Skip to main content

Mən Borçalıda qaldım - Dərviş Osman Əhmədoğlu













 

 

Dərviş Osman Əhmədoğlu

 

 


MƏN

BORÇALIDA

QALDIM

 

 

 


Bakı – 2021

 

                                                         

 

 

 

 

Bu kitab “Mirvarid Dilbazi Məclisi”nin təşəbbüsü ilə Dərviş Osman Əhmədoğlunun əziz xatirəsinə həsr olunur.

 

Redaktor: Güllü Eldar Tomarlı

Texniki redaktor: Vüsal Əmirov

Məsləhətçi: Savalan Osmanlı

Toplayan, dizayn və tərtib: “Mirvarid Dilbazi Məclisi” araşdırma qrupu

Əlaqə: 055 622 51 13

            mirvarid.dilbazi@mail.ru

 

Dərviş Osman Əhmədoğlu

“Mən Borçalıda qaldım”

Bakı, “Ləman nəşriyyat poliqrafiya MMC”,

Bakı – 2021, 272 səh

 

Kitabda mərhum şair-publisist Dərviş Osman Əhməd­oğlunun işıq üzü görməyən poeziya nümunələri, şairlərin və saz-söz adamlarının şeirləri, ürək sözləri yer alıb. İnanırıq ki, "Mən Borçalıda qaldım" kitabı həm şairin ruhunu, həm də oxucuları sevindirəcək. Kitabın hazırlanmasında maddi və mənəvi dəstək olan hər kəsə təşəkkürümüzü bildiririk.


 


47202060000-69

2021   © “Ləman nəşriyyat poliqrafiya” MMC, 2021




ÖN SÖZ

 

Onu lap əv­vəl­dən Os­man Əh­mə­doğ­lu ki­mi ta­nı­yır­dım: sə­sin­dən – nə­fə­sin­dən od püs­kü­rən bir ər oğ­lu əriy­di, saz­la-söz­lə nə­fəs alır­dı, ləh­cə­sin­də, da­nı­şı­ğın­da Bor­ça­lı şi­rin­li­yi, Bor­ça­lı ko­la­ri­ti tək­rar­sız bir axar­la dal­ğa­la­nır­dı. Türk ru­hu, türk qe­y­rə­ti ca­nın­dan – var­lı­ğın­dan şah da­mar ki­mi gə­lib ke­çir­di, bu sə­bəb­dən də bir müd­dət son­ra onu mey­dan­lar­da “Os­man Əfən­di” adı al­tın­da hay­qı­ran, nə­rə çə­kən, eli-ulu­su ba­şı­na cəm elə­yib tor­paq-yurd uğ­run­da çar­pı­şan mərd bir ərən ki­mi gör­düm. Sə­si Bor­ça­lı­dan, Ba­kı­dan, Qa­ra­bağ­dan, Nax­çı­van­dan, Qars – Ər­zu­rum­dan, İs­tan­bul­dan boy gös­tə­rib ha­ray çə­kə-çə­kə Türk-Tu­ran dün­ya­sı­nı öz haq­qı­nı ta­nı­ma­ğa-sa­vın­ma­ğa ça­ğı­rır­dı. Elə bu­ra­da­ca qə­dir­şü­nas­lıq­la onu da de­mə­li­yəm ki, XX əs­rin son­la­rın­da Bor­ça­lı ma­ha­lı­nın, Bor­ça­lı yur­du­nun du­ruş gə­ti­rib öz ye­rin­də qa­yım-qə­dim ol­ma­sın­da unu­dul­maz zəh­mə­ti-xid­mə­ti olan adam­la­rın için­də Os­man Əh­mə­doğ­lu­nun – Os­man Əfən­di­nin ye­ri ay­rı­ca­dır. Bu mə­qam­da onun gös­tər­di­yi zi­ya­lı həs­sas­lı­ğı və əs­gər ayıq-sa­yığ­lı­ğı, özü ki­mi el-oba­nı ayaq üs­tün­də dimdik sax­la­maq ira­də­si və ba­ca­rı­ğı yad­dan çıx­ma­yan bir ta­rix­dir.

Mən onu hə­mi­şə ca­van və ener­ji­li bir türk ba­ha­dı­rı ki­mi gör­mü­şəm. An­caq son il­lər­də baş tu­tan bir gö­rü­şü­müz­də Os­ma­nı ay­rı bir əh­val­da gör­düm. Müd­rük­lü­yün, də­də­li­yin, dər­viş­li­yin için­dən boy­la­nır­dı o. Yu­nus Əm­rə, Qur­ba­ni, Ab­bas Tu­far­qan­lı, Xəs­tə Qa­sım, Aşıq Ələs­gər dün­ya­sın­dan ağır-ağa­ya­na bir ye­riş­lə, fəl­sə­fi ad­dım­lar­la gə­lib sir­li-se­hir­li bir alə­mə ge­də­nə ox­şa­yır­dı. Söh­bə­ti­miz bo­yu xey­li say­da ma­raq­lı şe­ir­lər oxu­du – haqq dər­ga­hın­dan,Tan­rı alə­mi­nin sir­lə­rin­dən, mö­cü­zə­li kə­ra­mət­lər­dən söz aç­dı. Gör­düm ki, in­di qar­şım­da ta­mam baş­qa bir adam da­ya­nıb: “Dər­viş Os­man” tə­xəl­lü­sü da­şı­dı­ğı­nı və ya­şı­nın da 70 ol­du­ğu­nu on­da bil­dim. Bax­dım ki, qar­şım­da ger­çək­dən də üzü­nur-sö­zü­nur bir dər­viş da­ya­nıb. Bar­ma­ğı­mı diş­lə­yib dü­şün­düm ki, gə­lim­li-ge­dim­li dün­ya elə bu cür­dü – baş­lan­ğıc­da də­li-do­lu bir Ko­roğ­lu ba­ha­dı­rı olur­san, son­ra isə sir­li və an­la­şıl­maz nə­həng za­man də­yir­ma­nı­na ba­xıb Dər­viş ki­mi köks ötü­rür­sən. Os­man bu­nun ha­mı­sı­nı gör­dü, ya­şa­dı...

Saz vur­ğu­nuy­du, söz də­li­siy­di. Si­nə­si, ürə­yi də­rin mə­həb­bət­lə do­luy­du. Sa­zın – sö­zün Bor­ça­lı be­şi­yi onun lay­la­sı­nı gö­zü­nü açan­dan elə çal­mış­dı ki, heç za­man bağ­lı ol­du­ğu üç mü­qəd­dəs key­fiy­yət­dən qo­pub ay­rı­la bil­mə­di – saz­dan, söz­dən və Bor­ça­lı­dan. Bəl­kə elə ən bö­yük qa­zanc da bu idi:

 

Bor­ça­lı de­yən­də göy­nə­mə­səy­di,

Qa­nı qa­yır-qa­yır qay­na­ma­say­dı,

Toy­da“Ür­fa­nı” ya oy­na­ma­say­dı,

Os­man-hə­mən Os­man olar­dı­mı heç?!

 

Mən­cə, Os­man Dər­vi­şi təq­dim edən bu poe­tik de­yim­lər ger­çə­yi çox yan­sı­dan hə­qi­qi və bən­zər­siz bir av­to­port­ret­dir.

Mö­cü­zə­li bir ada­mıy­dı Dər­viş Os­man. Hər gün, hər sa­at sa­zın-sö­zün için­dəy­di. Bö­yük aşıq­lar­la ya­xın­dan ün­siy­yə­ti va­rıy­dı; Də­də Əm­ra­hın, Hü­seyn Sa­rac­lı­nın, Xan Ka­man­da­rın ya­xın sir­da­şı və dos­tuy­du. Nə­dən­sə, mən onu Hü­seyn Sa­rac­lı­ya da­ha ya­xın bi­lir­dim...

İn­di si­zə təq­dim olu­nan bu ki­ta­bı oxu­duq­ca Dər­viş Os­ma­nı bir das­tan qə­hər­ma­nı ki­mi də gö­rü­rəm. Elə bi­li­rəm ki, bu das­ta­nı müt­ləq us­tad Hü­seyn Sa­rac­lı da­nı­şa­caq və bi­zi sir­li bir alə­mə çə­kib apa­ra­caq. Ma­raq­lı­dır ki, bu gö­zəl şe­ir­lər top­lu­su – “Mən Borçalıda qaldım” kitabı bo­yu hər söz, hər mis­ra saz­dan ke­çib ge­dir. Ki­ta­bın gi­ri­şin­də­ki “Sa­zım” rə­dif­li iri­miq­yas­lı “Mü­xəm­məs-poe­ma”dan baş­la­yan bu yol “Şa­ir Ağa­can” poe­ma­sı­na qə­dər uza­nır. Bir ömür və kö­nül yo­lu­nu çev­rə­lə­yən bu epik-li­rik təq­di­mat Də­də Qor­qud­dan klas­sik ustad sə­nət­kər­la­ra, ora­dan da çağ­daş aşıq­la­ra qə­dər da­vam edir və adam­da xoş əh­val və qü­rur ya­ra­dır. Bor­ça­lı, Təb­riz, Qars, Göy­çə, Dər­bənd bo­yu­nu göz önün­də dal­ğa­lan­dı­ran qoş­ma-gə­ray­lı­lar. Dər­viş Os­ma­nın ta­ri­xi-mə­nə­vi var­lı­ğı­mı­za də­rin kök­lər­lə bağ­lı­lı­ğın­dan xə­bər ve­rir.

...Bir müd­dət ön­cə Bor­ça­lı­dan ağır bir xə­bər biz­lə­ri sar­sıt­dı. Göz­lə­nil­mə­dən Dər­viş Os­ma­nı itir­dik. O, ca­nın­dan əziz bil­di­yi ulu Bor­ça­lı tor­pa­ğı­na qo­vuş­du. Os­ma­nın it­ki­si sar­sı­dı­cı və ağ­rı­dı­cı­dır. Bir­cə tə­səl­li­miz var ki, o da Dər­viş Os­ma­nın üz qoy­du­ğu tor­pa­ğın ulu Bor­ça­lı­mız­da ye­ni bir zi­ya­rət ye­ri­nə çev­ril­mə­si­dir.

Dü­nən sa­zı ru­hun­da ya­şa­dan,bu gün isə sa­zın ru­hun­da ya­şa­yan Dər­viş Os­man! Ye­ni “Mən Bor­ça­lı­da qal­dım” ki­ta­bın mü­ba­rək ol­sun!

 

Məhərrəm Qasımlı

Azərbaycan Aşıqlar Birliyinin sədri,

Əməkdar elm xadimi, professor
 10.02.2021

Bakı

ÖZÜ GETDİ, SÖZÜ VƏ NƏĞMƏLƏRİ YADİGAR QALDI

 

Xoş o elin ha­lı­na ki, onun Dər­viş Os­man ki­mi yad­daş­lar­da məs­kən sa­lan ki­şi­lə­ri var. Son mən­zi­lə yo­la sal­dı­ğı­mız­dan hə­lə bir il öt­mə­yib. Am­ma on­suz­lu­ğu­na in­di­yə­dək öy­rə­şə bil­mə­di­yi­miz boş ye­ri bun­dan son­ra da ürək­lə­ri göy­nə­də­cək. Ni­yə­si­ni mən­ti­qi fi­kir­lər­lə əsas­lan­dı­ra­cam.

Tə­rif na­mi­nə de­mi­rəm. Do­ğu­lub bo­ya-ba­şa çat­dı­ğım Gür­cüs­ta­nın bö­yük­lü-ki­çik­li elə kən­di yox­dur ki, nü­mu­nə­vi in­san­lar sa­rı­dan kor­luq çək­sin. Soy­daş­la­rı­mız sö­zün əsl mə­na­sın­da zəh­mət­keş­dir, qu­rub-ya­ra­dan­dır, el­mə, təh­si­lə me­yil­li­dir, hə­min sa­hə­lər­də öz söz­lə­ri­ni de­yən­dir,  ya­ra­dı­cı­lı­ğa də­yər ve­rən­dir. Mi­sal­lar gə­tir­mə­yə nə eh­ti­yac, say­la­rı­nın çox­lu­ğun­dan bu bol­lu­ğun ya­rat­dı­ğı prob­lem öz sö­zü­nü de­yə­cək. Fə­qət bir da­ha vur­ğu­la­maq is­tər­dim ki, xoş o elin ha­lı­na ki, şöh­rə­ti, xə­tir-iz­zə­ti bir ki­çik kən­din – Ke­şə­li­nin hü­dud­la­rı­nı aşa­raq bü­tün Gür­cüs­tan­da do­la­şan Dər­viş Os­ma­nı – Os­man Əh­mə­doğ­lu­su var.

Gə­lin Bor­ça­lı­mı­zın ta­nın­mış şai­ri­ni, pub­li­sis­ti­ni, jur­na­lis­ti­ni dost­la­rı­nın, ya­xın­la­rı­nın, tel­li saz us­ta­la­rı­nın ötən ilin mar­tın­da son mən­zi­lə ne­cə mə­yus­luq­la yo­la sal­ma­la­rı­nı xa­tır­la­yaq. Gür­cüs­ta­nın Aşıq­lar Bir­li­yi­nin səd­ri ol­ma­sı­nı da bir kə­na­ra qo­yub bu eh­ti­ra­mın  nə­dən qay­naq­lan­dı­ğı­nın əsas tə­rə­fi­nə ke­çək. O, sö­zün əsl mə­na­sın­da ic­ti­mai xa­dim idi. Bə­dii söz us­ta­sı, si­nə­dəf­tər na­tiq, xe­yir­xah əməl­lər sa­hi­bi­tək də ... imi­cin ola bi­lər. Fə­qət böl­gə­nin hü­dud­la­rın­dan kə­nar­da ic­ti­mai xa­dim ola­raq qə­bul edi­lir­sən­sə, bu, hə­səd apa­rıl­ma­lı xoş­bəxt­lik­dir. Dər­viş Os­man uzun il­lə­rin xid­mət­lə­ri ilə bu­nu haqq et­di. 

Bax, bu­ra­da tək­ra­rən fik­ri­mə qa­yıt­maq is­tə­yi­rəm: xoş­bəxt o elin ha­lı­na ki, Dər­viş Os­man ki­mi mü­ba­riz, bü­töv­lük­də na­yi­hə­nin təə­sü­bü­nü çə­kən, sö­zü mə­qa­mın­da, cə­sa­rət­lə de­yən ki­şi­lər sa­rı­dan kor­luq çək­mir.

4-5 il əv­və­lin söh­bə­ti­dir. Mar­neu­li­də yer­li mət­bua­tın prob­lem­lə­ri­nə aid gö­rüş ke­çi­rir­dik. Dər­viş Os­ma­nın çı­xı­şı­na qə­dər elə tə­səv­vür ya­ra­nır­dı ki, iş­lər tam qay­da­sın­da­dır. Onun söz­lə­ri məc­li­si əməl­li-baş­lı can­lan­dır­dı,Gür­cüs­tan­da­kı azər­bay­can­dil­li mət­bua­tın du­ru­mu­nun acı­na­caq­lı ol­ma­sı­nı konk­ret mi­sal­lar­la əsas­lan­dır­dı. Bir de­yi­mi in­di­yə­dək ha­fi­zəm­də­dir: “Mət­bu­at, ta­ri­xi yad­daş­la­ra hop­du­rur, o yox­sa, xalq əri­yib ge­də bi­lər”. Xa­hiş et­di ki, azər­bay­can­dil­li mət­bua­tın prob­lem­lə­ri­ni Gür­cüs­tan rəh­bər­li­yi qar­şısn­da qal­dı­raq, qal­dır­maq­la ki­fa­yət­lən­mə­yək, mə­sə­lə­ni mün­tə­zəm diq­qət­də sax­la­yaq.

Töv­siy­yə­si­ni yad­dan çı­xar­ma­dıq, mü­va­fiq dai­rə­lər­lə söh­bət­lər apar­dıq.

Dər­viş Os­man me­dia üçün yaz­dıq­la­rı­nı ilk növ­bə­də xalq və ic­ti­ma­iy­yət üçün nə­zər­də tu­tur­du. “Ye­ni yol” qə­ze­ti­nin re­dak­tor müa­vi­ni­nin, “Də­də Qor­qud” dər­gi­si rəh­bə­ri­nin “Os­man Ke­şə­li”, “Os­man Əfən­di”, “Dər­viş Os­man” im­za­la­rı ilə işıq üzü gör­mə­si ya­zı­la­rı­na da­im oxu­cu tə­la­ba­tın­dan irə­li gə­lir­di.

Mə­ni şai­rin 1989-cu il­də Ba­kı­da “Ya­zı­çı” nəş­riy­ya­tın­da çı­xan ilk ki­ta­bı­nın adı uzun müd­dət qay­ğı­lan­dır­dı: “Bor­ça­lı­da ocaq ya­nır”. Çox dü­şün­dü­rü­cü ad se­çib.  Sər­löv­hə Bor­ça­lı­da­kı ocaq­la­rı­mı­zın sön­mə­yə is­ti­qa­mət­lə­nən pro­se­sin acı­na­caq­lı ten­den­si­ya­ya çev­ril­mə təh­lü­kə­si­nin baş qal­dır­dı­ğı bir vaxt­da se­çil­miş­di. İn­di qə­dim də­də-ba­ba yurd­la­rı­mız­da sa­la­mat­çı­lıq­dır,  çün­ki Dər­viş Os­man ki­mi ki­şi­lər söz­lə­ri­ni vax­tın­da de­yib­lər, hə­yə­can tə­bi­li­ni vax­tın­da səs­lən­dirb­lər.

Şai­rin, jur­na­lis­tin im­za­la­rın­dan Dər­viş Os­man da­ha dü­şün­dü­rü­cü­dür. Bi­lir­si­niz, bə­dii ya­ra­dı­cı­lı­ğı­mız klas­si­ka­dan uzaq­laş­dıq­ca dün­yə­vi kə­lam­la­rın da mə­na­sı­nı az qa­la tər­cü­mə­çi­lər va­si­tə­si­lə öy­rən­mə­li  olu­ruq. Ulu Nə­si­mi­ni ya­da sa­laq. Dər­viş­lər xü­su­si li­bas­la­rı ilə el­lə­ri do­la­şıb ru­ha­ni fi­kir­lə­ri ilə car­çı­lıq edib­lər. Os­man da şe­ir­lə­ri ilə, nəğ­mə­lə­ri ilə türk dün­ya­mı­zın  Dər­viş ki­mi sey­ri­nə çıx­mış­dı, özü get­di, sö­zü və nəğ­mə­lə­ri ya­di­gar qal­dı.

