DÜNYA QAPINI AÇ, AÇ ÇIXIM GEDİM
Könlümə bir yuva yapa bilmədim,
Başımı daşına çırpa bilmədim,
Qapın hayandadı, tapa bilmədim.
Dünya! qapını aç, aç çıxım gedim.
Bəndənin tanrıya ərki çatışmır.
Səhvləri sərməyə sərgi çatışmır.
Ürəklərdə təkcə sevgi çatışmır.
Dünya! qapını aç, aç çıxım gedim.
Ürəyim illərdən əsim-əsimdi,
Qulağına çatan quru səsimdi,
Qonağın olduğum illər bəsimdi,
Dünya! qapını aç, aç çıxım gedim.
Göydə şimşəyinə dönüb çaxmaram.
Yerdə bulağınla qoşa axmaram.
Dönüb bir dəfə də geri baxmaram.
Dünya qapını aç, aç çıxım gedim.
Yenidən boşalıb, dolmaq çətinmiş.
Bir dində, bir donda qalmaq çətinmiş.
Zəmanə adamı olmaq çətinmiş,
Dünya! qapını aç, aç çıxım gedim.
İnsanıq, ağacıq, quşuq, böcəyik,
Tapılmaz tapmaca, sir, bilməcəyik.
Onsuzda nə vaxtsa görüşəcəyik.
Dünya! qapını aç, aç çıxım gedim…
Könlümə bir yuva yapa bilmədim,
Başımı daşına çırpa bilmədim,
Qapın hayandadı, tapa bilmədim.
Dünya! qapını aç, aç çıxım gedim.
Bəndənin tanrıya ərki çatışmır.
Səhvləri sərməyə sərgi çatışmır.
Ürəklərdə təkcə sevgi çatışmır.
Dünya! qapını aç, aç çıxım gedim.
Ürəyim illərdən əsim-əsimdi,
Qulağına çatan quru səsimdi,
Qonağın olduğum illər bəsimdi,
Dünya! qapını aç, aç çıxım gedim.
Göydə şimşəyinə dönüb çaxmaram.
Yerdə bulağınla qoşa axmaram.
Dönüb bir dəfə də geri baxmaram.
Dünya qapını aç, aç çıxım gedim.
Yenidən boşalıb, dolmaq çətinmiş.
Bir dində, bir donda qalmaq çətinmiş.
Zəmanə adamı olmaq çətinmiş,
Dünya! qapını aç, aç çıxım gedim.
İnsanıq, ağacıq, quşuq, böcəyik,
Tapılmaz tapmaca, sir, bilməcəyik.
Onsuzda nə vaxtsa görüşəcəyik.
Dünya! qapını aç, aç çıxım gedim…
Dünya qapını aç, aç çıxım gedim sözləri
Məmməd Alim
Comments
Post a Comment