olur ki, bir günə iki xeyir işdə olur.
Bu şərtlə gərək biri günortaya, biri də axşama düşə toydüyünün.
Artıq səsi-sorağı bir eldən bir mahala çoxdan yayılıb.
Başkeçiddən Qarayazıya hər tərəfdə boyu görünür
Əfqanın. Bəzən elə olur ki, bir toyun içində başqa bir
toy sahibindən sifariş alır. Yəni toydan-toya, nişandannişana
yollanar ki, bu da onun el arasında hansı dəyərə
sahib olmasından xəbər verər.
İllər öncəsi Gürcüstan Aşıqlar Birliyinin düzənlədiyi
gənc aşıqların yarışmasında üç qalibdən biri olan Əfqan
iki il dalbadal ikincilik diplomu və pul mükafatı ilə dəyərləndirilib
və sonra Türkiyədə gəzintiyə göndərilib.
Sonra Azərbaycana və Türkiyəyə səfərlərin qapısı
taybatay açıldıqca açıldı. Samsun, Ardahan, Qars, Ərzurum,
İstanbul... Aşıq Şennik ölümünün 100 ilində Türk
Dünyası Aşıklar Şöləninə yapmış olduğu qiymətli qatqılardan
dolayı aldığı təşəkkür bəlgəsi, Ardahan Universiteti
rektoru Ramazan Korkmaz, Ardahan Bələdiyyə
Başkanı Faruk Köksoy, Vali Seyfəddin Əzizoğlunun
imzaları aşıq Əfqana göndərilən dəvətnamədə yazılır:
“Kafkasyanın ən böyük ozanlarından biri Kırkızıstan,
Doğu Türküstan, Afqanistan, İraq, Özbəkistan, Türkmənistan,
Naxçıvan, Gürcüstan və digər ölkələrdən gələn
aşık və digər sanatçılar bizləri onurlandıracaqdı.”
Ərzurumda “Aşıkların könlündən, sazın telindən”
gecəsində Türkiyəli aşıqlardan Ensar Şahbazoğlu, Sıtkı
Eminoğlu, Şahin Sarıgül, İsrafil Öztüroğlu, İsrafil Daştan,
Səlami Yağar, Bilal Ersarı ilə bərabər Borçalıdan
aşıq Əfqan (şair Osman Əhmədoğlu ilə bərabər) iştirak
etmiş və xüsusi diplomla ödülləndirilmişdi.
Aşıq Əfqan Qarsda Şahbazoğlu və aşıq Bilalla bərabər
ozan gecəsi keçirmiş və Qars qarapapaqlılarının
xüsusi ödülünü almışdı.
Hara gedir, hansı məclisdə və ya görüşdə olursa
oranın xüsusi ödülü ilə mükafatlandırılır aşıq Əfqan.
Bu gün 33 yaşın içindədi aşıq Əfqan. Ömrünün və
yaşının, sənətinin, uğurlarının zirvə qatına doğru çox
böyük imkan və iradəsi ilə getməyi gözümüz önündədi
aşıq Əfqanın. Bu yolda hələ çox enişlər enəcək, yoxuşlar
çıxacaq. Nə qədər imtahanlar gözləyir onu. Biz inanırıq
ki, aşıq Əfqan onu gözləyən bütün sınaqlardan
alnıaçıq çıxacaq, üzüağ çıxacaq.
Aşıq Əfqanı qarşıda daha böyük bir zirvə gözləyir.
Bu gələcəkdən ona əl eyləyən ustadlıq zirvəsidi. Onun
bu yolu da şərəflə keçəcəyini elə bil mən indidən görürəm.
Borçalı çox ustadların yurdu, məkanı olub. Onlardan
ən sonuncusu öz ustadı aşıq Nurəddin Qasımlıdı.
Aşıq Nurəddin də özündən öncə gələn ustadların yolunu
öz alın təri ilə tutub. Həmin yol da onu öz sənətinə
aparıb.
Tale üzünə vaxtında gülüb aşıq Əfqanın. O, saz və
sözün beşiyi olan Borçalıda boya-başa çatıb. Biz inanırıq
ki, bir gün bu gənc aşıq da özündən sonra gələcəyə
üzüağ gedən gənc aşıqlar yetirəcək.
O qarlı qış gününün necə keçdiyidnən xəbərim belə
olmadı. O yerdə özümə gəldim ki, aşıq Əfqan sazı
basıb sinəsinə və “Sallama Kərəmi” havasını dilləndirir.
Elə bu kökdə də ondan ayrılıram.
Bakı–Borçalı–Bakı.

ƏFQANIN
Saz səsinə meyil saldım ürəkdən,
Güzar etdim obasına Əfqanın.
Bir arzumun çin olmuşdu yuxusu,
Boylanmışdım sədasına Əfqanın.
Yollar onda tufan, boran, qarıydı,
Mənim könlüm saza-sözə sarıydı.
Diləklərdə yaz havası varıydı,
Gün doğmuşdu yuvasına Əfqanın.
Bir kök üstə durulduqca duruldum,
Haqdan gələn bir muraza vuruldum,
Gah zil üstə, gah bəm üstə sarıldım,
Aram-aram nəvasına Əfqanın.
Bir telli saz sığallandı nə gözəl,
Unutmadıq “əhdi-andı” nə gözəl.
Məclisimiz nağıllandı nə gözəl,
Havalandım havasına Əfqanın.
Eldarqızı bu saz sənə həyandı,
Dinlədikcə çox murazım oyandı.
Bu hikmətdən ömrün nura boyandı,
Damla oldum dəryasına Əfqanın.

AŞIQ ƏHLİMANIN HAQQDAN GƏLƏN
KÖNÜL ÇIRPINTILARI
Bu günlərdə Bakıdakı Rəşid Behbudov adına saray
yenə aşıb-daşırdı. O saraydan yenə saz səsi, aşıq səsi
yüksəlirdi. Ozan dünyamızın baş ucalığı hər zaman olduğu
kimi bu gün də öz varlığını və yaşarlığını sübut
edirdi.
Bu dəfə o möhtəşəm sarayda insanları bir araya gətirən,
onları bir kökə kökləyən Aşıq Əhliman idi. Əməkdar
Mədəniyyət işçisi Aşıq Əhliman!
Şirvan aşıq məktəbinin çox layiqli nümayəndəsi olan
Aşıq Əhliman ömrünün 60-illik yubiley təntənəsi əsl
saz və söz bayramına çevrilmişdi. Aşıq Əhlimanın bu
təntənəsində kimlər yox idi. Məclisin bəzəyi olan sazsöz
adamları, alimlər, incəsənət xadimləri, şairlər onun
sənət dostları, ali məktəb müəllimləri, bölgələrdən gələn
qonaqlar həmin günün daha da gözəl olması üçün
səy göstərirdilər.
Aşiq Əhliman ustad bir aşıqdır. O, həm də bir müəllimdir,
alimdir, kafedra müdiridir, dosentdir. Üstəlik
saz üstündə oxunan dadlı-duzlu neçə-neçə şeirlərin
müəllifidir. Onun şeirlərinə mahnılar bəstələnib. Tanınmış
müğənnilər tərəfindən oxunur və çox sevilir. Bu da
o deməkdir ki, Əhliman Rəhimov təkcə ifaçı aşıq kimi
tanınmır. O, öz zəmanəsinin çox dəyərli və müasir şairlərindəndir.
Bu dediklərimizin təsdiqi kimi onun “Könlümlə
danış, sazım!” kitabını oxumaq bəs edər. Bu
onun haqdan gələn könül çırpıntılarının qələmə və ordan
da kağıza köçən ifadəsidir.
Aşıq Əhlimanın çox möhkəm yaddaşı, gözəl natiqlik
məharəti göz önündədir. Öz yaradıcılığı ilə bərabər,
ustadlardan minlərlə qoşma, gəraylı, təcnis, divani, müxəmməs
onun hafizəsində cilid-cilid kitablar kimidir.
Hardan xəbər alsan ordan cavab verər. Bunları biz demirik,
bizim eşitdiyimiz sənət bilicilərinin dediklərindəndir.
Aşıq Əhliman doğma diyarın hər yerində sevilir. O,
özü də bütün Azərbaycanı el-el gəzib dolaşmaqdan
doymur. Harda bir xeyir iş varsa orda “çağrılan yerə ar
eləməz” Aşıq Əhliman. İstedad, bilik, məharətlə bərabər
çox böyük həvəs və istək sahibidir Aşıq Əhliman.
İstər xalq arasında, istər sənət dünyasında və istərsə də
elm – bilik meydanlarında adı çəkilər, özü görünər Aşıq
Əhlimanın. Aşıq Əhliman bir də ona görə bu qədər güclü
və qüvvətlidir ki, o bütöv Azərbaycanı sevir, yurdun
hər qarışına “pirim” deyir. Adamların ağzında dolaşan
söz-söhbətləri əgər yazılsa böyük bir kitab olar Aşıq
Əhliman haqda. Necə ki, mən bu dediklərimi bəzi sənət
bilicilərindən eşitmiş və qələmə almışam.
Bildiyimiz kimi Azərbaycan aşıq sənətinin Təbriz,
Göyçə, Borçalı, Qazax, Şirvan məktəbləri məşhurdur.
Və hər bölgənin özünəməxsus çalma və oxuma yolları
var. Bütövlükdə isə bütün qolların – məktəblərin hamısı
bir kökə – saz sənətinin ulu və müqəddəs kökünə bağlıdır.
Bu da heç zaman yad havasına oynamayan xüsusi
bir əzəmət simvolu yaradır.
Bildiyimiz kimi bu sənət çox-çox qədimlərdən gəlir.
Dədə Qorquddan, Qurbanidən, Xəstə Qasımdan, Ələsgərdən
üzübəri bu günə gələn sənətkarlardan biri də bu
günümüzün gözəl aşığı Aşıq Əhlimandır. Şirvan aşıq
məktəbində aşıq Əhməd kimi ustaddan dərs alan, Aşıq
Şakirlə püxtələşən, aşıq Bəylərlə boy atan Aşıq Əhliman
təbii bu gün öz qabiliyyəti ilə dillərdə dastan olmağa
layiqdir.
Təkcə sazı yox, muğamı da çox gözəl bilməsi Şirvan
aşıqlarının yeni bir tərəfini də aləmə çatdırır. Bunu həmin
günün aparıcısı, möhtərəm professorumuz Qəzənfər
Paşayevdən eşitdik və bir də hörmətli alimimiz onu
əlavə etdi ki, bu günkü Şirvan aşıq məktəbinin yetirmələri
saza daha ciddi şəkildə sahib çıxırlar. Yəni sazı
daha yaxşı çalmağa başlayıblar. Bu böyük işdir və bu
işdə də aşıq Əhliman kimi sənətkarların böyük əməyi
danılmazdır.
O gün Rəşid Behbudov sarayında saz bayramı idi...
Və həmin saz bayramı da çox dəyərli ustad olan Aşıq
Əhlimanın dünyaya gəlişinin 60-illiyinə həsr olunmuşdu.
Məclisi giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin
sədri, xalq şairi Zəlimxan Yaqub açdı. Birliyin sədri
çox dərin qatlara enərək aşıqlığımızın keçmişinnən bu
gününə kiçik bir səyahət elədi. O saz-söz meydanında
Aşıq Əhlimanın hansı mərtəbədə qərar tutmasını açıqladı.
Məclis içtirakçılarını təbrik etdi. O eyni zamanda
Mədəniyyət və Turizm Nazirliyinə və şəxsən nazir
Əbülfəz Qarayevə dərin təşəkkürünü bildirdi. Sonra
məclisi aparmaq üçün hörmətli alimimiz, çox dəyərli
insan Qəzənfər Paşayevə söz verdi. Beləcə sazlı-sözlü
bir gecə öz sehirli aləminə apardı hər kəsi.
Gecəyə Azərbaycanın çox dəyərli alimləri, muğam
ustaları, İncənət Universitetiniin müəllim və tələbələri,
digər iştirakçılar rəng qatdılar.
Professorlar Vasim Məmmədəliyev və Məhərrəm
Qasımlı öz gözəl və səmimi çıxışları ilə gecənin ovqatını
çox mənalandırdı.
Gecədə əməkdar artistlər Mətanət İsgəndərli, Azad
Şükürov, Ağalar Bayramov, Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrın aktyorları Şəhla Əliqızı, Elnar
Qarayev, “Çeşmə”, “Rasimlər” aşıq qrupları, Aşıq
Altay, Aşıq Ağamurad, Aşıq Fəzail Miskinli, Aşıq Şaiq
İncəli, Cənubi Azərbaycan aşıqlarından Səlcuq Şahbazi,
Mehdi Nəcəfi, habelə yubilyarın tələbələri çıxış edərək,
onun şeirlərini, sözlərinə bəstələnmiş mahnıları ifa etdilər.
Rəssam Şahvələd yubilyarın portretini təqdim etdi.
Və beləcə sazlı-sözlü bir gecəyə də yekun vuruldu.
Hər kəs ordan ürəyi dolu ayrıldı. Dədələrimizin bizə
miras qoyub getdiyi bir sənətin bu gün də nə qədər sağlam
və dəyərli olduğunun sübutu göz önündə idi.
Aşıq Əhliman bu böyük mirası şərəflə daşıyan sənətkarlardan
olduğunu öz istedadı və qabiliyyəti ilə təsdiqlədi.
Hələ bundan sonra da sazımızın dəyərinə dəyər
qatılacaq. Əhliman və onun yetirmələri kökümüzdən
gələn bu sənəti daha da inkişaf etdirib üzümüzü güldürəcək.
60 illik bir ömür yolunda bir bayram gecəsində
olduğu kimi...