 

Əflatun Amaşov,

əməkdar jurnalist

17.02.2021

Bakı 


 

Sazım
(müxəmməs – poema)

İbtida ki, Əlif Allah,

Peyğəmbəri tanı sazım.

Dilimizin bəzəyi bil,

Ol qızıl quranı sazım.

Bəzən haqqın qüdrətinnən,

Gəşt elə dünyanı sazım.

Uluların ulususan,

Gördün çox dövranı sazım.

Sana çoxdan dərs olubdu,

Ol, Nuhun tufanı sazım.

 

                                      * * *

 

Qalu bəladan gələnik,

Hər bir şeyin öz vədəsi.

Yaradanın öz hökmüdü,

Hər gələn bir gün gedəsi.

Öz haqqına varan kəslər,

Çəkə bilməz ayrı bəsi.

Hərəyə bir pay verilib,

Hərə haqqın bir bəndəsi.

Səni bir ərmağan bildi.

Dədə Qorqudun Dədəsi,

Boy boyladı, soy soyladı,

Oyatdı cahanı sazım.

 

 

 

Gəşt eylədi Yunus Əmrə,

Haqqa pənah deyə-deyə.

Gecə-gündüz zikr elədi,

Ulu Dərgah deyə-deyə.

Axdı coşan irmaq kimi,

Allah-Allah deyə-deyə.

Döndü islam bülbülünə,

Getsin günah deyə-deyə.

Hamıdan əvvəl görmüşdün,

Ondakı imanı sazım.

                                      * * *

 

Bir işıqsan, yaraşıqsan,

Öz kökümə, ocağıma.

Bu sinəmi Vətən bilib,

Sığınarsan qucağıma.

Zaman-zaman kök atıfsan,

Həm soluma, həm sağıma.

Bir çeşməsən, can verirsən,

Sən mənim can otağıma.

Hər telin öz aləminin,

Şöhrəti, həm şanı sazım.

 

 

 

 

 

 


Bir loğmansan zil üstündə,

Ondan bir az bəmin gözəl.

Cəngilərin təpər verər,

Endirəndə dəmin gözəl.

Gahdan olur qəhqəhəsən,

Dilqəm üstə qəmin gözəl.

Köyrələndə göz yaşısan,

Kipriklərdə nəmin gözəl.
Öz nuruna qərq edirsən,

Qaranlıq səhranı sazım.

                                     * * *

 

Səni sevdi Qaracoğlan,

Türküstana car elədi.

Cəh-cəh vurdun sinəsində,

Hər bir kəsə yar elədi.

Layla çaldın obalarda,

Oymaqlarda var elədi.

Karvankeçməz yollar aşdın,

Atına süvar elədi,

Mehman oldun könüllərə,

Sürdükcə dövranı sazım.

 

 

 

 

Hünərinə sinə gərdi,

Ərəb atlar aşdı dağı.

Meydan aldı Əfşar oğlu,

Gəşt elədi solu-sağı.

Əyilmədi fərmanlara,

Yurdu bildi hər torpağı.

Padışahlar fərmanına,

Saz üstündə çəkdi dağı.

Meydanlarda sancaq asdı,

Nərə çəkdi söz mızrağı.

Dadaloğlunun fərmanı,

Pozdu çox fərmanı sazım.

                                     * * *

 

Düşdün haqqın cığırına,

Yolun açıq göydə, yerdə.

Sənə heyran insan oğlu,

Bir əlacsan hər bir dərdə,

Səni halal dost anlayar,

Sirr verməzsən hər namərdə.

Qədəm basdın şah taxtına,

Dilləndikcə pərdə-pərdə.

Avazınla dastan oldu,

Bil aşıq Qurbanı sazım.

 

 

 

Mən qurbanam Tanrı sana,

Dünyanı başdan yaratdın.

Yerlə göyü xəlq elədin,

Hər şeyi başdan yaratdın.

Yerdə quru toxum bitməz,

Cücərtdin, yaşdan yaratdın,

Yaxşı üçün körpü düşən,

Sarayı daşdan yaratdın.

Bayatılar sinəsində,

Səni çəkdi canı sazım.

                                     * * *

 

Abbasa buta verildi,

Necə gəldi nur gözünə.

İçdi eşqin badəsini,

Haray çəkdi öz-özünə.

El yığıldı avazına,

Aləm heyrandı sözünə.

Zulumlara sinə gərdi,

Könül verdi şah qızına.

Canını qurban elədi,

Quyuda da Gülgəzinə.

Bu aləmə nişan verdi,

Yurdu Tufarqanlı sazım.

                 

 

Kimlər sənə urcahdısa,

Haqq yoluna düçar oldu.

Nurlu üzün dörd bir yana,

Təbəssümlər saçar oldu.

Namərd olan meydanından,

Addım-addım qaçar oldu.

Hər bir xalın, hər bir gülün,

Qanad açdı, uçar oldu.

Tikmədaşdı Xəstə Qasım,

Sirri-sehrə açar oldu.

Bu aləmə görk elədi,

Hər cürə yalanı sazım.

                                     * * *

 

Haqq tərəfdən nida gəldi,

Sən bu sazı al dedilər.

Zamanlara meydan oxu,

Bu dünyaya çal dedilər.

Tarixlərdə dastan oldun,

Pir Sultan Abdal dedilər.

Bir kimsəyə özün verdin,

Bu boyda imkanı sazım.

 

 



 

Qoca dünya külə döndü,

Hər yan bağça-bağ aşığa.

Qəvvas oldu ümmanlara,

Təslimdi hər dağ aşığa.

Cövlan etsə şiri-nəri.

Meydandı sol-sağ aşığa.

Ustadların ustadıdı,

Rəhmət olsun Ağ aşığa.

Neçə-neçə çıraqları,

Oldu el ozanı sazım.

                                     * * *

 

Neçə-neçə ustadların,

Taleyini kəm elədin.

Zil kökünə əl gəzdirdin,

Asta-asta bəm elədin.

Məhvərinnən dəyişdirdin,

Başqa bir aləm elədin.

Zülm elədin Yahya bəyə,

Dərd əhli Dilqəm elədin.

Didərgin dərviş elədin,

Çox şahı-sultanı sazım.

 

 

 

 

Ətrafına işıq saldı,

Neçə aşıq saz əlində.

Yazı yazan belə yazmış,

Hər şey onun öz əlində.

Qoca Tanrı yaradanda,

Nə karəyik biz əlində.

Yaran-dedi, yaradıldı,

Kainat bir söz əlində.

Hər sözə bir sığal verdin,

A haqqın nişanı sazım.

 

                                     * * *

 

Səsin əzəl haqqın payı,

Ən müqəddəs paydı bizə.

Tarixlərin dastanını,

Fəsil-fəsil yaydı bizə.

Sinəmizdə yuva qurdun,

Gör nə qədər paydı bizə.

Koroğlu tək at oynatdıq,

Xeyir-duan dəydi bizə.

Çöyrüldün aşıq Cununa,

Dolaşdıq hər yanı sazım.

 

 

 



 

Bu dünyanı gəşt elədi,

Söz ustadı aşıq Alı.

Dilimizə bal bələdi.

Saz ustadı aşıq Alı.

Üzü haqqa gedənlərin,

Düz ustadı aşıq Alı.

O Göyçəli Ələsgərin,

Öz ustadı aşıq Alı.

Sənnən aldı öz dərsini,

Neçə gövhər-kanı sazım.

 

                                     * * *

 

Çağırdı Adil Sultanı,

Aldı ulu ad Ələsgər.

Sazımızda, sözümüzdə,

Baldan şirin dad Ələsgər.

Dodağında inci-mərcan,

Sinəsində od Ələsgər.

Nə qədər saz aləmi var,

Ən böyük ustad Ələsgər.

Adı dillər əzbəridi,

Ərşdədi elanı sazım.



 

 

 

Səfil Şennik bir ad qoydu,

Nura döndü Çıldır eli.

"Keçən günə günnər çatmaz".

Nə xoş demiş ozan dili.

Açdı ümman sinəsini,

Xırd elədi qəlbi dolu.

Dastanları dil əzbəri,

"Sövdəgər"i, " Dürrətel"i.

Yüz dinləsən doyammazsan,

Qızıldı hər anı sazım.

                                     * * *

 

Canında bir atəşi var,

Yox eyləyər qar-boranı.

Umudsuzlar əl uzatsa,

Həmən bularlar çaranı.

Dərdlilərə məlhəm olar,

Özü sağaldar yaranı.

Gedəni yoldan qaytarar,

Telləri tel-tel daranı.

Ağır durar, batman gələr,

Dinəndə "Urfanı" sazım.

 

 

 

 

 

Aşıq Omar ümman oldu,

Keçəmmədik adasını.

Haqqın özü pay vermişdi,

Küfdadiyə badasını.

Nihani bir meydan aldı,

El bilirdi sədasını.

İzanı qurula qala,

Görən yoxdu odasını,

Giryanı çoxdan almışdı,

Mərd meydanın qadasını,

Sanki bir ağrı dağıdı,

Bu aşıq Sümmani sazım.

 

                                     * * *

 

Neçəsinə zulm elədin,

Göz yaşları selə döndü.

Qərib getdi qürbət elə,

Dönüş yeddi ilə döndü.

Tahir ağlar Zöhrəsini,

Dəryalarda sala döndü.

Ziyadoğlu bir ah çəkdi,

Əsli üçün külə döndü.

Axır didərgin elədin,

Bu Növrəs İmanı sazım.



 

Yır-yığışdır sən elləri,

Bu aləmi bir can elə.

Aşiqləri qoy  yarısın,

Seyraqıbı şan-şan elə.

Eşqin ilə bir saray qur,

Gözəlləri mehman elə.

Barmaqları çox incitmə,

Zil kökdə bir divan elə.

Son nəfəsdə bir sığal çək,

Durult qara qanı sazım.

 

                                     * * *

 

Bu yol haqqın öz yoludu,

Aləm bilir yalan döyül.

Neçə zulum, zilləti var,

Ayrı cürə olan döyül.

Ağrısını çəkən bilər.

Yoldan ötən bilən döyül.

Gəzə bilməz naşı səyyad,

Bu bələni bulan döyül.

Qulluğunda qul olanı,

Əzəl başdan tanı sazım.

 

 

 

 

 



 

Neçə-neçə sənətkarlar,

Meydanda dövran elədi.

Dərviş kimi libas geydi,

Özünə divan elədi.

Məcnun oldu səhralarda,

Bağrını şan-şan elədi.

Hər ağrıya, hər acıya,

Canını qurban elədi.

Haqqın özü qəbul etdi,

Bu halal qurbanı sazım.

 

                                     * * *

 

Gecələri qulun oldu,

Necə oldu qul Qaranı.

Öz dərdinə, əzabına,

Səndə buldu hər çaranı.

Çünki, sən oldun sağaldan.

Göz-göz olan hər  yaranı.

Özün murada yetirdin,

Özün neçə beyçaranı.

Aləmə bəlli eylədin,

Sən Xasta Hasanı sazım.

 

 

 



 

O, Şəmkirli aşıq Söyün,

Aləmə səs saldı getdi.

Sənətinin ümmanına,
Qəvvas kimi daldı, getdi.

Toy-düyünün nəmərini,

Özü başdan aldı getdi,

O bir bəlli ustad kimi.

Tarixlərdə qaldı, getdi.

Sənətində bir zirvədi,
O bir zirvə gəldi, getdi.

Sayən ilə şöhrət tapdı,

Onun adı, sanı sazım.

                                     * * *

 

Şoraylıdan keçən karvan,

Eldən-elə gəzər oldu.

Dağlar keşdi, düzlər aşdı,

Borçalıya güzar oldu.

O karvanın öz sarvanı,

Min bir dərdə dözər oldu.

Ömür sürdü sürgünlərdə,

Sibir ona məzar oldu.

O yerdə də tanıtdırdı,

Şair Ağacanı sazım.

 

 

 


Bir Söyündə ayrı dastan,

Baş əydilər ellər ona.

Ayrıca bir uğur verdi,

Baş pərdədə tellər ona.

Sıldırımlar özü verdi,

Sinəsinnən yollar ona.

Söz üstündə qala qurdu,

Uğur dedi dillər ona.

Məqbərəsi tanıtdırdı,

Eli Bozalqanı sazım.

 

                                    * * *

 

Borçalının şah ozanı,

Ürəklərdə dadı qalan.

Bülbül kimi cəh-cəh vuran,

Tarixlərdə adı qalan.

"Koroğlu"da şam keçirən,

"Kərəm"də fəryadı qalan,

Dodağınnan gövhər daman,

Xındı Məmməd hanı sazım.

 

 

 

 

 



Qəlbi Haqqa bağlananlar,

Hər zaman çəkər diqqəti.

Üzünü gülər göstərər,

Dərdini saxlar xəlvəti.

Çörəyini yarı bölər ,

Ruhundadı səxavəti.

Düz ömrünəağ yol açar,

O kəsdərin düz niyyəti.

Sən olsan da sinəsində,

Yaddan çıxmaz ibadəti,

Aləm bilir Qaraçöplü,

O aşıq Musanı sazım.

 

                                     * * *

 

Aşıq Veysəl könül verdi,

Gəl-gəl deyən haqq səsinə.

Sellər axdı sinəsinnən,

Həvəs gəldi həvəsinə.

Tanrı verən göz vermişdi,

Sazının hər pərdəsinə.

Dinlədikcə heyran oldu,

Dünya onun bəstəsinə.

Gör nə qədər aydınlatdı,

Çox ağı-qaranı sazım.

 



 

Coşan Dərya Məhəmmədə,

Yeriyən bir sur dedilər.

Meydanlardan ləngərinə,

Dalğalardan gur dedilər.

Sözlərinə, söhbətinə,

Haxdan gələn nur dedilər.

Çağladıqca zaman-zaman,

Anaxatır, Kür dedilər.

Zərgər oldu, gümüş yondu,

Verdi imtahanı sazım.

                                     * * *

 

Mindin eşqin ağ atına,

Sən göylərdən endin, gəldin.

Çağladıqca pərdə-pərdə,

Hey alışdın, yandın gəldin.

Səhralarda Məcnunların,

Laylasına döndün gəldin.

Kim istədi, öz könlü tək,

Sən dil açdın, dindin gəldin.

Sənsən bizə göndərilən,

Haqqın ərmağanı sazım.

 

 

 

 

 

 

Hər obada şöhrət tapdı,

Nəmər aldı Molla Cuma.

Toxudu söz çələngini,

Xalı saldı Molla Cuma.

Hikmətinə vurulduqca,

Fikrə daldı Molla Cuma.

Şair oldu, şeir yazdı,

Aşıq oldu Molla Cuma.

Dəftəri sağdan verildi,

Çağırdı Mövlanı sazım.

 

                                     * * *


Aşıq Sadıq sim tərpətdi,

Qucaqlayar ellər onu.

Sarvan oldu bir karvana,

Yorammadı yollar onu.

Saz qucaqda bayraq oldu,

Göydə tutdu əllər onu.

Bir böyük ustad elədi,

"Xallar" onu, "güllər" onu.

Şəyirdləri ustad oldu,

Ucaldı ünvanı sazım.

 

 

 

 

 

Azaflı çaldı sazını,

Düşməninnən öc aldı ki.

Bac vermədi bu meydanda,

Hər bir zaman bac aldı ki.

Obaları dolaşdı hey,

Bu ellərdən güc aldı ki.

Zaman ona ağır gəldi,

Vaxtınnan tez qocaldı ki.

Öz əlləri döydü onu,

Bəzədi zindanı sazım.

                                     * * *

 

Bir aləmdi aşıq Alxan,

Gözəl gəldi yazı onun.

Başa çatdı, hasil oldu,

Çox arzu, murazı onun.

Toy-düyünün yaraşığı,

Meydan aldı sazı onun.

Adına dastan bağladı,

Yurdu Qarayazı onun.

Yaşadırdı sənətində,

Ustadı Paşanı sazım.

 

 

 

 

On bir telli saz döşündə,

Dar gəldi meydan Əmraha.

O xalları, o gülləri,

Verdi şöhrət-şan Əmraha.

Dinləyənlər heyran oldu,

Söylədilər can Əmraha.

Qızıllandı barmaqları,

Əl çatmadı Xan Əmraha.

Sultanlara bərabərdi,

Çaldıqca "Sultanı" sazım.

                                     * * *


Sevənləri heyran oldu,

Aşıq Pənahın səsinə.

Aşıq Bəylər dövran sürdü,

Nəfəs qatdı nəfəsinə.

Aşıq Əhməd bir gül açdı,

Həvəs gəldi həvəsinə.

Güldü "Şirvan şikəstəsi".

Qarışdı saz bəstəsinə.

Silkələdi mürgüsünnən,

O külli Muğanı sazım.

 

 

 



 

Aşıq Şakirin sədası,

Yayıldı arana, dağa.

Sənətdə kamil olana,

Mən eylərəm can sadağa.

Saz çalına başım üstə,

Göylərimnən nurlar yağa.

Nəfəs gələ sənətimə,

Diriləm başdan ayağa.

Gecələri özün köklə,

Özün gətir danı, sazım.

 

                                     * * *

 

İsfəndiyar, dağlar oğlu,

Öz yağını dağ elədi.

O ellərin sinəsini,

Tamam bağça-bağ elədi.

Cuşa gəldi yaylaqlarda,

Səsini bulağ elədi.

Kefini keflərə qatdı,

Damağını çağ elədi.

Gədiklərdə qala qurdu,

El oldu heyranı sazım.

 

 

 



Dəli dağa səda düşdü,

Bu dünyaya gəldi Şəmşir.

Haqqın ulu sayğısınnan,

 Öz payını aldı Şəmşir.

Telli saza könül verdi,

Çox dərinə daldı Şəmşir.

Sinəsinnən sel car oldu,

Gəzdiyini buldu Şəmşir.

