Dilbazi Mirvarid Paşa
qızı
BƏNÖVŞƏLƏR
ÜSTƏ
GÖZ
YAŞLARI...
Bakı-2022
“Elm
və təhsil”
Bu
kitab “Mirvarid Dilbazi. Bənövşələr üstə göz yaşları” (Bakı, Gənclik, 1994)
nəşri əsasında “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi tərəfindən kiril
əlifbasından, latın əlifbasına çevrilərək nəşrə hazırlanmışdır.
Tərtibatçı və redaktor: Güllü Eldar Tomarlı
Mirvarid Dilbazi Poeziya
Məclisi İctimai
Birliyinin sədri
Texniki redaktor və
dizayn:
Vüsal Əmirov
Məsləhətçi:
Xatirə Dilbazi
Mirvarid Dilbazinin qızı
Salatın Əhmədli
Filologiya üzrə fəlsəfi
doktoru, dosent
Rəyçilər: Fəridə
Ləman
Filologiya
üzrə fəlsəfı doktoru
Südabə
İrəvanlı
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Əlaqə: mirvariddilbazimeclisi@gmail.com;
+994516225113
Dilbazi Mirvarid Paşa qızı
Bənövşələr üstə göz
yaşları... (xatirələr )
Bakı, “Elm və təhsil2,
2022, 204 səh.
Xalqımızın sevimli
şairi Mirvarid Dilbazi uzun, maraqlı, xalq üçün olduqca dəyərli, mənalı
bir ömür yaşamışdır.
Bu kitabına istəkli
şairimiz öz şirinli, acılı xatirələrini daxil etmişdir. Oxucu bu
xatirələr işığında şairin ata-anası, doğmaları, Azərbaycan ədəbiyyatının
yaradıcılarından olan tarixi şəxsiyyətlərlə yaxından tanış olacaqdır.
4702000000 qrifli nəşr
N-98-2022
© Gənclik,
1994.
© Elm
və təhsil, 2022.
Azərbaycan Respublikasının Prezidenti
İLHAM ƏLİYEVİN
“Azərbaycan dilində latın qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"
12 yanvar 2004-cü il tarixli sərəncamına
əsasən Azərbaycanın ilk qadın xalq şairi Mirvarid
Dilbazinin 110 illiyi münasibəti ilə nəşr olunur
Salam, Mirvarid xanım!
Xalqımızın sevimlisi,
istəklisi Mirvarid Dilbazinin sadə, sakit, bir az səliqəsiz, qarmaqarışıq
otağında bütün ürəyi ilə xalqına bağlı olan Mirvarid xanımla söhbət
edirik. Otaq çox sadədir. Bahalı heç nə gözə dəymir. Dəbdəbədən, büllur
qab- qacaqlardan uzaq olan bu otağın bütün gözəlliyi onun divarlarından
asılmış portretlərdə, şəkillərdədir. Bu otağı böyük şairin ata- anasının,
ulu babalarının, ədəbiyyatımızın unudulmaz yaradıcılarının
portretləri bəzəyir və bu mənə olduqca xoşdur. Hara baxırsan səliqəsiz
səpələnmiş kitablardır. Görünür bu kitablar çox oxunur, ona görə də belə
səpələniblər. Evlər görmüşəm ki, daş- qaşların, bahalı büllurların,
xalçaların içində soyuq bir həsrətlə darıxırlar.
Mirvarid xanımın evində hər şey narahatdır...
Mirvarid xanımın özü kimi...
Deyir: - Gözümün biri heç görmür. Həkimlər baxıblar. Operasiya
edəcəklər.
- Qorma,- deyirəm.
- Qorxmuram, - deyir. - Heç ölümdən də qorxmuram. Bircə ondan
qorxuram ki, həkim gözümü operasiya edəndən sonra bir neçə gün gərək
yerimdən tərpənməyəm. Axı, tikişlər, nə bilim...sökülər... Mən isə hərəkətsizliyin
düşməniyəm. Uzanıb yerimdə sakit dayana bilmərəm...bircə bundan narahatam...
Bu balacaboy, arıq, ilk baxışda adama sakit görünən qadın özü
yazdığı kimi balacaboy qələmlə ömrü boy dost olmuşdur. Mən deyərdim
ki, Mirvarid xanıma balaca boy qələmindən yaxın heç kim, heç nə olmamışdır.
Bu ikibalacaboylar ömrü boyu baş- başa verib o qədər gözəl, lazımlı,
oxunaqlı, bütün əsrlər boyu şeirsevərlərin, sənətsevərlərin sevimlisi
olacaq, dillərdən düşməyəcək əsərlər yazmışlar...və bu gün də yazırlar...
Allah bu iki balaca boylunu bir- birindın ayırmasın...
İlk baxışda sakit, düşüncəli görünən Mirvarid xanımıın ürəyində ümmanlar çağlayır. Narahatdır.
Bir yerdə dayanıb durmur.
Deyirəm:
- Tanınmış xalq şairisən. Evində təmir işləri görülməlidir.
Xəstəsən. Dövlətin başçılarına müraciət etsənə?
Deyir:
- Xalqımın ağır günləridir. Kaş təbiət mənə xalqımın bu ağır
gününü mənə göstərməyəydi... Mənim xalqım ürəyiaçıq,
doğma, qayğıkeş, istiqanlıdır. İndi gör başı necə müsibətlər çəkir...
Xalqımızın oğulları Vətən uğrunda şəhid olurlar. Durum bu ağır gündə
dövlətdən köməkmi istəyim? Yox! Qoy xalqım xoşbəxt olsun, qoy xalqımızın
başı müharibədən açılsın, elə bilərəm ki, bütün dünyalar mənimdir...
Deyirəm:
- Bütün əsərlərində, eləcə də bu xatirələr toplusu kitabında
elə hey uşaqlıq illərinin keçdiyi Qazağı, Daşsalahlını, Damcılı
bulağı, Xanlıqlar kəndini, doğma yerləri,taxıl zəmilərini, bənövşəli
dərələri, nərgizli tarlaları, doğma, əziz insanları arzulayırsan.
Ömrünün bu çağlarında min maşına, get o doğma yerlərə.
Deyir:
- Gözlərim görmür. Ayağım çətin yer tutur. O yerləri mən hər an
görürəm. O yerlər mənim gözlərimin içindədir. Gözlərimi yumub o taxıllı
düzləri, şehli çəmənləri, o bənövşələri, gülləri, meşələri, ən əsası
isə o doğma adamları, ata- anamı, babalarımı...kənd adamlarını istədiyim
vaxt apaydın görürəm...
Evdə görməli yerdən əziz
anasının portreti asılıb. Doğma, gözəl bir azərbaycanlı qadınıdır.
Qara saçları, dolğun baxışları, xoş sifəti var. Mirvarid xanım deyir
ki, anamız- biz iki bacını- Mirvarid Dilbazini, Yaqut Dilbazini min
bir əziyyətlə böyütdü. Ərə getmədi, baxmayaraq ki onu çoxları istəyirdi.
Deyir ki, anamın gözəl və cavan çağları ona Tbilisidən təzə don almışdılar.
Bu, anama çox yaraşırdı. Amma bir gün gördük ki, anam bu gözəl, bahalı
paltarının toqqasını, düymələrini kəsib atıb. Niyə? İstəmirmiş
ki, gözəl görünsün. Sevimli ərinin ölümündən sonra gözəllik onun
üçün heç nə imiş...
Mirvarid xanımın həyatı
çox əziyyətli, çətin və şərəfli olub. Qışın şaxta- boranında uşaqlara
dərs demək üçün evlərindən çox- çox uzaqlara gedib. Sinfə girəndəsə
heç kişi müəllimlərinin dərsə gəlməmələri aydın olub. Qubada, Bakıda,
müxtəlif yerlərdə qərib vağzallarda qalıb, aclığa, qayğısızlığa
qalib gəlib. Həmişə də adamlara inanıb, xalqına inanıb. Xalqımızın
köməyinə yetməyi savab bilib.
Deyirəm:
- Elə xalq, xalq deyirsən. Evin
bu gündə.Kasıb, səliqəsiz, təmirsiz. Xalqımın çox nümayəndəsi övladını
bu haqsız müharibədən gizlədir… Sən isə həmişə xalqıma qurban olum
deyirsən..
Deyir:
- Sən xalqı bəzi- bəzi adamlarla
qarışdırma. Xalq Vətənini qoruyur, xalq qurbanlar verir. Xalq qələbəyə
inanır... Sən niyə bir- iki naxələfi xalqla qarışıq salırsan?!
Mirvarid xanımın poeziyasında quru, adamı utandıracaq bir
misra belə yoxdur. Yəni onun saf, büllur poeziyasında gecə şeirləri,
ötəri görüşlər həsrəti, quru ehtiras xatirinə ah-uflar yoxdur. Bu
kitabında həyat yoldaşının eləcə ad- familini yazmışdı.
Deyirəm:
- Qoy rəhmətlik həyat yoldaşının adını yazım, özü də belə yazım:
"Ərim filankəs...”
Deyir:
- Sən Allah, elə yazma. Ər sözü ürəyimə yatmır...Yaz ki, həyat
yoldaşı...ömür- gün dostu...
Burada sadə bir qadının
sonsuz bir incəliyini duyuram.
Onun böyük poeziyası da bax
beləcə sadə və incədir. Əbədidir. Dağ çayları, dağ bulaqları kimi...Aydın
göy üzü kimi. Sayrışan ulduzlar kimi...Bahar yağışları kimi. Əbədi,
saf sevgi kimi...
Deyirəm:
- Kaş təbiət sənə bir oğul qismət
edəydi. O da gedib indi Vətəni qoruyaydı.
Deyir:
- Mənim belə bir şeirim var: "Vətən oğulsuz olmasın!".
Təki Vətən oğulsuz olmasın. Bütün oğullar mənim deyilmi? Təki
xalqım, Vətənim oğulsuz olmasın...
Deyir:
- Ömrüm boyu kimsədən təmanna ummamışam. Ac qalsam belə kimsəyə
yük olmamışam. Bircə həmdərdim qələm olub... Bütün dərdlərimi, kədər
və sevinclərimi qələmə demişəm, sirlərimi ona açmışam...
Qələm isə ona doğmalardan
doğma olduğu kimi həm də ona böyük məhəbbət qazandırıb. Çoxlarına
qismət olmayacaq şan- şöhrət gətirib. Adını ölməzlər sırasına yazıb!
Mənə elə gəlir ki, bu qələmin
yazdıqları zamanın bütün sınaqlarından üzüağ çıxacaq və dostu Mirvarid
xanımı zaman- zaman yaşadacaqdır.
Deyir:
-Taledən, Allahdan bircə arzum
var, mənə ömür versin xalqımın qələbəsini görüm. Görüm ki, düşmənlər
necə məğlub olurlar. Görüm ki, Vətənim necə azaddır, xoşbəxt və müstəqildir...
Ondan sonra ölmək mənə xoş olardı...
Deyirəm:
- Mirvarid xanım, o gün uzaqda
deyil. Xalq var ki, öz azadlığı uğrunda əsrlərlə vuruşur... Allah elə
etsin ki, bu azadlıq bizim xalqa tez gəlsin, qapılarımızı onun qaranquşları
tezliklə döysünlər. O ki qaldı Sənin ölmək arzuna. Yox. Qoy bu arzun
hələlik qalsın. Sən Azərbaycanımızın qələbələrini tərənnüm edəcəksən.
Başına örtdüyün qara kəlağayı atacaq, al- qırmızı, ətirli, sənə yaraşacaq,
güllü bir kəlağay bağlayacaqsan. Xalqımızın igid övladları Sənin
ad gününə təzətər çiçəklər, güllər, bənövşələr gətirəcəklər.
Bir vaxtlar sənin əlindəki
bənövşələrin üstə acı göz yaşların tökülmüşdü. Bu dəfə isə bu qələbə
günlərindəki bənövşə dəstələrinin üstə sevinc yaşları axacaq...
Bu əsrlər boyu şeir- sənət sevərlər sənin kövrək, incə, sadə, həmişəyaşar
poeziyanı oxuyub deyəcəklər:
- Salam, Mirvarid xanım!
Məmməd Namaz
"Füzuli dəhridən
kam almaq olmaz
olmadan giryan".
Füzuli
Uşaqlığım zəhərə batırılmış badam içinə oxşayır: həm acı, həm
şirin.
Doğulduğum kəndə, ata evinə
aid xatirələrim kilidli qapı dalında qalmış qorlu ocağa oxşayır.
İllər bu qapının kilidini paslandırmış, lakin içindəki odu söndürə
bilməmişdir.
Mən hər dəfə bu paslanmış kilidi
açmaq istərkən əlim oda yapışır, ağrı ürəyimə işləyir. O qapını açmağa
gücüm çatmır, ancaq vaxt azalır. Onu açmağa çalışıram, haradan başlayım?
Feodal dünyasının fəlakətindən,
cəhalətindənmi? Kəndin miskin, yoxsul, ibtidai həyatındanmı,
kəndlinin ağlar güzəranındanmı? Nəcib, xeyirxah, comərd təbiətindənmi,
onun xalq yolunda gözləri ovulmuş, sürgündə ölmüş aqillərdənmi?
Nəfsinə əsir cahillərindənmi? Şəxsiyyətə pərəstiş dövrünün
qurbanlarındanmı?
Anamın nakam, yarımçıq səadətindənmi? Atamın faciəli,
günahsız ölümündənmi?
BABA EVİNƏ NAĞILLAR
ALƏMİNƏ
Bacım Yaqutla mənim baba evinə getməkdən böyük sevincimiz
yox idi. Biz Xanlıqlar kəndində yaşayırdıq, nənəmlə babam Daşsalahlı
kəndində.
Xanlıqlar kəndinin arxasında
"Karqaya" meşəsi, yazda novruz gülləri, qızıl lalələrlə,
təzə otla örtülmüş təpələr, qarşısında- bənövşəli bağlar, dalğalı taxıl zəmiləri, yaşıl
biçənəklər, sahilində- nəhəng qoz ağacları bələyən "Fəxrəli"
arxı, Dilican dərəsinə uzanan şose
yolun alt tərəfində yazda daşan, qışda susan Akstafa çayı və
geniş düzənlər vardır...
Bunlardan yuxarıda, uca təpənin
üstündə ağ daşdan tikilmiş üstü qırmızı kirəmidli 5 otaqlı imarətimiz
vardı. Bu imarətin bir üzü "Karqaya" meşəsinə, yaşıl , boz təpələrə,
bir üzü bağlara, taxıl zəmilərinə, Akstafa çayına baxırdı.
Xanlıqlar kəndinin öz gözəlliyi
, öz tarixi, qədim əfsanələri, rəvayətləri, Daş Salahlı kəndinin
də öz tarixi, ibtidai insanlara məskən olan qədim kahaları, ocaq sayılan
qəbirləri, nağılları, əfsanələri, öz
gözəlliyi var.
XANLIQLAR KƏNDİ HAQQINDA
ƏFSANƏLƏR
Bir rəvayətə görə " Xanlıqlar" kəndinin ilk adı "
Xalxal", ikinci adı " Gəraylı", üçüncü adı "Xanlıqlar",
dördüncü adı Musaköy olmuşdur. Bu adlar necə yaranmışdır? Bunlardan
ancaq " Xanlıqlar" haqda eşitdiyim bir rəvayəti oxuculara
çatdırmaq istəyirəm.
Deyilənə görə kənd " Gəraylı"
adı daşıyanda bura karvan yolu olub. Nadir şah Zaqafqaziya yürüşündən
əldən- ayaqdan düşüb geri qayıdanda bu kənddə məskən salır. Şah paltarını
dəyişib kənddə çox hörmət qazanmış Gəray kişinin evinə "allah
qonağı" gəlir.
Gəray kişi bu yad qonağı
çox hörmətlə qarşılayır. Söhbət zamanı Nadir şah ona belə bir sual
verir:- Nadir şah haqqında yəqin ki, az- çox eşidibsən. Əgər o, türklərlə
döyüşsə idi sən kimin tərəfində olardın?
Gəray kişi: - Əlbəttə türklərin, - deyib əlavə edir, - Nadir zalım,
qaniçən, qəddar şahdır.
Nadir şah bir söz demir, ayrı
söhbətə keçirlər.
Bir rəvayətə görə Nadir
Qafqaziya səfərindən qayıdanda yenə bu kənddə tələsik mənzil alır
və deyir: görün kənddə kim tələsik mənə xörək bişirə bilər.
Kənddə Hürü adlı bir qadın
hamıdan əvvəl bişirdiyi dadlı xörəyi gətirir. Ancaq şah adi libasda
olduğu üçün onu tanımır. Nadir şah tələsdiyi üçün isti xörəyi tez-
tez yeyəndə ağzı yanır. Hürü arvad buna baxıb deyir:
-Ay bala, nə üçün Nadir şah
kimi tələsirsən?
Nadir şah ondan soruşur:
- Nadir şah necə adamdı?
Hürü arvad deyir: - O çox qoçaq,
vuruşan, ürəkli, igid adamdır. Ancaq Gürcüstanın üstünə gedəndə dalını
bərkitməmiş qabağa cumdu. Bilmədi ki, onu dal-qabaq edib, öldürə bilərlər,
əsir də alarlar.
Nadir şah dərin fiktə gedir,
Gəray kişiyə deyir: - İndi
məni tanıdınmı?
Gəray kişi cavabında: - Bəli,
tanıdım, deyir.
- Ondakı sözüyün üstündə
durursanmı?- Gəray kişi deyir:
- Ey Nadir şah! Mən onda dediyim
sözün üstündə dururam. Sən türklərlə döyüşə girsən mən türklərin tərəfində
olaram!..
Gəray kişinin cürətindən xoşu gələn Nadir
şah deyir:
- Sən əsil dilbazsan.
Hürü arvadın da Gəray kişinin
arvadı olduğunu bilib ona " xanım", kəndə " Xanlıqlar",
onların iki oğluna xanlıq verir.
Onların böyük oğlanları Məmməd xan başda olmaqla bütün dağ işlərinin
idarəsi ona tapşırılır. Məmməd xan İrəvanda məskən salır.
Göyçə göl ( Sevan) ilə İrəvan
tərəfdəki çuxura yüz illər boyunca " Məmmədxan çuxuru" demişlər.
Onların o biri oğlu Vəli,
Vəli xan olmaqla ona aran yerlərinin idarəsi tapşırılır.
O, əkin- biçinə, bağ- bostana,
bütün ara təsərrüfatına rəhbərlik edir.
Bu rəvayətin həqiqətə oxşayan
tərəfi odur ki, inqilabdan əvvəl Dilbazilərə məxsus olan Karqaya
meşəsində indiyə qədər " Vəlixan" adlı ən səfalı yurd yeri
məşhurdur. Deyilənə görə Hürü arvad, (Firudin bəy haqqında yazdığı)
şair Hacırəhim ağa Vəhidinin qızı olan Sayalı xanım Dilbazinin
ulu nənəsi olub. Sayalı xanım nəslimizdə mərdanəliyi, sərt xasiyyəti,
qorxmazlığı ilə tanınırdı. Karqaya meşəsindən kəndin başına öz hesabına
su çəkdirib. Ona indiyə qədər " Sayalı xanım bulağı” deyirdilər.
Biz haradan biləydik ki, üstündə
oynadığımız bulaqdan, çiçəklərini dərdiyimiz meşədən, ata kəndimizdə,
əziz qonşularımızdan ayrılacağıq.
Biz baba evinə getməyə hazırlaşırdıq.
Anam başımıza üstü zərli "bağdatı" örpək örtmüş, ayağımıza
düyməli çəkmə geydirmişdi.
Bacımla mənim şadlığımızın
sərhədi yoxdu. Əmimiz, bibimiz uşaqları ilə geniş həyətimizdə kəpənək
kimi uçurduq. Biz nə qədər şad idiksə, anam o qədər qəmli idi. Çöldə araba
qoşulmuş, içinə gəbə döşənmiş, döşək salınmış, mütəkkələr qoyulmuşdu.
Biz tələsirdik, anam tələsmirdi.
Anamın ürəyindəki qəm yükünü biz duya bilmirdik.
Uzun fasilədən, 4 qızdan sonra 18- ci ilin baharında ata-anamın
illər boyu həsrətini çəkdikləri oğul övladı dünyaya gəldi. Lakin
uzun illər boyu gözlənilən oğul dünyada üç gün yaşadı.
Evimizin qarşısındakı
hündür təpənin üstündəki qədim qəbristanda ona bir qəbir qazdılar.
Oğul həsrətli atam kişi kədərilə ipəklərə bükülmüş bu balaca vücudu
qolları arasına alıb, balaca qəbrə-soyuq torpağa tapşırdı...
Anam yataqda üzünü divara
çevirib ağlayırmış ( bunları mənə məndən iki yaş 6 ay böyük bacım Yaqut
danışıb). Atam qəbristandan pərişan qayıtmağına baxmayaraq anama təsəlli verirmiş.
Sonralar bunları bizə anam özü də danışırdı.
Biz hündür təpənin başından
aşağı yola enmişdik. Atam evimizin
yola baxan divarına söykənib, əlləri sinəsində çarpazlanmış halda arxamızca
uzun müddət baxdı, demə, atamızın bizimlə bu son görüşü imiş. Deyirlər
insan səadətini də, fəlakətini də əvvəlcədən duymaq qabiliyyətinə
malikdir. Mən o nikbin, qaynar təbiətli, bir yerdə bir an durub-dincəlməyən
adamın belə məhzun duruşunu indi
dərk edirəm. Bu mənim yadımdadır, o duruş gözlərimə nəqş olunmuşdur...
Günortaya az qalmış biz babamın
kəndinə çatdıq.
DAŞSALAHLI KƏNDİ
Daşsalahlı kəndi Avey dağ silsiləsinin ətəyində salınmışdır.
Kənd arxadan qədim insanların məskən saldığı və yaşı bununla ölçülən
Avey dağla yanlarından hündür təpələrlə əhatə olunmuşdur.
Avey dağın ən mənzərəli yeri onun dağ çiçəklərindən örtülmüş dağ havalı
zirvəsi də aşağıda Damcılı bulaq hissəsidir. Təbiət özü daşları
yonmuş, rəndələmiş, qövs şəkilində hündürlüyü 3- 4 metr olan qapısız
bir eyvan düzəltmiş, buranıın döşəməsi, tavanı da ağ daşdan yonulmuşdur.
Tavanından göz yaşı kimi su süzülür.
Bu su çox müalicə əhəmiyyətli sudur.
Xəstələrə həmişə bu bulaqdan su aparardılar. Bir az o yanda, qayanın
altında uzunu iki-
üç metrə bərabər, qalınlığı bir metrə qədər olan daş bir taxt
var. Bu üstü mərmər daşı kimi rənglənmiş daş qayadanmı qopub, yoxsa
bunu qədim insanlar öz rahatlıqları üçünmü düzəldiblər? Məlum deyil...
Biz uşaqlar bütün günü bu daş taxtın üstündə evcik qurar, süfrə açar, oradakı çoxlu
meyvə ağaclarından dərdiyimiz əncir, nar, yazda ağ tut, son payızda
dağdağan ağacının meyvələrin süfrəmizə düzərdik Ocaq qalayıb, gəlin bəzəyib oynayardıq.
Evin altında isə babamın çox zəngin meyvə bağı vardı. Bu bağı 105 il
ömür sürmüş babamın atası Vəli ağa salmışdı, özü becərmişdi. Yazda
bu bağın çiçəkləri, payızda meyvələri rəngarəng olurdu. " Aşırlı"
və " Daşsalahlı" adıyla kənd iki yerə bölünürdü. Buraya
" yuxarı", " aşağı" Daşsalahlı da deyirdilər. Aşırlı
kəndinin " Güney obası" Avey dağa söylənmiş, daşlıqlarda salınmışdı.
Bura kəndin güney olan tərəfi idi.
Babamın evi Damcılı bulağın
altında, hündür bir təpənin üstə idi. Avey dağın qayalıq yerləri,
çınqılları çox sehirli idi. Qayalıqlarda turaclar, kəkliklər yuva
qurur, çalıların arasından boylanan sarı yemlik çiçəkləri, qızıl
lalələr, qayadan sallanan qıvrım qaya otları qayanı bəzəyir, biz
uşaqları onları dərmək üçün qayalıqlara dırmaşdırardıq; hələ bənövşə
döşənmiş çınqıllıqlar, dağ ətəyi! Damcılı bulağın ətrafı necə gözəl,
cazibəli idi!..
Damcılı bulaqda bir yer vardı; qoymazdılar biz buraya ayaq basaq, deyirdilər
bura " ocaq" dır, yəni müqəddəs yerdir. Kiminsə burada qəbri
vardı. Bulağın suyu dərə boyu axıb babamın bağının başında "Qarabulağ"a
gedən yoldakı çuxurda göl yaradırdı.
Avey dağdan qaynayan Qarabulaq
kəndin " güney obası" hissəsinə çox yaxın idi. Qarabulaqda
bir cüt qocaman çinar ağacı vardı. Onların başında yaz ayları həmişə
hop- hop oxuyardı.
Biz uşaqlar Qarabulağa getməyi,
oraya Aşağı Daşsalahlıdan suya gələn bəzəkli, çiyinlərində səhəng
olan qızlara, gəlinlərə baxmağı çox xoşlardıq. Aşağı Daşsalahlıdan
suya gələn gözəl gəlinlərə, qızlara aşıqlar belə mahnı qoşmuşdular:
Suları çaxır daşdan,
Geyirlər aldan- qumaşdan.
Ağılları alır başdan
Daş Salahlının gözəlləri.
Babamın evinin altında- aşağı tərəfində bir yer vardı, oraya
"Miralı ocağı" deyirdilər. Biz oraya ayaq basa bilməzdik. -
Orada onların babaları Miralaylardan kim isə basdırılıbmış. Bu
haqda alim Teymur Bünyatov da yazmışdır. Lakin onun yerini səhih mən,
bacım və Miralayevlərdən Teymur Miralayev və başqaları bilir. Orada
və Damcılı bulaqda arxeoloji iş aparılsa bəlkə də qədim tariximizin
bir vərəqi də açılar.
Günortaya az qalmış biz babamın
kəndinə çatdıq demişdim. Bəli, hündür təpənin üstündə hərləmə, eyvanı,
hərləmə məhəccəri, mavi boyaqlı damı qırmızı kiramidli evi uzaqdan gördüyüm zaman duyduğum sevinci təsvir
etmək mümkün deyil. Gözlərdə yanan o işığı, qana dolan o hərarətli,
o şirin duyğuları necə, hansı sözlə təsvir etmək olar?
Qapıya yaxınlaşanda bizdən
yaşca böyük xalalarımız qaçdılar, məni qucaqlarında evə apardılar.
Bacımı da nəvazişlərə qərq etdilər.
Qapıda təzə çiçəklənmiş
akasiya ağacından quzu asılıb soyulur, samovar qaynayır, eyvandakı
buxarı gurhagur yanırdı. Xalalarım bənövşə qomalarını şaxlara
bağlayıb bizə saxlamışdılar. Ev otağında güldanlar, küpələr bənövşə
ilə dolmuşdu, bənövşə ətri hər yanı tutmuşdu...
Evin hər tərəfi sarı, bənövşəyi
ağ çiçəklərlə, sarı boymadərən güllərilə bəzənmişdi. Babamın evinə
yaxın olan Qarabulaqdakı çinarların başında hop- hop yenə də bahar
mahnısı oxuyurdu.
Babamla nənəm bizi əzizləyirdilər.
Bacım Yaqutla mən çox şad idik. Anam isə illərlə gözlədiyi, indi Xanlıqlar
kəndinin qədim qəbiristanında torpağı batmış köhnə qəbirlərin
arasında balaca soyuq, qəbirdə qoyub gəldiyi oğlunun, o məsum Səbinin
qüssəsini çəkirdi. Qucağı boş, gözləri yaş idi...
NAĞILLAR ALƏMİNDƏ
Babamgilə gəlmək nağıllar aləminə düşmək demək idi. Babamın
kiçik qardaşı Əmiraslan babamın uşaqları ilə xalalarım, kiçik dayımla
biz də bağda, Damcılı bulaqda çiçəklər arasında, nəğmələr arasında
olurduq.
O illər Damcılı bulaqda
çoxlu meyvə ağacları vardı. Bütün günü o ağacların başında yaz, payız
meyvələri yeyir, qayaya dırmaşır, ancaq oradakı kahaya çıxa bilmirdik.
Qayaların başqa bir romantikası
var; biz çınqıllar arasından çalıların dibindən çoxlu bənövşə, yemlik
yığır, qayaların ovuğunda turac, kəklik yumurtası axtarırdıq.
Şıdırğı yağış yağanda qayanın
döşündən sellərin ovduğu yerlərin kirəclədiyi novçadan ağ köpüklü
sel şəlalə kimi tökülürdü. Yağış ara verib, sel gücdən düşəndə biz
qızlar oraya qaçırdıq, ayaqlarımızı soyunub, qayadan tökülən sel
ilə yuxarı- aşağı qaçırdıq. Bunun bizə verdiyi şadlığı heç bir şeylə
əvəz etmək olmazdı.
Günlərimiz belə çiçəklər,
nəğmələr dünyasında fərəhli keçirdi.
Bir gün anam səhər yuxudan
duranda nənəmə dedi:- Bu saat məni evimə yola salın. Orada bir bədbəxtlik
üz verib. - Nənəm dedi: - Belə xəstə halda hara gedirsən, sən bilici
deyilsən ki, orada nə olduğunu biləsən?!
Anam dedi: - Yuxu görmüşəm,
gördüm ki, saçlarımı darayıram, ətəyimə qığılcım tökülür. Bir də
evimin damından alov çıxır, ev yanır. - Nənəm ona təsəlli verib dedi:
- Fikirli yatıbsan, hamısı bundandır. Yuxu ilə hesablaşsaq gərək
yaşamayaq.
Biz xalalarımızla, Əmiraslan
babanın uşaqlarıyla yenə də bağa, oradan Damcılı bulağa getdik. Baharın
ən gözəl vaxtı, isti aran torpağının çiçəklərə bürüyən mart ayının
sonları idi. Çoxlu yemlik dərdik, bənövşə dəstələri bağladıq, kəklik,
turac, qırqovul yumurtası tapdıq, əl vurmadıq, evdə demişdilər:
-Yumurtaya əl vursanız ana quş yuvaya gəlməz.
Ancaq o düyünü açmaq, bəxtimizi
yoxlamaq bizə qismət olmadı...
BƏNÖVŞƏLƏR ÜSTƏ GÖZ
YAŞLARI
Biz günorta haylı- haraylı,
saçlarımızda badam çiçəklərinin ətri, əlimizdə şaxlara düzülmüş
bənövşə dəstələri, ciyərlərimizdə bahar havası, çiçək ətri, gözlərimizdə sevinc işığı evə qayıtdıq.
Eyvana girəndə içəridən
ağlaşma səsi eşitdik. Bacım Yaqutla mən çox qorxduq, qanımız qurudu,
elə bildik anamız ölüb. Çünki, o həm xəstəhal, həm qüssəli idi. Evə girəndə
gözlərimiz onu axtardı.
Evə bütün qohumlar yığılmışdılar.
Ev otağında arvadlar ağlaşırdılar. Anamın üzündə qan qalmamışdı.,
nəfəsi güclə gedib- gəlirdi. Gözlərindən sel kimi göz yaşları axırdı:
bizi görəndə hıçqırıq onu boğdu, ürəyi getdi. İndi başa düşürəm ki,
o yetim qalmış cüt qızına baxanda o hala düşmüşdü.
- Ana! Ay ana!... İndi göz yaşlarımla
yazdığım bu sətirlər üstünə tökülən göz yaşlarım qoy sənin o göz yaşlarına
qarışsın:- Biz bacımla o gündən kədər
üçün doğulmuş anamızı daha çox sevdik.
Kişilər qonaq otağına babamın
başına yığılmışdılar. Demə, biz Damcılı bulaqda olanda Xanlıqlar
kəndindən bir atlı gəlib deyir: - Paşa ağanın atı damdadır, özü yoxa
çıxıb. Anam dərhal " onu öldürdülər, - deyib ürəyi gedir. Anam daxili
ziddiyyətləri yaxşı bildiyi üçün bu hökmü verir. Ev otağı ağzınacan
qohumlarla, qonşu arvadlarla dolu idi. Hamısı da ağlaşırdı. Biz
uşaqlar- bacımla mən də ağlayırdıq, əlimizdəki bənövşə dəstələrinin
üstünə göz yaşlarımız tökülürdü. Biz sevinclə yığdığımız bənövşə
dəstələrini əlimizdən yerə qoymurduq, onlar islanmışdılar, lakin
bu səhər şehi deyil, göz yaşları idi. Atasız qalmış iki qız uşağının
göz yaşları... Gözlərimiz quruyandan sonra göz yaşlarımız illər uzunu bizim ürəyimizə
axdı... Bunu duyan yaxşı insanlar da oldu, duymayanlar da. Kəndimizin
yaxşı adamlarına minnətdaram, onlar 30- cu ilin " təmizlənmə"
qırğın illərində biz iki bacıya toxunmadılar, biz onda ali məktəbdə oxuyurduq, mən də
hərdənbir xırda- xırda yazırdım.
Bizi paxıllardan, xəbislərdən qorudular.
Atam babamın bacısı oğlu
idi. Qohum- əqraba əli silah tutan qoçaq, tanınmış kişilər silahlanıb,
babamın ətrafına toplanmışdılar.
Babam silah götürmədi. Babam
el hörməti qazanmış vüqarlı, təmkinli, cəsarətli, ömrü at belində
keçmiş bir el ağsaqqalı idi. O, qan düşmənçiliyinin tərəfdarı deyildi.
Cəhaləti cahil kimi yox, alim kimi qarşılayırdı. Bu kişilər diplomsuz
həyat alimi idilər. Cavanlardan söz alır ki, onun razılığı olmadan
orada silaha əl atmasınlar, cavanları qorumaq üçün "tayfa"
davasına yol vermirdi.
O gün anamla biz iki bacı da
kəndimizə yola düşdük. Yenə araba qoşulmuş, içərisinə gəbə döşənmiş,
döşək salınmış, ipək mütəkkə, yastıqlar qoyulmuşdu, lakin yolumuz
indi sevincə deyil, kədərə idi. Anam ağlayırdı, nənəm- qızların yazıqdır,
- deyə onu sakit etməyə çalışırdı. Ancaq bu mümkündümü! Anamın kədəri
qorlanan ocaqdı...
TƏSƏLLİSİZ KƏDƏR
Arabamız Akstafa çayına enən hündür təpənin başına çatanda burada
qarşıdakı təpə üstündə uca aynabəndli günəşdən par-par yanan evimizi,
onun qarşısındakı qoşa çinarı görüb bacımla sevinirdik.
Bunu dərk etmirdik ki, bu bizim
ata ocağımızla son görüşümüzdür.
Anam bunu bildiyi üçün kədəri
təsəllisiz idi. Arabamız Akstafa çayına
enirdi. Akstafa coşğun, daşqın idi. Köklü ağacları, cavan şaxları burulğanında
fırlada-fırlada bulanıq axırdı, öz "töhfələrini" Kür çayına
aparmağa tələsirdi. Axı artıq mart ayının sonları idi, çaylarda bir
bahar coşğunluğu vardı.
Arabaçı mahir sürücü idi.
O, bir köpürən çaya, bir qapımızda yığılan camaata, bir arabada hıçqıran
qadına baxıb, arabanı suya saldı (bu mənim az-çox yadımdadır). Su təkərləri
aşır, çay qurban istəyirdi, mən də təkərdən aşmış su ilə oynayırdım, əlimi
Arabaçı istiqaməti dəyişdi,
camışlar üzə-üzə bizi sahilə çıxartdılar. Sonralar bunu bir möcüzə
kimi danışırdılar ki, nə əcəb bizi çay aparmayıb.
Evimizə yaxınlaşırdıq,
arabamız dolama yol ilə təpə başına qalxırdı. Mənə elə gəlirdi ki,
atam yenə də o divara söykənib bizə baxır. Məni qucaqlayıb arabadan
düşürəcək və ciblərimə konfet dolduracaq.
Qapımıza çatdıq. Atam yox
idi, onun əvəzində qapıda üstü örtülü bir cənazə dururdu. Heç cürə
düşünə bilmirdim o cənazədəki atamdı.
Biz qapımıza çatanda bibilərim
bizi fəryadla qarşıladılar. Kənd arvadları bizi əhatə etdilər, kişilər
imarətin o üzündə toplanmışdılar. Anam çox zəif idi, onu içəri aparıb
döşək üstündə oturtdular.
Ağlaşma başladı, atamın qoçaqlığı,
cavanlığı, insanpərvərliyi haqda ağılar deyilirdi. O tərəfin yaxın
qohumlarından da bu yas mərasiminə gələn çox idi. Odur ki, kənd arvadları
belə bayatı deyib ağlayırdılar:
Qanlı dağlar,
Qadalı, qanlı
dağlar,
Burda bir
igid ölüb
Dost da ağlar,
qanlı da ağlar.
Burdan bir
atlı getdi,
Atını nallatdı
getdi.
Ay kimi şəfəq
saldı
Gün kimi batdı
getdi.
Hər iki tərəfin yaxın qohumu, məşhur şair Hacırəhim ağa Vəhidinin
qızı, kişi şücaətli Sayalı xanım belə ağlayırdı:
Atın qalxana
dəyər,
Qalxar, qalxana
dəyər.
Hər nə dəydi,
bizə dəydi,
Bundan xalxa
nə dəyər...
Atamın bacıları, çox sevdikləri dayı qızı, qardaşlarının cavan
arvadı anama müraciətlə belə deyirdilər:
Əlin xina
tutmasın,
Çevir günə
tutmasın.
Yarı yaralı
gedən,
Ömrün binə
tutmasın.
(Yəni, qardaşımızdan sonra həyatın olmasın). Bunları mənə məndən
böyük bacım danışıb. Mənim yadımda deyil. Bu fəryadların, yanıqlı
bayatıların səsi hələ də qulağımdadır. Anamın ürəyi getdi, bacımla
mən də ağlayırdıq. Ancaq mən nə üçün ağladığımı o qədər də dərk etmirdim,
necə yəni atam ölüb, bu ola bilməzdi. Mən tez- tez şəhər yoluna baxır,
onun oradan atını çapıb, çıxacağına inanırdım.
Aglaşma qurtaran kimi əmimiz,
bibimiz uşaqlarıyla bacımla mən də evimizin qarşısındakı təpələrdən
qar çiçəkləri yığmağa qaçdıq. Qar çiçəklərinin, təzə cücərən otların
ətri, yaz günəşinin işığı, hərarəti bizi elə sehirlədi ki, aşağıdakı
vay-şivəni də, atanın ölümünü də unutduq.
Sevincdə də, kədərdə də
uşaq elə uşaqdır.
Atamın ölümü haqqında eşitdiklərim,
anamın dediyi daxili ziddiyyətlər nə idi:
Xalq arasında böyük hörməti
olub, şəxsiyyət kimi tanınan atamın yaxın dostu Polad oğlu Abbasın
evində Həmid Sultanov atamı görür və deyir: -Sənin hər tərəfin Qaraxallar nəslidir. Həm də sənin
atıcılığın, qoçaqlığın, cəsarətin haqda eşitmişəm. Gəl bizim Hümmət
partiyasına yazıl. Bəylik, xanlıq, mülkədarlıq dövrü artıq qurtardı.
Mülklərini öz əlinlə kəndlilərə payla. Onsuz da tezliklə bu mülklər
kəndlilərə paylanacaq.
Xalqla yaxın ünsiyyətdə
olan Paşa ağanı bu söz razı salır. Meşəni, mülkü kəndlilər arasında
böləcəyi xəbəri alan nəslimizdən mülkədar ağalardan bir qrupu onu
aradan götürməyi qərara alırlar, bir qrupu buna ciddi etiraz edir,
bir qrupu isə xəbərsiz olur. Bu ölümü təsdiq edib, tezləşdirən belə bir
hadisəni də danışdılar.
Atam Dilbazi bəyləri ilə haradansa
gəlirlərmiş. Yolda kəndin ən mötəbər yoxsul kəndlilərindən biri
olan Ömər oğlu Mustafaya rast gəlirlər. Payızın sonu imiş, Ömər oğlu
çox pərişan gedirmiş. Atam soruşur: - Ay Öməroğlu niyə belə fikirlisən?
O deyir: - Necə edim, uşaglar soyuqdan qırılırlar, nə pul var odun
alaq, nə də meşədən odun qırmağa ixtiyarımız
var.
Atam bunu eşidəndə meşənin
buraxılış kağızını ona verib deyir:
- Get, meşədən istədiyin qədər odun tədarük elə. Bundan sonra
onlar Fəxrəli arxının kənarından ağlaşma səsi eşidirlər. Atları
ağlaşma gələn tərəfə çapırlar. Orada ağlayan qarıdan nə üçün ağladığının
səbəbini soruşurlar, qarı deyir:
-Bir cüt öküzüm vardı, öldülər.
Uşaqlarım çöldə qaldı. Atam cibindən pul kisəsini çıxarıb onun üstünə
atır. Çox böyük mülk sahibi bəylər qarıya heç bir şey verməyib, öz aralarında
deyirlər: - Yetimə bax, bizə meydan oxuyur. Bunların hamısı onun tezliklə
mülklərini kəndlilərə verəcəyini təsdiq edir, onun ölümünü tezləşdirir.
Bir də onda erməni hücumlarının qarşısını almaq üçün Didvanın dibində
səngər qazılırdı, bu işə atam rəhbərlik edirdi.
Mülkədar bəylər deyirlər:
- Eminənin nəvəsi bəylərə
qırğın hazırlayır. Bu da Tavuz bəylərinin qırğını vaxtına rast gəlir.
ATAMI APARMAYIN
Günorta təpələrdən yığdığımız qar çiçəkləri və uşaq sevinci
ilə evimizə qaçdıq, ancaq bu ev daha o deyildi. Sevincimiz tezliklə
qəmə, fəryada döndü. Əlimizdəki qar çiçəklərinin yerə necə səpələndiyini
bilmirəm. Kişilər atamın cənazəsini götürüb quş kimi həmin təpədən
gəldiyimiz yola endilər. Onlar atamı Akstafanın o tayındakı Dilbazilərin
qəbristanlığına aparırdılar.
Təpə başında şenliyin, qohum-əqrabanın
arvadları ağı deyib, ağlayırdılar.
Bibilərim fəryad edirdilər.
Bacımla mən də cənazənin ardınca "Atamı aparmayın! Atamı aparmayın!",
deyərək fəryad edirdik, cənazənin arxasınca qaçmaq istəyirdik. Ancaq
bizim ürək yandıran fəryadlarımızı eşidən, sel kimi axan göz yaşlarımıza
baxan kim idi, atami çiyinlərində aparırdılar. Bircə anam səssiz ağlayırdı,
hıçqırıqlı nəfəsi güclə gedib gəlirdi. O, ölü kimi bənizi qaçmış
cansız idi. Onun cavan, gözəl, şücaətli ərini aparırdılar. Onun yuvası
dağılırdı.
Atam 31-32 yaşlarında gözəl
dünyadan nakam, yaralı torpağa getdi. Anam 28 yaşında gözü yaşlı,
yanında iki qız övladı ilə dul qaldı.
Beləcə biz iki bacı uşaqlıqdan
kədər dünyasına düşdük. Bu gündən sonra anamızın şən, xoş günlərinə
yox, qəmli göz yaşlarına yoldaş olduq və feodal dünyasına, xüsusi
mülkiyyətin faciəli dünyasına ürəyimizdə nifrət o gündən oyandı.
Anam 13 ilin şirin, acı dəqiqələrini
bu evdə yaşamışdı. Onun sevimli qonşuları vardı: "Həməşəllərdən"
– Xədicə xala, Sayalı xala, Qorçulardan Mələk nənə, Qaraxallardan
Tükəzban xala və adlarını unutduğum əziz qonşular.