SƏNƏTƏ URVATLA GƏLƏN AŞIQ NARGİLƏ
Mən aşıq Nargiləni xeyli vaxtdır ki, tanıyıram. Onun
özünü, evlərini, ailəsini çox yaxşı tanıyır və onun səmtisorağını
bilirəm. O, bir aşıq kimi bu gün hansı məqama
qədəm basıb və bu uğurları necə qazanıb, söyləsəm gerçəkdən
zəhmətin, iradənin və dözümün nələrə qadir
olduğunu bir daha göz önündə sərgiləmiş olaram.
Nargilənin doğulub boya-başa çatdığı el, Borçalı
ellərinin arasında Tiflis boyda bir şəhər var, bu şəhər
Gürcüstan adında bir ölkənin paytaxtıdır və həmin yerin
adına da Muxran çökəyi, Muxran dərəsi və ya Kaspi
bölgəsi deyirlər. Təxminən 20 minə qədər əhalisi olan
bu bölgənin 20-yə qədər də kəndi var, həmin kəndlərin
əhalisi də Azərbaycan türklərindən ibarətdir. Necə ki,
Tiflisin bəri üzündə yüzlərlə eli-obanı birləşdirən bir
yanı Qaraçöp, Qabal, Qara Yazıdan Başkeçidə qədər
olan başdan-basa tərəkəmə elləri olan kimi, fəqət, Nargilənin
böyüyüb boya-başa çatdığı Muxran elləri ilə
Borcalı ellərinin çox böyük fərqi var. Bu fərq ondan
ibarətdir ki, Borçalıda yaşayanlar öz ana dillərində bütün
zamanlarda təhsil almışlar. Azərbaycan tarixini ədəbiyyatını,
coğrafiyasını hər zaman əzbər bilmişlər. Məhz
buna görə də, Borçalıların övladları istənilən ixtisas
üzrə bütün mərtəbələrə çıxmağı bacarmış, ordan da
oyana getmişlər. Yəni hər sahə üzrə alim olmağı bacarmışlar.
Nargilənin doğulduğu və böyüdüyü Muxran
çökəyində isə insanlar balalarina heç zaman öz ana
dillərində təhsil verə bilməmişlər, həmən bölgədə nə
kiçik yaşlılar üçün məktəbəqədər təhsil və tərbiyə müəssisəsi,
nədə məktəb yaşlı uşaqların oxumağı üçün
məktəb olmamışdır və istər-istəməz o bölgənin körpələri
məcburi gürcü məktəblərində gürcü dilində oxumalı
olmuşlar.
Həmin Muxran çökəyindəki kəndlərdə böyüyən yüzlərlə,
minlərlə azərbaycanlı balaları kimi balaca Nargilə
də ilk təhsilini öz doğma kəndlərində almışdır. 4-cü sinifi
başa vurana qədər öz ana dilində bir kəlmə belə bilməyən
Nargilə tamam yad bir düşüncənin təqlidçisi
olmaqdaydı.
Günlərin bir günü Həmayıl arvad bu gedişata üsyan
etdi. O, öz halal nəvəsinə öz halal laylalarını, bayatılarını,
öz halal dərsini keçməyə başladı. O, öz dodaq
altı zümzümələri ilə balaca Nargilənin düşüncələrinə
elə bil sığal çəkdi ki, ram oldu bu qızcıgaz. Çox keçmədi
ki, quzuya döndərdi nənəsinin laylalı dili Nargiləni.
O da yavaş-yavaş zümzümə etməyə başladı.
Mən bütün bu dediklərimi Nargilənin özündən, bir
də onu tanıyanlardan bircə-bircə öyrənmişəm. Məndə
heyrət doğuransa, Nargilənin tez bir zaman içində öz
doğmalarının nəinki dilini, hətta sazını bu qədər tez və
rahat qavraması oldu.
Nənəsinin aldığı sazla ülfət bağlayan bir körpə az
bir zaman içində havaları, havaçatları bir-birindən ayırd
etməyi bacardı. Bunu görən valideynləri onu Bakıya
qohumlarının yanına gətirdi. Burda həm dil zənginliyinə
nail olmaq, həm də saz çalıb-oxuma qabiliyyətini
artırmaq üçün çox iş lazım idi.
Bakıda İlqar İmamverdiyevdən musiqinin sirrlərini
və sazın daha dərin qatlarını öyrənən Nargilə çox rahatlıqla
çalıb-oxumağa başladı. Bir qədər püxtələşəndən
sonra Həmayıl nənə onu yenidən öz yanına Muxran çökəyinə
apardı. Sonra başqa aşıqlarla ünsiyyət qurdu
Nargilə. Onun əhatə dairəsi genişləndikcə daha da püxtələşməyə
başladı. Borçalı aşıq məktəbinin yollarını
daha tez mənimsədi Nargilə. Onun saz çalma qabiliyyəti
artdıqca söz ehtiyatı da çoxalmağa başladı. Gün o
gün oldu ki, 1996-cı ildə Tovuzda gənc aşıqların müsabiqəsi
keçirildi. Həmin müsabiqədə çox gənc qızlar öz
bilik və bacaığını sınadı. Amma yarışmanın qalibi
Nargilə Nəbi qızı Mehdiyeva oldu.
Zamanın çətinlikləri üzündən ata-anası Bakıda məskunlaşsa
da, Həmayıl nənə Nargiləni özündən ayırmadı.
Onun tam yetişməsində, özü də onun istədiyi kimi yetişməsində,
Həmayıl nənənin çəkdiyi zəhmət əsla hədər
getmədi.
Nargilə yetkin bir qiz olana qədər artıq həm də yetkin
bir aşıq oldu. Folklorşunas və saz bilicisi Elxan
Məmmədli ona çox dəyər verdi. Professor Məhərrəm
Qasımlı onu televiziyada özünün aparıcısı olduğu sazlısözlü
verilişə dəvət etdi. Çiçək Mahmudqızının “Duyğulu
könüllər” verilişində Gəncə televiziyasının qonağı
oldu. “Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli
belə deyir:
“Tarixən fərdin və toplumun təqdimatında, tanınmasında
onun intelektual səviyyəsi, təqdim etdiyi mədəniyyət
mühüm rol oynamışdır. Muxran çökəyində türkün
simgəsi olan sazın aşıq sənətinin incəliklərində təqdim
olunması unikal ərazidə özəl və gözəldir ki, bu
özəlliyi və gözəlliyi Nargilə xanım təqdim edir. Özünün
milətini, toplumu layiq formada təmsil edir. Onun səsi
Türk dünyasına yayıldıqca Muxran türklərinin varlığı
duyulmağa başlanır. Aşıq Nargilənin sinəsində gəzdirdiyi
sazla ustadlıq zirvəsinə yetməsini istərdim.”
“Ozan” verilişinə dəfələrlə dəvət olundu. O, öz mərifətli
davranışı ilə, oturuşu-duruşu ilə, ləngərli havaları
öz məqamında oxuması ilə doğrudan-doğruya hər kəsin
könlünü fəth edib.
Aşıq Nargilə öz aşıqlıq məharəti ilə Türkiyədə də
özünə məxsus dəyər qazanıb. İzmirdə, Dənizlidə, Qarsda
və neçə-neçə başqa şəhərlərdə keçirilən festivallarda və
şənliklərdə çox-çox uğurlara imza atıb.
Bundan başqa Tiflisdə öz yetirmələrinə saz dərsi
keçir Nargilə. O, indi Tiflisdə yaşayır. Özünün açdığı saz
məktəbi var. Gürcüstan televiziyalarında vaxtaşırı çıxışları
ilə gürcü tamaşaçılarına bizim ən dəyərli folklor
nümunəsi olan sazımızı tanıdır. Aşıq Nargilə Seyfullah
Türksoyun rəhbəri və aparıcısı olduğu “Türksoyla ipək
yolu” proqramında, Bengü Türk və TRT AVAZ kanallarında
yadda qalan çıxışları ilə insanların sevgisini
qazanıb. Nargilə Tiflis konservatoriyasında əcnəbi tələbələrə,
o cümlədən ingilis tələbələrə saz dərsi keçir.
Onlardan bir neçəsi mükəmməl saz çalır. Bu yaxınlarda
Londondan, səfərdən qayıdıb aşıq Nargilə. Ordan böyük
uğurlarla qayıdıb Nargilə. Konsert Londonda əsasən
sənətkar çevrənin yaşadığı bölgə kimi tanınan
Hackney-de yerləşən KAFE – OTO-da baş tutub.
Ustad aşıq Aslan Kosalıyla, aşıq Şahbazla, aşıq
Əfqanla və başqa Borçalı aşıqları ilə daim səfərlərdə
olur aşıq Nargilə.
2014-cü il aşıq Nargilənin həyatında unudulmaz anları
və uğurları ilə yadda qalıb. Dönə-dönə Azərbaycan
və Türkiyə səfərlərinin, Gürcüstandakı sevinclərinin
yanına bir böyük səfərin sevinci də əlavə olunmuşdu.
Bu da onun London şəhərinə dəvəti və ordakı çıxışlarına
verilən dəyərdi. Milli geyimdə, heç bir əlavə bəzəkdüzək
olmadan səhnəyə çıxan aşıq qızımız öz çalması,
oxuması və səhnə davranışı ilə milli qürurumuzu göylərə
qaldırmışdı. Ən qədim çalğı alətlərimizdən biri
olan sazla ifa etdiyi hər bir havanın ən incə məqamını
dinləciyə bütün məna çalarları ilə çatdıran və həmin
hava üstündə bəstələnən-oxunan sözlərin hər birinin
mənasını yerli-yerində dinləciyə həzm etdirən aşıq
Nargilə öz böyük məharəti ilə bizi layiqincə təmsil
etdiyini Avropada sərgiləyib. Onun çaldığı ”Ruhani”,
“Bəhməni”, “Mansırı”, “Şərili” və digər havalar Avropa
məkanında bizim folklorumuzun tanıtdırılması yolunda
ən uğurlu addım hesab olunmalıdı.
Aşıq Nargilə London səfəri barədə belə deyir: “Tiflis
konservatoriyasının direktoru bir gün məni konservatoriyaya
çağırdı və dedi ki, Tiflisdə təhsil alan ingilis
tələbə Stefan Villimson Fa və ingilis Ben Vheeler saz
çalmağı öyrənmək istəyirlər. Razılaşdım, öyrətdim və
öyrəndilər. Bir necə dəfə konsertlərdə çaldılar aşıq havalarını
və alqışlandılar. Məni Londona dəvət etdilər.
Beləcə yolçuluq başladı Londona. Təyyarədən düşəndə
qərib hiss etdim özümü, hətta kövrəldim də. Özözümü
qınadım da: Nahaq gəldim. Birdən qarşılamazlar
neynərəm? Bu fikirlərlə aeroportdan çıxanda bir də
gördüm ki, bir dəstə gənc qışqırır: Nargilə, Nargilə,
Nargilə...”
Yolboyu getdkicə Stefan və Ben şəhərdəki afişaları
göstərirdilər. Afişada mən və İstanbuldan olan türkiyəli
aşıq Mustafa Kılçığın şəkilləri idi. Biz bərabər beş gün
bir saat yarım çıxış etməli idik. Konsertdən öncə Londonda
“Azərbaycan Evi”nin rəhbəri türkiyəli Ali Tekin
Atalar bizimlə görüşdü. İngilis məni təqdim edəndə ki,
bu qız musiqiçidir elə sanıb ki, estrada, pop ifaçısıyam.
Biləndə ki, aşığam şox sevindi və dedi ki, siz ilk aşıqsınız
ki, Londonda aşıq konserti verirsiniz. Sonra Borçalı
Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlunu tanıdığını
dedi, salamlarımı çatdırarsan dedi. Qəriblikdə olduğumu
unutdum sanki.
Beləcə biz beş gün ərzində müxtəlif mədəniyyət
ocaqlarında konsertlər verdik. Konsertdə jurnalistlər də
iştirak edirdilər. Mən oxuduqca aşıq mahnısının sözlərini
izah edirdim və ordaca ingilis dilinə tərcümə olunurdu.
Sen demə, onların arasında erməni jurnalisti də
var imiş. Mən Sücayətin “Kaş uçaydım Dəlidağa” misrasını
oxuyanda dedim ki, o yerlər işğal altındadı. Və
konsert qurtaranda mənə yaxınlaşdı ki, gözəl çaldın,
oxudun ancaq siyasətə nahaq toxundun. Heç özümü
itirmədən dedim: “Əzəl gündən o torpaqlar azərbaycanlıların
olub, yoxsa ermənilərin?” Susdu və cavab vermədi.
Maraqlı sualı “Bi-Bi-Si” jurnalının müxbiri verdi:
-Sən bu səsi və gücü hardan alırsan ki, belə oxuyursan?
Belə cavab verdim: “Doğulduğum torpaqdan, eldənobadan,
Azərbaycanımdan alıram ki, belə oxuyuram.
İnstitutlarda da tələbələr üçün çaldım, oxudum və orada
dəvət aldım ki, yayda onlara dərs keçim.”
Beləcə xoş təəssüratlarla səfərimi başa vururam. Ancaq
qəlbimin dərinliklərində xəyal məni çox uzaqlara
147
aparır. Borçalıda Novruz şənliyində mənim bir dəfə
ifamı dinləmiş və göz yaşlarını saxlaya bilməmiş cox
dəyərli ziyalımız, tanınmış şair Osman Əhmədoğlu
olmasaydı mən buralara qədər gəlib çıxa bilərdimmi?
Əsla yox. Ona görə də fürsətdən istifadə edib mənə hər
zaman mənəvi dayaq olduğuna görə sonsuz minnətdarlığımı
bildirirəm ona.
Borçalı Aşıqlar Birliyinin sədri, Şair Osman Əhmədoğlu
aşıq Nargilənin gələcək nailiyyətlərinə çox inam
bəsləyərək deyir: – Aşıq Nargilə sazıyla, səsiylə, davranışıyla
bizlərə hər zaman qürur vermiş, baş ucalığı
gətirmişdir. Ana dilində məktəb görməyən, yad dilində
təhsil alan, sonralar öz nənəsinin hədsiz istəyi və özünün
əzmi, iradəsiylə ana sazın bütün sirrlərinə vaqif olan bir
qız bu gün “mənəm” deyən bir aşıqdı. Tiflis şəhərində
yaşayan Aşıq Nargilə bütün Türk dünyasında öz ana
sazını qürurla çalır. O hələ gəncdir. Biz inanırıq ki, gələcək
nəsillər onun daha yetkin, daha püxtə, daha usta
sənətkar-aşıq olduğunun şahidi olacaqlar. Mən onun
şəxsində XXI yüzilin ən layiqli qadın aşığını görürəm.
Nargilə xanım Gürcüstanda ictimai işlərdə də cox
fəaldır. Belə ki, Leyla Süleymanovanın rəhbərliyi ilə
Qeyri-Millət təşkilatının sədri, coxmillətli Qadınlar cəmiyyətinin
azərbaycan təmsilçisidir. M.F.Axundzadənin
ev muzeyində saz dərsi keçir. Nargilə xanım Tiflisi
Milli konservatoriyasında ingilislərə sazımızın sirrlərini
böyük həvəslə öyrədir.
Bu yaxınlarda Bakıda keçirilən II beynəlxalq aşıq
festivalında Gürcüstanı, Borçalını təmsil edənlərdən
biri də aşıq Nargilə idi. Yuxarıda dediyim kimi Nargilə
Tiflisdə yaşayır, gözəl bir ailəsi var. O, öz xalası oğlu
ilə ailə qurub. İki gül balası Tiflisdə böyüyür. Azərbaycanın
istənilən bir guşəsində saz çalmaq, aşıqlıq etməyi
hər kəs bacarır. Amma Tiflis şəhərində sazımızın uğurlarına
çox gözəl imza atdırmaq hər adamın hünəri deyil.
Bu ugurlara imza atmaq üçün Həmayıl nənənin
Nargilə kimi nəvəsi gərəkdi, hələ qarşıda çox uğur, çox
ömür var. Biz inanırıq ki, Aşıq Nargilə çox uğurlara
imza atacaq...
NARGİLƏ
Yenə oda dönüb sinən üstə saz,
Ocaq kimi səndə qalan, ay aşıq.
Alovların qoy aləmə yayılsın,
Eylə könülləri talan Nargilə!
Səsin,ünün hər bir dərdə tək çara,
Oxu,çatsın neçə həsrət yar,yara.
Bu könlümnən keçənləri gəl ara,
Özün ürəyimə calan, Nargilə!
Bülbülsənmi,cəh-cəhinə heyranam,
O sazının simlərinə qurbanam.
Mən əzəldən bir sevdaya mehmanam,
Sazdı məni mənnən alan Nargilə!
Sazdan ayrı dünya nədi bilmədim,
Bu sevdamın göz yaşını silmədim.
Yersiz ağlamadım, yersiz gülmədim.
Sazdı məni mənnən alan, Nargilə!

AŞIQ NARGİLƏNİN LONDON SƏFƏRİNƏ
Aşıq bacım, gur sinəsi ümmanım,
Mərhəməti telli sazdan umanım,
Qəlbimdəsən, sənə çatır gümanım,
Ay Nargilə, güllər açdır yaz elə.
Ürəyimi almaq üçün saz elə!
Selə döndün – çaylar kimi çağladın,
Aylar-illər sən bu sirri saxladın,
O könlünü kökə necə bağladın?
Bir az umam, bir az küsəm, naz elə,
Ürəyimi almaq üçün saz elə!
Şirin dilin şəkərdimi, baldımı?
Dünyaların xəyallara daldımı?
Vurduğun xal – üzündəki xaldımı,
Sən bir olan sevincimi yüz elə.
Ürəyimi almaq üçün saz elə!
Əhsən dedim həm zilinə-bəminə,
Həm dil açan kədərinə-qəminə.
O çaldığın havaların cəminə
Sən dağları-dərələri düz elə,
Ürəyimi almaq üçün saz elə!
Bir alov saç, dünyalara qəsd elə,
Yeri-göyü tilsiminlə məst elə,
Güllü deyər – Sən dünyanı gəşt elə,
Gürcüstandan Londonacan söz elə,
Ürəyimi almaq üçün saz elə!

DAĞLARDA ŞƏHİD SƏSİ...
Siz vətənin ən böyük sərhədisiniz!
Ey şəhidlərim, oyanın!
Durun ayağa!
Şəhidlik qismətinizdir.
Qoymayın vətəni şəhid olmağa...
Bu misralar çox dəyərli şairə Güləmail Muradın
“Dağlarda səhid səsi” adlı şeirindəndir. Kitabın adı da
həmin şeirin adı ilə adlanır. Öncə şair Güləmail Murad
haqqında bir neçə söz demək istəyirəm. Şeirlərini sevəsevə
oxuduğum, kitablarını dönə-dönə oxuduğum, özünü
bir ana, insan kimi çox yaxından tanıdığım ləyaqət timsalıdır
şair Güləmail.
Ağstafanın Sadıxlı şənliyində dünyaya gələn Güləmail
xanımın bir yanı da ərlər, ərənlər yurdu olan Borçalının
Qarayazı bölgəsinə söykənib. Elə taleyini də bir qarayazılıya
bağlayıb. Xoşbəxt bir ailə ömrü yaşayıb.
İlhamının gücünə, sözün qüdrətinə, vətənin və yurdun
şərəfinə bir ümid mənbəyi kimi baxan şairə Güləmail
nə yazmaqdan doydu, nə də yaratmaqdan. Şeirləri dildəndilə
düşən və hər kəs tərəfindən təqdirlə qarşılanan bu
insanın insan olaraq necə var elə də qalması, təvazökarlığı,
ağır oturub-batman gəlməsi hər kəsdə çox böyük
məmnuniyyət hissi yaratmışdır.
İllərlə üst-üstə neçə-neçə kitab ərsəyə gətirmiş, qəzetlərdə,
jurnallarda, televiziya və radioda ona verilişlər
həsr olunmuş yazılar dərc edilmişdir.
“Güldüm göynəyə-göynəyə”, “Sənli-sənsiz”, “Gecələr
ulduzlar üstümə tökülür”, “Qarabağ harayı”, “Anasızlıq fəryadı”,
“Qələmim əlimdə lələkdən idi”, “Yazmadıqlarım
qapımı döyür”, “Vətən sağ olsun”, “Balaca
müdrik”, “Sevgi dastanı”, “Dostluq körpüsü” və digər
şeir, hekayə, esse kitabları onun könlünün duyğularıdır.
Güləmail xanımın əsərləri bir çox dillərə tərcümə olunub.
Şeirlərinə musiqilər bəstələnib.
2006-cı ildə Güləmail Muradın “Sənli-sənsiz” adlı
kitabı “Lirika kitabı” fəxri diploma ilə ödülləndirilib.
2003-cü ildə isə “Oskar – Ozan” fəxri diplomu ilə təltif
edilib. Güləmail xanımın Ağstafada, Qarayazıda (3 saylı
məktəbdə) keçirilən görüşləri onun sevildiyinə bir işarədir.
Güləmail Murad dosta dost, düşmənə düşmən olub
həmişə. Yurdun və vətənin həm anası, həm şairi, həm də
vətən uğrunda canını verməyə hazır olan bir əsgəridir o.
“Dağlarda şəhid səsi” kitabı da dediklərimizə bir sübut,
dəlildir. Başdan-ayağa ürək, can yanğısı ilə, ana
sevgisi ilə qələmə alınan bu kitabın hər bölümü, hər
səhifəsi bir qəm, qəhrəmanlıq dastanı kimi düşünülüb.
Doğma Sadıxlının on nəfər qeyrət simvolu, qəhrəmanlıq
zirvəsi olan oğlunun və Azərbaycanımızın hər guşəsindən
canını vətən uğrunda qurban verməyi özlərinə
şərəf bilən neçə-neçə övladımızın yarımçıq ömürlərinin
ən yaddaqalan anları qələmə alınıb bu kitabda. El-el
gəzərək hər bir vətən oğlunun ocağını ziyarət edən, onların
ailələri, qohum-əqrəbaları, müəllimləri, dostları ilə
görüşən, hər kəsi sayğı ilə dinləyən, onların duyğu və
düşüncələrini gah dərdli, kədərli, qürurlu kəlmələrlə,
gah da hüznlü şeirlərlə, düşündürücü, mübarizə aparmağa
çağıran, qisasa qisasla cavab verməyə səsləyən
poemalarda əbədiləşdirən şair ananın çəkdiyi ağrıları
görməmək olmur. “Azərbaycanım, yaşa!” şeirindən bir
bəndə diqqət yetirək:
Əzabım çoxalanda,
Ümidim yox olanda,
Son anda, son gümanda,
Sənsən gümanım, yaşa!
Azərbaycanım yaşa!
Bütün yaradıcılığında olan “ümid” adlı bir işıq burda
da ulduzların içindən sayrışır sanki.
Kitabda şeirlə yazılan bölümlər də var. Bu bölümlərdə
elə bil oxucuların düşüncəsinə yeni dad, yeni tam
gəlir. “Hara gedirsən belə?” poeması Azərbaycanın Milli
Qəhrəmanı Rafiq Cəfər oğlu Alıcanova həsr olunub.
Milli Qəhrəmanımız Gültəkin Əsgərovaya həsr olunmuş
“Gültəkin zirvəsi” poeması bizi qeyrətə və hünərə
çagırır hər misrasında:
Bir ümid var, solan deyil,
Düşmən zəfər çalan deyil.
And içirik qəbrinizə.
Şəhid unudulan deyil.
“Hacımahmudova Qaratelin 65 illiyinə” poeması da
o qəbildəndir. Bu əsər xalqımızın cəsur qızı Qaratelin
bütün dünyaya nümunə ola biləcək hünərinə həsr olunub.
Könüllü ön cəbhəyə – vətənimizin ən qaynar nöqtəsinə
gedən qəhrəman döyüşçü. Bu həmin o Qarateldir
ki, düşmən əlinə keçməsin deyə, son gülləsini öz ürəyinə
sıxır. Şair bu olaya qürurla yanaşaraq deyir:
Ey Qazax mahalının Qəhrəman qızı.
Azərbaycanımızın ulduzu,
Örnək olacaqsan gələcək nəsillərə.
Əlbəttə, qürurundan sinəsi dağa dönən şair başqa cür
də düşünməzdi. O, Azərbaycanımızın qəhrəmanlıq simvolu
olan qızının şərəfli düşüncəsini dünyaya görk etmək
istəyir. “Dağlarda şəhid səsi” kitabı elə bil bir
kitab dolu dastandır. Orada öz əksini tapan hər qəhrəmanın
qısa və şücaətlərlə dolu ömrü ayrıca bir dastan
kimidir. Neçə-neçə milli qəhrəmanın, vətən üçün canını
fəda edən neçə-neçə şəhid övladlarımızın az sürən,
fəqət, mənalı olan ömür yolunu ürək ağrıları ilə qələmə
alan Güləmail Murad öz qələmi ilə özünün də kim olduğunu
təsdiq etmişdir.
1. “O, əsl qəhrəman idi” (Məmmədov Məmməd Qara
oğlu haqda);
2. “72 gün” (Nuriyev Zabit Şamil oğlu haqda);
3. “Sağ qalsa idi” (Əhmədov Əhməd Paşa oğlu haqda);
4. “Xəyala dönən arzular” (Bayramov Rəhman Dursun
oğlu haqda);
5. “Tarixi yaşadan həqiqətlər” (Bayramov Habil
Şahvələd oğlu haqda);
6. “Anam da yox ağlaya” (Xələfov Qərib Telman
oğlu haqda);
7. “Xonçası bağlı qalanlar” (Ramizov Məcid Binnət
oğlu haqda);
8. “Mahir şücaətində” (Əfəndiyev Mahir Əhməd
oğlu haqda);
9. “Baharı qışa döndü” (Omarov Ariz Nəriman oğlu
haqda);
10. “Atam kimi hərbçi olacağam” (İbrahimov Nazim
Tofiq oğlu haqda);
11. “Vətən uğrunda” (Alıcanov Rafiq Cəfər oğlu
haqda);
12. “Vətəndir şərəfimiz” (Tağıyev Şahin Talıb oğlu
haqda);
13. “Qarakənd göylərində” (Fəxrəddin İbrahim oğlu
Şahbazov haqda);
14. “Şəhid yaşında” (Qaratelin 65 illiyi haqda);
15. “Yuxumdan itkin düşüb” (Şahlar Əvəz oğlu
Şükürov haqda);
16. “Qəhrəmanlıq dərsi” (Məmmədov Eldar Harun
oğlunun xatirəsinə);
17. “Saçlarda ağaran dərd” (Fariz Şahməddin oğlu
Babanlı haqda).
Bu yazılar nələr demir oxuculara. Dərd dolu, ələm
dolu, hüzn dolu və ən nəhayətdə, qürur dolu hekayətlər.
Əlbəttə, candan ayrılan canlarla bağlı yazıların yazılması
da candan gələndə belə olur. “Dağlarda şəhid səsi”
kitabında gedən çox fəxr olunası bir əsər də diqqəti
özünə çəkir. Bu da Qafqaz İslam Ordusunun 90 illiyi
münasibəti ilə yazılan qürur düşüncəsidir. Bu düşüncə
elə bil yatmış düşüncə və duyğuların yenidən cana gətirilməsi
üçün bir yaddaşa qayıdış çağırışıdır. “Keçmişini
bilməyən gələcəyini bilməz” demiş atalar. Nuru paşanın
Bakını erməni işğalından qurtarmasını kim unudar! Bu
əsəri ilə Güləmail Murad Azərbaycanla Türkiyənin “bir
millət iki dövlət” anlayışını dərk etməyə səsləyir unutqanları.
Güləmail Muradın “Dağlarda şəhid səsi” kitabına
ön sözü əməkdar elm xadimi, AMEA-nın müxbir
üzvü və Milli Məclisin deputatı Nizami Cəfərov yazıb.
Ön söz müəllifinin fikirləri şair Güləmail xanımın düşüncələrinə
bir az da işıq tutur. Onun demək istədiklərini
alim düşüncəsi ilə oxucuya izah edir: “Məncə, hər bir
yazıçı, qələm adamı öz kəndinin, bölgəsinin səhid
tarixini yazmalıdır və onların adları fiziki coğrafiyadan
öncə ədəbiyyat sahəsində əbədiləşməlidir. Güləmail
Murad təkcə Sadıxlı kəndinin şəhidləri ilə kifayətlənməyib,
o həm də Azərbaycanımızın digər bölgələrindən
olan şəhidlərin nakam taleyini yazıçı ustalığı ilə qələmə
alıb”.
Güləmail Murad bu əsərində Azərbaycanın yaxın və
uzaq tarxinə baş vurur. Ön sözdə deyidiyi kimi, tarixi
dərinliklərinə səyahət edir.
Bir şair kimi Güləmail Murad çox sınaqlardan, imtahanlardan
çıxıb. “Dağlarda şəhid səsi” adlı dərd heykəli
olan bu kitabla da o, yeni bir imtahandan alnıaçıq və
üzüağ çıxmağı bacarmışdır. Güləmail Muradın hələ görüləsi
çox işi, yazılası çox kitabı, oxunası çox-çox əsərləri
yoldadır. Biz onun öncə özünə, sonra qələminə inanırıq.
O qələm ki, özü demiş:
Heç bilirsən nələr yazmaq istərəm?!
Qələbədən xəbər yazmaq istərəm,
Neçə-neçə əsər yazmaq istərəm,
Yazılmayan əsərimi yaz, qələm!