Havalandı göy üzünə,

Bulud kimi doldu Şəmşir.

Ulu Vurğun qiymət verdi,

"Bir xəzinə, ləldi Şəmşir".

Dodaxlara bal bələndi,

Oldu arı şanı sazım.

                                     * * *


Hərə bir qismət istədi,

Əl uzandı Haqq Divana.

Kimlər yetdi muradına,

Kimin bağrı şana-şana.

Hər kəsin könül şamı var,

Hər kəs ona bir pərvana.

Ağdabanlı ol Qurbana,

Ətrafına işıq saldı,

Nur payladı dönə-dönə,

Adı ellərə yayıldı,

Canı gövhər kanı sazım.


Sizə hardan xəbər verim,

Dünya necə nağıllandı.

Müdriklərin sayəsində,

Löyün-löyün ağıllandı.

Telli saza təpər gəldi,

Durnaboğaz sığallandı.

Sim tərpəndi aram-aram,

Yığvalsızlar  yığvallandı.

Taxta çıxdı yol göstərdi,

Dağıtdı qovğanı sazım.

                                     * * *


Dədə Yurdu Saraşdıdı,

Nağıllardan endi Söyün.

Qanad açdı pərdə-pərdə,

Asta-asta dindi Söyün.

Qopuzdanmı yaranmışdı?!

Bir qopuza döndü Söyün.

Kərəm kimi od aldı o,

Hey alışdı, yandı Söyün.

Heykəlləşdi sağlığında,

Kəhərinə mindi Söyün.

Yüz illərə salam verdi,

Doğrultdu gümanı sazım.

 

 

Aşıq Əsəd bir qıy vurdu,

Bu aləmə lərzə düşdü.

Bu səsin gur sədaları,

Nə gözəl bu ərzə düşdü.

Aşıq İmran hicran çəkdi,

Bu çox ağır tərzə düşdü.

Qocalıqdan söhbət oldu,

Yada aşıq Mirzə düşdü.

Bir don biçdi Xəyyam Mirzə,

Yaqutdan nişanı sazım.

                                     * * *

 

Ələsgərin yadigarı,

Ozan dili aşıq Talıb .

Saz döşündə gecə-gündüz,

Gəzdi eli aşıq Talıb.

Ustadınnan öyrənmişdi,

Doğru yolu aşıq Talıb.

Sənətinin əzəl başdan,

Oldu qulu, aşıq Talıb.

Özü muraza çatdırdı,

Çox bağrı nalanı sazım.

 

 

 

 

 

Bir məclisə varıb gördüm,

Ürəklərdə öncə gülü.

Mən nə qədər gül görmüşəm,

Görməmişəm bunca gülü.

Telli saza layla çaldı,

Bir ustadın qönçə gülü.

Var olsun İncə dərəsi,

Yaratdı bir "İncə gülü".

Aşıq Avdı Qaymaxlının,

Sana sarı yönü sazım.

                                     * * *

 

Saz götürdü aşıq Nəcəf,

Özü çatdı o ad-sana.

Özü Haqqa sığındıqca,

Sözü çatdı hər bir yana.

Meydan ustad meydanıdı,

Naşı girməz bu meydana,

Yağı düşmən bir dağ çəkdi,

Yandı bağrı şana-şana.

Son nəfəsdə bir ah çəkdi,

Od aldı hər yanı sazım.

 

 

 

Miskin Abdal saz əlində,

Əllərinə yaxdı xına.

Zaman sazın zamanıydı,

Çıxdı ustadın taxtına.

Məclisinə şahlar gəldi,

Döndü sənət paytaxtına.

Onu Allah xoş göndərdi,

Bu millətin öz baxtına.

Sınaxlarda nəmər aldı,

Mat qoydu divanı sazım.

 

                                     * * *


Dünya necə düzəniymiş,

Hər şey necə yolundadı.

Ədalətin saz döşündə,

Təzanəsi əlindədi.

Alovlanır "Yanıq Kərəm",

Məcnun Leyli çölündədi.

Murad Niyazlının dadı,

Baldan şirin dilindədi.

Aşıq Əkbər bir bülbüldü,

Meyli halal gülündədi,

Qıy vurar Çopur Ələsgər,

Pərdə "Misri" zilindədi.

Nərəsini hər kəs bilir,

O aşıq İmranı sazım.



 

Kamandar bir divan qurdu,

Sənətin yığvalı mənəm.

Bu aləm bir arı şanı,

Pətəyində balı mənəm.

Ozanların ozanıyam,

Dədə Qorqud yolu mənəm.

Ustadların ustadıyam,

Ululardan ulu mənəm.

Atım kişnər meydanlarda,

Haqqın sağı-solu mənəm.

Çox şükürlər biz də gördük,

Sənətdə xaqanı sazım.

                                     * * *

 

Quşçudan aşıq İbrahim,

Ağacana çırağ oldu.

Hər tərəfə səda düşdü,

Yaxın oldu, irağ oldu.

Sazın-sözün qovuşması,

Əl çatmayan bayraq oldu.

Eşitdi Dollu Mustafa,

Deyişməyə marağ oldu.

Qılınc oldu söz meydanda,

Sən oldun qalxanı sazım.

 

 

Məlhəm oldun yaralara,

Zamanları aşdın gəldin.

Durnalaşdın göy üzündə,

Səmalardan uşdun gəldin.

Arzuları, uluları,

Hər qərinə qucdun, gəldin.

Çeşmə-çeşmə qaynadıqca,

Dərya-dərya daşdın gəldin.

Həm sevdasan, həm vüsalsan,

Həm eşqin vicdanı sazım.

                                     * * *

 

Ömür sürdük zaman-zaman,

Bu ömrümüz saza bağlı.

Muraz verdi muraz aldı,

Gör nə qədər sinə dağlı.

Kim bu daddan dadar olmaz,

Kimin varsa gözü, ağlı.

Qopuz çaldı Türk övladı,

Ozan oldu, Oğuz oldu.

Bu dünyaya sevgisiylə,

Tanıtdı Quranı sazım.

 

 

 

 

 

Baş əyilən saz çanağı,

Diz çökülən tut ağacı.

Sən sinəmin qürurusan,

Sən sinəmin qızıl tacı.

Kim ki, sənə könül verdi,

Dada bilməz ağrı, acı.

Əslim-soyum əzəl günnən,

Saz möhtacı, söz möhtacı.

Min illərdi bu qəlbimin,

Sənsən çırağbanı sazım.

 

                                     * * *

 

Sinəsində saz çalınır,

Ulu dağlar dağ olannan.

Bu dağların saz səsinnən,

Qoynu bağça-bağ olannan.

Oldu bizə üz ağlığı,

Sazın üzü ağ olannan.

Növcavan bir ər elədin,

Yüz yaşlı qocanı sazım.

 

 

 

 



 

Bu sənədə ad alannar,

Necə gəldi, necə getdi.

Başı ərşə dəyənnərin,

Uca gəldi, uca getdi.

Hər biri bir bəy donunda,

Ad aldı, qosqoca getdi.

Qəlb gözüylə ustad olan,

Veysəlləşən Göycə getdi.

Bu dünyaya car elədi,

Yurdu Qaçağanı sazım.

 

                                     * * *

 

Sartçalada aşıq Arif,

Tez tapındı saza, sözə.

Ustadlardan dərsin aldı,

Hər əzaba dözə-dözə.

Din içində din bəslədi,

Qarlı qışdan çıxdı yaza.

Sinəsində hifz elədi,

Neçə dastan yaza-yaza.

Minib inam gəmisinə,

Keçəcək dəryanı sazım.

 

 



 

Bu meydanda bel götürüb,

Tək bir ağac əkdi hərə.

Puçur tökdü, çiçəy açdı,

Gülzar oldu hər dağ-dərə.

Sazın yolu uğur yolu,

Nə gözəldi bu mənzərə.

Salam olsun dağlar oğlu,

Ağbabalı İsgəndərə.

Aşıqlıqda hafiz oldu,

Sənətin azmanı sazım.

 

                                     * * *

 

Haykıranda Şərəf Taşlı,

El yığılsın Karsa dedi.

Bu dünyada Murad çoxdu,

Çobanoğlu varsa, dedi.

Zirvələri fəth eləyər,

Kim sənətə yarsa dedi.

Çərkəzoğlu: -əridərəm,

Ərzurmda Qarsa? -dedi.

Aşıq İslam Ərdənərdi,

Sənətin oğlanı sazım.

 

 



Canım Maksud, gözüm Maksud,

Ulus-ulus çağla görüm.

Sənətində naqisləri,

Dağım-dağım dağla görüm.

O dağlarda bir tufan ol,

Gədikləri bağla görüm.

Fəryad etmə, bu fəryadı,

Saz üstündə sağla, görüm.

Çal, dağıtsın üstümüzdən,

Hər çəni-dumanı sazım.

                                     * * *

 

Dərə çiçək-bala Göyçə,

Əzəldən də adı Gözəl.

Nə şirin bir meyvə kimi,

Ləzzəti, həm dadı gözəl.

İnsanları qaynar qazan,

Alovu, həm odu gözəl.

Aşıq Əli bar ağacı,

Xanım Məmməd odu, gözəl.

O dağlar bir qaynar bulaq,

Kim anlamaz bunu sazım.

 

 

 

 

Zaman-zaman boy boyladım,

Dastanım gəl, nağılım gəl.

Şirinsənmi, şəkərsənmi,

Süsənim gəl, noğulum gəl.

Min illərdən boylananım,

Təfəkürüm, ağılım gəl,

Sən ağ atın yalına yat,

"Misri" üstə oğulum gəl,

Gəlişinə duaçıyam,

Sənətin şamanı sazım.

 

                                     * * *

 

Dağlar aşdım qanadında,

Tutammadı duman məni.

Dərya keşdim sandıxlarda,

Udammadı ümman məni.

Sığındığım pərvərdigar,
Saxlayammaz yaman məni.

Mən haqqımın yolçusuyam,

Yaşadacaq iman məni.

Sənnən ki, çox şey umuram,

İncitmə, umanı sazım.

 

 

 

 

 

Mən ki, sənin müştağınam,

Məni mənnən alan gözəl.

Öz arzumu, umudumu,

Sinəsində çalan gözəl.

Tariximi varaqlayıb,

Xəyallara dalan gözəl.

Dar günümdə, gen günümdə,

Mənə həmdəm olan gözəl.

Oxu məni başdan-başa,

Anla, bu mənanı sazım.

 

                                     * * *

 

Yazımızı nə xoş yazıb,

Qurban olum mən yazana.

Necə gözəl yol göstərib,

Doğru yolunnan azana.

Qananabir saz havası,

Qanmayana bir təzana.

Ağıl verdi, kamal verdi.

Hər ustada, hər ozana.

Ağır durdu, batman gəldi,

Qaynatdı qazanı sazım.

 

 

 

 

Alçaq dağdan duman qalxar,

Çox uca bir dağdı Noyruz.

Meyvələri qoşma, təcnis,

Ən gözəl bir bağdı Noyruz.

Bu dünyaya haxdan gəldi.

Ruhumuza yağdı Noyruz.

Təkə-Türkmən Təhləsinnən,

Bir gün kimi doğdu Noyruz.

Min il keçsə deyəcəklər,

Ölə bilməz, sağdı Noyruz,

Təbib dərman oyaladı,

Söz oldu dərmanı sazım.

                                     * * *

 

Şair Nəvi, Sarvan Bayram,

Sazı sözə bağladılar.

Məclislərə od vurdular,

Ürəkləri dağladılar.

Dəniz kimi kükrədilər,

Çaylar kimi çağladılar.

Yad əllərdə Ulu Yurdu,

Saz üstündə ağladılar.

Faxralıya bağladılar,

Bu qoca Sarvanı sazım.


 

Ağbabada kor Nəsibin,

Çəkisi çox ağır dedim.

Hər sözdən bir məna çəkər,

Ləli-gövhər yığır dedim.

Onun sözdən öz yükü var,

O da sözə sığır dedim.

Kim özünə güvənirsə,

Açdığı ağ cığır dedim.

Çoxları ordan keçərək,

Haqqına dayanı sazım.

 

                                     * * *

 

Hanı Şınıxlı Məhəmməd,

Sözündə çox xiridarı.

Yanında öz vəfadarı,

Əzəlinnən ona yardı.

Sənət yolu hamar döyül,

Yoxuşu sərt qayalardı.

O bu yolda qoç Koroğlu,

Cəvahiri bir Nigardı.

Neçə məclis yola verdi,

Saya gəlməz sanı sazım.

 

 

 

 

 

Bir dinləyin arif olan,

Bizim ellər saz ocağı.

Gəraylıdı, ya qoşmadı,

Bu ellərin çox sorağı.

Bu Təkəli Mustafanın,

Şeirdi qoynu-qucağı.

Həcvi yaman qorxuludu,

Çox görmüşəm mən o çağı.

Kim dilini dinc qoymasa,
Hədəfə tuşlanı sazım.

                                     * * *

 

Saz girəndə meydanlara,

Meydanlara bahar gəlir.

Dadı dilə cövhər olan,

Əmzim-əmzim nübar gəlir.

Bir az sevgi, bir az sayğı,

Bir az da qəm-qubar gəlir.

Bir az qeyrət, bir az qürur,

Mənlik ata süvar gəlir.

Təzanə bir Valeh olur,

O telləZərnigar gəlir.

Hər pərdədə bir hikmət var,

Nur eylər tapanı sazım.

 

 

At oynatdı, nəmər aldı,

Bu Xaloğlu aşıq Söyün.

Məclisləri dadlı-duzlu,

Söhbətləri löyün-löyün.

Əziz oldu, ləziz oldu.

Onla keçən hər toy-düyün.

Ürəklərdə saraylaşan,

Ustadlara rəhmət deyin.

Ayırmayaq dilimizdən,

Oxunan duanı sazım.

 

                                     * * *

 

Sənətinə məftun etdi,

Ta əzəldən bizi Qəmkeş.

Qarlı qışa sığal çəkdi,

Tez gətirdi yazı Qəmkeş.

Qədir-qiymət meydanının,

Duz çörəyi-duzu Qəmkeş.

Onu bizə Allah verdi,

Haq söylədi sözü Qəmkeş.

Dodaxlara bal bələdi,

Dindirəndə sazı Qəmkeş.

Sənə əziz olanların,

Oldun mehribanı sazım.

 

 

 

İncə dərəm ellər eli,

Düşünməyin təklənibdi.

Öz haqqına qovuşmağa,

Zaman-zaman bəklənibdi.

Aşıq Cəlal saza dönüb,

Öz kökünə köklənibdi.

Bir karvandı ləli-mərcan,

Dürrü-gövhər yüklənibdi.

Tanıdınmı sən əzəldən,

Aşıq Şəmistanı sazım.

 

                                     * * *

 

Baş pərdə bir baş tacıdı,

Əzəl mənim öz dərgahım.

Orta kökə sığal versəm,

Bağışlanar hər günahım.

Beçə pərdə layla desə,

Yox olar amanım, ahım.

Zil üstə zirvələr olsam,

Aləm olar seyrangahım.

Məni alar öz qoynuna,

Dolaşar mənanı sazım.

 

 

 

 

Urmiyada sancaq asdı,

Sulduzda dövran elədi.

Dinlədi Mərənd, Marağa,

Səlmasda tufan elədi.

Heydərbaba güllər açdı,

Lalələr al qan elədi.

Ürəklərə qürur verdi,

Sanki, Savalan elədi.

Mat qoydu, mətəl elədi,

Təbrizi, Tehranı sazım.

                                     * * *

 

İlk açarı ulu "Təcnis",

"Cığalı"sı ondan əziz.

"Divani"lər haqq qapısı,

Daha dadlı, daha təmiz.

"El havası" ellərə car,

Bir çeşmədi axır göz-göz.

"Urfanı"sı ağır batman,

"Bəhməni"si həqiqi söz.

"Mansırı" bir hicran dağı,

Yandırar hicranı sazım.

 

 



 

Hər biri bir uğur olan,

"Koroğlular" yeddi hava.

Yeddi  "Kərəm" dağ-dağ eylər,

"Fəxri" də bir dərdə dəva.

"Göyçəgülü" güllər açar,

"Yurd yeri"di doğru yuva.

Bir  "Gövhəri" dilə gələ,

Dərdi qova, qəmi qova.

Qərinələr gələr-keçər,

Havalar yaranı sazım.

 

                                     * * *

 

Gedəni geri qayrarar,

"Qaytarmalar" pərdə-pərdə.

"Qaraçı"lar, "gəraylı"lar,

Əzizdi mərd oğlu mərdə.

"Şahsevəni" sevər könül,

Ruhum uçar o göylərdə.

"Qaratel"lə, "Qara kəhər",

Yuva qurarkönüllərdə.

"Müxəyi" bir dad gətirər,

İllah "Duraxanı" sazım.

 

 

 



 

Gələndə "Qazax səbzəsi",

Gətirəcək ilk baharı.

Dodağında zümzüməsi,

Əridəcək dağda qarı.

"Süsənbəri" ruh oxşayar,

Qəlbə yatandı "Oyşarlı".

"Dol hicranı" leysan olar,

"Azaflı"dı göz yaşları.

Səni qəmdən azad eylər,

Güldürər "Ceyranı" sazım.

                                     * * *

 

Göynər "İrəvan çuxuru",

"Çuxurova" dəm yaradar.

Haykıranda "Məmmədbağrı',

Gözümüzdə nəm yaradar.

"İncəgülü" güllər açar,

Başqa bir aləm yaradar.

"Cəlili" haqqa tapınar,

"Zarıncı" min qəm yaradar,

Sevənlərə ömür verər,

Yaşadar "Dastanı" sazım.

 

 

 

"Şərili"lər ağır batman,

Hər "Sarıtel" bir həfəsdi.

"Gülabı"mız gül qoxuyar,

"Kamandarı" ulu səsdi.

Bir "Badamı" şikəstə çal,

"İbrahimi" bizə bəsdi.

"Gövhəri", "Aran" dübeyti",

At üstündə bir "Atüstü".

Qəhrəmanlıq yaradandı,

Dinsə"Qəhrəmanı" sazım.