Bu qonşulardan, öz evindən,
güzəranından ayrılmaq ona çətin gəlirdi. Bu fəlakət içində o öz təmkinini
itirmirdi. Dil deyib ağlamağı xoşlamırdı, lakin bütün günü onun göz
yaşları qurumayırdı. Biz bacımla ağlamırdıq, günün yarısını ağlayır,
yarısını əmimiz uşaqları ilə qar çiçəyi yığırdıq.
"Atamı aparmayın"
- deyən fəryadların səsi yenə də qulağımda səslənir. Ürəyim od almış
qov ağacına oxşayır. Bəlkə də məni şair edən qoynunda yaşadığım təbiətin
gözəlliyi, atamın faciəli ölümü, anamın əbədi kədəri, övlad məhəbbəti,
feodal dünyasına nifrətim oldu.
ƏBƏDİ AYRILIQ
Atamın ölümünün 7 günü tamam
olanda nənəm Sayalı xanımla mən Daşsalahlıya qayıtdıq. O gündən
döşlərində bitən xına otlarını əzib, əllərimizi xınaladığımız
bənövşəli, nərgizli Karqaya meşəsindən, Fəxrəli arxından, biyan
otu, yaz çiçəkləri yığdığımız " Tacıbəydən", qaranlıq gecələr
üstündə yandırılan şamların işığıyla sehrləndiyimiz " Çoban
baba" yatan yemlikli düzlərdən, qaraxallı Tükəzban xalamızdan,
dizinin üstə nağıllarıyla böyüdüyümüz Xədicə xaladan, Mələk nənədən,
Sayalı xalanın yumurtalı taxcasından, gilənarlı bağından, ata
evindən, ölümləri anamızı əbədi ağladan balaca qardaşımızla balaca
bacımızın hər gün vəhşi çiçəklərlə bəzədiyimiz təpə üstündəki qəbirlərindən,
doğma torpaqdan əbədi olaraq ayrıldım...
Bu dəfə nağıllar dünyası mənə
kədərli göründü. Uşaq şənliyimə bu gündən getdikcə dərinləşən kədər
hopdu.
Bacım Yaqutla anam atamın
40 gününə qədər evimizdə, Xanlıqlar kəndində qaldılar, atamın xalası
,anamın bibisi Nigar xanım anamla qalmışdı. Bundan əlavə qaraxallı
Tükəzban, həmişəlli Xədicə xala, Sayalı xala, Mələk nənə bir an
anamı tərk etməyiblər.
18-ci il hərc-mərclik ili idi.
Xanlıqlar kəndi camaatının nənə- babama, atamın xatirəsinə, anama
böyük hörmətləri olmasaydı, babam anamı, bacımı, atamın qırxı çıxana
qədər düşmən əhatəsində qoyub gedə bilməzdi. Elə bu vaxt Tovuz bəylərini
kəndlilər qırmışdılar.
Kənddən anama sifariş göndəriblər
ki, nəyi var yır- yığış etsin, sabah axşam qızı ilə onu Qaraxallara gətirəcəyik,
bəylərin axırına çıxacayıq.
Lakin mərkəzdən alınan əmrə
görə bu məsələ dayandırılır.
Atamın 40 günündən sonra
anamla bacım da Daşsalahlıya gəldilər, anamı görəndə sevindim, ancaq
anam elə zəifləmişdi, heç özünə oxşamırdı.
Anam ər evindən yalnız öz cehizini
və atamın "düldül" adlı atını gətirmişdi. At çox gözəl, qonur,
yaxud tünd gilənar rəngində, yalı uzun, boynu, bədəni təndürüst köhlən
at idi. Onu geniş xalxala buraxdılar. Dırnağıyla yer eşdiyini gördüyümüz
bu gözəl köhlən at bütün günü başı aşağı kefsiz durdu və otlamadı.
Deyirdilər at sahibi üçün darıxır, bu at anam üçün gözdağı olmuşdu,
o, ata baxan kimi ağlayırdı. Sonra atın necə olduğu yadımda deyil.
Babamın evi hündür təpənin
üstündə idi., buradan bizim Xanlıqlardakı evimiz, onun qarşısındakı
qoşa çinar aydın görünürdü. Babamın böyük dürbini vardı,o dürbinlə
baxanda orada adamların gəzdyi xırmanda taxıldöyən maşın, dərz tayaları aydın
görünürdü.
Anam bu mənzərəni görməmək
üçün evdən bayıra çıxmırdı. O, baş ağrısına tutulmuşdu. O il atama
yas saxlayıb, pəncərələri bağlı otaqda saatlarla oturur, yatıb ağlayırdı...
Baba evi, nənə- baba nəvazişi,
onların yazda çiçəklərə bürünən bülbüllər, anadillər, isaq-musaq
quşlarının ötüşdüyü, meyvəli bağları, kəklikli Avey dağından süzülən
Damcılı bulağı, narlı, əncirli, badamlı ağacları, qaya boyu uzanan
ağ tut ağacları oradakı payızda zirəsində meyvəsini yediyim qoca
dağdağan ağacı məni valeh edirdi. Bura nağıllar dünyası idi.
İbtidai insanların məskən
saldığı qədim kahaların yerləşdiyi qayalar ətəyində, təpələr üstündə,
bağlar arasında salınmış bu kənd-qoynunda baba-nənə ocağının yandığı
kənd idi...
ANAM HAQQINDA TƏƏSSÜRATIMIN
YÜZDƏ BİRİ
Anam haqqındakı xatirələrim- ürəkdə qalmış qurğuşun qəlpəsi
kimi həmişə sinəmdə qan verir,məni göynədir.
Ana- ürəyi geniş, özü də qüdrət
timsalıdır. O, bütün dərdlərin qabağında qranit dağ kimi dayanmağı
bacarır.
Gözü odlar görmüş bizim anamız
belə analardan idi.
Həyatımızın bütün kədərli,
ağır anlarını biz anamızla bölüşəndən sonra sakitləşirdik. Elə bil
ki, güclü, tozanaqlı tufan üstünə sellab yağış yağırdı. Tozu- torpağı
yuyub, qönçələri açıb gülllərri parladan yağış.
Anamın mülahizələrindən
sonra mənim qəlbimdə kədər, ümidsizlik, əsəb tozları silinər, buludlar
dağılar, orada işıqlı bahar sübhə oyanardı. Bu nə üçün elə olurdu?
Pisliyə pislik anamın qanununda
yazılmamışdı. Lakin o " Bir üzünə sillə vurularsa, o biri üzünü
zərbəyə çevir",- fəlsəfəsinin də əleyhinə idi. O deyirdi:
"Qaranlığın üstünə
işıqlı gedin". O, insanda həmişə yaxşı cəhətləri axtarırdı.
İnsanın tam pisliyinə inanmırdı. Pisliyi doğuran səbəbləri öyrənməyi
bizə tapşırardı.
Adından, mövqeyindən asılı
olmayaraq insanı uca tutmaq, insana hörmət etmək də onun daxili tələbi
idi.
Anam həyatında heç kəsdən
bir şey istəməz və ummazdı. Lakin özünü hamıya borclu hesab edərdi.
Varını heç kəsdən əsirgəməz, insanlara təmannasız hörmət edərdi.
Bu adət ona öz anasından miras
qalmışdı. Adətlər, vərdişlər, xasiyyətlər nəsildən- nəslə keçir.
Anam çox dözümlü, dərin adam
idi. Həyatın ona vurduğu ağır zərbələr qarşısında kədərlənmişdi,
lakin əyilməmişdi. Öz vüqar və təmkinini ömrünün axırına qədər qoruyub
saxlamışdı. Onu tanıyanlar belə tanıyırdılar.
Mənəvi ehtiyaclar qarşısında,
maddi ehtiyaclar anama xırda görünərdi.
Anam deyingən deyildi, ah-
vay etməyi də sevməzdi. Az sözlü, çox məhəbbətli, həzin, mehriban
bir insan idi. Qədərindən artıq həyalı idi, daha doğrusu, onda bir
uşaq paklığı var idi. Buna görə də həyatında heç kəsdən pis hərəkət
görməmişdi. Anam lazım gəlsə həyatın məhrumiyyətlərinə mərdcəsinə
dözə bilərdi, hörmətsizliyə yox.
Anam 68 il yaşadı. Bu müddət
ərzində onun ucalan səsini,təhqirli bir sözünü eşitmədik, ədalətsiz
bir hərəkətini görmədik. Onun bizə, uşaqlarına əl qaldırdığını xatırlamıram.
Biz iki bacı idik. Anam bizi qəhr-
qəzəblə yox,məhəbbətlə fəth etmişdi. Saf, isti, yumşaq məhəbbətlə!..
Biz onu dost- yoldaş, ana kimi hüdudsuz bir məhəbbətlə sevirdik. Sevməyi
o bizə öyrətmişdi. O həddindən artıq yumşaq olsada öz etiqadında
sadiq, dönməz adam idi.
Anam lirik təbiətli qadın
idi. Təbiəti çox sevirdi. Meşələr, çaylar, bulaqlar onunla danışırdı.
Anam çox övladcanlı idi.
O, iyirmi səkkiz yaşında dul qalmışdı.
Nakam məhəbbətini bizə bağışlamışdı.
Anam əqilli, xoşxasiyyətli,
həyatı, sir- sifətdən təndürüst, gözləri özündən sürməli, iki qaşının
arasında hindu xalı kimi qaraxal, qara, sıx kirpikli bir qadın idi.
Qardaşları Qori seminariyasında oxuyub, ata- anası el içində abırlı,
nüfuzlu adamlar idi. Odur ki, atam öləndən sonra ona göz dikənlər də çox
olub. Lakin ilk xəbəri eşidəndə günlərlə ağlayıb. Bu haqda bir də danışmağı
hamıya qadağan edib. Bundan sonra o, yaraşıqlı paltarlarını geyməyib,
uzun müddət qız- gəlin arasına da çıxmayıb. Bir gün məktəbdən qayıdanda
gördüm anamın gözləri ağlamaqdan şişib, deməli, bu söhbətə görə ağlayıbmış,
bunu sonralar bildik. Onun Tbilisidən alınmış yaraşıqlı paltarı
vardı, o paltarın qızıl rəngli düymələrini tamam kəsib atdı və belinə
kəmər bağlamadı. Bəlkə də anamın bu hərəkəti müasir qadınlar tərəfindən
tənqid olunacaq. Lakin, ana- övlad məhəbbəti dövrə görə dəyişməyib.
Öz səadətini övladlarının səadətində, şadlığında görən nə qədər
ata, ana ikinci həyatda xoşbəxt ola bilməmişdir... Ögey ata- anaların
neçə faizi bu tifillərin şən uşaqlığını qoruya bilmişdir? Təəssüüf
ki, bunlar faizə vurulmamışdır.
İctimai hüquqdan, azad əməkdən
məhrum olan övladcanlı anaların "saçının birini ağ hör, birini
qara hör"- deyə seçdikləri yol bəlkə də ən doğru yol idi.
Anamın özü üçün həyatda heç
bir təmannası yox idi. Onun dünyasının mənası iki qızı idi. Anam bizə
də bir- birimizi dərin, fədakar, təmannasız bir məhəbbətlə sevmək
hissini aşıladı.
Anam ömrünün son illərini
ağır xəstələndi. İl yarım ürək çatışmazlığından, qan təzyiqindən
yatdı. O, burada da yüksək insani keyfiyyətlərə malik olduğunu
göstərir. Amansız ağrıların, hava çatışmamazlığının şiddətləndiyi
vaxtlarında belə dərdini gizlətməyə çalışırdı. Heç kəsi darıxdırmaq
istəmirdi. O, heç vaxt ah-uf eləmir, susur və bizə təsəlli verirdi;
yastığa baş qoya bilmirdi. Dərdi çox, yuxusu az idi. Növbə ilə bacımla
mənim sinəmizə söykənib mürgüləyirdi. Biz onu oyatmamaq üçün nə qədər
əzablı olsa da vəziyyətimizi dəyişmirdik. O, gözünü açanda: "can,
can sizi öldürməmiş ölməyəcəm",- deyib məhəbbət və iztirab dolu
gözləri ilə bizim nə qədər yorğun olub- olmadığımızı yoxlayırdı.
Anamın son günləri idi. Bacımla
biz xəlvətdə ağlayır, onun yanında şad görünməyə çalışırdıq. Ona sağalacağı
haqda ümid, təsəlli verirdik.
Aprelin son günləri idi. Bayırda
xırda damcılı yağış yağır, pəncərənin qarşısındakı ağacların təzə
açılmış yarpaqlarından şeh süzülürdü. Anam pəncərəyə baxıb dedi:
-Nə gözəl yağış yağır...
Biz hər iki tərəfdən onu qucaqlayıb
dedik:
- Sən sağalacaqsan. Biz sənin
sevdiyin meşələrə səninlə gedəcəyik. - O, gülümsündü. Dərin fikrə
getdi. Bəlkə də könlündə ümidsiz həyat həsrəti oyanmışdı.
Bir gün əhvalımızın belə
qarışıq vaxtı məni görüşə çağırdılar. Səhərdən yemək yeməmişdim.
Günorta qayıtdım. Anam gözlərini qapamış, yastığa söykənmişdi. Bacım
əlində xörək onun qarşısında susqun, kədərli oturmuşdu. Mən əyilib
onun üzündən öpdüm. O, gözlərini açıb diqqətlə üzümə baxdı...baxdı...sonra
həzin və həsrətli bir səslə dedi:
- Anan ölsün, acsan, get yemək
ye! Mən yaxşıyam.
Bizim xatirimizə bir- iki
qaşıq xörək yeyib gözlərini yumdu. Mən hələ də təəccüb edirəm ki,
azarın elə şiddət etdiyi bir zamanda o mənim ac olmağımı necə bilmişdi?
O sözün əsl mənasında ana idi; məhəbbətlə yoğrulmuş həssaslığını hələ
itirməmişdi.
Anamı Bakının ən məşhur təbibləri
müalicə edirdi. Lakin ölüm təbiblərdən qabaq gəlmişdi. O, bacım ilə
mənə deyirdi:
Bilirəm siz məni sağaltmaq
üçün canınızdan da keçərsiniz. Ancaq görünür dərdim çətin dərddir.
Özünüzü öldürməyin, ölüm haqdır.
Yaz axşamı idi. Şəfəqləri əlvan,
üfüqləri qızıla çalan yaz axşamı. Çinar ağacının yarpaqları pəncərələrin
qabağında rəngdən-rəngə düşürdü. Biz anamızın yanında oturmuşduq.
O, işıqlı göyə, qızılı üfüqlərə, yaşıl yarpaqlara və daha çox balalarına
baxıb qəhərləndi. Gözəl, tünd- qəhvəyi rəngli gözlərini həsrətlə
dikib bu bayatını dedi:
Üzəngini,
Ata vur üzəngini,
Qiyamət o gün qopar,
Əlimi sizdən üzən günü.
Bu son misranı deyəndə o ağladı.
Bizdə hönkürtü ilə ağladıq. O, bizə qıymadı, tez göz yaşlarını silib
sözü dəyişdirdi. Bizlə kəsik- kəsik söhbət elədi. Çox pərişan və halsız
olmağına baxmayaraq bizim başımızı
qarışdırmaq üçün yemək istədi. Lakin yeyə bilmədi, mürgüyə
getdi.
Anam dünyaya sülhlə gəldi,
sülhlə getdi. Özündən sonra xoş xatirələr qoydu.
Dünyada pak, fədakar, yaxşı
analar çoxdur. Anam da onlardan biri idi...
Babamın evində Füzuli divanının ailə üzərində böyük təsiri
vardı. Bu haqda bir az sonra. Anamın uşaqlığı- bu evdə atasının oxuduğu
Füzuli qəzəllərinin ruhilə, çöldə təbiətin gözəlliyi ilə qidalanmışdı.
Anamdakı şairanə ruhu da,
təbiətə məhəbbəti də, təbiətindəki insanı büllurlaşdıran romantika
da ona uşaqlıq illərinin bəxşeyişi idi.
15 yaşında Xanlıqlar kəndinə
gəlin getmiş, 17 yaşında iki qız övladı olmuş. Qız çox gözəl
imiş, bu ay üzlü, ulduz gözlü qızın adını " Mahi" qoyurlar.
Lakin bu ay üzlü qız dil açanda dünyadan gedir. Bundan 4- 5 il sonra
anamın ikinci qız övladı, bacım Yaqut dünyaya gəlir. Ondan sonra mən,
məndən sonra yenə çox gözəl doğulmuş bir qız övladı.
Anam üçümüzü də hərdən yanaşı
yatırıb bizə baxarmış, iki bacım çox gözəl, dəriləri süd ağı, qızılgül
rəngli, uzun kirpikli, xumargözlü, xumarsaçlı olublar.
Mən suyuşirin, arıq mirvarid
rəngli, bir yerdə durub, dincəlməyən qız olmuşam.
Anam deyərdi:
- Üçünüz də yatdığınız zaman
sizə baxa- baxa düşünərdim: "Kaş, bunların alınlarına yazılan
yazını oxuya biləydim". Anam taleyə inanırdı.
Bacım Yaqutla mənim "alınımıza yazılan yazını"
yarıya qədər oxuya bildi.
Məndən kiçik bacım isə 5 yaşında
isti ana qucağından ayrılıb soyuq torpağa getdi.
Anam bu qızının ölümünü xatırlarkən
kirpiyi sanı göz yaşları zərif yanaqlarında sürüşərdi, hıçqırıq
onu boğardı, çünki bu ölüm onun acı bir xatirəsi ilə bağlı idi: payızda
qoz ağacları çırpılanda qız xəstələnir. Həkim çağırırlar, boğazı
ağrıdığı məlum olur. Uşağın qızdırması qalxır və anamdan qoz istəyir.
Anam qızdırma içində ona həkimin tapşırığı ilə qoz vermir. Lakin uşağın
halı ağırlaşanda onun yastığının yanına bir kasa qoz qoyur. Uşaq qamaşıq,
gözəl gözlərini açıb bir qoz dolu kasaya, bir anasına baxır və hirsli
kasanı itələyir. Qozun bir hissəsi taxtın üstünə, bir hissəsi taxtın
altına yuvarlanır.
Uşaq səhərisi gün vəfat
edir. Bundan xeyli sonra anam evi yığışdıranda taxtın altına tökülən
qozları görüb ağlayır, bihal olur. Onlara uzun müddət toxuna bilmir
...
Anam hər dəfə bu əhvalatı
danışanda göz yaşları sel kimi sıx qara kirpiklərindən üzünə axır,
bihal olardı. Biz də bacım Yaqutla ona qoşulub ağlayırdıq. Bu günə qədər
də bu əhvalat hər yadıma düşəndə məni ağladır.
Övladlarına hədsiz bağlı
olan nənəm, belə vaxtlarda deyərdi:
Ay qızım, allahdan qorx, günahdır,
ana övlad üçün ağlasa, övladın yeri yaş olar, bəsdir, qoy tifil qəbirdə
rahat yatsın.
Anam bu sözləri eşidəndə balasının
yerini yaş etməkdən qorxub, göz yaşlarını silib, hıçqıra- hıçqıra əl-
üzünü yuyardı.
Anamın həyatına nəzər salanda,
mənə elə gəlir ki, anam işıqlı dünyaya göz yaşları tökmək, dərd çəkmək,
uğursuzluqlarla qarşılaşmaq üçün gəlibmiş.
Bacım Yaqutla seminariyanı
bitirdikdən sonra mən əvvəlcə Biləcəri dəmiryol məktəbində, sonra
Bakıda , bacım isə Daşsalahlı kəndində, sonra Bakıda 19-cu məktəbdə
müəllimlik etdik. Bu zaman illərlə bizi düşündürən məqsədə qovuşduq:
anamı Bakıya gətirdik. Təzəpir məscidindən bir az yuxarıda Kamenisti
adlı küçədə 53 nömrəli binada bir otaq kirayə etdik.
ANAMIN YENİ DƏRDİ
Demə ki, anam dünyaya sevincə
yox, əbədi iztiraba gəlirmiş. Anam Bakıya payızda gəlmişdi, bir neçə
ay sonra gecə yarıdan keçmiş küçə qapımız ağır zərbələrlə döyüldü,
biz yuxudan ayıldıq. Ev sahibi arvad qapını açdı. Gözləri yuxusuzluqdan
qızarmış iki nəfər kişi otağımıza girdi, yoxsul evimizdə taxça- boxçanı
axtardılar, baxmağa bir şey yoxdu. Bunu da deyim ki, onların özünün də sanki ürəklərində bu ailəyə bir mərhəmət
hissi duyulurdu. Evdən heç bir şey tapmayıb, həbs orderini bizimlə
yaşayan dayıma verdilər. Dayımın 18- 19 yaşı vardı, şərq fakültəsinin
2- ci kurs tələbəsi idi. Sinfi mahiyyətinə görə onu həbs edərkən qara
maşına mindirib apardılar, anamla biz səhərə qədər ağladıq. Səhər
mən gözü yaşlı Biləcəri dəmir yol məktəbinə getdim.
Bundan sonra qışın tufanlığında
anam Şamaxinski tərəfdə olan həbsxanaya yemək, dəyişəcək aparırdı.
Növbə çox olduğu üçün evə axşam saçlarında buz saçaqları qayıdırdı.
Bir ilə yaxın bu davam etdi, sonra dayımı Sibirə, Solovkaya 5 il müddətinə
sürgün etdilər. Anam indi ona tez- tez bəzi yemək- içmək, zəruri şeylər
göndərirdi. Bir dəfə o taxta qutunun içinə bir banka əncir mürəbbəsi
qoymuşdu. Günlərin birində anamı poçtdan çağırdılar, anam çox qorxdu,
düşündü ki, siyasi dustaqla əlaqə saxladığı üçün qızlarını tutacaqlar.
O, bəti- bənizi ağarmış bizdən xəlvət poçta gedir; məlum olur ki, mürəbbəni
şüşə qaba yox, dəmir qutuya qoymaq lazım imiş. Anam poçtdan həmin ağır
bağlama ilə qayıtdı. Kömür meydanından iki paslanmayan qutu düzəltdirib
mürəbbələri ora qoydu, ağır taxta bağlamanı yenə zərif, zəif çiynində
poçta apardı. Dayım beş ildən sonra qayıdıb gəldi. İndi anama yeni bədbəxtlik
üz verdi. Otuzuncu illərin keşməkeşli günləri başladı. Saçı, saqqalı
ağarmış qoca babamı sinfi mənsubiyyətinə görə həbs etdilər. Onu dəniz
kənarındakı həbsxanada saxlayırdılar.
Anamın yenə səhəri həbsxananın qarşısında açılır, oraya
yemək, təmiz paltar aparırdı. İcazə günləri həftədə bir ya iki dəfə olurdu. Hərdən
anamla bacımla mən də gedirdik. Növbə o qədər çox olurdu ki, hamı axşama
qədər növbəsini çöldə qarın, yağışın altında gözləyirdi. Anamın
saçlarında, çiyin şalının saçaqlarında buz donurdu. Anama növbə
çatanda axşam düşürdü. Anamın burada böyrəklərinə soyuq dəydi,
bir neçə ildən sonra ağır böyrək, qan təzyiqinə düşdü. Novruz bayramında
babamı həbsdən buraxdılar, o bizim
bir otaqlı evimizə gəldi. Novruz bayramı idi, evimizdə heç nə yoxdu.
O, bir qoyun alıb kəsdirdi. Ev sahibi qadın dul idi, əri depoda fəhlə
işləyirdi, qəza nəticəsində ölmüşdü, yanında körpə uşaqları qalmışdı.
Babam onlara da bayram payı göndərdi. Bir- iki gündən sonra kəndə getdi.
Anamın iztirabı, çətin günləri bununla qurtarmırdı. 30- cu illərin
" təmizlik" dövrü başlananda insani ləyaqətinə, təmizliyinə
yüksək qiymət verən camaat bu qocanı ölümə, gülləyə verməsə də sürgündən
saxlaya bilmədilər, həm sinfi mənsubiyyətinə, həm oğullarının Türkiyədə
olmağına görə onu da kəndin bir para ailəsilə Qazaxıstana sürgün
etdilər. Onları gətirib dəniz kənarına tökdülər. Babam bir fəhləyə
anamın ünvanını verir, ( bu haqda qabaqda müfəssəl məlumat verəcəyəm).
O illər amansız və qorxulu illər idi. Övladlar ata- ana ilə, arvadlar ərləri,
ərlər həbs olmuş, adı, səsi alınmış arvadları ilə əlaqə saxlaya bilməzdilər.
Odur ki, babamın, nənəmin məktubları
Qazaxıstandan bizim ünvana gəlirdi. 21 yaşında qardaşının Aral gölündə
batdığını, atasının ölüm xəbərini eşidəndə anamın halı çox pərişan oldu. Bütün günü gücümüz
göz yaşımıza çatırdı. Biz iki cavan qız, bir ana elə bil fırtınalı dənizin
kənarında durub, orada qərq olanlarımızın fəryadını eşidir, tək
qalmış nənəmin kədərini yaşayırdıq.
Dayım Vəli ağa ilə babam Mustafa
ağanın vəfatından sonra orada tək qalmış nənəmi, dayım Mirəli ilə
orta məktəbdə bir oxumuş Çopurov Mustafa adlı, özü də orada sürgündə
olan bir gənc gətirir, nənəm yenə bizə gəlir, onda mən ali məktəbi bitirib
Qubada müəllimə işləyirdim. Nənəm Sayalı xanım bir ilə yaxın anamla,
bacımla yaşayır. Onda biz İçərişəhərdə yeni birotaqlı mənzildə
yaşayırdıq. O illər şəxsi mülklərə çox ağır vergilər gəldiyi üçün ev
sahibi ( çox xeyirxah, sonralar məşhur folklorçu Əbdülqasım bu evin
sahibi idi) bu vergilərə davam gətirməyib evini hökumətə vermək qərarına
gələndə deyir: - İndi mən evimi hökumətə verirəm, doldurduğum anketdə
nənənin sürgündə olduğunu gizləyə bilmərəm. Nənənin əlində azadlıq
kağızı yoxdu. - Nənəm bundan qorxub, buradan kəndə gedir. Pəri xalamın
iki azyaşlı qızını da özü ilə aparıb bir qədər kənddə yaşayır. Dünyada
yaxşı, mərhəmətli adamlar çoxdur. " Çopur Məmməd" adıyla tanınan
kənd Sovet sədri ona bir kağız verir ki, " burada heç kəsi yoxdur,
yaşayışı çətin olduğuna görə Bakıya, qızının yanına göndərilir".
Nənəm oradan uşaqlarla birlikdə Pəri xalanın evinə gəlir və ev dəftərinə
yazılır. Sonralar ara bir az sakitləşəndə kiçik qızı Abuhəyat xəstələnir.
Ona baxmağa gəlir və ömrünün sonuna qədər burada yaşayır. Bu dərdlərin
hamısı qorxu, kədər, məhrumiyyət, əzizlərinin qəmli taleyi, göz yaşı
anamın ürəyinə yol tapmışdı. Kənddə müəllimə işlərkən bacımın səsi
alınmışdı, şəhərdə sinfi mənsubiyyətimizə həmişə məktəbdən qovulmaq
təhlükəsi ilə yaşayırdıq. Biz iki bacının gəncliyi də anamın gözü
qabağında bu kədərli yollardan keçib-gedirdi. Bunlar çəkdiklərimizin
yüzdə biridir desəm səhf eləmərəm. Qoy bizim xalqımız, analarımız,
cavanlarımız biz görənləri heç zaman görməsinlər! Amin!
BABA EVİNDƏ KEÇƏN
ACILI-ŞİRİNLİ GÜNLƏR
Nənəm Sayalı xanımla mən
atamın yeddisindən sonra Daşsalahlı kəndinə qayıtdığımı yazmışdım.
Araba təpənin ayağına çatanda
xalalarım arabanın qabağına çatıb məni yenə qucaqlarına götürdülər,
birbaşa çiçəklərə bürünmüş bağa, oradan da Damcılı bulağa apardılar.
Daşlarında çeşmələr qaynayan
, qaya otlarının yaşıl muncuqları sallanan, uçurumlarında çalılar
bitən , sarı yemlik gülləri, qızıl lalələr titrəşən, sel oymuş, yağış
yumuş, döşündə kəkliklər, turaclar yuva quran, başında küləklər pıçıldaşan
, üstünə buludlar kölgə salan qayaların söhbətini, bağların pıçıltısını
dinləməyi burada öyrəndim. Lakin, bunların heç biri mənə kəndimizi,
meşəmizi, meşə aləminin sehrini, gözəlliyini unutdura bilmədi.
Tale mənə də əbədi xatirələrin
odunda yanmağı, iztirab çəkməyi, göndərdiyi zərbələrə davam gətirməyi
bağışladı.
Özüm də bilmədim
neylədi fələk,
Məni səhra
gülü eylədi fələk,
Həm səhra günəşi
yandırdı məni,
Həm qırdı kökümü
amansız fələk.
Ana ilə uşağın arasında
görünməyən tellər var.
Ananın qəlbindən bu tellərin
biri tərpənəndə onu hər kəsdən əvvəl öz uşağı duyur. Anamı kədərli
gördüyüm günlər ürəyim elə bil incə bir sapdan asılardı.
Mən belə həssas dəqiqələrimdə
özümü unutmaq üçün təbiətin ağuşuna qaçardım.
Yadıma gəlir: belə dəqiqələrimdə
məni qarı təzəcə ərimiş, hələ yaz günlərinin hərarəti ilə tam isinməmiş
torpaq çağırardı. İndiyə qədər təsiri azalmamış o duyğuları sözlə
ifadə etmək necə də çətindir.
Təzəcə cücərmiş ot, düymələri
çatlamış sarı çiçəklər, yabanı bənövşələr, bağ bənövşələri məni
danışdırardı.
Yuxarı Aşırlı kəndindən
Aşağı Daş Salahlıya gedən məktəb yollarının hər iki tərəfində cücərən
taxılın nağılını mən burda dinləmişəm.
İlk açılan çiçəklərin, ilk göyərən otun günəşə qovuşub, məhəbbətlə
xumarlandığını, yaz nəsimi ilə gizli pıçıltılarını bu kənddə duydum,
dərk etdim.
Tikan kolları üstündə keçən
ildən qalmış, girdə toxumluğun içindən qara, şüvə kimi toxumları
çıxarıb yediyimiz bizə necə ləzzətli gələrdi. Sonra onların qurumuş
yarpaqlarından ocaq qalayıb, qar çiçəklərinin kökünü kabab bişirərdik.
Bunlar bizim ən yaxşı əyləncəmiz idi. Təpə üstündəki geniş həyətimizdə
Avey dağın üstündən əyilən mart günəşinin al şüaları altında qaçışardıq.
Məşritdəki qızartı getdikcə azalar, üfüq saralardı. Sonra bu sarılığın
üstünə axşam alatoranlığı çökərdi, hər tərəf mavi rəngə boyanardı.
Təzə doğmuş ay üfüqdən yüksələrdi.
Axşam ulduzunun rəngi maviyə çalardı, göy mavi, yer yaşıl...hava çiçək
ətri ilə dolu, xoş bir ayaz bizi üşütməzdi, havada başımız üstündə ağ
pambıq kimi, yaxud sanki qar dənələri uçuşardı, biz buna "maral
haykırtısı" deyərdik. Onun dalınca qaçıb, onları ovcumuza yığardıq.
Bu, müşkül söyüdlərin çiçəklənmə
dövrü olardı.
Evdən bizi axşam yeməyinə
çağırardılar. Bu çağırış bizi ən fərəhli dəqiqələrimizdən ayırardı.
Nəfəsimizdə çiçəklərin ətri, yaz havası, üzümüzdə axşam ayazının
qızartısı, ürəyimizdə bahar və
uşaqlıq sevinci evə girərdik.
Bizi gur yanan divar sobası,
buğlanan samovar, ətirli çay dolu süfrə qarşılayardı.
Paltarlarımızı, ayaqqabılarımızı
dəyişib, əl- üzümüzü yuyub, çay süfrəsi ətrafında ev boyu qoyulmuş,
üstü xalı ilə döşənmiş taxtın üstündə oturardıq.
ANA BABAM MUSTAFA AĞA
Babamın çox yumşaq, həzin səsi vardı. Çay süfrəsi yığılandan
sonra, babam alçaq səslə Füzulidən, Nəbatidən və başqa şərq şairlərindən
çox yanıqlı parçalar zümzümə edərdi. Axşamın mənə görə ən təsirli
hissəsi bu olardı.
Babam oxuduğu qəzəllərdən,
şeirlərdən bu parçalar yadımda qalıb:
Eşqdən canımda bir pünhan mərəz var, ey həkim!
Xalqa pünhan dərdim izhar etmə, zinhar, ey həkim!
Babamın evində, qonaq otağında
üstü naxışlı divar sobaları vardı. Sobaları gurhagur yanar, babam
həzin səslə oxuyar, biz uşaqlar bu səslə sehirlənərdik.
Ev otağının hər iki tərəfindən
uzun taxt qoyulub xalı döşənmişdi. Babam o biri taxtın üstündə nənəmlə
oturardı, anam bu biri taxtın üstündə atasına görünməmək üçün başını
divar sobasının çıxığına söykəyib belə dəqiqələrdə səssiz göz
yaşları tökərdi, bu göz yaşları onun sıx, uzun, qara kirpiklərindən
süzülüb, ağ yanaqlarından sürüşərdi, mən onun sinəsinə söykənib,
fikrə gedərdim.
Gecə anamla yatardım. Heç
bir odun istisi onun nəfəsi qədər isti deyildi.
Səhər mən lap tez durardım,
nə qədər tez dursam, babamı həyətdə görərdim.
Anam, xalalarımı saxlayan
dayə Hənifə nənə sobadan külü götürər və sobanı odunla doldurardı,
qalayardı, səhər çayına hazırlıq görülərdi.
Mən nə qədər nadinc, bir yerdə
qərar tutmazdımsa, bacım o qədər sakit, xanım təbiətli qız idi. Mən
evimizin nərdivanlı uca damına,
qayalara dırmaşar, ən uca ağaca çıxar, qapımızdakı hündür ot
tayasının başından sürüşməyi sevərdim. Xasiyyəti həm yumşaq, həm
sərt olan babam heç vaxt mənə acıqlanmazdı.
Nənəm bacımla mənə, heç
vaxt qızlarına acıqlandığı kimi acıqlanmayıb. Bizi evdə hamı nəvazişlə
dindirərdi.
Qori seminarıyasında oxuyan
dayılarımız səfərlərdən gələndə ən yaxşı hədiyyələri, məktəb çantalarını
əvvəlcə bacımla mənə verərdilər.
Axşamlar Firudin bəy Köçərlinin " Balalara hədiyyə", A.Şaiqin
" Köç", Sabirin şeirləri, Süleyman Saninin " Qaraca
qız" hekayəsini dayılarım
oxuyardılar. Ən çox Füzuli, Seyid Nigari qəzəlləri oxunardı.
Yaxşı ki, insan onu qarşıda
nələr gözlədiyini bilmək imkanından məhrumdur.
30 – 31 -ci ilin mart ayının
günəşli, sazağlı günlərindən biri idi. Mən Semaşko xəstəxanasında
yatırdım, kor bağırsağım kəsilmişdi. Birinci günün gecəsi qızdırmam
39- dan yuxarı oldu, üç gün mənim qardaş əvəzi bacım Yaqut yanıma gəlmədi.
Təəccüb elədim. Axı ondan və xəstə anamdan başqa mənim yanıma kim gələcəkdi?
O, bu vəziyyətini dərs dediyi 19- cu mərtəbədəki
işlərinin çoxluğu, hədsiz yorğunluğu ilə izah edirdi.
Demə ki, onlara fəlakət üz
veribmiş: bunu xəstəxanadan çıxandan sonra bildim və çox ağladım.
Üçümüz də bir yerdə ağlaşdıq, anam ağlamaqdan yatağa düşmüşdü. Baş
ağrıları aman vermir, qan təzyiqi
yüksəlirdi.
Nənəm sürgündən qayıdandan
sonra nəql edirdi: "qohum- əqraba sürgün olandan iki ay sonra bizə
iki milis paltarında cavan oğlan gəldi. Onlar başlarını yerə dikib
dedilər:
-Vayısın ( səbəbin) evi yığılsın,
deməyə dilimiz gəlmir, sizdən camaat hörmət görüb. Sizdən qız istəyən
bir evi yıxılmışın fitnəsilə kənddən sürgün edilirsiniz. Nə istəyirsinizsə
də götürün, sabah yola düşürsünüz.
Onları yük vaqonlarında gətirib
dəniz sahilinə tökürlər. O vaxtlar nənəm, babam yaşlı idilər. Dəniz
kənarında onlar bir xeyirxah fəhləyə ünvan verirlər, o fəhləni anamın
yanına göndərdilər.
Babam çox güclü təbiətli,
nənəm isə çox kövrək idi. Bacımla anam o xeyirxah fəhləyə qoşulub gedirlər.
Bacım deyirdi:
Babam bizi görəndə ağladı,
ağ saqqalının üstündən göz yaşı süzülürdü. - Babam bacımı öpüb deyir:
- Ay qızım, biz gedirik, sizə
heç bir varidat qoymamışıq, var- yoxumuz da bizim evdə qaldı. Bircə
ar- namusumuzu gözləyin, bu sizin ən böyük sərvətiniz və hörmətiniz
olacaq.
Babamın tapşırığı bizim
üçün qanun oldu. Namuslu qızların, qadınların cəmiyyətdə dayaqları
var, bunu biz iki bacı çətin, məhrumiyyətli həyatımız boyu dərk etdik.
Bunu da deyim ki, sürgün olunanların
çoxunun qapısında nə arabası, nə qoşqu heyvanı, nə atı, nə sağmalı,
qoyunu, nə də imarəti vardı; nə də onlar Sovet hökuməti əleyhinə
bir iş görmüşdülər.
Qazaxıstan çölündə, bir
qumlu təpənin başında, yəqin ki, bu yazdığım şeiri səhra yelləri babamın,
həzin, pərişan səsilə onun qəbri üstündə oxuyur. Mənim hər an o şəhid
qəbrini ziyarət edən xəyalım qoy məni bu qəmli şeirimin hər kəlməsindən
tökülən göz yaşlarımla səhra günəşi yandırıb qərib qəbrin torpağını
sulasın.
Bu səhrada
tək bir məzar,
Nə göyündə
durna uçar,
Nə yerində
çiçək açar,
Burda nə canlı
səsi var,
Nə bir ağac
kölgəsi var.
Göydə günəş...
Yerdə insan...
İstər yaşa,
İstərsə,
yan!
Axtarıram,
hanı qəbir?
Səhra laldır,
bir söz demir.
Qəbir deyil
o məbəddir.
Qəsdim orda
ibadətdir.
O məzarı ziyarətdir.
NƏNƏM SAYALI XANIM
Nənəm Sayalı xanım çox səxavətli, şəfqətli, nurani, etiqadlı
bir qadın idi. O heç vaxt yaxşılığı münasibətlə etməz və etdiyi yaxşılığa
əvəz gözləməzdi.
Nənəm, bütün səxavətli insanlara,
təmiz, nurani varlıqlara xas olan keyfiyyətlərə malik idi. Odur ki,
onun kənd sakinləri arasında böyük hörməti vardı.
Sayalı xanımın atası- Hacı
Mahmud əfəndi Qarabağlı şair Mirhəmzə
Nigarinin tələbələrindən biri olmuş Şeyx Nəqşibəndi təriqətini
qəbul etmişdi. Xəlifəlik rütbəsinə yüksəlmişdi.
Nənəmin atası, müsəlman dininin
qadağan etdiyi oğurluq, əyrilik, xəyanət, sözgəzdirmək, aravurmaq,qapı
pusmaq arvad malına toxunmaq, qonşuya xəbis olmaq, nahaq qan tökmək,
insan təbiətindəki pisliklərə qarşı çıxıb, camaatı başa salarmış,
hədis edərmiş.
Nənəm belə humanist, müdrik
bir atanın himayəsində böyümüşdü. Nənəmin atası indiki Əlibayramlı,
keçmiş İncə kəndində yaşayıb. 1809- cu ildə vəfat etmişdi. O, öləndən
sonra camaat onun qəbri üstündə şam yandırlb, oranı ziyarətgaha çevirmişdi.
Nənəmi Daşsalahlı kəndində çox mötəbər olan Vəliağa Mirəliyev adlı
bir şəxs öz oğlu Mustafa ağaya istəyir. Nənəmin atası razılıq verir.
Nənəmin anası Xalisə xanım,
nənəmi çox istərmiş, təbiətcə çox həssas, zərif övlad məhəbbətinə
zəif bir qadın imiş. Odur ki, toy vaxtı atası 15 yaşlı Səyalını çağırıb
deyir:
- Qızım, ər ocağı dəyirman
bucağıdır, orada hər şey üyünür. Söz- söhbət də olur. Ananın ürəyi çox
incədir, evinizdə nə əhvalat baş versə anana demə. Böyüklərə hörmət
et, kiçiklərə qayğı bəslə.
Nənəm böyük qardaşı arvadı
Səadət xanımla bir evdə yaşayır. Səadət xanım olduqca ağırtəbiətli,
qayət xəsis hökmran bir qadın imiş. Hər şey onun ixtiyarında imiş. Nənəmin
günaşırı atası evindən gələn at yüklü dünya nemətlərinin də ixtiyarı
onda imiş, 15 yaşlı nazik, nəcib tərbiyə görmüş gəlin nənəm icazəsiz
heç nəyə əl uzatmazmış və məhrumiyyətdə yaşadığını heç kəsə deməzmiş.
Bunu görən müdrik qayınata
Vəli ağa oğlanlarını ayırır. Özü isə böyük oğlu ilə qalır ki, ona düşən
pay böyük oğula qalsın, çünki kiçik oğlu Mustafanın vəziyyətindən
artıq nigaran deyildi. Lakin Səadət xanım qayınatası Vəli ağaya
da pis baxır.
Nənəm Səyalı xanım belə nəql
edirdi: görürdüm, Vəliağa baba qapıda kefsiz oturub, bilirdim ki narahatdır.
Dərhal cücə kəsdirib, plov
bişirirdim. Babamı xörəyə dəvət edirdim. Baba gəlib xörəyi görəndə
deyərdi:
Ağrın alım! Nə bildin ki, indi
ürəyimdən bu xörək keçir?
Vəliağa babanın fındıqlı,
narlı, üzümlü, alçalı, badamlı, incirli, zoğallı,
Babanın üç oğlu vardı. Bağı
böləndə deyir:
- Mənim üç oğlum yox, dörd oğlum
var. - Nənəmi də özünə oğul hesab edir və bağı dörd yerə bölür. Biz o bağda
hey meydan sürərdik.
Nənəm bunu bizə danışıb əlavə edərdi:
- Getdiyiniz yerdə böyüklərə
hörmət edin, əliniz qat olmasın, ürəyiniz mərhəmətli olsun. Pislik-
pislik gətirər. - Mən də bunu nəvələrimə danışıram. Eyni sözləri
deyirəm.
HACI MAHMUD ƏFӘNDİ
VӘ TÜRKİYƏ SƏFƏRİM
Səyahәtlәrim аrаsındа әn kövrəyi, әn kədərlisi, әn fәrәhlisi
Türkiyәyə səyahətim оldu. İlk sаrsıdıcı kövrәkliyim Sаrpdаn kеçәrkәn
bаşlаdı. “Türkiyәyә gеdәn yоllаr” аdlı şeirim bеlә qurtаrır:
Yеtmiş bir il
bundаn әvvәl
Bu yоllаrlа
mühаcirәt dünyаsınа
Gеdәnlәri
yаdа sаldım,
Ürәyimi оdа
sаldım.
Хаtirәlәr
аlovunda
Hәsrәt ürәk
yаnır indi,
Tüstülәnә-tüstulәnә...