DİRİLİ QURBANİ MƏCLİSİNDƏ
Məhərrəm Hüseynli yaradıcılığı
Bakıdakı “Xudafərin” şadlıq sarayında “Dirili Qurbani
Məclisi”nin təşəbbüsü və təşkilatçılığı ilə aşıq
Məhərrəm Hüseynliyə həsr olunmuş möhtəşəm bir tədbir
keçirildi. Məhərrəm Hüsenliyə həsr olunmuş bu
tədbir təsadüfi deyildi. Məclisə qatıldığı 10 ilə yaxın bir
müddətdə Azərbaycan aşıq sənətinin təməldaşı, haqq
aşığı, el şairi, Dirili Qurbani ruhuna sonsuz ehtiramı,
ulu ozanımızın adını daşıyan məclisə sonsuz sayğıları
ilə diqqəti cəlb edən Məhərrəm Hüseynli yaradıcılığına
ehtiram olaraq keçirilirdi. Tədbirin qonaqları Məhərrəm
Hüseynli sazına, Məhərrəm Hüseynli sözünə, Məhərrəm
Hüseynli ucalığına ehtiramla yanaşanlar idilər. Tədbiri
giriş sözü ilə məclisin sədri Yusif Dirili açaraq qonaqları
salamladı və sözü aparıcı, elm bölməsinin rəhbəri,
fəlsəfə doktoru Tariyel Abbaslıya verdi. Tariyel Abbaslı
Məhərrəm Hüseynlinin həyat və yaradıcılığından danışdı.
Sonra söz Kəpəz TV-nin “Duyğulu könüllər” verilişinin
aparıcısı Çiçək Mahmud qızına verildi. O, aşıq
Məhərrrəmlə bağlı fikirlərini söylədi, onunla bağlı gülməli
əhvalatlar danışdı, onu çox istədiyini dedi və öz
gözəl çıxışı ilə hamını heyran etdi. Sonra Sabir Şirvan,
Malik Əhmədoğlu, Kərəm Kürqıraqlı, Zakir Ağdamlı,
Firudin Şahbuzlu, Tahirə Məğrur, Həcər Qəbələ, Bəhram
Basqallı, Fəxri Müslüm, Xəlil Əhməd, Yaşar Qafqazlı,
tədqiqatçılardan Fəxrəddin Bozalqanlı öz çıxışları
ilə məclisi şənləndirdilər. Aşıq Gülarə Azaflı, Aşıq Nuru,
Aşıq Altay, Aşıq Şəhriyar, aşıq Dərya Mərdanzadə öz
gözəl çıxışları ilə məclis əhlini valeh etdilər. Hər kəs
Məhərrəm Hüseynlinin şəxsiyyətini, yaradıcılığını, aşıqlıq
aləminə verdiyi töhvənin dəyərini vurğuladı. Ümumiyyətlə,
Məhərrəm Hüseynli öz sözünü yeri gələndə
deməyi bacaran, özünün də bu sənətdə səriştəsinin yetərincə
olduğunu çoxdan təsdiq etmiş sənətkarlardandır.
Bəli, “Dirili Qurbani Məclisi” yarandığı ilk gündən
diqqət çəkib onu bilənlərin, orda iştirak edənlərin rəğbətini
qazanıb hər zaman, bir-birindən dəyərli üzvləri
olan bu məclisin 11 illik fəaliyyəti göz önündədir. Mən
əminəm ki, uzun ömürlü olan bu cür məclislər indən
sonra da davam edəcək. Özünün və məclisi sevənlərin
sənət aləmində ömrünə ömürlər calayacaq. Bilmədiyi,
çoxlarının amma öyrənmək istədiyi çox-çox mətləblərə
işıq tutacaq, “Dirili Qurbani Məclisi”nin gələcək görüşlərini
istəyənlərin hamısına qismət edəcək.
Jurnalistlər Birliyinin üzvü, şair-publisist, Dirili Qurbani
Məclisinin sədri Yusif Dirili məclisin fəaliyyəti
barədə belə deyir: “Məclis 11 illik fəalyyəti dövründə
13 almanax nəşr edib. Onlardan ikisi məclis üzvlərinin
nəsr əsərləri, biri uşaqlar üçün, ikisi Dirili Qurbaninin
“Ya Əli” və “Bənövşə” şeirlərinə ən müxtəlif sənət
adamlarının yazdıqları nəzirələrdən ibarət toplu, üç elmi,
ədəbi-bədii topludur. Qeyd etdiyimiz kimi indiyədək
Azərbaycanda fəaliyyət göstərən ədəbi məclislərin
heç biri belə almanaxlar hazırlamayıb və bu, ilk dəfə
məhz Dirili Qurbani Məclis tərəfindən həyata keçirilib.
Qalan almanaxlar məclis üzvlərinin poeziya yaradıcılığını
əks etdirir.
Dirili Qurbani Məclisi 2004-2005-ci illərdə “Xudafərin”
qəzetinin əlavəsi kimi “Dirili Qurbani” adlı qəzet,
2005-2006-cı illərdə eyni adlı müstəqil qəzet nəşr edib.
Sonrakı illərdə fasilələrlə eyni adlı dərgi nəşr edib ki,
bunların da hər biri məclis üzvlərinin vəsaiti hesabına
çap edilib.
“Dirili Qurbani Məclisi”nin fəaliyyətinə dövri nəşrlər,
radio və televizya daim maraq göstərib. Bu marağın
nəticəsidir ki, məclis və ya məclis üzvləri dəfələrlə ən
müxtəlif telekanallarda, radio verilişlərində çıxış ediblər.
Məclis dəfələrlə kitab təqdimatları, məclis üzvlərinin
yubileyləri, yaradıcılıq gecələri, bayram şənlikləri, anım
tədbirləri keçirib.
“Dirili Qurbani Məclisi”ndə vaxtaşırı İran, Türkiyə,
Rusiya, Gürcüstan eləcə də digər Avropa ölkələrindən
elm və sənət adamları iştirak ediblər ki, bu da Azərbaycanın
həmin ölkələrlə mədəni – ədəbi əlaqələrinə məclisimizin
töhfəsi kimi qiymətləndirilə bilər.
Ölkəmizin görkəmli sənətçiləri, elm xadimləri, ziyalı
insanlar dəfələrlə məclisimizdə olmuş, fikilərini bizimlə
bölüşmüş yaxud yazılı şəkildə bildirmişlər.
Məclisimizdə bir qayda olaraq ayda bir dəfə klassik
aşıq və el şairləri, eləcə də çağdaş sənət adamları və onların
yaradıcılğı bir mövzu kimi tədbirin mahiyyətin
təşkil edir.
Eyni zamanda, məclis müxtəlif şeir janrlarına müraciət
edir, ədəb-bədii və elmi məclislərlə sənət mübadiləsi
edərək, bəzən mövzu kimi onların faliyyətinə baxış
şəkilində tədbirlər təşkil edir. Məhərrəm Hüseynlinin
imzasını çox yerdə görmüşəm. Onun məqalələrini, publisistik
yazılarını müxtəlif qəzetlərdə oxumuşam. Aşıq
sənətinə dair sanballı araşdırmalarının, tədqiqat xarakterli
elmi yazılarının olduğunu bilirəm.
Neçə-neçə kitab tərtibatında, yazıların toplanamasında
çox əmək çəkdiyindən halıyam, folklorumuzun tədqiqində
çəkdiyi zəhmətləri az deyil. Aşıq sənətimizin dünəni
və bu günü haqda Məhərrəm Hüseynlinin öz mövqeyi
və öz fikri olub həmişə. Gördüyü-götürdüyü böyük
bir sənətin təəssübkeşi olmağı da bacarandır. Bildiyini
yazır, anladığını, dərk etdiyini qələmə alır Məhərrəm
Hüseynli. Bəzən folklorşünas alimlərimizin fikrini təsdiqləyən,
bəzən də öz mövqeyi ilə fərqli mülahizələrə
imza atan bu şəxs dediklərini öz yazıları ilə sübuta
yetirməyi bacarır.
Məhərrəm Qasımlı, Qəzənfər Paşayev və digər alimlərimiz
onun yazdıqlarını yüksək dəyərləndirirlər.
Azərbaycan Aşıqlar Birliyinin yarandığı gündən bu
günəcən hər zaman görünən adam olub Məhərrəm
Hüseynli. Hüseyn Arifdən, Aydın Çobanoğlundan başlayan
uzun bir yolun bu günəcən layiqli davamçılarından
biridir o. Xalq şairi Zəlimxan Yaqub, folklorşünas
alim Elxan Məmmədli və başqa elm və sənət biliciləri
çox dəyər verir Məhərrəm Hüseynliyə. Bütün bunlar
həm də ona görə nəzər-diqqəti cəlb edir ki, Məhərrəm
Hüseynli həm də çox istedadlı və bacarıqlı el aşığıdır,
xalq ozanıdır. Onun aşıqlığı çoxdan təsdiqini tapıb.
Dövrün ən böyük saz ustalarını, xalq ozanlarını dinləyib.
Onlardan havaların-havacatların ağır-batmanlığını
əxz eləyib. Sazla-sözün vəhdətini anlayıb. Sənətdə ustalaşıb
və yetgin bir aşıq kimi qəbul olunub. Məhərrəm
Hüseynli yetişdiyi mühitin azman ustadlarından qidalanıb.
O Azaflı Mikayıl kimi, Aşıq Əkbər Cəfərov kimi,
Aşıq İmran Həsənov kimi, Aşıq Ədalət Nəsibov kimi
sənət ustalarından dərs alıb.
Təşkilatçılıq və təbliğatçılıq bacarığı da uğurludu sənətkar
qardaşımızın. Sazın dəyərini və hörmətini itirməyə
cəhd edənlərə qarşı öz kəskin çıxışları da uğurludu.
Bildiyiniz kimi, bəzən müqəddəs sazımıza qarşı
hörmətsizliklər olur və belə məqamlarda bəzi dil pəhlivanları
susmağa üstünlük verirlər. “Dəymə mənə dəymərəm
sənə” mövqeyində dururlar. Belə olanda susmayanlardandı
Məhərrəm Hüseynli. Əslində, belə vətəndaş
mövqeyi hər kəsdə olmalıdır.
Aşıqdır, publisistdir. “Qızıl qələm” mükafatı sahibidi
və üstəlik şairdir Məhərrəm Hüseynli. Onun aşıq şeiri
üslubunda oxunaqlı şeirləri var. Bədii yaradıcılıqla ciddi
məşğuldur. Onun dərc olunmuş şeirləri bunu deyir.
Bu günlərdə aramızdan vaxtsız getmiş istedadlı və
hər kəsə örnək ola biləcək bir eloğlumuz – Lətif Həsənovun
seçilmiş məqalələr toplusunu gördüm. Kitabın adı
“Saz-vüqarım mənim” adlanır. Çox gözəl tərtib olunmuş
və müəllifin ölümünün ildönümünə hazırlanmış bu
kitabı vərəqləyərkən gördüm ki, həmin toplunu toplayıb,
tərtib edən və ön sözün müəllifi Məhərrəm Hüseynlidir.
Kitaba yazılan “ön söz əvəzi” adlı mükəmməl bir
yazı Lətif Həsənovun bütövlükdə ömür yolunu və
sənətdə-yaradıcılıqda mövqeyini tam şəkildə oxuculara
çatdırır. Həmin kitabda onun bir vida şeiri də dərc olunub.
“Mən vaxtsız ölümlə barışammıram” adlanan həmin
şeir qəm sazının hüznlü akkordları kimidir.
Taleyin yazısın haradan yazıb,
Mən vaxtsız ölümlə barışammıram.
Nakam ömrümüzə məzarlar qazıb,
Mən vaxtsız ölümlə barışammıram.
161
Can yanğısı ilə yazılan bu şeir onun halal bir insana
verilən insani bir dəyəridi doğrusu.
Çap olunan çox-çox məqalələri, şeirləri, aşıq kimi
aşıqlıqda yeri Azərbaycan aşıq sənətinin bu gününü
aydınladan yerdir. Biz inanırıq ki, Aşıq Məhərrəm
Hüseynli bundan sonra da sazımızın inkişafı üçün özünün
bütün bacarığını sərf edəcək.
“Dirili Qurbani Məclisi”ndə keçirilən görüşlərə,
uğurlu tədbirlərə yeni yaradıcı adamların da qatılmasını
arzu edirik. Həmişə öyrənməyə doğru getmək istəyənlərə
deyirik ki, irəliyə getmək, çalışmaq, yeni müzakirələrə
qatılmaq gec deyil.
Mən də sonralardan qatıldığım “Dirili Qurbani Məclisi”
ndən öyrəndiklərimdən, gördüklərimdən cox məmnunam.

YAŞA BAYRAM GÜNLƏRİ...
(Təəssürat)
Hamının keçmiş və gələcək bayramı mübarək olsun.
Bu ilki novruz sevincini mən də sevinclə qarşıladım və
sevinclə yola saldım. Bəlkə də bu mənim həyatımda
yaşadığım ən xoş bayramlardan idi.
Martın 18-i günü Bakıdan Gürcüstana yola düşdüm.
Və həmin günün axşamı Rustavidə böyük bir bayram
şənliyinə urcah oldum. Bayram Rustavi Mədəniyyət
Mərkəzinin rəhbəri Xaləddin Yolçiyevin rəhbərliyi ilə
təşkil olunmuşdu. Orda yaşayan soydaşlarımız bir araya
gəlmiş və bütün şəhər miqyasında bir Novruz şənliyi
düzənləmişdilər. Soydaşlarımızın süfrəsində gürcü xalqının
və dövlət işçilərinin nümayəndələri də dostluğun,
sülhün və barışın simvolu olan Novruzun tonqalını
qalamışdılar. Ağrı-acılarını tonqalda yandıran insanlar
qadir Allahın verdiyi ömrü bir ömür kimi yaşamaq eşqi
ilə şənlənirdilər.
Onlara qarışdım. Axı mən də onların ayrılmaz bir
parçasıyam. Dünyaya gözümü orda açmışam. Ömrümün
ən mənalı gənclik illərini o şəhərdə yaşamışam.
Bu əziz, əvəzsiz bayram günlərini də orda olmaq mənə
dünyalar bəxş etdi. Elə yolumun üstündə qarşılaşdığım
bu mənzərə ömrümə ömürlər caladı desəm azdı yenə.
Bayram bayrama qarışmışdı. İllərlə görmədiyim əzizlərim,
yaxınlarım orda idi. Hər kəslə bayramlaşdım. Qol
açıb oynadım, öz ürək sözlərimi dedim.
Təəssüf hissi ilə qeyd edirəm ki, Bəhram İsayevin
martın 17-də təşkil etdiyi möhtəşəm Novruz şənliyində
iştirak edə bilmədim.
163
Aradan bir gün ötdü. Yenə bayram süfrələrinə dəvətlər...
Yenə sazın-sözün nuruna çağırışlar oldu. Bu
dəfə iki dəvət birdən gəldi. Qarayazıda qocaman aşığımız
Aşıq Bilalın 80-illik yubiley tədbirinə qatıldıq.
Doğum günü Novruz bayramına təsadüf edən bu ustadın
yubileyi də bayram içində bir bayram idi. Borçalılar
öz ustad aşıqlarının sevincini də Novruz sevincinə
qataraq qeyd etdilər. Ustad aşıq Bilalı ziyarətimiz,
onunla bir anlıq görüş ömrümə-günümə yazılan günlərdən
oldu. Orda aşıqların, saz-söz xiridarlarının bir araya
gəlib xoş anlarını birlikdə yaşamaları məni çox məmnun
etdi. Gürcüstan Aşıqlar Birliyinin sədri Osman
Əhmədoğlunun idarə etdiyi bu məclisi yarıda qoyub
başqa bir məclisə getməyimiz mütləq idi.
Onu da deyim ki, aşıq Bilalın bu tədbirinə Bakıdan
öz mənəvi dəstəyi ilə qatılan “Borçalı” cəmiyyətinin
sədri, xalqımızın çox dəyərli insanı Zəlimxan Məmmədli
aşıq Bilalın 80-illiyinə öz sürpriz hədiyyələrini göndərmişdi.
Belə ki, “Borçalı” İctimai Cəmiyyətinin sayğısı
və qayğısı ilə nəşr olunan “Aşıq Məhəmmədəli Pünhan”
adlı kitabı nəşr etdirmiş və onu şair Elbəyi Cəlaloğlu ilə
Qarayazıya göndərmişdi. Aşıq Məhəmmədəli isə aşıq
Bilalın atası və ustadı idi. Zəlimxan Məmmədlinin bu
gözəl işi də onun ləyaqətindən xəbər verir.
Bu dəfə yönümüz Təhlə elinə idi. Orda da gənclərin
bayram şənliyi vardı. Rustavidə yaşayan Bəxtiyar
Rəcəbov, Sənan Məmmədov, Rövşən Elçiyev, Fidan
Bədəlova, Aytac Yolçuyeva, Aytən Rəcəbova Qaratəhlə
kəndində gözəl musiqi proqramı ilə xoş təəssürat yaratdılar.
Rustavidə yaşayan üç bacımın, iki qızımın və
başqa doğmalarımın bayram süfrələrinə də qatılmağa
macal tapdım. Ən böyük Novruz şənliyi kimi yaddaqalan
Marneulidəki möhtəşəm bayram izdihamı idi.
Gürcüstan prezidenti Georqi Marqvelaşvilinin və baş
nazir İrakli Qaribaşvilinin qatıldığı bu bayram tədbiri
yaddaşlara yazıldı. Və bu da bizim soydaşlarımızın ordakı
varlığından və bu varlığın min illərə dayanan keçmişindən
bu günümüzə qədər gələn müqəddəs ənənələrinin
olduğu kimi yaşamasından xəbər verirdi.
Sonra Başkeçidə getdim. Hamamlı kəndinə bir qohumumuzun
başsağlığına. Axı bayramda rəhmətə gedənlər
də yad edilir. Bu da bir dəyərli adət hesab olunur
Borçalıda. Hətta, deyirlər bayramda oxunan dualar daha
savablı olur. İnşallah bizim də bayram dualarımız tez
qəbul olar.
Dualarımızı yolboyu oxuya-oxuya getdik və üzüyuxarı
gedərkən yolda Qoçulu kəndinin qəbristanlığında uyuyan
rəhmətlik tanınmış el şairi Xoca Məhəmmədin qəbrini
ziyarət etdik. Türkiyəli iş adamı Muharrem Yıldızın
maddi dəstəyi ilə yenidən bərpa edilmiş bu böyük el
şairinin məzarı sanki hər gəlib gedənə “bir salam verir”.
Onun “Minayə”gəraylısı da hər kəsin dilində əzbərdir.
Bizimlə yol yoldaşı olan xanımın adının Minayə olması
yerinə düşdü. Dönə-dönə o şeri oxuduq hər kəsə bu məqam
zövq verdi.