 

                                     * * *

 

Oğul istər göz önünə,
O dağları tez aldıra.
Kəhər ata him eyləyə,
Ağır meydana saldıra.
Bircə “güllü qafiyə”də
“Şahsarayı”nı güldürə.
“Sarvanbaşı” heyran qala,
“Çıldırgülü”nü daldıra.
“Turacı” cövlan eyləyə,
Dinə “Mirzəcanı” sazım.

 

 

 



 

Dil açanda "Dübeyti"lər,

Yağmır gələr narın-narın.

"Paşaköşdü" urvatıdı,

O bəylərin, paşaların.

"Qaradonnu" bir ləngərdi,

Meydanıdı Kamandarın.

“Gödəkdonu" bir təbəssüm,

"Qurbanı" da dövlət-varın,

Əsirlərdi yollardadı,

Dinən "Naxçıvanı" sazım.

 

                                     * * *

 

"Dilqəmi" bir göz  yaşıdı,

Ağladıaca ağlayar hey.

Ömrü boyu ağ geyinməz,

Qaraları bağlayar hey.
Bir ümmandı, dərd əlindən,

Çağladıqca çağlayar hey,

Yahya bəyin sinəsini,

Dağlandıqca dağlayar hey,

Yarannan dərd əmibdi,

Dərd ilə daranı sazım.

 

 

 



Özünün bir aləmi var,

Bu aləmdən gələr səsi.

Ulu sazın çox da ulu,

Çox müqəddəs bir bəstəsi.

Göy üzündə durnaların,

Son oxunan bir nəğməsi.

Məclislərin son nöqtəsi,

Telli sazın "Müxəmməsi",

Ozannar bir nəfəs dərər,

Məclislərin sonu sazım.

 

                                     * * *

 

Üzümü sənə tutmuşam,

Öz gücünü cəm elə gəl.

Bizi qəmin əlinnən al,

Təzanəyə dəm elə gəl.

Anlamazdan uzaxda dur,

Anlayana him elə gəl.

Zillərini zil üstündə,

Bəmlərini bəm elə gəl.

Gəl səninlə əhd eyləyək,

Unutma peymanı sazım.

 

 



 

Zaman axdı sellər kimi,

Gör nə qədər canlar getdi.

Yüz illər bir an kimidi,

Neçə-neçə anlar getdi.

Aşıqlıqda at oynatdı,

Çox-çox şöhrət, şanlar getdi.

Nakam Aydın Çobanoğlu,

Saz ustadı Xanlar getdi.

Susdu neçə durnaboğaz,

Nejoldu çalanı sazım.

                                     * * *

 

Pərilərin Pərisidi,

Bahar, yazdı aşıq Pəri.

Şır-şır axan bir bulaqdı,

Xoş avazdı aşıq Pəri.

Sinəsində bülbül olan,

Ulu sazdı aşıq Pəri.

Bu sənətdə hünəriylə,

Dastan yazdı aşıq Pəri.

Tanıdınmı Başkeçiddə,

O aşıq Sonanı sazım.

 

 

 

 

Aşıq Aydın kəmənd atar,

Öz bəndi, öz bərəsi var.

Aşıq Qəşəm qoç Koroğlu,

Yer titrədən nəfəsi var.

Əli bir dastan kimidi,

Özünün öz çevrəsi var.

Dərvişin bir kainatı,

Fərhadın öz kürəsi var.

Əbdüləli Ərk qalası,

Səhənd bil Dehqanı sazım.

 

                                     * * *

 

Gecələrin nə dadı var,

Sabahı işıq olmasa.

Gözəllər də gözəl olmaz,

İşvə-yaraşıq olmasa.

Bülbülə bülbül demərəm,

Gülə sarmaşıq olmasa.

Bu dünya bir heçə dəyməz,

Bir ustad aşıq olmasa.

Sənin qürurun olarsa,

İnsanca yaşanı sazım.

 

 

 

 

 

Sinəm üstə cəh-cəhinlə,

Dünya qədər söyünmüşəm.

Mən səni bir libas kimi,

Qeyrətimə geyinmişəm.

Əgər bir an ayrı düşsəm,

Döyünmüşəm, döyünmüşəm.

Qucağımda Vətənimsən,

Qürurunla öyünmüşəm.

Sən ömrümün əzəl günnən,

Ləli dürəfşanı sazım.

 

                                     * * *

 

Sehirlənsin hikmət əli,

Axşamları dan eləsin.

Hər keçiddə, döndərmədə,

Təzə bir nişan eləsin,

Hər havanın hikmətini,

Bir şirin dastan eləsin.

Ər kişilər sinəsində,

Dünyaya boylanı sazım.

 

 

 

Hər sənətin öz xanı var,

Bu aləmdə bir xan gördüm.

Hər  aləmin sultanı var,

Sultanlara sultan gördüm.

Özü haqqın baratıdı,

Əlindədi fərman gördüm.

Hər kəlməsi bir ləşkərdi,

Hər fikri bir ümman gördüm.

Həm Qorquddu, həm Ələsgər,

Mən onu bir cahan gördüm.

Təlatümü bu yer, bu göy,

Eşqini kəhkəşan gördüm.

Fəqət sana Məcnun oldu,

Anla Zəlimxanı sazım.

                                     * * *

Sinəsində qadir Allah,

Sönməyən ocax qaladı.

Baş vurdu saz aləminə,

Yeri-göyü  yırğaladı.

Ulu Tanrı qüdrətinnən,

Ömrünə ömür caladı.

Oymaq-oymaq ozan oldu,

Saz boynuna qol doladı.

Dərviş oldu ellər gəzdi,

Cığaları cilaladı.

"Sarı tel"in həyanı bil,

Faxralı Elxanı sazım.

 

 

Elə ki gəldi cahana,

Fələy ələkdən ələdi.

Daldı elmin dəryasına,

Haqq onu nura bələdi.

Üstəlik də söz eşqini,

Saz eşqinə şələlədi.

Yazdı "Ozan" dastanını,

Qopuz üstə bəstələdi.

Sənətə sultan elədi,

Bu Orxan Paşanı sazım.

                                     * * *

 

Aşıq Məsim Bəyazidli,

Çox şeyi agah elədi.

Döndü sənət qalasına,

Evini dərgah elədi.

Özü döndü bir vəzirə,

Sənətini şah elədi.

O elə bir ustad oldu,

Əmrahı Əmrah elədi.

Güllü Gülüstan elədi,

Sanki bir səhranı sazım.

 

 

 



 

Qırxılı çopur Ziyəddin,

Bir də ki, mərdanə Söyün.

Məclislərin bəzəyidi,

Kəlmələri löyün-löyün.

Başqa bir aləm olardı,

Onlar gedən hər toy-düyün.

Məzələri dillərdədi,

Siz onlara rəhmət deyin.

Onlar ulu bir sənətin,

Düz əhdi-peymanı sazım.

 

                                     * * *


Binələndi Qarayazı,

Müqəddəs el havasına.

Allah özü çarə qıldı,

Dərdlərinin dəvasına.

Qəvvas olan sinə gərər,

Cumar eşqin dəryasına.

Hər ocaxda qopuz dindi,

Döndü ozan yuvasına.

Mən demədim el tanıdı,

Kosalı Asdanı sazım.

 

 



 

O göylərdən göndərildim,

Zirvələrdən gələr səsim.

Qismətimi tale verib,

Bu da haqqım, bu da bəsim,

Ustadıma minnətdaram,
Kamil oldu ustad dərsim,

Sözünü qılınc elədi,

Sazın bəzirganı sazım.

                                     * * *


Sadaxlı aşıq Məhəmməd,

"Başxanım"a layla çaldı.

Onun bu gözəl avazı,

İnan məni mənnən aldı.

Rəhmət deyək yüz min kərə,

Yaddaşlarda adı qaldı.

Gülabı bir saz ustadı,

Könüllərdə hey ucaldı.

Haqqa bağlı ustad gördüm,

Düz Haqqa varanı sazım.

 

 

 

 

 

 

Aşıq Əhməd Sadaxlı da,

Bu aləmdə var dedilər.

Saraclıdan dərs alıbdı,

Sənətinə yar dedilər.

Danışdığı dastanlara,

Şirin bəhrə-bar dedilər.

Saz aləmi bülbüllü bağ,

Çəkmə intizar dedilər.

Çölləri orman eləyər,

Qopardar leysanı sazım.

                                     * * *

 

Aşıq Nurəddin Qasımlı,

Əlaların əlasıydı.

Sənətinin Məcnunuydu,

Kərəm sazın lələsiydi.

"Misri" üstə Koroğlunun,

Nərə çəkən dəlisiydi.

Ustad kimi ad almışdı,

Bəllilərin bəllisiydi,

Rəhmət deyək, yad eləyək,

O cənnətməkanı sazım.

 

 

 

 

 

Sinəsini bulaq gördüm,

Özünü bir dərd anası.

Kəlmələri ləli-gövhər.

Misraları dür dənəsi.

Düşüb hicran dəryasına,

Borçalının pərvanəsi.

Haqq sözünə könül verib,

Olub sazın divanəsi.

Eşqi bir ocaq qalayıb,

Məhşərəcən hey yanası...

Vurulub Şindi dağına,

Qovuşdur Butanı sazım.

                                     * * *

 

İlməzli aşıq Calalı,

Sənətinə bağban gördüm.

Doqquz telli ana saznan,

Mən onu canhacan gördüm.

Ucuz şöhrət axtarmayan,

Piran əhli piran gördüm.

Sinədi söz xəzinəsi,

Qəlbi əhli-ürfan gördüm.

Dilləndirsən zər ələyər,

Xırd eylər olanı sazım.

 

 

 

Aşıq Qərib ustadlıqda,

Bir yol getdi çox dərinə.

Hər məclisi toy-tamaşa,

Bənzəməzdi bir-birinə.

Söhbətinə məzə qatar,

Satardı yağ-bal yerinə.

Sazsız bir gün yaşamadı,

Qurbandı sazın pirinə,

Belələri yüz ildə bir,

Çox çətin yaranı sazım.

                                     * * *


Şair oldu, aşıq oldu,

Aləmə yayıldı səsi.

Sağlığında meydan aldı,

Heç kəslə çəkilməz bəsi.

Coşdu yazda çaylar kimi,

Sel oldu eşqi-həvəsi.

Yaddaşlardan silinməzdi,

Söz bəstəsi, saz bəstəsi.

Bilirəm ki, unutmadın,

Pərvanə Hasanı sazım.

 

 

 

 

 

Aşıq Ulduz-bir ulduzdu,

O göylərdən enməz oldu.

Getdiyi yol haqq yoludu,

Bu yolundan dönməz oldu.

Yandı sənət meydanında,

Düz bir ömür sönməz oldu.

And içərəm uralanmaz,

Onun söz bostanı sazım.

 

                                      * * *

 

Sənətinin gül bağında,

Aşıq Solmaz açan güldü.

Sazın-sözün ocağında,

Şirin ləhcə, şirin dildi.

Bu meydanda dağlar aşdı,

Dərə keçdi, düzə gəldi.

Qarlı qışa bac vermədi,

Bac aldığı yaza gəldi.

Qoç Koroğlu Nigarıdı,

Dəlilər dörd yanı sazım.

 

 

 

 

 

 

 

Gül arama, Gülara,

Aşıqlığın yığvalıdı.

Ləmisində Azaflının,

Söz şəkəri, saz balıdı.

Hər addımı bir uğurdu,

Sənətinə vəfalıdı.

Bəmi-zili ağır taxta,

Vurduğu xal öz xalıdı.

Şəyirdləri meydanlarda,

Tanı Gülaranı sazım.

 

* * *

 

Muxranda bir ocaq gördüm,

Daim yanan saz ocağı.

Atəşi ərşə dayanan,

Sönməyən qış-yaz ocağı.

Mahalda meydan sulayan,

Nə gözəl avaz ocağı.

Qarasannı soyuna bax,

Zil kökə pərvaz ocağı.

Sən Noyruzun qəlbinə gir,

Oddu-alovlanı sazım.

 

 

 

Bir təzə səs, təzə nəfəs,

Bizlərə mehman olubdu.

Endərməsi-döndərməsi,

Can içində can olubdu.

Səsi Turana yayılıb,

Bu dünya heyran olubdu.

Bir ürəyin ərmağanı,

Min cana dərman olubdu.

Bir ürəyin ərmağanı,

Min cana dərman olubdu.

Nargiləni bəxş eləyib,

Var olsun Muxranı sazım.

                                     * * *

Ulu Tanrı qüdrətinnən,

Bir belə fərman elədi.

Sazı bizə buta verdi,

Dərddərə dərman elədi.

Oxu dəydi düz sinəmnən,

Bağrımı şan-şan elədi.

Bu qurğunu özü qurdu,

Ömrümü dastan elədi.

Qaynadım bir bulaq kimi,

Sinəmi ümman elədi,

Axırda ozan elədi,

Bu Dərviş Osmanı sazım.

Bu Dərviş Osmanı sazım.

 

 

Şair Ağacan
(poema)

 

Şair Ağacanın ömür yolunu,

Gündüzlər axtardım, gecədən sordum.

Gəzdim bu aləmin sağı-solunu,

Cavannan öyrəndim, qocadan sordum.

* * *

Söykəndim Əmrahın qəbir daşına,

Hüseyn Saraclının eşq ataşına.

O Xındı Məmmədin döndüm başına,

Ruhuna baş əydim-ucadan sordum.

* * *

Aradım-axtardım nə vaxtdan bəri,

Öyrəndim bir ömür keşməkeşləri,

Oldum “ən ağıllı”, oldum “sərsəri”,

Gələn bəzirgannan, xocadan sordum.

* * *

Nadanın yanında qara pul oldum,

Mən öz istəyimə endim, qul oldum.

Bağlı qapılara gedən yol oldum,

Niyədən öyrəndim, necədən sordum.

* * *

Atdım Ərdahana, Qarsa kəməndi,

Tutdum hər tərəfdən bərəni, bəndi.

Axtardım şəhəri, dolandım kəndi,

Ruhumun gəzdiyi bacadan sordum.

 

Bir uğur üstündə qıldım namazı,

Allahın eşqiylə aldım murazı.

Oxudum quranı, dinlədim sazı,

Yaddaş farmaşında düyçədən sordum.

* * *

Hər dağa-arana eylədim güman,

Şahin tək şikara vermədim aman.

Gahı yaxşı dedi, gahı da yaman,

Nə qədər xəyalı haçadan sordum.

* * *

Bir sazın sehrinə göylərdən enən,

Bir sözün mehrinə quzuya dönən.

Yolunda bir ömür alışan, sönən,

Ustad yadigarı Göycədən sordum.

* * *

Keçdim Borçalıdan Sibirə qədər,

Bir ocaq tez çəkdi özünə məni.

Çox şükür, istəyim getmədi hədər,

Qatdı çıtıx kimi gözünə məni.

* * *

Ora ocaq döyül, sanki bir ada,

Orda bir hikmətin izinə düşdüm,

Şair sürgün olan uzaq Tayqada,

Bir böyük dünyanın özünə düşdüm.

 

 

 

 

Sandım Ələsgərin sazı kökdədi,

İlahi neməti ələr üstümə.

Dərd əhlinin qəm avazı kökdədi,

Qəmli bir hekayət mələr üstümə.

* * *

Sandım ki, bu dərdi mən yaşamışam,

Kədər də tanışdı, qəm də tanışdı.

Öz dədə yurdumda bir qarlı axşam,

Sürgünnən qayıdan Yaqub danışdı.

* * *

İçində yaşadıb nə vaxtdan bəri,

O hicran dağının zümzüməsini.

Danışım, dinləyin həqiqətləri,

Mənim qələmimdə onun səsini.

* * *

Dönüb yalquzağa Ujrum küləyi,

Ulartı salıbdı müdhiş çöllərə.

Qarsamba tutubdu bu yeri-göyü,

Əlləşir, vuruşur bu dağ, bu dərə.

* * *

Torpaq buz altında, qar altındadır,

Qalıb oda həsrət, atəşə həsrət.

Him gəzən işgəncə kir altındadır,

Ədalət işığa-günəşə həsrət.



 

Burda iki qərib–Vətən təşnəli,
Burda iki ocaq–odu qəm-kədər.

Burda iki qoca dərddən nəşəli,

Çörəyi mükəddər, suyu mükəddər.

Bu iki ocağın gözü qan ağlar,

Söhbəti inildər, sözü qan ağlar.

Köklənib qəm üstə havacatı da,

Qürbətdə inləyən sazı qan ağlar.

Baxışlar buz kimi, duruşlar mağmın.,

Elə bil dünyalar verdi-verandı,

Alında yığılan qırışlar mağmın,

Bu yağan qar döyül-tökülən qandı.

Eşikdə ulayan borana nə var,

Eşikdə tufana dağlar dayanar.

Bəlkə də həyatdı burda yağan qar,

Bəlkə də dünyanı belə qurmalı,

Belə düzməlidi ulu Allahlar,

Bu ulu Allahın-ulu rəssamın

Fırçası Ujrumu belə yaradıb.

Boranı bu yurda əbədi yazıb,

Qarı bu çöllərə şələ yaradıb.

Allahın işinə qarışmayaq biz,

Yerlər də, göylər də öz əlindədir,

Aləmin hər dərdi, dərmanı şəksiz,

Tanrının əlçatmaz əməlindədir,

Bəlkə də fələklər intiqam deyə,

Bu sonsuz aləmdə meydan sulayır.

Bəlkə də bu dünya düşüb lərzəyə,

Belə gedişata quyruq bulayır,

Quyruq bulayanın meydanı geniş,

Bəzən o atını dördnala çapar.

Belədi əzəldən bu fani gərdiş,

Doğrular itirər, əyrilər tapar,

Zaman elə zaman, vaxt elə vaxtdı,

Yığval elə yığval, baxt elə baxtdı.

Ölümün önündə loğman müntəzir,

Cəlladın əlində fərman müntəzir.

...Göylər tufan edir, tüğyan qoparır,

Yerlər lal sükutla dinləyir elə,

Bu gediş dünyanın bağrını yarır,

Dünya için- için inləyir elə.

İnləyir təbiət, inləyir bəşər.

Yerlərin, göylərin canı qalmayıb.

Olandan dərdini dinləyir bəşər,

Axıb, damarında qanı qalmayıb.