İnаnmırаm
bir vахt sәnә.
Mәn hәlә uşаq yаşlаrımdа bu yоllаrlа gеdәnlаrin kədərini, hәsrәtini,
nәnәmin göz yаşlаrını, hәmişә dоdаqаltı охuduğu qәmli bаyаtılаrı duymuşdum.
1896-cı ildә çаrın fәrmаnı ilә nәnәmin аtа, аnаsı qаrdаşlаrı, yеgаnә bаcısı
Türkiyәyә sürgün еdilir. Bu sürgünün sәbәbi isә bеlә idi: Nәnәmin
аtаsı Hаcı Mahmud Əfәndi хаlq аrаsındа çох böyük hörmәti оlmuş vә аli təhsil
аlmаq üçün Türkiyәyә gеdir. Оrаdа Şirvаnlı İsmаyıl Əfәndinin vә mövlаnа
Mirhәmzә Sеyid Nigаrinin rәhbәrlik еtdikləri аli ruhаni tәhsil
оcаğındа tәhsil аlıb, хәlifәlik rütbəsi ilә öz kәndi Аslаnbəyliyә qаyıdır.
Оrаdа öz hesabınа mәktәb аçır vә хаlqı düzlüyә, hаlаl әmәyә, хеyirхаhlığа,
özündәn zəiflәrә kömәyә, hаrаm оlаn hәr şеyә bаrışmаmаğа sövq еdir. Bununlа
dа хаlq аrаsındа böyük hörmәt qаzаnır. Хаlqа dеdiklərini öncә özünә tətbiq
еdәn bu cаvаn ruhаni хаlqın inаmınа, çәtin gününün mәslәhәtçisinә
çеvrilir. Оnun хаlq аrаsındаkı şöhrәtini qısqаnаn dindаrlаrdаn biri оnа
bеlә хәbәr göndәrir: Bir qаlаq quru оdun yığdır, yаndır, ikimizdә оrаyа
girәk, hаnsımız yаnmаsаq, dеmək хәlifә оdur. Хәlifә Hаcı Mаhmud Əfәndi
хәbәr gətirәni hörmәtlә qәbul еdib dеyir: O cәnаbа dеyin ki, mәn
gеcә-gündüz Allаh qаrşısındа diz çöküb ibаdәt еdirәm ki, о mәni cәhәnnәm
оdundа yаndırmаsın. Mәnim оdа girәcәk möcüzәm yоxdur. İstəyir özü girib,
çıхsın vә öz хәlifәliyini isbаt еtsin. Dаnоslаr dаlbаdаl gеdir. Hаcı
Mаhmud Əfәndi Аzәrbаycаnın “Şеyx Şаmilidir”. Bir sözlә: bütün müsәlmаnlаrı
çаr әlеyhinә qаldırа bilәr, burаdа Şеyx Şаmil hәrәkаtı bаşlаyıb, оdur ki,
1891-ci ilin ахırındа çаr оnlаrın Türkiyәyә sürgün оlunmаq әmrini vеrir.
Хәlifә Hаcı Mahmud Əfәndi bu әrәfәdә vәfаt еdir. Оnun ilini vеrәndәn
sоnrа öz оğlu аilәlәri ilә, аrvаdı, qızı аilәsi ilә Türkiyәnin Аmаsiyа
şәhәrinә gеdirlәr. Bir mülаhizәyә görә dә çаr оnlаrı Rusiyаyа sürgün
еtmәk әmri vеrir. Lаkin, Hacı Mаhmud Əfәndinin оrtаncıl оğlu (sоnrаlаr dövrünün
böyük аlimi kimi tаnınаn) və о illәrdә Türkiyәdә tәhsil аlаn gәnc Mәhәmmәd
türk vаlisinә, vаli Sultаnа mürаciәt еdir ki, onlаrı Rusеtә yox, Türkiyәyә
sürgün еtsinlәr, rus çаrı türk sultаnının хаhişini qәbul еdir. Hаcı
Mаhmud Əfəndinin bir qızı Dаşsаlаhlı Vәli аğаnın еvindә gәlin оlаn
(аnаmın аnаsı), nәnәm Sayаlı хаnım sürgünә gеtmіr. Аnаsı qızınа çох bаğlı idi vә yоl bоyu, kеcә-kündüz Səyаlım, Səyаlım dеyә gözü
yаşlı kеdirmiş. sоnrаlаr Sоvеt hökuməti dövrlәrindә yоllаr bаğlаnır, nәnәm
аnаsınа, bаcı-qаrdаşlаrınа hәsrәt qаlır. Nәnәmin dәrdi bununlа qurtаrmır,
оnun iki оğlu, bir qızının qәbirlаri Аmаsiyа türk tоrpаqlarındаdır. 70 ildәn
sоnrа mәn onların görüşünə onların mühаcirәtә gеtdikləri yоl ilә
gеdir vә хаtirәlәr ümidindә qәrq оlurdum. Nәnәmin “qаrdаşım, оğullаrım,
qızım” dеyən qәmli bаyаtılаrı qulаğımdа sәslәnirdi.
Аnаmın, nәnәmin söhbәtlәrindә аdlаrını еşitdiklәrim, mәni аilәmlә
аnаmın dаyısı оğlu dövlәt vәkili tәqаüdçü Kаmаl bəy Kаrаn vә оnun аrvаdı
хаlаm qızı Mәdihә хаnım dәvәt еtmişdilәr. Mәn оrаdа kеçirtdiyim günlərin
sеvincini, kədərini hәlә dә yаşаyırаm. О әzizlərin qәbirləri bаşındа mәn
bеlә bir tәsviri çәtin hisslәr yаşаdım:
Xəyаlımdа
yаşаtdığım,
Hәsrәtilә
bоyаtdığım
Аmаsiyа!
Tоrpаğınа
bаsdım qәdәm,
Аçılmаdı könlum
nәdәn?
Әzizlәrin
görüşünә
Gәldim qәbirlәr
bаşınа.
Hәsrәtimdәn
еlә dоndum
Kipriklәrim
hәsrәt qаldı
Bir dаmlаcıq
göz yаşınа.
Еlә yаndım,
еlə yаndım,
Tüstumü görәn
оlmаdı.
Dаş sоyuqdu,
tоrpаq lаldı,
Mәnә sәs vеrən
оlmаdı.
Mәnim bu qәmli
hаlımа
Göydә buludlаr
аğlаdı,
Yаğış yаğdı
nаrın-nаrın,
Bu mənim göz
yаşlаrımdı
Burdа qərib
yаtаnlаrın
Yudu qәbir
dаşlаrını,
Mәn bеlә görmәyә
gәldim,
Аnаmın
qаrdаşlаrını.
Qоri sеminаriyаsını tәzәcә bitirib, хаlq hәrәkаtınа qоşulmuş
20 yаşlı böyük dаyım dа Аzәrbаycаn dеyə-dеyә bu yоllаrlа mühаcirәtә gеtmiş,
30-cu illәrin “tәmizlәnmә” dövründә sinfi mәnsubiyyәtlәrinә görә
qоcа аtа-аnаsı Qаzаxıstаnа sürgün еdilmiş, kiçik qаrdаşının Аrаl gölündә
bаtdığını еşidib intihаr еtmişdi.
Böyük dаyımdаn kiçik оlan dayım Nәsib vәtәndәn gеdәcәyi gün bütün
günü yemәk yеmədi, pәrişаn bаğdа bir nаr аğаcının dibindә quru yеrdә
yatdı, nә qәdәr yаlvаr-yаxış еtdilәr, о öz kәdərinә qаlib gәlә bilmədi.
О il аtаmın vаfаtındаn sоnrа biz bаbаmgildә yаşаdıq. Dаyılаrım biz iki bаcını
çох sеvirdilәr. Mәn оnun yаnındа quru yеrdә ot üstündә оturdum, еvә gәlmәyi,
yеmәk yеməyi üçün оnа yаlvаrdım. О mәnim sözümü yеrә sаlmаdı, bundаn
sоnrаsını хаtırlаyа bilmirәm.
Türkiyənin Аmаsiyаdаkı qәbristаnındа mәn хәyаlәn оnlarla dаnışırdım.
Özümü tаmаm unutmuşdum. Hәyаtımı vәrәqlәyәndә görürәm ki, həyаt mәnә
nә qәdәr hәsrәtli duyğulаr bәхş еtmişdir. Аcı хаtirәlәrә yоldаş
оlmuşаm. Böyük dаyımа hәsr еtdiyim “Sәn gеdәndә» аdlı şеir bеlә bаşlаyır:
Sәn gеdәndә
mәn uşаqdım,
Аrхаnca hey…
bахdım, bахdım,
Bilmədim gedirsәn
niyə,
Аzәrbаycаn
dеyə-dеyə... .
.
. . .
. . .
. . .
. . . .
Nә bilәydim
bunu аncаq:
Bu yоllаr hәsrәt
yоllаrı,
Qürbәt
yоllаrı оlаcаq.
ATA HƏSRƏTİ
Nənə- baba evində günümüz nə qədər xoş keçsə də, atamızın yoxluğunu
hiss edirdik.
Atam çox cəld, zarafatcıl,
bizi hamıdan çox güldürən, oxşayan ata idi. O, çox yaxşı at çapır,
tez- tez Qazax,
Atam səsimizi eşidib, atını
dördnala çapar, qapıda sıçrayıb atdan düşər, başımızdan saçaqlı
konfet tökər, bizi başına qaldırardı. Biz başımızdan konfet tökən,
bizi başına qaldıran atamız üçün darıxırdıq.
Bacım Yaqut çox sakit və oturaq
qız idi. Məndən iki yaş böyük olduğu üçün çox şeyi dərk edirdi.
Mən qayətdə dəcəl idim. Daima hərəkətdə,
çiçək yığmaqda, qaçmaqda, tutmaqda idim.
Dayımla bağımızda qızılgül
şitilləri , atlı lobya, pomidor əkərdik. Bizim "məhsulumuz"
hazır olanda evdə hamı bizi tərifləyərdi.
Bağımızın başında bir gur
bulaq vardı, adına "qara bulaq" deyirdilər. Onun krantlardan
tökülən suyu böyük hovuza yığılardı. Biz dayımla o hovuzu
açıb aradan qajlarla bağa su axıdıb,
bağı sulamağı çox sevərdik.
Daşsalahlının Aşırlı hissəsi çox gözəl
idi.
Babamın evi Damcılı bulağın
altında, hündür bir təpə üstündə Aşırlı kəndin hissəsində idi.
Arxamız, qədim insanların
məskəni Avey dağ, qarşımız, bir az aşağıda indiki Aşağı Daşsalahlı kəndi, sünbüllü tarlalar,
biçənəklər, bağlar, uzaq kəndlər idi. Bu kənddən uzaq kəndlərə, Qazax
şəhərinə uzanan yollardan yazda daşqın, qışda qurumuş çaylar görünürdü.
Uşaqlığımın şüurlu hissəsi
Daşsalahlıda keçdiyi üçün oradan çox şey yadımdadır.
Biz yaylağa gedəndə, yaylaqdan
gələndə Göyəzən dağının ətəyində gecələrdik. O ulduzlu gecələrin
nağılını hansı qələmlə təsvir etmək olar?
Bəzən söz, təəssüratın gücünü
azaldır. Düşərgədə gecələdiyimiz vaxtlar mən anamın qolları arasına
sığınar, gözümü ulduzlu göydən ayırmazdım, onda nələr düşünərdim?
Necə həssas olardım...
İndi bunları düşündükcə
yenə də özümü o ulduzlu göyün altında, aran otlarının ətri arasında
hiss edirəm. Kövrəlirəm. O duyğularımı ifadə etməyə saz axtarıram.
Lakin o duyğuları hansı sözlə ifadə etmək olar?
YAYLAQLARDA BULAQLAR
BAŞINDA
Yaylaqlarda təbiətin vəhşi
gözəlliyinin hansı rənglə, hansı sözlə, hansı musiqi ilə təsvir etmək
olar. Bu gözəlliyə ana nəfəsi, nənə, baba nəvazişi də qarışmış ola.
Bunlar qana işləmiş gözəllik, ilahi duyğularıdır.
Bir dan ulduzu doğanda atlanıb,
arandan yaylağa yola düşürdük. Aran torpağının yay aylarında özünəməxsus
ətri, gözəlliyi var.
Biçənəklərin, bağların,
yovşanlı aran otlarının ətri, çoxdan yağış görməmiş torpağın, biçilmiş,
qurumuş otun, çiçəyin ətrilə dolu aran havası. Uzaq dağlardan əsən səhər
yellərinin dağ ətri, nəğməli səsi və uşaq aləminin təbiət kimi saf,
zəngin, rəngarəng, xəyalpərvər dünyası?..
Bizim bu gözəl dünyamıza
acı kədər də qarışmışdı, uşaq sevinci də.
Atamın həsrəti, anamın qəmi,
qüssəsi bizim uşaq qəlbimizə hopurdu...
Lakin, analı, nənəli, babalı
dünyamızda sevincimiz kədərimizə üstün gəlirdi. 1936- cı ildə məni
təzə öyrədilmiş erkək ata mindirdilər. Səhər alatoranda yola düşdük.
Gecə Çayqoşan adlı dağ çayının
sahilində gecələdik. Mən o gecələrin şeriyyatını yalnız yaşaya
bilirəm.
Babam çox tezdən durardı,
hava işıqlanmamış atı yəhərləndi, biz yola düşdük, yarıyuxulu, yarıüşümüş.
Atlarımız sıldırım bir yoxuşla qalxıb uca bir dağın başına çatdı, dağın
başında meşənin arasında salınmış cığır vardı. Dar cığırın hər iki
tərəfi uçurum və meşə idi. Uçurumun dibində burulğanlı dağ çayının
səsi gəlirdi.
Dedilər: atların yüyənini
boşaldın.Yüyəni boşaltdıq. Atlar özü zülmətdə biri- birinin dalınca
dar cığırdan irəliləyirdilər. Bu uzun, qaranlıq uçurumun üstündəki
yolu onların özləri sakit addımlarla keçdilər. Biz qaranlıqdan çıxanda
hava artıq işıqlanmışdı, qarşımızda işıqlı bir aləm açıldı. Çiçəklərinin
üstündə
Bu sətirləri yazarkən məni
ağlamaq tutur, sanki mən bizə cəsarət, mətanət verən o qüdrətli səsi
yenə də eşidirəm. Babamla bərabər, mahir sürücülər atlarını kənardan
çapıb, məni aparan atın qarşısına keçdilər və dayandılar, hürkmüş
at da dayandı. Mənim atımı dəyişmək istədilər, razı olmadım, bəlkə
də mən evdə həmişə təriflənməyə öyrənmişdim deyə bunu özümə sığışdıra
bilmədim.
Uca zirvələr, coşqun çaylar,
dərin dərələr, çiçəkli tarlalar, qaranlıq meşələr, nəğməli şəlalər
keçib "Dəli dağ" yaylağına çatdıq.
Burada, Miralıların yurd
yerində dayandıq. Bura babamın atası Vəli ağanın yurd yeri olmuşdu.
" Alağanın oğlanları", " Salehağa", "İslam
ağa", " Əhməd ağa" nın yurd yerləri bizdən aşağı hissədə
idi. Babam Mustafa ağanın yurd yeri hündür bir təpənin üstündəki yastanada
idi. Qarşıdakı hündür, başı dumanlı dağın döşündən yeddi bulaq çıxırdı.
Ondan bir az aşağıda Sarın bulaq adlı bir da bulaq vardı, suyu biz bulaqda
içirdik, deyirdilər bu bulağın suyu ən yaxşı, ən yüngül sudur. Həmən
təpənin üstündəki yastanada babalarımızın yurd yerində alaçıq
quruldu, ocaq çatıldı, quzu kəsildi. Qonşulara aran payı, meyvə və
quzu əti pay göndərildi. Bizdən əvvəl yaylağa gəlmiş çoban, quzuçu,
Biz uşaqlar çiçəklərə daraşdıq,
tüstülənən quzu kababı, nə buğlanan samovar bizi çiçəklər qədər məşğul
etməzdi, biz çiçəklərdən dəstə bağlayar, quzuqulağı,keçi saqqalı
dərər, yeddi bulağın dağın döşündən atıb, dərəyə tökülən ağ köpüklü
sularında çay aşağı, çay yuxarı ağ daşların üstü ilə qaçardıq. Su ilə
oynayırdıq. Taleyin mənə ən böyük bəxşeyişlərindən biri məni o təbiətin,
o insanların arasında az da olsa yaşamağa imkan yaratmağı oldu.
Miralaylar ocağı haqqında
indi professor Ziya Bünyadovun məqaləsini oxuyanda belə bir məsələ
yadıma düşdü. Babamın atasının evinin qarşısında bir yeri müqəddəs
hesab edib deyirdilər: bura Miralı ocağıdır, buradakı müqəddəs qəbirdə
Miralay basdırılıb. Babamgilin famiyaları Miralayev idi. Orada
arxeoloji qazıntı aparmaq faydalı olardı.
Atamgil Ağqaya adlanan yaylağa
köçərdilər. Ağqaya, Dəlidağ düşərgəsini hər tərəfdən əhatə edən
dağların dalında idi.
Anam, hərdən dağlara baxıb,
astadan həzin səslə oxuyardı:
Qəribin öz
dağları,
Tutubdu toz
dağları.
Yel vursun,
toz açılsın,
Görünsün öz
dağları.
Anamın kədəri əbədi oldu.
Lakin bacımla mənim Bakıda oxumağımız , həm də əla oxumağımız günəş
kimi bir kədər dumanımı parçaladı.Onun tutqun ürəyini işıqlandırdı.
Bir gün bacımla babagilin
yaylağında yeddi bulağın başında oturmuşduq, çobanılar da qarşı təpənin
döşündə sürünü otarırdılar. Yaxşı yaddaşı olan bacım Yaqut birdən
belə bir şeir oxuyub güldü:
A çoban, a
çoban,
Çal, tütəyin
çattasın.
Sür, qoyunun
ottasın,
Arxacında su
dursun.
Dəmbər itin
qudursun,
Ağ çuxan ağlar
qalsın,
Boxcan bağlar qalsın.
Şeir çox xoşuma gəldi, soruşdum ki, bunu hansı kitabdan oxumusan.
Dedi: biz ağ qayada olanda anam görür ki, yaxındakı " Nəhrə"
bulağının başında əvəlik kolları arasında bir qız ağlayır.
AYRIM QIZI BƏSTİ
Anam gedib on-on iki yaşlı bir qız görür. Bu qızı dindirir ki, sən
niyə ağlayırsan? Qız cavabında:
-Ögey anam məni döyür, evə
qoymur, - deyir. Anam qızı evə gətirib saxlayır. Adı Bəsti olan bu qız
ayrım qızı imiş. Bu qız 15- 16 yaşa gələndə bizim çobana aşiq olur. Eşqi
gizlində olduğu üçün çoban bir şey başa düşmür. Onda Bəsti, bacımın
dediyinə görə, bu şeiri mənə öyrədib deyir: bunu çoban gələndə oxuyarsan.
Sənə çoxlu nağıl danışacam. Mən də çoban sürünü sağına gətirən kimi
bu mahnını oxuyarammış. Bəsti sonralar o yaylaqdan yox olur, çox axtarışdan
sonra onun Edil adlı o çobana qoşulub
qaçdığı məlum olur. Biz uşaqlar Bəstinin nağılları üçün çox həsrət çəkirdik.
Bir gün bir-birimizə qoşulub
çoban Edilin dəyəsinə getdik. Bəsti evdə tək idi, bizi görəndə ağladı.
Nə yaxşı ki, xatirələr var. Həm də qocaların xatirələri cavanların məhəbbəti kimi alovludur.
MƏNİM ULU BABALARIM
DİLBAZİLƏR
ƏBDÜRRƏHMAN AĞA DİLBAZİ OĞLU
XVII, XVIII və XIX- cu yüzilliyin əvvəlinə qədər nəslimiz ziyalı
nəsli təmsil etmişdir. Bunu Firidun bəy Köçərli və Hüseyn Əfəndi Qaibov
kimi tədqiqatçılar da öz əsərlərində təsdiq edirlər.
Mən öncə "Şair" təxəllüslü
Kor Əbdürrəhman ağa haqqında bu iki tədqiqatçıların verdikləri məlumatı
və uşaqlıqda ailədə eşitdiklərimi bu kitabın hörmətli oxucularına
çatdırmaq istəyirəm.
Firidun bəy Köçərli
"Azərbaycan ədəbiyyatı" kitabında Əbdürrəhman ağa Dilbaz
oğlu "Şair" təxəllüs haqqında belə yazır: Mol
Deyirlər ki, Əbdürrəhman
ağa Qazax mahalının Cavad xana tabe olmasına səy güşiş edir və Cavad
xan ilə həmsöhbət imiş. Onların arasında bir sıra siyasi və mühüm məsələlər
barəsində məxfi söhbətlər olur.
İrakli şahın qəzəbi cuşa
gəlib şairin haqqında böyük zülm və siyasət edib, gözlərini çıxartdırır.
Bilmək gərəkdir ki, Əbdürrəhman
ağa həddən ziyadə məntiqli və dilavər bir adam imiş ki, doğru söyləməkdən
ehtiyat etməz imiş və öz eli içində nüfuzlu, möhtərəm və sözü ötkün
sayılarmış. Vəli mərhumun bədxahları və düşmənləri çox imiş. Öz işi
və səlahını unudub camaat dərdinə yanmaqdan axırı gözlərindən məhrum
olmuşdur.
Bəli, belə qədir və qiyməti
bilinməyən millət bahadırlarının haqqında deyirlər ki, "El
üçün ağlayan iki gözsüz qalar". Gözləri çıxarılandan sonra:
"Mən qəribəm vətənimdə, qazılar" misrasıyla başlayan şeiri,
sonra Cavad xanın ölümünə 21 bənddən ibarət müxəmməs, onun ölümünə şeirlər,
öz korluğuna çox təsirli "Dağlar" adında şeir yazmışdır. Bunu
Hüseyn Əfəndi Qaibov "Azərbaycanda məşhur olan şüarının əşarı məcmuəsində
təsdiq edir.
Şairin dağlar həsrətli
"Dağlar" adlı 9 bəndlik şeirindən ixtisarla yalnız 6 bəndi
verməklə kifayətləndim. Burada tarixi faktlar olduğuna görə mən
onu bu kitaba daxil etdim.
Bivəfa mülki
dünyada,
Könlü çox viranam,
dağlar!
Könlüm istər,
gözüm görməz,
Sizə mən heyranam,
dağlar!
Bizə çəkdi
fələk dağı,
Könlümüz qəmlər
varağı,
Qaralıb ömrün
çırağı,
Ağlaşır pərvanəm,
dağlar!
Qəsd olmaz
cana da,
Can tab etməz
hicrana da,
Neçə il zülmətxanada,
Buna zindanbanam,
dağlar!
Min iki yüz
on bir sənə,
Qəzadan ox
dəydi mənə,
Dövran bərkəs
oldu yenə,
Hicr oduna
yanam, dağlar!
Qırx bir sənə
oldu yaşım,
Zülmətdə sərgərdan
başım,
Bivəfa qohum-
qardaşım,
Necə düşmən
sanam, dağlar!
Şairəm, dünyaya
gəldim,
Bir zaman ağlayıb,
güldüm.
Məzlumam,
zülmilə öldüm,
Budur, son
nişanım, dağlar!
Şairin gözlərinin çıxarılması haqda eldən və ailədə eşitdiklərim:
deyilənə görə şair Qazax vəkilinin qızına evlənmiş imiş. Qazax vəkili
Gürcüstan şahı İrakli ilə yaxın dost imiş. Qazağın Tovuzdan başlamış
Gürcüstana ilhaq olunması haqda aralarında bağlanmış sazişi vəkilin
kürəkəni şair Əbdürrəhman ağa öz
dostu Cavad xana çatdırır, buna görə saziş pozulur. Bundan bərk qəzəblənən
gürcü şahı şairin gözlərinin çıxarılması üçün dostu vəkilə təzyiq
edir. Yusif Səmədoğlu "Qətl günü" kitabında yazdığı kimi
"qorxu və şöhrət hissi vəkilə qalib gəlir. Günlərin birində o,
öz kürəkənini evinə çağırtdırır, kürəkən atdan düşən kimi boynuna
kərən qoyub gözlərini çıxartdırır.
Bəzi tarixçilər, o cümlədən də Teymur Miralayev şairin gözlərinin
Tiflisdə, böyük meydanda İrakli tərəfindən çıxarılmasını söyləsələr
də el arasında və ailədə eşitdiyim birinci məlumatı şair özü "
Dağlar" şeirində belə təsdiq edir:
Qırx bir sənə oldu yaşım,
Zülmətdə sərgərdən başım,
Bivəfa qohum- qardaşım,
Necə düşmən sanam, dağlar!
Bunu da deyirdilər ki: onu gözləri çıxarılandan sonra ata mindirib
tək yola salmışlar. Vəfalı at onu evinə gətirmişdir.
Şair onu bu halda görüb vəkilin
üstünə yürüşə qalxan camaatın ağsaqqallarını çağırtdırıb onlara
deyir:
- Mən iki gözümü itirdimsə
gürcü şahı Qazax mahalını, Tovuzu, Şəmsəddini itirdi. Hansı qiymətlidir,
mənim iki gözümmü, yoxsa bu mahalın xalqı, torpağı? Mənim xatirimə
camaatı belə bir yürüşdən saxlayın. El eli, qardaş qardaşı qırmasın.
Ağsaqqallar şairin xahişini camaata çatdırır, el arasında sözü ötkün,
böyük nüfuza sahib şairin məsləhətlərini kənd camaatı qəbul edir.
Uşaqlıqda bunu da eşitmişəm
ki, şairin bacısı Şıxlı nücabalarından birisinə ərə verilmiş,
onun iki oğlu olmuş, Mustafa ağa "Arif" təxəllüs və Kazım ağa
"Salik" hər ikisi şair olub. Uşaqlıqda eşitdiklərim:
MAYOR MUSTAFA AĞA ARİF
Özündən sonra yaxşı ad qoyub gedənlərə və yaxşıların əməllərini
çatdıranlara eşq olsun!
Qazax- Şəmsəddin uğrunda
gözləri ovulmuş Kor Əbdürrəhman ağanın bacısı oğlanları tarixi şəxsiyyətlər
olmuş Mustafa ağa Arif təxəllüslə, onun kiçik qardaşı Kazım ağa
"Salik" təxəllüslə də özləri haqqında nəsillərə yaxşı xatirələr
qoyub gedən sənətkar şairlərdir. Böyük qardaş Mustafa ağa Arif haqqında
həm Firidun bəy Köçərli, həm Hüseyn Əfəndi Qaibov öz tədqiqatlarında
verdikləri məlumatla, onlar haqqında eşitdiklərimi oxuculara
çatdırmaq istəyirəm.
Qazax- Şəmsəddin uğrunda
Sibirə sürgün edilib, orda hətta qəbri belə itmiş Mustafa ağanın
sürgünə getməsi haqqında F. Köçərli yazır ki, Mustafa ağa Qazax mahalının
Şıxlı qəryəsində 188 hicridə təvəllüd edibdir.
Mərhum Mustafa ağa fars,
türk, hətta rus dillərini də yaxşı bilirmiş, özü də ziyadə dindar,
qeyrətkeş və həqiqətdə arif bir şəxs imiş. Vəli bu biçarə dəxi öz qeyrəti
və millətpərəstliyi ucundan çox bəlalara və müsibətlərə düçar
olub.
Mərhum Mustafa ağa Şəmsəddinli
Nəsib Sultan ilə dövlət nəzərində müttəhim olur, zaval təriqilə Rusiyaya
göndərilir.
Biynəva Arif Rusiyada çox
üsrət və zillət çəkir və orada vəfat edir. Odur ki Salim onun şənində
demişdir:
Biri Arif,
kona cövr etdi dövran
Ki, qürbətdə
şəhidü mübtəladır.
Arif Rusiyada məhbusvari
zindəkanlıq edən vaxtı öz halidilini bir neçə şeirlər vasitəsilə
yazıb, bəyan etmişdir.
KAZIM AĞA SALİK
Kazım ağa Salik haqqında Firidun bəy Köçərlinin tədqiqatını
oxuyarkən düşünürsən:
Dövran yetirir, insan itirir.
F. Köçərlinin dili ilə desək:
"Mol
Kazım ağa Şıxlı qəryəsində
təvəllüd tapmışdır. Əsil və nəcəbi Şamxordan ( Şəmkir) dir. Babalarına
Şıxzadə deyərlərmiş: onlar Qazaxlı qəryəsində yaşarlarmış. Anası
Dilbazi nücabələrindəndir. Salikin təlim-tərbiyəsi öz vətənində
olmuş. Onun babalarından biri Kür çayının yaxasında Şıxlı qəryəsini
bina etdiribdir.
Şairin öz vaxtına görə yaxşı
elmi, biliyi varmış. Türk, fars dillərini mükəmməl bilirmiş. Hər iki
dildə şelər yazıbdır.
Kazım ağa dünyada 61 il ömr
edib. Ölüm tarixi qəbr daşı üstündə
belə yazılıb: 1259(842). Rus şairlərindən Puşkinin və Lermontovun
müasiri olmuş. F.Köçərlinin şair haqqında müfəssəl tədqiqatından
ixtisarla bu parçanı oxucularla təqdim edirəm.
Böyük qardaşı Mustafa ağa
Arifin sürgündən ona yazdığı bu məktuba Kazım ağanın verdiyi cavab
da çox ürək titrədəndir. Bu qardaşların şeirləri babamın evində oxunardı.
Bir-birimizə yaralı bir məhəbbətlə
bağlı olan yeganə bacım Yaqutla mən hərdən ayrı düşəndə öz yaralı məhəbbətimizi
bu şeirlərlə məktublara yazıb izhar edərdik.
Arifin sürgündən Salikə
yazdığı cavab:
Can zaru tənim
nizar sənsiz,
Ömrüm başa
yetdi, yar, sənsiz.
Fəryad ki,
dövr namüvafiq
Qoydu məni,
ey nigar, sənsiz.
Dil qönçəsi
qan olub, açılmaz,
Yüz min gər
ola bahar, sənsiz.
Yox məndə qəraru,
tabu, taqət,
Tab etmək
olurmu, yar, sənsiz!
Ey gül, gecə-
gündüz Arif ağlar
Bülbül kimi
zar- zar sənsiz!
Salikin Arifə yazdığı şeir:
Dərdim ki, olub ziyadə sənsiz,
Canım üzülür
məbadə sənsiz.
Şaha, gələ
gör ki, fərz könlüm
Cəngində
oçub piyadə sənsiz.
Canım çıxar
oldu həsrətindən,
Ömrü gedər
oldu badə sənsiz.
Saqi, yetə
gör ki, həsrətində
Qan oldu qədəhdə
badə sənsiz.
Kazım ağa Salik haqqında eşitdiklərim: Salik ana tərəfdən mənə,
ata-baba tərəfdən İsmayıl Şıxlıya qohumdur. İsmayıl Şıxlıdan bir
gün soruşdum ki, Salik haqqında nə bilirsiniz? Dedi:
- Atam bizə danışardı ki, nəsildən
iki gənc gəlib Kür çayının yaxasında ev tikib, yurd salıblar, onlardan
biri Dilbazi nəslindən qız alıb. Salik "Şiri Dilbazi" dediyi
o qızdan Ariflə Salik doğulmuşlar.
Salikin, Arifin anaları o
Dilbazlı qızı şair Əbdürrəhman ağanın qızına nişanlı imiş. O vaxtın
adətinə görə, oğlan toy gününə qədər qız evinə ayaq basa bilməzmiş.
Günlərin birində Salikin anası deyir:
- Dayın bu gün bizə gələcək, xəbər göndərmişdi. - Salik bunu eşidən
kimi ata minib dayısının kəndinə yola düşür, yolda ona yaxınlaşan
bir atlı onu çağırır:
- Ay atlı, ay atlı!
-Əyləndim, gələn atlı!- deyə Salik dayısını tanıyıb cavab verir.
Dayı ona yaxınlaşıb deyir:
-A Kazım, sözün gerisini
şeirlə desən kəndə getməyə sənə icazə verərəm.
Salik deyir:
- Sinəm hicran şanası,
Ox vurdun gələn atlı!
Salikin sözü xoşuna gəldiyi üçün dayı Saliklə bərabər oradan
öz kəndinə qayıdır.
Bilsə idim ki, iki yüz ildən
sonra bu millət fədailəri haqqında
mən də söz demək ehtiyacı duyacam, söhbətlərə uşaq diqqətilə deyil,
böyük fəhmi ilə qulaq asardım. İndi eşitdiklərim sapı qırılmış təsbeh
dənələri kimi fikrimin qırılmış sapına heç vəchlə düzülmür.
Yalançı təbliğatın gücü
ilə öz tarixinə düşmən kəsilib "təmizlənmə" illərində Qazax
rayonunun arxivini yandıranların cəhaləti ucundan biz boş təknədə
çörək axtaran yoxsullara oxşayırıq.
Nə yaxşı ki, xalqın Firidun
bəy Köçərli və Hüseyn Əfəndi Qaibov kimi münəvvərləri varmış ki, onların
da indiyə qədər nə faciəli ölüm, nə də doğum tarixlərini qeyd etmiş,
nə də millətə etdikləri xidməti üçün əsil qiymətlərini vermişik.
Firidun bəyin babamın haqqında yazdıqlarını müxtəsər, ixtisarla
vermişəm. Qaibovun kitabında Salikin 30-dan çox şeiri toplanıb ki,
onları təkrar etməyə ehtiyac olmadı.
ALLAHYAR AĞA VƏ OĞLU ŞAİR HACIRƏHİM
AĞA “VƏHİDİ”
Firidun bəy Köçərli, Azərbaycan ədəbiyyatı tarixi kitabında
(ikinci cild, səh.249) " Dəyanətkar", " Səxavətşüar"
dediyi Allahyar ağa atamın babasıdır. Allahyar ağanın 1882- ci ildə
doğulmuş oğlu şair Hacırəhim ağa "Vəhidi" təxəllüs haqqında
Firidun bəy yazır:
"Qazax şairlərinin mötəbər
və münəvvərlərindən biri də Hacırəhim ağa "Vəhidi" olmuşdur.
Hacırəhim ağanın abavi əcdadi zehni açıq, dərrakədə məşhur, naqislik
məharətli, həmçinin şeriyyətdə və məlum və məşhur ümərayi Dilbazidir
və şairin atası Allahyar ağa dəyanətkar, səxavətşüar bir bəy olmuşdur.
Hacırəhim ağanın ülamayi,
füzəlayi şüəra sinifi ilə arası xoş olduğuna görə onlar ilə oturub-
durar, söhbət edər, məclislərində vaxtlarını inşayi-şeir və imlayi nəzmə sərf edərlərmiş. Həm də
onlara çox hörmət, mərhəmət göstərərmiş. Hicrinin 1276- cı ilində həccə
gedərkən İstanbulda Mövlana Mirhəmzə Seyid Nigari ilə görüşmüş , məlumunuz
ola ki: ondan əvvəl Mövlana Mirhəmzə seyyid Nigari bundan əvvəl bir il Xanlıqlar
kəndində Allahyar ağanın qonağı olmuşdu. O kənddə Mövlananın çoxlu
dostları varmış. Hacırəhim ağa həccdən qayıdanda da Mövlana ilə İstanbulda
görüşmüş və Mövlana ona çox hörmət göstərmiş. Sonradan onların arasında
məktublaşma olmuş, Hacırəhim ağa mürşidini unutmamış, ona şeirlər,
qəzəllər də ittihaf etmiş, onlardan nümunələr (ixtisarla):
Dualar eylərəm
daim, bulud qoymaz göyə çıxsın,
Gədayə bu tərəhhümdür,
buludlar ayaz etsən!
Çevirindən
eşq camından məni dəryaya qərq etsin,
Dərindir
eşq dəryası, mənimçün bir dayaz etsən!
Allahyar ağanın daha üç oğlu
haqqında ailədə eşitdiklərim.
Allahyar ağanın üç oğlu,
bir qızı olandan sonra arvadı ölür. O, Xanlıqlar kəndində çox mötəbər
sayılan " Qaraxallar" nəslindən Eminə adlı bir qızla evlənir. Eminədən
onun bir oğlu olur, adını Məhəmmədkərim qoyurlar. Məhəmmədkərimin
anası o rəiyyət qızı Allahyar ağanın uşaqlarına doğma ana kimi
qayğı bəsləyir. Bununla bütün Dilbazi nəslinin hörmətini qazanır.
Allahyar ağanın Həşkərim
adlı oğlu çox əzazil, dünyagir olmaqla həm də çox qoçaq, cəsarətli,
şücaətli bir gənc olub.
Abbasmirzənin hücumlarında
Dilbazi mülkədarları ilə qəhrmanlıqla döyüşmüş və qıçından yaralanmışdı.
Yara sağalsa da o axsayırmış. Odur ki, ona eldə " topal Həşkərim"
deyərdilər.
Həşkərimin birinci arvadından
Əbdürrəhim adlı bir oğlu, Güləndam adlı bir qızı olandan sonra arvadı
ölür.
Topal Həşkərim Daşsalahlı
kəndində çox mötəbər sayılır. Vəli ağa Miralayevin 16 yaşlı gözəl
qızı Xanımqızla evlənir.
Ailədə hökmran olan Vəli ağa
ilk elçini geri qaytarmazdı.
Xanımqızın bu kişidən bir oğlu oldu. Adını İsmayıl
qoydular. Xanımqız ikinci uşağa hamilə qalanda kişi vəfat edir. Doğulan
uşaq oğlan uşağı olduğu üçün ona atası
Həşkərimin adını verirlər.
O dövrün adətinə görə evdə
subay qardaş varsa uşaqlı arvadı evdən çıxarmazdılar. Odur ki, Xanımqız
Xanımqızın danışdığına
görə çox nəcib, savadlı, həyalı bir gənc olan Məmmədkərim bu işdən o qədər utanır ki, iki il Dilbazi
mülkədarlarına məxsus olan Karqaya meşəsində sərgərlərdə yaşayır,
evə gələ bilmir.
İki ildən sonra böyük qardaşlarının
təkidi ilə evə qayıdır. Bunu da deyirdilər ki, Məmmədkərimlə Xanımqız
həm yaşca, həm gözəllikcə bir- birinə yaraşırmışlar.
Məmmədkərimin təhsilində,
tərbiyəsində böyük qardaşı Vəhidinin və şərq ədəbiyyatını, ərəb,
fars, türk dillərini şair qardaşı
Vəhididən pis bilməyən özündən böyük qardaşı Paşa ağa məşğul olubmuş.
ŞAİRƏ ŞƏHNİGAR "RƏNCUR" TƏXƏLLÜS
Söz Paşa ağaya çatanda söhbət uzanır, onun arvadı nənəm Sayalı
xanımın tez-tez qonağı olan Şairə Şəhnigar xanım "Rəncur" təxəllüsdən
danışırdılar.
Axşamlar çay süfrəsi ətrafında
şairənin atası Kazım ağa Qiyasbəyli
haqqında söhbət getdiyi bir az yadımdadır. Nənəmin xalaqızı
Abgünəş xanım Qiyasbəyli İbrahim ağanın arvadı idi, odur ki, bu familiya
ilə yaxın qohumluq əlaqələrimiz də vardı.
Firidun bəy Köçərlinin Rəncur
haqqında yazdıqlarını təkrar etmədən, nənəm Səyalı xanımdan eşitdiklərim
belə yadıma gəlir: Rəncur tez- tez nənəmə qonaq gələrmiş. O, Ağköynək
kəndində, nənəm Daşsalahlı kəndində yaşayırmış. Nənəm danışırdı
ki, əlində Mövlana Seyyid Nigarinin divanı, Rəncur günlərlə o divanı
oxuyub ağlayırmış. Çox ibadət edərmiş, günlərlə yemək yeməz, yuxu
yatmaz, nitqi olmaz, heç kəslə danışmazdı.
Rəncur Quranın bir ayəsini
xalçaya toxuyub, Türkiyəyə Seyyid Nigariyə göndərmişdi. Seyid Nigarinin
ona yazdığı təşəkkür Firidun bəy Köçərlinin (2- ci cild, Azərbaycan ədəbiyyatı)
kitabında dərc olunmuş şeir budur: (ixtisarla).
Nigari nazəninim
fərşi- bəzm araya göndərmiş,
Nigariş eyləmiş
rəngi- tərin şaydayə göndərmiş.
Rəvac olsun
deyərdim hüsnü bazari- məlahətdə,
Ki, qəngin aşığı-
şeydasına sərmayə göndərmiş.
Gözəl nəqiş
nigariş eyləmiş zibaşərin yazmış,
Müəyyən müshəfi
ruxsaridən bir ayə göndərmiş.
Deyil biyməna
bu ikrami- ziba ol mələksima,
Əmiri- həmzəyə,
əlbətdə, bir mənayə göndərmiş.
Firidun bəy Köçərli Qazax
şairlərinin nazik təblərindən birisi dediyi Nigar xanım Rəncur
da öz sırasında Nigariyə şeirlər
ittihaf etmiş.
Şeirə, sənətə aludə, arvadı
Rəncürə çox bağlı, kişi kimi qəddi- qaməti, sir- sifəti yaraşıqlı
Paşa ağanın bütün səylərinə baxmayaraq, şairə Şəhnigar "Rəncür"
təxəllüs artıq tərki dünya bir əhvali ruhiyyə keçirirmiş.
Günlərin birində şairə nənəmə
qonaq gələrkən arabası Akstafa çayını keçəndə o bütün qiymətli qadın
ziynətlərini Akstafa çayına atır.
Bu tərki dünyalığın bir səbəbi
də, bəlkə onların övladlarının olmaması imiş. Odur ki, Paşa ağa ona
övlad sədaqətilə bağlı olan kiçik qardaşı Məmmədkərimə bütün mülkünü
vəsiyyət edir.
Məmmədkərimin atası Allahyar
ağa mülklərini oğullarının arasında böləndə ən az pay bu rəiyyət qızından
olan oğula düşmüşdü.
Odur ki, ölüm ayağında Allahyar
ağa da öz payına düşən mülkü kiçik
oğlu Məmmədkərimə vəsiyyət edir.
Beləliklə, Dilbazi nücabalarının
xor baxdığı Eminənin oğlunun mülkü
qardaşlarının mülkündən çox olur.
Atasının ölümündən sonra
atama keçən bu mülklər demə ki, onun əzraili imiş. Xanımqız nənəmizin Məmmədkərim babadan iki qızı bir oğlu
olur. Uşağa Paşa ağanın adını verirlər.
NƏNƏM XANIMQIZ BƏDBƏXTLİK
TAXTI ÜSTƏ
Xanımqız mənim atamın anasıdır. Xanımqızın ən xoşbəxt günləri
ikinci əri Məmmədkərim ağa ilə olmuşdur. Birinci əri Həşkərim ağa nə
qədər sərt xasiyyət, əzazil olmuşsa , Məmmədkərim o qədər xoşrəftar
ləyaqətli bir gənc olmuş, heyif ki, bu xoşbəxtliyin ömrü çox az olmuşdur.
Böyük qardaşı Həşkərim ağa
kimi çox qoçaq, cəsur olan Məmmədkərim ilxıdan xam atları özü kəmənd
atıb tutur və öyrədirmiş. O bir gün yenə ilxıdan bir xam ata kəmənd atıb atı tutur. Ancaq kəmənd
qoluna dolaşır, güclü at onu sürüyür, belindəki xəncər qından çıxıb
onun qolundan şah damarına sancılır və o qan aparmadan ölür. Xanımqız
birinci ərindən 4 uşaq, Məmmədkərimdən üç uşaq hesabiylə 7 yetim arasında
tək qalır.
Ancaq:
Arvadın mərdi,
Yenər hər dərdi.