MİNAYƏ
Gözəlliyi cəm edibsən,
Camalındı ay, Minayə.
Alagözlü, qaragilə,
Qaşlarındı yay, Minayə.
Qurbanlığam hər ayına,
Müştağam göyçək boyuna,
Müjdə yetirsən dayına,
Edər sənə toy, Minayə.
Uca boylu, incə belli,
Dar gərdəndə siyah telli,
Ağ biləkli, nazik əlli
Gətir içim çay, Minayə.
Elləri var Qoçulu kəndi,
Sənə deyim neçə bəndi.
Məhəmmədin itməz zəndi,
Gözəl sənsən, ay Minayə.
Sərhədi keçirəm. Köküm-soyum İncəlidən olduğuna
görə könlümdən İncə dərəsini ziyarət etmək keçir, sanki
İncə dərəsi qoynuna çağırır məni. Hacı Mahmud Əfəndi
türbəsini ziyarət edirəm, Nəbi dayı ilə, Asif Cəlaloğlu
ilə görüşüb söhbətləşirik. Türbədə uyuyan ulularımızın
ruhuna dua edirik. Bu türbə çox müqəddəs sayılır, sovet
hakimiyyəti dövründə qoyulan qadağalara baxmayaraq
indiyə qədər bütün illər uzaq və yaxın ellərdən gələn
adamlar tərəfindən ziyarət olunur. Sağollaşıb yenə də
ziyarətə gəlmək ümidi ilə ayrılıram.
Nə havaların sərt keçməsi, nə yağan yağış, nə əsən
yellər ürəklərdəki bayram sevincini, insanların bir könüldə
bir can olmalarını əngəlləyə bilmirdi. Bir də onu
deyim ki, yaz olanda novruz görüşləri heç unudulmazdı.
Azərbaycanın hər yerində olduğu kimi, elçiliklər,
xonçalar, xınalı əmliklər, barışmalar, sevgi dolu, sevda
dolu anlar, məqamlar, könül qapılarının bir-birinə açılan
tərəfləri...
Bu bayramı da belə yola saldıq, əziz oxucular. Yenə
yollara körpü salınacaq. Yenə bayramlar gələcək. Və
bu bayramlarda bir-birindən gözəl anlar yaşanacaq.
Bunları hamı bilir. Mən də bilirəm, Allah heç kəsin
yaddaşına xələl gətirməsin. Heç kəs heç nəyi unutmasın.
Yurd yerləri unudulmasın. Borçalı unudulmasın. O
yurda sevgi, sayğı unudulmasın.
Mənim könlüm quşu bu elləri hər an dolanır. Və
mən özüm də əlimə keçən hər imkanı dəyərləndirməyə
çalışıram. Bu yerlərə hər zaman ziyarətə gəlirəm.
Yazda da, payızda da, lap qışın oğlan çağında da. İndiki
Novruz bayramında olduğu kimi.

YETİM PAŞA
Nədənsə dərdlə doğulanların heç zaman dərdi azalmır.
Ağrı-acıları bir ömür ondan əl çəkmir. Görünür
bəxtin, taleyin, alın yazısının necə yazılması insanı dünyaya
gələndən dünyadan gedənə qədər qarabaqara izləyir
və onu yazıdan çıxmağa qoymur.
Haqqında söz açmaq istədiyim Yetim Paşa da belə
bir tale yaşamış adamlardandır. Ömrünün 90 illini başa
vuran bu kişinin dünyaya gəldiyi gündən başlayıb onun
qaradan qara günləri. Dünyaya gəldiyi gündən dedim.
Bəli, o dünyaya gələn gün anası dünyadan gedir. Göbəyi
kəsilməmiş, burnu sıxılmamış, hətta mayalanmamış
olan balaca yetim sınaqlarla üz-üzə gəlir. Düşünmək
belə nə qədər çətin gəlir adama. Axı, o ana südü ilə
mayalanmalı idi. Ana da ölmüş artıq. Rəhmli, dilbilən,
dünyagörmüş ağbirçəklər dadına çatır. Əlac yenə ölən
ananın hələ soyumamış canına qalır. Qarılar ağlayaağlaya
onun döşündən bir-iki qaşıq süd sağır və uşağı
mayalandırmağa nail olurlar. Yalnız bundan sonra rəhmətlik
ananı elə yaşadıqları yerdə “Yağlı Gədih”-deyilən
bir yerdə dəfn edirlər. Dərd bir az da böyüyür.
Onların evində daha iki oğlan uşağı var imış. Birinin
adı Məmməd, o biri Balagədə. Sonra o qardaşların hər
ikisi ikinci Vətən müharibəsinə gedib qayıtmayıblar.
Adlarını nəvələri daşıyır indi. (Yetim Paşa bu sətirləri
yazanın ata nənəsinin qardaşı oğludu.) Bu ona görə
yazılır ki, nənənin anası bu üç yetimin ortada qaldığını
göstərir. Başqa bir ailənin gəlini olduğuna baxmayaraq
gəlir bu balaca Paşanı əmizdirir. Qismətə bax ki,
südəmər uşağı olmayan bu qadının döşünə süd gəlir. Və
həmin gəlin Tükəzban arvad da ömrünü bu uşaqlara
bağlayır. Onun yeganə qızı Cahan da bu yetimlərə bacı
olur. Sonra bu yetimlərin atası da ölür. Bu qədər kədərlər,
qəmlər, ağrılar, iztirablar içində tək çarpışan Tükəzban
nənə bütün çətinliklərə sinə gərir və körpə yetimləri
udmağa çalışan fəlakətə üstün gəlir.
Həddi-bülluğa yenicə çatan bu üç yetim qardaşı qanlı
müharibə qarşılayır. Onların hər üçü cəbhəyə gedir.
(bəlkə onlar vuruşmaq, döyüşmək, müharibə etmək anlayışına
da sahib olmamışlar o zaman.) Dediyimiz kimi,
iki böyük qardaşın yolu gedər-gəlməzəymiş sən demə.
Paşa qardaşlardan da yetimlik payını alır. O özü də
döyüşün ən canlı yollarını keçir. Neçə yerindən güllə
yarası alır. Yaraları hələ sağalmayan Paşa sonralar arxa
cəbhəyə göndərilir. (Bu ara öz canındakı güllə yaralarını
göstərir.) Döyüş şücaətləri var, ödülləri var. Qələbə
sorağını Kiyevdə eşidib. Onda bir daha qəhərlənib
Yetim Paşa. Yurda-Azərbaycana, Qazağın İncə dərəsində
olan doğma Kəmərli elinə dönəcəyinə inandığı üçün
ağlayır bu dəfə. Həm də könlündən qardaşlarına qovuşmaq
keçir onun. Amma sən saydığını say demiş atalar,
gör fələk nə sayır.
Təqaüdünü vaxtlı-vaxtında alır, çox şükür. Veteranlara
verilən paydan də alır Yetim Paşa. Amma Allaha
şükürlər olsun ki, nəvəli-nəticəlidi. Oğlu-qızı da sağ
olsun. Amma qulluğunda duran gəlini Fatma xanımdan
daha çox razılıq eləyir. “O mənin ən əziz övladım, ən
yaxşı əl tutanımdı” deyir. Amma hər zaman bütün
törəmələri, oğulları – Bayram, İlham, Elxan, Mehman,
yeganə qızı Aybəniz xanım öz dədələrinin başına yığışar
və onun yetim könlünü bir azca da olsa ovutmağa
çalışarlar.
Lap uşaqlığmızdan çox istəyirəm Paşa bavamı. O
zamanlar nənəmdən (biz ona öz ləhcəmizdə ciji deyirdik.)
soruşardım: Paşa bavama niyə yetim deyirlər?
Nənəm də onu gördüyü günləri düşünər və ağlaya-ağlaya
deyərdi: Belə yetim çətin olar, ay bala, çox çətin. Onun
çəkdiyi zülümlərə daş da dözməzdi, bu kişi dözdü,-
deyərdi.
Amma Paşa bavam da ağlamaqda çox ustadı ha. İşə
baxın ki, bu yaşda indi Tükəzban arvaddan, onun qızı
Cahandan danışanda (mənim nənəmdən) ilahi, bu Yetim
Paşa necə ağlayır, necə bayatılar deyir, ürək istər ona
dözə. Hələ mənim gənc yaşlarımda olanda onun haqqında
çoxlarından eşitmişdim. Atamdan, anamdan, nənəmdən,
Dilbər mamamdan, dədəm Əsgərdən (atamın
qardaşı), Qələndər əmimdən. Ancaq heç zaman Paşa
bavamın könlünü bu qədər yaxından dinləməmişdim.
Mənim üçün həm ağır oldu, həm də xoş oldu... “Bəlkə
qocalıbsan, ona görə belə kövrəksən.” deyirəm. Ömürgün
yoldaşı Yetər nənəm məni yasaladı.
-Ay bala, dedi. Mən bu kişiyi tanıdım, tanıyannan
belə kövrəkdi, necə deyəllər:
Ağlaram, ağlar kimi,
Dərdim var dağlar kimi.
Yetimliyin bütün ağrı-acıları bir ömürdü ki, hələ
bunun canından çıxmayıb. Bu kişinin dəmir çiyinləri
tab gətirib dərd dağlarının ağırlığına.
Bu ara yenə kövrəlib “Paşa bavam, Cahan bajımı
istəyirəm” dedi. İlahi, necə kövrəldim, göz yaşımı saxlaya
bilmədim, neynim? Etibara bax, dedim. Ömrünün
son illərini, son aylarını, kim bilir bilir, bəlkə də son
günlərini yaşayır. İki oğul itirib, yenə Cahan bajı deyir.
Onun böyüklüyünə, sədaqətinə baş əyməkdən başqa
çarəm qalmayır.
Nələr danışdı, nələr dinlədim. İşə bax, yaza-yaza
ağlayıram, əziz oxucum. Mən müsahibə aldığım adamın
hüznündən bu qədər ağrı yaşayacağım yadıma gəlmir,
ancaq ilk dəfə şəhid əzizim Fariz Babanlıdan yazanda
hönkürmüşdüm. Belə kişilər çox azdı Azərbaycanda.
O həm cahan müharibəsində qalib gələn
əsgərlərdən olub. Həm də həyatla ölüm arasında qalan
ən çarəsiz zamanlarda belə ölümün amansız pəncəsindən
sağ-salamat qurtarıb və ömrün 90-cı zirvəsinə dözüm
və iradə bayrağı asmağı bacarıb.
Ayrılarkən bağrıma basdım Paşa bavamı. Bircə fikir
gəldi ağlıma. O ki bura qədər (90 yaşa) gələ bilib. Yüzə
bircə addım qalıb. O addımı da ata bilsəydi… Onu mən
düşünürəm. Amma onu Allah bilər. Salamat qal, Yetim
Paşa!

AY PAŞA BABA
Gəldin bu dünyaya dərd-qəm içində,
Nələr çəkdi başın, ay Paşa baba.
Yaşadın ömrünü minbir əzabla,
Dəryaca göz yaşın, ay Paşa baba.
Dözdün taleyinə verilən paya,
Açdın əllərini sirri-xudaya.
Bac vermədin bu vəfasız dünyaya,
Olsa da dərd qoşun, ay Paşa baba.
Ac oldun,namərdə möhtac olmadın.
Yersiz boşalmadın, yersiz dolmadın.
Dərdə məlhəm oldu qohumun-yadın,
Ağrılar sirdaşın, ay Paşa baba.
Sən qəmlərin sinəsini dağladın,
Ələmlərin gözlərini dağladın.
Həqiqət axtardın, haq soraqladın,
Doğruluq qardaşın, ay Paşa baba.
Öz yolun var imanında-dinində,
El var olsun yaxşı-yaman günündə,
Güllü qızın duaçıdı yanında,
Kaş olsun yüz yaşın, ay Paşa baba.

LALA SÖYÜN QIZI
Uzun ömürlülər
1910-cu ildə el yaylağa köçəndə Dəmirçihasanlıda
doğulub Lala nənəmiz. 1927-ci ildə özünün əqrəbalarından
olan Hümmət Avdırahman oğluna ərə gedib. Bu
izdivacdan yeddi övladı dünyaya gəlib. (Əsəd, Zinyət,
Omar, Osman, Zərraf, Bəhlul)
Anası Niyar Hasan qızı da 100 il ömür sürüb, dayısı
Məhəmməd Hasan oğlu 105 il yaşayıb.
Zamanın çox acı rüzgarları əsib Lala nənənin ömür
yolundan. Aclıq görüb, müharibə görüb. Həyat yoldaşı
4 illik müharibədən 7 ilə qayıdıb. Nə aclığa, nə qanlı illərin
gətirdiyi faciələrə təslim olmayıb Lala Söyün qızı.
Balalarının böyüməsi üçün ömür-gün yoldaşı ilə çiyinçiyinə
çalışıb.
Keşəli boyda ağır bir eldə öz halallığı ilə ad alıb,
süfrə salıb. Qohum-əqraba ilə, qohumlarla mehriban
dolanıb, qonaq-qaralı olub.
12 yaşından ağzı dualı olub. Nəsil-nəcabətində ağzı
dualılar çox olub, bir gün də olsun nəzir-niyazından
qalmayıb, el içində öz urvatı ilə seçilib Lala nənəmiz.
Qız-gəlinlərimiz başına and içiblər onun. Toyların, nişanların
yaraşığı olub həmişə. Məsləhətləri yoluna qoyub.
Nəvə-nəticələri aşıb-daşıb başından, maşallah.
Nəvə demişkən: 26 nəvəsi var, 61 nəticəsi, 26 kötükcəsi.
Hələ çox nəvələr, nəticələr, kötükcələr görəcək bu
ipək nənə. İl boyu toy-düyün var onun yaşadığı eldə.
Hamısına da öz xeyir-duasını namaz üstə verir bu müdrik nənə.
Allah dualarını qəbul etsin. Elin xeyir işləri
aşsın-daşsın.
Hələ çox gümrahdı Lala nənə. Hələ kölgəsi böyükdü
doğmaların üstündə. Əppək də bişirir, süfrə də açır, çay
da dəmləyir Lala nənəmiz.
Süfrən açıq olsun, ömrün uzun olsun. Dualarını bizdən
də əsirgəmə, Lala nənə!
“Meydan dərgisi” 5 (16) dekabr 2011

ŞAİR MÜLKƏDAR NADİR
O qədər də dərindən tanımamışam Mülkədar Nadiri.
O qədər də yaxından görməmişəm. Amma onun nə qədər
anlayışlı bir insan olduğunu ona bir azca bələd
olanlar çox gözəl bilər. Bir ziyalı olaraq cəmiyyətdə
özü olmaq hər kəsə nəsib olmur. Amalsız və idealsız
olmanın fəlakəti çox fəsadlardan xəbər verər. Mülkədar
Nadir kimi tanınan və cəmiyyətimizin dəyərlərini öz
mənəvi süzgəcindən keçirib yenidən insanlığa bəxş
edən bir söz adamıdır o. Bir yurd sevdalısı, vətən vurğunudu
Mülkədar müəllim. Yenicə çapdan çıxan və öz
oxucuları ilə görüşə gələn “Dünyasız qalacağıq” adlı
şeirlər və poemalar kitabını gözdən keçirmək mənə də
nəsib oldu. Bu kitabı vərəqlədikcə onun müəllifinin yaradıcılığına
çox gec bələd olduğuma görə bir oxucu
kimi özümü qınadım. Dünyamız üçün, insanlığımız
üçün, nə qədər narahat olduğunu gördüm. Mülkədar
Nadirin şeirlərində başlıcası şərəf və onun ucalığıdır.
İnsan cəmiyyət içərisində özünü özgələrə davranışında
göstərər.
...Sevgidə bircə şərt var,
Şərəfin ucalığı.
Şərəfin tapdanması
Ləyaqətə ləkədir.
Bunu kimsə edəmməz.
Şərəfi tapdayan kəs,
Şərəfliyəm deyəmməz.
Həyata və insanlığa sevgi olmasa heç nəyin dəyəri
qalmaz. Və şairin dünyaya sevgisinin başında onu dünyaya
bəxş edən Borçalı adında bir cənnət-məkan gəlir.
İçindəki və ruhundakı Borçalı sevdası onu daha güclü,
daha cəsarətli edir və qürurla “Borçalı var içimdə” deyir:
Borçalı var içimdə,
Dərdim boyda biçimdə.
Olmalıyam seçimdə,
İçimi yaxar gözlər.
Ümumiyyətlə, şair Mülkədar Nadir zamanın haqsızlıqları
üzündən həmişə öz Borçalısından uzaqlarda yaşayır.
Amma bütün varlığıyla öz dədə-baba yurduna
çox bağlıdı. O Kür çayının sahilində, Qarayazı meşəsinin
ətrafında, Yağılcanın ətəklərində doğulub. Yayda
ağ sürülü yaylaqlarda, o dağların buz bulaqlarında dövran
sürüb. Elə başı ağ buluddan nəm çəkən qarlı dağlardan
da mətinlik və sərtlik dərsi alıb. Dili bayatılı nənələrin
oxuduğu laylalardan qidalanıb və şair olub. Özü
də bu ana vətəndən ilham alan şair yazır
Bulaq şırıltıyla axır dərədən,
Maral sürüləri keçir bərədən.
Meşə cilvələnir səsdən, nərədən,
Coşub çağlamağa çağırır bizi.
Qartal zirvələrdən şığıyır, süzür,
Ceyran dəstəsini nizama düzür.
Sona sığallanıb göllərdə üzür,
Ovçu bərəsinə çağırır bizi.
Yaradıcılığının coşqunluğunu Dəli Kürdən, Başkeçid
dağlarından alan şairin misralarında bir az da kəkotu
dadı, yovşan tamı var.
Mülkədar Nadirin ürəyində Borçalının yeri olduğu
qədər də Qarabağın yeri var, bütün türk ellərinin yeri
var. Çünki, o bütün Turan ellərinə bağlıdır:
Köküm Borçalıdadı,
Budaqlarım Turanda.
Nəğmələrim şəkərdir
Türkün dodaqlarında.
Bu kitabda Mülkədar Nadirin bir şeiri bəlkə də ən
böyük çağırışdı yurd insanlarına.
“Elat dastanı...” adlı doğrudan da dastan əvəzi olan
şeir bir zamanlar köç-köç olan yurd-yuva ağrılarına
sinə gərən, insanlarımızı dağların kəkotu qoxulu havasında
yenidən dünyaya gəlməyə çağıran böyük insan
Zəlimxan Məmmədliyə xitabən yazılıb. Zəlimxan bəyin
dilindən yurddaşların yurda qayıtmağı verilir:
Yurddaşlar, qayıdın Yurdun daşına,
Uymayın qürbətin yağlı aşına.
Gəlin Armudluya, öpün yurdları,
Şad edin tənhalıq çəkən qurdları.
Qoyun Yastıqarda etsin hökmünü,
Şeytan tülkülərin kəssin kökünü.
Və sonunda yurda doğru böyük köç başlayır:
El Elata döndü Tanrım, çox şükür,
Sərgərdan qalmışdı, olmuşdu kökür.
Ümumiyyətlə, mövzu seçməkdə heç zaman çətinlik
çəkmir Mülkədar müəllim. O hansı mövzuya üz tutur,
hansı mövzunu qələmə alırsa, onu öz yaradıcılıq süzgəcindən
çox rahatca keçirir və istədiyi qəlibdə “hasil”
edir. Və buna da heç kəsdə şübhə qalmır ki, xalqımızın
yaratdığı söz ümmanında çox ağıl və fəhm ilə qidalanan
bu dəyərli zəka sahibi öz yaradıcılıq üslubu ilə və özünə
məxsusluğu ilə seçilə bilir.
Tamam başqa ixtisas sahibidi Mülkədar Nadir. Onun
bütün Gürcüstanda və Azərbaycanda iqtisadçı fəaliyyəti
və uğurları onu tanıyan hər kəsə məlumdur. Amma körpəliyindən
ana laylası ilə ruhuna hopan tütək səsindəki
“çoban bayatı” və Borçalı ellərinin könüllər fəth edən
sazı, cəngilərə köklənən qarazurna hünəri onu söz qoşmağa
çağırmalıydı, çağırdı da. Mülkədar müəllimin şeirləri
həmişə insanları düşünməyə, dərk etməyə, axtarmağa
və tapmağa çağırır.
“Dünyasız qalacağıq” kitabı Mülkədar Nadirin sayca
11-ci kitabıdır. İnşallah, onun digər kitablarını da alıb
oxumaq bizə qismət olacaq. Amma bu kitabda müəllifin
daha orijinal yaradıcılıq nümunələrinə rast gəldim.
Bu da məndə daha xoş ovqat yaratdı. Bu onun “əqlimdən
törəyənlər” bölümündə olan beytləridi. Daha doğrusu,
bu beytlər həm müdrik kəlamlar, həm fəlsəfi düşüncələr,
həm də atalar sözü kimidir. Klassik şairlərimiЭцллц
Елдар Томарлы
178
zin və filosof alimlərimizin belə fikirlərini kitab halında
əvvəllər oxumuşam. Mülkədar Nadirin bu cür deyimləri
isə bu günkü zamana uyğun düşüncələridir ki, onlardan
bir nümunə kimi hər zaman qidalanmaq olar. Və bəri
başdan deyə bilərəm ki, mən o beytlərdən çox qidalana
biləcəm. Bir neçə nümunəyə diqqət yetirək:
Ey insan, cərgənə halalları qat,
Haqq tapdanan yerdə halallıq yarat.
Ey insan, aldanma şirin vədlərə,
Aldanan düçardır ağır dərdlərə.
Ünsiyyəti qurmaq sadə, həm asan,
Könül verib gərək könül alasan.
Halal olan ünsiyyətlər qırılmır,
Haram ilə könüllərə varılmır.
Bu cür yaddaşlara yazıla biləcək və ondan dərs alınacaq
yüzlərlə beyt sıralanıb bu kitabda. Sadəcə olaraq
onları oxumaq, öyrənmək və bir örnək kimi həyata
keçirmək gərəkdir. Vaxtın azlığından “Dünyasız qalacağıq”
adlı şeirlər kitabını sonuna qədər oxuya bilməmişəm
hələ. Orda bir-birindən gözəl poemaların olduğunu
bildim. İnşallah, şair və alim (mən ona alim də
deyə bilərəm) Mülkədar Nadirin digər kitablarını və
publisistik yazılarını oxumaq bizə də nəsib olacaq.
Sizə həyatda və yaradıcılıqda uğurlar, şair.
Sizə həyatınızda və yaradıcılığınızda uğurlar diləyirəm
şair.