Canında elə bil bir üşütmə var,

Bu alov ocağı qızdıra bilmir,

Buxarı içində kösöy olub xar,

Ocaqdan ocağı "üzdürə" bilmir.

Soyuq divarı da dəlir elə bil,

Tüstülər burulur dərdi var kimi,

Külək haramıdı, gəlir elə bil,

Kimə təslim olur günahkar kimi.

 

 

 

Burda iki qərib - Vətən təşnəli,

Burda iki ocaq - odu qəm-kədər.

Burda iki qoca dərddən nəşəli,

Çörəyi mükəddər, suyu mükəddər.

Bir lal sükutunmu içində aləm,

Bir dünya qəm-kədər, bir dünya aləm,

Ürəklər veribdi burda səs-səsə,

Dayanıb ikisi nəfəs-nəfəsə,

Ürəkdən keçəni gözlər "oxuyur",

Bu qərib ayları, qərib illəri.

Bu qərib anları, qərib günləri,

Baxışda deyilən sözlər "oxuyur",

Bu iki baxışda, iki sükutda,

Nə qədər söhbətin, sözü canı var.

Bu iki ürəyə dolan buludda,

Neçə qəhər dağı, qəm tufanı var.

                               * * *

...Bu şair Ağacan, Yaqub əfəndi,

Qoyuldu taleyin qəm sapandına.

Allahın insafı daşamı döndü,

Sadiq çıxammadı Allah andına,

Bir budaq vermədi sığına bunlar,

Baxmadı ağına- bozuna dünya.

(Bələdi aləmi tozuna dünya).

Çıxa bilmədilər əzəl gününnən,

Əzəli yolların sağına bunlar,

Bu şair Ağacan dillər əzbəri,

Hər inci kəlməsi dağlardan ağır.

Yayılıb ellərə nə vaxtdan bəri,

Sazınnan-sözünnən dürr-gövhər yağır,

Bu şair Ağacan sinə dəftəri,

Ellər ayə- ayə varaqlar onu,

İtirib obalar nə vaxtdan bəri,

Aydan, ulduzlardan soraqlar onu.

                               * * *

"Kərəmi" kökünə köklənən sazım,

Çağlar Borçalının hər bucağında,

Xındı Məmməd səsim, Əmrah avazım,

Ağlar Borçalının öz qucağında,

Çağlar gədiklərin qarlı yolları,

Çaxan ildırımlar sozalar gedər,

Sözün qanadında ağır ellərim,

Uçar durna kimi , saz olar, gedər.

Sızlar Anaxatır, göynər Babəkər,

Gecələr əriyə, belə dan gələr.

Qocalar qocası Sınıq körpüdən,

İlin il uzunu hər axşam-səhər

Alıb qəm yükünü zaman-zaman hey,

Əlləri qoynunda bir karvan gələr,

Bu Həsən Məcruhdu - ellər atası,

Adı-sanı bir mahalın ləngəri,

Bu şair Əhməddi qəlbində yası,

Düşüb bir sorağa nə vaxtdan bəri.

Bu Dollu Mustafa, bu aşıq Söyün.

Sazı köynəyində qəfləsi qəmdi,

Dolaşır elləri Ağacan deyin,

Ürəklər qubarlı, gözləri nəmdi.

Şıdırğı məclislər güllənmir onsuz,

Bağlanıb  urfatın ağır qolları,

Telli saz lal olub dillənmir onsuz,

Sığal pərdələrin bağlı yolları,

Borçalı pəjmürdə, qəmli, intizar,

Dədələr sözüdü "qanı qan çəkər",

Bu boyda diyarın şair dərdi var,

Qəmin ləşkərini Qaçağan çəkər.

                               * * *

Dünyanı saxlamaz qızıl öküzlər,

Dünyanın özünün öz dünyası var.

Dünyanı saxlamaz qızıl öküzlər,

O, sözün boynunnan asılı qalıb.

Dünyanı saxlayan söz dünyası var,

Bu şair Ağacan söz qalasıdı.

Binası qurulub söz işığında,

Taleyi dərd yurdu, qəm çalasıdı,

Yoğrulub, yapılıb öz işığında.

Özül daşlarıdı Abbas, Qurbani,

Himi Qorqudumnan gələn ağıldı.

Əzəl mayasıdı təcnis, divani,

Haqqın bu vergisi uzun nağıldı.

Gəldi, bu dünyaya gəldiyi günnən

O, dizi üstündə haqqa tapındı.

Səpildi yoluna çox da duman, çən

O, sözü üstündə haqqa tapındı.

Vaxtının əqrəbi tərsə dolandı,

Atdığı hər addım tək səbir oldu.
Tale Ərdahana Qarsa dolandı,

Qəmi tüğyan etdi, dərdi bir oldu.

Bağlandı hər yerdə yolu şairin,

Gövhəri keçmədi nadan yanında,

Sinəsi "qızıldan" dolu şairin,

Sözləri saz üstə alovlandı hey,

Hər addım atdığı tək səbir oldu.

O belə alışd, belə yandı hey,

Açdığı son qapı bu Sibir oldu,

Sibir yurd olmadı, bir qəbir oldu.

                               * * *

Sözün dərgahında yumağa döndü,

Taleyi qəm-kədər ömrü ah oldu,

Sözün laylasında uşağa döndü,

Onun ürəyində söz Allah oldu,
Əzəldən sözünün yiyəsi oldu.

Canında polada dönərdi sözü.

Nə dedi, məqamda  deyəsi oldu,

Düppədüz ünvana gönərdi sözü.

Nə pula, nə vara arxalandı o,

Sinəsi bir atəş, bir alovuydu.

Sözün qüdrətinə daldalandı o,

Onda otuz yeddi...qovhaqovuydu,

Yolunnan sapana hər sözü bir ox,

Haqqı tapdayana həcv deyərdi,

O elə bilrdi düzə zaval yox,

O elə bilirdi yox qəmi-dərdi.

O vaxtdan atıldı borana,qara,

Özü də bilmədi nə hikmətiydi.

Dünyalar qalmışdı yenə Muxtara,

Hökumət içində hökumətiiydi.

Ağacan bilmədi, bilmədi onda

Nahar haqq olanı salmışdı taxtdan.

Doğru söyləmişdi əyri zamanda,

Suyu bulanmışdı elə o vaxtdan.

Bu ömür yolunda daha nə oldu.

Pozuldu güzəran ikinci dəfə,

Sonra da mollalıq bəhanə oldu,

Zamanın atdığı dəydi hədəfə!....

Dövrün gərdişinə nə çağa düşdü,

Ədalət biçildi sanki bir zəmi,

Od almaq istədi ocağa düşdü,

Belə olmalıydı düzün aləmi,

Bir çətin külfəti alıb dişinə,

Taleyin əlinnən hara qaçaydı?!

Kim dözər dövranın bu gərdişinə,

Bu möhnət sarayı min ahı- vaydı,

Dövran sərxoşuydu öz hikkəsinnən,

Günəşi, gündüzü toran görürdü.

Zaman bürüşürdü haqqın səsinnən.

O, haqqın səsində boran görürdü,

Ağacan düşmüşdü burulğanlara,

Yoluna çılçıraq düzülməmişdi,

O ayaq döyürdü hey divannara,

Əlləri Allahdan üzülməmişdi.

Yoxuydu arxası özünnən özgə,

Anlaya bilməzdi qeyrilər onu,

Hardaydı qılıncı sözünnən özgə,

"Qana" susayırdı əyrilər onu.

                               * * *

Söz Allah payıydı, haqq vergisiydi,

Kim vura bilərdi sözə qandalı.

Söz yığval vergisi, baxt vergisiydi.

Tanrı "pay" vermişdi dizə qandalı,

Oyduku bayquşlar verdi səs-səsə,

Düzün göz yaşları axır qan oldu,

Həqiqət içində boğuldu nəysə,

Ədalət Sibirə "ərmağan" oldu,

Ağbaba - Şereyel- Borçalı, Sibir,

Bir ömür yolunun salnaməsiydi,

Hər addım başında gələn tək səbir,

İstəyin, arzunun qəmli səsiydi.

Hey qəmə imrəndi sazının simi,

Talenin üzünə doğmadı şair.

Öz ulu babası Nəsimi kimi,

Bu boyda dünyaya sığmadı şair,
                   * * *
Keçdi xəyalınnan ömür yolları,

Addadı hər yerdə bərəni-bəndi.

Buna şahid oldu Tambov elləri,

Bir də qələm tutan Yaqub Əfəndi.

...Fikir çözələndi nəmli kahada,

Sönmüşdü bu evin köz ocağında,

Şair qürbət eldə–qəmli kahada,

Yanırdı içinnən öz ocağında.

Yanırdı düzlüyün sorağı kimi,

Bu elə ocaqdı–göz görən döydü,

Yanırdı Allahın çırağı kimi,

Bu dünya səsinə səs verən döydü.

                               * * *

Piltəsi əriyən çırağa dönüb,

Salır dörd yanına son işığını,

Gözünnən sozalan bulağa dönüb,

Göylərdən enibdi mələklər belə,

Gəlib ziyarətə haqq aşığını,

Müddəti əyləşib "sədir" taxtına,

Ötən günlərini varaqlar indi.

Göynər döngələsi dönən baxtına,

Enişi-yoxuşu soraqlar indi.

Buymuş taleyin əzəl- axırı,

Bu tale beşikdə boğulmalıymış.

Çox mənəm deyənin çıxdı paxırı,

Bu iblis quruluş dağılmalıymış,

Burda meydan sular ara qatannar,

Burda ki, boğulur hey haqqın səsi,

Burda dədəsinə güllə atannar,

Yaradıb nə "gözəl" qanun ölkəsi,

Ölüm yastığında şair Ağacan,

Ürəyi ufuldar, hey qəlbi sızlar.

Ölüm yastığında şair Ağacan:

"Dünyanı yıxdılar bu Allahsızlar".

Tayqa meşələri...

Şair xəstədi,

Yüklənir qəfləsi,

Son nəfəsdədi.

Dili çıldırramır,

Ürəyi əsmir.

Bilir səfərini,

Amma tələsmir.

Yönü qibləyədi,

Üzü Yaquba.

Hələ qurtarmayıb

Sözü Yaquba.

Öncə şeirləri

Amanat verir.

Onların ömrünə

Zəmanət verir.

Deyir mənnən köçən

ahı-zarımdı.

Əbədilik qalan

Döylət-varımdı.

Əzəli allaha

ömrün başınnan

Ümidəm deyir.

Mən sinə gərmişəm

Dərdə-əzaba,

Yoxdu qəm deyir.

Canımda allaha var,

 Bir də şeirlər,

Yanımda bir heçdi

Bu aləm deyir.

                                    * * *

Yorğanı üstünnən

atır bir anda,

Alışan qəlbinin

hərarətinnən.

Alovu Sibiri

oda döndərən.

sönməyən ocağı

Çatır bir anda,

Sinəsi saz olur

çeşmə gözləri.

Dağlayır dünyanı

dərdli sözləri.

Gecə-gündüz ahı-fəğan eylərəm,

Canım, Vətən düşüb yada, ağlaram.

Bundan belə yaşamağı neylərəm,

Etibar yox bu dünyada, ağlaram.
                 * * *

Ürək yaranmayıb dəmirdən, daşdan,

Fikirdən itirdim ağlımı başdan.

Həm yarı-yoldaşdan, qohum-qardaşdan,

Nə müddətdi gəlmir səda, ağlaram.

                               * * *

Ölüm haqdı, mən qorxmuram ölümnən,

Qoy bir kimsə inciməsin dilimnən,

Ahı- fəryad çərxi-fələk əlinnən,

Kimə gedim mən imdada ağlaram.
                   * * *

Zaman məni sapandında atdı, hey,
Ah sinəmdə ocağını çatdı, hey.
Yazıq ömrüm bu qürbətdə batdı hey.
Ağacanı verdi bada ağlaram.

                               * * *

Sonra bir gəraylı, sonra bir təcnis

Düzdü qatar-qatar mirvari kimi.

Ağır batman oldu divanı, təxmis,

Dərildi meyvənin nübarı kimi,

Şairin özünün aləmi vardı,

Əyə bilməmişdi bu gərdiş onu,
Onun öz aləmi, öz qəmi vardı,
Belə yaşatmışdı bu vərdiş onu.

...Könüllü katorqa, könüllü sürgün,

O böyük rəhbərin mərhəmətiydi,

Bilməz niyəsini bu ömür, bu gün,

Bəlkə bu gedişat "dahi" Stalinin,

"Halal" atasına irəhmətiydi,

Bu alın yazısı, yoxsa ki qədər,

Haraya sığışar bu boyda ah- ün,

Uzaq Borçalıdan Tayqaya qədər,

Yollar qurtarmadı düz qırx yeddi gün.

Bu yük vaqonları, yük gəmiləri,

Yollara dözmədi, dözmədi vallah.

Onlara yüklənən dərdi-qəmləri

Hələ görməmişdi bir olan allah,

Dözmədi qatarlar, dəmir yolları,

Dərd aldı hər yerdə bərəni- bəndi.

Dözdü Borçalının ağır elləri,

Dözdü Şair Ağacan,

Qasımlı Vəli,

Kolayır Qədir,

Ylrğançay Xoca,

Bir də Keşəlidən Yaqub Əfəndi.
                 * * *
Ağacan şeir dedi bu boyda yolu,

Deyirdi beş belə yol olsaydı da,

Bu şair atanın ürəyi dolu,

Qurtarmaz ay nədi, il olsaydı da,

Ağacan hamıdan ixtiyarıydı,

Sözləri özünnən ixtiyar baba,

Katorqa yolları bəxtiyarıydı,

Gedirdi qoynunda dövlət-var baba.

Gedirdi qəlbində nisgili, qəmi,

Fikri Ərdahanda Güllüzarıydı.

Şair Ağacanın xəyal aləmi,

Elə böyümüşdü- dünya darıydı.

Bülbülü uçmuşdu gülşən bağının,

Dünya nəzərində bir quruşuydu,

Yaqub lələsiydi bu dərd dağının,

Bircə şeir demək qurtuluşuydu.

Şair Ağacının son saatında,

Köhnə xatirələr yazıldı, gəldi.

 

İlham köhləninin yel qanadında

Tarix dolaylardan süzüldü, gəldi.

Keçdi xəyalınnan ömür-gün yolu,

"Urfanı" üstündə dinən saz kimi,

Elə bil açıldı qanadı-qolu,

Coşdu könül açan xoş avaz kimi.

                               * * *

"Dəli könlüm, gəl aldanma cahana,

Bilirsənmi nədi halı dünyanın.

İnanma, ömrüyün yoxdu vəfası,

Şəkərdən şirindi malı dünyanın.

                               * * *

Tabud oldu neçə taxtı-Süleyman,

Neçə İsfəndiyar, neçə qəhrəman.

Əjdaha nisbətdi neçə pəhləvan,

Köçübdü Rüstəmi-Zalı dünyanın.

                               * * *

Ağacanam, sana vurdum qoşunu,

Aradım-axtardım dağı-daşını.

İstədim ki, gedim bulum başını,

Gördüm qəbristandı yolu dünyanın".

                               * * *

Ömür sona doğru tələsir yaman,

Kim bilmir fələyin bu niyyətini,

Şair Əzraildən diləmir aman,

Deyir birər-birər vəsiyyətini:

 

"Köçürəm dünyadan, dost olannarım,

Oxudun üstümdə quran, gedirəm,

Müxənnət olmadım, könül qırmadım,

Alıb axirətə iman, gedirəm".

                      * * *

Durur ayaq üstə Ənvər, Şəmistan,

"Zarıncı" kökündə sızlar Göyçəyi.

Zəhranın qəlbində çırpınır tufan,

Onun əllərdədir saçı-birçəyi.

Gedir bu fanidən piri-şikəstə,

Qurtarıb zülmətdən bir insan,gedir.

Arzusu gözündə, ürəyi xəstə,

Oğlunnan, qızınnan nigaran gedir.

Əlvida söyləyir ahu-zarına,

Gedir qovuşmağa Güllüzarına,

Varınnan, yoxunnan bir can aparır,

Bu böyük ustadın dilində quran,
Qəlbində əbədi iman aparır.
Bircə təmənnası son nəfəsində,
Əyrilir, qoyrulur qəmli səsində.
- Oxu, molla Yaqub, bir yasin oxu,
Enir gözlərimə əbədi yuxu.
Köçür bu dünyadan bir adla məni,
Sən öz əllərinlə rahatla məni.
Qadadan, baladan sovuşum gedim,
Mən öz Allahıma qovuşum gedim.

 

Gərək tufan olsun, bir tufan – dedi ,
Yoxsa dağılan döy bu zindan – dedi.
Mənim axirətə imanım da var,
Sonrakı ömrümə gümanımda var.
                   * * *
Yasinə başladı Yaqub Əfəndi,
Ağacan ömrünün yetişdi sonu.
Göydən fəriştələr endi, nə endi,
Haqqın dərgahına qoydular onu.

                     * * *
Göylərdən yerlərə mərhəmət ensin,
Allahdan ruhuna irəhmət ensin,
Yaranannan dərdi-qəmin yoludu,
Enişdi, yoxuşdu, qaldı bu dünya.
Möcüzəli bir aləmin yoludu,
Şəkərdi, zəhərdi, baldı bu dünya.

                      * * *
Min fitnə-fəsadı, min də feli var,

Haqqı tapdamağa daim meyli var.

Hələ yetişməyib, hələ xeyli var,

Hələ ki, dəyməyib kaldı bu dünya.

                               * * *

Qapalı aləmdi sirli-soraqlı,

Örtülü kitabdı o qəm varaqlı.

Əzrayıl donunda yarlı-yaraqlı,

Aləmə vəlvələ saldı bu dünya.

 

Aqilin, arifin ömrü ah oldu,

Sirri açılmayan bir dərgah oldu.

Çatdı qulağına o agah oldu,

Dərin xəyallara daldı bu dünya.

                             * * *

Zülmü bulud oldu asimanlara,

Əzəldən müştaqdı axan qanlara.

Nahaqdan od alan xanimanlara,

Eləcə tamaşa qıldı bu dünya.

                               * * *

Özü öz başına əsdi soyurdu,

Bu düzü dünyanı dərdlə doyurdu.