Namus taxtı üstə oturan qadınlara
el həmişə arxa olmuş. Deyilənə görə atası öləndə atam üç yaşında
imiş. Atamdan ona miras qalan böyük mülkün qəyyumluğunu, atamın nənəsi
Eminənin qardaşları, eldə çox mötəbər sayılan Qara İsmayıl ilə
onun qardaşı Oruc kişiyə verirlər.
Qaraxallar nəslindən olan
bu hörmətli kişilər tək mülkü idarə etməklə kifayətlənməyib, həm də
öz peşələrini bacıları nəvəsinə öyrətməyə çalışırlar.
Deyilənə görə onların bacıları
oğlu Paşa da çox cəld, fərasətli, işgüzar bir gənc olub. O, dayılarının təsiri altında
kənd təsərrüfatı işlərini tamam öyrənir, onların biliciləri
olur.
Lakin çox keçmir ki, xalq ilə
yaxın ünsiyyətdə olan Eminənin nəvəsi
işgüzarlığına və bu ünsiyyətinə görə xalq arasında böyük hörmət
qazanır. Çox mötəbər şəxslər olan
Oruc kişi ilə Qara İsmayıl ona dönə- dönə deyirlər: bəylərə qoşulma,
camaatdan ayrılma.. Xanımqız birinci ərinin gənc yaşlarında vəfat
etmiş arvadından doğulan Əbdürrəhimlə Güləndamı da ana məhəbbətilə
böyüdüb. Əbdürrəhimi evləndirir və atasının bütün mülkünü ona verir.
Çox nəcib bir gənc olan Əbdürrəhim də ömrünün axırına qədər ona ana kimi
hörmət edir və onun əmisindən olan kiçik Paşaya böyük qardaş münasibəti bəsləyir.
Anam deyirdi: o rəhmətlik
Xanımqızla allah gözəlliklə bədbəxtliyi bir yerdə verdi. Çox sərt, əzazil olan birinci
əri Həşkərim ağadan çox sərt üzlər, qısqanc hərəkətlər görmüş bu qadın,
qayınlarının təzyiqi ilə getdiyi ikinci əri Məmmədkərimə həmişə
rəhmət oxuyarmış.
Özünün gəlinlərinə danışdığına
görə Məmmədkərim çox həyalı, qadın ləyaqətini uca tutan, bəyəndiyi
şeirləri Xanımqıza oxuyan, ona dünya tarixindən çoxlu hekayələr
danışan bir gənc imiş. O illərdə Məmmədkərimdən qalan Paşa və onun
iki bacısı Hilal ilə Güllüzarla onun birinci ərinin adını daşıyan Həşkərim də gənclik yaşına çatmışdı. Həşkərim
oğlu Həşkərim çox xoşrəftar , hamıya hörmətli, ləyaqətli bir gənc
imiş.
Anam danışırdı: Həşkərim
ağa babası Vəli ağanın evinə tez- tez gələrdi. O uşaqları, biz uşaqlar
da onu çox istəyər, həmişə yolunu gözləyər, gələndə qabağına qaçardıq.
O da ciblərimizi konfetlə, badamla, fındıqla, qaletlə doldurardı.
Atası hökümlü Vəli ağanın
təkidiylə Xanımqız bir gün qardaşı Mustafanın 9 yaşlı qızı Cavahirə
oğlu Paşa üçün elçi gəlir. Bu qəribə vaxtsız elçiliyə ata, ana razı
olmasa da ailənin " Patriarxı" sayılan babanın rəyini dəyişmək
olmur.
Günlərin birində Həşkərim
yenə babasının evinə nişan gətirir. Uşaqlar onun qabağına qaçırlar
9 yaşlı nişanlı Cavahir də qızlarla bərabər. Anam deyirdi: Həşkərim
ağa məni görəndə gülümsündü., başımı sığalladı., yenə də ciblərimi
gətirdiyi şirniyyatla doldurdu. Bu xəbər Vəliağa babaya çatır, o
Cavahiri çağırıb deyir:
- Sən bir də Həşkərimin qabağına qaçsan qıçlarını sındıraram.
Mən başa düşə bilmədim ki, mən niyə Həşkərim qağamın qabağına qaça
bilmərəm.
Xanımqızın bu sevinci içində
ona yeni kədər üz verdi: onun nazik, nəcib təbiətli oğlu Həşkərim vəfat
etdi, ondan iki övlad qaldı. Tezliklə uşaqların anaları da dünyanı
tərk etdi, Xanımqız bu körpələri
götürüb oğlu Paşanın himayəsinə verdi. Paşa da onları əziz
saxladı.
İndiyə qədər olanların hamısına
Xanımqız allahın hökmü, alın yazısı kimi baxır, səbr- mətanətlə işlərini
yoluna qoyurdu. Lakin iki hadisədən danışanda o həmişə ağlayarmış.
Bunun biri:
Qazax- Şəmsəddin uğrunda
gözləri ovulmuş, cismən də, mənən də
gözəl, nəcib insan olan elin sevimlisi şair Əbdürrəhman ağanın korluq
iztirablatı, ikincisi birinci ərindən doğulub körpəliyindən atasız
böyütdüyü qəddi- qamətli, gözəlliyindən, şirin söz- söhbətindən
doymadığı əziz-ərkə böyük oğlunun gənclik ehtirası- dəliqanlılığı
ilə nəsildə etdiyi haqsız bir qan işi üçün 20 il Sibirə sürgün edilməsi
idi. Xanımqız və Həşkərim oğluna atalıq edən uşağın əmisi Məmmədkərim onu qurtarmaq üçün
var- yoxdan çıxırlar, lakin bir şeyə nail ola bilmirlər. Allaha inamlı
Xanımqız gecə-gündüz bu illərin ömrünü qısaltmaq üçün nə qədər dua
edirsə allah onu eşitmir və bu sürgünün
ömrü 25 ilə uzanır. Bu illər ərzində sanki bir daş quyuya düşür,
gözüyaşlı anaya oğlundan bir xəbər gəlmir. Yalnız 25 ildən sonra günlərin
birində Xanımqızın qapısını xurmayı saçlarına dən düşmüş, qəddi-
qaməti düzgün, uca boylu 45 yaşlı gözəl bir kişi açır. Bu gözəl kişi
onun 25 il gözüyaşlı yolunu gözlədiyi əziz oğlu idi. Özündən - yəni
sürgünə getdiyi ildən 5 il sonra doğulan Paşa da artıq 20 yaşın ilk
pilləsinə qədəm qoymuşdu. Cavahir də artıq 15 yaşına girmək ərəfəsində
idi.
İki sevinc bir- birinə qarışmışdı.
Artıq Xanlıqlarda ana, Daşsalahlıda hökmlü baba Paşa ilə Cavahirin
toyuna hazırlaşırdılar. 1903- cü ilin günəşli bir günündə Cavahiri
faytona oturdular. O fəryad qoparır. Anam danışırdı: Haraya, nə
üçün getdiyimi dərk etmirdim. Fayton tərpənəndə özümü yerə atmaq istədim,
yanımda oturan arvadlar məni tutdu, əllərimi uzadıb yoldaşlarım,
a yoldaşlarım- deyə onları çağırıb ağlayırdım. Beləcə a yoldaşlarım,
- deyə- deyə kənddən çıxdıq. Damcılı bulaq da, oyun yoldaşlarım da, bəzədiyim
gəlinlər də hamısı arxada qaldı. Mən ər evinə- Xanlıqlar kəndinə gəldim.
Ər evində bibim Xanımqızı
görəndə ürəkləndim, göz yaşlarım qurudu. Ancaq axşam gərdək dalından
yanımdakı arvadlar, Xanımqız bibim gedəndə bərk qorxdum. Qorxu getdikcə
güclənir dişim- dişimə dəyib şaqqıldayırdı.
Birdən qapıdan bir oğlan girib
mənim yanımda oturdu. İndi qorxudan əsirdim, dişlərim bir - birinə
elə şaqqıltı ilə dəyirdi ki, bunu görən oğlan gülümsəyib mənə dedi:
- Məndən niyə qorxursan, mən
sənin bibin oğluyam.
Səhər yuxudan oyanıb Xanımqız
bibimi yanımda görəndə ürəkləndim. Beləliklə, yavaş- yavaş həm bibimə,
həm oğluna, həm bibim evinə alışdım. Bibim mənə öz doğma qızları kimi
baxırdı. Mən də onun qızlarını çox sevir, onlardan ayrılmırdım. Anam
o evə gözü yaşlı girib, 13 ildən sonra oradan yanında iki qız balası
gözü yaşlı çıxdı.
Allah nənəmin ruhunu mələklərə
yoldaş etsin.
Şəhid oğlu Paşanın ölümünü və əziz gəlini qardaşı qızı Cavahirin
göz yaşlarını Xanımqızın indi yalnız ruhu duyur və həmişə onun iki
ata həsrətli qızının, yetim nəvələrinin ətrafında dolanırdı.
NƏSLİMİZİN FƏLAKƏTİ
Təbiət gül də bitirir, tikan
da, dərman otları, çiçəklər, zəhərli otları da.
Nəsillər də belədir: hər nəsildən
həm böyük şəxsiyyətlər olmuş, həm şöhrət, sərvət, mənsəb hərisləri
yetişmiş, onlar bunun üçün doğmalarının qanlarını tökməyə belə çəkinməmişlər.
Bədii ədəbiyyatda, nağıllarda,
dastanlarda bunların çoxu ilə qarşılaşmışıq.
Məşhur "Yusif- Züleyxa"
poemasında atalarının kiçik qardaş Yusifə olan məhəbbətini qısqanan
qardaşlar onu səfər vaxtı quyuya salıb, atalarına onun ölüm xəbərini,
qanlı köynəyini gətirirlər.
Şekspirin " Hamlet"
əsərində qardaşının tacı- taxtına, gözəl arvadına sahib olmaq istəyən
qardaş öz qardaşını zəhərləmirmi?
Alim- yazıçı Mirzə İbrahimovun
" Pərvanə" adlı tarixi əsərində eyni fəlakətlə qarşılaşırıq:
Yeganə varislik həvəsinə düşmüş qardaş öz qardaşını zəhərləyir.
Bu faciə bizim nəsildə də
baş vermişdir. 17, 18 və 19- cu yüzilliklərin axırına qədər nəslimiz-
ziyalı- mülkədar nəsli təmsil etmişdir.
Ziyalı nəsli təmsil edənlərin
ölümündən sonra nəsildə bir boşluq əmələ gəlib.
F. Köçərli haqqında yazdığı
Hacırəhim ağa Vəhidi Vəhi təxəllüsünün oğlanları, qızı bu boşluğu
doldursalar da yenə də azlıq edib.
Vəhidinin böyük oğlu Camal
ağa Türkiyədə yüksək ruhani Mir Həmzə Seyyid Nigarinin idarə etdiyi
ali təhsil ocağında təhsil alıb vətənə
qayıdır.
Öz vətənində nəsillərini
maarifləndirməyə çalışır. Lakin 30-cu illərin "təmizlənmə"
dövründə sürgün edilir. Bu faciəli sürgün həyatı onun bütün arzularını
puç edir.
Mərhumun yalnız yazıb, hələ
nəşr olunmamış şeirləri yadigar qalmışdı. Vəhidinin kişi cürətli
qızı Səyalı xanım Karqaya meşəsindən Xanlıqlar kəndinə öz hesabına
bulaq çəkdirmiş, lakin gənc yaşlarında dul qaldığı üçün bulaq kəndə çatmamış, kənddən xeyli
aralı bir təpənin ətəyində qalmışdı. Mən uşaq olanda içməli suyu imkanlı adamlar bu bulaqdan gətirər və
ona Səyalı xanım bulağı deyərdilər. Hörmətli ziyalılardan biri
olmuş, xalq artisti, rəqqasə Əminə Dilbazi, mühəndis Əzizə Dilbazi
onun qızlarıdır. Nəslimizdə diplomsuz müdrik, xalq hörməti qazanmış,
Tiflisdə, Gəncədə mötəbər sayılan, çox saylı ziyalı dostları olan:
Böyük ağa, Çingiz ağa, Əbdürrəhim ağa, Baba Hüseyn ağa, İsmayıl ağa və
adlarını unutduğum adlı- sanlı, səxavətli, xeyirxah, yaşlı nəsli təmsil
edən kişilər də yetişmişdi. Cavan atam da əmizadələrinin xeyirxah
duyğuları ilə tərbiyələnib, inkişafa can atırdı.
Sinfi mənsubiyyətlərinə
görə, rast gəldikləri məhrumiyyətlərə , maneələrə baxmayaraq, nəslimizdən
üç kənd təsərrüfatı elmləri namizədi Hacı Dilbazi , Xanım Dilbazi,
Rəşid Osman oğlu Dilbazilər ( onlar da məktəbdən- məktəbə qovulmasıydılar
elmdə daha uca yer tuta bilərdilər), tibb elmləri doktoru, Nəcməddin
Hacıyev (Dilbazi), bir xalq aktrisası- Əminə Dilbazi , xalq şairi
Mirvarid Dilbazi , ömürlərini xalq maarifinə həsr etmiş iki qocaman
pedaqoq: Vəli Dilbazi, " Məhəbbət qocalmır", " Ağ yasəmənlər"
povestlərinin müəllifi Yaqut Dilbazi.
Bunların da hərəsinin faciəli bir həyatı olmuşdur.
Bacım Yaqutla mənə gəlincə,
bir " ləğv" olunmuşların
qalqısı idik. Odur ki, bizim haqqımızda yaxşı insanlar yaxşı söz deməkdən
çəkinirdilər. Şükür ki, pis söz də deyən yoxdu. Mərkəzdə oxuduğumuz
ali məktəblərdən Xanlıqlar, Daşsalahlı
kəndlərinə bizim haqqımızda göndərilən sorğulara, xeyrimizə cavablar
gəlirdi. Biz iki bacı, bir ana camaatın köməyi ilə sürgünlərdən, qırğınlardan
uzaq olduq. Lakin maddi məhrumiyyətin pəncəsindən qurtara bilmədik.
Çünki, var-yoxumuz babamın evində qalmışdı.
İçərişəhərdə məşhur folklorçu
Əbdülqasımın evində 9-10 kv.m ölçüsündə bir otağımız vardı. Bu otaqda
bir dəmir krovat, bir kiçik divan, bir qarğı kitab rəfi, bir kiçik yemək
stolundan başqa bir şey yox idi. Biz iki bacı orta məktəbdə müəllimlik
edirdik. Qeyrətli ana bu az pulla bizi
gözütox, ürəyişad, gələcəyə ümidlə dolandırdı.
O illər ölkədə hər şey qıt, bəlkə
də yox idi. Geyim- gecim üçün hökumət
qızıl mağazası açmışdı. Biz iki bacı da seminariyadan aldığımız iki qızıl medalı və anamızın əldə olan- qalan qızıl
ziynətləri verib oradan bir- iki dəst paltarlıq parça aldıq.
Yuxarıda haqlarında söhbət
açdığım "yetimlərin” də hərəsinin faciəli bir həyatı olmuşdur.
Bu faciə, bu məhrumiyyətlər,
bu çətinliklər içində onların yoluna işıq salan xalqın xeyirxah
adamları, zəhmətə bağlılıqları, bir də nəsildən gələn
FAMİLİYALAR NECƏ DƏYİŞDİ
Professor Yusif Yusibovla kiçik qardaşı Nadir hələ çox uzaq yaşlarından
ata- analarını itirdilər, qapıları bağlı qaldı. Onların mülkədar qohumlarından biri onları
öz təsərrüfatlarında işlətmək üçün apardı.
Kənddə Sovet hökuməti qurulub, komsomolun qılıncının dalı-
qabağı kəsəndə Yusif komsomola girmək istədi. Bir partiyaçı dedi:
- Bəy oğlunun komsomolda yeri yoxdur.
Bu köməksiz yeniyetmənin düşdüyü sarsıntını görən kəndin xeyirxah
kişilərindən biri dedi: - A bala, sizin nəslə Yusif ağalılar da deyirlər,
familini dəyiş, işin irəli getsin. Beləliklə, Yusif Dilbazi və onun
qardaşı Nadir "Yusubov" oldu.
Nəcməddin Hacıyev, F. Köçərlinin haqqında yazdığı "Vəhidi"
təxəllüslü şair Hacırəhim ağanın nəticəsi idi. Onun ata babası İbrahim
ağa da öz atası Vəhidi kimi, şərq elmlərini dərindən bilən, fars, ərəb,
türk dillərinin bilicisi və şair idi. 30-cu illərin "təmizləmə"
dövründə onun cavan oğullarını güllələyib, cavan gəlinini körpə
uşaqları ilə, qoca qayınatasını Qazaxıstana sürgün etdilər. Qoca
babası İbrahim ağa orada vəfat etdi. Gəlin körpələrini götürüb vətənə
qayıtdı və o gündən uşaqlarının familiyasını babalarının adına
çevirib, "Hacıyev"yazdırdı.
Bizim familiyadan Nüsrəddin adlı gənci hərbi xidmətini bitirib
evə qayıdan gecənin sabahı güllələdilər. Yuxarıda adını çəkdiyim
Əbdürrəhim ağanın 4 oğlundan yalnız biri - el qızından doğulan Osman
ziyalı nəsli təmsil etmiş və "30-cu təmizlənmə" ilində o da
həbs edilib, harada güllələnməyi məlum olmayıb. Osman Qori seminariyasını
bitirmişdi.
Beləliklə, yavaş-yavaş familiyalar dəyişib babalarının
adına keçdi.
Nəslimizdən iki gənc hərbi xidmətdə babalarının adlarını
doğrultdular. Nadir Yusubov (Dilbazi) yeniyetmə yaşlarından öz taleyini
Qızıl Ordu ilə bağladı. Bir çox döyüşlərdə oldu, çoxlu təltiflər
aldı, Böyük Vətən müharibəsində Moskva uğrunda gedən döyüşlərdə
Panfilovçuların diviziyasında qəhrəmanlıqla döyüşdü və bir təsadüf
üzündən sağ qaldı və Panfilovçuların qəhrəmanlıq ordeni ilə təltif
olundu.
Nəslimizdən Böyük Vətən müharibəsində cəbhəyə könüllü gedən
gənc Müseyib Dilbazi Osman oğlu haqqında: Qafqazda gedən döyüşlərin
iştirakçısı kapitan Palişşuk "Əmr yerinə yetirildi" kitabında
belə yazır:
"Göydən, yerdən güllə yağışı, toplardan, tanklardan, minomyotlardan,
təyyarələrdən atılan mərmilərin qulaqbatırıcı dəhşətli gurultusu
altında bu gənc 23 nəfər yaralını döyüş meydanından çıxarıb, onları
coşğun "Urfa" çayından arxa cəbhəyə keçirib böyük fədakarlıq
göstərib. Ümumiyyətlə, Vətən uğrunda gedən döyüşlərdə bir qolunu
və üz-gözünün yaraşığını itirib, özü yaralı ikən, yaralıları xilas
etmiş, döyüş əmrini qəhrəmancasına yerinə yetirdiyi üçün "
Qızıl Ulduz" ordeni ilə təltif olunmuşdur.
O illərdə bütün Dilbazi nəslinin
həm ot kimi biçilənlərinin, həm bir az "mülayim" şəraitdə
"cücərib" qalxanlarının siyahısı ilə vərəqləri doldurmaq
istəmirəm. Buna da şükür. Çünki bütün maddi, mənəvi məhrumiyyətlərə
baxmayaraq, bu yetimlər cücərib boy atanda yenə də onların yollarını
kəsən bədxahlar tapıldı, lakin kəndin xeyirxah adamlarının yaratdığı
şərait nəticəsində vətəndaşlıq
hüququ qazanıb, Sovet məktəblərində pulsuz təhsil ala bildilər. Öz
şəxsi səyləri nəticəsində onlar xalqın qabaqcıl, vətənpərvər adamlarının
nəzər-diqqətini cəlb etdilər. "Təmizlənmə" ilində güllələnənlərin,
sürgündə ölənlərin balaları, o cümlədən nəslimizdə çox mötəbər
bir şəxsin oğlu, sinfi mənsubiyyətinə görə həmin o qanlı ildə həbs
olunub, harada güllələndiyi məlum olmayan Əbdürrəhimağa oğlu Osman
ağanın yetim uşaqları da zəhmətə, qeyrətə, xalq işinə məsuliyyətlərinə
görə dirçəlməyə başladılar.
İnsan çox şeyi ancaq öz səyi ilə qazanır. Cəbhədən bədəni șikəst,
ruhən müzəffər qayıdan Müseyibin oğlu Bəhruz orta məktəbi bitirən
kimi atasına köməkçi oldu. O, ona məxsus olan "İzmir kiçik müəssisəsi"
nəzdində ermənilərlə həmsərhəd olan "Dəmirçilər" kəndindəki
zastava - düşmənə qarşı tikdirdiyi səngərdə 30 min mişar daşı və Qazax
xeyriyyə cəmiyyətinə 7 milyon dəyərində mal və pul vermişdir.
İndiyə qədər haqqında yazdığım adamlar ata nəslimdən idilər.
O dövrdə ana nəslim bundan da fəlakətli olub. Evində böyüdüyüm qoca
babam da ailəsi ilə sürgün olundu. Mənim anamdan başqa babamın iki qızı
- xalalarım elə bil yetim qaldılar. Böyük xalam Paşayeva Pərinin əri
də bu dövrün qurbanı oldu. O, beş qız uşağı ilə tək qaldı. Lakin bu qeyrətli
qadın dövrün burulğanlarında batıb itmədi. O öz hünəriylə qızlarının
beşinə də ali təhsil verdi.
Bu qızlar özü də hər kəs öz işində hörmət qazanmış mütəxəssislər
oldular, ibtidai, orta, ali məktəbdə həmişə "5" qiymətlə
oxudular.
Uşaqlığımın yaxın dostu xalam Abıhəyat Azərbaycanın görkəmli
pedaqoqu professor Əhməd Seyidovun sədaqətli həyat yoldaşi oldu.
Əhməd Seyidov həmişə deyərdi:
- Mən bütün inkişafımı bu xoşxasiyyət, sədaqətli həyat yoldaşıma
borcluyam. Onların iki qızı və iki oğlu elmin müxtəlif sahələrində
yüksəlib, dövrün ziyalılarını təmsil etdilər. Onun kiçik oğlu Fikrət
atasının yoluyla gedib, pedaqoji fəaliyyətində professor rütbəsinə
yüksəldi.
İnsan psixologiyasını dərindən duymaq qabiliyyətinə malik
olan böyük oğlu İsmayil təsadüfi deyil ki, psixoloji elmlər sahəsində
fəaliyyət göstərməyi üstün tutdu. Elmi dərəcə aldı. Seyidovun iki
qızı da xarici dillər və kimya elmləri sahəsində elmi dərəcə aldılar.
Ana nəslimin fəlakətindən səhifələr doldurmaq istəmirəm,
yalnız bunu demək istəyirəm ki, babamın iki oglu mühacirətdə öldu,
yaşlı və cavan əmisi, qardaşı oğlanlarından güllələnənlər, sürgünə
gedənlər, həbs olunanlar da çox oldu. Böyük Miralayev nəslindən yalnız
uşaq yaşlarından sinfi məhrumiyyitlərlə boy atan, lakin dövrün bu burulğanında
məhv olmayan güclü xarakterə malik olan bir nəfər- Teymur Miralayev
tarix elmləri üzrə elmi dərəcə aldı və pedoqoji fəaliyyəti ilə tanındı,
hörmət qazandı.
ERMƏNİ, GÜRCÜ BASQINI
20-ci ilin yazı gəldi. Novruz
bayramından sonra kənd ətrafındakı çəmənliklərə, dağ ətəklərinə,
meşələrə köçürdülər.
Yaz fəsli aran yerlərinə çox
tez gəlir. Meşələr yarpaqlanır, zəmilər təzə göyərmiş taxılın yaşıl
ipəyinə bürünür.
20-ci ilin baharı köçəri
durnaların qayıdan, qaranquşların təzə yuva quran vaxtı idi. Bizim
ailə də Avey dağın ətəyində mənzərəli bir çəmənliyə köçmüşdü. Biz
uşaqlar bütün günü təpələrin döşündə, ardıc kollarının dibində bənövşə,
nərgiz gülü və yemlik yığırdıq. Kəpənək kimi bahar sevinci ilə yaşayırdıq.
Orada yaz günəşi də başqa cürə doğur, batır, maviliyə bürünmüş o
yaz axşamlarında ay da, ulduzlar da başqa cürə işıq saçırdı. Quşların
səsilə açılan səhər də başqa cürə açılırdı. Torpaq da, insan da, bütün
canlılar da bahar sevinci ilə yaşadığı bir səhər təbiətin bu ilahi
sükutunu, dağlarda durnaların səfini pozan güllə səsləri eşidildi.
Getdikcə şiddətlənən atışma səsləri hər tərəfdən bizə yaxınlaşırdı.
Bir tərəfdən gürcü menşevikləri Şıxlı, Kəmərli, Qaymaqlı, Aslanbəyli
kəndlərini tutub talan edir, o biri tərəfdən, erməni daşnaqları
Xanlıqlar, Cəfərli, Soflu və Daşsalahlı kəndlərinə qəflətən hücuma
başlamışdılar. Qazax rayonunun bu kəndlərinin kişiləri, cavan
oğulları xaincəsinə edilən qəfil hücumun qarşısını almaq üçün silahlandılar,
qarşıya çıxdılar. Arvad-uşağı Qazax şəhərinə köçürdülər. Yadımdadır:
Qazax şəhərinə gedən yollar qaçqın köçləri ilə dolu idi, Daşsalahlılar
daşnaqların müqavimətini qırıb, onları öz kəndlərinə qədər qovdular.
Kəndin ən qəhrəman gənclərindən olan Halaybəyli Alağanın bu döyüşdə
həlak olduğunu eşidəndə bütün kəndin camaatı yasa batdı, analar ağlaşdılar.
Menşevik, daşnak hücumunun ən qızğın günləri idi. Onların hərbi təlim
görmüş, toplu- tüfəngli yaraqlıları qarşısına bizimkilər rus beşaçılanı
ilə çıxmış, çox yerdə onlara üstün gəlmişdilər. Bu qırğın nə ilə qurtaracaqdı?
SEMİNARİYA
1921-ci ildə Nərimanovun təşəbbüsü ilə açılmış qız seminariyası
keçmiş Çkalov küçəsindəki əzəmətli binada yerləşirdi. İnqilabdan
əvvəl bura qızlar gimnaziyası imiş.
Bura yalnız təhsil ocağı deyil,
insan ləyaqətini çiçəkləndirən torpaq idi.
Burada keçmiş qızlar gimnaziyasından
zəngin bir kitabxana qalmışdı. Aramızda mütaliə ilə yaşamayan bəlkə
bir-iki nəfər tapıla idi. Türk və rus dillərinə edilən tərcümələr vasitəsilə
biz hələ o illər qərb ədəbiyyatının bir çox ölməz sənətkarlarının əsərləri
ilə
7 il bacım Yaqutla mən bu yuvada pərvazlandıq.
BİZİM MÜƏLLİMLƏRİMİZ
Müəllimlərimiz namuslu,
vüqarlı, qeyrət məktəbi bitirmiş ziyalı vətənpərvərlər idilər. Burada
hər şey şagirdin istedadı ilə ölçülürdü. Odur ki, o illərdə qız və oğlan
seminariyalarında oxuyanlar arasında çoxlu istedadlar yetişdi.
Axşamlar Nərimanov arvadı
Gülsüm xanımla vaxt tapıb məktəbimizə gəlirdi. Hamımız onların başına
toplaşırdıq. Doktor bizə şeir əzbərlədirdi, nəğmə oxutdururdu, dərslərimizi
yoxlayırdı. Hər dəfə bizə keçmişdən, gələcəkdən maraqlı söhbətlər
edirdi. Xüsusilə gələcək haqqında elə şirin danışırdı ki, biz uşaqlar
quş olub o gözəl gələcəyə uçmaq istəyirdik.
Nərimanov özü də buna inanırdı.
O, fikrə gedəndə biz çiyninə söykənir, ona sığınırdıq. Məktəbimizdən
gedəndə isə yaman darıxırdıq.
Qızlar dəstə ilə onları yola
salırdı. Onlar gedəndən sonra çox-çox darıxırdıq.
Doktor Nərimanov bizim
üçün dünyanın ən əziz, ən doğma, ən maraqlı insanlarından biri idi.
Bir axşam yenə məktəbin çıraqları
yandı. Böyük salonda doktor Nərimanovun ətrafına toplaşmışdıq.
O, lap gec bizdən ayrılıb getdi. Bir neçə ay gözümüz yolda qaldı, Nərimanov gəlmədi. Demə,
onu Moskvaya aparıblarmış.
1925- ci ildə Nərimanovun
ölüm xəbərini eşitdik.
MƏDİNƏ XANIM QİYASBƏYLİ
Mədinə xanım seminariyanın müdirəsi idi.
O, ucaboylu, düzgün əndamlı, qarabuğdayı, yaraşıqlı, müdrik,
sözü şax deyən, çox mütaliəli, ziyalı bir qadındı.
O, çox zövqlə geyinərdi. Qısa vurulmuş saçları həmişə bərbərxanada
son moda ilə daranardı. Tiflisdə seminariyanı qurtarmışdı.
Mədinə xanımın atası Mehdi ağa Vəkilov çox zəngin, humanist ziyalı
mülkədar olub. O, yaxşı təhsil görmüş, zəmanəsinin qabaqcıl maarif
xadimlərindən biri imiş. Mehdi ağa yaşadığı Əskipara kəndində öz
hesabına məktəb açıb, kənd uşaqlarına dərs demişdi.
Mehdi ağanın yeganə qızı Mədinə xanım Tiflisdə seminariyanı
bitirib, atasının məktəbində bir neçə il kənd uşaqlarına öz hesabına
dərs demiş, sonralar onu Qazaxın ziyalılarından - Şəhriyar bəy Qiyasbəyli
sevib seçmiş, onlar evlənmişdilər.
Mədinə xanımın iki qızı, bir oğlu olur. Gənc yaşlarında əri
ölür, bütün ömrünü xalq maarifinə həsr edib, ərə getmir.
Əri öldükdən sonra, o, Qazax şəhərindən Bakıya köçür. Öz istedadı
sayəsində tezliklə ziyalılar ilə qaynayıb-qarışır.
Mədinə xanım eyni zamanda qələm sahibi, gözəl hekayələrin müəllifi
idi.
1920-ci ilin aprel-may aylarını Mədinə xanım bir ay babam Mustafa
ağanın evində qonaq qaldı.
Biz bacım Yaqutla kənd məktəbində oxuyurduq. Qori seminariyasında
oxuyan dayımın zəngin kitabxanası vardı. Mədinə xanım rus klassiklərini
mütaliə edərdi. Hərdən bizə nağıl danışar, bizi oxudar, yazdırar,
hesabdan məsələlər verərdi. Biz bacımla 3-cü sinfə keçmişdik. Bir
sinifdə oxuyurduq. Mədinə xanımın danışdığı nağıllardan biri indi
də yadımdadır.
Mədinə xanım kənddə çox sadə geyinərdi, ayağında sandal, əynində
qara paltar, başında qara kəlağayı... Çox zaman bizi yanına salıb
Damcılı bulağa çıxardı.
Evimizin dalındakı çiçəkli, güllü, bənövşəli, yaşıl təpənin
daşları üstə oturub fikrə dalardı... Biz ona çiçək qomları bağlayıb
verərdik.
Bir gün o yenə də bizim oxu-yazımızı yoxlayıb babama, anama dedi:
- Bu qızları Bakıda təzə açılan seminariyaya yazdıracam...
O ilin sentyabr ayında bizim
kənddən Bakıya oxumağa üç qız getdik. Mən, bacım Yaqut, Pəri Paşayeva.
Bizi Bakıya Pərinin qardaşı, Qori seminariyasını bitirmiş Hüseyn
Paşayev apardı. Qatarı ilk dəfə mən o zaman gördüm. Akstafa stansiyasında
çıraqlar neftlə yanırdı. Ordu Zaqafqaziyaya ilk dəfə bu stansiyadan
gedibdir. Stansiya törmə-tökük idi. Miskin bir görünüşü vardı. Seminariya
hələ açılmamışdı. Mən, bacım Yaqut, Mədinə xanımın qohumu Ziba adlı
qız, Mədinə xanımın evində qalırdıq. Xərcimizi seminariya çəkirdi.
Seminariyada Mədinə xanıma 5 otaq vermişdilər, otaqların
müasir mebelləri də hökumətin idi. Otaqlar böyük zövqlə, həm də sadə
bəzənmişdi. Yaraşıqlı salona axşamlar Bakının ən mötəbər ziyalılar
toplanardı. Bunlardan yadımda qalanlar:
Mustafabəy Topçubaşov,
Reyhan xanım, Kökəb xanım, Azad bəy Əmirov, Şahsuvarov, Cabbar Əfəndizadə,
Atababa Musaxanlı, Məmməd Abdullayev, Şəfiqə xanım Əfəndizadə və
başqa qadınlar.
Reyhan xanım gözəl piano çalırdı,
yetişmiş qız idi. Mustafabəy də cavan idi. Sonralar onlar evləndilər.
Reyhan xanım piano çalar, müxtəlif havalar oxuyardı. Onun oxuduğu
bu misralar yarımçıq yadımda qalıb:
Şalon gəlir
yan verir,
Qafqazı nişan
verir,
Qafqazın oğlanları
Vətən deyib
can verir!
Ay uca dağlar...
Gerisi yadımdan çıxıb. Mədinə xanımın evi bir növ Natəvanın şairlər
məclisini xatırladırdı. "Şərq qadını" jurnalı açılan gündən,
Mədinə xanım o jurnalın heyət təhririyyəsinin üzvü və ədəbi şöbənin
müdiri oldu. Özü də maraqlı hekayələr yazardı. Hekayələrini mənə
diktə edərdi. Bu hekayələrdən bir neçəsi "Şərq qadını" jurnalında
çap olunmuşdur.
Bizə və çoxlarına elə gəlirdi ki, Mədinə xanım yalnız ictimai
xadimdir, ancaq bir dəfə Novruz bayramında onun necə rəng-rəng şirniyyat
hazırladığının şahidi oldum.
1927-ci ildə köhnə ziyalı nəslinə mənsub olduğu üçün Mədinə xanımı
müdirəlikdən götürdülər, seminariyada o rus dili müəllimi qaldı.
Partiyaçı Mina xanım Mirzəyevanı seminariyaya müdirə təyin etdilər.
Mina xanım alçaqboylu, cəld,
heç kəsə pislik etməyən bir qadın idi. O il qız seminariyasının adını
da dəyişib "Pedaqoji texnikum" adlandırdılar.
1928-ci ilde Mədinə xanımı seminariyada yaşadığı otaqlardan
çıxarıb, Proletar küçəsindəki iki otaqli mənzilə köçürdülər. Küçəyə
pəncərəsi olmayan yarıqaranlıq otaqlar iki qızın ve oğlunun yataq
otaqları idi. Böyük otağı bufetlə arakəsmə edib, arxada özünə yataq
otağı ve kabinet düzəltmişdi. Otağın qabaq hissəsi yemək va qonaq otağını
əvəz edirdi. Otaqlar bu yoxsul görkəmi ilə yenə də bütün bəzəkli otaqlardan
zəngin görünür, adama xoş gəlirdi.
Mən Mədinə xanımgildə idim.
Axşamdı. O, bir müəllimlə gəldi, məni görəndə dedi:
- İnci kimi təbəssümün saçıldı.
Mən də cavabında:
- Sizi gördüm, tutqun könlüm açıldı, - dedim. O mənim başımı sığallayıb
dedi:
- Səndən yaxşı şair olacaq. - Onda mənim 10 yaşım vardı.
Mədinə xanımın bu yoxsul
evində də ziyalıların qabaqcıl nümayəndələri mənəvi istirahət
tapırdılar.
Mədinə xanım da 38-ci ilin tufanına
düşdü, ölümündən sonra bəraət qazandı. O illərdə Mədinə xanımla
eyni "mülkdə" qalmış, sonralar azad olunmuş Əlabbas Vəlixanov
Mədinə xanımın oğlunun evinə gəlir. Mədinə xanımın adını daşıyan
onun nəvəsi - balaca Mədinənin önündə diz çöküb deyir: - Biz kişilər
dözə bilmədiklərimizə o dözdü və bütün günü dustaqlar o qadının qəhrəmanlığından
danışırdılar. - Mədinə xanım ölümündən sonra bəraət alanda Daxili
İşlər Nazirliyində oğluna bir anket veriblər. Bütün suallara o
"yox", "yox" cavabı verib, sonra özü belə bir sual verib:
"Nə üçün Azərbaycan ziyalılarını məhv edirsiniz?" - Sualın
altından imza atdırıblar.
Mədinə xanım haqqındakı çox acı xatirələr arasında bir xatirədə
həmişə ürəyimi göynədir, milli hissimi təhqir edir.
Mədinə xanımın 40 yaşında saçları qar kimi ağarmışdı, özü də
işsiz idi. Nazirlər sovetində Calalbekova adlı bir çirkin erməni
arvadı təqaüdlərə baxırdı.
Bir gün Tarix muzeyində Mədinə
xanım ona rast gəldi. Vəziyyətindən danışıb xahiş etdi ki, ona ya iş
versinlər, ya təqaüd məsələsini həll etsinlər. Onda Mədinə xanımın
himayəsində üç uşağı, bir dul bacısı qızı yaşayırdı.
Üz-gözündən kin yağan bu qadın
sanki Mədinə xanımı dinləmirdi. Sonra gözlərini başqa yana zilləyib
iki-üç kəlmə mızıldadı, o da işin xeyrinə yox. Azərbaycan ziyalısının
taleyi görün kimlərdən asılı idi. Mədinə xanımın sifəti ölü kimi
ağardı. Ancaq onun səsi kimə çata bilərdi?
Mədinə xanımın 9 yaşlı oğlunun
ad gününə yazdığı bu məktub onun vətənpərvərliyi, əsil ziyalı nəslinə
mənsubiyyəti və yüksək şəxsiyyəti haqqında oxuculara daha düzgün
məlumat verə bilər:
MƏKTUB
Əziz oğlum! Mənim işıqlı günəşim!
9 il bundan əvvəl həmin bu gecə sənin anan yatmamışdı. O sevimli
oğlunu gözləyirdi. Son xəstə qəlbə, yaralı ürəyə iksir kimi gəldin.
9 ildən sonra həmin gecə sənin anan yenə də yatmır. Sənə deyir:
-Gəncliyimin sevinci, qocalığımın ümidi.
Sən qaynar günəşin işıqlı şüası kimi ananı isitdin. Son işıqlı
ulduz kimi ona səadətin yolunu göstərdin. Sən öz uşaq dilinlə dediyin
sözlərlə məni həyata çağırdın. Sən qəhqəhələrinlə həyatımı bəzədin.
Unutma ki:
Sənin anandan, bacılarından başqa daha əziz ruhlar vardır ki, səninlə
sevinmək, səni oxşamaq, əzizləmək onlara qismət olmadı.
İndi sən 9 yaşını bayram etdiyin bu gün istərdim ki:
Mənim atam kimi ağıllı və xeyirxah, öz atan kimi cəsarətli və qoçaq,
mənim anam kimi istiqanlı, həssas, öz anan kimi səmimi, ürəyi məhəbbətlə
dolu ol.
Vətənini sev, onlar sevdikləri kimi. Qoy məhəbbət qismətin
olsun, ömründə kədər görməyəsən.
BADSƏBA XANIM KÖÇƏRLİ
Badsəba xanım Köçərli seminariyada bizim tərbiyəçimiz (mürəbbiyəmiz)
idi. Bu xanımlar günəş işığında şölə saçan bir bulaq suyuna oxşayırdılar.
Badsəba xanım da ictimai
xadim idi. Əxlaqi prinsiplərə gəlincə o, şərqin tam əxlaq, səadət mücəssəməsi
idi.
Dən düşmüş saçları narın daranardı.
Əyninə qara paltar, başına qara kəlağay örtərdi.
Əri Firidun bəy Köçərlinin ölümünə əbədi yas saxlayırdı. Üçüncü mərtəbədə
bizim yataq otaqlarımızın qarşısında onun balaca bir otağı vardı.
Axşamlar növbə ilə sinif otaqlarımıza
gələrdi. Bizə maraqlı söhbətlər edərdi. O qədər şirin, maraqlı danışardı
ki, biz axşamı həsrətlə gözləyib, onu görmək üçün tələsirdik, az savadlı,
çox müdrik qadın idi.
Sonra qızlar üçün açılmış müəllimlər
institutuna girdi, orada oxudu. Xətti pis idi, özü də yavaş yazırdı.
Odur ki, dərslərini dəftərlərdən köçürməli olurdu, bu da ona çətinlik
törətdiyi üçün onun ümumi dəftərlərindəki leksiyaları mən və bizim
sinifdə oxuyan Firuzə adlı qız köçürürdük. Gündə azı 2-3 saat biz dəftər
köçürməyə vaxt sərf edirdik.
Badsəba xanım uşaqlarda xarakterin
düzgün inkişafına çox fikir verirdi. Seminariyanın (indiki Bakı
komitəsinin) uzun koridorunun başında hərdən stol qoyub oturardı,
bizi bir-bir koridorun axırına gədər yeridib arxamızdan baxardı.
Biz xoşumuza gələn bu işin səbəbini sonradan bildik ki: xarakteri
sabit olan şəxsin yerişi də tez-tez dəyişmir.
Bizim aramızda heç kəs yalan
danışmazdı. Badsəba xanım gecələr yataq otaqlarında gəzərdi. Biz
istər qış olsun, istər yaz, əl-üzümüzü, boynumuzu soyuq su ilə yumalı,
sonra gecə köynəklərimizi geyməli idik. Biri-birimizdən
müəyyən məsafədə çarpayılarımız aralı olmalı idi.
Mən gecələr çox qorxurdum. Çarpayımı mənimlə yanaşı yatan, bir
partada oturan Ziba adlı qız ilə bitişdirərdim. Əlimi onun üstünə qoyardım.
Badsəba xanım yataq otağımıza girən kimi dərhal çaprayıları ayırardı.
Beləliklə, mən bir il yuxusuzluq xəstəliyinə tutuldum.
Badsəba xanım yataq otağında
mütaliə etməyə də icazə verməzdi. Bir dəfə mən çox maraqlı bir kitabın
son səhifələrini oxuyurdum, odur ki, kitabı önlüyümün döşünə qoydum.
Uzun koridorda hamımız sıraya düzüldük. Badsəba xanım sıranı yoxlayanda
mənim yanımda dayandı, kitabı gördü və mənə acıqlandı. Qaçıb kitabı
sinifdə partamın altına qoydum və
ağladım. Həyatımda ilk dəfə qanunu pozduğum o kitabla oldu. Çünki,
izzət-nəfsim yaralandı.
Badsəba xanım mənimlə çox tez barışdı. Ancaq mən bu zərbəni həmişə
yadımda saxladım.
GÖVHƏR XANIM YUSUBOVA
Müdir müavini idi, tədris işlərinə baxırdı. Seminariyada iki otaqlı mənzildə
yaşayardı. O, çox yığcam, yaxşı tərbiyəsi, yüksək təhsilli, üstəlik
musiqi təhsili də almış bir qadın idi. Bir oğlu, bir qızı vardı, evində
heç vaxt məclis qurmazdı, uşaqların ad günü də çox yığcam keçərdi.
Uşaqlarına çox diqqətli idi. Bu uşaqları da alman mürəbbiyəsi tərbiyə
etməsinə baxmayaraq onların hər işinə Gövhər xanım özü nəzarət edərdi.
Oğlu İsmayılın ciyərləri zəif idi. Ona anası çox diqqət yetirərdi.
İsmayıl gənc yaşlarında anasından sonra vəfat etdi. Qızı Nigar musiqi
elmləri üzrə elmlər doktoru, proffesordur.