YAZAN BELƏ YAZIBMIŞ...
Fələk qara çəkdi adının üstə,
Arzusu gözündə qalan Farizim.
Qələmi sınaydı yazı yazanın,
Vətəni uğrunda ölən Farizim.
Gözəllikdə gözəl idi, tək idi,
Öldü, sevənlərin qəlbinə dəydi.
Görəsən könlünü bəs kimə verdi
Eşqi ürəyində donan Farizim?
Aydın Babanlı
...Pillələri ağır-ağır qalxıram. Öz-özümə düşünürəm,
ilahi bu şəhid anasına, bu şəhid ailəsinə hansı sözlərlə
təskinlik vermək olar, hansı sözlərlə qəlblərini ovundurmaq
olar? Bu qüdrətli ailəyə təskinlik verməyə söz
tapmaqda çətinlik çəkirəm. İyirmi yaşlı şəhid barəsində
yazı yazmaq isə mənim üçün çox ağırdır. Ağırdan da
ağır... Qapını döyürəm. Qapını Sevda bacı açır. Ürək
ağrıları ilə baş sağlığı verib, ailə üzvləri ilə söhbət edirəm.
Gülhava ana Fariz barədə elə mərd, elə vüqarla danışır
ki, adam məətəl qalır. Söhbətindən duyursan ki, o,
şəhid anası olmağı ilə fəxr edir.
...Qanı qızılı qardaş,
Bəxti yazılı qardaş,
Dünya sənnən doydumu,
Qəbri qazılı qardaş?
Farizin bacısı Sevdanın dodağından qopan bayatı
yeri-göyü ağladır. Axı, bacı üçün çox ağır dərddir qardaş
itgisi. Şəhid bacısı:
Ölsə bacılar ölsün,
Qoy deməsin vay qardaş.
-deyib ağlayıb sızlasan da qəddini əymə. Axı, sən
şəhid bacısısan, müqəddəs bir amal uğurunda həlak
olmuş şəhidin bacısı.
Fariz sizin ailədə böyüdü, tərbiyə aldı. Şahməddin
dayıının, Gülhava ananın oğlu, Sevdanın, Ramizin qardaşı
idi. İndi isə o, bütün ata-anaların oğlu, bacı-qardaşların
oğlu oldu. Vətən oğlu, torpaq oğlu oldu, şəhidlərə
yoldaş oldu.
Rustavi şəhərindəki 7 nömrəli orta məktəbin tərbiyəvi
işlər üzrə direktor müavini Bəhram İsayev, dərs hissə
müdiri Hamlet Sadıqov öz yetişdirmələri olan Farizin
barəsində ağız dolusu danışdılar.
Fariz Şahməddin oğlu Babanlı 1973-ci ildə Rustavi
şəhərində dünyaya göz açıb. 7 saylı Rustavi şəhər orta
məktəbini 1990-cı ildə müvəffəqiyyətlə bitirib. İnşaatçı
olmaq arzusu onu Sumqayıt Politexnik Texnikumuna
gətirib çıxarıb və həmin il qəbul olunub. İkinci kursda
təhsil alarkən bir çağırışçı kimi hərbi qulluğa gedib.
Əsgərlik dövrünün ilk ayında Bakının Bayıl qəsəbəsində
hərbi polis kimi fəaliyyət göstərib. Sonra isə ön cəbhədə,
odun-alovun içində Laçın rayonunun Ərikli kəndində
komandir Mehdiyevin batalyonunda vuruşub və
dekabr ayının 30-da Laçında qəhrəmancasına həlak
olub. Akstafadakı Muğanlı kəndində şəhidlər xiyabanında
dəfn olunub.
Məzarın nurla dolsun, şəhid qardaş!
“Gürcüstan” qəzeti
20 fevral. 1993-cü il
ŞƏHİD QARDAŞIM FARİZ BABANLIYA
Bir ananın övladıydın uşaqkən,
Qayğısız günlərin atla çapardı.
Bir göz qırpımında böyüdükcə sən,
Arzun, ümidlərin quş tək uçardı.
Sonra məktəb yaşın,oxumaq eşqin,
Tay-tuş sevincinə bələndi müdam,
Qurduğun xəyallar bir gün oldu çin,
Ömür yollarında necə yandı şam.
Bu məktəb unutmaz hər oğulunu,
Yüzillər keçsə də salar yadına,
Hər zaman xatırlar ər oğulunu,
Ehtiram bəsləyər Fariz adına.
Sən bizim məəktəbdə elə dərs aldın,
Hər müəllim sənin dayağın oldu.
Vətən sevdasıyla xəyala daldın.
Yirda layiq olmaq bayrağın oldu.
Sevdin torpağının hər qarışını.
Öyrəndin onunla bir can olmağı.
Vətənçün dindirdin Haqq savaşını,
Bacardın bu yolda qurban olmağı.
Qeyrətə səslədi səni ürəyin,
Onsuz da bu istək könlündəydiki,
Bir Haqqa bağlıydı arzun-diləyin,
Qarabağ yolunda ölüm nəydi ki?!
Sənin ana yurda sədaqətinə,
Ən doğru şahiddi tökülən qanın,
Laçın dağlarında şəhadətinə,
“Şəhid oğlum”-dedi Azərbaycanın.
Bir qürur yaşıdı göz yaşım mənim,
Qəlbimdə dağ boyda bir heykəlin var.
Şəhid Fariz adlı qardaşım mənim,
Dünya yaşadıqca adın yaşayar.

PƏRVANƏ ZƏNGƏZURLU
Dünyanı dərk etməyə başladığım andan dərk etməyə
başlamışam pərvanə sözünü. Məndən ötrü pərvanə
sözünün yanında bir şam sözü də olub həmişə. Bu ikisini
qoşa düşünmüş, qoşa görmüş və yazanda da qoşa yazmışlar.
Əlbbəttə, bunu duyanlar duyar, dərk edər və
qiymət verər. Bəli, pərvanə şam işığına tərəf uçar və
uçduğu səmtdən də işıq umar. Ordan içıq ala bilməyəndə
də şamın alovuna qərq olar, yanar külə dönər. El arasında
da bir haqq uğrunda canını fəda edənlərə söyləyərlər
ki, filankəs də pərvanə kimi özünü oda-atəşə atdı. Bu
saflıq, doğruluq, düzlük də dolaşır pərvanə sözünün
arxasında mənə görə. Bütün ömrüm boyu da bir pərvanə
istəyi, pərvanə sevgisi də yaşayıb içimdə hər zaman.
Beləcə-beləcə bir qibtə hissi də yaşayıb düşüncələrimdə
pərvanələrə qarşı.
Nədənsə yurdunu, vətənini, elini, obasını çox sevənlərə
də həmişə sevgi dolu baxmışam. Belə adamlarla
fəxr etmişəm. Onlara bənzəmək, onlardan dərs almaq,
onlarla qürur duymaq yaşadıb məni. Mənim öz içimdən
də belə duyğular baş qaldırıb. Pəvanə olmaq, haqqınhəqiqətin
yolunda yanıb külə dönmək istəmişəm. Bəzən
özümdə özümə şübhə ilə yanaşmışam. “Hələ bu cür
hisslər mənim içimdə çox dərin qatlara gedə bilməyib”
düşüncələri üstələyib məni. Amma pərvanə və pərvanəlik
məni yaman özünə çəkib.
Pəvanə xanım bir yurd sevdalısıdı, vətən aşiqidi.
Qoyub gəldiyi dədə-baba yurdun həsrəti ilə göyümgöyüm
göynəyən və bir pərvanə kimi alışıb-yanan sevЭцллц
Елдар Томарлы
184
dalıdı. Onun ruhu həsrətdən dağ-dağ olan ata-baba yurdun
göylərində dolaşır:
Ruhum gəzir torpağında, daşında,
Hər gecə o dağlar yuxuma girir.
Qonşu təndirinə çörək yapdığım
O sevimli çağlar yuxuma girir...
Həmişə yuxumda gəlirəm sənə,
Düşürsən yadıma hər an, kəndimiz.
Həsrətəm dönəcəm mən o vətənə
Bizsiz nə gündədir görən kəndimiz?!...
Zəngəzur həsrəti onun sinəsini oyum-oyum oyduğu
görünür ağrılı şeirlərində. Təkcə “Dağlar çağırır” şeirini
nümunə gətirsək onun hansı his və duyğularnan yaşadığı
bizə məlum olar:
Pərvanə həsrətdən edir ahü-vay,
İl kimi görünür vətənsiz hər ay.
Ondan uzaqlarda tiksək də saray
Alaçıqlar, o oylaqar çağırır.
... Günlərin birində “ Qurbani” məclisində, ağır sazsöz
yığnağında Pərvanə adlı bir insanla rastlaşdım.
Doğrusu ilk eşitdiyimdə onun adı çəkdi məni özünə.
Ürəyimə sarı yağ kimi yayıldı bu insanın adı. Sonra
onun şeirlərini oxudum, dinlədim. Daha sonra kitablarını
oxudum. Sonra özünü görmək qismətimə yazıldı. Hansı
tərəfdən baxdımsa Pərvanə xanımda bir dolu pərvanəlik
gördüm. Onun xanımlığında, insanlığında, ailə canlılığında,
rahat və rəvan danışığında, etdiyi dəyərli çıxışlarında
çox bəyənmişəm onu.
Bundan da belə qərara gəlmişəm ki, bu şair xanıma
verilən “Pərvanə “adı nə qədər doğru, düzgün seçilib və
onun adına uyğun gəlir.
Vaxtı ilə adı dllər əzbəri olan “Aşıq Pəri məclisi” bir
zamanlar da tənəzzül dövrünü yaşadı. Həmin vaxt onda
irəli durdu və qolunu çırmayıb bir çöküşün qarşısını
aldı Pərvanə xanım. Pəri qızlarını yenidən bir araya
gətirdi və onu ipə-sapa düzüb onu yenidən canlandırmağa
nail oldu. Yeri gəlmişən onu deməyi də özümə
borc bilirəm ki, “aşıq Pəri məclisi”nin yenidən arayaərsəyə
gəlməsinin artıq bir ili başa çatdı. Bu il ərzində
çox yollar keçdi, çox bələnlər aşdı, çox enişlərinyoxuşların
sınağından adladı. Nə qədər ağrılara- acılara
sinə gərərək bu günkü ağ yola qədəm basdı. İnşallah bu
məclisin televizya fəaliyyətinin bir illiyi Pərvanə
xanımın rəhbərlyi və məclisin üzvləri tərəfindən qeyd
olunacaq. Mən inanıram ki, ürəkdən çalışmalar öz
gözəl bəhrəsini verəcək.
Doğrusu, Pərvanə xanıma olan sevgimlə bərabər
“Aşıq Pəri Məclisi” nə də çox sevgim var idi. Elə bu sevginin
işığında da mən bu məclisə qədəm basdım. Orda
həm məclisin qızlarına və həm də onların çox dəyərli
rəhbəri Pərvanə xanımla isti münasibətim və doğmalığım
başladı. Hər toplantıda, hər televiziya proqramına çıxanda
Pərvanə xanımın ağırlığı və davranışı hər kəsə öz
yerini göstərir. Əlbəttə “ Aşıq Pəri Məclisi”-ni dünyaya
yayımlayan “Dünya Tv-nin xidməti əvəzsizdi. Yeni şair
və aşıq qızların bu məclisə qatılması və orda kəşf
olunması ayrıca qeyd olunmalıdı. Sevindirici haldır ki,
Pərvanə xanımın təşəbbüsü, təşkilatçılığı və rəhbərliyi
altında yeni bir qrup da boy göstərməyə başlayıb. “Aşıq
Pəri Pöhrələri” adı ilə təşkil olunan gənc qız balalarımızın
uğurları diqqətçəkicidir.
Dəyərli insanlığına bir də dəyərli dostluğu, xeyirxahlığı
əlavə olanda daha layiqli olduğu göz önünə gəlir.
Ailəsinin ona və onun da ailəsinə münasibəti bu günümüzdə
var olan ən gözəl dəyərlərdəndir. Uzun və layiqli
bir yolun davamçısıdır şair bacım Pərvanə Zəngəzurlu.
Mən onun bacarığına, istedadına və cəsarətinə ürəkdən
inanıram. Pərvanə xanımın necə ki, canında can, əlində
imkan var onula bir yolun yolçuluğunda bərabər olmağa
çalışacam. Çünki, buna və bundan da artıqlarına layiqdi
Pərvanə xanım. Çünki, o bir Pərvanədir vətənə, millətə,
insanlığa.

PƏRVANƏ ZƏNGƏZURLUYA
Qubada yazılan şeir
Ay Pərvanə, bu dağlara vuruldum,
Obalara, oylaqlara vuruldum,
Aləm gördüm, bu diyara vuruldum,
Mən də bu diyarın sazı kimiyəm.
Heyran oldum çiçəklərə-güllərə,
Qurban oldum incə, şəkər dillərə,
Mən vurğunam çoxdan belə ellərə,
Bitib tükənməyən arzu kimiyəm.
Bir az dərddən, bir az qəmdən qaşmışam,
Saflığına ürəyimi açmışam,
Bu yerlərə sandım çoxdan acmışam.
Hələ yazılmamış mövzu kimiyəm.
Kaş yarana eldə belə bir adət,
Hər yaz ayı gözəlliyə ibadət,
Könlüm istər bu yerlərə səyahət,
Məndə bu yerlərin qızı kimiyəm.
Güllü Eldar, xəyallara dalaram,
Bu dağlardan ilhamımı alaram.
Məhəbbətlə rübabımı çalaram.
Öz könül dünyamın sazı kimiyəm.

KÖNLÜMÜN TÜLƏK TƏRLANI...
Hələ ilk görüşümüzdən qanım yaman qaynadı ona.
Sakit davranışı, mülayim rəftarı, ağır oturuşu-duruşu
məni özünə yaman çəkdi Qətibə xanımın. Bakı şəhərində
o qədər də çox adam tanımırdım. Bütün ömrümü Gürcüstanın
Rustavi şəhərində yaşamışam. Oranın suyuna,
havasına alışdığım kimi, adamlarına da elə alışmışdım ki...
İllər sonra Bakıya köçməyim hələ də mənim içimdə
o yerlərin havasını dəyişə bilmir. Həm də nə yaxşı mən
o aləmdən hələ büsbütün ayrılmamışam. Qoyub gəldiyim
yerlərdə mənim o qədər doğmalarım, qohumlarım
yaşayır. Hələ bacılarım – Hamaya, Yetər, Tamaşa və
bir cüt ciyərparəm – Nurlanə və Zöhrə adında övladlarım,
onların balaları yaşayır. Əlbəttə, o tərəflərlə daim
ünsiyyət hər vaxt və hər zaman olacaq.
Ailəliklə Bakıya köçməyimiz məni yeni dünya, yeni
aləm və yeni insanlarla görüşdürdü. Və istər-istəməz
buraların havasına və adamlarına alışmağa başladım.
Elə başladığım zamandan da bəzi davranışlarım bu
mühitə uyğunlaşmağa doğru getdi.
Doğrusu, gizlətməyə də dəyməz. İlk günlər bu boyda
şəhərdə qəribsəməyə başladım. Bəzi davranışlara uyğunlaşa
bilmirdim. Bəzi adamların bəzi sözləri də xətrimə
yaman dəyirdi. Belə olanda da gücüm özümə çatardı.
Göz yaşlarım sellərə döndükcə ürəyimə bir təsəlli gələr,
yavaş-yavaş sakitləşərdim.
Bax belə zamanlarda ilk can qızdırdığım, ürəkdən
mənəviyyatına, saflığına bağlandığım ilk tanışlardan
biri, bəlkə də birincilərdən olan idi Qətibə müəllimə.
Atalar çox gözəl deyib ki, “Qonşu haqqı – Allah haqqı”.
Bəli, mən onu ilk dəfə bir qonşu kimi tanımağa başladım.
Tanıdıqca da isnişməyə başladım. Get-gedə onunla
bağlılığımız daha da artmağa və doğmalaşmağa doğru
getdi. Qətibə müəllimə ilə “ana-bacı” qədər doğma
olduq. Əlbəttə, onun böyüklüyü sayəsində. Bir böyük
bacı kimi Qətibə müəllimə hər zaman öz məsləhətləri
ilə, nəsihətləri ilə və inamlı doğmalığı ilə yanımda olardı.
Mən də heç zaman tənbəllik etmədim. Öyrəndikcə öyrəndim.
Bu gün də onun doğmalığı mənə güc verir. Çox
gözəl bir ailəsi var Qətibə xanımın. Həyat yoldaşı Vaqif
bəy ona o qədər sayğılı və mərifətli davranır ki, adam
istər-istəməz yaxşı mənada həsəd aparmalı olur. Çox
şükür Pərvizi, Nurizəsi var. Gözəl nəvələri var. Ömrünəömürlər
calayır balaları, nəvələri.
Qətibə Eyvaz qızı Talıbova 1956-cı il, noyabrın 15-də
Daşkəsən şəhərində anadan olub. Gəncə şəhərində
Zərdabi adına Pedaqoji İnstitutu bitirib. Pedaqoji fəaliyyətə
Daşkəsən orta məktəbindən başlayıb. Ordaca Daşkəsən
Rayonu Partiya Komitəsinə 3-cü katib seçilib.
Sonra Bakı Ali Partiya məktəbinə daxil olub. Rayon
təhsil şöbəsində metodist vəzifəsində çalışıb. Çox dəyərli
bir ziyalı ömrü yaşayır Qətiə xanım. O, ali təhsilli
müəllimdir.
Ailə vəziyyəti ilə əlaqədar 1996-cı ildə Bakıya
köçüb. Bakıdakı Tahir Bağırov adına 59 nömrəli tam
orta məktəbdə dil-ədəbiyyat müəllimi və bu fənn üzrə
metodbirləşmənin rəhbəridir. İndiyə qədər yüzlərlə şagirdin
təlim-tərbiyəsində əməyi olub. Neçə-neçə gəncin
mənalı ömür yaşamasına nail olub.
Tədbirlərin, görüşlərin, ədəbi məclislərin daimi iştirakçısı,
məktəbin nəzdində keçirilən tədbirlərin təşkilatçısıdı
Qətibə müəllimə. Əsl insan tərbiyəsində ədəbibədii
görüşlərin çox köməyi var – deyə düşünür. Ömrü
o qədər rahat keçməyib onun. Gözləri önündə nə qədər
qaçqınlıq, köçkünlük olub onun. Yurdsuzluğun acılarına
dönə-dönə şahid olub. Əsl insan olmağın bir böyük
yolunun da əsl tərbiyədən keçdiyini söyləyir. Həyatda
qazandığı nailiyyətlərə görə, ədəbiyyat müəllimi
Fatma müəllimənin ruhuna dua oxuyaraq onu ehtiramla
anır Qətibə müəllimə.
Əməkdən, insan tərbiyə etməkdən zövq alır bu xanım
tərbiyəçimiz. Təhsilə o qədər bağlıdı ki, ömrü necə
keçir, ondan xəbərsizdi sanki. Mən bunu ona görə dedim
ki, artıq başını qaldırıb gördü ki, 60 yaşın astanasındadı
bu ağbirçək xanım. 60 yaş bəlkə də dastanlarda
deyildiyi kimi, bir insanın at üstündə keçən ömrüdü. Və
aqillərin dediyi kimi nə qədər yaşamaq yox, necə yaşamaq
daha dəyərlidi hər kəsə.
Qətibə xanım dostcanlıdı, insancanlıdı. Dəyər verəndi,
qədir biləndi. Üstəlik əsl ədəbiyyat müəllimidi. Sözüsöhbəti
o qədər şirin-şəkərdi ki.
Bir gün əlində bir gül dəstəsi sevincək qarşıma çıxdı.
Həmkarı Mətanət xanımın ad gününə tələsdiyini öyrəndim.
Fürsətdən istifadə edib Mətanət müəlliməni də
təbrik edirəm, can sağlığı və işlərində müvəffəqiyyətlər
arzulayıram. Mətanət müəllimə uzun illərdir ki, Qətibə
xanımla Bakı şəhəri Tahir Bağırov adına 59 nömrəli
tam orta məktəbdə çiyin-çiyinə çalışır.
Onunla yola çıxmaq, səfərə getmək, məclislər yola
salmaq o qədər xoşdur ki. Dönə-dönə doğma Gürcüstan

ellərinə getmişəm Qətibə xanımla. Rustavi şəhərindəvaxtilə
mənim oxuduğum və bitirdiyim orta məktəbdə
bir poeziya bayramında olmuşam onunla.
Qətibə xanım həyat dolu bir adamdı.Yalana yaddı,
yanlışdan çox-çox uzaqdı. Aldığı tərbiyədən, təhsildən,
qazandığı təcrübədən görünür hər şey. Qətibə xanım
yaşadığı ömrünü yaşla ölçmür, işlə ölçür. Təhsillə insan
ruhunu müalicə etməyə daha çox çalışır. İşlədiyi orta
məktəbin çox dəyərli müəllim kollektivi içərisiində çox
da gözəl nüfuz sahibidi Qətibə müəllimə. O bunu öz
ləyaqəti, mənəvi zənginliyi və savadı ilə qazanıb. Hələ
də qazanır və bu qazancdan nə doymaq bilir, nə də
usanmaq. Əlbəttə, belə insanlar cəmiyyət içərisində hər
zaman sevgi və sayğı ilə qiymətləndirilir.
Mən onların məktəblərində keçirilən neçə-neçə tədbirlərdə
yaxından iştirak etmişəm. İllərlə çiyin-çiyinə
çalışdığı məktəb direktoru Maisə xanım (keçmiş direktor),
müəllim yoldaşları – Rəna müəllimə, Mətanət müəllimə,
Alizər müəllimə, Münəvvər müəllimə, Akifə müəllimə
ağızdolusu danışır Qətibə xanım haqqında. Tədbirlər
keçirir, şairlərlə, müharibə veteranları ilə görüşlər olur
məktəbdə tez-tez. Ən yaddaqalanı isə mərhum xalq şairi
Zəlimxan Yaqubla olan görüş oldu. Bu tədbir məktəbin
tarixində, müəllim və şagirdlərin yaddaşına qızıl hərflərlə
yazıldı.
... İlk dəfə mən onu bir qonşu kimi, sonra bir insan
kimi, bir ləyaqət adamı kimi tanımağa başlamışam. Və
inanıram ki, bu tanışlıq mənə çox şey verib. Ömrünün
60-cı zirvəsinə qədəm basıb Qətibə xanım.
60 yaşı mübarək olsun! Bu yazdığım yazı və aşağıdakı
dördlüklər ad gününə hədiyyəm olsun.