Hiylə fitva qurdu, yalan buyurdu

Heç yana çatmayan yoldu bu dünya.

                               * * *

Külli-kainatı tapdaladı hey,

Aləmin belində od qaladı hey.

Bəşəri gözünnən uraladı hey,

De kimnən qisası aldı bu dünya.

                               * * *

Yerləri- göyləri ələdi, keçdi,

Qananı qanına bələdi keçdi.

O öz cığırıyla mələdi keçdi,

Köhnə düdüyünü çaldı bu dünya.

 

 

 

 

 

Qanmazı qanana bəla yaratdı,

Qoynunu bəşərə qala yaratdı.

O nə yaratdısa belə yaratdı,

Bəxtini daşlara çaldı bu dünya.

                               * * *

Yedi öz içinnən özü, doymadı,

Özü doydusa da, gözü doymadı.

Kəsildi taqətdən dizi, doymadı,

Kim deyər bir əhli- haldı bu dünya.

                               * * *

Haray bu gərdişi-fələk əlinnən,

Düşmədi heç zaman ələk əlinnən.

Dağıldı qurduğu kələk əlinnən,

Əlləri qoynunda qaldı bu dünya.




 

 

 

 

 

 

 

 

 

 

ŞEİRLƏR



 

 

Aşıq Göycə yadıma düşüb

I şeir

 

Mən onun sazını çox dinləmişəm,

Mən onun sözünü çox dinləmişəm.

Mən onsuz özümü çox danlamışam,

Könlümdə göynəyən qubardı Göycə.

 

Təpədən dırnağa gövhər kanıydı,

Haqdan göndərilən ərmağanıydı.

Bir sinə dolusu Ağacanıydı,

Məclisə zər kəlam səpərdi Göycə.

 

Dərya vardı, ümman vardı canında,

Uçardı sənətin kəhkəşanında,

Çox istərdim çıraq olam yanında,

Şəyirdin alnından öpərdi Göycə.

 

 

 

Halal mayadandı əsili-soyu,

İlhamı dumduru, bir cənnət suyu.

Sənət meydanında öz ömrü boyu,

Atını dördnalla çapardı Göycə.

 

Elin ozanıydı, sənətkar oydu,

Nə sənətdən doydu, nə eldən doydu.

Sazını dünyada əmanət qoydu,

Özüylə dünyalar apardı Göycə.

 

II şeir

 

Elə bil dünyaya söz urvatıydı,

Bütün varlığıyla bir sazıydı o.

Könlündə bu aləm havacatıydı,

Sehirdən yoğrulan avazıydı o.

 

Sinəsi çağlayan gur bulağıydı,

Hər sözü çiçəkli bir yaylağıydı.

Dastanı- yanağı yüz qalağıydı,

Dağ çəkən ney kimi göz-gözüydü o.

 

Kamil nəqqaşıydı hər cür urvatda,

Gerçəkdə- doğruda, lap zarafatda.

Uçardı murazı ala buludda,

Yerlərdən göylərə pərvazıydı o.

 

Onun Haqdan gələn düz yolu vardı,

Hər zaman istəyi Haqqa çatardı.

Yayın ortasında qar yağdırardı,

Qışın ortasında bir yazıydı o.

 

Dərviş Osman, sərraf libas geymisən,

Tərəzinin yan gözünü əymisən.

Aləm bilir Şahvazı çox öymüsən,

Bir Göyçəydi, yüz- yüz Şahbazıydı o.

 

 

III şeir

 

Aşıq Göycə, aç süfrəni,

Mehman olum söz aşına.

Ta əzəldən heyranıydım,

Huşyar olan düz huşuna.

 

Çaş qoyursan hər insanı,

Əsdirirsən Nuh tufanı.

Dərya- ümman Ağacanı,

Necə yığıfsan başına?!

 

Kür üstünnən dönüb gəlləm,

Sazı- sözü anıb gəlləm.

Babakərdən enib gəlləm,

Savaş açam savaşına.

 

Haqdan sana haqqı-saydı,

Ulu nemət-gözəl paydı.

Aşıqlıq uca saraydı,

Sən bələdsən qaş-daşına.

 

Çox çətindi bu bənd-bərə,

Keçilməzdi bu dağ-dərə.

Ustad gərək yol göstərə,

Osman adlı qardaşına.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Türk oğlu türkdülər qarapapaqlar

 

Haqqdan göndərilən bir ərməğandı,
Anamız dünyaya şərəfdi, şandı,
Yerə də, göyə də çoxdan əyandı,
Aləmə görkdülər qarapapqlar.
Türk oğlu türkdülər qarapapaqlar.

Damarda çağlayan halal qanı var,
Haqqın öz payından min imanı var.
Qurğusu tanrıdan xanimanı var,
Dünyaya ərkdilər qarapapaqlar.
Türk oğlu türkdülər qarapapaqlar.

Sözü namus ədalətin simgəsi,
Özü dürüst həqiqətin simgəsi.
Bu dünyada mərifətin simgəsi,
Təməldən bərkdilər qarapapaqlar.
Türk oğlu türkdülər qarapapaqlar.

Onlar həm atlıdı, həm də yüyrəkdi,
Təpədən dırnağa candı, ürəkdi.
Amalları insanlığa gərəkdi,
Haqqa şərikdilər qarapapaqlar.
Türk oğlu türkdülər qarapapaqlar.

 

 

İyirmi dörddən gəlir, o ulu boyu,
Oğuzdu, olğundu əsili, soyu.
Sözündə özüdü bayanı, bayı,
Dağda gərəkdilər qarapapaqlar.
Türk oğlu türkdülər qarapapaqlar.

Sevgiyə boylanar, eşqə əl eylər,
İmanı, səhrayı çəmən, gül eylər.
Qitədən-qitəyə aşar yol eylər,
Çox dərin kökdülər qarapapaqlar.
Türk oğlu türkdülər qarapapaqlar.


Köç-köç olar yaylaqlara düzülər,
Murazdarı xeyirliyə yozular,
Dağda, daşda tarixləri yazılar,
Ulu görükdülər qarapapaqlar.
Türk oğlu türkdülər qarapapaqlar.

Kim tanımaz, kimdi yaxını, yadı,
Onlar insanlığın ağzının dadı.
Eheheheey mənəm, sənsən, odu,
Saf toxum əkdilər qarapapaqlar.
Türk oğlu türkdülər qarapapaqlar.


 

 

 

 

Min illərdi meydanlarda durandı,
Zaman-zaman yeni dünya qurandı.
Murazları ay yıldızlı Turandı,
Qeyrətdə təkdilər qarapapaqlar.
Türk oğlu türkdülər qarapapaqlar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Nobat tutmalıyam Sarıkamışda

 

Tarixi qürurum dilimdə əzbər,

İçimdə od- alov bi qarlı kışda.

Mən də mehmetçiyəm ey eşidənlər,

Nobat tutmalıyam Sarıkamışda.

 

Bu torpaq uğruna ölənlər canım,

Burdakı şəhidlər şərəfim-şanım.

Məni rahat qoymaz əsla vijdanım,

Nobat tutmalıyam Sarıkamışda.

 

Yəmən ellərindən dönənlər üçün,

Bu qarlı dağlarda donanlar üçün.

Bizə örnəy olan dünənlər üçün,

Nobat tutmalıyam Sarıkamışda.

 

Haqqın- həqiqətin köməyiylə mən,

Duyan ürəklərin diləyiylə mən.

"Kars Sərhəd Boyları" dərnəyiylə mən,

Nobat tutmalıyam Sarıkamışda.

 

Borçalıdan yola çıxdım "Haq" deyib,

Bu dünyaya Türk bayrağı yelləyib,

Şəhidlərin ruhlarına baş əyib,

Nobat tutmalıyam Sarıkamışda!

Nobat tutmalıyam Sarıkamışda!

Çəkərəm

 

Bu dünyanın hər dərdini,

Tərəziylə tən çəkərəm.

Yarı tufan, boran olsa,

Bir təhər- bir yön çəkərəm.

 

Acısını gizləyərəm,

Amanını gözləyərəm.

Dərmanını özləyərəm,

Ahı saxlar, ün çəkərəm.

 

A Dərvişin sitəmkarı,

Gəl səsimi eşit barı.

Sana gələn ağrıları,

Mənə göndər, mən çəkərəm.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Gördüyüm yuxu

Bu gecə yuxuda bir mələk gördüm,

Yasəmən qoxusu yaz  havasıydı.

İşvəsi dünyanı fəth eləmişdi,

Qəmzəsi ömrümə naz havasıydı.

 

O nur üzü bir sevdanın aynası,

Şirin sözü mənaların mənası.

Qüdrətdəndi o yuxunun binası,

Söhbəti ömrümə saz havasıydı.

 

Gördüm bu mələksiz dünya yalandı,

Sinən üstə eşq ocağı qalandı.

Haq havası ürəyimə calandı,

Bu hava sevdamın öz havasıydı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mərhəba

Xeyirxahlığıyla ad alan Soğannıqlı

gürcü Məmmədə

 

O gur səsin hər mahala yayılıb,

Gürcü Məmməd, harayına mərhəba.

Söz sarayın ləli-gövhər sayılıb,

Gürcü Məmməd, sarayına mərhaba.

 

Dost yolunda qurban dedin canını,

Dost yolunda qazandın imanını,

Gələn qondu, qonan kəsdi nanını,

Gürcü Məmməd, çörəyinə mərhaba.

 

Dərviş Osman dastan yazsın adına,

O bələddi alovuna, oduna,

Gürcü Məmməd, ürəyinə mərhaba,

Xoş arzuna, diləyinə mərhaba.

 

 

 

 

 

 

 

 

 

Emin ağa Borçalıya

Bir ərəndi tariximin yadında,

Qürur, vüqar əsilində, zatında.

Ləyaqəti göyün yeddi qatında,

Emin ağa pir ağıldı, pir ağıl.

 

Üzü Yurda günəş kimi oyandı,

Ömrü- günü Haqdan nura boyandı.

Ona görə başı ərşə dayandı,

Emin ağa nur ağıldı, nur ağıl.

 

Kainata yayıldı səs- sorağı,

Dilində Haqq, əlində Türk bayrağı.

Meydan aldı Qarapapaq növrağı,

Emin ağa bir yığvaldı, bir yığval.

 

Qızıl tacdı Borçalının baxtında,

Aləm gördü zamanında, vaxtında.

Fərman verdi padışahlıq taxtında,

Emin ağa ər oğuldu, ər oğul.

 

Qeyrətimin zirvəsiydi, min rəhmət,

Şöhrətimin zirvəsiydi, min rəhmət.

Millətimin Haq səsiydi, min rəhmət,

Emin ağa bir oğuldu, bir oğul.

Emin ağa bir nağıldı, bir nağıl...

 

Oldum

 

Bu mənə Haq butasımı?

Məni mənə qatasımı?

Bu ah məni tutasımı...

Bir ox dəydi, şan-şan oldum.

 

Sel uçurdu bənd- bərəmi,

Ağlamaq tutdu Kərəmi...

Bu göz yaşım Mərmərəmi?

Öz məcramı daşan oldum.

 

Bu zulumu kim elədi,

Ürəyimə him elədi.

Məni "İbrahim" elədi,

Öz adımdan pünhan oldum.

 

Bir nağıldan gəldi lələk,

Önümdə bir hürü-mələk.

Qiymətimi verdi fələk,

Dərdi- qəmi aşan oldum.

 

Səhralarda dözə-dözə,

Axır dəvəm çıxdı düzə.

Can verdim bir "löyünsüzə",

Ucaldım, kahkaşan oldum.

 

 

 

Gələn günnən köç-köçüydüm,

Bu dünyaya bir suçuydum.

Dünənəcən mən heçiydim,

Bu gün sevdim-insan oldum,

Bu gün sevdim insan oldum.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Üzü dağlara

 

Ojaxmı qarsadıf, qoramı düşüb,

Yoxsa ürəyinnən toramı düşüb?

Bəlkə arxasınca haramı düşüb,

Bir maral boylanır üzü dağlara.

 

Görən alışdımı, görən yandımı?

Bilmirəm əhdini yoxsa dandımı?

Yoxsa bu pərişan Natavandımı?

Bir maral boylanır üzü dağlara.

 

Təşnə dodaqları bulağa çatmır,

Nə səsi-sədası yaylağa çatmır,

Əlləri o dağa, bu dağa çatmır,

Bir maral boylanır üzü dağlara.

 

Hanı Alıqara, çala düdüyü,

Addaya bələni keçə gədiyi,

Axtaram könlümdə itən itiyi,

Bir maral boylanır üzü dağlara.

 

Hələ əllərində xınası qalıb,

Hələ Şamdüyədə binəsi qalıb,

Hələ bu dünyada dünyası qalıb,

Bir maral boylanır üzü dağlara.

 

 

Yağışmı yağacaq hava qaralıb,

Şimşəkmi çaxacaq bulud yarılıb,

Yoxsa o sazdakı telmi qırılıb,

Bir maral boylanır üzü dağlara.

 

Çiçəyi çıtdamır yamacın, yalın,

Şəhdi də süzülmür pətəkdə balın.

Məni dindirməyə bir hava çalın,

Bir maral boylanır üzü dağlara.

 

Mənim bu dağlarda nəyim qalıbdı,

Kamanım qalıbdı, neyim qalıbdı,

Biraz göynəməyə heyim qalıbdı,

Bir maral boylanır üzü dağlara.

 

Hanı bu dünyanın məzəsi getdi,

Köhnəsi köhnəldi, təzəsi getdi,

Yoxsa alnımızın yazısı getdi,

Bir maral boylanır üzü dağlara.

 

Min nazı qəmzəsi, ədası hanı?

Şaqraq gülüşlərin qadası hanı?

Bəs bunun öz səsi sədası hanı?

Bir maral boylanır üzü dağlara.

 


 

 

Deməyin, o təzə vərdiş axtarır,

Bəlkə də aləmə gərdiş axtarır,

Bəlkə Osman adlı Dərviş axtarır,

Bir maral boylanır üzü dağlara.

 

Lələyi qoy vursun lələyə gəlləm,

Arzumu bükərəm bələyə gəlləm,

Mən ona mələyə-mələyə gəlləm,

Bir maral boylanır üzü dağlara.

 

Gələrəm tükənməz nağıl olaram,

Gələrəm başına sığal olaram,

Gələrəm mən ona yığval olaram,

Bir maral boylanır üzü dağlara.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Duydum

 

Yorğunluq, arğınlıq getdi canımdan,

Ruhumda bir həzin yel səsi duydum.

Var olsun qoy məni unutmayanlar,

Hayana getdimsə el səsi duydum.

 

Çox da uzaq yollar qət eyləmədim,

Hər gəlib gedəni mədh eyləmədim.

Vallah, ayrı könül fəth eyləmədim,

"Qayıt" səsi duydum, "gəl" səsi duydum.

 

Dünyanı gəzməkdə bir murazım var,

Haqqım- həqiqətim olsun elə car.

Qəlbi "Dərviş" deyən çəkməz intizar,

O qəlbin səsində tel səsi duydum,

"Qayıt" səsi duydum, "gəl" səsi duydum.

 

 

 

 

 

 

 

 

 

 

Nə gözəl

 

Aldım naməsini bir duyan kəsin,

Kəlməsi nə gözəl, sözü nə gözəl.

Sandım ki, qarşımda bir maral durur,

İşvəsi nə gözəl, nazı nə gözəl.

 

Misraları şəkərdimi, baldımı?

Ya hər bəndi al yanaxda xaldımı?

Bu nə hikmət, de halətim qaldımı,

Məzəsi nə gözəl, duzu nə gözəl.

 

Öz könlünə həmdəm bildi hər kəsi,

Bu könül də o könülün təşnəsi.

Qəlbimdədi laylasının bəstəsi,

Mizrabı nə gözəl, sazı nə gözəl.

 

O gül arzu-arzuların arzusu,

Gələn namə bir murazın yavrusu.

Haqdan bizə yazılıbsa yazısı,

Tanrının yazdığı yazı nə gözəl.

 

 

 

 

 

 

 

Təbriz

 

Düz bir ömür həsrətini çəkmişəm,

Al məni qoynuna, al indi Təbriz.

"Yanıq Kərəm'" üstə göynəyən sazam,

Köklə, sinən üstə çal indi Təbriz.

 

Zaman- zaman dünya qilü- qal oldu,

Vüsala yetişmək bir xəyal oldu.

"Təbriz" deyəmmədim, dilim lal oldu,

Şeyda bülbül olub lal indi Təbriz.

 

Hey çəkdi özünə, çəkdi qan məni,

Tuşladı hədəfə düz nişan məni.

Çağırdı qoynuna Savalan məni,

Ağ qardan başında şal indi Təbriz.

 

Sulartək duruldum, aydan arındım,

Murazımın murazına büründüm.

Sana doğru dizin- dizin süründüm,

Vəslinə göründü yol indi Təbriz.

 

Diləklərim ululardan uludu,

İnsanoğlu qismətinin quludu.

Qoy dolansın bir həsrətin qoludu.

Boynuna dolanan qol indi Təbriz.



Rustaveli– Nizami

 

Haq mayası əqli nurdan yoğrulan,

Günəş kimi ərş üzündə doğulan.

Misra-misra kainata dağılan,

Biri Rustaveli-biri Nizami.

 

Min hikmətə açar olan qələmi,

Zaman- zaman fəth eləyib aləmi.

İdrakın fatehi, əqlin həmdəmi,

Biri Rustaveli- biri Nizami.

 

Avtandilin, Rostevanın haqq səsi,

Leyli-Məcnunların eşq təntənəsi.

Bütün zamanların tək sərkərdəsi,

Biri Rustaveli- biri Nizami.

 

Dünya kimi ululaşan-qocalan,

Söz mülkünnən sultan olub, bağ salan.

Könüllərdə heykəlləşən, ucalan,

Biri Rustaveli-biri Nizami.

 

 

 

 

 

 

 

Bakıdan Tiflisə gələn qatara

 

Bu qatar mələyə-mələyə gəlir,

Lələyi dəydirib lələyə gəlir.

Yağmura, tufana, küləyə gəlir.

 

Özü öz içində iman gətirir,

Bu gündən sabaha guman gətirir.