Onun əri general Yusubov müsavatçı
kimi güllələndi.
AZAD BƏY ƏMİROV
Tələbələrin dostu, sevimli müəllimi idi.Azad bəy məşhur fizioloq,
həm də professor idi. Seminariyada bizə fiziologiyadan dərs deyirdi.
Bu alim, böyük şəxsiyyət sahibi,
müəllim çox sadə həyat keçirirdi.
Azad bəyin arvadı Həlimə xanım
da alim idi, həm də çox nəcib, həyalı, ziyalı bir qadındı. Onların uca
bir yoxuşun başındakı binada bir otaqları vardı, otağı bufet ilə ortadan
bölmüşdülər. Onlar öz dövrlərinin çox böyük, hörmətli, alim-pedaqoqları
idilər və belə darısqal mənzildə yaşadıqları üçün heç vaxt şikayət
etməzdilər.
NURMƏMMƏD ŞAHSUVAROV
Çox maraqlı şəxsiyyət idi. Şagirdlərlə Azad bəy kimi bütün həyati
məsələlər haqqında söhbət edərdi. Son sinifdə Şahsuvarov bizə rus
dilindən dərs deyərdi.
Bunu da deyim ki, seminariyada bu müəllimlərin heç biri bizə
qrammatika öyrətmədi, bu dərslərdə biz yalnız rus ədəbiyyatı ilə
CABBAR ƏFƏNDİZADƏ
İstambul universitetindən çağırılmışdı. Özü Şəkili idi.
Uşaqlıqda oraya oxumağa gedib orada qalmışdı. Türk dilində danışırdı,
gələndən sonra çox tez Azərbaycan dilində danışdı.
İstambulda onun təhsil illəri çox ağır keçib, yaşadığı evdə
işıq yandıra bilməzmiş küçədə, elektrik işığında dərs hazırladığını
danışardı. O, Bakıda bir osetin qadınla evləndi. Onların Ali Pedoqoji
İnstitutunun nəzdində bir otaqları vardı, otağı xalı ilə iki hissəyə
bölmüşdülər. Cabbar əfəndinin də məişəti çox sadə, özü mənən çox zəngin
şəxsiyyət idi.
ATABABA MUSAXANLI
İndi 80 illiyini qeyd etdiyimiz Atababa
Musaxanlı seminariyada bizə psixoloji dərs deyirdi. Şagirdlərin
ən çox sevdikləri, inandıqları billur şəxsiyyətlərdən biri də Atababa
Musaxanlı idi.
Atababa Musaxanlı müəllimlər
arasında yaşca ən cavan, xarakter etibarilə, çox ciddi, təmkinli, həyalı,
yüksək şəxsiyyətli, şagird şəxsiyyətinə
yüksək dərəcədə hörmət bəsləyən müəllim idi.
Tale ona həm mənəvi, həm cismani gözəllik bəxş etmişdi. Seminariyada
bizdən yuxarı siniflərdə qızlar bulağından su içmiş, məhəbbət, səadət
üçün ürəkləri oyanmış gözəl, nazənin qızlar vardı.
Musaxanlı bu qızların hamısını
bir gözlə görür, şagird şəxsiyyətinə olan hörmətini həmişə rəsmi
dairədə saxlayırdı. Bu sifət həm o vaxtın gənclərinə, həm də seminariyada
dərs deyən bütün müəllimlərə aid idi. Çünki, onların dərs dedikləri
qızların taleləri bu müəllimlərə tapşırılmış Azerbaycanlı balalarının
taleyi idi. Uzaq kəndlərdə, ağ birçəkli analar bu müəllimlərə inam gətirmişdilər;
övladlarını onlara tapşırmışdılar.
Atababa Musaxanlının dərsi
çox maraqlı keçərdi. Bu dərslərin zəngin məzmunu sinifdə şagirdləri
elə ofsunlayırdı ki, zəng səsi cəza hökmü kimi səslənirdi. Biz dərsdə
o dərəcədə aludə olardıq ki, kipriklərimizi də qırpmazdıq.
Mən indi başa düşürəm ki,
Atababa Musaxanlı proqramını bitirmək xatirinə sinfə girmirdi.
O sinifdə dərs deyərkən, o qədər
həlim, səsi yumşaq, mehriban olardi. Dərsi qurtaran kimi də ciddi, təmkinli
sinifdən çıxıb gedərdi.
Atababa Musaxanlı yüngül
təbiətli, məsuliyyətsiz, mədəniyyətsiz adamları xoşlamazdı.
Odur ki, özünə həyat yoldaşı seçəndə, çox mədəni, müasir, sözün əsl mənasında
ziyalı Həbibə xanım Məmmədzadəni seçdi.
Atababa ucaboylu, şümşad qəddi-qamətli,
Həbibə xanım isə zərif, incə, məlahətli, ortaboylu bir qız idi. Odur
ki, ucaboylu qızlar bu seçkini qısqanırdılar.
İndi mən bu yaşımda müxtəlif xarakterli insanlar görüb, çoxlu
xoşagəlməz hadisələr eşitdikdən sonra, şagirdlərinin, müəllim heyətinin
dərin inamını, hörmətini qazanmış Atababa Musaxanlnın, seminariyada
bizə dərs deyən müəllimlərin yüksək insani keyfiyyətləri, cavan
qızlara saf, müqəddəs münasibətləri, həyalı davranışları, əxlaqlarının
təmizliyi, insanlara təmannasız köməkləri, şagird şəxsiyyətinə
hörmətləri, vətənpərvərlikləri qarşısında xəyalən baş əyirəm. O
da 37-ci ilin qurbanı oldu.
Atababa Musaxanlı və onunla
eyni taleli adamlar haqqında danışmaq mənə çətindir, bu qeyrət mücəssəməsi
vətən oğullarından söz düşəndə, ürəyimizə çoxdan vurulmuş bir yara
qövr edir. O yaranın ağrısını heç bir qüvvətli dərman azalda bilməyir.
Deyirlər: zaman ən yaxşı təbibdir. Bu ağrı elə bir yaranın ağrısıdır
ki, zaman təbibinin də bu ağrını dayandırmağa gücü çatmayır.
Mədəniyyət tariximizin səmasından
vaxtsız söndürülmüş bu ulduzlar xalqımızın ürəyində həmişə yanacaqdır.
NOVRUZ BAYRAMLARI
Üç gün məktəblərdə, müəssisələrdə məşğələ olmazdı. Üç gün seminariya
stolları şirniyyatla bəzənərdi. Üç gün hamı bir-birinə mütləq qonaq
gedərdi. Biz müəllimlərin evinə gedərdik.
Bizim müəllimlərimizin
heç birinin evi "muzey" deyildi, hamısı sadə idi. Onların
bütün vaxtları elmi işlərə, dərslərə və insanlara kömək etməyə,
istedad yetirməyə sərf olunardı. Onların məvaciblərindən başqa
heç bir gəlirləri yoxdu. Bu maaşlarla onlar zəngin yaşayırdılar, həm
də mənən zəngin... onlar bizi çox mehriban, dərin sevinc hissilə qarşılardılar.
Evlərdə imkanı olan da, olmayan da təzə
paltar tikdirərdi. Kücələrdə dəstə-dəstə bəzəkli kişilər,
qadınlar evdən-evə qonaq gedərdilər. Bu əsl xalq bayramı olardı. Belə
günlərin birində 24-cü ildə Hacı Zeynalabdin Tağıyev bizim məktəbimizə
gəldi və bizim də sinif otağımıza girdi. Biz hamımız məktəb formasında,
saçlarımız səliqə ilə daranmış,
hamımız sağlam, gümrah, şən idik.
Onun əynində qara kostyum, kraxmallı ağ köynək, başında buxara
papaq, üzündə ağ saqqal xətt vardı.
Bizi görərkən göz yaşları
bu ağ saqqalın üzərindən mirvari dənələri kimi töküldü. O, xeyli
danışdı. Söhbətindən bu sözlər yadımda qalıb:
"Azərbaycan qızlarının bu gününü gördüyüm üçün xoşbəxtəm".
Bəli! Azərbaycan xalqı deyə-deyə dünyadan nə qədər insanlar köçüb...
SEMİNARİYADA VƏ AİLƏMİZDƏ
GÖRDÜYÜM ŞƏXSİYYƏTLƏR
Bu gördüyüm adamların arasında yüksək təhsil görmüşlər də, xalq
müdrikləri də, savadsızlar da, ağalar da, nökərlər də vardı. Bunların
çoxu sözün əsl mənasında: doğruluq, etibar rəmzi, əsl insani qeyrət
nümunələri idilər. Onların verdikləri söz qanuna əvəz idi. El müdriklərindən
- nənəm, babam, anam, Aşırlıda Binnət evi, Əmrah evi, Göyüşlülər, Gülməmməd
oğlu Aslan kişi, Əsgər Əfəndilər, Qaragözlülər, Qırmızısaqqallar,
Qazi və bütün qonşularımız. Ziyalılardan - yuxarıda haqqında yazdığım
müəllimlər və haqqında müfəssəl yazmadıqlarım Xədicə xanım Ağayeva,
Zəhra xanım Şahtaxtinskaya, Sara xanım Xramoviç, Şəfiqə xanım Əfəndizadə,
Səməd bəy Acalov, Məmməd Abdullayev, Atababa Musaxanlı, Kələntərli
və başqaları bu keyfiyyətlərə malik şəxslər idilər.
Müəllim kəlməsi bizim üçün
ən müqəddəs kəlmə idi. Siniflər növbə ilə öz qüvvəmizlə müsamirə verərdik.
Stol açardıq. Müsamirənin bədii hissəsi böyük salonda olardı. Biz
öz qüvvəmizlə səhnəciklər göstərər, deklamasiya deyər, şeir oxuyar,
musiqi çalar, rəqs edərdik.
Salon ağzına qədər dolu
olardı. Müsamirəyə müəllimlərimiz, onların külfətləri, şəhərin
ən mötəbər ziyalıları gələrdilər. Bədii hissədən sonra qonaqlar
sinif otaqlarında açılmış süfrələrə dəvət olunardılar.
Belə müsamirələrdən biri hələ də yadımdadır. Müsamirəni bizim
sinif verirdi. Biz maraqlı bir səhnəcik göstərdik. Sonra mən Tofiq
Fikrətin "Həmşirəm üçün" lirik poemasını səhnədən əzbər söylədim.
Məni gurultulu alqışlarla qarşıladılar.
Bakıda Türkoloji qurultaya gəlmiş türk alimi Köprülüzadə
Fuad da bu müsamirədə iştirak edirdi. Yadımdadır, Köprülüzadə məndən
soruşdu:
-Məktəbi qurtarandan sonra nə edəcəksən? -dedim:
-Müəllimə olacam, İstambul Universitetində oxuyacağam, həm
də şərq ölkələrinə səyahət edəcəyəm.- Şərq ölkəsi mənim üçün ən çox,
durnaların uçduğu, evimizdə haqqında çox danışılan "Bağdad"
və "türk" elləri idi. Vaqiflə Vidadinin "Durnalar"
şeirinin də mənə çox təsiri vardı.
Həyat mənim bir çox arzuma müqavimət göstərdiyi kimi, bu arzuma
da məni çatdırmadı...
Seminariyada oxuyan biz qızlar çox mütaliə edərdik. Bacım Yaqut
isə mütaliəyə hamıdan çox aludə idi. O, seminariyanı qurtarandan
sonra gecələr dan ulduzu doğana qədər və gündüzlər hey kitab oxuyardı.
Yadımdadır: yaylaqda idik,
gündüzlər bulaq başında bulaq daşının üstündə oturub saatlarla
"Səfillər", "Anna Karenina", "Dvoryan ocağı",
"Çalı quşu" və belə bir çox romanları oxuyardı.
Seminariya bizə çox yüksək,
ülvi vərdişlər aşılamışdı. Ailəmizdə bizə aşılanan ədəb, ərkan, namus,
qeyrət, səadət, düzlük məfhumları burada daha da möhkəmləndi.
Bir dəfə sinifimizdə oxuyan
qızlardan biri "2" qiymət aldı, o qız bütün günü pillə başında,
pilləkən daşı üstə oturub ağladı, o gün yemək yemədi, çalışıb, tezliklə
qiymətini düzəltdi.
Bizim aramızda Azadbəy Əmirovun,
BAYRAMLAR
Seminariyada bayramlar xüsusi bir təntənə ilə keçərdi. Oktyabr
inqilabı bayramı, 28 aprel bayramı, Novruz bayramı. Onda heç kəs yolka
bəzəməzdi. Bunu dini bayram sayırdılar.
İnqilab bayramlarında idmançı qızlar (mən də idmançı qızlar sırasında)
paradlarda iştirak edərdik. Paradlar 26-lar bağında olardı. O zaman
belə bağ yoxdu. Bura tozlu, torpaqlı meydan idi.
Seminariyada gimnastika dərslərindən əlavə
"plastik" dərsləri də keçirdik. Plastik dərslərində
qızların yerişlərinə, hərəkətlərinin incəliyinə
xüsusi diqqət edilirdi.
МƏNİM BACIM
Seminariyada
bacım Yaqutla biz bir sinifdə oxuyurduq. Bacım şən, söhbətcil, çox mütaliəçi,
daxilən zəngin, zahirən çox gözəl bir qız idi.
Onun gur, uzun,
qumral saçları, sıx, uzun kiprikləri, təbiətdən sürmələnmiş, şabalıd
rəngli, badamı, ifadəli gözləri söhbət edərkən tez-tez dəyişən süd
ağı ilə, zərif qızılgül yarpağı rəngində sifəti vardı. Mən uşsaq
olanda bacımın gözəlliyi haqda çox danışırdılar. Mən hələ gözəlliyin
nə demək olduğunu başa düşməzdim.
11-12 yaşım
olardı, seminariyada idik. Səhərdi, yataq otağımızda gur, şabalıdı
rəngli saçlarını açıb ayna qarşısında darayırdı. O, ağ paltar geymişdi.
Mən qaça-qaça arxadan gəlib, həmin aynaya baxdım. Bizim ikimizin də
sifətimiz orada göründü. O, elə ağ, elə zərif, gözləri elə işıqlı
idi, yanağında süd ağı ilə qızılgül ağlığı birləşmişdi. Mən bacıma
tamaşa etməyə başladım. Düşündüm:
demək gözəllik buna deyilərmiş. Mən bacımın vurğunu idim. Bu iftixar
mənim mənəvi sevincim idi.
Bacım mənim yeganə həmsöhbətim idi, indi də həmsöhbətimdir.
Mənim həyatımım elə bir nöqtəsi yoxdur ki, bacım ondan xəbərdar olmasın.
Əsərlərimin də ilk oxucusu bacımdır.
Məktəbdə mən şeir yazırdım, bacım hekayə. Seminariyanın müdirəsi
çox mütaliəli, qələm sahibi Mədinə xanım Qiyasbəyli bacıma deyərdi:
-Sən mütləq məşhur roman müəllifi olacaqsan.
Bacım seminariyanı,
Ali pedoqoji institutun aspiranturasını qurtardı. “Məhəbbət qocalmır”,
“Ağ yasəmənlər” adlı povestlərini yazıb, nəşr etdirdi. Əsərlər oxucular
tərəfindən böyük məhəbbətlə qarşılandı, 4-5 günə satılıb qurtardı.
Nüsxələri əl-əl gəzdi. Bacımın son dərəcədə fədəkar, sədaqətli
bir insan olmağı, özünü ailəyə həsr etməyi ondan çox vaxt aldı.
1926-cı ilin
sentyabr ayında bizi oğlanlar oxuyan seminariya ilə birləşdirdilər.
Hər iki seminariyaya pedeqoji texnikum adı verildi.
Biz indiki
“Bakı komitəsi” yerləşən binada, oğlanlar iniki “Əlyazmalar” yerləşən
binada oxuyur, yaşayırdıq.
Mürəbiyələr
səhər yeməyindən sonra bizi sıraya düzür, oğlanların yaşadığı,
dərs keçdikləri binaya aparırdılar. Dərsdən sonra yenə eyni qayda
ilə geri qaytarırdılar.
BURAXILIŞ
1927-ci ilin may ayında biz Pedaqoji texnikumu, seminariyanı bitirdik. Bu münasibətlə böyük salonda ziyafət verildi. Bu ziyafətdə bütün müəllim heyəti, respublikamızın məşhur pedaqoqlari, alimlər, münəvvərlər, dövlət xadimləri iştirak edirdilər.
Bizim hər birimiz haqqında nitqlər söyləndi, Vətənə, xalqa, ailəmizə sədaqətli ola bilməyimiz üçün ümidlər bəsləndi. Nəsihətlər verildi.
Bizim inamımızın, təmizliyimizin bünövrəsi ailədə qoyulmuş, 7 il o məktəbdə cilalanmış, möhkəmlənmişdi.
Gecə aylı, ulduzlu gecə idi. Çoxumuz hələ uşaqlıq ilə gənclik dünyasının arasında idik. Bacım Yaqutla mən də gənclik dünyasının astanasında idik.
Məhəbbət məfhumundan xəbərsiz idik. Lakin, təbiətin sehrini, həyatın gözəlliyini sanki o gecədən duymağa başladıq. Ürəyimizdə nə isə isti, kövrək bir duyğu oyanmışdı. Bəlkə də bu, təzəcə cücərən məhəbbət duyğusu idi. Mənimlə bir partada oturan Ziba adlı qız al markizet parçadan, mən də bacımla mavi markizetdən təzə tikdirdiyimiz paltarları geymişdik.
Qızlar hamısı təzə paltar, oğlanlar ağ köynək, qara şalvar geymişdilər. Salonda musiqi çalınır, rəqs olunur, nəğmələr oxunur, nitqlər bir-birini əvəz edirdi. Yalnız danışmaq üçün Mədinə xanıma söz vermədilər. Müəllimlərimiz nitqlərində deyirdilər: həyata qırmızı çeşmək dalından baxmayın, onun fərəhli günləri də, çətin illəri də var. Əsl insan odur ki, çətinliyə qalib gəlsin.
O nağıla oxşayan gecənin xoşbəxt səhəri açıldı. Müqəddəs tələbəlik günləri qurtardı. Məktəb formalarını da həmişəlik soyunduq.
Bizim təzəcə qönçələnən gəncliyimiz, nizamlı, intizamlı, ümidli, arzulu tələbəlik həyatımızın bir hissəsi o binada qaldı. O əzəmətli binada... Mən indi də oraya girərkən tələbəlik illərinə, o illərin romantikasına qayıdıram. Gözümlə sinif otaqlarımızı ziyarət edirəm. Uzun koridorun axırına qədər gözləri yumulu gedirəm. Mənə elə gəlir ki, əynimdə məktəb forması, mən o balaca məktəbli qızam.
Badisəba xanım koridorun başında oturub, yoxlayıcı nəzərlərlə arxadan baxır. Mən də düşünürəm ki, məktəbi tez, əla qiymətlərlə qurtarıb anamı kənddən Bakıya gətirəcəm. Anamın zərif, məhzun xəyalı göz önümdə canlanır, sinəmdən yanıqlı bir ah nidasi qopur.
Novruz bayramlarında tonqal qaladığımız həyətə girəndə, xəyalən o illərə qayıdıram və öz yaşımı unuduram. Qulağıma otaqlardan piano səsləri gəlir: do... re... mi...
fa... sol... Xatirələrlə bağlı səslər...
ХƏYАLDА YАŞАYАN GÖZƏLLiK,
SОN GÖRÜŞ,
SОN АYRILIQ
Sеminаriyаnı qürtardığımız ilin yаyınа bаcım Yаqutlа "Dəlidаğ"
yаylаğındа dincəldik. Еl mаyın 2—3-də yаylаğа köçürdü, biz bü il dərsdən
bir аz gec burахılmışdıq. Bаbаm özü gəlib, bizi kəndimizə аpardı. Еv
köçmüşdü, аnаm yаylаğа gеtməyib, bizi gözləmişіdi. Kəndə çаtаn günün səhəri
sübh sааt 4-5 rаdələrində qаpıdа dörd аt yəhərləndi. Biz yаylаğа yоlа düşdük.
Аrаn sübhünün öz əfsunlаyıcı gözəlliyi vаr: biçilmiş оt, sünbülləri
dənə dоlmuş zəmilərin ətri, nəğməli, sərin sаbаh nəsimi, mаvi göy, sükut
dоlu yоllаr, bu yоllаrdа аtların аyаğındаn qоpаn yеknəsəq nаl səsləri...
qаrşıdа görünən çənli-dumаnlı dаğlаrın mənzərəsi hələ də о ilk təəssürаt
mənim xəyаlımdа yаşаyır.
Ömrünü аt üstündə kеçirmiş bаbаm mənzillərdə dаyаnmırdı. Mənzilsiz
аt sürməyin əzаbını mən bаcımlа о səhər hiss еtdik. Аnаm dа bunu biz qədər
hiss еtməyirdi. О dа аt bеlində uşаqlığındаn uzun mənzilli yоllаr kеçmişdi.
Günortаdаn gün əyiləndə "Dəlidаğ" yаylаğındаkı yurd yеrimizə
çatdıq. Аncаq nеcə çatdıq!.. qıçlаrımız tаmаm qıc оlmuşdu. Lаkin аtdаn düşən
kimi bunlаrа bахmаyаrаq çiçəkli, kəpənəkli çəmənlərə qаçdıq. Yеddi
bulаğа dırmaşdıq. Bulаğın gözündən qаynаyаn su günəş işığındа göy qurşаğı
kimi yеddi rəngə çаlırdı. Mən hələ hеç bir bаhаlı büllür qаbdа bu pаrıltını,
bu rəngləri görməmişəm. Bulаğın dibindəki аğ çınqıl dаşlаr dа rəngdən-rəngə
düşürdü.
O rənglər, о pаrıltı əbədi gözlərimə nəqş оlunub, təsəvvürümdə
yаşаyır. Yеddi bulаğın sulаrı köpüklənə- köpüklənə аğ dаşlаrın üzərilə
ахıb dərəyə tökülür vа dərə bоyu cоşğun dаğ çаylаrınа qаrışıb, аrаnlаrа tələsirdi.
Dаğlаrın zirvəsi çəndə, dumаndа idi, döşlərdəki çuхurlаrdа qаr
zоlаqlаrı görünürdü. Dаğlаr bir аləmdir, sеhrdir, nаğıldır...
Nənəm süfrə bаşındа оturub, isti nəfəsi ilə, məhəbbəti, qаyğısı
ilə bizi isidirdi. Süfrəmizdə: süd. qаymаq, bаl, təzə çаlхаlаnmış yаğ,
sаmоvаr çаyı vаrdı. 6—7 il sеminаriyаdа səhərlər bizə bir pаrçа çörək, bir
stəkаn şirin çаy vеrilərdi.
Аnаmın gözlərindəki gülüş, sifətindəki хоşbəхtlik, nurаni gözəllik
hələ də gözlərimin qаrşısındаdır. Biz, оnun ürəyinin iki pаrçаsı, gəncliyini
həsr еtdiyi qızlаrı məktəbi əlа qiymətlərlə qurtаrıb, həyаt vəsiqəsi
аlmışdıq. Sinif jurnаlınа bizim hаqqımızdа хüsüsi qеydlər edilmişdi.
Аnаm аrtıq iki müəllimənin аnаsı idi.
QIZ AĞACI, QOZ AĞACI
Qızların boyu çıxmamış elçiləri
qapını kəsirdi. O illərdə qız az, oğlan çox olduğu üçün çoxları “beşikkəsmə”,
yəni qızları beşikdə ad edərdilər. Anam ona müraciət edənlərə deyərmiş:
mənim qızlarım ali təhsil almamış bu haqda söhbət ola bilməz. Sonra
sözarası bizə eşitdirərdi: 25 yaşından tez, ali təhsil almamış mən
qızlarımı heç kəsə vermərəm, onların atası da, qardaşı da bilikləri
olacaq.
Anam çox müdrik arvad idi. O yaşadığı dövrdə isə atasız, qardaşsız
qız, arxasız hesab olunurdu. Odur ki, qızlar bayatılarda qardaşlarını
belə çağırırdılar:
Yerişin naza bənzər,
Boyun şahbaza bənzər,
Attanıb qapıma düşsən
Qış günüm yaza bənzər.
Biz bacımla bu “arxadan” məhrum
idik. Nənəm, babam da qocalmışdılar, belə qızlar ər evində həmişə tapdaq,
müdafiəsiz olurdu. Odur ki, anam bizi elmlə silahlandırmaq istəyirdi.
İstəyirdi ki, getdiyimiz evdə biz ələ baxmayaq, ailədə bir şeylə fərqlənək.
Anamın nəsihəti əbədi olaraq yadımızda qaldı.
Mənim həyatımda ən böyük arzum
bunlar idi: ali təhsil almaq, şairə olmaq və anamı kənddən gətirə bilmək.
Bunların xaricində olan hər şey məndən çox uzaqda idi. Geyimə, gecimə, özümə sığal vurmağa
aludə deyildim. Biz təmiz geyinərdik. Mən gənclikdə də ağ, qara, şabalıdı
rəng paltar geyərdim. Paltarımız “Anqlisk” üslubda olardı. Orta məktəbi
qurtaran kimi xalamın evinə bitişik
Kamenistaya küçəsində mənə
bir otaq tutduq. Çünki, məni Bakı, Biləcəri dəmiryolu məktəbində müəllimə
saxlamışdılar. Bu, on illik məktəb idi. Mən anamı kənddən gətirdim.
Bacım Yaqut Daşsalahlı kəndində
babamın, məktəb olmuş evində dərs dedi; nənəm Səyalı xanımın himayəsində
oldu. Məni Biləcəriyə ilk dəfə dəmiryol məktəblərinin inspektoru
Əhməd müəllim apardı. Biz Biləcəri vağzalında qatardan düşdük. Vaqonların
altından keçib, məktəbə çatdıq. Bu orta məktəb idi. Kiçik bir bağçanın arasında balaca daş bir bina yerləşmişdi.
Əhməd müəllim məni müəllimlər
otağında müdirə təqdim edib, geri qayıtdı. Məndən başqa şəhərdən
oraya bir müəllimə, iki müəllim də gedirdi. Mən hər səhər saat 5- də
dururdum. Çünki, “Raboçi poezd” adlanan
Bəzən dərs cədvəlimiz birlikdə
vağzaldan qayıtmağa yol vermirdi. Mən tək qayıdırdım, həm də hava qaralanda.
Bəzən mən qatara gecikirdim. “Uçeniçeski” adlı fəhlələr daşıyan
qatara çatmayanda,
“Uçenik” fəhlə qatarında gəlib-getmək
payız, qış aylarında çox əzablı olurdu. Qatarda yanacaq yox idi. Pəncərələr
çox zaman qırıq şüşəsiz olurdu, soyuqdan ikiqat olub, sancılanırdım.,
deyəsən öd və qaraciyər iltibahını o zamandan aldım.
Gənclik- sehirdir, yenilməz qəhrəmandır. Soyuq məni nə qədər
təntitsə də evə gəlib yemək yeyib, çay içib anamın nurani sifətini
görüb, nəğməli səsini eşidən kimi, ağrılar, yorğunluqlar çıxıb gedirdi.
Cavanlıq əzablı yolun yorğunluğuna üstün gəlirdi.
Günlərin birində vərəm xəstəliyinə
tutulmuş cavan müdirimiz yatağa düşdü.
Yazla qışın arası idi, güllər
düymələnmiş, sular bulanmış, bülbüllər gəlmişdilər.
Bir səhər məktəbin qapısını açanda ağlamaq səsi eşitdim. Dedilər:
müdir ölüb, onun gözəl, cavan arvadı qucağında körpə uşağı yaman ağlayırdı.
Mən də çox ağladım. Gənclikdə göz yaşları da səxavətli olur.
Şəhər dəmiyol məktəbinin
müəllimləri, inspektoru- Əhməd Seyidov və İsayev familiyalı bir
rus pedoqoqu da burada iştirak edirdilər. Əhməd müəllim Bakıdan gələn
müəllimlər sırasında mənə də dedi:
-İndi evinizə qayıdın, lakin
saat 4 tamamda, dəfn mərasiminə burda
olun.
Bu, fəhlə qatarının hərəkət
cədvəlinə uyğun deyildi. Odur ki, Seyidov dedi: -Cədvəlləri izləyin,
posajirski qatarların biri ilə gəlin.
Tapşırıq qəti oldu.
Biz evlərimizə qayıtdıq.
Yazın yağışlı, çiskinli günlərindən biri idi, dənizdən sazaqlı yel
əsirdi. Bunlara baxmayaraq vağzala gəldim. Pasajirski
Kassada oturan kişi bəlkə
də mənim yaşıma uyğun olmayan yorğunluğu, pərişanlığı, təlaşı,
ağlamaqdan şişmiş gözlərimi görüb, mənə bilet verdi. Mənim (16 yaşım
vardı). Dünyada yaxşı, həssas adamlar
çoxdur.
Mən Biləcəri vağzalına
çatdım. Məktəbə tələsirdim. Bu dəfə bütün yollarda yük daşıyan,
neft daşıyan qatarlar dayanmışdılar. Mən onların altından əyilə-əyilə tələsik gedirdim. Birdən başım iti bir dəmirə
dəydi, əlimi ağrıyan yerin üstünə qoydum, ovcum qanla doldu. Mən yaranı
bərk-bərk dəsmal ilə basdım. Bir azdan qan kəsildi, ağrı azaldı. Mən heç
bir şey olmamış kimi özümü məktəbə çatdırdım.
Axşam xalam bunu yana- yana
Əhməd müəllimə danışır, Əhməd müəllim məni otaqlarına çağırtdırardı.,
zarafatla dedi:
-Sən maarif cəbhəsinin əsgərisən.
Əsgər yaralanar, ancaq cəbhədən qaçmaz. Qoçaq qızsınız, bu haqda
İsayev də mənə dedi. - O, indiyə qədər məndən gizli saxaldığı söhbəti,
bəlkə də, məni ruhlandırmaq üçün danışdı.
İsayev bir həftə bundan əvvəl
bizim məktəbə gəlib, dərslərimizdə iştirak etmişdi. O, mənim dərsimə
gələndə mən 7-ci sinifdə ədəbiyyatdan maraqlı bir hekayəni təhlil
edirdim. Sinif səssiz idi. Uşaqlar maraqla cavab verirdilər. İsayev
dərsin axırına qədər oturdu. Zəng çalınanda təşəkkür eləyib getdi.
Əhməd müəllim deyirdi:
-İsayev sizin dərs üslubunuzu bəyənib. Uşaqlarda maraq oyadıb,
onları özünüzə tabe edə bilirsiniz. Bunun üşün dərsə yaxşı hazırlaşmaq
kifayətdir. İsayev sizi Bakı dəmiryol
məktəbinə gətirmək fikrindədir. (Əhməd Seyidov öz qohumları ilə həmişə
rəsmi münasibət saxlar, hamımıza “siz” deyə müraciət edərdi).
1928-ci ildə məni “Bakı zavağzalnaya”
küçəsindəki 10 illik məktəbə köçürdülər.
Bu məktəb rus məktəbi idi. Azərbaycan məktəbi bunun nəzdində yerləşirdi.
Mən “Kamenisti” küçəsindən oraya Sabunçu vağzalına qədər tramvayla,,
sonra ayaqla gedirdim. Böyük siniflərdə ədəbiyyat dərsləri aparırdım.
YADIMDADIR
Qış ayı idi. Bir gün tufanlı qar yağdı, o, bütün günü, gecəni də
eyni şiddətlə yağdı…yağdı. İkinci günün səhəri külək dayandı, lakin
sazaqlı qar dayanmadı. Qapı-pəncərələri qar örtdü, yollar bağlandı.
O illərdə şəhərdə yeganə minik vasitəsi olan tramvaylar da işləmədi.
Məktəbdə, yəni zavazğal rayonu ilə bizim aramızda neçə kilometr
yol vardı.
Əhməd müəllim adəti üzrə səhər
tezdən durub geyinmişdi. Çay içib, məni çağırtdırdı. Soruşdu:
-Bu gün neçə dərsiniz var?
-Dörd, - dedim.
-Fikriniz nədir?
Mən təəccüblə onun üzünə baxdım. Mənə elə gəlirdi ki burada
heç bir fikir ola bilməz. Mən şəhərin bu başında, məktəb o başında… qardakı
dizə çıxır.
Xalam əvvəlcə elə bildi ki,
Əhməd müəllim zarafat eləyir. Gülə- gülə dedi:
-Nə fikri olacaq? Məktəbdə hamı bu balaca müəlliməni gözləyir?
Əhməd müəllimin sifəti ciddiləşdi qəti bir səslə:
-Yox, dərs buraxmaq olmaz! –dedi.
Xalam darıxmış halda dedi:
-Nə ilə getsin? Bu qarda batıb qalar ki!..
-Ayaqla, həm də bir saat əvvəl çıxmaq lazımdır, nə olsun ki, minik
yoxdur. –Təbiətən çox yumşaq olan xalam ərinin üzünə qayıtmadı, susub
kədərləndi. Mən otağıma gedib hazırlaşmağa başladım, gözümdən kirpiyim
sanı səssiz göz yaşı axırdı.
Arvadına qayət həssas olan Əhməd müəllim mülayim bir səslə deyirdi:
-Sən elə bilirsən mən bunları bilmirəm, ancaq cavandır, sən onları
xarab edərsən. Qoy məsuliyyət hissini duysun, bərkə-boşa düşsün, bu
özünə lazımdır. Vərdiş ikinci həyatdır. -Bunları deyib, xudahafizləşib
getdi.
Mən tutuldum, düşündüm. Əhməd
müəllim yəqin ki, öz uşaqlarına qarşı belə tələbkar olmazdı? Mənim
isə atam yoxdur. Lakin sonralar o öz uşaqlarına bundan da çox tələbkar
oldu. O illərdə satışda nə uzunboğaz çəkmələr, nə də rezin “botiklər” vardı. Mən qalındabanlı
boğazsız çəkmələrimi, vatinsiz mahud paltomu geydim, başımı örtüb
küçəyə çıxdım. Küçədə heç kəs yox idi, təkəm seyrək düşmüş ayaq izləri hələ qarın qar təbəqəsi
arasından cığır aça bilməmişdi. Mən dizə qədər qara bata-bata dərs başlanmağa
yarım saat qalmış məktəbə gəldim, siniflər səssiz idi. İkinci mərtəbəyə,
müəllimlər otağına çıxdım. Qapını açıb, ordaca dayandım. Sobanın
yanında üç nəfər oturmuşdu. Məktəbin müdiri, onun arvadı,ədəbiyyat
müəlliməsi və bir gənc azərbaycanlı müəllim. Məktəbin müdiri yaşlı
rus pedaqoqu idi (adını, familyasını unutmuşam) onlar məni görəndə
üçü də ayağa durub məni qarşıladılar.
Mən qar qız kimi ağappaq idim. Bir addım atsam yolka budağı kimi
üstümdən qar qalağı döşəməyə töküləcəkdi. Mənim yalnız paltarlarım,
saçım, kirpiyim deyil, əlimdəki ağac da buz bağlamıışdı.
Müdirin arvadı Olqa Fyodrovna
özünü mənim üstümə atdı, şalımı başımdan ehmallıca açdı, paltomu
soyundurdu. Sobanın yanına gətirdi və məndən soruşdu:
-Bu qarda- boranda niyə gəldin və necə gəldin?
Dedim:
-Dərsim var.
Onlar üzlərində təəcüb qarışıq
xoş bir ifadə ilə bir- birinə baxdılar. Deyəsən vətəndaşlıq borcumu
başa düşməyim onlara xoş gəldi. (lakin onlar bilməlidirlər ki bu anlayışın
dalında qocaman bir pedoqoqun hökmü durur). Məni sobanın yanında
oturtdular, bir saat gözlədik, daha heç kəs gəlmədi. Dördümüz də çölə
çıxdıq. Onlar məni xeyli ötürüb evlərinə getdilər.
Qar dayanmış, günəş doğmuş, hərdən qar günəş şüalarıyla qarışıq
yağırdı. Küçələrdə nə insan səsi, nə minik səsi vardı. Təbiət öz təntənəsində
idi. Yer ağ, göy işıq, hava təmiz, mən cavan…
Qəlbimdə işıqlı bir aləm açılmışdı, yolları ayaqla gedir və istəyirdim
ki, bu qarlı yollar nəhayətsiz olsun… Könlümdəki sevinc hissi məni
tərk etməsin. Bu anda dünyanın sevinci, şadlığı hamısı mənim payıma
düşmüşdü.
Mən indi başqa bir adam idim:
güclü, qar kimi pak, günəş kimi işıqlı, fırtınaya qarşı gedə biləcək
ən güclü insan… Günortaya yaxın soyuqdan möhkəmlənmiş, adamların
hörmətini qazanmış, özümdən razı bir hiss ilə evə qayıtdım. Xalam məni
qapıda qarşıladı. Əhvali-ruhiyəmi görüb o da sevindi. Axşam Əhməd
müəllim işdən qayıtdı. Çörək yeyilib, çay içilib, körpələr yatandan
sonra məni öz otaqlarına çağıtdırdı. Nə gördüyümü, müəllimlərin,
tələbələrin gəlib-getmədiklərini soruşdu. Mənim isə o qədər yolu
piyada getməyimə heç bir kəlmə də söz demədi. Guya ki, bu adi bir hal
imiş.
Mən gördüklərimi danışdım,
ancaq bunu da dedim ki, siz məni göndərdiniz, heç kişi müəllimlərin
özləri gəlməmişdilər. Əhməd müəllim üzündə xoş bir təbbəssümlə dedi:
-Siz kişiləri utandırdınız.
Birdə ki, hər kəs özünə cavabdehdir. Özünüzdə, işinizdə həmişə müstəqil
olun, elə buna görə də sizi Biləcəri dəmiryol məktəbindən buraya gətirdilər. Bir də
bunu yadınızdan çıxarmayın: insan özünü nə cür tərbiyə etsə, o cürə
də yaşayacaqdır.
PROLETAR YAZIÇILAR
CƏMİYYƏTİNDƏ
Mən seminariyanı qurtaran ili Proletar Yazıçılar Cəmiyyətində
tez-tez ədəbi müzakirələr olurdu. Mən bu ədəbi müzakirələrdə, ədəbi
məclislərdə, disputlarda iştirak edirdim.
Bu məclislərdə alimlər, pedaqoqlar,
yazıçılar, oxucular maraqlı məruzələr, çıxışlar edirdilər. Bu cəmiyyət
gənc yazıçıları öz ətrafına toplamağı özünə məqsəd qoymuşdu. Məzunlardan,
ədəbiyyat həvəskarlarından, ziyalılardan istəyənlər bu məclislərdə
iştirak edə bilərdilər. Mən də “Maarif və mədəniyyət” jurnalının
oxucusu və təzə məzun idim.
1928-ci ildən mən o məclislərdə iştirak edir, ədəbi mühitdən
faydalanırdım. Onda Mustafa Quliyev cəmiyyətin sədri, səhv etmirəmsə
Süleyman Rüstəm katib idi. Çox şey yadımdan çıxsa da demək olar ki, bütün
ədəbi prosesi Süleyman Rüstəm idarə edirdi. O illərdə həm də onun təzə
nəşr olunub dillər əzbəri olmuş “Ələmdən nəşəyə” şeir kitabı ona böyük
şöhrət gətirmişdi.
Proletar Yazıçılar Cəmiyyətində
ilk tanıdığım, səmimiyyətlərinə, nəcib insani keyfiyyətlərinə
inam gətirdiyim Süleyman Rüstəm və Mikayıl Müşfiq idi. Həmin ildə mənim
də “Qadınların hüriyyəti” adlı lirik poemam “Maarif və mədəniyyət”
jurnalında nəşr olundu. Artıq mən cəmiyyətin üzvü hesab olunurdum.
Sonralar Səməd Vurğun, Rəsul Rza, Mikayıl Rəfili, Nigar Rəfibəyli,
Mehdi Hüseyn gəldilər. Bunu da deyim ki, bu gələnlər arasında Səməd
Vurğunun şöhrəti özündən əvvəl gəlmişdi.
SƏMƏD VURĞUN
Səməd Vurğunun Bakıya gəlmək xəbəri onun gəlişindən çox-çox əvvəl
tanıyan oxucularına tez çatdı və onlara onu tez görmək, onu tez dinləmək
həvəsi rahatlıq vermədi.
Vurğunun kəskin məntiqi ,
hazırcavablığı, mənsəb sahibləri qarşısında kəskin çıxışları,
lirik şeirləri haqqındakı söhbətlər ağız- ağız dolaşırdı, şairi
dinləməmiş Bakı oxucuları onun lirik şeirlərini əzbər deyirdilər.
Nəşr olunmadan dillərə düşmüş bu şeirlərin bir-iki misrası hələ də mənim
yadımdadır.
Dəyməyin, dəyməyin darıxdım yenə,
Qoy çıxım dağlara görüm yar hanı?
Fələk möhür basdı düşmən deyənə,
Bəs mənim verdiyim yadigar hanı?
Bir dəfə Yazıçılar Cəmiyyətində “at” haqqında şeir yazmaq
üçün müsabiqə elan olundu. Vurğunun şeiri birinci mükafat aldı və dillərə düşdü.
Bolqar inqilabçısı məhbus Dimitrev haqqında müsabiqədə Səməd
Vurğun yenə də birinci mükafata
layiq görüldü, şairin ən böyük mükafatı isə poemanın dildən-dilə
düşməyi, ədəbi məclislərdə oxucular tərəfindən həyəcanla oxunmağı,
əzbərdən söylənməyi oldu.
Bu misralar hələ də yadımdadır:
Hakim barmağını basdı zənginə,
Boğuq bir qızartı çökdü rənginə.
Bu sahilsiz istedad kəskin məntiq, kişi cəsarəti, doğru söz
söyləməkdən çəkinməyən Vurğuna həm sonsuz şöhrət, xalq məhəbbəti,
həm sonsuz ağır həsəd zərbələri gətirdi. Bu gizli, aşikar zərbələrin
gücü onun ciyərlərini çürütdü, 49
yaşında yatağa yıxdı, əlli yaşında onun nitqini susdurub, soyuq məzara
göndərdi.
Vurğunun dərdlərini onunla
oturub- duran kişilər daha yaxşı bilirlər. Mən bildiklərim, eşitdiklərim
isə dənizdə bir damladır.
Vurğunun xalq arasında şöhrəti
artdıqca ona olan təzyiqlər də artırdı. Yadımdadır: bir gecə filarmoniyada
ədəbi məclis vardı. Şairlər təzə şeirlərini oxudular, hərarətlə
qarşılandılar. Səməd Vurğun hamıdan sonra tribunaya qalxdı. “Ceyran”
adlı şeirini oxudu. Lirikaya ac oxucu onu uzun müddət alqışladı, səhnədən
buraxmadı.
Bu alqışlar qeyri-adi, gurultulu,
çox həyəcanlı, şairə minnətdarlıqla alqışlar idi. Vurğun tribunadan
düşəndə onu əhatə etdilər, məclis dağılanda onu çıxmağa qoymayıb,
hamı bir- bir onunla görüşə can atdı.
Vurğunun bu gecəsi sevinclə keçdi. Səhəri kədərlə açıldı. O
ildə Vurğunun “ Gözlər” adlı bir lirik şeiri də nəşr olunub dillərə
düşmüşdü.
O gecənin səhəri Vurğunu
“yuxarı” çağırdılar. Vurğun günorta oradan qəm yükü ilə, “burjua bataqlığına”
batmlş fikirlər içində evinə qayıtdı. Vurğuna dəyən bu zərbələr əsərlərində
milli duyğu zərrəcikləri görünən , sezilən bütün qələm sahiblərinə
də dəyirdi. Bu müqəddəs ifadəsi qadağan olan milli duyğuların töhfəsi
qələm sahiblərinin çoxuna ölüm, qalanlarına zülüm oldu.