DÖRDLÜKLƏR
Zaman aman verməz ağarar saçım,
Doğmamla yox olar hər ağrım-acım.
Mənə söz deyəmməz ağlı dayazlar,
Sən ki yanımdasan, Qətibə xanım.
***
Bəzən dəryalarda qərq olar gəmim,
Hərdən pərvaz eylər xəyal aləmim.
Tufanlar heç zaman aparmaz məni,
Olarsa yanımda könül həmdəmim.
***
Nə qədər, nə qədər könlümə yarsan,
Nə qədər sən mənim yanımda varsan.
Xanımlar xanımı, ay ömrüm-günüm.
Qəlbimin yoluna qızıl açarsan.
***
Düzdü, təb gələndə şeir yazıram,
Qafiyə tuturam, fikir yozuram.
Öyrənmək istərəm hər gün, hər səhər,
Səndən dərs almağa hər an hazıram.
***
Tale yaradıbdı dövlət-var səni,
Heç vaxt göynətməsin intizar səni.
Sən dəli könlümün tülək tərlanı,
Ürəyim bir ömür sığallar səni.
***
Tale yollarının naxışı gözəl,
Göylərdə şimşək tək çaxışı gözəl,
Ruhuna min alqış, Qətibə xanım.
Sənə düz ürəklər baxışı gözəl.
***
Tale yollarının naxışı gözəl,
Ömrünə şimşək tək çaxışı gözəl,
Ad günün mübarək Qətibə xanım.
Sənə könülərin baxışı gözəl.

NUR PAYLAYAN İNSAN...
Qarayazıda doğuldu Fazil Məmmədov. Onun doğulduğu,
boya-başa çatdığı bölgədə elmə, təhsilə,
məktəbə çox diqqət var. Hələ keçmişdə igidləri, qaçaqları,
qoçaqları öz dövründə öz sözlərini deyib gediblər.
İsaxanın, Xozeyinin, Cahangirin və neçə-neçə qeyrətli
və şücaətli insanlarının adıyla öyünüb o mahal. Adları
hər tərəfə yayılan el aşıqları, el şairləri olub Qarayazının.
Məşhur aşıq Alxan Qarayazılı, aşıq Alxan Kosalı
o bölgədə ad-san qazandılar. Azərbaycanın görkəmli
filosofu Camal Mustafayev, tanınmış alim Hamlet
İsaxanlı (Hamlet İsaxanlı Fazil müəllimin atası
İsamayıl müəllimin şagirdi olub Qarayazıda) və neçəneçə
böyük ziyalı o yerlərdə dünyaya gəlib. Fazil
İsmayıl oğlu Məmmədov 1959-cu ildə Gürcüstanın
Qarayazı bölgəsinin Nazarlı elində dünyaya göz açıb.
Atası İsmayıl Məmməd oğlu orada müəllim işlədiyinə
görə bir müddət orada yaşayıblar və sonra ata yurduna
– Qazax bölgəsinin I Şıxlı kəndinə köçüblər. Uşaqlıqdan
oxumağı və özünü gəlişdirməyi əsas məqsədi kimi
düşünən Fazil İsmayıl oğlu istəyinə doğru böyük həvəslə
irəliləməyə başladı. Öz bacarığı və hazırlığı ilə taytuşları
arasında daha çox fərqləndi. Müəllimlərinin sevimlisi
oldu. O, bütün fənləri yaxşı mənimsəyir, ancaq
riyaziyyata daha çox meyil edirdi. Orta məktəbi Qazaxın
I Şıxlı kəndində uğurla başa vurdu. Artıq onun dünyası
formalaşmış və səmti müəyyənləşmişdi. Gənc Fazil
İsmayıl oğlu riyaziyyat üzrə təhsilini başa vurmaq və
gələcək nəslə öz ixtisasını aşılamaq istəyirdi. Bununla
da öz insani borcunu yerinə yetirmək şərəfinə nail ol
maq istəyirdi. Və beləliklə, Fazil İsmayıl oğlu sənədlərini
o vaxtkı Azərbaycan Pedaqoji İnstitutuna (APİ)
verdi. İmtahanları müvəffəqiyyətlə başa vuran bu gənc
1976-1980-ci illərdə həmin ali məktəbin riyaziyyat
fakültəsinin tələbəsi oldu. Oxuduğu illər ərzində də gələcəyin
müəllimi kimi yetişdi. O dövrün qanunlarına
əsasən gərək təyinat üzrə gedib işləyərdi hər kəs. Fazil
müəllim də öz təyinatını Azərbaycanın Xızı rayonunun
Şuraabad kənd orta məktəbinə aldı. Bəlkə də belə bir
yerin adını birinci dəfə idi eşidirdi. Amma özünə inam,
savadına və səviyyəsinə güvən bu gənc müəllimin köməyinə
gəldi. Həmin kənddə tez bir zaman içində özünə
etibar qazandı. Çalışdığı kollektivə tez alışdı. Dərs dediyi
şagirdlərin sevimlisinə çevrildi. Bununla da öz
işində uğurlar qazanmağa başladı Fazil müəllim.
Öz işinə sevgisi, zəhmətə sonsuz həvəsi və təşkilatçılıq
bacarığına sahib olması və bir də cəsarəti köməyinə
çatıb həmişə Fazil müəllimin. Bunu görən kollektiv
təşkilatçılıq qabiliyyətinə görə direktor müavini seçdilər
onu. Bu ona daha çox imkan verdi ki, o öz bacarığını
daha da gəlişdirsin. Tam iki il bu vəzifədə çalışdı
Fazil müəllim. Sonra direktor təyin olundu həmin məktəbə.
Daha əzmlə, daha artıq güclə işləməyin zamanıydı.
İmkanları və gücü varı idi Fazil müəllimin. O, müəllim
olmağın nə qədər şərəfli olduğunu bu işə başladığı ilk
gündən, ilk dərsdən bilirdi. 2007-ci ildə Fazil müəllimin
həyatında daha bir əlamətdar gün oldu. Şəhid Rafiq
İsmayılov adına Xızı şəhər orta məktəbinə direktor
təyin olundu və o gündən daha gərgin günləri başladı
onun. Təhsildə keyfiyyətin daha da yüksəldilməsi milli
maraqlarımızın daha yüksəldilməsi deməkdi. Əlbəttə,
gələcək ziyalılarımızın daha yüksək təbəqəsinin yetişməsində
müəllimlərin rolu göz önündədi. Fazil müəllimin
əməyi öz bəhrəsini verməyə başladı. Dövlət başçısının
müvafiq sərəncamı ilə 2010-cu ildə təhsilin inkişafında
göstərdiyi əvəzsiz xidmətlərinə görə Fazil
Məmmədov “Tərəqqi” medalına layiq görülüb. Bütün
ömrünü milli-mənəvi dəyərlərimizin daha da yüksəlməsinə
həsr edib Fazil müəllim. Onun qələm götürüb yazdığı
mövzular da var. “Şıxlının el ağsaqqalı” bədiipublisistik
əsəri “Riyaziyyatda praktik məzmunlu əyləncəli
və tarixi məsələlər” kitabı da onun qələmindən çıxıb.
Dövlət başçısının sərəncamı ilə 2013-2014-cü tədris
ilinin yekunlarına görə şəhid Rafiq İsmayılov adına
Xızı şəhər orta məktəbi “İlin ən yaxşı ümutəhsil məktəbi”
adına layiq görülüb. Əlbəttə, burda məktəb rəhbərliyinin,
o cümlədən direktor Fazil Məmmədovun
əməyi və zəhməti göz önündədir. Haqqında dərc olunan
bir yazıda oxuyuruq: “O öz nümunəvi işi, daim yeniliyə
can atması, ictimai həyatdakı mövqeyi ilə məktəblilərin,
pedaqoji kollektivin, valideynlərin və bütövlükdə ictimaiyyətin
rəğbətini qazanıb”. Odur ki, Azərbaycan
Respublikasının prezidenti cənab İlham Əliyevin
2 oktyabr 2015-ci il tarixli sərəncamına əsasən Xızı
şəhər tam orta məktəbinin direktoru Fazil Məmmədov
Azərbaycan təhslinin inkişafında xidmətlərinə görə
“Əməkdar müəllim” fəxri adına layiq görülüb. Bu şərəfli
ad hər adama qismət olmur. Ömrünü elm və maarif
yolunda şam kimi əridən bir insanın zəhmətinin və
qeyrətinin ona bəxş etdiyi qürur nümunəsidir. Riyaziyyatçı
olsa da, poeziya vurğunudur, saz heyranıdır, şeir
də yazır Fazil müəllim. Sazımızın-sözümüzün beşiyi
olan Qazax mahalından olması və orada böyüməsi görünür,
saza-sözə bağlılığına yaxşı mənada təsir edib.
Dədə-baba ocağına, elə-obaya çox bağlıdır. Tez-tez baş
çəkir doğma Qazaxın I Şıxlı kəndinə, kəndin xeyrindən-
şərindən qalmır. Anasına həsr etdiyi şeirində yazır:
Nə deyim həyatın sınaqlarına?
Dərin qırış salmış yanaqlarına.
İzn ver döşənim ayaqlarına.
Fazil də cənnəti görsün, ay ana.
Sən Allah qəddini əymə, ay ana.
Gözəl ailə başçısıdır Fazil müəllim, iki oğlu var.
Zöhrab Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin
Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin bakalavr
və magistr pillələrini qırmızı diplomla bitirib. ABŞ-da
kurs keçib. Hal-hazırda “Azercell”-də çalışır. Cavidan
isə Moskva Humanitar və Sosial Servis Univesitetini
bitirib, hal-hazırda Azərbaycan Silahlı Qüvvələrində
hərbi xidmətdədir. Fazil müəllimin həyat yoldaşı Cəvahir
xanım da ömrünü məktəbə həsr etmiş bir insandır.
Atalar doğru deyib ki, “Ərlə arvadın torpağı bir yerdən
götürülüb”. Onlar bir ailədən millətə nur paylayan insanlardır.
Cəvahir xanım Bakının Xətai rayonundakı
86 saylı tam orta məktəbin rus dili və ədəbiyyatı müəllimidir.
Hələ qarşıda daha çox işlər, daha böyük uğurlar
gözləyir Fazil müəllimi. Onun çalışdığı məktəbdə
hər bir müəllim və şagird öz uğurlu işləri ilə öyünür.
Əslində təhsildə uğur – ölkədə uğur deməkdir. Və bu
da gələcəyə doğru daha inamla addımlayan Azərbaycanımızı
daha gözəl günlərə qovuşdurmağa aparır.

QUZU
Quzu - balaca, dadlı, körpə deməkdir.
“Quzu” kəlməsini söyləyən kəs işıqlanır, nurlanır və
təbəssüm gəlir üzünə. “Quzu” sözünün mehribanlığı
yansıyır onu deyənlərin və eşidənlərin çöhrəsinə. Bir
saflıq anlamı da var bu sözdə. Bəzən təzəcə açmaqda
olan çiçəyə “Quzu çiçəyi” deyilir. Quzu məsumluq simgəsidi.
Körpə uşağa da quzu deyilir, sevimli mənada.
Üzüyola, tərbiyəli uşaqlara deyilən “quzu kimi” ifadəsinin
də şirinliyi göz önündədir.
Bəzən gözəl-göyçək qızları qara gözlü quzuya bənzədirlər.
Bir sözə baxan uşağı bir işə buyuranda belə
deyirlər. “A quzu bala, filan işi sən yaxşı görərsən. Və
ya filankəsə filan sözü sən de”.
Mahnılarda, zümzümələrdə, qımqımalarda “quzum,
quzu balam, quzu ceyranım” deyilir gözəl qızlara.
İşvəkar, şux baxışın bir quzu ceyran baxışı.
Və ya: Quzunu qurban kəsməzlər, quzunu bayram
payı verərlər.
Bir adam kiminsə həsrətini çəkir. Onun ayrılığına
dözə bilmir. Ətrafındakılara hər şeyi bəlli edir. Və kimsə
yarıciddi, yarızarafat həmən şəxsə “balabanda” başa
salır. Bircə kəlmə söz deyir: “Quzulama!”
Və ya arata qoyulmuş torpaq da “quzulayır”. Əgər
həmən torpaq “quzulamasa” ona toxum səpəndə yaxşı
məhsul alınmaz.
Bir cüt yeməli ot var. Dağlarda bitər. Adına da quzuqulağı,
quzqulaq deyərlər. Doğrudan da quzunun qulağı
boyda olur hər yarpağı.
El içində kirli, zorlu, qanmaz adamlara “Canavar”,
gücsüz, məsum, saf adamlara da “Quzu” deyirlər.
Bəzən “dünya yeyənə quzu quyruğudur” fəlsəfəsini
əldə bayraq edənlər var. Və onlar haramla mayalananlar,
dünyanı bir quzu kimi məhv edən canavarlardır.
Şair Səməd Qaraçöp “quzu yeyənlər” şeirində üzünü
belələrinə tutub deyir:
...Dünyaya beləcə yiyələndilər,
Sözü yedirdənlər, sözü yeyənlər.
Dünya qaragözlü quzuydu bir vaxt,
Yedilər dünyanı quzu yeyənlər.
Quzu həm də gözəllik anlamında başa düşülür. Və
bu gözəllik də quzunun başına bəla gətirir. Onun əti nə
qədər dadlıdırsa, dərisi daha qiymətlidir. “Qaragül” deyilən
quzu dərisi var. Həmin dəridən çox qiymətli
papaqlar tikilir. Və onlar çox da baha satılır.
Deməli, quzu olmağın bu tərəfi də var...
Bəzən daha qürurverici sözlər deyilir quzuyla bağlı.
Məsələn, bəzən əsgərə “quzu” deyilir.
Bunun da ən gözəl örnəyi Türkiyədə var.
Türkiyədə əsgərə “Mehmetcik” deyilir.
Bir də “Kinalı kuzu” – yəni xınalı quzu deyilir türk
əsgərinə. “Xınalı quzu” əlləri xınalanmış əsgərlərin
Vətən uğrunda döyüşə və hətta lazım gələrsə ölümə
belə hazır olmalarına işarədi.
Kaş Vətən uğrunda “Xınalı quzu” sözünü hər kəs
anlaya.
Quzu adətən yazda doğulur.
Çiçəklər yazda açan kimi.
Və quzular anasının yanında daha tez böyüyür.
Quzuların “Vətəni“ analarıdı.
Xınalı quzuların anaları vətənləridi.
Quzular böyüyəndə - Qoç olanda qurbanlıq olur.
Quzu - bala deməkdi.
Böyüyün, quzularım !
Böyüyün !
“Meydan” dərgisi
2 (13) aprel 2011
AY QUZU OTARAN QARAGÖZ OĞLAN
Nə gözəl bir bağa bağban olubsan,
Çəmənlə, çiçəklə bir can olubsan.
Cümlə gözəlliyə heyran olubsan,
Ay quzu otaran qaragöz oğlan.
Gəzəydim qoynunda sən gəzən yalın,
Saçlarım dolaşıq, ayağım yalın,
Toza qarışaydı yanaqda xalım,
Ay quzu otaran qaragöz oğlan.
Kölgədə bəslənən arzun olaydım,
Vara biləcəyin ərzin olaydım.
Sənin bir qaragöz quzun olaydım,
Ay quzu otaran qaragöz oğlan.
Dədəmi, nənəmi araşdıraydın,
Məni quzulara qarışdıraydın,
Sonra tərəfləri barışdıraydın,
Ay quzu otaran qaragöz oğlan.
O arzu, o dilək ötüşüb daha,
Güllünün saçına dən düşüb daha.
Dünyam o dünyadan gen düşüb daha.
Ay quzu otaran qaragöz oğlan.