Könüldən könülə mehman gətirir.

 

Dərdini- sərini dondurub gəlir,

Atının səmtini döndərib gəlir.

Dərdin atasını yandırıb gəlir.

 

Gərək qabağına atdanam gedəm,

Hər dərdə-əzaba qatdanam gedəm.

Şirin söhbət olam- daddanam gedəm.

 

Gərək bu qatarı eynimə alam,

Gərək bu qatarı boynuma alam,

Gərək bu qatarı qoynuma alam...

Nəyə istəsniz olaram boyun,

Olmasın əyləncə, olmasın oyun.

Məni bu qatara bələdçi qoyun.



Haykırır gecənin yarılır bağrı,

Çəkilir göylərə canımnan ağrı,

Bir qatar yol gəlir Osmana doğru.



 

 

Qalıbdı

 

Ələyim ələnib, xəlbirim göydə,

Deməyin teştimdə kündə qalıbdı.

Ağ gündən ayrıyam başdan, binadan,

O günnər uzaxda-gendə qalıbdı.

 

Taleyin cövrünnən azdıqca azdım,

Zaman dara çəkdi, canımnan bezdim.

Dərdimi dağlara-daşlara yazdım,

Ağrısı damarda-qanda qalıbdı.

 

İçim qar- borandı, çölüm güllü yaz,

Ahım asimana eyləyir pərvaz.

Könlümdə göynəyir bir sədəfli saz,

Xəyalım dumanda, çəndə qalıbdı.

 

Dəryalarda yelkənsiz bir gəmiyəm,

Suyu axmaz, otu bitməz  zəmiyəm.

Əl dəysə yıxılan heykəl kimiyəm,

Bir udum nəfəsim canda qalıbdı.

 

Hanı bu dünyada əzəl haqqı say?!

Sən demə yalanmış bu hay, bu haray.

Bircə ürəyim var, o da iki pay,

Yarı səndə, yarı məndə qalıbdı.

 

Sənnən ayrı

 

Kamana dönmüşəm hicran əlinnən,

Düşüb murazıma dən, sənnən ayrı.

Özümün özümdən yoxdu xəbərim,

Qurumaz yanaxda nəm, sənnən ayrı.

 

Qoy daha car olum ağıza, dilə,

Özümə bəs edər yazdığım çilə.

Bu boyda əzabı mən bilə-bilə,

Gəlməzmi gözümə çən, sənnən ayrı.

 

Bir şeyda bülbüləm Anadoluda,

Bursada, Sivasda,Qarsda, Boluda...

İtirmişəm cığırı da, yolu da,

Çox çətin taparam mən, sənnən ayrı.

 

Yazığam, vəslinə gəl haxla məni,

İntizar fəsliyəm, soraxla məni.

Sevda kitabıyam, varaxla məni,

Axı, kim varaxlar, kim, sənnən ayrı.

 

Nə çiçəyim açar, nə gülüm sənsiz,

Bitənə oxşamır bu zülüm sənsiz.

Osman yaşayarmı, nə bilim sənsiz.

Tutan döy bu bina-him sənnən ayrı.

 

Var

 

Yaranışın öz aləmi,

Yeri- göyü səması var.

Ağ- qaraya qarışmasın,

Hər şeyin öz siması var.

 

Bu aləmlə çəkmə bəhsi,

Öz duyğunla al nəfəsi.

Yerin göyə cazibəsi,

Göyün- yerə təması var.

 

Hər budağın çətri nə xoş,

Hər yarpağın qədri nə xoş.

Hər çiçəyin ətri nə xoş,

Hər gülün öz rənası var.

 

Hər mətdahın var bazarı,

Alan yarı, satan yarı.

Hər işin bir xiridarı,

Hər əməlin aynası var.

 

Dünya Tanrı qərargahı,

Ərşin-gürşün var pənahı.

Hər axşamın bir sabahı,

Hər umudun röyası var.

 

 

Könlündədi Haqqın səsi,

Dərviş Osman çək nəfəsi.

Dünyanın bir fəlsəfəsi,

Hər kəsin bir dünyası var.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

A dağlar

 

Yenə sənnən düşdü sözüm-söhbətim,

Qoynunda bir ocaq çatam, a dağlar.

Bir muraz üstəyəm-uçan zirvənə,

Quşqonmaz yalına yatam, a dağlar.

 

Hər qayanda tarixim var, izim var,

Hər daşında bükülməyən dizim var.

Baxışında söhbətim var, sözüm var,

Sevgilim a dağlar, butam a dağlar.

 

Göylərində buludlarla əlləşəm,

O qıy vuran qartalınla çəlləşəm.

Çəngəl buynuz kallarınla helləşəm,

Heç olmaz yanında xatam, a dağlar.

 

Layla çalam saza dönəm- tellənəm,

Yazda qartək sinən üstən sellənəm.

Umuduma, istəyimə yollanam,

Təzə- tər şehinə batam, a dağlar.

 

Osmanam, kimsənəm, kimimsən mənim,

Özümsən mənim, himimsən mənim,

Bəlkə də o itgin əmimsən mənim.

Bəlkə də əzəldən atam, a dağlar.

Sevgilim a dağlar, butam a dağlar.

 

Bir dastana yazılan şeir

 

Yüz Leyli yerisə, yüz Şirin gəlsə,

Yüz pəri gözünün yaşını silsə.

Yüz mələk həsrətdən, qubardan ölsə,

Heç biri Gülzarın telinə dəyməz.

 

Yüz sevən ürəklər olsa tarımar,

Bir  eşqin yolunda çəksələr də zar.

Dövrəndə dolaşsa yüz məsti- xumar,

Heç biri Gülzarın telinə dəyməz.

 

Yanımda ötsələr yüz- yüz qumrular,

Sevən bir ürəyə eyləyərmi kar?

Bütün yer üzündə nə ki , gözəl var,

Heç biri Gülzarın telinə dəyməz.


 

 

Boluda

 

Bu dünyanı seyrə daldım,

Sağı, həm solu Koroğlu.

Haqqa doğru kim gedərsə,

Getdiyi yoluKoroğlu.

 

Çənlibellər ər meydanı,

Ağ qayası yar meydanı.

Ürəklərdə var meydanı,

Ürəyi dolu Koroğlu.

 

Misri qılınc Qıratıyla,

Haqq əlindən baratıyla.

Xoyratıyla, bayatıyla

Uludan ulu Koroğlu.

 

Haq deyər, Haqqı çaşdırmaz,

Yağılardan söz açdırmaz.

Namərdlərə göz açdırmaz,

Mərdlərin qulu Koroğlu.

 

Hər dağda bir çalası var,

Turan adlı qalası var.

Boluda öz laylası var,

Koroğlu Boludu-Bolu Koroğlu.

 

 

Gəldim

(Sarıkamış şəhidlərinə)

 

Açıb əllərimi haqqın önündə,

Şəhid duasını verməyə gəldim.

Turan ərlərinin anım günündə,

Qürurla sinəmi gərməyə gəldim.

 

Əzmiylə dünyada car olanların,

Eşqiylə yurduna yar olanların.

Könül gözlərində var olanların,

Nuruna ulduzlar səpməyə gəldim.

 

Qol-qanad açmışam bu qarlı qışa,

Gəldim ki baş əyəm torpağa- daşa,

Soğannı dağına, Sarıkamışa,

Tarihin dərsini sormaya gəldim.

 

Çox çəkmişəm keçmişimin bəhsini,

Dinləmişəm ürəyimin səsini.

Şəhidliyin ən uca zirvəsini,

Mən öz gözlərimlə görməyə gəldim.




 

 

Mərhaba

 

Tanrının yaratdığı,

Xətti-xala mərhaba.

Gözəliyin aynası,

Ay camala mərhaba.

 

Maral-ceyran baxışa,

Sular kimi axışa.

Cənnət-məkan ağuşa,

Ləbdə bala mərhaba.

 

Aşıb-daşan "sərvət"ə,

Məsti- xumar urvata.

Baxışdakı mürvətə,

"Cəh-cəlal"a mərhaba.

 

Canı cannan alana,

Məni dərdə salana.

Ömrü-günü nalana,

Qeylü-qala mərhaba.

 

Yollarında duman-çən,

Dərdinnən deyib-gülən,

Bu gün dünyaya gələn,

Gül yığvala mərhaba!


 

 

Kiçik bir giley

 

Hər gün bir toy, hər gün bir yas,

Bu nə qaçaqaç, bu nə basabas?

Sən bu bəladan gün qapa bilsən,

                       …vaxt tapa bilsən,

Mənə də baş çək, gülüm!

Yoxsa, bu dərd vərəm bağlayacaq,

Sən macal tapmadıqca, gec olacaq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Salam olsun

O, göylərdən gələn bir nur,

Özü büllur, sözü büllur.

Gözəlliyin puçur-puçur,

Pöhrəsinə salam olsun.

 

Mələk donlu bir nigarın,

Öz müjdəsi arzuların.

Təravətdə ilk baharın,

Çöhrəsinə salam olsun.

 

Məsti- xumar o qəmzənin,

Gözəllikdə son imzanın.

Cahana düşən lərzənin,

Bəhrəsinə salam olsun.

 

Tanrıdan o xoş niyyətin,

Güldən süzülmüş şərbətin.

Şəhdi- şəkər bir nemətin,

Süfrəsinə salam olsun.

 

Sirli- sehirli dünyanın,

Haqdan möhürlü dünyanın.

Bu nurlu-dürlü dünyanın,

Dünyasına salam olsun.

 

 

Bir umudun, bir gumanın,

Min bir dərdə bir dəvanın.

Şah damarda qaynar qanın,

Dəryasına salam olsun.

Ay camalın aynasının,
Hürü-mələk simasının.
Ol haqqın Rəhnumasının,
Mövlasına salam olsun,
Mövlasına salam olsun.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Gələrəm

 

Nə olar əzizim, əl eylə mənə,

Uğur namazımı qılıb gələrəm.

Dəryalar keçərəm, dağlar aşaram.

Əlimə bir cığır alıb gələrəm.

 

Yolumu qar basa, min tufan ola,

Mənim də canımda xəstə can ola.

Bəlkə də ən böyük imtahan ola.

Ən çətin sualı bilib gələrəm.

 

Min əzaba, min sınağa dözərəm,

Yad baxışda min qınağa dözərəm.

Bir sevdaya can sadağa, dözərəm.

Axan göz yaşımı silib gələrəm.

 

Gələrəm, sən mənə bircə him eylə,

Sevdalı baxışa gəl məhkum eylə.

Bir yol, tək bircə yol təbbəssüm eylə,

Dərdimi, qəmimi bölüm gələrəm.

 

Dərviş Osman, meyli eşqə sarıyam,

Sulardan duruyam, aydan arıyam.

Haq mənə güc versin yardan yarıyam,

Leysan buluduyam, dolub gələrəm.

Hicranın saçını yolub gələrəm,

Mən sənin yanına qalib gələrəm!!

 

Olardımı heç

 

Sözü məqamında söz olmasaydı,

Fikri də, zikri də düz olmasaydı.

Elin şorbasına duz olmasaydı,

Osman-həmən Osman olardımı heç?

 

Yolunu, izini çaş salardısa,

Hər çıxmaz quyuya daş salardısa.

Başsız təmannaya baş salardısa,

Osman-həmən Osman olardımı heç?

 

El-elat qoxulu gül dərməsəydi,

Turan ellərinə göndərməsəydi,

Bir amal uğruna can verməsəydi,

Osman-həmən Osman olardımı heç?

 

Meydanı versəydi yalançılara,

Yallanan, çullanan dilənçilərə.

Xainə, xəbisə, talançılara,

Osman-həmən Osman olardımı heç?

 

Bir qəlb ocağını qalamasıydı,

Ömrümü Haq ömrə calamasaydı,

Yurd üçün qurd olub ulamasaydı,

Osman-həmən Osman olardımı heç?

 

 

Başında zil qara börk olmasaydı,

Soyu kainata görk olmasaydı.

O, bir Tərəkəmə-Türk olmasaydı,

Osman-həmən Osman olardımı heç?

 

Borçalı deyəndə göynəməsəydi,

Qanı qayır-qayır qaynamasaydı,
Sazda “Urfanı”ya oynamasaydı

Osman-həmən Osman olardımı heç?

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İsmarıc

 

Təkadamlıq yerdə tənha deyilsən,

Yanında Allahın mələkləri var.

Ruhunu göylərdə pərvaz eyləsən,

Qəlbiyin nə qədər diləkləri var.

 

İçində fırtına, çölündə sükut,

Canında canıma bir dünya umut.

Göylər göyərçini, yerləri unut,

Yerlərin hələ çox kələkləri var.

 

Göytürk Göy oğuza göylərdən paydı,

Bu ülvi ərmağan bir haqqı-saydı.

Yön çöyür Osmana, amandı-hoydu,

Dünyanın çox yaman küləkləri var.


 

 

Ayrıdı

 

Mən bir saz kimiyəm, kökləyən olsa,

Zilim zil üstədi, bəmim ayrıdı.

Hal bilən, dil bilən, anlayan kəsə,

Söhbətim ayrıdı, dəmim ayrıdı.

 

"Urfanı" yam, "Bəhməni" yəm, "Dilqəm"əm,

Can ağrılı, gözü yaşlı dil qəməm.

Pərdə- pərdə dindir məni gör kiməm,

Təzanəm ayrıdı, simim ayrıdı.

 

Sərgardan olmayıb dinim- imanım,

Haqqın dərgahına gəlir gümanım.

Mən Tahir deyiləm, ay Zöhrə xanım,

Dəryada qərq olan gəmim ayrıdı.

 

O qarlı dağları aşıb gəlmişəm,

Bəlkə bu dünyaya çaşıb gəlmişəm.

Eşqin kürəsində bişib gəlmişəm,

Özülüm ayrıdı, himim ayrıdı.

 

Dədəm pir yolunda ələndi gəldi,

Babam səhraları dolandı gəldi.

Dərviş eşq əlindən talandı, gəldi,

Mənim bu yollardan kimim ayrıdı?!


Mən

 

Gedirəm ömrümün dolaylarına,

Ağlaya- ağlaya, gülə-gülə mən.

Bəmbəyaz qışına, boz aylarına,

Gözümün yaşını silə-silə mən.

 

Zaman əritdikcə saf dəmir oldum,

Yoğrula- yoğrula nur xəmir oldum.

Közüydüm, çox yandım, bir kömür oldum,

Yeddidən yetmişə gələ-gələ mən.

 

Çox qarlı dağları aşdım da aşdım,

Çınqıla yalmandım, daşa sarmaşdım.

Məcnun oldum-səhraları dolaşdım,

Car oldum sevdamla gülə-gülə mən.

 

Durnaydı qatarım, səfi pozulan,

Yuxuydu gördüyüm tərsə yozulan.

Haqqın yazısıymış mənə yazılan,

Yaşadım bu ömrü bilə-bilə mən.

 

Dünyaya gəlişi bir paymış deyin,

Yaşadığı ömür xataymış deyin.

Bu Osman ölüyə bir taymış deyin,

Bəlkə xatırlandım belə-belə mən.


 

 

Adsız şeir

 

Məni hara çəkir bu baş bilmirəm,

Bəlkə də gedişat özü belədir.

Ömrüm bu yollarda şabaş, bilmirəm,

Başımın önündə ayaq kölədir.

 

Məni hara çəkir bu istək, lələm,

Gələnnən gedənə bu yollardayam.

Çox yaman incidir bu ağır şələm,

Özüm də bilmirəm nə hallardayam.

 

Mən hara gedirəm bu qarlı qışda,

Nəyimə lazımdı öz alın tərim.

Elə hey yollarda, hey axtarışda,

Hanı qazandığım, itirdiklərim?

 

Dərəsi dərindi, yoxuşu çətin,

Hələ bu yolların düzü hesabsız.

Başı qarışıqdı hələ millətin,

Arşını hesabsız, bezi hesabsız.

 

Hələ yol gedirəm özümə doğru,

Mən özüm özümə axtarışdayam.

Hələ səmt gəzirəm izimə doğru,

Hələ bu yollarda uşaq yaşdayam.

 

 

Mən hara gedirəm, atam balası?

Baxıb addayıram yamacı-yalı.

Deyən yoxdu "Ay Allahın dəlisi!"

Haraya gedirsən başı havalı?

 

Başımı götürüb gedirəm elə,

Ya bir yer gəzirəm kölgələnməyə...

Onsuz da bu ömrü vermişəm selə,

Mən hazır deyiləm ölkələnməyə.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Varmış

 

Kimlər gəldi, kimlər getdi dünyadan,

Nə qədər gedəsi, gələsi varmış.

Nə qədər boşalıb, nə qədər dolub,

Nə qədər yarımçıq şələsi varmış.

 

Gəldi- gedəriymiş hökmü-zamanlar,

Ağır padışahlar, şahlar-xaqanlar.

O dağı- bu dağı bölən fərmanlar,

Nə qədər eləsi-beləsi varmış.

 

Oyun- oyuncaqmış ağalar- qullar,

Əllərin kiriymiş paralar, pullar.

Nə qədər yazılmış qəlbi yoxsullar,

Nə qədər nəfsinin köləsi varmış.

 

Zamanın fitnəsi-feli quruldu,

Nanəcib dünyanı yordu-yorurdu.

Haqqın-həqiqətin beli qırıldı,

Taleyin nə qədər çiləsi varmış.

 

Bu aləmi bir- birinə vuranlar,

Kənardan boylanıb gendə duranlar.

Ey halal dünyaya tələ quranlar,

Haramın çox ağır tələsi varmış.

 

 

Bu məhvər qaranlıq, bu yollar uzun,

Yozun, yuxunuzu xeyirə yozun.

Haqqa tüfəng atan hər dələduzun,

Özünə tuşlanan lüləsi varmış.

 

Dövran yola verdi Dərviş Osmanı,

Uydu boş aləmə, qoy çıxsın canı.

Tanıya bilmədi qoca dünyanı,

Yerlərin- göylərin lələsi varmış.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sevgi

 

Nə şaha baş əyər, nə də sultana,

Tanrının əl üstə əlidi sevgi.

O elə təbibdi- loğmandı canı,

Əsil ömrün gəlhagəlidi sevgi.