Mircəfər Bağırovun məhkəməsində
SSRİ baş prokuroru Rudenka Vurğunun
həbs olunması haqqındakı orderlə camaatı
-Səməd Vurğun Vəkilovu hansı təqsiri üzündən həbs etməli idiniz və necə oldu ki, həbs etmədiniz?
Bağırov konkret cavab verə bilmədi. Bu fərmanla bərabər Vurğunun
əsərlərinin nəşri, səhnə əsərlərinin repertualarıdan çıxarılması
haqda da fərman verilmişdi, həm də bütün Sovet respublikalarına
göndərilmişdi.
Belə məlum oldu ki, bu fərmanların icra olunmasında Aleksandr Fadeyevin şairə köməyi olub.
O illər radionun ədəbiyyat şöbəsinin müdiri Rauf İsmayılov Vurğunun ölümündən sonra
danışırdı: radioya xəbər verilmişdi ki, Vurğun mikrafona buraxılmasın.
“Yuxarının” bu əmrindən xəbərsiz Vurğun
bir gün təzə şeirləri ilə radioya gəldi. Şairi görəndə radio əməkdaşlarının,
ən çox da mənim qanım qurudu.
Şairə nə deyəydim? Yuxarının gizli əmrlərini sahibinə çatdırmağın
nə demək olduğunu, nə ilə nəticələnə biləcəyini hamınız yaxşı bilirsiniz.
Şair təzə şeirlərini oxudu. Vurğunun şeirləri necə olardı. Çox gözəl,
ürək titrədən. Bir müddət hər ikimiz susduq. O mənə diqqətlə baxdı, bu
susmağın nə demək olduğunu sanki sezmişdi. Kor-peşman başımı aşağı
dikib dedim:
-Bəlkə başqa şeirlər gətirəsiniz?- Vurğunun rəngi qaraldı.
Dərhal işi başa düşdü, bir söz demədən şeirlərini götürüb getdi.
Səməd Vurğun ağlının, istedadının, cəsarətinin, güclü məntiqinin
qüvvəsi ilə üzünə oxunan ölüm-dirim hökmlərini ləğv etdirməsi şairə
el arasında yeni şöhrət və el məhəbbəti bəxş edirdi.
Bunu da eşitmişəm ki, məşhur Tatar şairi Musa Cəlil almanlara əsir
düşdüyü zamanlarda cəbhədə onun
satqın olması barədə uydurmalar danışılırdı.
Odur ki, mərkəzdən Tatar xalqına xalq deməyi qadağan etmişdilər.
Musa Cəlilə isə Almaniyada
“Mabut” zindanında ölüm kəsilmişdi. Şair bu işgəncə, ölüm təhlükəsi
qarşısında əyilməmiş, məşhur “Mabut zindanlnda” adlı şeirlərini
kibrit qutusu boyda kağızlara yazıb özü ilə bir kamerada yatan azad
olunmuş bir rus hərbçisinə verib xahiş etmişdi ki, onu öz xalqına çatdırmaq
üçün Tatarıstan Yazıçılar Cəmiyyətinə versin. Şairin etibar etdiyi
o hərbçi öz vədinə sadiq çıxıb əmanəti Tatarıstan Yazıçılar Cəmiyyətinə
vermişdi.
Şeirlərin nəşri böyük müqavimətə rast gəldi. Bunu eşidən
Vurğun o şeirləri götürüb Moskvaya gəldi, Fadeyevin köməyi ilə onu rus dilinə çevirtdirib Moskvada nəşr
etdirdi və bununla bir millətin hüququnu bərpa etdi. Sonra Vurğun
Tatarıstana gedib orada bir hökumət tədbiri ilə çağırılmış böyük,
siyasi bir məclisdə ilk dəfə Böyük Tatar xalqı sözünü işlədəndə deyirlər,
vəzifə sahibləri tir-tir əsirlərmiş.
Çöldən binanı əhatə edən camaatın
alqış səslərinin sədası salonu titrədirmiş. Tatar xalqının alınmış
milli hüququ belə bərpa olundu.
Vurğunun bu qeyrəti, bu cürəti
bir əfsanə kimi uzun müddət tatar xalqı arasında danışıldı. Bunu
Daşkənddə rast gəldiyim tatar şairlərindən eşitmişəm.
Stalinin vaxtında hüququ
alınmış bir insanın, bir xalqın adını,
hüququnu özünə qaytarmaq cəhdi, cəhd
edəndən böyük cəsarət və kişilik tələb edirdi. Hələ lap gənc yaşlarından Vurğuna xas olan bu sifətlər ona xalq məhəbbəti,
dünya məhəbbəti qazandırmışdı.
Bu da məlumdur ki, Musa Cəlilin
“Mabut zindanında” adlı şeirlərini öz dilimizə çevirməkdə də Vurğun
böyük müqavimətlərə rast gəldi.
Vurğunun və o dövrdə yaşayıb-yaradan
şairlərin çoxunun həyatı belə olmuşdur: xalqdan sonsuz məhəbbət,
hörmət, “yuxarıdan” sonsuz möhnət, iztirab.
ABDULLA ŞAİQ
Mən, o nəcib, o həyalı, o mötəbər yazıçını çox sonralar gördüyüm
yadıma gəlir. Lakin bütün uşaqlığım
onun şeirləri ilə, nəğmələri
ilə keçib. O, Yazıçılar İttifaqına çox tez- tez gələrdi. Özü haqqında
heç nə tələb etməzdi. Dekadalara, yazıçılar qurultayına, bizimlə
Moskvaya, başqa şəhərlərə getdiyi
yadımda deyil. Lakin bədxah insanların nəfəsi bu mələk xilqətli,
xeyirxah insana da mənəvi iztirab verməkdən çəkinməmişdi.
Abdulla Şaiqi, gün haradan doğmuşdusa Azərbaycan
Respublikasının Ali Sovetinə deputat seçmişdilər. Bundan çox əvvəllər
ona köhnə ziyalıların nümayəndəsi kimi soyuq yanaşırdılar.
Görünür Abdulla Şaiqə hökumətin
münasibətinin belə müsbət cəhətə dəyişməsi kimi isə narahat
edir, kimin isə xırda təbiəti buna dözmürdü. Belə danışırlar: Abdulla
Şaiqin Hüseyn Cavidlə yaxın dost olduğunu bilən xəbislərdən biri
onu bu dostluqla vurmaq istəyir. O zaman Cavid Sibirdə sürgündə idi.
Abdulla Şaiqə zəng edib deyirlər: Cavid Biləcəriyə gətirilib, qatarda
səni gözləyir. Haraya aparılacağı məlum deyil.
Ömründə yalan danışmamış,
xəbislik hissindən uzaq bu mələk xilqətli insan pal-paltar, yemək, pul götürüb həmin
saatda Biləcəriyə gedir. Pusquda duranlar onu qarşılayıb, nə üçün
gəldiyini soruşurlar. Şaiq əhvalatı danışır, burada həm onun səsini
yazırlar, həm də şəklini çəkib “yuxarıya” göndərirlər. Bir də eşitdik
ki, Abdulla Şaiqi deputatlıqdan geri çağırıblar, xoş bir təsadüf
ucundan onu tutub sürgün etməyiblər. Dövr belə, insanlar da elə idi. Hər
istedadın arxasında bir istedadsız paxıl, bədxah vardı.
Abdulla Şaiqin mənim inkişafımda
kim olduğu haqdakı xatirəni buraya əlavə edirəm.
Təbiət bizə nə vermişsə də
hamısını bir- bir geri alır. Yalnız uşaqlıq xatirələrimizi zehnimizdən
silməyə onun qüdrəti çatmayır.
Böyük müəllimimiz, ustadımız
Abdulla Şaiqin poeziyası mənim uşaqlıq xatirələrimin, bəlkə də tərcümeyi-halımın
elə təmiz, elə həzin, elə kövrək bir hissəsidir ki, illər keçdikcə bu
poeziya fikrimdə, duyğularımda daha da müqəddəsləşir.
Divar sobasında yanan odunların
çatırtısı susub, qızıl közün üstünü ağ kül təbəqəsi örtənə qədər
şeirlərin oxunuşu davam edərdi.
Babamın gözəl səsi vardı,
gözəl hafizəsi və şeirə aludəliyi vardı.
Abdulla Şaiqin “Dağlar sultanı”
şeiri oxunanda hamımız canlanardıq, xüsusilə uzaq səfərlərdə çaylı,
şəlaləli, meşəli, çəmənli, uçurumlu dağ yollarında ömrü at üstündə
keçmiş babam o şeiri dönə-dönə oxuyar, oxutdurar, sonra onun sözlərini
həzin, təsirli bir səslə zümzümə edərdi. Evdə beş uşaq, hamımız susar,
bu səslə əfsunlanardıq. Mən isti sobanın yanında taxt üstündə oturmuş
anamın qolunun altına girib, babamın zümzüməsini dinləməyi çox
sevərdim.
Yenə də nə zaman Abdulla
Şaiqin əsərlərini vərəqləyirəm, burada şeirlərin hərəsi mənim fikrimi sehrli
bir aləmə cavab aparır. “
Biz yatan otaqda asma çıraq
yanırdı. Gecələr nənəm və babam öz otaqlarına gedər, anam da lampanın
piltəsini aşağı çəkər, ancaq söndürməzdi. Otağı zəif bir işıq işıqlandırar,
elə bil divarlarda kölgələr titrəşərdi.
Belə gecələrin birində mən
“Ala-bula boz keçi” ni və boz qurdu yuxumda gördüm. Keçi evimizin üstündəki
hündür qayalı dağda qayalara dırmaşıb orada çalarlar arasında bitən
sarı yemlik çiçəklərini, qırçınlarından şeh daman qaya otlarını
yeyir, mən də təzəcə açılan lalə güllərini dərib dəstə bağlayırdım.
Aşağıda Damcılı bulağın suyu qaya otlarını yuya-yuya şır- şır
axır, yuxarıda ayaqları xınalı kəkliklər, turaclar öz bahar nəğmələrini
oxuyurdular. Birdən dişləri iti, caynaqları sivri, uzun, gözləri od
saçan boz qurd çıxdı. O iki ayağı üstə durub keçiyə baxdı və heybətli
bir səslə uladı. Turaclar uçub getdilər. Keçi qaçmaq istədi, yol tapmayıb
qaya aşağı yuvarlandı. Burada qəribə bir hadisə baş verdi: dağın ətəyində
birdən çoxlu bənövşə gülü açıldı, onlar birləşib çətirə döndü və keçi
bu çətirin içinə düşdü.
Mən yuxudan ayıldım. Bütün bədənim
titrəyirdi. ətrafıma baxdım, ancaq nə boz qurd vardı, nə keçi, nə də
turaclar. Zəif işıq anamın üzünə düşmüşdü, onun üzü elə sakit, elə nurani
idi ki, mən bundan ürəkləndim, anamın qoynuna sığındım. O, yuxulu-yuxulu
məni qucaqladı. Mənə elə gəldi ki, dünyada anamın qollarının arasından
isti bir yer, onun nəfəsindən ətirli çiçək, ondan güclü məxluq yoxdur.
İndi mən bu şeirləri nə vaxt oxuyurumsa zəif çıraq işığında
gördüyüm o nurani simanı, o isti nəfəsi, bir sözlə həzin, şəfqətli anamı, o yemlikli qayaları, nəğməli
turacları, o yerləri, o günləri, uşaqlıq dünyasını xatırlayıram.
Müqəddəs məhəbbətin çeşməsindən
göz yaşlarım çağlayır. Elə bil rahiyə saçan yağışlardan sonra buludlar
dağılır, göy üzü işıqlanır, göy qurşağının yeddi rəngi mənim xəyallarımı
yeddi rəngə boyayır…
İnsanların xatirələrində
yaşayan məhəbbətə eşq olsun!
Ay pipiyi
qan xoruz,
Gözləri mərcan
xoruz!
Sən nə tezdən
durubsan,
Qışqırıb
banlayırsan?
Bu şeiri oxuyanda xəyalım yenə o illərin uzaq yollarından geri
qayıdır. Qapımızdakı - qışda budaqlarında buz saçaqları, yazda
ağ çiçək salxımları, üstündə bal arıları uçuşan akasiya ağacı yadıma
gəlir.
Onun ən hündür bir budağında
qanadlarını çırpıb, banlayan, tükləri qızıl, pipiyi qan xoruzumuzu
xatırlayıram. Anamın mülayim səsini eşidirəm. o, bizi həmişə layla
kimi bir zümzümə ilə oyadardı. Biz durub bacımla və bizimlə bir yaşda olan dayımla lüləyindən buz sırsıları sallanan çəlləyin soyuq suyunda əl-üzümüzü yuyardıq.
Sonra isti otaqda təzə dəmlənmiş ağ samovarın çayından içib məktəbə
hazırlaşardıq.
Qızıl xoruz qanadlarını
çırpıb ağacdan düşər, çil fərələri, yazda cücəli toyuqları başına
yığıb, sanki bizi yola salmağa hazıraşardı.
Abdulla Şaiqin “İki qırlanğıc”
şeiri də unudulmaz xatirələrimlə bağlıdır. Bu xatirələrin arxasında
elə əlvan lövhələr var ki, mən onları təsvir etməkdə acizəm. Yalnız
bunu deyə bilərəm ki, qaranquşlar gələndə mən yenə də qırmızı kirəmidli
damında qaranquşlar yuva quran baba evini, badam çiçəkli bağlarımızı
görən kimi qaranquşlara üz tutub:
Çox uzun sürdü ayrılıq bu səfər,
Vətənimdən gətirmisən nə xəbər?
-deyən həssas, vətən məhəbbətli şairin şəfqətli səsini eşidirəm.
Səfərlərim zamanı nə zaman
yollarda dovşan görsəm kənd məktəbimizi, iki kəndin arasındakı düzənə
səpilmiş qar çiçəklərini, orada bizdən hürküb qaçan dovşanları xatırlayıram.
Fikrim o qar çiçəkli, yovşanlı düzlərə uçur.
Dovşan, dovşan, a dovşan,
Qaçma, dayan, a dovşan!
Qaçma səni sevəndən,
Can kimi bəsləyəndən!
Bu şeiri oxuya- oxuya bozayın gah yaz günəşilə qızaran, gah
qış buluduyla bozaran göyləri altında çiynimizdə “Tiflis şəhərindən
alınmış” qəhvəyi məktəb çantamız üzü günəşə qaçışdığımız günlər nə
günlərdi?!
Hələ Şaiqin romantikası!
Bahar yağışları otları, çiçəkləri tozdan, torpaqdan yuyub-təmizlədiyi
kimi, o romantika da bizim duyğularımızı işıqlandırır.
Əsər var dəfələrlə oxuyursan
yadında bir şey qalmır. Xalq demişkən, nə yandırır, nə dondurur.
A.Şaiqin əsərləri isə illərin
tufanlı günlərindən keçib, mənim də qəlbimdə hələ də o ilk təsirilə
yaşayır.
Eşq olsun xatirələrdə yaşayan
poeziyaya!
Ey bulanıq Kür, dərə, səhra, çəmən,
Bu görünən sənmisən ah, ey Vətən?
Könlüm açıldı yenə gördüm səni,
Ey ulu əcdadımızın mədfəni!
Mən burada ulu əcdadımızın müqəddəs mədfəni olan torpağın üzü üstə düşüb onların
illərin, əsrlərin arxasında gələn səslərini dinləyirəm. Torpaq mənim
üçün daha müqəddəsləşir. Mənə sehirli bir qüvvə gəlir, elə bir qüvvə
ki, mən qüdrəti ilə yenilməz oluram, odlardan keçib bu əcdadımın mədfəni
olan torpağı qorumağa qadir ola bilirəm.
İnsanların qəlbinə poeziya
günəşinin işığını salan sənətkara eşq olsun!!!
SÜLEYMAN RÜSTƏM
Süleyman Rüstəm Proletar
Yazlçılar Cəmiyyətində mənim ilk tanıdığım, ilk inandığım, həyata
yeni qədəm qoyan, söz söyləməkdən utanan, “başı papaqlılardan” qorxan
bir qıza namuslu qardaş münasibəti göstərən bir gənc kimi yadımda
qalıb.
O zaman Süleyman Rüstəm Proletar
Yazıçılar Cəmiyyətində əsas simalardan biri idi. Tutduğu vəzifə
yadımda deyil. O, təbiəti etibarilə çox coşğun, qaynar, inamında
sarsılmaz bir şair idi.
Bu sarsılmaz inamı indi ona
nöqsan tutan olsa da, məncə insan bir şeyə inanmalıdır, onun inamı, məsləki
olmalıdır. Bu inam şöhrəti xatirinə olan yalançı inam deyildi.
Süleyman Rüstəm dəmirçi oğlu
idi. Odur ki sinfi mövqeyinə görə “Dünya proletarları, birləşin” deyən
hökumətə inam gətirmişdi.
Süleyman Rüstəmin bu inamı
bütün proletar sinfinin, atası kimi çörəyini oddan çıxardan fəhlənin
həyata inamı idi.
Ancaq ömrünün son illərində,
xalqımızın çətin günlərində, bu haqda inamla, “mərkəzə” yazdığı
saysız-hesabsız kağızların cavabını almayanda onun inandığı partiya xalqına qənim kəsilib, onu təklədiyi
günlər Süleyman Rüstəm öz inamının
sarsıldığını hiss etdi, birdən qocaldı.
O xalqının oğluydu, ruhən,
qəlbən xalqına qayıtdı. Mən bunu onunla arabir etdiyim söhbətlər zamanı
yəqin etdim. Bunu onun “Təbriz şeirləri”
ndə də hiss etdim.
Bunu da deyim ki, Süleyman
Rüstəmin inamı onu heç vaxt xalqından
ayırmamışdı, o bu quruluşun xalqına səadət gətirəcəyinə inanırdı.
O zaman çoxları buna inanırdı.
Təbliğat güclü, insanlar
inamlı olduqları üçün çoxu inandı, çoxu da təbliğata uymayıb sistemə əks getdiyi üçün məhv
edildi.
Süleyman Rüstəmin odlu,
alovlu, vətənpərvər “Təbriz şeirləri”,
onun ürəyinin qanı ilə yazılmış misralar bu dediklərimi təsdiq etməyə
kifayətdir.
MİKAYIL MÜŞVİQ
Mən orta məktəbi bitirib 1928-ci ildə Azərbaycan Proletar Yazıçılar
Cəmiyyətinə ilk qədəm qoyanda, Müşfiq məni sanki uzaq səfərdən qayıdan
kiçik bacısını böyük qardaş kimi
mehriban qarşıladı.
O, çox sadə, səmimi, saf xilqətli bir gənc idi. İnsan təbiətində
saflıq (atalar buna qeyrət deyiblər) özü də istedad, gözəllik, qəhrəmanlıq
duyğuları kimi təbiətin bəxşeyişidir. Təbiət bu mənəvi büllurluğu
Müşfiqə bəxş etmişdi. Belə insanların ehtiramı da, köməyi də hamıya təmannasız olur.
"Bizim səsimiz" adlı ilk şeirlər kitabım 1934- cü ildə
Azərnəşrdə çap olundu. Bu kitabın redaktoru Müşfiq idi. Kitabdakı
ilk şeirin adı " Qadın" dır. Bu şeiri onbirlikdə yazmışdım. Həm
də qafiyələri qoşa idi. Müşfiq sətrin birini saxlayıb, ikinci sətri
qısa verməyi mənə məsləhət gördü. Dedi ki, şeir belə rəvan oxunar.
Mən onun məsləhətilə razılaşdım. Müşfiq sətri bölərkən nəyi atıb nə
saxladığını, nəyi əlavə etdiyini heyif ki, indi təyin edə bilmirəm.
İndi həmin kitabda onun düzəlişlərini, üslubunu da təyin etməkdə
çətinlik çəkirəm. Aradan uzun vaxt keçib. Lakin ümid edirəm ki, mən bu
şeirlərin qəzet və jurnallarda çap olunmuş ilk nüsxəsini əldə edəndə
oxucuya bu haqda düzgün məlumat verməyə müvəffəq ola bilərəm. Buna
mənim özümün də mənəvi ehtiyacım, marağım var.
1937- ci ildə Müşfiq mənim "İlk bahar" adlı şeirlər kitabımı
redaktə etdi...
O çox həssas idi. Bahar buludu kimi tez dolar, şimşək kimi çaxardı:
yağışdan sonra göyü işıqlı, çiçəkləri əlvan, günəş, günəş işığında
parlayan təbiətə oxşayardı.
Müşfiq romantik duyğularla qanadlanan coşğun şair idi. Romantik
hisslər şəlaləyə oxşayır: o, yolunda xırda hər nə varsa yuyub aparır,
öz nəğmələri ilə çağlayır.
Müşfiq xalq, Vətən eşqində də, ailə məhəbbətində də,dostluqda
da saf və sədaqətli idi.
1935- ci ildə
Bir dəfə Tbilisidə Gürcüstan Yazıçılar Evində səhər yeməyinə yığışmışdıq. Gürcü yazıçılarından
biri Xəyyamın rübailərini rus dilində oxumağa başladı. Müşfiqin
qaşları çatıldı, dərhal həmin rübailəri eynilə fars, yaxud Azərbaycan
dilindəmi , bu yadımda deyil, əzbərdən oxudu. Hamı onun istedadını
alqışladı.
Mikayıl Müşfiq az yaşadı. Lakin bu az müddətdə çox iş gördü. O öz ölməz əsərlərilə bərabər dünya ədəbiyyatının
incilərini də doğma dilimizə çevirməyə macal tapdı. Yuxusuz gecələrin
, gərgin əməyin hesabına çox sevdiyi
xalqına itməz, batmaz, qəsbolunmaz bir sərvət bəxş etdi, ondan işıqlı
xatirələr qaldı.
Müşfiq ömrü gül ömrü kimi az oldu. “Gül ömrü” mənsur, şeirin müəllifi
Gülhüseyn Hüseynoğlunun dediyi
kimi, az oldu, amma nəcib oldu, təmiz oldu.
MEHDİ HÜSEYN
Təzəpir məscidinin yuxarı hissəsində “Kamenisti” adlı küçədə
iki otaq tutmuşduq… Birində xalam öz əri pedoqoq Seyidovla uşaqları
ilə yaşayırdılar, onlarla bitişik otaqda mən yaşayırdım. Əhməd müəllimin
yaxın dostu məşhur pedoqoq Əli Hüseynovun oğlu Mehdi Hüseyn Qazax
seminariyasını qurtarıb Bakıya gəlmişdi. O, Bakıda heç kəsi tanımadığı
üçün bir neçə gün Əhməd Seyidovun evində yaşadı.
Bu təxminən 28-ci il idi. O Bakı dəmir yol məktəbində dərs deyirdi.
Azərbaycan Proletar cəmiyyətinə də tez-tez gəlirdi. O, Seyidovun
evində olan Maarif mədəniyyət və başqa ədəbi jurnalların ilkin nömrələrini
yığıb saatlarla oradakı ədəbi məqalələri, tənqidləri, hekayələri,
şeirləri oxuyur, konspektləşdirirdi. Çox az zaman içində o Yazıçılar
cəmiyyətində əsas simalardan biri kimi tanındı. O bu mövqeyi ziddiyyətli
ədəbi məclislərdə olan dərin məzmunlu
çıxışları və heç kəsin güzəştsiz yazılmış ədəbi məqalələri ilə qazandı.
Tezliklə nəşr işləri ona tapşırıldı.
Mehdi Hüseynlə az tanışlığımız
vaxtında mənim yadımda o həmişə
başı qəzetlərin, jurnalların, təzə nəşr olunmuş tarixi, ədəbi kitabların
üzərinə əyilmiş gəlir. O illərdə oxucuların çox sevdikləri A.Fadeyevin
“Tarımar”, Lev Tolstoyun “Hacı Murad”, “Qafqaz əsiri”, “Ailə səadəti”,
Turgenevin “Ərəfə”, “Atalar və oğullar” və adını unutduğum başqa əsərləri Mehdi Hüseynin stolüstü kitabları idi. Bundan başqa
Marksın “ Kapital”, Makarenkonun “Pedaqoji poema” əsəri də onun çox
oxuduğu əsərlərdən idi.
Gəncləri maraqlandıran gəzmək, vaxt keçirmək, axşam gəzintilərinə
çıxmaq ondan çox uzaq idi.
Mehdi Hüseyn mənim nəzərimdə okeanda inci axtaranlara oxşayırdı.
O heç vaxt heç kəsin qarşısında sözünü udmaz, həqiqəti deməkdən çəkinməzdi.
Ona ədəbiyyatın keşikçisi demək
daha doğru olardı. Xasiyyəti qapalı, az danışan, çox işləyən və çox
əsəbi idi. Bunlara baxmayaraq bu fədailərin özlərinin də unutqanlıqları,
haqsız münasibətləri vardı. Ədəbiyyatımızın, dilimizin saflığı
uğrunda gedən mübarizədə fədakarlıq göstərən bu əsil kişilərə allah rəhmət eləsin.
YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ
O dövrdə tanıdığım yazıçılar haqqında yeri gəldikdə danışmaq nə qədər
çətindirsə, danışmamaq daha çətindir.
Çətindir ona görə ki, mən onları tanıdığım illər onlar ustad,
mən şagird səviyyəsində idim.
Şagird ustad haqqında nə danışa
bilərsə, indi mən bu ustad yazıçı Çəmənzəmənli haqqında eləcə danışa
bilərəm.
Bakıda orta məktəbi bitirdikdən
sonra ilk qədəm qoyduğum Prolretar Yazıçılar təşkilatı mənim üçün ədəbi
məktəb olmuşdur. Mən bu ədəbi məktəbdə Haqverdiyev Süleyman Sani Axundov, Abdulla Şaiq,
Seyid Hüseyn və başqaları sırasında
Çəmənzəmilini də öz müəllimlərimdən
biri hesab etmişəm. Aradan illər keçib. İllər yaddaşımdan çox şeyi silib. Ancaq bu mötəbələrdən
xatirə qalan işıqlı duyğuları qaraltmağa illərin qüdrəti çatmayıb.
Bu duyğular nə ilə bağlıdır?
İnsan dünyaya gəldiyi ilk
gündən son nəfəsə qədər insan qayğısına, səmimiyyətinə, ehtiramına,
məhəbbətinə ehtiyac duyub. Xüsusilə gənclərin bu ehtiram, səmimiyyət
duyğusuna daha böyük ehtiyacı olub.
Mən o illər ustad yazıçılar və onlardan biri olan Çəmənzəminli
ilə oturub-duracaq yaşda və səviyyədə deyildim. Lakin onların ətrafında
çıraqdan işıq almağa ehtiyacı olan gənclərdən biri idim. O müdrik insanlar
gəncliyin bu mənəvi ehtiyacını duyduqları üçün onlara qarşı həmişə diqqətli idilər.
Yadımdadır: 1936- 1937- ci
ildə mən Azərnəşrdə tərcüməçi işləyirdim. Çəmənzəminli tez- tez nəşriyyata
gələr və mütərcimlər otağına baş çəkərdi. Əvvəlcə o bizi salamlar,
hamımızdan xoş sifətlə hal-əhval soruşar, sonra oturardı. O oturanda
biz sevinərdik. Bilərdik ki, o indi Qarabağ xanlığından, Mol
O illərdə Çəmənzəminli Vaqif
haqqında yazırdı. Biz söhbət əsnasında onun ətrafında sıxlaşardıq.
Qarşımızda oturan xoşsifətli, həssas, diqqətli insanın yaşını,
mövqeyini unudardıq; bizə elə gələrdi ki, o da bizim həmyaşımız,
doğmamız, dostumuzdur. Biz ürəyimizin
ən gizli sözlərini bu insana etibar edə bilərik.
İnsanın insana inam hissi
belə yaranır, sınaqlardan isə ya sınır, ya da bərkiyir.
Çəmənzəminli sözün əsl mənasında
ziyalı olduğu üçün dikbaş deyildi, öz üstünlüyünü, böyüklüyünü
kiçiklər qarşısında nümayiş etdirməzdi. O heç vaxt gözləməzdi ki, əvvəlcə
biz ona salam verək, yaxud "uşaq- muşağın" yanından başını
sallayıb ötsün. O rast gəldiyi gəncə əvvəlcə özü salam verər, onun yazıb-yaratdığı
ilə maraqlanar, halı-güzəranı haqqında məlumat alardı.
O dövrdə mən tanıdığım mötəbərlər
və haqqında danışdığım Çəmənzəminli yaşımızdan, vəzifəmizdən,
ailəmizdən asılı olmayaraq şəxsiyyətə dərin hörmət bəslərdilər. Gənclərə
böyüklərin hörməti, səmimiyyəti-pöhrə ağaclara günəş işığı, su,
hava kimi lazımdır.
Mən o dövrdə tanıdığım yazıçıları və hörmətli ədib Çəmənzəminlini
xatırlayanda, şaxtalı qış günü isti soba yanında oturan üşümüş adamın
əhvali- ruhiyyəsini yaşayıram. Məhz bu duyğunu illər məndən ala
bilməmişdir.
Onlar bizim qəlbimizdə ümid işığı, inam duyğusu, saflıq, xeyirxahlıq,
vüqar, qeyrət duyğusu aşılayıb getdilər.
Biz o dövrün gəncləri öz ustadlarımızı,
yaşlı yazıçılarımızı belə gözəl duyğularla xatırlayırıq.
MİRZƏ İBRAHİMOV
Od
üstündə addım atdıq,
Biz od üstündə yaratdıq.
.
Müasirlərimdən biri də “başıbəlalı” Mirzə müəllim olmuşdur.
Nizaminin 800 illik yubiley təntənəsinə hazırlıq gedirdi. Mirzə
müəllim incəsənət idarəsinin sədri idi. M.C. Bağırov Nizamiyə həsr
olunacaq muzeydə işin gedişi haqda
Mirzə müəllimdən soruşdu. Mirzə müəllim təzə muzeyin tezliklə tikilib
istifadəyə veriləcəyi haqda məlumat verdi. Muzeyin harada tikiləcəyini
də dedi. Elə bil partlayış oldu: Bağrov qışqıra-qışqıra , otaqda gəzinə-
gəzinə Mirzə müəllimin başına böhtanlar yağdırır, onu xalq işini
gözü götürməyən, bunun üçün də işi ləngidən , bu işin gedişini pozmağa
maraqlı kapitalist ölkələrinə satılmış siyasi düşmən adlandırdı,
ağlagəlməz sözlərlə onu ittiham etdi. (Qanları qurumuş yazıçılar
arasında xısıltı gedirdi; yaxşı işləyib “kişini” yaxşı doldurublar. Mirzənin işi bitdi,
heyf Mirzədən). Mirzə İbrahimovu heç kəs durub müdafiə edə bilmədi
və edə də bilməzdi. İclas salonundan çıxanda heç kəs ona yaxınlaşıb
təsəlli verəcək bir söz də deyə bilmədi.
Çünki, bu rəğbət hissi dərhal yuxarı çatacaq , rəğbət göstərənin başı
bəlalar çəkəcəkdi. Mirzə müəllimi dərhal işdən çıxartdılar. Bir
müddət işsiz qaldı. Onun sürgün olunmaq ehtimalı da vardı, ailə bir müddət
buna hazırlıq görüb bağlanmış yorğan-döşək, pal-paltar çamadanları
üstündə oturdu. Mirzə müəllimin qüdrətini bilən Bağırov onsuz keçinə
bilmir, tezcə onu daha məsul işə qoyur.
Mirzə müəllimin ikinci iztirabı
“milli dil” deyənin dili kəsildiyi illərdə Azərbayca dilinin dövlət
dili olması, dərhal idarələrdə Azərbaycan dilinə keçilməsi sahəsindəki
fəaliyyəti oldu. Bu fəaliyyət Azərbaycanda böyük, gəlirli vəzifə
tutub, Azərbaycan dilini bilməyənlər arasında top mərmisi kimi
partladı. Onların teleqramları Mərkəzdə ali idarələrə yağış kimi
yağdı. Mirzə müəllimin indiki ittdihamı əvvəlkindən betər oldu: indi
o “azğın satqın, millətçi” kimi cəzalandı. Onu Ali Sovetin sədri vəzifəsindən
azad etdilər, bir müddət işsiz qaldı, qələmə sığındı. Bu da məlumdur
ki, Mirzə müəllim ən çətin mənəvi iztirablar dövründə belə qələmi əlindən qoymadı. İşsiz qaldı,
qələmsiz qalmadı.
O illərdə millətçi damğası
vurulan şəxslər xalqın ürəyində
özünə qarşı gizli məhəbbət, hörmət hissi qazanırdı. ”Gizli” deyirəm,
çünki belə şəxslərə rəğbət bəsləyənləri də onları gözləyən tale
gözləyirdi.
Mirzə müəllimi küçələrdə piyada görən sürücülər onun qarşısında
maşınlarını saxlayıb xahiş edirdilər ki, haraya lazımdır aparsınlar.
Lakin o minnətdarlıq edib, yenə öz yoluna piyada davam edirdi.
Bu haqda bir gün məni aparan
taksi şoferi də yana-yana danışdı. Mirzə müəllim ədəbi məclislərdə
çıxış edəndə onu sürəkli alqışlarla
bir müddət səhnədə saxlayırdılar.
Ona hökumət əli ilə zərbə vuranlar da bu xalq məhəbbətini qısqanırdılar,
odur ki, xalq arasında onun əleyhinə gizli təbliğat aparırdılar ki,
bizim dilimizin dövlət dili olmamasına səbəb Mirzə İbrahimov
olub, bu tədbiri onun tələsik verdiyi fərman pozub. Millətimizə qarşı
yuxarıdan gələn zərbələrdən xəbərsiz sadə adamlar bəzən buna inanasalar da, işin mahiyyətini
bilən ziyalılar , siyasi xadimlər buna inanmırdılar. Bütün canı,
qanı ilə xalqa bağlı olan əsl yazıçılar üçün hökumətdən zərbə alıb, ali vəzifəsini itirmək, sözü tutulmamaq
bir dərddirsə də, xalq hörmətini itirmək, xalq arasında sözü tutulmamaq ölümə
bərabərdir. Onun xalq arasındakı şöhrətini gözü götürməyənlər indi
xalqın əliylə onu “öldürmək” ruhdan salmaq istəyirdilər.
Mirzə müəllimin hökumət tərəfindən
aldığı üçüncü zərbə Nəsimi yubiley təntənəsinə hazırlıq ili oldu.
O zaman Mirzə müəllim Respublika
Yazıçılar İttifaqının sədri idi. Milləti, inamı üçün dərisi soyulmuş klassik şairi xalqa
tanıtmaq “mərkəzin” xeyrinə olmadığı üçün buna çox yerdən qarşı dururdular.
İşin başa çathaçat vaxtı idi. Yazıçılar İtifaqında rəyasət heyətinin və Nəsimi yubiley
komissiyasının üzvlərinin iclası gedirdi. İclasa Mirzə İbrahimov
sədrlik edirdi. Birdən Moskvadan zəng çalındı. Mərkəzi Komitədən dedilər:
Türkmənlər buna etiraz edirlər və iddia edirlər ki, Nəsimi türkmən yazıçısıdır.
Hamının qanı qurudu. Mirzə İbrahimov yarım saat onlara tarixi
faktlar
-Mirzə İbrahimov haqqında mənfi bir rəy yaz.
S. Vurğun: - Mən bu rəyi yaza bilmərəm, - deyir, - çünki mən onu
xalq işinə çox lazımlı, müsbət bir şəxsiyyət kimi tanıyıram.
Mənim müasirlərim beləcə od üstündə doğulub, od üstündə yaradıb,
atəşlərə düşüb, əriməyən metal idilər.
SÜLEYMAN RƏHİMOV
Sülеymаn Rəhimоv “аğır vurаn аrtelеreyа” kimi idi. О хаlqdаn gəlmiş,
хаlqın ənənələrini, аdətlərini dərіndən bilir, tоrpаğа, insаnа, оnu
yеtirən хаlqа Qubаdlının zəngin təbiətinə, оrаdа оnа dərs dеyən müəllimlərinin
хаtirəsinə vurğun bir qələm sаhibi idi. Dönə-dönə Yаzıçılаr İttifаqının
birinci kаtibi, yахud sədri оlmuşdu.
Məhz bu duyğulаrın səbəbinə o Səməd Vurğun ruhunа dаhа yахın
idi. Stаlin hаkimiyyəti illərində bir müddət
həbsхаnаdа yatmış, işsiz qаlmışdı. Оnun əsərləri bir nеçə dilə çеvrilmişdi.
Yаzıçılаr İttifаqının sədri оlduğu zаmаn bir gün məni çаğırıb dеdi: -
Şаirə! Sənin хidmətin аdlаrı həmişə çəkilən məşhur şаirlərdən аz
dеyil, lаkin hələlik mən о haqdа dаnışа bilmirəm. Vахt оlаr sən də öz yеrində
оlаrsаn. — Mən, оnа bir söz dеməyib təşəkkür еdib kаbinеtdən çıxdım. О illər
mənim nənə-bаbаmın sürgün оlduğu illər idi. Оdur ki, məni аncаq özümə tərif
еdir, mətbuаtdа, məclislərdə mənim hаqqımdа susurdulаr.
Sоn illər idi. Sülеymаn müəllim аğır хəstə yаtırdı. Mənim
tеlеvizоrdа "Ulduz və Çingiz" аdlı pyеsim göstərildi. Bundаn bir
аz sоnrа tеlеfоn zаngi çаlındı. Zəng çаlаn Sülеymаn Rəhimоv idi. О səsi qəhərlənmiş
dеdi:
— Pyеsin məni kövrəltdi, sənin qədrini bilməmişik. Lаkin vахt gələr,
tədqiqаtçılаr bu hаqqı özünə qаytаrаr. Mən оnа minnаtdаrlıq еdib cаn sаğlığı,
könül хоşluğu аrzu еtdim. Ölümündən sоnrа mən оnа "Dаğlаr оğlu"
аdlı şеir ithаf еtdim. Həmіn gün Sülеymаn müəllimin zəngindən sоnrа Mikayıl
Rzаquliyеv mənə zəng çаldı. О аğlаyа-аğlаyа mənə dеdi:
— Mirvаrid, əziz bаcımız! Sən nеyləmisən, əsərin məni аğlаtdı.
Lаkin bunlаrdаn sоnrа yеnə də nə mənim, nə də mənim əsərlərim haqdа
dаnışаn оldu. Mənim müvəffəqiyyətlərim haqdа dаnışаn оlmаdı. Mənim müvəffəqiyyətlərim
haqdа müаsirlərim аncаq öz аrаlаrındа yа dа mənim özümə dаnışırdılаr. Bunun
dа bir çох səbəbləri vаrdı.
ACI - ŞİRİN XATİRƏLƏR
(Nigar, Rəsul Rza)
Nigar xanım haqqında xatirə yazmaq mənə həm cox cətindir, həm
də asan. Çətindir ona görə ki, mən
onun cismani ölümüylə razılaşa bilmirəm. Hər dəfə qələmi əlimə
alanda fikirlərimi kədər dumanı bürüyür.
Asandır ona görə ki, Nigar
xanımın mənəvi dünyası - humanist, lirik, döyüşkən poeziyası bizimlə
qalıb. Demək, onun ürəyi susmayıb biz onun döyüntüsünü misralarda eşidirik, o bizimlə
həmsöhbətdir. Bundan əlavə, biz bir vaxtda ədəbiyyata gəldik və həyatımız
gözəl gənclik xatirələrilə zəngindir...
Birimiz - Hacıkəndin bonövșəli
meşələrindən, Göy gölün füsunkar sahilindən saçlarında ipək lentlər
böyük Nizaminin vətəni qədim Gəncə şəhərindən, birimiz saçlarında
günəşin hənası, Vaqifin, Vidadinin, Vurğunun vətəni Qazağın ucqar
bir kəndindən gəlmişdik. Birimiz həkim ailəsindən, birimiz əli torpaqda,
gözü göydə, əkinlə-biçinlə çalışan zəhmətkeş insanların dünyasından...
Bizim hər ikimiz atadan yetim
idik. Bizim hər ikimiz qeyrətli, ismətli analarımızın himayəsində
böyümüşdük. Hər ikimizin anamızın adı Cavahir idi. Onların ürəkləri
ülvi duyğuların cəvahirat xəzinəsi idi.
Biz Nigar xanımla yeniyetmə
yaşlarımızdan zehni əməklə məsğul idik, özümüzü yaşatmaqla yanaşı,
analarımıza dayaq idik. Çətinliklərimizi bölüşürdük. Bəlkə də bizi
birləşdirən, ürəklərimizi bir-birinə bağlayan da bu sonuncu səbəblər
idi.
Nigar xanım da mən bitirdiyim
seminariyanı bitirmişdi. O, seminariyanı bitirəndə
Mən Nigari əvəzsiz, kənd günəşinin
mənə bəxş etdiyi işığıyla, istisilə dərindən sevirdim. Odur ki,
onun Bakıdan, ədəbi mühitdən və məndən ayrılıb Tbilisiyə getməyini
ağlıma sığışdıra bilmirdim. Anası Cəvahir xanım da buna o qədər də
razı deyildi. Mən uzun müddət, onun Bakıda qalması üçün günlərlə təbliğ
etdim, onu Proletar Yazıçılar Cəmiyyətinə apardım. O zaman cəmiyyətin
sədri Hacıbaba Nəzərli idi. Mən Nigarı bütün məziyyətləriylə Nəzərliyə
təqdim edib, onun cəmiyyətə üzv keçirilməsi xəbərini səbirsizliklə
gözlədim.
Nigar xanım Proletar Yazıçılar
Cəmiyyətinə gedəndən sonra Bakıda qalmağa könülləndi və qaldı.
Azərkinoda mütərcim vəzifəsinə qəbul olundu. Bəzən təsadüflərin
də xeyirlisi olur. Azərkinoda Nigar xanım öz dövrünün mədəni, müstəqil
təbiətli, müasir dünyagörüşlü oğlu, şair Rəsul Rza ilə
Rəsul Rza yerində sərt, yerində
yumşaq, ağıllı, tədbirli, mədəni bir gənc idi. Nigar xanım mülayim,
ağıllı-kamalli, şair xəyallı, incə,
məlahətli, gözəl bir qız idi.
Nigar xanım! Nigar xanımın
lirik, humanist, xeyirxahlığı təbliğ edən poeziyası oxucularımıza
tanışdır. Xüsusilə onun 1959- cu ildə "Şairin kitabxanası"
seriyasındakı "Səyahət dəftəri"ndə "Get sevgilim,
uğur olsun", "Mən səni sevirəm,
insan" adları altında toplanmış şeirlər silsiləsi ona əbədi yaşamaq
hüququ qazandırdı. Onun lirikası büllur, kövrək, ülvi duyğular lirikasıdır.
Nigar xanıma xalq şairi adı
verilmişdi. Heyif ki, o xəstə yatırdı. Mən onun görüşünə getdim,
otaq al qərənfillərlə bəzənmişdi, mən də gətirdiyim gülləri o güllərə
qatdım. Onun qızdırmalı alnından öpdüm, çox zəifləmişdi, yataqda
da gənclikdəki zəif, zərif Nigara oxşayırdı...
Xəstəlik onun görkəmini dəyişmişdi,
lakin şairanə arzularına toxuna bilməmişdi. O tez-tez deyirdi: -
"Kaş bu yataqdan bircə dura biləydim". Bu arzunun arxasında
nə qədər yazılmamış şeir, deyilməmiş söz vardı. Bu ürəyin döyüntüsünü
onun poeziyasında biz nəsil-nəsil eşidəcəyik.
OSMAN SARIVƏLLİ
Osman Sarıvəlli - çörəksiz yaşayıb, məsləksiz yaşaya bilməyən
sənətkarlardandır.
Bu məslək bəşəri humanizmi,
düzlüyü, doğruluğu, fədakarlığı təbliğ edir.