HEKAYƏ
Bu hadisəni mən Borçalıda eşitmişəm. Eşidər-eşitməz
də ürəyimə, könlümə köçürmüşəm. Heç zaman da unutmayacağam.
Unutmaq nədi ki, hər zaman xatırlayacam.
Bir dəyərli ailənin ocağında, bir toy məclisində olan bu
əhvalat uzun müddət o toyda olanların heç birinin yaddaşından
silinməyəcək. Bəlkə bu əhvalatı qələmə almamaq
da olardı. Ancaq niyə yazılmasın. Orda sevən bir
ürəyin öz toyunda qəlb çırpıntılarını, içində öləziyən ən
ağrılı bir istəyini son dəfə dilə gətirməsi niyə də insanlara
olduğu kimi çatdırılmasın. Bir insanın və onun ən
kövrək, ən həssas, ən istəkli duyğularının son dəfə işıqlanması
niyə də yazıya alınmasın. Niyə də qəbahət hesab
olunsun. Bir halda ki, biz insanlarımıza bu qədər dəyər
veririk. Deməli, hər kəsin öz halal düşüncə və istəynin
də insanlara çatdırılmasına dəyər verməliyik.
Eşitdiyim bu hekayəyə o qədər duyğulanmışam ki...
Toyun xanəndəsi danışır... Əslində, o danışmır, gah
kövrəlir, gah qürurlanır, gah da heyrətlənir. O danışdıqca
dinləyənlər də onun halını yaşayırlar.
…Məclisin ən qaynar vaxtıdı. İnsanlar bu toya istəyərək,
sevərək, sevinərək gəlib. Burda iki gəncin sonsuz
sevgisinin ən gözəl anıdı. Bir-birinə çoxdan sevdalanan
bu bəylə gəlin özlərini nə qədər bəxtəvər hesab edir.
Bəy atası məclisin daha gözəl olması üçün əlindən nə
gəlib əsirgəməyib. Kəsilən cöngələr, çəkilən kabablar,
bişirilən bozartmalar, plovlar və hər cür süfrə yeməkləri
baxanda göz oxşayır. Yeyəndə dadı damağında dad verir.
Məclisin eşik qapısında zurnaçılar dəstəsi ən qədim el
havaları ilə gələnləri qarşılayır. İçəridə isə məclisin
tamadası əzbərində olan şeirləri bircə-bircə xırıd edir
məclis əhlinə. Xanəndə xalq havalarını bu dəsti-xəttdə
gözəl oxuyur. Aşıq qardaş ara-sıra qara sazı sinəsinə
basıb oxuyur, ağır-batman sözləri, ağır-batman havalarını.
Bəynən gəlin məclisin baş tərəfində bəzəkli,
kürsülü bir masada əyləşiblər. Onlar da utancaq bir
təbəssümlə bu gedişatı izləyirdilər.
Bu arada birdən-birə bəy ayağa qalxdı və əllərini yuxarı
qaldırdı. Bayaqdan təlatümə gələn böyük bir məclis
bir an içində sükuta qərq oldu. Hər kəs nəzərlərini bəyə
yönəltdi. Dilotu yeyən tamada da susmalı oldu. Əslində,
bu belə olmamalıydı. Bəy deyəsən nəsə demək istəyirdi.
Əlbəttə, bəy dediyin nədi, bəyənmədiyin nədi. Onun bir
işarəsi ilə tamada əmrə müntəzir bir əsgər kimi düz
bəyin hüzuruna getdi. Bəy tamadaya nəsə dedi. O da
mikrofonu sakitcə bəy tərəfə uzatdı. Bəy əfəndi də heç
nə demədən həmən mikrofonu bəmbəyaz libasda qu
quşu kimi bəzənən gəlinə uzatdı. Gəlin oturduğu yerdən
ayağa durdu və musiqiçilərdən bir muğam çalmasını
istədi. Bütün məclis əhli heyrətlə bir-birinə baxdı və
gəlinin nə edəcəyini gözləməyə başladı. Ansambl cox
istəklə və zövqlə çalmaga başladı. Və gəlin oxudu. Bir
əli bəyin əlində, bir əli mikrofonda. Bəlkə də indiyə
qədər heç kəsin vurmadığı zənguləylə oxudu muğamın
bütün xallarını, güllərini elə ahənglə, elə yanğıyla, elə
kövrəkliklə oxudu ki... Bütün bunlar üzünə düşən gur
projektor işığında cox aydın görünürdü. Bu da ayrı bir
mənzərə yaradırdı duruma. Oxudu, oxuduqca könülləri
fəth etdi bu bəyaz tülə bürünən gəlin. Yeməklərə əl
uzatmaq yaddan çıxdı. Hec kəs süfrəyə baxmır, hamının
gözü, könlü bu gözəl muğamın ovqatına köklənmişdi.
Çöldə yemək bişirib-düşürənlər, qulluq edənlər, toyçudüdükçülər,
əl-ayaq adamları öz işlərini unutmuşdular.
Onlar da əlləri üzündə bu gözəl mənzərəyə hayıl-mayıl
olmuşdular. O isə unutmuşdu bu gözəl aləmi elə bil.
Özünü oxuyurdu. Bir ömür daha doğrusu ağlı kəsəndən,
qızlar bulagından su icəndən bu günkü gününə qədər
içində düyünlənən və əbədiyyətə qədər özünə məhkum
olan bir arzu-murazının son mənzilə yola salınmasını
özü öz oxumağı ilə müşaiyət edirdi.
Bəyin göz yaşları gəlinin göz yaşlarından heç də az
deyildi. Elə bil o da onunla bərabər oxuyurdu və o da
elə bil bu gün alınacaq bir qisasın qiyamətə qalmamasını
daha çox istəyirdi. Elə ona görə də onların hər ikisi
bir kökə köklənib, bir ruhun uçmaqda olduğu səmtin
yedəyində dolaşırdılar. Bütün məclisdəkilərin və səsin
çata bildiyi toy evindən neçə məhlə o tərəfə olan qonumqonşuların
əlini işdən soyudan bu mübarək muğam başa
çatar-çatmaz musiqiçilər bu gərginliyi bir qədər azaltmağa
meyl etmək istədilər. Elə bu anda özünə gələn
gəlin özünün istədiyi xalq mahnısını oxumağa başladı.
Ansambl da ona uymağa çalışdı. İndi ovqat bir ayrı kökə
kökləndi. O isə öz oxumağında idi.
...Apardı sellər Saranı
Bir ala gözlü balanı.
Aparıcı müğənni oxumağına ara verdi. Bir az nəfəsini
dərmək, bir az da özünə gəlmək üçün zaman qazanmaq
istədi sanki. Amma hövsələsi çatmayan adamlar bu işin
sonunun nə ilə bitəcəyini bilmək üşün daha çox tələsirdilər.
Ona görə də toyun ən diqqətli iştirakçısı olan bu
kövrək duyğulu müğənninin söhbətinin davamını danışmağa
tələsdirirdilər. Amma müğənni arif adam idi. İntizarın
nə olduğunu, marağın nə olduıunu o çox gözəl
bilirdi. Məhz buna görə də tələsmir, sözlərin bircə-bircə
fikirlərinə düzüb qoşur, öz danışığına uyğun xırıd edirdi.
Cox güman ki, elə bütün bunlara görə o sözünə yenə də
aramla başlamaq qərarındaydı. Hələ üstəlik qarşısında
təzəcə buğlanan pürrəngi çaydan da Bağdad xurması ilə
içirdi.
Söhbətin davamı nəhayət ki, gəldi.
...Mən sonralar həmin məclisin bəyi ilə, yəni həmən
gündən həyat yoldaşı olan adamla görüşdüm. Hələ də
məqamını tam anlamadığm həmin sərgüzəştin sirrini
öyrənməyə çalışdım və sonunuda buna nail oldum. Bəy
danışdı: Mən o qızı ilk dəfə bizim yaylaqların birində
görmüşdüm. Gördüyüm gündən də ona vuruldum. Aradan
günlər, həftələr keçdi. Günlərin birində də ürəyimi
açdım o qıza. İnsafən o da mənə biganə deyilmiş. Danışdıq,
barışdıq. Mən başqa şeylər də öyrəndim bu qız
haqda. Sən demə onun çox gözəl musiqi duyumu və
ondan da gözəl səsi və oxuma qabiliyyəti varmış. Ən
böyük arzusu da oxumaq, səsinin məlahətini dünyaya
car etməkmiş. Fəqət cahil düşüncələr, huşsuz qadağalar
bu qızın səsini elə kəsmişlər ki, sən demə, o mahnı
oxusaymış dünya dağılarmış. Sevgilisinə “dilə məndən
nə dilərsən” deyəndə qız ondan toy günündə oxuması
üçün icazə istəmiş. Bəy də ona “baş üstə” demiş. Həmin
gün “gün o günüymüş” – sən demə... İllərlə içini yandıran
oxumaq arzuzu gerçəkləşmişdi qızın.
O səsin ürəkləri dağlayan zəngulələri göz yaşına
qərq etmişdi coxlarını. Məclis tamam başqa kökə köklənmişdi.
Bəlkə də öncədən quraşdırılmış olsaydı bu
qədər təsirli alınmazdı bu məqam.
Bu an bir film kimiydi sanki...
...Bu günkü istək onun ilk və son istəyi idi. Bundan
sonra o heç vaxt oxumayacaqdı. Oxuması ilə heç kəsi
(əslində bəzilərini) incitməyəcəkdi. Daha o bir ömür öz
oxuması haqda düşünməyəcəkdi. Çünki, o öz içində illərlə
gəzdirdiyi istəyi bu gün yerinə yetirirdi. Bu gün
onun öz qalibiyyətini və qabiliyyətini elan etməsi günü
idi. Onu da etdi.
Oxumasını tamamlayan gəlin bununla da içində qalan
bütün ağrı-acını, sinəsində düyünlənən istəyi yerinə
yetirmiş oldu. Baxışlarıyla bu böyük məclisi bir daha
süzdü. Sonra nəzərlərini bəyə çevirdi. Sonra heyrət və
qürurla bu mənzərəni seyr eleyən bəy atasına – özünün
qaynatasına tərəf addımladı və onun əllərindən öpərək
təzim elədi. Sonra bəylə bərabər özlərinin qoşa kürsülərinə
tərəf cəkildilər.
Məclis əhlinin üstünə elə bil su calanmışdı. Sükutu
bəy atası pozdu.
-Bu mənə, mənim ailəmə ən gözəl toy hədiyyəsi
oldu, – dedi. Heç kim heç nə danışmırdı. Tamadanın
istəyi ilə bir “Tellayı” havası çaldılar. Yavaş-yavaş
məclisin ahəngi əvvəlki qaydasına düşdü.
Toy şənliyi davam etdi...

ƏLİXANIN YEZNƏSİ
hekayə
Şəhərimizin bazar səmtinəndən asta-asta dostlarımla
görüşə gedirdik. Onlar məndən Türkiyə səfərimiz haqda
məlumat alacaqdılar. Necə getdik, necə qarşılandıq,
necə ağırlandıq? necə yola salındıq və sair. Əslində ürəyim
elə dolu idi ki, icimdə bitib-tükənməyən anladacaqlarım
var idi. Qapılar açılandan bu günə qədər nələr
olmuşdu, nələr... Çox həsrətlər qovuşmuş, çox itkinlər
tapılmış, cox yanlışlıqlar düzəldilmişdi. Bu günə qədər
üç dəfə, beş dəfə, bəlkə necə dəfə illər həsrətliləri öz
ziyarətlərini dönə-dönə gercəkləşdirmişdi. Sənət adamları,
yazı-pozu adamları da Azərbaycanla Türkiyə arasında
çox ugurlu körpülər salmışdılar. Doğrusu, içimdən
keçən duyğuların qanadlarında mən də cox uçmuşdum
Türkiyə səmalarına. Mən də ziyarət etmişdim
dönə-dönə xəyallarımda. Qismət olmamışdı arzuların
gerçəkləşməsinə. Doğrusu, hər kəs öz düşüncələri ilə
yazardı oraları. Nə isə... Gün o gün oldu ki, mənə də
qapı açıldı. Mənim də üzümə gün doğdu. Aylar-illər
həsrətini çəkdiyim görüşündən ötrü göyüm-göyüm göynədiyim
Türkiyə torpaqlarını ziyarət etməli oldum.
Mən bir el aşığıyam. Sinəmdə cox dastanlar yatır.
Həmin dastanların hər biri bir dünya əvəzidi. İllərlə
dama-dama “göl olan”, axa-axa “sel olan” bu dastanları
el-el, oba-oba, oymaq-oymaq, kəndbəkənd, şəhərbəşəhər
caleyi-vətən olub dərs almışam.
Həm də özümdən öncə bu aləmdə ad alıb, süfrə salan
neçə-neçə ozandan dərs ala-ala gəlmişəm. Hər
zaman öyrənmək müqəddəs nemətlərimizdən yadigar və
əmanət deyilmi bizlərə? Bir də adam öz bilgisini nə
qədər çox paylaşarsa o qədər çox adam öyrənər və özü
də xoşbəxt olar. Türkiyə çox tarixlər yaşayıb, dastanlar
diyarıdı. Ordan öyrənmək, orda bir az da dərinliklərə
getmək nə qədər xoş olar – deyə çox düşündüm.
Əslində heç yatanda yuxuma da gəlməzdi ki, bu arzu
bu muraz gerçəkləşəcək. Dediyim kimi məndən qabaqda
neçə-neçə ustad varıydı. Onlar olan yerdə mənə qismət
çox uzaq görünürdü.
Dedilər Konyada aşıqlar bayramı var. Şair Məmməd
İsmayıl da gedənlərin başındadır. Aşıq Aydın Çobanoğlunun
aşıq Zülfiyyənin və Borçalıdan ustad aşıq Kamandarın
da dəvəti var bu məclisə. Mən də hamı kimi uğur
dilədim bu gedənlərə. Səfərin gerçəkləşməsinə çox az
vaxt qalmışdı ki, mənə ismarıc gəldi.
-Hazırlaş Aşıqların Konya şəhərindəki böyük saz
bayramına sən də dəvətlisən. Doğrusu çaşıb qalmışdım.
Amma əmr böyük yerdəniydi. Eloğlumuz Məmməd
İsmayılın və Aydın Çobanoğlunun istəyi ilə məni də
yola düşməyə hazırlaşan karvana qatdılar. Mən onlardan
heç nə soruşmadım. Amma Məmməd İsmayıldan
eşitdim ki, son anda aşıq Kamandar bu səfərə getməkdən
vaz keçib. Onu fikrindən döndərmək olmayanda
mənim getməyimi məsləhət görüblər. Sağ olsunlar.
Evimdə hazır gözlədim. Gəldilər məni də götürdülər,
biz Borçalıda bir gecə sair Osman Əhmədoğlunun evində
qonaq qaldıq və sabahı Tiflisdən Türkiyəyə avtobusla
rəvan olduq. Ancaq yuxularda görə biləcəyim, nağıllardan,
dastanlardan eşidə biləcəyim olacaqları öz gözlə
rimlə gördım. O mühitin icində özüm də elə qaynadımqarışdım
ki, dillə desəm dilim alışar-yanar. Gərək belə
şeyləri sazla açasan, sazla bağlayasan. Orda olub-bitənlər
çox gözəl mənalı bir ömrə bərabər idi. Bütün bunlar
mən özüm də içində olduğum ən gözəl bir dastan kimi
idi düşüncələrimdə. Qazandığımız hər uğur, aldığımız
hər ödül ayrıca bir aləm idi. Durub oturub şair eloğlum
Məmməd İsmayıla, aşıq Aydın Çobanoğluna təşəkkür
edirdim. Bir də aşıq Kamandara təşəkkür edirdim öz
içimdə. Əgər o bu səfərdən imtina etməsəydi mənim
qismətim də olmazdı.
Bir az ara verdi aşıq qardaşımız. Nəfəs dərmək istədi
elə bil. Az çəkmədi ki, yenə sözünə davam etdi: – Mən
atasız böyümüşəm. Çətinlik görmüşəm, yetimlik görmüşəm.
Çox çətinliklər addatmışam. Atam Niftulla kişi
Almaniyaya müharibəyə gedəndə mən ana bətnində
olmuşam. O dövrü bilənlər bilir. Getsin o günlər, bir
daha geri qayıtmasın.
Sonra yenə də mövzuya qayıtdı: – Sonuncu gün Türkiyə
televiziyası ilə canlı yayıma cıxdıq. Türk dünyasının
hər yerinə yayımlanan bu görüşdə aşıqlarımızın hər
yönünü təqdim etməyə çalışdıq. Şükürlər olsun ki, çox
bəyəndilər. Alqışladılar. Sonunda da uğurladılar bizləri,
uğurladılar paxla-paxacla, sayğı ilə, sevgi ilə. Bəlkə də
çoxları öz türklüyünü belə verlişlərin təsiri ilə anlayar
və dərk edər. Bir ömrə bərabər ola biləcək günlər yaşadıq
Türkiyədə. Bir bayatıda deyildiyi kimi:
İl var bir günə dəyməz,
Gün var min aya dəyər.
Ordan yurda dönüşümüzdən bu günə qədər düşüncələrimizdə
hər zaman o müqəddəs duyğularla yaşadığımız
anları hər an xatırlayıram. Bütün görüşlərim, getdiyim
toy-düyün məclislərindəki söhbətlər, sual-cavablar bitmir,
tükənmir. Şərəf Taşlı kimi, Murad Cobanoğlu kimi,
Şennikdən üzü bəri ən sanballı ustad aşıqların bəziləri
ilə unudulmaz görüşlər, bəziləri haqda çox gözəl sözlər
eşitmək mənə qismət oldu. Bütün bunlar bir yana, mənim
bu səfərimdə daha böyük və müqəddəs hadisə oldu
ki, ömrümə ömür calandı sandım.
Dərindən bir nəfəs aldı aşıq qardaşımız. Və işıqlandı,
üzünə-gözünə nur gəldi sanki:
-Bayaq söhbətə başlarkən dediyim kimi, dostlarla
görüşə söhbətə gedirdim. Onlarla Türkiyə səfərimiz
haqda söhbət edəcəkdim. Hiss elədim ki, yanımda bir
maşın durdu. Dönüb baxmağa macal belə tapmamışdım
ki, bir nəfər maşından enib mənə yaxınlaşdı: – Abi, sən
aşıq Alıhan Niftulla oğlumusan? – dedi. Türkiyə türkcəsində
verilən bu sual bir anlığa mənim fikrimi özünə
çəkdi. Düşündüm ki, yəqin onlarla Türkiyə səfərimiz
haqda söhbət edəcəkdim, Türkiyədə bizi görənlərdən
biri idi. Doğrusu, bir az həvəsləndim də. Amma gördüm
ki, yox, nəsə bu çox həyəcanlıdı. Söhbətin davamını
dinləmək istədim. Birbaşa mətləbə keçdi: – Abi,
mən sənin eniştənəm, sən də mənim qaynım olursan.
-Yox dedim, qardaş, mənim bacım, filan yoxdu.
Atam ikinci cahan hərbindən qayıtmadı. Onun qara kağızı
gəldi. Sən nələr danışırsan? O da məni başa salmağa
çalışdı ki, sənin atan davada ölməyib. O, Almaniyada
əsir düşüb. Ordan Türkiyəyə gəlib, özü də sağ
salamat. Sonra evlənib və bir qızı olub. Stalinin qorxusundan
Azərbaycana gələ bilməyib. Üstəlik öz adını da
dəyişib, başqa adla yaşayıb. Tək ölüm ayagında öz qarısına
və qızına Azərbaycandan olduğnu öz halal adının
da Niftulla olduğunu açıqlayıb. Mən sənin atanın ordakı
qızı ilə evlənmişəm. Öz işimdə-gücümdə çalışan bir
adamam, abi. Amma qarım sizi televiziyada görüb. Ata
adının Niftulla olduğuna görə həm də onun orda verdiyi
ünvana uyğun yerdən sənin gəldiyini yerli-yerində
öyrənən qarım məni işimdən-gücümdən ayırıb bura
göndərib. O çox hüzursuzdu. Mən ona bir cavab aparmalıyam.
Söylə görüm Niftulla babamızın şəkli-filan
varmı? Dedim qardaş, burda bir dolaşıqlıq var, sən
yanlış ünvana gəldin. Adam əl çəkmir, yalvarır, şəkillər
göstərir. Atamı görən-bilən adamlara gətirdiyi şəkilləri
göstərib onun doğrudan da o kişi olduğunu təsdiq etmək
istəyir. Amma hayıf ki, atamın şəklini tanıyan
tapılmadı ki, tapılmadı. Mənim yeznəm olduğunu israr
etməyə çalışan qonaqsa bir yerdə durub dincələ bilmirdi.
Birdən yadıma düşdü ki, mənim bir mamam (atamın
bacısı) Gədəbəydə yaşayır. Amma çox qocadı. Bunu
söyləməyimlə bu adamın ”ora getməliyik” deməsi bir
oldu. Biz üz tutduq Gədəbəyə.
Mamam məni güclə tanıdı. Süfrəyə bir stəkan çay
gələnə qədər bu adam heç nə soruşmadan ortaya çoxlu
foto şəkillər düzdü və onları mamama (atasının bacısı)
göstərməyə başladı. O isə: – Bunlar kimlərdi? Mən seçə
bilmirəm. – dedi, ayırd edə bilmədi. Qonaq başqa bir
gözlüyü də mamamın gözündəki gözlüyün üstünə taxdı
və şəkilləri bir-bir ona bir daha göstərməyə başladı.
Birdən mamam qışqıraraq söylədi:
-Boy, ölöm ay Niftulla, şəklinə qurvan olom, – dedi
və göz yaşlarına qərq oldu. Mən də ona qarışdım. Axı,
mən atamın heç üzünü görməmişdim. Üstəlik onun bizlərdə
heç şəkli də qalmamışdı. Mamam bu qədər fotoların
icində öz qaradşının şəklini görüb tanımışdı. Elə bu
zaman yeznəmin (eniştəmin) qapıdan çıxdığını gördüm.
-Dayan, görüm hara gedirsən, dedim. Gün axşam
olur. Bizə yemək-filan hazırlanır. Bu gecə yok yarım
intizar və həyəcanla benim yolumu bəklər, qalsam o
dözə bilməz, gedim – dedi və vidalaşmadan bir taksiyə
minib getdi.
Bəlkə də mənim həyatımda ən əziz və müqəddəs bir
günüydü o gün. Mən iki bayram yaşadım çox az bir
müddət içində.
Onlardan biri mənim Türkiyə-Konya Aşıqlar Bayramına
getməyim, ikincisi də müharibədən qayıtmayan
atamın izinin, özünün və olduğu qızının, mənim halaldan
halal bacımın tapılmasıydı. Bütün bunlar bir yuxuya
bənzəsə, bir nağıla oxçasa belə həqiqətin, gerçəyin
özüydü. Əlbəttə, bu söylədiklərimə görə Azərbaycаnımızın
böyük oğlu və şairi hal-hazırda Türkiyədə yaşayan
eloğlum Məmməd İsmayıla, rəhmətlik Aydın
Çobanoğluya nə qədər minnətdar olduğumu söyləsəm
yenə az olar. Bir də mən bu işdə Allahıma şükürlərimi
edirəm hər zaman. Borçalı aşıq Kamandarın bu hekayətdə
çox böyük payı var. Əslində hər şey də ordan başlayırdı.
Əgər o həmən səfərdən qalmasaydı, özü getsə idi
sözsüz ki, mən gedib oralara çıxmazdım. O uğurlara
şərik olmazdım. Atamın müharibədən sag-salamat qayıtdığını,
onun doğma Türkiyəni halal Vətən bilib yaşamasını,
orda yenidən ailə qurub övlad sahibi olmağını
və ordakı bacımın da bir kişi qeyrəti ilə yenidən öz can
və qan qardaşı kimi məni tanımasını saxlaya bilməzdim.
Tovuzda yaşayan açıq Əlixanın bu hekayəti bir dastana,
bir nağıla bənzəyir əslində. Onun özünün də qatıldığı
gercək həqiqət bəlkə də düzüb-qoşmaq istəsə ən
müasir dastana çevrilə bilər.
Mən də ürək coşğusuyla bu hekayətin bir dastan olmasını
cani-dildən arzulayıram. Əgər bu bir dastana
çevriləcəksə qoy adı da “Əlixanın Türkiyə səfəri” olsun.
Qoy Allah mənim diləyimi də bir dua kimi qəbul
etsin.