Məhz bunun üçün Osman məslək
eşqində, yoldaşlıqda, sədaqətdə, məhəbbətdə möhkəm və dönməzdir. Onun yaradıcılığı
da bu işıqla işıqlanmışdır.
Səməd Vurğunun səmimi dostu,
qələm yoldaşı kimi tanınan Osman, onun vəfatından sonra təmannasız
olaraq onun əsərlərinin nəșri üzərində uzun müddət işləmişdir.
Şairin mürəkkəb arxivində
"Komsomol poeması”nı hissə-hissə tapıb bərpa etməklə Azərbaycan
ədəbiyyatına böyük xidmət etmişdir.
Osmanda sevdiyim xüsusiyyətlərdən biri də, onun həyatda və sənətdə
hədsiz təvazökar olmasıdır. İtaliya xatirələrində oxuyuruq: "Qərəz...
mən diplomat deyiləm, balaca bir şairəm, şeir yazmaqdır peşəm".
Qəribədir ki, kiçiklər özlərinə böyük deyərkən böyümədikləri kimi,
böyüklər də özlərinə kiçik deyərkən kiçilmirlər. Azərbaycan ədəbiyyatı
xəzinəsinə qiymətli incilər vermiş Sarıvəllinin təvazökarlığı
gənclərimiz üçün həmişə nümunə olmuşdur. Osmanın lirik şeirlərini,
qoşmalarını oxuyarkən ürəyimiz qoz ağacından kövrək olur.
Ocaq dağı dinmə desən dinmərəm,
Ancaq bil ki, mən alışsam sönmərəm.
Bu misralar oxucunu öz xatirələr dünyasına səfərbər edir, qədəm
qoyduğu torpağı sevməyə çağırır.
ƏHMƏD CƏMİL
Müasirim şair Əhməd Cəmil Azərbaycanın ədəbi yaşamaq hüququ
qazanmış milli şairidir.
Şairin nəcib, humanist milli
ənənmizə sadiq zəngin ruhu, yüksək şəxsiyyəti, milli poeziyası yuxarıdakı fikrimizi
təsdiq edir.
Əhməd Cəmil istər şəxsi həyatında,
istərsə zəngin poeziyasında öz xalqının oğlu kimi qiymətləndirilir.
Əhməd Cəmil bir çox yüksək vəzifələrdə də nəcib, xeyirxah, milli keyfiyyətlərinə
sadiq qalmaqla, şöhrət, mənsəb duyğularından uzaq olmasını təsdiq
etmiş, bunun üçün xalqımın hörmətini qazanmışdır.
Xalq hörmətini qazanmaq isə
o qədər də asan deyildi, çünki xalqın gözü zərrəbindir.
Əhməd Cəmilin poeziyasında milli ruh, kövrək lirika, billur
xalq dili, kökdən, torpaqdan, vətən eşqindən ona miras qalan milli zəngin
duyğular onu gənc yaşlarından müdrikləşdirmişdi.
Əhməd Cəmil istər poeziyasının təsir gücü, istər yüksək, təmiz
şəxsiyyəti ilə mənə həmişə dağ bulaqlarını xatırladır. Sularında
günəş şüaları oynayan dağ bulaqları!
Bu dağlardan baş alan suların səsindəki zümzüməni, damlalarındakı
billurluğu necə təsvir etmək olar?!
XALQININ KİŞİ OĞLU
Əli Vəliyev haqqında
xatirə
"
O, həqiqəti pərdələyənlərə,
xalqının ləyaqətini dərk etməyənlərə, onun ləyaqətinə nöqsan gətirənlərə,
havayı həvəslərə qapılanlara qarşı həqiqət, ədalət naminə ÜZÜ
BOZ KİŞİ idi. Onun xarakterindəki bu xüsusiyyəti bilənlər yuxarıda
dediyim kimi ən çətin, mürəkkəb vaxtlarda onunla hesablaşmağa məcbur
olmuşlar.
Əli Vəliyevin sözünə - ədalətin
qılıncı desək, daha haqlı olarıq. Onun nifrəti də, məhəbbəti də dərhal
üzündən oxunurdu. Əli Vəliyevin xarakterinin ana xətti - mənəvi təmizlik,
xalqına, ailəsinə və dünyanın bütün yaxşı adamlarına sədaqətli olması
idi.
Onun xarakterinin ikinci
ana xətti: bütün insani zəifliklərdən uzaq olmasıdır. O, böyük bir
ailə başçısı olub. Bu ailədə onu əhatə edən insanlar arasında, xalq arasında
Əli Vəliyev mənəvi təmizliyin, saflığın nümunəsi olmuşdur.
Əli Vəliyev bir neçə il bundan
qabaq Şüvəlan yazıçılar evinə dincəlməyə gəlmişdi. Arvadı Qumru
xanım bərk xəstə idi. İki ay müddətində Əli müəllim ona sədaqətli, fədakar
bir ana övladına necə məhəbbətlə, ürək ağrısı ilə qulluq edirsə, eləcə
qulluq edirdi. O, qadının ətrafından bir an olsun ayrılmırdı. Onun yatağını
ağacların altında kölgədən-kölgəyə çəkir, dərmanlarının vaxtını
bir an unutmurdu.
ALİ PEDAQOJİ İNSTİTUT
1929-cu ildə Ali Podaqoji İnstitutunun Ədəbiyyat-ictimaiyyət
fakültəsinə daxil oldum. Sabit Rəhman, Cəfər Xəndan, Məmməd Rahim də
burada oxuyurdular.
Müəllimlərdən Əli Nazim,
Əli Sultanlı, Çobanzadə yadımdadır,
Əli Sultanlının qərb ədəbiyyatından, Əli Nazimin proletar ədəbiyyatından
dərs dedikləri yadımdadır.
1939-cu ildə institutu bitirib Quba rayonuna müəllim təyin
olundum. Bunu da deyim ki, 37-ci ilin tufanında artıq insititutda
bir nəfər olsun müəllim qalmamışdı: hamısı həbs olunmuş, çoxu güllələnmiş,
azı sürgün edilmiş və sürgündən qayıtmamışdılar.
O illər anamızla biz iki bacı İçərişəhərdə Əbülqasımın mülkündə
kiçik bir otaqda yaşayırdıq. Maddi vəziyyətimiz çox çətin idi. İkimiz
də işləyirdik, mən Bakı Dəmiryol məktəbində, bacım 19-cu məktəbdə dərs
deyirdik.
Bizim ikimizi də instituta qəbul etdilər. Ancaq bizim maddi
vəziyyətimiz buna yol vermirdi. Odur ki, bacım dedi:
- Mən işlərəm, sən əvvəlcə get oxu. Mən buna razı olmadım, dedim:
- Sən böyüksən, yol böyüyündür. Mən işlərəm, sən oxuyarsan.
Təbiətcə çox güclü olan bacım
mənim təklifimi qəbul etmədi. 1939- ci ildə mən institutu bitirdim.
Avqustun son günləri idi. Quba səfərim
məni gözləyirdi.
İNSANLAR
İyirmi yaşım təzəcə tamam
olmuşdu, ali məktəbi bitirmişdim, anamın qanadları altından çıxıb
tanımadığım bir rayona ədəbiyyat müəllimi təyin olunmuşdum.
Səfərim mənə dünya səfəri
kimi uzaq və çətin görünürdü. Mənə qohumlardan bir bələdçi qoşdular.
Axşam yola çıxdıq, gecə saat
birdə qaranlıq bir vağzalda qatardan düşdük. Bura Xaçmaz vağzalı
idi. Bizə verilmiş bir məktubla orada yaşayan bir müəllim ailəsinin
evini axtarıb, tapdıq.
Qapını döydük, içəridən kişi
səsi gəldi. Haradan, kim tərəſindən gəldiyimizi bilib, qapını açdı,
məktubu oxuyub bizi içəri apardı.
Müəllimin evi bir kiçik otaqdan,
bir dalandan ibarət idi. Otaqda arvad-uşaqları yatmışdılar. Arvadı
durdu, dalanda (girəcəkdə) stulları birləşdirdi. Onların üstündə
mənə yer düzəltdi. Yorğan-döşəyi pal-paltar əvəz etdi. Yol yoldaşım
bir küncdə oturası oldu. Çünki ev sahibinin nə yorğan-döşəyi, nə də
bundan artıq yeri vardı.
Səhər tezdən avtobus duracağına
gəldik. 32-ci il idi, minik məsələsi həddən artıq çətin idi. Hamı kiçik
kassanın qarşısında növbəyə durmuşdu.
Bələdçim səhər qatarı ilə
Bakıya qayıtdı. O, isə tələsirdi. Çox gözlədik maşın gəlmədi. Saat
dörd idi. Get-gedə məni vahimə basırdı. Axşama qədər maşın gəlməsəydi
mən nə etməli idim. Bu yekə papaqlı kişilərin hamısı öz evlərinə
gedəcəkdi, bəs mən?
Heç kəs danışmırdı, məni fikirlər
pəncəsində sıxırdı. Bu zaman elə bil ki, qaranlıq gecədə bir çıraq
yandırdılar, mənim Yazıçılar İttifaqında tez-tez gördüyüm gənc şairlərdən
biri buraya gəldi. Onu görüb sevindim. O da mənim təyin olduğum Quba
şəhərinə gedəcəkdi. Ancaq ezamiyyəti
yoxdu. Məni görüb salam verdi və alçaqdan soruşdu:
-Ezamiyyət vərəqiniz var? - Sevinmiş, - var, - dedim. O da sevinmiş:
-Növbədən çıxın, vərəqəni
mənə verin, burda dumaq sizə yaraşmaz,
- dedi. Biletinizi mən alaram.
Mən sevinmiş vərəqəni və
pulu ona uzatdım. O, vərəqəni sanki əlimdən qapdı. Gün üfüqə əyiləndə
maşın gəldi. Bu balaca kassa günəşə, səadətə açılan pəncərə kimi
açıldı. Mənim gənc şair həmkarım vərəqəni
uzatdı, bilet aldı. Mən tez yol sumkamı götürüb maşına gedərkən o məni dayandırdı. Ezamiyyət vərəgəmi və pulu üstümə atıb maşına atıldı. - Sizə
bilet vermədilər, - deyib maşından məni xəbərdar etdi.
Maşın getdi. Mən əlimdə yol çantam duracaqda
tək qaldım. Duracaq vağzaldan uzaqda,
günəbaxan tarlasının arasında idi. Bura çöl-biyaban idi. Baş verən hadisənin mahiyyətini dərk etdikcə
gözlərim qaralırdı. Mən iki dəhşətin
arasında qalmışdım: həm öz vəziyyətim, həm də gənc şairin dələduzluğu mənə çox ağır gəlirdi. Qələm
yoldaşımdan gördüyüm bu alçaq keyfiyyət və yaxınlaşan axşamın qaranlığı
ruhuma çökürdü.
Mən nə etməli idim? Hara getməli idim?
Günəş dağların dalında gizləndi,
üfüq qan rəngi aldı, duracaq bağlandı. Mən əlimdə yol çantası düşünürdüm.
Bir azdan qaranlıq məni də öz ağuşuna alacaqdı. İndi gümanım yenə də
o müəllimin evinə gəlirdi. Ancaq müəllimin evi hara, duracaq hara?
Yollarda da işıq yox.
Fikirlərimin belə qarışıq
vaxtı duracağa iki qadın gəldi. Mən onları görüb ürəkləndim. Əhvalatı
onlara danışdım. Bunlar orta yaşlı rus qadınları idilər, mənə ürək
verib deyirdilər:
Biz bu yolları çox gedib-gəlmişik.
- Oradan keçən bir faytonu dayandırdılar. Biz oturduq, hər tərəſ günəbaxan
tarlası idi. Bağlar, bostanlar, boş düzənliklər arasından keçib, Quba
şəhərinə çatdıq.
Qaranlıq düşmüşdü. Mən təyin
olunduğum orta məktəbi tanımırdım. Onlar məni həmin məktəbə apardılar,
müdiri axtarıb tapdilar, məni yaxın bir adam kimi dönə-dönə tapşırdılar.
Müdir mənə boş siniflərin
birində, skamyalar arasında qoyulmus bir taxt üzərində yer verdi. -
Evim sizə qonşudur, qorxmayın, -deyib getdi. Mən səhərdən ac olduğumu
unudub, qorxa-qorxa sinif otağında yatdım.
İndi o vaxtdan çox illər keçib,
mən qələm yoldaşım sandığım o şəxsi hərdən böyük məclislərdə görürəm.
O, uzun illər çox nüfuzlu bir rayonda mötəbər bir ittifaqın sədri vəzifəsində
işlədi.
İndi o məni məclislərdə görərkən
iki əlini uzadıb - "Ya allah",- deyərək mənimlə görüşür, bəlkə
də o elə zənn edir ki, mən o fırıldağı başa düşməmişəm. Mən də nakişi
olmağını ona xatırlatmaqdan utanıb salamını qəbul edirdim, ona heyif
ki, əl verirdim, ancaq onun çil basmış, kosa sifətinə baxmaqdan iyrənirdim.
İndi o dünyada yoxdur. Mənə
verdiyi o qorxu, həyəcan, iztirab üçün onu bağışlayıram. Bilmirəm
uzun ömür yollarında mənim kimi aldadıb, çətin vəziyyətə saldığı
adamlar onu bağışlayacaqmı? Mən o iki qadını və öz həmkarımı
düşünəndə deyirəm: dünyada pis millət yoxdur, yaxşı, pis adamlar
var.
O günün səhəri Quba maarif
şöbəsinə getdim. O zaman Quba maarif şöbəsinin müdiri ortayaşlı,
xalq ehtiramını qazanmış çox müdrik Sədül müəllim idi. Sədül müəllim
məni Qubanın Rostov kəndinə müəllim göndərmək istədi. Lakin bir qədər
mənimlə söhbət edəndən sonra Quba
Partiya məktəbinə ədəbiyyat müəllimi təyin etdi.
1934-cü ildə Bakıya qayıtdım. Azərbaycan dövlət muzeyinə kiçik
elmi işçi təyin olundum.
Birinci ili mən Ağakərim Şərifovun
rəhbərliyi ilə işlədim. Bu, Ədəbiyyat Əlyazmalar Şöbəsi idi. Ağakərim
Şərifov da o şöbənin müdiri idi, mən də kiçik elmi işçisi.
Burada da bəxtim gətirdi,
mən çox mötəbər bir kollektiv arasına, alimlərin əhatəsinə düşdüm.
Mən orada yaşca hamısından kiçik olduğum üçün mənə çox nəcib və doğma
münasibət bəsləyirdilər. Şöbənin müdiri Ağakərim bir ildən sonra
teatr muzeyinə müdir təyin olundu.
Mən onu əvəz etdim. Şöbəyə müdir
təyin olundum.
Bu şöbə çox kiçik idi. Şöbədə
cəmi bir kitab şkafı və yüzə yaxın, bəlkə də bir az kitab vardı. Bunlar
hamısı pilləkanın altında kiçik, qaranlıq otağa bənzəyən bir yerdə
saxlanırdı.
O ilin yayında mən
M.P. Vaqifin Cıdır düzündəki
pərişan məzarını o zaman gördüm. Qəhərləndim, qəbrin önündə diz çöküb
ağladım. Qəbri küləklər düzləmiş, mal-qara ayaqlamış, balaca başdaşı
çoban-çoluğun "dalda" yeri olmuşdu. Dedim:
-Afərin "qeyrətinə"
belə xalqın rəhbərlərinin! Bəs şuşalılar buna necə baxırdılar? -
Mən indi də düşünürəm: Vaqifin özü ilə qətl olunan oğlu Əlibəyin qəbri
bəs hanı?
Mən Natəvanın və bir çox Qarabağ
şairlərinin əsərlərini, çünklərini toplayıb Bakıya qayıtdım.
Şöbə yavaş-yavaş böyüdü.
Ədəbiyyat əlyazmaları şöbəsinə,
tədqiqatçı alimlər, yazıçılar, Azərbaycan münəvvərləri gəlirdilər.
Arxivlərdən istifadə edirdilər.
Ruhul
Professor Çobanzadə, Əli
Nazim, Mikayıl Rəfili, Ələkbərov Ələsgər, Ələkbərovun aspirantları:
İshaq Cəfərzadə, Qaziyev və daha bir çox yazıçı, alim bu şöbənin müntəzəm
tədqiqatçıları idilər.
34-cü ildən, 38-ci ilə qədər
Dövlət muzeyində baş elmi işçi və şöbənin müdiri işlədim. Lakin
poeziyaya olan məhəbbətim daha güclü oldu. Odur ki, 38-ci ildə mən ərizə
yazıb işdən çıxdım. Buradan bir az geriyə qayıtmaq istəyirəm.
Qubadan gələn ili mən
"Azərbaycan qadını" redaksiyasında ədəbi şöbənin materiallarını
oxuyub hazırlamaqda jurnalın redaktoru Bürükovaya kömək edərdim. Saatlarla
redaksiyada otururdum. Bir gün evimizə zəng olundu. Dedilər:
-Mərkəzi komitədəndir. Sizi
filan saatda Mərkəzi komitənin katibi çağırır.- O vaxt Mərkəzi komitə,
Kommunist küçəsində, filarmoniya ilə üzbəüzə olan binada idi. Mən
həmin vaxtda oraya getdim. Geniş kabinetdə, stol arxasında cüssəli
bir kişi oturmuşdu, o, mədəniyyət üzrə katib idi. Məni çox xoş sifətlə
qarşıladı. Mənimlə xeyli söhbət elədi. Mütaliəm haqqında və hansı
mərkəzi və yerli mətbuata abunə olduğum haqda soruşdu.
O illər mərkəzi qəzet-jurnallara
abunə yazılmaq çətin idi. Məndən nəyi alıb nəyi ala bilmədiyimi də
soruşdu və dərhal Fialetov küçəsində abunə qəbul edən idarənin müdirinə
zəng etdi. Məni tapşırdı və nəhayət mətləb üstünə gəlib dedi:
- Biz istəyirik sizi
"Şərq qadını" jurnalına redaktor göndərək.
Mən təşəkkür edib dedim:
- Mən şairə olmaq istəyirəm.
Bu çox məsuliyyətli işdir. Mən bu işə qoşulsam yaradıcılığa, mütaliəyə
vaxtım qalmaz.
Dedi:
- Sizə yaxşı, özünüz istədiyiniz köməkçilər verərik.
Mən yenə təşəkkür etdim və
fikrimin üstündə durdum. Katib gülümsünüb məni xeyli dilə tutdu,
fikrimin qəti olduğunu biləndə, dedi:
-Yaxşı, sizə bir həftə vaxt
verirəm, fikirləşin, görüşərik. Gedin, istədiyiniz qəzet jurnallara
abunə yazılın.
Bir həftə başa çatanda məni
yenə çağırdılar.
Mən çox xahiş etdim ki, məni
bu məsuliyyətli işə çəkməsinlər, mən öhdəmdə məsuliyyət olanda yaza
bilmirəm, mən şair olmaq istəyirəm. O, gülümsündü, durub mənə əl
verdi. Qapıya qədər yola salıb mənə uğur arzuladı. Mən də cavabında
yenə dedim:
-Jurnala indikindən də çox
kömək etməyə söz verirəm. - Və çox kömək etdim. O ilin yazında Kislovodskiyə
iki aylıq putyovka ilə mükafatlandım.
Sonralar Teymur Yaqubovun
vaxtında "Pioner" jurnalının redaktorluğunu, pioner evinin
müdiri olmağımı mənə təklif etdilər, qəbul etmədim. Çünki, mənim
şərəfli, çətin, xalq qarşısında məsuliyyətim də iş, vəzifə məsuliyyəti
ilə bir araya sığa bilməzdi. Bizim poeziya gözəlinə ya "həp",
ya da "heç" gərəkdir. O, hər gözələ bənzəmir, gərək ona özünü
həsr edəsən ki, o sənə bir dəfə gülümsünə. Mənim şadlıq məclisim də,
həmsöhbətim də, rəfiqəm də, ali rütbəm də stolumun arxasında oldu. "Kasıbın
bacardığından" yazdım, yaratdım, gec yatdım, tez oyandım. Səadəti
qələmlə söhbətdə tapdım.
Bu haşiyədən sonra mətləbə
qayıdıram: 1938-ci ildə muzeydən çıxıb Azərnəşrə tərcüməçi təyin
olundum. Burada əvvəlcə kiçik əsərlərin tərcüməsindən başladım.
L. Tolstoyun "Üç ayı", Çexovun "Vanka", sonra Qnut
Qamsonun "Viktoriya" romanını tərcümə etdim. "Qolod"
romanı əlimdə yarımçıq qaldı. Təəssüf ki, Q. Qamson faşistlərə rəğbət
bəslədiyi üçün, çox sevdiyim, böyük maraqla tərcümə etdiyim
"Viktoriya" romanının tərcüməsi redaktor - Hüseyn Şərifovda
qaldı və nəşr olunmadı.
Müharibə çox şeyi təxrib
etdiyi kimi, mənim ümidlərimin çoxunu da təxrib etdi. Müharibə illərində
Uşaqgəncnəşrin tapşırığı ilə Q. Zakirin "Təmsillər"inin dilini
sadələşdirib uşaqlar üçün işlədim. Təmsillər dili ərəb, fars sözlərindən,
tərkiblərindən sadələşmiş halda nəşr olundu, mən onda cavan idim, cavan
şairənin Qasım bəy Zakirin əsəri üzərində apardığım yaxşı iş deyəsən
bəzi yoldaşları qıcıqlandırdı, əsərin sonrakı nəşrlərində artıq mənim
adım yoxdu, yalnız redaktorun adı vardı. Mənim yolum çətin olduqca,
qələmə, poeziyaya sonsuz məhəbbətimlə dayandım.
RUSİYA İLƏ TANIŞLIQ
(1935-ci il)
Xatirələr yumaq kimidir, ha
açırsan açılır. 23 yaşım vardı, hələ uzaq yola çıxmamışdım. Bir gün Azərbaycan
Yazıçılar Cəmiyyətinin sədri Hacıbaba Nəzərli məni çağırtdırıb
dedi:
- Moskva Çuvarında Maleyevka
adlanan yerdə cavanlar üçün bir neçə aylıq ədəbi görüşlər və kurs açılır,
burada ən yaxşı şairlərlə görüşlər olacaq və ən böyük alimlər sizə
məruzələr oxuyacaqlar. Getmək istəyirsinizmi?
Mən çox sevindim və razılaşdım.
Bakıdan məndən başqa iki nəfər də o kursa getdi. Noyabrın axırı idi.
Qatarla getdik.
Rus çöllərinin genişliyini,
qarlı rus meşələrini mən o zaman gördüm. Moskvaya yazıçılar ittifaqına
getdik. Bizi Maleyevkaya yola saldılar. Bir saatdan sonra qarlı
bir dünyaya çatdıq. Bu dünyada hər an -göy də, buludlar da, yer də, meşə
də, meşədə görünən taxta izbalar da qar altında görünürdü, bu həm
gözəl idi, həm də mənə görə çətin. Noyabrda Bakıda hələ çox yerdə yarpaqlar
tökülməmişdi, Abşeronda tərəvəz sahələri göz oxşayırdı, təzə cücərmiş
payız otları, cincilim bağları bəzəmişdi, nar ağaclarının çoxunun
üstü dolu nar idi, bir az sonra nərgiz gülləri bağlarda açılacaqdı.
Burada isə mart ayının axırına
qədər insan torpaq üzü görməyəcəkdi. Bu mənə qəribə gəlirdi. Bu
xalq nə qədər azuqə yığmalı idi ki, bu uzun qışda, torpağı da qar altında
qalmış ölkədə özünü yaşada bilsin?
Gözəlliyə isə söz ola bilməzdi.
Sovetlər ölkəsinin hər tərəfindən burada gənc şairlər, yazıçılar
var idi.
Biz də üç qız idik. Aşqabaddan,
Touşan Esenova, Minskidən Edi, Bakıdan mən. Bizi rus mülkədarı Belovun
villasında yerləşdirdilər. Qızlar, üçümüz də bir otaqda qalırdıq:
Daşkənddən Xalduru, Rostovdan Anatoli Saforonov, Minskidən Edi Oqnesvetle,
Kiyevdən Miko
Mənim Moskvaya Moleyevkaya ikinci səfərim 1961-ci ildə oldu.
Ay yarım qızım Xatirə ilə burada
bir otaqda yaşadıq. "Rus meșələrinin nağılı" şeirlər silsiləsi
bu ildə yarandı. Bu illər mən bütün müharibənin keçdiyi əsgər qəbirlərilə
bəzənmiş yolları gəzdim. "Petrişşevə" getdim. Zoya həbs olunan
otağı, asılan yeri, meşədə qəbrini gördüm. Volokolomskiyə, köhnə
Ruza şəhərinə, "
Mən 35-ci ildə gördüyüm meşənin
çox zolaqlarını faşistlər doğramışdılar, güllə yaralı nəhəng ağaclara
baxmaq da kədərli idi.
Mənim rus torpağı ilə yaxından
tanışlığım bir də partizan Aliyə Rüstəmbəyovanın sorağına getdiyim
illər oldu. 1955-ci il Smolenskiyə qatarla getdim. Bu haqda "Dağ
çiçəyi" adlı şeirlər kitabımda da müfəssəl yazmışam.
LENİNQRADDA
1959-cu ildə bir qrup yazıçı Saltikov-Şedrin adına kitabxanada
olduq. Mehdi Hüseyn, Rəsul Rza, M. Rahim,
Moskvada bir də mən 3 ay Kaşir
yolu üstəki xəstəxanada yatmışam. "Şimaldan məktublar"
silsiləsi də bu zaman yazılıb.
MÜHARİBƏ
Bu xəbər bir çox ümidləri, arzuları təxrib etdi. Bu xəbəri mən
Uşaqgəncnəşrdə eşitdim və dərhal bütün vətənpərvərlər kimi hərbi komissarlığa
gəldim.
Nə küçələr bir neçə saat
bundan əvvəl gördüyüm küçələrə, nə də insanlar, o insanlara oxşayırdı.
Küçələrdə külək kağız qırıntılarını
toz-torpağa qatıb, ora-bura uçururdu. İnsanlar həyəcan içində mağazalara,
hərbi komissarlığa, hərbi dairələrə axışırdılar. Üzlərdə boz,
amansız bir narahatlıq vardı. Sanki, bütün şəhər boz bir kədərə bürünmüşdü.
Mən belə bir əhval-ruhiyyə ilə hərbi komissarlığa gəldim.
Müharibədən əvvəl bir dəstə yazıçı hərbi komissarlıqda xarici
dillərdən birini öyrənirdik. Məşğələni cavan bir polkovnik aparırdı.
Həmin polkovnikin kabinəsinə girdim. Salam verdim, dedim:
-Xahiş edirəm mənim könüllü ordu sıralarına getməyimə şərait yaradasınız.
Dərslər müddətində polkovnik
məni tanımışdı. O, dinmədi, xeyli mənə baxdı, mən intizarla gözləyirdim...
Nəhayət o mənə qəti səslə dedi:
-Siz burada da lazım olarsınız,
indi hər yer cəbhədir. Gedin, çağırılanda gələrsiniz. - Beləliklə,
mən heç zaman cəbhəyə çağırılmadım.
Yavaş-yavaş yazıçılar hərbi
paltar geyib, aramızdan gedirdilər. Süleyman Rüstəm, Səməd Vurğun
müntəzəm olaraq müxtəlif istiqamətdə cəbhələrdə döyüşçülərlə görüşdə
olurdular. Əli Vəliyev, Ənvər Məmmədxanlı, Ənvər Əlibəyli, Rəsul
Rza, Natiq, Ənvər Qazıyev, Zeynal Cabbarzadə, Tatul, Süleyman Vəliyev,
Əhməd Cəmil, İsmayıl Şıxlı, Məmməd Aranlı, Teymur Elçin, daha bir çox
yazıçı, şair müntəzəm ordu sıralarında, ön cəbhədə döyüşürdülər.
Biz arxada qalan yazıçılar
ordu hissələrilə görüşlərə gedirdik. Faşizm əleyhinə əsərlərlə hərbi
hissələrdə, radioda çıxışlar edirdik. Gecələr idarələrdə növbətçi
olurduq. Yadımdadır, bir gecə Salyanski kazarmaya çıxışa gedirdik.
Hamımız - Vurğun, Rahim, Əhməd Cəmil, Tələt Eyyubov, Adil Babayev
(yadımda bunlar qalıb) gələn maşın dağ üstünə çıxanda aşağıda şəhər
zülmət içində görünməz oldu. Mən bu dəqiqələrdə ürəyimdə elə güclü
bir qəzəb hissi, düşmənə elə bir kin hiss etdim ki, o dəqiqələrdə təkbaşına
döyüşə girə bilər, yaxud sinəmlə düşmən pulemyotunu söndürə bilərdim.
Əsl xoşbəxtlik demə ki dinclik,
sülh illəri imiş, indi heç kəsin yadına nə yaylaqlara getmək, nə bəzək-düzək,
nə yaxşı geyimlər düşürdü. İnsanlar yalnız təhlükəsiz həyat yaşamaq
istəyirdilər.
XƏYALDA QALMIŞ GÜNLƏR
Müharibədən əvvəl bir dəfə
uça-uça, fərəhli duyğular
Əvəz Sadıq, özünəməxsus bir
yumorla, çox ciddi bir görkəm alb dedi:
- Bu kağız, kitab, şeir, şairlik
öz yerində, yadından çıxarma ki, sən qızsan, özünə ailə qurmalısan,
ana olmalısan, bu nədir? Özünü qurudub şeirin vəcd aləminə uçmusan, qızların çantasında ətir
olur, torlu yaylıqlar, bəzək şeyləri olur. Sən isə... - dalını demədi.
Bu sözlər mənə qəribə gəlir,
çünki mənim üçün her bir şey: ailə də, xosbəxtlik də bu qaraladığım kağızların
arasında idi. Mən Əvəz Sadığa dedim:
-Hər şeyin vaxtı var, məndən
nigaran olmayın. - Tələm-tələsik getmək istədim. O əlavə etdi:
- Vaxt keçir ey!
Doğrudan da mən 29 yaşında ərə
getdim. 30 yaşında ana oldum.
Yaxşı ki bu belə oldu. Mən
cavan yaşlarımda ərə getsəydim, bəlkə də elə bir ailəyə, elə bir şəxsə
qismət olardim ki, bütün arzularım, şeirim, sənətim ailə burulğanında
məhv olardı.
Mən özümü poeziyaya həsr etdim.
Qarşımda yollar həmişə hamar olmadı, bu yollarda çox bərələrə, bəndlərə,
insafsız adamlara rast gəldim. Lakin ruhdan düşmədim.
Yadımdadır: Akademiyanın
böyük salonunda şairlər, təzə əsərlər haqqında söhbət gedirdi. Mən
də bir sıra yoldaşlarla prizidiumda oturmuşdum. O illər mənim “Cəmilə”
haqqındakı "Əlcazairli qız" poemam da nəşr olunub, oxucular
tərəfindən yaxşı qiymət almışdı, lakin buna baxan kim idi.
Bu ərəfədə yuxanda dediyim
məclisdə bəzi orta səviyyəli əsərlərin daxildə, xaricdə arxası
möhkəm müəllifləri haqqında təriflər həddini aşdı. Elə bu zaman
Mehdi Hüseyn (iclasın sədri) mənə baxdı. Görünür yazıçı vicdanının
hökmüylə mənə bu məzmunda iki xırda kağızlarda bu qeydlərini göndərdi:
"Hörmətli Mirvarid, sənin haqqında mən də, o biri yoldaşlar
da çox haqsızlıq edirik. Görünür bu ondandır ki, sən basşqaları kimi
gözə soxulmağı sevmirsən. Amma bu vəziyyət sənin poeziyanın qiymətini
zərrə qədər azaltmayır. Bu poeziyanı mən bütün qəlbimlə sevirəm,
başqaları da sevir"
H.
MEHDİ. 5. lll. 58.
İkinci qeyd əski əlifba
ilə yenə həmin iclasda, həmin tarixdə.
"Mirvarid, mən çox
istərdim ki, əlli-yüz il sonra sənin arxivini tədqiq etdikləri zaman,
mənim də bu məktubumu tapıb, heç olmasa məni bu məktubla xatirlasınlar". Bu qeydlər mənim arxivimdə saxlanır.
MEHDİ HÜSEYN
Yenə də geri qayıdıram:
Bacım, nəhayət, 26 yaşında, anamın qoyduğu vədədən bir il sonra
ər evinə getdi. Bu gənc orta, ali təhsilini bizimlə eyni elm ocağında
almışdı. O, bacımı Taqorun mənsur şeirlərilə, Turgenevin "Nə
gözəldi, nə təzə idi güllər", Füzulinin qəzəlləri və dünya ədəbiyyatındakı
məhəbbət dastanları və məndə saxlanan
məktubları ilə özünə bağladı.
Bir dul qadının oğlu, öhdəsində
ərdən boşanmış bacısı, bacısının iki uşağı, anası, Bakıda evi, eşiyi,
cibdən kasıb tələbə, mənəvi cəhətdən zəngin və bacımın ruhunu bu əsərlərlə
özünə bağlayan bu gənc, filoloji elmlər doktoru dərəcəsinə yüksələn
Mirzağa Quluzadə idi. Anam, bacımı salyanlı oğluna verməyə razı
deyildi. Lakin bacım anamın razılığını almağa müvəffəq oldu. Axıra
qədər şeir, musiqi o evin bəzəyi oldu. O gənc gözəl tar çalırdı, yaxşı,
həzin səsilə oxuyurdu. Bacıma qarşı həmişə yüksək insani münasibət,
ləyaqət hissilə yanaşırdı. Ləyaqətdə onlar bir-birini tamamlayırdılar.
Sədaqətdə isə bacım çox üstün idi. Onların hər ikisi ədəbiyyatdan
ali məktəbdə müəllim idilər, bir-birini tamamlayırdılar.
Mənə gəlincə, mən öz nəslimizdən
köhnə ziyalı oğlu, ata-anasının bütün ziyalı vərdişlərini mənimsəmiş
bir gənclə həyat qurdum. O, tikiliş mühəndisi idi, çox nəcib əl işləri,
nəcib vərdişləri vardı. Sözündə bütöv, açıq ürəkli, siyasətdən uzaq, təmiz
əxlaqlı, çox utancaq, böyük-kiçik yolu gözləyən bir gənc idi.
Lakin müharibə çox fəlakətlər
törətdiyi kimi bizim də bünövrəmizi sarsıtdı.
Onu cəbhəyə apardılar. 4 il
Ukrayna və Uzaq şərq cəbhəsində qaldı və oradan tamamilə başqa bir
insan qayıtdı. Bu gənc məişətdə, davranışda ziyalı vərdişlərinə
sahib olsa da mütaliəsi yox idi. Cəbhəyə gedənə qədər bu kasadlıq
onda o qədər də hiss olunmurdu, bütün ailəmizlə mən onu uşaqlıqdan tanıyırdım
və ləyaqətinə, ədəb ərkanına, səmimiyyətinə görə onu çox istəyirdik.
1941-ci ilin may ayının 10-da
mənə təzə evin açarını verdilər. Mayın axırına yaxın bacım 4-cü Parallel
küçəsindən köçüb bizə gəldi, biz Kislovodskiyə getməyə hazırlaşırdıq.
Lakin səfərimiz baş tutmadı,
çünki müharibə başlandı. Müharibənin ilk günləri düşmən təyyarələri
tez-tez Bakı səmasında kəşfiyyat uçuşlarına gəlirdi. Şəhərdə hava
siqnalı başlayırdı. Biz heç bir şəraiti olmayan zirzəmiyə düşürdük.
Odur ki, bacım 7-aylıq oğlunu götürüb anamla Əlibayramlının kəndinə,
oradan da Tiflisə, hərbi ştabda işləyən ərinin yanına getdi.
Anam, oğul həsrətli olduğu üçün bu uşağa çox bağlı idi. Odur ki,
uşaqdan ayrılmayıb, özü də onlarla getmişdi.
Mən də uşağa çox bağlı idim,
bir həftə onun iməklədiyi yeri süpürməyə əlim gəlmədi. Qapıları örtə
bilmir, elə hey onun üçün darıxıb, ağlayırdım.
Gənclikdə göz yaşları nə qədər
səxavətli olurmuş. 1942-ci ilin avqust ayında mənim həyat yoldaşımı
da ordu sıralarına çağırdılar. Mən hamilə idim. Evdə cəmisi 1500
manat pulumuz vardı. Mən bu pulun hamısını orduya gedən yoldaşıma
verdim.
Birinci gün, mən hərbi komissarlıqdan
qayıdanda gördüm qapımın ağzında bir mələk oturub. Bu mənim mələk
simali, kövrək ürəkli, əziz, fədakar Sayalı xanım nənəmdir. O, bu xəbəri
eşidən kimi avqustun cırhacırında Hövsandan gəlmişdi, tər içində
idi.
Mən onu öpüb, qucaqlayıb evə
apardım. Evimə, mənim kədərimin üstünə sanki günəş işığı düşdü.
Biz nəvələr nənəmizi çox,
həddən çox sevirdik. O, heç vaxt bizə acı söz deyib, üstümüzə acıqlanmamışdı.
Biz iki bacı onun böyük qızı bədbəxt Cavahirin əziz balaları idik. Nənəmiz
də bizim ikinci anamız idi. Mənim hamiləliyimin son günləri idi. Nənəmin
məsləhəti ilə Əlibayramlı kəndində anamın, bacımın yanına getməli
idim. Bu kənd həm də Tiflisə yaxın idi. Belə düşünürdülər ki, doğum Bakıda
olsa məni himayə edəcək bir kəsim yoxdur, Tiflisdə olsa qohum-əqrabanın
yaxınında olaram.
Belə bir fərziyyə ilə mən yola
hazırlaşdım. Nənəm məni evdən xeyir-dualarla yola saldı. Əziz nənəm,
mələk nənəm! Bəlkə də onun xeyir-duaları məni o, xalq demişkən,
"dar köynəkdən" sağlam, xətərsiz çıxartdı.
Qatara məni yazıçılar ittifaqında
işləyən bir yəhudi arvad və Əminə Dilbazi yola saldılar. Yerim yumşaq
vaqonda idi, şəhər, yollar o gecə zülmət içində idi, çünki düşmən basqını
gözlənilirdi.
QATARDA DOĞUM
Qatar Biləcəridən ötəndə mən özümü çox pis hiss etdim. Heybət
stansiyasında məni, əşyalarımı qatardan düşürdülər, çünki oradan
məni Bakıya qaytarmaq istəyirdilər. Mən qaranlıq platformada dayanmışdım.
Vağzal xeyli uzaqda qalmışdı. Vağzala gedən adam qayıdıb dedi: - onların
maşını elə indicə yola düşüb, odur ki, onlar qadını qəbul etmirlər.
Məni qatara da götürmürdülər,
zülmət platformada qalmışdım. Birinci, ikinci zəng çalınanda mən bələdçidən
məni geri götürmək üçün təkid etdim, o susurdu, üçüncü zəng çalınanda
çox ciddi tələbimdən sonra məni qatara qaldırdılar. Qəribə burasıdır
ki, elə ağır dəqiqələrdə mən qəzəbli idim, ancaq heç gözüm də yaşarmadı.
Mən yalvarmır, tələb edirdim. O sakit, səssiz, utancaq məxluq indi tələbkar,
qəzəbli, hökmran, onları məsuliyyətlə qorxudan bir hakimə çevrilmişdi,
bu hökmranlıq mənə kömək etdi.
Məni yumşaq vaqondan götürüb,
şəfqət bacısı olan 3-cü vaqona apardılar.
Bura əsgərlərlə dolu idi,
adamlar yerdə elə sıx oturmuşdular ki, kupeyə keçmək üçün ayaq qoymağa
yer yox idi. Nəhayət, çətinliklə kupeyə keçdim. Şəfqət bacısı cavan
rus qızı idi. O, məni qəbul etmədi, - mən heç vaxtı doğumda iştirak
etməmişəm, deyib kupedən çıxıb getdi.
Mən yenə də qorxmadım, quru
taxtda oturub, - ay allah, - dedim.
İçəri qarasaçlı, ucaboylu,
gözəl bir azərbaycanlı qızı girdi, dedi: - Siz allahı çağırdınız,
allah məni sizə köməkçi göndərdi. Hər ikimiz bu zarafatdan güldük.
Səhər saat 7-də dünyaya bir
qız övladı gəldi. O, çox incə, təmiz körpə idi.
Yanımda bir çamadan uşağa
lazım olan paltarlar var idi. Uşaq sūd kimi ağ idi, uzun, qara saçları
alnına tökülmüşdü. Uzun, sıx kirpikləri, iri, işıqlı gözləri, geniş
alnı vardı. Körpə bu işıqlı gözlərini torpağına qan çilənmiş dünyaya
açırdı. Uşaq ağlayanda mən onu qucağıma basdım.
Gəncə vağzalında qatar dayananda,
mənə vağzaldan bir qab bulanlıq qaynar su gətirdilər. Mən o suyu yana-yana
içdim. Bu zaman qatara qohumlarım, dilbazilərdən Əzizə ilə Sənəm
çıxdı, çox təkid elədilər, onların evlərinə getmədim. Mən Bakıdan
çıxanda Əminə zəng edib, onlara xəbər veribmiş.
Akstafa vağzalına çatanda
təzə paltar geydim, darandım, uşağı cavan bir əsgər götürdü. Mən şəfqət
bacısı ilə qatardan düşdüm.
Məni Akstafadakı doğum
evinə gətirdilər. Məndən başqa burada 4 qadın yatırdı, onların
uşaqları qəribə idilər: dərilərinin üstündə elə bil müşəmbə təbəqəsi
vardı.
Mənim qızım isə mənə günəş
şüası kimi parlaq görünürdü. Mən onu sevirdim, bir zəncir mənim sanki
bütün varlığımı, fikirlərimi, xəyallarımı bu balaca məxluqa bağlamışdı.
Mən o 4 nəfər körpəni də sevirdim. Lakin qızımı hamıdan çox...
YENƏ BACIM
Müharibənin qızğın gedən
ayları idi. Minik məsələsi çətindi.
Bacım mən qaldığım doğum evindən çox uzaq Aslanbəyli kəndində
müəllimə idi. Mənim vəziyyətimi eşidib, "qız qardaşım" Yaqut
bir də gördüm pəncərəmi döyür. Mat qaldim. Aslanbəyli, Salahlı, Qazax,
Akstafa - bu uzun yolları nə ilə gəlib.
Mənim qızdırmam yüksək idi.
O, mənə Akstafada, qohumlarımızın evində bişirib isti süd, yemək,
meyvə gətirmişdi.
Qızımın adını da bacım qoydu.
Dedi: atası cabhədədir, qoy adı Xatirə olsun. Mən 4 ay Əlibayramlı kəndində,
anamla bacımın məhəbbəti, nəvazişi arasında yaşadım.
Bacımla mən hər ikimiz romantik
duyğularla yaşayırıq. Lakin o nasir olduğu üçün realizmi romantikaya
üstün gəlirdi. Bacım 18 yaşında seminariyanı bitirib Qazax rayonunun
Daşsalahı kəndində müəllim işlədi. Bu məktəb babamın 6 otaqlı evində
idi. Nənəm hələ də orada yaşayırdı. O qanlı-qadalı illərdə sinfi mənsubiyyətinə
görə babamı həbs etmişdilər. Mənim oğul cəsarətli 18 yaşlı bacım Yaqut
babamın axtarışına çıxır, Qazax həbsxanasında tapmayıb Gəncəyə
gedib. Cavan qız babamın pal-paltarı doldurulmulmuş ağır çamadanı çəkə-çəkə
oradakı həbsxanada babamı axtarıb tapmır və daxili işlər rəisi Şabanbəyovun
qəbuluna düşmək üçün kişilərin ürək edib gedə bilmədiyi o qorxulu
idarəyə gedir. Qapıda dayanan gözətçilər dili-dodağı qurumuş bu
cürətli qızı qəbula buraxılar. Bacım danışırdı:
- Şabanbəyov məni görəndə
təəccüb hissilə qarşıladı. Nə üçün gəldiyimi sorusdu, dedim: qoca
babamı axtarıram. Təhsilimi sorusdu, seminariyada oxuduğumu biləndə
dərin fikrə getdi; üzünə elə bil kədər dumanı çökdü. Xeyli axtarışdan
sonra çox mərhəmətli bir səslə, - sənin baban Bakıda dəniz kənarındakı
həbsxanadadır, - dedi. Mənə bir kağız verdi. Bu kağızla səni oraya
buraxacaqlar, deyib qapıda duran gözətçini çağırıb dedi: - bu qızı
özün Gəncə vağzallndan yola sal.