RUSTAVİ – MƏNİM ŞƏHƏRİM
Hərə dünyaya öz pəncərəsindən baxar deyirlər.
Hərənin dünyaya baxışı da özünəməxsusudur, məncə.
Hərənin də öz dünyası var.
Həmən bu dünyada kimi şəhər mərtəbəsində, kimi
kənd mərtəbəsində boy göstərər.
Kimi dağda formalaşır, kimi bağda.
Mənim dünyam Rustavidə formalaşıb.
Düzdür, əslim, soyum-dədəm babam dünyaca ünlü
İncə dərəsində bini-binnət olub.
Alimlər, şairlər, aşıqlar, aşiqlər yurdu İncə dərəsi.
Ruhum Hacımahmud əfəndi türbəsində. Qəlbim aşıq
Avdı sazında. Bəli, mən bu diyarda – Rustavi şəhərində
böyüdüm.
Beş bacıdan biri – Güllü Eldar qızı Tomarova.
Bu mehriban şəhər mənə o qədər könül verdi və
mənim könlümü o qədər aldı ki, bütün ömrüm boyu bu
mənə bəs edər.
Burada dostlar, qonşular, qohumlar bir-birinə o qədər
qaynayıb qarışdı ki...
Orta məktəbi burada bitirdim.
Poeziyaya meylim mənimlə bərabər püxtələşir.
Vaqifin, Vidadinin, Səməd Vurğunun, Osman Sərvərlinin
şeirlərinə hələ lap gənc yaşlarımdan vurğunuydum.
Məktəbimizdə dərnəklər qurar, poeziya məclisləri
keçirərdik.
Aparıcıydım, təşkilatçıydım, təbliğatçıydım.
Gürcüstanda yazıb-yaradan qələm sahibləri ilə görüşlər
tez-tez olardı.
Şairlərdən Dünyamalı Kərəm, Alxan Binnətoğlu,
Osman Əhmədoğlu, Səadət Buta, İmir Məmmədli,
yazıçı-publisist Emin Elsevər tez-tez qonağımız olar,
məktəbimizin müəllim və şagirdləri ilə əlaqələr qurardılar.
Məqalələr yazar və “Gürcüstan” qəzetində, başqa
mətbuat orqanlarında çap etdirərdim.
Yazdığım şeirləri üzərə çıxarmağa utanardım.
Adı çəkilən şairlərin şeirlərını qürurla əzbərdən söylər
və qürurlanardım.
Osman Əhmədoğlunun “Borçalı” adlı şeirini bütün
ömrüm boyu unutmamış, orta məktəb illərindən bu günə
qədər hər zaman, hər yerdə söyləməklə özümdə güc
tapmış, qüvvət toplamışam.
Rustavi doğma bir yuva kimi çox mənim kimilərinin
başına sığal çəkmiş, neçə-neçə insanı formalaşdırmışdır.
Din ayrı, dil ayrı olsa da gürcülərlə azərbaycanlıların
nə qədər doğmalığını əyani sübut etmişdir.
Bəlkə də dünya şəhərləri içərisində Rustavi qədər
ayrı-ayrı millətləri bir-birinə doğma qardaş edən ikinci
bir şəhər ola bilməz.
Gürcü dilini öyrənməkdə heç bir çətinlik çəkmədik.
Bir-birimizin toyunda oynadıq, bayramını bayramımız
bildik.
Ağır günlərimizdə arxa olmağı bacardıq.
Rustavi bizə ana nəvazişi göstərdi .
Böyüyən hər bir nəsil ev – ailə sahibi oldu.
Mən də bu şəhərdə ailə qurdum. İstəyimə uyğun bir
bəylə evləndim, dörd övlad sahibi oldum.
İndi iki qızım ailəlidir. Rustavidə yaşayırlar. Onların
da övladları var.
Çox ümidsizlər ümidin tapıb bu şəhərdə.
Dostluq, qardaşlıq başımızın tacıdır.
Nə qədər gürcü ailələri Gürcüstanın müxtəlif ölkələrindən
gəlib bizim şəhərdə məskən salıb. Biz dəstək
olmuşuq onlara. Onlar dəstək olub bizlərə.
Öz yurdum, öz yuvam bilmişəm bu şəhəri.
Heç bir çətinlik çəkməmişəm,
Balalarımız burda təhsil alır.
Gürcü dilinə daha dərindən yiyələnir.
Ali məktəbin tələbələri, məzunları olur.
Mən Rustavidə formalaşmışam.
Necə deyərlər “Dərsimi bu şəhərdə almışam“
Bu şəhərdən ayrılmaq mənə çox çətindir.
Hərdən ayrılanda göz yaşımı tuta bilmirəm.(buna
şahid olanlar az deyil )
Rustavi dost şəhəri, doğmalar diyarıdır.
Burada insanların sədaqətinə bel bağlamağa dəyər.
İncə Dərəni unutmasam da.
Azərbaycana nə qədər bağlı olsam da.
Mən dünyaya Rustavidən boylanıram.
Bu dünyada nə qazanmışamsa, çoxunu Rustavidə
qazanmışam.
Bu da mənə Allahın payıdır.
Kim öz şəhərini və ya kəndini sevərsə, Allah da onu
sevər.
Bu sevgidən, bu sevdadan heç kəs nakam qalmasın.

MƏNİM DÜNYAM
Ağlım kəsəndən anama bağlanmışam. Yerim də,
göyüm də, dünyam da anam olub. Mehrim – məhəbbətim
də, ülfətim – ünsiyyətim də anamın səsinə, nəfəsinə,
həvəsinə böyüyüb, boy atıb. Evimiz, eşiyimiz onun hərarətindən
isinib. Bir yuvanın ki hərarəti ana nəfəsi ilə
artır – isinir, o yuvada böyüyən balalar daha tez boy
atır, daha tez pərvaz edir. Evimiz-eşiyimiz onun işığından
işıqlanıb.
Elə ki məktəb yaşım yetişdi, onda dünyam bir az da
dəyişdi. Bir az da genişləndi aləm mənim gözümdə.
Saçıma lent bağlayıb, əynimə məktəb paltarı geyinib,
əlimə kitab-dəftər, qələm, çanta götürüb yola çıxdım və
məktəb adlı bir dünyaya qədəm qoydum. Bax, o zaman
yeni dünyamın ilk havasını uddum. O hava dəyişdi
havamı. O hava dəyişdi dünyamı. Mən də yavaş-yavaş
bu yeni dünyamın ayrılmaz peykinə döndüm. Döndüm
və dolandıqca dolandım bu yeni dünyanın başına. O
qədər doğmalaşdı ki, ikinci anam oldu bu məktəb. Və
mənim təhsil aldığım illər bir-birini əvəzlədikcə daha
böyük aləm, daha dərin qat yavaş-yavaş açılmağa
başladı. Get-gedə bu dünyamla bərabər mən özüm də
böyüməyə başladım. Nə qədər tay-tuş qazandım. Neçəneçə
müəllimin sevgisinə, sayğısına, qayğısına bağır
basdım. Onlar təkcə dərs öyrədib, dərs soruşub qiymət
yazmadılar. Onlar ata kimi, ana kimi hər addımıma göz
qoydular. Və hər müəllimin də öz baxışı, öz aləmi və öz
dünyası. Hər ümmandan bir damcı, hər şorbadan bir
tam və on illik bir ömür. Bu ömürdə nə qədər enişliyoxuşlu
addımlar oldu. Onlara duruş gətirmək, tablaşmaq
və bir ağappaq cığırın səmti – sorağıyla doğru yola
qədəm basmaq. O günlər bir kino lenti kimi gözümün
önündə canlanır hər zaman. İlk qələm təcrübələrim, bir
yazdığımı beş dəfə yenidən yazmaq həvəsi. İlk imzamın
qəzetdə görünən günü olan sevincimi izah etmək
gücüm bu gün də yoxdu.
O vaxtkı “Sovet Gürcüstanı” qəzetinin redaksiyasına
nə qədər ayaq döydüyüm və oradan aldığım bir xoş cavabdan
qanad açıb uçduğum zamanlar düşündüklərim…
Süleyman Seleymanovu, Dünyamalı Kərəmi, İslam
Əliyevi, Qasım Əhmədovu gözümlə gördüyüm və onlardan
aldığım məsləhətlər, həmin qəzetdə çap olunan
kiçik yazılarım mənim bir az da böyüyən dünyam idi.
Tiflis radiosunda Emin Mahmudovun, Əlixan Düşgünün
yardımı ilə səslənən kiçik xəbərlərim məni göyün
yeddinci qatına qaldırardı.
Şeirlərindən ilham aldığım, yazıları çap olunan qəzetləri
göz bəbəyi kimi qoruduğum Alxan Binnətoğlunun,
Osman Əhmədoğlunun, Mədəd Coşqunun, Səadət
Butanın heyranı idim. Həm alim kimi, həm şair kimi
Valeh müəllimə pərəstiş edirdim.
Doğulduğum, təhsil aldığım, yaşadığım Rustavi şəhəri
bəlkə də mənim dünyamın ən parlaq nöqtəsi, ən
sevimli guşəsi olaraq qalıb və qalacaq. Mənim bu şəhərlə
bağlı bitməyən, tükənməyən xatirələrim yaşayır.
Neçə ki mən varam, harda yaşamağımdan asılı olmayaraq
o xatirələr mənim canımda və qanımda yaşayacaq.
Nə qədər doğmalarımım şəhəridi bu şəhər. Burda qohumlarımın
həyatı, fəaliyyəti, bəzilərinin bütün ömür
yolu gözlərim önündə bütün aydınlığı ilə görünür.
Mən bu şəhərdə sevdim, sevildim. Bu şəhərdə ailə
səadətimə qovuşdum. Burda daha bir dünyanın ayrılmaz
nöqtəsinə çevrildim. Bu şəhərdə övladlarım dünyaya
gəldi. Burada yaradıcılıq fəaliyyətinə qədəm basdım.
Mətbəə qoxusunun unudulmazlığı bu gün də burnumdan
getmir. Rustavinin mədəni tədbirlərində canı dildən
iştirak edər, görüşlərdə təşkilatçlıq edənlərdən olardım.
Mədəniyyət mərkəzinin rəhbəri Xaləddin Yolçiyevin
şəhərdə keçirdiyi tədbirlərində iştirak edərdim və mərkəzdə
qadınlar şurasının sədri kimi fəaliyyət göstərərdim.
Bəhram müəllimin bu şəhərdə gənclərin tərbiyəsində
çəkdiyi əməyi unudulmazdır. Bütün rustavililər bunu
gözəl bilir. Tale elə gətirdi ki, bizim ailə Bakı şəhərində
məskunlaşdı. Amma bu şəhərdə mənim iki övladım və
onların gül balaları yaşayır.
Ömrümə ömür calayan məktəbim və müəllimlərim
bir müqəddəs ziyarət yerim olub və indən sonra da olacaq.
Məhz ona görədir ki, mənə övladlarım qədər əziz
olan “Beləcə qal, nolar könlüm” adlı şeirlər kitabım
Azərbaycanda işıq üzü görməsinə baxmayaraq, onun
təqdimatını məhz öz şəhərimdə və öz məktəbimdə keçirdim.
Sağ olsun mənə mənəvi dayaq olan müəllimBir
az sazdan, бир аз sюздян
lərim. Sağ olsun o tədbiri çox yüksək səviyyədə keçirən
bütün iştirakçılar. Bakıdan gələn ürək dostlarım saz-söz
vurğunu Qətibə müəllimə, çox dəyərli şairlərdən Səadət
Buta, Güləmail Murad. Sağ olsunlar başda Azərbaycan
Yazıçılar Birliyi Gürcüstan şöbəsinin sədri Rafiq Hümmət
olmaqla bütün yazıçı və şairlər. İnanın, həyatımda
ən unudulmaz günümüydü o gün. Həyatım boyu həyata
keçirmək istədiyim bir murazın gerçəkləşən günüydü o
gün. Və həmin gün bir fikir gəldi ağlıma “Hər il may
ayının 13-də, mənim doğma məktəbimdə ya bir şairlə
görüş, ya da bir kitabın təqdimatını keçirmək.”
Qismət elə gətirdi ki, növbəti il də bu tədbir yenə
mənim kitab təqdimatıma həsr olunur.
Uzun illərdir ki, şeir yazmaqla bərabər publisistik
yazılar və sıravi məqalələr də yazıram. O yazıların bir
qismini kitab etmək fikrinə gəldim. Hələ orta məktəbdə
oxuduğum illərdən bu günə qədər bəlkə sayını da unutduğum
bu cür yazılarım əsasən bu kitabda cəmləşib.
Mənim bu kitablarımın (hər iki kitabımın) əziyyətini
çəkən eloğlum – İncə Dərəsindən olan çox dəyərli şair
İbrahim İlyaslıya öz minnətdarlığımı bildirirəm. Bəzən
düzəlişə və köməyə ehtiyacı olan yazılarıma onun dəyərli
məsləhətləri ilə yeni həyat vermişəm.
Professor Məhərrəm Qasımlının mənim bir yazımı
özünün redaktoru olduğu “Folklor və etnoqrafiya” adlı
çox dəyərli bir jurnalda çap etməsi də mənə qol-qanad
verdi.
“Gürcüstan”, “Təzadlar”, “Sözün işığı”, “Region
press”, “Kaspi” qəzetlərinin redaktorlarına da minnətdaram.
Onların hər birinin işıqlı qapısı mənim üzümə
açıq olub həmişə.
Şeirlərimin bir qismi Türkiyədə işıq üzü görüb. Orda
çap olunan şeirlərim bir az da qoluma qüvvət verdi.
“Qurbani” məclisində daim iştirak etməyim çox köməyimə
çatdı. Ona görə Dirili Qurbani Məclisinin rəhbəri
Yusif Diriliyə minnətdaram. Sonra da “Aşıq Pəri İnciləri”
məclisinə üzv oldum və müntəzəm çıxışlar etdim.
Son zamanlarda daha böyük ədəbiyyat və ümumən
poeziya nəhəngləriylə görüşlərim bu dünyanın daha böyük
olduğunu göstərdi mənə. Azərbaycanın xalq şairləri
– mərhum Zəlimxan Yaqubla və ustad Nəriman
Həsənzadə ilə tanışlığım mənim ömrümə ömür caladı
sanki. Mənə olan sayğısına güvənərək Nəriman Həsənzadədən
çox geniş müsahibə aldım. Həmin müsahibə
Azərbaycanda və Gürcüstanda çap olundu və minlərlə
oxucunun qəlbinə yol tapdı. Mən öz qələmimdən çıxanları
örnək kimi göstərmək niyyətindən çox uzağam.
Sadəcə onu demək istəyirəm ki, az-çox yazdıqlarım
məni ruhlandırır. İlk cızma-qaralarımı kağıza köçürəndə
bəlkə də 14-15 yaşım olardı. İndi isə 50 yaşın astanasındayam.
O gündən bu günə təxminən 32-33 il keçir.
Bu illər ərzində həyatımda çox şeylər dəyişdi. Nə qədər
qayğılar, çətinliklər oldu. 4 övlad böyütdüm. 2 övlladım
ailə qurdu. İndi nəvələrin də qayğısını çəkməli oluram.
Özüm də bir ailənin başdan aşan əziyyətini – cəfasını
çəkməkdəyəm.
Həyatımda tək bircə istəyim dəyişməyib ömrüm boyu.
Bu mənim öz gücüm daxilində azdan-çoxdan yazmağa
olan meylimdi. Bunu mənə çox görməkdən böyük acizlik
görmürəm əsla. Nə yaxşı ki, doğmalarımın yaşıl işığı
mənim yolumu daim açıq edəcək. Və mənim yolumu
gözləyən mövzularım var. Azərbaycanın xalq şairi və
böyük ustadımız Nəriman Həsənzadənin şeirindən bir
beytlə tamamlamaq istəyirəm fikrimi:
“Qələm ağlar, mən ağlaram, Sinəmdə mövzular
qalsa…”

MÜNDƏRİCAT
“ Halal yükün karvanıyam...” ........................................ 3
Borçalıda bitən incə çiçəyi .......................................... 11
Xındı Məmmədi düşünürəm........................................ 14
Ustad Hüseyn Saraclı .................................................. 20
Seyid Həmzə Nigari simpoziumu ................................ 33
Xalq şairi Nəriman Həsənzadəyə məktub ................... 37
Zəlimxan Yaqub - 65 ................................................... 62
Könüllərdə taxt quran aşıq Göycə ............................... 67
Aşıq Şahbaz Göycə oğlu ............................................. 73
Səmimiyyət mücəssəməsi – şair Dünyamalı Kərəm... 79
Bütün türk dünyasından boyu görünən Dərviş Osman
Əhmədoğlu... ............................................................... 86
Bəxtiyar Vahabzadə .................................................... 96
Borçalı türklərinin həmrəyliyi ..................................... 98
Hüseyn Arifə həsr olunmuş gecə ............................... 101
“Göz muncuğu”nun təqdimatı ................................... 106
Aşıq Məhəmməd Sadaxlı .......................................... 110
Doğma yurda bağlı insan İslam Əliyev ..................... 122
Aşıq Əli Şıxlı ............................................................ 127
Aşıq Əfqan ................................................................ 131
Aşıq Əhlimanın haqqdan gələn könül çırpıntıları ..... 137
Sənətə urvatla gələn aşıq Nargilə .............................. 141
Dağlarda şəhid səsi... ................................................. 150
Dirili Qurbani məclisində .......................................... 156
Yaşa bayram günləri... ............................................... 162
Yetim Paşa ................................................................. 167
Lala Söyün qızı .......................................................... 172
Şair Mülkədar Nadir .................................................. 174
Yazan belə yazıbmış... ............................................... 179
Pərvanə Zəngəzurlu ................................................... 183
Könlümün tülək tərlanı... ........................................... 188
Nur paylayan insan... ................................................. 194
Quzu .......................................................................... 198
Hekayə ....................................................................... 201
Əlixanın yeznəsi ........................................................ 206
Rustavi – mənim şəhərim .......................................... 213
Mənim dünyam .......................................................... 216

Güllü Eldar Tomarlı
Bir az sazdan,
Nəşriyyatın direktoru: Ceyhun Xəlilov
Dizayner: Vüsalə Qəribova
Operator: İlahə Nuruşova
Texniki Direktor: İlahə Lələyevа
Çapa imzalanmışdır: 13.01.2017
Kağız formatı 84х108. Офсет чапы 1/16.
Физики ч.в.14. Тираъ: 400
Ünvan: Sumqayıt şos., 13-cü mik. Niyazi küç.
Е-mail: bilik-2008@mail.ru
Тел.: (012) 408 39 51; (018) 656 50 42.

Comments

Popular posts from this blog

Dünya qapını aç, aç çıxım gedim.

DÜNYA QAPINI AÇ, AÇ ÇIXIM GEDİM Könlümə bir yuva yapa bilmədim, Başımı daşına çırpa bilmədim, Qapın hayandadı, tapa bilmədim. Dünya! qapını aç, aç çıxım gedim. Bəndənin tanrıya ərki çatışmır. Səhvləri sərməyə sərgi çatışmır. Ürəklərdə təkcə sevgi çatışmır. Dünya! qapını aç, aç çıxım gedim. Ürəyim illərdən əsim-əsimdi, Qulağına çatan quru səsimdi, Qonağın olduğum illər bəsimdi, Dünya! qapını aç, aç çıxım gedim. Göydə şimşəyinə dönüb çaxmaram. Yerdə bulağınla qoşa axmaram. Dönüb bir dəfə də geri baxmaram. Dünya qapını aç, aç çıxım gedim. Yenidən boşalıb, dolmaq çətinmiş. Bir dində, bir donda qalmaq çətinmiş. Zəmanə adamı olmaq çətinmiş, Dünya! qapını aç, aç çıxım gedim. İnsanıq, ağacıq, quşuq, böcəyik, Tapılmaz tapmaca, sir, bilməcəyik. Onsuzda nə vaxtsa görüşəcəyik. Dünya! qapını aç, aç çıxım gedim…                                             ...

Beləcə qal, nolar, könlüm

                                                             GÜLLÜ ELDAR TOMARLI                                                    (Şeirlər)   SUMQAYIT - 2015 Sumqayıt,  “Azəri” nəşriyyatı . 2015,  64 səhifə. Redaktor: İbrahim İlyaslı “Beləcə qal, nolar, könlüm” şairə Güllü Eldar Tomarlının ilk şeirlər kitabıdır. Kitaba müəl­lifin ədəbi yaradıcılığa başladığı vaxtdan bu yana qələmə aldığı şeirlərdən seçmələr daxil edilib. Duyğu və düşüncələrini ənənəvi heca vəznin­də səmimiyyətlə qələmə almış Güllü xanımın şeirləri maraqlı və poetik deyimləri ilə diqqəti cəlb edir.      “Azəri” nəşriyyatı, 2015   MÜƏLLİFDƏN Dəyərli oxucu!...

Fəridə Ləman 70