Mən Bakıya gəldim. O həbsxananın
rəisi köhnə çekistlərdən biri idi. O da məni çox gülər üzlə qarşıladı,
əhvalatı danışdım, mənə Qazaxdan olan bir neçə dustağın şəklini
göstərdi. Tanıdıqlarım da oldu, ancaq tanımıram dedim. Babamın şəklini
göstərəndə məni ağlamaq tutdu. Dedim bu mənim babamdır. Babamla məni
görüşdürdülər, pal-paltarını verdim. Bir neçə aydan sonra babamı həbsxanadan
buraxdılar.
Babam həbsxanadan birbaşa bizim Təzəpir məscidinin yaxınında
kirayə etdiyimiz otağımıza gəldi. Bu novruz bayramı ərəfəsində
olmuşdu. Babam bir qoyun alıb kəsdirdi, yarısını yoxsul qonşulara payladı,
yarısı bizə qaldı. Bir neçə gündən sonra o kəndə qayıtdı. Bu bizim
babamla son görüşümüz oldu. Mənim bacım belə qız idi. Anamın vəfatından
sonra mən meylimi tam ona salmışdım. Hər şeyi onunla məsləhətləşməyi
sevirdim. Bəzi məsələlərdə hərdən o haqsiz da olanda mən heç vaxt ona
söz qaytarmazdım. O, oxuduğu kitablardan bəyəndiyi parçaları telefonla
mənə oxuyardı. Onun oxuduğu bu bayatı heç yadımdan çıxmır:
Gül adamlar
Xassöhbət
gül adamlar
Bülbülün
göz yaşları
Hər səhər gülə
damlar.
AİLƏ KİÇİK DÖVLƏTDİR
Mən həyatda hər qıza, hər gəlinə
ana olmaq səadəti arzu edirəm.
"Gəlinlik" və
"analıq" ömrün çiçəklərə bürünən bahar fəslidir.
Övlad insanı dünyaya bağlayan, ömrü işıqlandıran, könlü qanadlandıran
ülvi, sehirli bir duyğudur, məhəbbətdir.
Ailə həyatı olmayan ömür yarımçıq
ömürdür.
Bütün iztirablarıyla, sevincilə,
məhrumiyyətlərilə, gülüşü, göz yaşlarıyla ailə həyatı müqəddəsdir.
O, işıqlı, günəşli yeni bir dünyadır. Bu elə bir aləmdir ki, burada
seyirçi yox, gərək iştirakçı olasan. Acı ağlamağını da, şirin gülməyini
də gərək özün dadasan və bununla zənginləşəsən, müdrikləşəsən.
Mən ailə məsuliyyətini əsgəri
and kimi qəbul etmişdim.
Marşalı xain, tədbirsiz, biliksiz,
məsuliyyətsiz çıxan ordunun əsgərləri pərən düşür, səngərləri dağılır.
Əsgərləri təlimsiz marşal,
düşmənə əsir düşür. Beləcə bir-birinə bağlı olmayan ailə üzvlərinin
hər hansının səhvi buna bənzəyir.
Bir də ki, evin dörd divarından
biri zədələnsə, belə ev həmişə uçmaq təhlükəsi qarşısında qalacaq.
Orada yaşayanları nə gözlədiyi məlumdur: ölüm, yaxud əbədi şikəstlik.
Mənim ailəmi də müharibə
belə șikəst etdi. Cəbhədən 8 ay müntəzəm məktub aldım, bu məktublar mənə
mənəvi dayaq oldu. Həyatımı yeni duyğularla zənginləşdirdi. Tənqidin
və ümumi oxucuların rəyinə görə, bu yeni duyğular şeirlerimdə də
bir yenilik yaratdı.
Ömrüm-ömrə calanmışdı...
Bu balaca varlıq, bu süd qoxulu nəfəs, gülüb, ağlayan dodaqlar həyatımda
işıqlı bir ulduz oldu.
Oturmağa başladı, dil açdı,
ayaq tutdu, yeridi, bir yaşında sərbəst danışdı, 8 ayında müstəqil
yeridi, evim sevinclə doldu. Onun qayğıları çətin idi, çətin olduqca
şirin... Bu məni inadlı fəaliyyətə, şeirə, əməyə bağlayan bir duyğu
idi.
Mən onu yaşatmalı idim. Əsərlər
az nəşr olunurdu, qonararlar az idi. Kitablar isə heç çap olunmurdu. Mənim
şeirlərim müharibə illərində yalnız dövrü mətbuatda çap olunurdu,
bir də bir-iki xırda kitab. Çünki "Hər şey müharibə üçün" şüarıyla
yaşayırdıq. Həm süd verən anaya, həm uşağa qənd, süd, meyvə şirəsi lazım
idi. Hər şeydən əvvəl ana südü.
Ana qidalı yeməklərdən məhrum
idi. Onun üçün ana südü uşağa azlıq edirdi.
Müharibə amansız... qızım
körpə, özüm zəif, ana duyğuları alovlu...
İlahi bu nə duyğu, nə məhəbbət idi!..
Mən ananı bütün zərrələrində
işıq yanan bir varlığa bənzədirəm. Məhəbbət işığı!..
Qızın üç ayı olanda mən Bakıya
qayıdıb, orta savadlı bir dayə tutdum. O 32-33 yaşlarında yüksək əxlaqi
keyfiyyətlərə sahib, təmizkar, işə məsuliyyətli, uşağa çox diqqətli,
məhəbbətli, lakin çox ağır təbiətli qız idi.
Mən həyatımda çox məhdud yaşadığım
anlarda da maddi məhrumiyyətdən şikayət etməmişəm. Həyat mənə nə
veribsə o mənə həmişə çox görünüb.
Uşaq bir az böyüyəndə südü
kəsdilər. İndi ona şirin çay, yemək vermək lazım idi. Bir dəfə 800 manat
verib, əldən 200 qram pesok aldım. Bunu ancaq uşağa sərf edirdik.
Kənddən noyabr ayında qayıtdım.
Bir azdan tropik malyariya xəstəliyinə tutuldum. Günaşırı titrədirdim,
qızdırmam 39-40 dərəcəyə yüksəlirdi. Günün axırında qızdırmam düşürdü,
mən durub görüşlərə gedir, növbətçi olur, öz stolum arxasında həvəslə
işləyirdim, ruh düşgünlüyüm əsla yox idi.
Bunun üçün gəncliyimə minnətdaram.
Mən bu gənclik qüvvəsinin sayəsində həmişə fəaliyyətdə olurdum.
Nəhayət ikinci il bizə mağaza
açdılar, mənə 2-ci dərəcəli kitabçası verdilər. Mənə verilən ərzaq,
artıqlaması ilə mənə çatırdı.
Kənddən bir az yarma, ət qovurması
gətirmişdim. Bunu bacım mənə tədarük eləmişdi. Kənd deyəndə bir əhvalat
yadıma düşdü. Mənim qızım iki aylıq olanda bacım oğlunun 2 yaşı vardı.
Vəfa uşağı görən kimi dedi: - Bu kukladır. - Sonra onu elə kuka, kuka
deyə çağırdı. Bundan sonra uzun müddət qızın adı Kuka çağırıldı.
Qızın beşiyini evdəki
taxta taxtın üstünə qoymuşduq. Qızın qara, çox işıqlı gözləri vardı.
Anam içəri girəndə görür qız işıqlı gözlərini açıb, Vəfaya baxır, Vəfa
da barmağı ilə nə isə eləyir, anam tez onun əlini tutub deyir:- Nə eləyirsən?
Vəfa deyir: - Kuklanın muncuqarını özümə götürmək istəyirəm...
İNTİZARLI İLLƏR
Səkkiz aydan sonra cəbhədən gələn məktubların arası kəsildi.
Müharibənin maddi, mənəvi ağırlığı, xəstəlik, təklik, yorğunluq məni
belə sarsıtmamışdı. Bilmirdim ki, müharibədə yaralanıb, şikəst
olub. Ona dalbadal məktub yazırdım:
-Yaralısanmı? Əsirsənmi? Partizansanmı? Xəstəsənmi?
Haradasan, yaz, mən sərhədlər keçib, sənə köməyə gələrəm. - Mən özümdə
bu qüvvəni hiss edirdim. Qızımın ipək saçlarından kəsib, bir məktubda
ona göndərmişdim. Mənə elə gəlirdi ki, bu tilsimdir, onu hər xatadan
qoruyar. Buna özüm də inanırdım. Bunu ona belə yazdım: "Körpəmizin
saçlarını üstündə saxla, bu, tilsimdir, səni bütün xətalardan qoruyar".
- Lakin cavab gəlmirdi.
Bu tilsim onu bütün xatalardan
qorumuşdu, yalnız bir "xatadan" başqa.
Ərimin anası çox gözəl bir
qadındı. Ancaq bizim baxışlarımız bir- birinə tam zidd idi. Lakin bu
ziddiyyətin bizim dost münasibətimizə zərbəsi dəyməzdi. Biz ailədə
hörməti, izzəti, səmimiyyəti saxlayardıq.
O, akușerka - "mama"
idi, əri köhnə mühəndis. Bu gözəl xanımı Paşabəy naz, nemət içində saxlamışdı.
Mənim atamın da adı Paşa idi. Hər iki Paşa Dilbazilər nəslinə mənsub
idilər.
Bir dəfə bayram günlərinin
birində o məni evlərinə apardı. Onun böyük qızının əri cəbhədən
ağır yaralı qayıdıb, bir il yaşadı, təzəcə vəfat etmişdi. Stol arxasında
o gəncin gözəl, cavan dul arvadı Əzizə, onun kiçik qızı Əminə, Əminənin
əri bəstəkar Cövdət Hacıyev, mən və qayınanam oturmuşduq. Deyəsən
bir-iki qonaq da vardı.
Qayınanam məni çox istəyirdi.
Mən də xoşxasiyyətinə görə onu çox istəyirdim. O, məişətdə, rəftarda
çox mədəni bir xanım idi, bizim hər birimizin öz "məzhəbimiz",
öz “inamımız” vardı. Biz ayrı quruluşlu iki dövlət kimi sülh şəraitində
yaşamaq istəyir və yaşayırdıq.
Hər gün bizə gələrdi, gecə qalardı, o gələndə mən həmişə sevinərdim. O çox xoşxasiyyətli, gülərüzlü,, zarafatcıl
söhbətləri maraqlı, sadə bir qadın idi. Hərdən çox dadlı yeməklər bişirərdi.
Nə isə onunla saatlar xoş keçirdi. İndi mətləbə kecirəm:
Günlərin birində
Gözlərim qaraldı, inamımın itdiyinə, gözlərimdə böyütdüyüm, özüm
yaratdığım qəhrəmanın "satqınlığına",
"zəifliyinə" çox kədərləndim. Bunu rüsvayçılıq kimi qəbul
etdim. Məktubu gizlətdim, bir müddət bu haqda heç kəsə bir söz demədim.
Mənim qəhrəmanım öldü, həm də rüsvayçı
bir ölümlə. Bu zərbə mənə kifayət idi.
Mən nişan üzüyümü çıxarıb,
bu şeiri yazdım. Bu üzüyün qaşı bir karatdan artıq mavi fransız brilyantı
idi. Qiyməti 70-80 min manat idi, özlərinə qaytardım.
NİŞAN ÜZÜYÜ
Tez çıxardın barmağımdan bu daş-qaşı, dostlar, atın.
Tez çıxardın -üzü parlaq, mənası puç bir həyatın
Mən bu dilsiz şahidini daşımaqdan usanmışam,
Barmağımda o yandıqca, mən yanıram, mən yanmışam.
Əgər, onda ağlasa da bir bakirə nəzərləri,
Cansız bir daş bir gəncliyi qaytararmı məgər geri?
Tez çıxardın, mən könlümü daş- qaşlara satmamışam,
Ömrüm boyu namərdlərin kölgəsində yatmamışam.
Tez çıxardın, bu qiymətli bu
parlaq daş sıxır məni,
Tez çıxardın, silin,dostlar, üzərimdən bu ləkəni,
Bir xəyanət damğasından azad olsun qoy əllərim!
Saf bir dostluq arzusuyla ömrüm yetsin qoyun başa,
Şair könlüm nifrət edir ləkələnmiş parlaq daşa.
1943,
12 iyun
Bunun üzərindən bir neçə həftə keçdi, qayınanam da indi daha çox
gecələri bizdə qalırdı, günlərin birində bu əhvalatı mən ona danışdım.
O, sirr saxlaya bilmirdi, o da məni qucaqlayıb ağladı və dedi: -Mən
də belə məktub almışdım. Mən oğluma yazdım ki, biz də camaat arasında
dili gödək olduq. Axı biz bu təmiz varlığı nə ilə günahlandıraq? Özümüzə
necə bəraət qazandıraq?
Qayınanam açıqürəkli idi. İşıqlı, dumanlı, iri qumral gözləri,
mirvari kimi dişləri, süd ağ sifəti, nəcib işləri, dadlı xörəkləri
vardı. Mən nə mənə məktub yazan qadına, nə yolunu həsrətlə gözlədiyim
cəbhəçiyə məktub yazdım.
Qızım üç yaşına girmişdi,
5-6 yaşındakı uşaq kimi mühakimə yürüdürdü. O, əlini jurnalın üstündəki
hərbi geyimli gəncin üstünə qoyub "ata, ata" deyə sevinə-sevinə
qışqırırdı. Qızıma baxanda fikrim ikiləşdi. Belə sevinclə ata yolu
gözləyən körpəni öz şəxsi kədərim
üçün mən atasız qoymağa haqlıyammı?
Bir neçə ay keçdi. Payızın
çiskinli, yağışlı günlərindən birində Murmanskdan yenə onun xəttilə
bir məktub aldım. Onu Ukrayna cəbhəsindən ordu ilə buraya göndərmişdilər;
o məndən sarımsaq, soğan, şokolad istəyirdi.
Mən bunu bir cəbhəçinin ehtiyacı
kimi qəbul etdim, bu şeyləri göndərdim, ancaq yenə məktub yazmadım.
Heç bir izahat istəmədim. İndi o mənim ürəyimdən o Şimal cəbhəsi qədər
uzaq idi. Artıq biz iki adam deyildik, bizim aramızda həmişə üçüncü
adam dururdu. İnam qırılanda məhəbbət sarayı uçur, indi mən o
"sarayın" xərabəsi üzərində oturmuşdum.
45-ci ilin sentyabr ayında qızım
üç yaşını çıxarıb, təzəcə dörd yaşına girmişdi. O, pillənin başında
özü yaşlı uşaqlarla oynayırdı.
Pillələri hərbi paltarlı
bir kişi çıxdı, o uşaqları görəndə dayanıb, özündən 3 gün sonra doğulub,
heç görmədiyi qızı tanıyıb qucağında yuxarı qaldırdı.
Cəbhədən gələn döyüşçünü
evə necə buraxmayasan? Qonum, qonşular yığıldılar. Mən onu ədəb-ərkanla
qarşıladım, lakin bunlar zahiri əlamətlər idi. Biz ayrıldıq. O, buna
inanmırdı, buna mən təşəbbüs etdim. Həm də ürək ağrısı, göz yaşları
ilə.
Mənim sevimli qızım atasız
qaldı. Ata! Bu ülvi, müqəddəs, qüdrətli adın altında nə dərin mənalar,
nə şərəfli borclar, məsuliyyət duyğuları var. Övlad taleyi, onların
təhlükəsiz həyat yolu, bəxtiyar gələcəyi, uzağı görən müdrik ataların
adıyla bağlıdır.
O illərdə ayrılmaq çətin
idi. Qəzetlərdə elan verib, sonra ayrılırdın. Bu mənim üçün çox çətin,
mənəvi proses idi. Mən bunun heç bir ailəyə üz verməsini arzu etmirəm.
İSTEDADIN, ƏMƏYİN SАHİBİ VАR
Bir çох sənətkаrlаr kimi mənim də yolum "yаşıl", аsаn yоl
оlmаyıb, lаkin bеlə vахtlаrdа mən ruhdаn düşməyib, ürək sözlərimi qələmə
dеməklə inаnmışаm ki, о bu sözləri хаlqа çаdırаcаq.
Bеlə sаrsıntılı vахtlаrımdаn birində qələm хаlqа mürаciət еtdi:
Еy mənim dоğmа хаlqım
Kimim vаr səndən bаşqа,
Ədаlətlə hər haqqın
Kеşiyində dаyаnsın,
Əli-qələm qаbаrlı,
Bаşı - sənət vüqаrlı
Bir şаirə bəхtinə
Təmiz ürəkdən yаnsın...
Mənim аrха cəbhəm bеlə. Ön cəbhəmdə isə, ədalətdən dаnışаnlаrın, ədalətsizlikləri...
Mən о zаmаn "Qələm, hеç qоymаdın sən məni dаrdа", "Хеyirхаh
insаnlаr", "Dərmаn çiçəkləri",
"Dərin gölə аtsаlаr məni, göyərərəm оrаdа dа, bu zаnbаğı tək"
kimi bir sırа şеirlərlə çətinliyimi хаlqlа bölüşür, bundаn təsəlli
tаpırdım.
Mən üzümü gənclərə tutub dеyirəm: еlə yаşаyın, еlə çаlışın, еlə yaradın
ki, sizi hаqsız inkаr еdənlər, qəbul еtməyə məcbur оlsunlаr. 1959-cu ildə
bir şеirimdə yаzırdım:
Qələm, hеç
qоymаdın sən məni dаrdа,
Çıх hər
imtаhаndаn qəhrəmаn kimi,
Lövbəri möhkəm
аt dərin sulаrdа,
Sinəm də
çаlхаnır bir ümmаn kimi,
Mənim məhəbbətim
tоrpаğа düşsə,
Оnа bəzək
оlаr çiçəklərilə.
Bir dаmlа şеh
olub, yаrpаğа düşsə,
Dаnışаr
bаhаrın küləklərilə,
Əgər, şеirə
dönsə bu məhəbbətim:
Hər sözdə bir
аnа qəlbi döyünər,
Mənim burdаn
gəlir gücüm, qüvvətim
Оcаq, öz içindən
yаnmаsа, sönər.
Öz içindən
yаnаn bir оcаğаm mən
Yаndıqcа,
dаimа yаnаcаğаm mən.
Qələm çох dаrа düşdü аncаq məni dаrdа qоymаdı. Bu iki "bоyu
bаlаcа" dоstlаrın birliyi, səyi qаrşımdаkı sədləri məhаrətlə
kеçib, çох "bоyu ucа, ürəyi xırdа" оlаnlаrа qаlib gəldi.
Mənim "Cəmilə" pоеmаm nəşr оlunub, ümumi хаlq hörməti
qаzаnаndа mən 50 yаşın ərəfəsində idim.
Аzərbаycаn хаlqının hər təbəqəsindən rеdаksiyаlаrа, Yаzıçılаr İttifаqınа,
еvimə, sеvinc, minnətdаrlıq dоlu məktublаr gəlirdi.
Lаkin Yаzıçılаr İttifаqı susurdu. Bir gün mötəbər şəхslərdən biri
mənə dеdi: "Qоy bu sənə təsir еtməsin ədəbiyyatda da qütblər vаr,
оdur ki, sənin əsl qiymətin rəsmiyyətdə vеrilməyibsə, хаlqdаn bu qiyməti
аlmısаn". Хаlq mənə "Хаlq şаiri" аdı vеriləcəyinə inаnırdı,
аncаq bu çох sоnrа оldu.
Mən dеdim:— Bunlаr məni zərrə qədər düşündürmür. Pоеziyа mənim günəşimdir.
Günəş dünyаyа təmənnаsız işıq sаçır. Mən də təmənnаsız yаzırdım, bu mənim
ürəyimin hökmüdür, təki qələm əlimdə qаlsın.
İnsаn zəhmətinin sаhibi vаr, tеz-gec bu sаhib əməyə qiymət vеrəcək
dеmişdim. Mən bunа inаnırdım və inаnırаm. (Tеz ruhdаn düşən gəncləri də
bunа inаndırmаq istəyirəm).
1979-cu ilin sеntyаbr ayındа Ukrаynаdа "Аzərbаycаn ədəbiyyаt, incəsənət
оngünlüyü" bаşlаdı. Mən də, bu ongünlüyün iştirаkçısı оldum.
Mərkəzi Kоmitədə bizi qruplаrа böldülər. Mən Mərkəzi Kоmitənin
mədəniyyət şöbəsinin kаtibi — Kаmrаn Bаğırоvun qrupunа düşdüm.
Kiyеvdən bаşlаmış— Zаpаrоji, Хеrsоn, Kахevkаdа оlduq. Ukrаynаlılаr
sаydığı bu bеş dənizi gаh pаrахоddа, gаh təyyarədə kеçdik.
Аzоv dənizi Sеvаş dənizi, Qаrа dəniz, Kахevkа limаnı dənizi,
"Tахıl" dənizi...
Hər yеrdə çıxışlаrımız оlurdu, dаnışır, şеir oxuyurduq. Еlə vахt
оlurdu, sutkаdа 3—4 sааt yuхu yаtır, hər yеrə öz vахtındа gеdib çаtırdıq.
Kаtib ziyаlı, şəхsiyyətə böyük hörmətli, təvаzökаr bir gənc idi.
Bizim çıxışlаrımız yахşı qаrşılаnаndа оnun üzünü хоş bir təbəssüm
işıqlаndırırdı. Mənim çıхışlаrım hər yеrdə çох yахşı qаrşılаnırdı: хüsüsilə:
mеtаl əridənlərin qаrşısındаkı çıxışımdan sоnrа Еlmirа хаnım Qаfаrоvа
mənə dеdi: — Kаtib dеyir gеdəndə оnа аd vеrdirəcəyəm. — Bеlə də оldu.
Ukrаynаdаn qаyıdаndа Mərkəzi Kоmitənin bürоsundа хüsüsilə yоldаş H.
Əliyеvə mənim hаqqımdа dаnışıb və bürо H. Əliyеvin sədаrəti ilə: хаlqın
50 yаşındа gözlədiyi "Хаlq şаiri" аdını 67 yаşımdа vеrdilər.
Dеmək zəhmətin sаhibi, vicdаnlı insаnlаr vаrmış, bu kаtibdən əvvəl də mən
çох bеlə аli məclislərdə ümumən rəğbətini qаzаnаn pаrlаq çıxışlаr еtmiş
yахşı əsərlər yаzmışdım, lаkin qütblər susurdulаr, çünki bеlə lаzım idi və
bеlə lаzım оlduğu üçün sən həmişə kölgədə qаlırsаn...
İKİNCİ HƏYAT
(1950-1967-ci illər)
Bizim nəslimizdə əslimizdə arvad boşayan, ərdən boşanan,
iki arvad alan, ikinci həyat quran olmayıb. Məhz buna görə də boşanmaq
mənə cox ağır gəlirdi. İkinci dəfə həyat qurmaq isə daha çətỉn...
Lakin bu zəruriyyət idi. Müharibə
illərində tək qaldığım üçün təklikdən çox qorxurdum. Təkliyin zəhərini
udmuşdum.
Bir gün Yazıçılar İttifaqının
katibi mənə zəng vurub dedi: - Sizi Səməd Vurğun görmək istəyir.
Yazıçılar İttifaqına getdim.
Vurğun otağında stol arxasında tək oturmuşdu. Əli üzündə dərin fikrə
getmişdi.
Salam verdim, salamımı aldı,
lakin vəziyyətini dəyişmədi. Bir müddət eyni fikirli nəzərlərlə
mənə baxdı, sonra gözlərini uzaq bir nöqtəyə dikdi.
Hər ikimiz susurduq, ilk sözü
bu oldu:
-Sən o qadınlardansan ki,
onların həyatı, səadəti öz ailələrinin küncündə olur. Sən - məclislərdə,
yaxud rəfiqələrinlə vaxt keçirib özünü unudan deyilsən. Bir də, sən
söz götürməzsən, tək olsan hər hərəkətini boş boğazlar özlərinə məxsus
bir cürə yozacaqlar. Yaxşı geysən belə, pis geyib özünü unutsan da başqa
bir rəng verəcəklər. Sən bu dedi-qoduya dözməzsən. Bir qələm sahibi,
universitetin müəllimlərindən biri… yanıma gəlmişdi, o səninlə həyat
qurmaq istəyir. Mən ona dedim: bu şairədir, həm də bal arısı kimi işləkdir,
yaradıcı əməyi elə asan əmək deyil, bu qadını tez qocaldar, əldən salar,
bir də o, anasına, qızına çox bağlıdır.
Sən gözəl-göyçək kişisən, nə üçün universitetdən özünə bir qız
seçmirsən?
O dedi: - Mən özümə tək arvad
axtarmıram, mənəvi cəhətdən zəngin bir dost, bir yoldaş axtarıram.
Bu keyfiyyətləri yalnız onda görürəm. Məhz bunun üçün bu qərara gəldim,
bu işdə mənə kömək edin... - Səni bunun üçün çağırtdırdım, fikirləş,
onun da səndən əvvəl ailəsi olub, ancaq on ildir ki, təkdir. Ciddi adamdır,
qələm sahibidir, bu cəhət sizi birləşdirə bilər. – Sonra Vurğun dərindən
nəfəs alıb dedi: - Sən şairəsən, öz dünyan var.
Dedim: - Bizim nəsildə iki
həyat quran olmayıb, anamı da yaxşı tanıyırsan, 26-28 yaşından dul
qalıb, namusla, qeyrətlə, bütün ömrünü bizə həsr edib. Onun qızı 36
yaşında necə həyat qursun?
Vurğun bir müddət susub, sonra
dedi:
- İndi müasir qadınlar bəxtini
bir neçə dəfə sınayır, sən müasir qadınsan, tələblərin də ananınkından
başqadır. Mühitin, şəraitin, dövrün də başqa-başqadır. Anan ata-ana,
qardaş-bacı, əmi-dayı əhatəsində yaşayırdı. Sənin belə əhatən yoxdur.
Bir də atalar deyib: "Darı boyda əri olanın, dağ boyda ürəyi
olur". Namuslu qadının mütləq əri olmalıdır. Bu yaşda tək yaşamaq
sənin poeziyanı da birtərəfli edər. Həm də namuslu qadınlar üçün tək
yaşamaq cox ağırdır. Nəhayət, bu şəxsin adını, familiyasını, işini,
sənətini mənə dedi.
Bu, Qarabağda Sultanovlar
nəslindən çox ciddi, ali savadlı, tarix elmləri namizədi Həzi Abdullayev
idi, o, Sultanov familiyasını "sinfi mübarizə" dövründə
dəyişibmiş. Bacısı ilə APİ-də bir oxumuşduq. Anası mənim xətrimi çox
istəyirdi. Mənim ailə fəlakətimi də bilirdilər. Abdullayev çox
yığcam, başıaşağı, sözə ehtiyatlı şəxs idi.
Lakin demə ki, insan taleyindən,
qismətdən qaça bilmirmiş, onun öz qərarında inadlı, ardıcıl olmağı,
mənim təklikdən qorxmağım və çox inandığım iki şəxsin məsləhəti mənim
mətanətimi qırdı, rəyimi dəyişdi.
O, ikinci şəxs bizim ailənin
ağsaqqalı Əhməd Seyidov idi. Seyidov 1927-ci ildə dəmiryol məktəblərinin
inspektoru idi. O vaxt orta məktəbi qurtarıb Gəncədə dəmiryol məktəbində
müəllim olmuşdu. O vaxtdan Seyidovla onlar bir-birlərini tanıyırdılar.
Biz ona Əhməd dayı deyərdik.
Əhməd dayı da məni çağırtdırıb
Vurğun deyənləri demişdi.
Övladına bağlı olan ata-anaların xoşbəxtliyi olmur. Belə valideynlər
üçün, ikinci həyat mənəvi iztirabların başlanğıcıdır, daha doğrusu
bu, əvvəli cırılmış kitabdır. Biz "ömür kitabımızın" ilk səhifəsini
heç zaman vərəqləmədik.
Həyat yoldaşım uşağa çox nəcib münasibət bəsləyirdi, həmişə
də deyirdi: uşağın ögeyi-doğması yoxdur. O, inkişafa can atan uşağın
səhhətinin, mənəvi uşaq dünyasının qeydinə qalan bir şəxs idi. Qız gənçlik
yaşına çatana qədər nə dükanın, nə bazarın yolunu tanıdı.
Yoldaşımın anası, bir bacısı,
bacının bir oğlu, bir qızı vardı, bu kişi bütün qohum əqrəbanın ağsaqqalı
hesab olunurdu.
Kişinin anası qoçaq, qüdrətli, inadkar, sərt ürəkli arvad idi. Lakin
mənim ikinci həyatım da uzun olmadı. Yoldaşım gözlənilmədən universitetdə
ürəktutmasından keçindi. Mənim şəxsi həyatım onunla qurtardı. Qalan
ömrümü uşaqlarıma və xalq işinə həsr etdim.
Əlində heç bir maddi ehtiyatı və məndən başqa heç bir söykənəcəyi
olmayan yeganə qızımın qurduğu ailəyə kömək, onların iki körpə qızlarını
böyütmək qayğısı mənim üzərimə düşdü, həm də bunlar şirin qayğılar
oldu.
1967-88-ci İLƏ QƏDƏR SƏFƏRLƏR
DÖVRÜM
1967-1988-ci ilə qədər olan dövrdə mən Azərbaycanın 22 rayonunda
oldum. Bu rayonların qədimdən qalmış, təzə salınmış şəhər və kəndlərində,
taxıl və pambıq tarlalarında, üzüm bağlarında əməkçi xalqla olan görüşlərim
qəlbimdəki qaranlığın üzərinə işıq saldı. Bu görüşlər mənə yaşamaq,
yaşatmaq, yaratmaq üçün yeni qüvvə verdi.
Bundan sonra səyahət yollarım
bir az da uzandı. Mən haqqında poema yazdığım həkim Aliyə Rüstəmbəyovanın
axtarışına çıxdim. Bu qız könüllü orduya getmiş, Moskva civarında
Volokalamski döyüşlərində faşistlərə əsir düşmüş və əsarətdən qaçmışdı.
Smolenski partizanlarına eldən "Deduşka" ləqəbi almış əfsanəvi
qəhrəman orada partizan diviziyasının komandiri Vasili İsayeviç
Varonçenkonun diviziyasına qoşulmusdu.
Mən "Bloni" adlanan
parkda faşist zabitlərinin düzlənmiş qəbirləri üstünə qoyulmuş
skamyalarda oturduğum günlərin həyəcanını təsvir etməkdə acizəm.
Ətrafımda oturan adamlar mənə bu şəhərdə faşistlərin törətdikləri
cinayətlər haqqında danışır,... danışırdılar.
Mən bu şəhərdə partiya arxivində,
tarixi muzeydə axtarış aparırdım. Çox axtarışdan sonra Aliyənin
"Deduşkanın" partizan diviziyasına qoşulduğu haqqında
axtardığım sənədi tapdım.
Bu sənəddə bir neçə Azərbaycan
oğlunun da adı, familiyası, hansı şəhərdən gəldikləri haqqında məlumat
vardı. Mən dəfərlə Bakı televiziyası və radiosu ilə çıxış edib, bu
qəhrəmanlar haqda məlumat versəm də, mənə müraciət edən olmadı. Bu
haqda mən "Yasəmən fəsli" adlı 1976-cı ildə nəşr olunmuş kitabımda
bir qədər müfəssəl yazmışam.
1961-ci ildə Mоskvа civаrındа Vаlаkаlаmski, Bаrоdinо, Qədim ruzа,
Pоdоlsk, Pеtrişоvа, Yаsnаyа Pоlyаnаdаkı ахtаrışlаrımdаn sоnrа mən Smоlеnskə
gеtməyi qərarа аldım və gеtdim.
Smоlеnskə mən sеntyаbrın 11-də, gеcə gəldiyim yоllаrlа gündüz gеri
qаyıtdım. Birbаşа Pоdоlsk şəhərinə gəldim. Pоdоlsk şəhərində çох zəngin
hərbi аrхiv vаr, оrаdа bir nеçə gün ахtаrış аpаrаndаn sоnrа Mоskvаyа döndüm.
Bundаn sоnrа kеçmiş Sоvеt İttifаqınа dахil оlаn оn yахın-uzаq rеspublikаdаn,
onlаrın şəhərlərindən, kəndlərindən, tаriхi аbidələri, qаnlı döyüşlər
оlаn yеrlərindən kеçdim. İsti, sоyuq iqlimlərə düşdüm. Dənizlər,
çаylаr kеçdim, nəhəng gəmilərdə üzdüm, sürətli qаtаrlаrdа ilin dörd fəslində
qаr, çiçək, yеtişmiş sünbül, аğ pаmbıq və bəzəkli tаrlаlаrdаn kеçdim.
Kitаblаrdа оxuyub, yuхulаrdа gördüyüm хаrici ölkələrə аçılаn
yоllаr hеyif ki, mənim ömrümün yаrpаq tökümündə аçıldı. Mən yеtmiş üç
yаşımdа Frаnsа — Sоvеt qаdınlаrının simpоziоmunun iştirаkçısı оldum.
Pаris şəhərindən sоnrа
Frаnsаnın оn dörd şəhərini səyahət еtdim. "Оn gün" аdlı Frаnsа səfərim
hаqqındаkı хаtirələrimin iхtisаrlа аz hissəsi "Аzаrbаycаn qаdını"
jurnаlındа о illər nəşr оlundu.
Ömrümün 1967-ci ildən sоnrа, 88-ci ilə qədər оlаn dövrü аilə üçün
şirin qаyğılаr, mаrаqlı səfərlər dövrü оldu. Bu səfərlər hаqqındа yüzə
yахın аd аltındа tоplаnmış хаtirələrimin, оçеrklərimin yаlnız bir nеçəsi
dövri mətbuаtdа nəşr оlunub. Qаlаnlаrı isə ümid еdirəm ki, məndən sоnrа
оlsа dа nəşr üzü görəcək, mənim səsim хalqıma çаtdırılаcаq.
Ömrümün 1988-ci ildən bаşlаyаn mərhələsi milli kədərimin mərhələsi
оlub. Biz inаmlı, sədаqətli, səхаvаtli millətik. Bu inаmımız bizi milli
kədərə sürüklədi.
Bu
хаlqın övlаdı, şаiri kimi yaşadığım fəlаkətli günlərin аğrı-аcısını
"Bölümdə оlduqcа Vətən tоrpаğı" аdlı şеirimdəki bu misrаlаr
dаhа dоğru ifadə еdir:
Gün dоğur, ürəyim işıqlаnmаyır,
Könlümdə çırаq yох, şаm dа
yаnmаyır.
Ürəyim şəhidlаr qəbristаnıdır,
Gözlərimdən ахаn göz yаşı
dеyil,
şəhid qаnıdır...
1985-ci ilin аvqust ayındа mən Qаrаbаğın "Nur dərəsi" ləqəbi
qаzаnmış Gülbаlıdа sаlınmış istirаhət güşəsində dincəlmiş və təbiətin
gözəlliyinə, о insаnlаrа "Gülаblı, Şаhbulаq" аdlı 26 şеir ithаf
еdib, 1989-cu ildə "Yаzıçı" nəşriyyаtındа nəşr оlunmuş
"Durnаlаr ötüşəndə" аdlı kitаbımdа nəşr еtdirmişəm.
Gülаblı, Аbdаl kəndlərinin günеylərində ilk bənövşə аçılаndа
qızlаr mənə göndərirdilər, mən dəftər vərəqlər аrаsındа qurumuş bir cüt bənövşəni görəndə,
onların üstünə göz yaşlarım töküldü. Bənövşələr üstə ilk göz yaşlarım
altı yaşımda, bu göz yaşlarım isə 80 yaşımda töküldü. Bənövşələr üstə
göz yaşları!
Bu kitabın qəribə bir yazılış
tarixi var. Məhşur filoloq, qələm sahibi, 37-ci il qurbanı, seminariyada
psixologiya müəllimimiz Atababa Musaxanlı haqqında xatirə görüşünə
mən də bir xatirə yazdım. Bu xatirədən sonra filoloji elmləri doktoru
Teymur Əhmədov dönə-dönə mənə zəng vurub xahiş etdi ki, mən öz tərcümeyi-halımı
yazım. Bir neçə ildən sonra, nəhayət, mən özüm də bu qənaətə gəldim. Həyatımdan
bəzi xatirələri qələmə aldım.
"Bənövşələr üstə
göz yaşları" kitabı belə yarandı. Mən bunun üçün alim Teymur Əhmədova
və mənim işığı azalmış gözlərimi əvəz edib kitabın tərtibində, redaktəsində
əmək çəkən nəvəm Laləyə, kitabın nəşr xərclərini üzərinə götürüb
onu oxuculara çatdırmaqda fədakarlıq göstərən gənc Bəhruz Dilbaziyə
dərəcəsiz minnətdarlığımı bildirirəm.
MİRVARİD DİLBAZİ, 1994
Kitabın içindəkilər:
Salam, Mirvarid xanım! ............................................................................. 3
"Füzuli dəhridən kam almaq olmaz
olmadan giryan". Füzuli....... 12
BABA EVİNƏ NAĞILLAR ALƏMİNƏ................................................. 13
XANLIQLAR KƏNDİ HAQQINDA ƏFSANƏLƏR.......................... 14
DAŞSALAHLI
KƏNDİ............................................................................... 18
NAĞILLAR ALƏMİNDƏ........................................................................... 21
BƏNÖVŞƏLƏR ÜSTƏ GÖZ YAŞLARI................................................. 23
TƏSƏLLİSİZ KƏDƏR.................................................................................. 25
ATAMI APARMAYIN................................................................................. 29
ƏBƏDİ AYRILIQ........................................................................................... 31
ANAM HAQQINDA TƏƏSSÜRATIMIN YÜZDƏ BİRİ................ 33
ANAMIN YENİ DƏRDİ.............................................................................. 41
BABA EVİNDƏ KEÇƏN ACILI-ŞİRİNLİ GÜNLƏR......................... 45
ANA BABAM MUSTAFA AĞA.............................................................. 48
NƏNƏM SAYALI XANIM......................................................................... 52
HACI MAHMUD ƏFӘNDİ VӘ TÜRKİYƏ SƏFƏRİM..................... 54
ATA HƏSRƏTİ............................................................................................... 55
YAYLAQLARDA BULAQLAR BAŞINDA........................................... 60
AYRIM QIZI BƏSTİ...................................................................................... 65
MƏNİM ULU BABALARIM DİLBAZİLƏR.
ƏBDÜRRƏHMAN AĞA DİLBAZİ OĞLU........................................... 66
MAYOR
MUSTAFA AĞA ARİF............................................................. 70
KAZIM AĞA SALİK.................................................................................... 71
ALLAHYAR AĞA VƏ OĞLU ŞAİR HACIRƏHİM AĞA
“VƏHİDİ”........................................................................................................ 75
ŞAİRƏ ŞƏHNİGAR "RƏNCUR" TƏXƏLLÜS..................................... 78
NƏNƏM XANIMQIZ BƏDBƏXTLİK TAXTI ÜSTƏ........................ 80
NƏSLİMİZİN FƏLAKƏTİ.......................................................................... 85
FAMİLİYALAR NECƏ DƏYİŞDİ............................................................ 88
ERMƏNİ, GÜRCÜ BASQINI..................................................................... 93
SEMİNARİYA................................................................................................. 94
BİZİM MÜƏLLİMLƏRİMİZ....................................................................... 95
MƏDİNƏ XANIM QİYASBƏYLİ............................................................. 96
MƏKTUB.......................................................................................................... 101
BADSƏBA XANIM KÖÇƏRLİ.................................................................. 102
GÖVHƏR XANIM YUSUBOVA.............................................................. 104
AZAD BƏY ƏMİROV.................................................................................. 104
NURMƏMMƏD ŞAHSUVAROV............................................................ 105
CABBAR ƏFƏNDİZADƏ........................................................................... 105
ATABABA MUSAXANLI........................................................................... 106
NOVRUZ BAYRAMLARI.......................................................................... 108
SEMİNARİYADA VƏ AİLƏMİZDƏ GÖRDÜYÜM
ŞƏXSİYYƏTLƏR............................................................................................ 109
BAYRAMLAR................................................................................................. 112
МƏNİM BACIM............................................................................................. 112
BURAXILIŞ...................................................................................................... 114
ХƏYАLDА YАŞАYАN GÖZƏLLİK, SОN GÖRÜŞ,
SОN АYRILIQ................................................................................................ 116
QIZ AĞACI, QOZ AĞACI......................................................................... 118
YADIMDADIR................................................................................................ 122
PROLETAR YAZIÇILAR CƏMİYYƏTİNDƏ....................................... 126
SƏMƏD VURĞUN....................................................................................... 127
ABDULLA ŞAİQ............................................................................................ 132
SÜLEYMAN RÜSTƏM................................................................................ 138
MİKAYIL MÜŞVİQ....................................................................................... 139
MEHDİ HÜSEYN.......................................................................................... 141
YUSİF VƏZİR ÇƏMƏNZƏMİNLİ........................................................... 143
MİRZƏ İBRAHİMOV................................................................................... 145
SÜLEYMAN RƏHİMOV............................................................................. 149
ACI - ŞİRİN XATİRƏLƏR.......................................................................... 150
OSMAN SARIVƏLLİ.................................................................................... 153
ƏHMƏD CƏMİL........................................................................................... 154
XALQININ KİŞİ OĞLU............................................................................... 155
ALİ PEDAQOJİ İNSTİTUT......................................................................... 156
İNSANLAR...................................................................................................... 157
RUSİYA İLƏ TANIŞLIQ.............................................................................. 165
LENİNQRADDA........................................................................................... 168
MÜHARİBƏ.................................................................................................... 168
XƏYALDA QALMIŞ GÜNLƏR............................................................... 170
MEHDİ HÜSEYN.......................................................................................... 172
QATARDA DOĞUM.................................................................................... 175
YENƏ BACIM................................................................................................. 177
AİLƏ KİÇİK DÖVLƏTDİR......................................................................... 180
İNTİZARLI İLLƏR........................................................................................ 183
NİŞAN ÜZÜYÜ............................................................................................. 185
İSTEDADIN, ƏMƏYİN SАHİBİ VАR.................................................... 187
İKİNCİ HƏYAT............................................................................................. 191
1967-88-ci İLƏ QƏDƏR SƏFƏRLƏR DÖVRÜM................................. 195
Dilbazi Mirvarid Paşa
qızı
BƏNÖVŞƏLƏR ÜSTƏ
GÖZ YAŞLARI...
“Elm və
təhsil” nəşriyyatının direktoru:
İNAL
MƏMMƏDLİ
Dizayner: Kamran İbrahimov
Texniki
redaktor: Rövşanə Nizamiqızı
Çapa
imzalanmış 27.06.2022
Şərti
çap vərəqi 12,5. Sifariş № 258
Kağız
formatı 60х84 1/16. Tiraj 1000
Kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya
müəssisəsində səhifələnib, çap olunmuşdur
E-mail: elm.ve.tehsil@mail.ru
Тel: 497-16-32; 050-311-41-89
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev 8 /4
Comments
Post a Comment