 

Baharda, payızda, ya qışda gələr,

Boranda, tufanda, yağışda gələr.

İstəsə əllidə, altmışda gələr,

Bir ömrün yaşılı-alıdı sevgi.

 

Könül yiyəsinin başında tacı,

Min bir dərdin bir ömürlük əlacı.

Padışah eyləyər ona möhtacı,

Bütün sərvətlərin ləlidi sevgi.

 

Gələr, ömrü- günü döndərər yaza,

Ağrıyı, acıya verər güdaza.

Züleyxa çöyrülər bir gözəl qıza,

Yusifə peyğəmbər yoludu sevgi.

 

Bir yanar od olar, yandırar yaxar,

Al qana çöyrülər damarda axar.

Kimdə var tüstüsü təpədən çıxar,

Pətəkdə beçənin balıdı sevgi.

 

 

 

Uğrunda can verən canan qazanar,

Canan qazananlar iman qazanar.

Kim eşqə qurbansa cahan qazanar,

Can ilə cananın quludu sevgi.

 

Muraz istəyənə verər murazı,

Onun müjdəsidi Haqqın nitazı.

Ay Osman, alnına yazılan yazı

Adəmnən, Həvvadan uludu sevgi.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bəstəkar qardaşıma  məktub

 

Mən qaraqayışam, bəstəçi qardaş,

Mənim öküzlərim diz verir yerə,

Mənim əllərimlə parçalanır daş,

Mənim laylam üstə gülür dağ-dərə.

 

Mənim kotanlarım dərinə işlər,

Qaya parçalayır, dağ yarıram mən.

Səpdiyim toxumu olur ki, bir-bir,

Alnımın təriylə suvarıram mən.

 

Mən xırman yeriyəm, tarixi uzun,

Alnında zamanlar cığırlanıbdır.

Mən bir həqiqətəm, doğruya yozun,

Sinəmdə milyon il vəl fırlanıbdır.

 

Fəryad ocağıyam, nə dərin dərdi,

Min ilin fəryadı bitər sinəmdə.

Bəlkə neçə milyon bəşərin dərdi,

Yaranar sinəmdə, itər sinəmdə.

 

Yetişmiş zəmiyəm- ulu bir zəmi,

Dən-dən sünbülümü biçənim haray.

Arzum bir ümmandır, ürəyim gəmi,

Təşnə bir dənizəm, köçənim haray.

 

 

Açılmış süfrəyəm, neməti bol-bol,

Günəşin nurunda, yaz havasında.

Məndən sənə doğru işıqlı bir yol,
Borçalı kökündə, saz havasında.

 

Mən bir dəyirmanam, dəhnəsi bol-bol,

Daşdarım hərrənir, novatı gözlə.

Ələyim ələnir, bir az ağır ol,

Urvan ucuz olar, urvatı gözlə.

 

Yerdə göy bulağam, göydə buludam,

Bir anın içində ümmana dönnəm.

Bir ulu çinaram, addı palıdam,

Kölgəmə sığınsan saz kimi dinnəm.

 

O başdan yuxuna haram qat bir gün,

Çıx yola, uğurlu bir səfər olsun.

Hardasa uman var, ora çat bir gün,

Bu səfər ömrünə qoy zəfər olsun.

 

Səni gözləyirəm, bəstəçi qardaş,

Bir "cəngi" üstündə üstələ məni.

Səni səsləyirəm, bəstəçi qardaş,

Gəl, hazır mahnıyam, bəstələ məni.


 

 

Görmüşəm

 

Çox keçmişəm kələ-kötür yolları,

Dalğa-dalğa qəfil gələn selləri.

Öylər yıxan haça ilan dilləri,

Ağızlarda zəhrimarı görmüşəm.

 

Zaman- zaman kündələndim, əzildim,

Tel-tel oldum-qıldan incə nəzildim.

Haq yeridim, nahaqlara yozuldum,

Baharımda boran-qarı görmüşəm.

 

Çox cılızlar kəmənd atdı kölgəmə,

Səhralarda tor qurdular "mülkümə",

Tanrıdan pay-ağılıma, bilgimə,

Çamur atan qəlbi koru görmüşəm.

 

Bir dən oldum, torpaqlara əkildim,

Dirigözlü yüz yol dara çəkildim.

İlmə-ilmə ürəyimnən söküldüm,

Həqiqətə sitəmkarı görmüşəm.

 

Doğruları qoymamışam darda mən,

Əyriləri çox salmışam dərdə mən.

Bu canımı qurban dedim Yurda mən,

Sinəmdə alışan narı görmüşəm.

 

 

Bir palıdam, köküm üstə ucaldım,

Borçalımın rişəsinnən güc aldım.

Dərviş oldum, ömür sürdüm, qocaldım,
Çünki haqdan ixtiyarı görmüşəm.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Haqq nurusan

 

Şeir yolu-sevda yolu,

Sehrlənmiş sağı-solu.

Yaranandan oldun qulu,

Bu yollarda yoruldunmu?!

 

Naşı səyyad bir ox atdı,

Sandı ki, mətləbə çatdı.

Söz sana Haqdan baratdı,

Qəlbi dardan qırıldınmı?!

 

Artıq yetər bu göz yaşı,

Bulud gəlməz günə qarşı.

Başındadı “şahlıq quşu”,

Öz baxtına sarıldınmı?!

 

Sən ki sözün köləsisən,

Sən bu yolda “öləsisən”.

Neynək, sən də beləsisən,

Hər öldükcə dirildinmi?!

 

Qiymət, vallah, Haqq nurusan,

Duyanların qürurusan.

Durulardan çox durusan,

De, bir az duruldunmu?!

 

 

Dünya, qulağını bəri tut görüm

 

Dünya, qulağını bəri tut görüm,

Bir az pıçıldayım dağdan, arandan.

A sirr dağarcığı, sənə sirr verim,

Heç halı döyülsən bu yağan qardan.

 

Heç halı döyülsən bu yağan qardan,

Günün günortası mürgü döyürsən.

Günün günortası ayaq üstəcə,

Fırrana- fırrana inildəyirsən.

 

Günün günortası layla vaxtı döy,

Günün günortası beşiyə sığmaz.

Sən elə girifsən fil qulağına,

Özün məst olufsan yuxularına.

Bu cığır böyüyüb ağ yola çıxmaz.

 

Sən mənim başımı yastığa qoyma,

Bu fil qulağında, röya içində.

Bu ayı yuxusu lazım döy mana.

Ağlımı, huşumu yastığa qoyma.

Bu boyda- buxunda, lap bu biçimdə,

Əgər yalan desəm çağır, söy mana,

Əvəzində apar yuxularımı.

 

 

 

 

Axı, bu yatmaqda sən nə tapıbsan,

Çıxdı axırına içindəki qurd,

Sən hayıf elədin özünü, Vallah,

Sən mayıf elədin özünü, Vallah.

 

Nə yolun bəllidi, nə izin bəlli,

Nə əzəlin bəlli, nə də axırın.

Sən elə yuxuda irəli getdin,

Sən elə yuxuda aldın təsəlli.

Beləcə "açıldı" baxtın, yığvalın,

Beləcə-beləcə çıxdı naxırın.

 

Sən yelkənsiz gəmi, sən yüyənsiz at,

Sənin qazancından mən pay ummaram.

Sənin qazandığın ağıya dönsün,

Dönüb oyuncağa bu boyda həyat,

Ayaq üzəngidən sallana qalıb.

 

Özümün dərdimi çəkə bilmirəm,

Dərdini yükləmə belimə mənim.

Çoxdan dolaşdırdın öz kələfini,

İndi də çıxıbsan yoluma mənim.

Dartıb aparırsan bə hara dünya?!

Sən çoxdan olufsan başı qaxışdı,

Sən çoxdan şabaşsan ellər içində,

Sən çoxdan olubsan şadara dünya.

 

 

Bu dünyada ən çox istədiyim adama

 

Haqdan gələn ulu nemət,

Ya Qüdrətdən payımsanmı?

 Bu bir tale, bu da bir qismət,

Yoxsa haqqı-sayımsanmı?

 

Canımda ruh, ağzımda dil,

Duyan ürək, sevən könül.

Gülşənimdə şeyda bülbül,

Sazımda laylayımsanmı?

 

Can atəşim, ya göz yaşım,

Bəlkə ağlım, bəlkə huşum?

Bəlkə bacım, ya qardaşım,

Əmimsənmi, dayımsanmı?

 

Səmalardan endin gəldin,

Ulduz kimi yandın gəldin.

Murazıma döndün gəldin,

Yoxsa göydə göyümsənmi?

 

Halal haqqım öz qiymətim,

Doğru çəkim, düz qiymətim.

Üz urvatım, söz qiymətim,

Əlifimsən, beyimsənmi?

 

Güllərimi açdıranım,

Ətirimi saçdıranım.

Damarımda qaynar qanım,

Yazımsanmı, yayımsanmı?

 

Mən səndəyəm-sən məndəsən,

Nə gündəyəm, o gündəsən,

Sən mən adda bir bəndəsən?

Yoxsa ekiz tayımsanmı?

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Müxəmməs

 

Gəl səninlə seyrə çıxaq,

Gül açan bağları gülüm.

Gül dərək-çələng hörək,

Tac qoyaq ağları gülüm.

Məətəl qalsın-həsəd qılsın,

Ağacların barı gülüm.

Əllə sayaq-qoşa qoyaq,

Qoynundakı narı  gülüm.

Qoy silinsin-aləm bilsim,

Könlümün qubarı gülüm.

 

Ver bir izin-eşqimizin,

Həsəd çəkək özünə biz.

Olaq mətin-həqiqətin

Doğru baxaq üzünə biz.

Məclis quraq-dodaq vuraq,

Bulaqların gözünə biz.

İlham alaq-saz da çalaq,

Telləriyin nazına biz.

Tez ol gedək-rüsvay edək,

Eşqə sitəmkarı, gülüm.

 

 

 

 

 

Mən qanıram-inanıram,

Aləm bundan şad olajax.

Əllərini-tellərini,

Oxşamaq azad olajax.

Hələ öndə-toy düyündə,

Min cür ləzzət-dad olajax.

Ləbləriyin dərmanınnan,

Osmana imdad olajax.

Öz yarınla-ilqarınla,

Görüm qoşa qarı, gülüm.

Görüm qoşa qarı, gülüm.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sizə

(aşıq Nargilənin dilindən)

 

Əgər məndən soruşsanız,

Haqdan gəlir izim sizə.

Qələm alım kəlmə-kəlmə,

Tariximi yazım sizə.

 

Əslim-soyum bu ellidi,

Qüruruma təsəllidi,

Ta əzəldən ki, bəllidi,

Çoxum sizə, azım sizə.

 

Söz mülkünün bəhrə-barı,

Ustadların yadigarı,

Dastanları, nağılları,

Düzüm-düzüm düzüm sizə.

 

Bu qəlbimin haqq səsiyəm,

Bir laylanın bəstəsiyəm,

Burla Xatun nəvəsiyəm,

Nişan verim özüm sizə.

 

Nargiləyəm meydanlarda

Haqqim məni qoymaz darda.

Turan adlı bir km diyarda,

Boy boylayar sazim sizə.

Rəsuloğlu

 

Mən tarixi zaman-zaman özləmişəm,

Enişləri-yoxuşları izləmişəm.

Sözlərimin urvatını gözləmişəm,

Görmüşəm ki, bir hikmətdi Rəsuloğlu.

Bu günümdən sabahıma nur kimidi,

 

Bayraq olan, meydan alan sur kimidi,

Baş əyilən, diz çökülən pir kimidi,

Danılmayan həqiqətdi Rəsuloğlu.

Həqiqətin açarıdı ta əzəldən,

 

Yalanları qılınc kimi böləndi tən,

Yağıların gözlərinə bir duman-çən,

Ülviliyə ülviyyətdi Rəsuloğlu.

Ağır-batman havacatdı - ozandı o,

 

Dastanları xeyirliyə yozandı o,

Öz nurunu zərrə-zərrə qazandı o,

Dinən sazda şeriyyətdi Rəsuloğlu.

Axtarmışam sirri-sehri mən dərinə,

 

Güvənmişəm həm dürrünə, həm zərinə,

Söykənmişəm dağdan ağır ləngərinə,

Haqq göndərən bir qüdrətdi Rəsuloğlu.

Adı-sanı tarixlərdə qalasıdı,

 

 

Ulu Yurdun bir alınmaz qalasıdı, ,

Borçalıdı - Qarayazı balasıdı,

Öz Yurduna şan-şöhrətdi Rəsuloğlu.

Mən əzəldən haqqı duyan bir Dərvişəm,

 

Ləyaqətə qadir olan çox görmüşəm.

Bu idrakı Allah ona göndərdi cəm,

Dədəlikdə ləyaqətdi Rəsuloğlu,

Danılmayan həqiqətdi Rəsuloğlu!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

İlk kitabım

 

Sənnən incimişəm, ay ilk kitabım,

Sənnən gileyliyəm başdan-binadan.

Sənnən incimişəm inan Allaha,

Necə ki, küsmüşəm əzəl dünyadan.

 

Saçıma qar yağdı sənin yolunda,

Alnımın qırışı pillə-pillədi.

Onsuz da zamanın ittihamları,

Üzümdə od saçan qəfil şillədi.

Gözümü yoluna dikdiyim illər,

İntizar notunu çaldı, nə çaldı.

Dəyirman daşıtək ağır fəsillər,

Üyütdü ruhumu yurd yeri qaldı.

Sığınıb açılan qanadlarına,

Dedim ucalaram ulduza, aya,

Murazım gözümdə qaldı, a qardaş,

Şikəst balam kimi gəldi dünyaya.

Gəldin, qolu qırıq, baldırı əyri,

Gəldin, gözlərində bir qara pərdə,

Kaş gəlməyəydin...

Gəldin dərd donunda, dərd əhli dərdə,

İndi şərməndəyəm bu qırx yaşında,

İrəlim sərt qaya, arxam sıldırım,

Özüm boğuluram bu göz yaşımda,

 

Təzədən səsimi hara qaldırım?..

Təzədən mən səni hara qaldırım?

Təzədən mən səni hara öldürüm?

Hanı qaladığım ocaq istisi?

Hanı bu ocağın alovu, odu?

Hanı Borçalı tək adın istisi?

Hanı qucağının öz tamı, dadı.

Səndən incimişəm ay ilk övladım,

Mən səni bu təhər doğmadım axı.

Bir soran olmadı atam balası?

Günahsız körpənin nəydi günahı?

Ocağı keçirmək günahdı axı.

Bə belə demədin a yağlı dillər,

Bə sən bilmədinmi çıxanda paxır,

Ortada qalajax qalayçı əllər.

Onsuz da dünyanın axırı çıxıb,

Bu yazıq ömrümə neyləyim, Allah!

Vallah, qızılın da paxırı çıxıb,

Hər şeyin sonunda "Allaha pənah",

Mən sənə zil kökdə sazım demişdim,

Çiçəyi çıttayan arzum demişdim.

Demişdim, demişdim balam olarsan,

Dayağım olarsan, qalam olarsan.

Bir sana gələrdi axır gümanım,

Bağbansız bağ kimi nə tez talandın.

Sən elə yandın ki, yandı imanım,

Sən od qalamadın, oda qaladın.

 

Səni şir gözündə istədim,

Bu ülvi dünyada beləydi arzu.

Eşqinə yüz çələng hörmək istədim,

Sən gəldin dünyaya bir yetim quzum,

Mən indi ayıldım sanki yuxudan,

Mən indi ayıldım- çoxdan qorxudan.

Haqqı Haq görənin əli titrəməz,

Haqqı Haq görənin atı büdrəməz.

Bə niyə uladı itin a qardaş,

Bə niyə büdrədi atın a qardaş.

Bə niyə dördnala çapa bilmədin,

Bə niyə yolunu tapa bilmədin?

Bəlkə yolun sənin bax elə budu.

Mən bir bar ağacı, sən meyvə qurdu...

İndi həqiqətin işığı yanıb,

Aynadan görünür hər qurulan top.

Sənin əllərinlə bir ocaq sönüb,

Salam ay eloğlu, salam eloğlu!

 

 

 

 

 

 

 

 

 

 

Sazım

 

Bir din yenə qurban olum,

Səsin mənə yar, ay sazım.

Tellərinin hər birində,

El hikməti var, ay sazım.

 

Kərəm mənəm, Əsli sənsən,

Bülbüldən xoş səslim sənsən.

Köküm sənsən, əslim sənsən,

Sənsiz dünyam xar, ay sazım.

 

Sənətimin əzəl yaşı,

Səni diyan olmaz naşı.

Misri qılıncın qardaşı,

Nərə sazım, haray sazım.

 

Bir igidsən, ər oğlusan,

Dədələrin nər oğlusan,

Misri, Cəngi, Koroğlusan,

Ayvazı qurtar, ay sazım.

 

Osman səni öyməz hədər,

Şöhrərinə yaddı kədər

Yaşadacaq tarix qədər,

Əsl sənətkarı, ay sazım.

 

Bu həsrət

 

Bu həsrətim heç həsrətə bənzəməz,

Bu ayrılıq məndən deyil, əzizim.

Özü dərdə dözməyənlər "döz" deməz,

Əsən yelə hanı məndə o dözüm.

 

Arzularım karvan- karvan düzülüb,

Tale verib qanad mənə, qol mənə.

Diləklərim zirvə-zirvə yazılıb,

Hara getsəm uğurumdu yol mənə.

 

Bu ayrılıq məndən deyil, ay gülüm,

Məndən olsa uça-uça gələrəm.

Bu ayrılıq məndən olsa nə bilim,

Sizdən ötrü ahu kimi mələrəm.

 

Bu alın yazısı bəlkə də doğru,

Ümidə, diləyə yazılan istə.

Ürəyin arzusu bəlkə də doğru,

Sən öz Allahından yazılan istə.

 

Xəstəxana- son mənzilin vağzalı,

Gəlsə, qatar öz yükünü aparar.

Yaman "məzəlidi" bu ömür yolu,

Bəzən tufan dəyməz, bir meh qoparar.

 

 

Bu dərd məni tuta bilməz bilirəm,

Uzun çəkməz "sovuşaram", əzizim.

Elə bu gün qanad açıb gələrəm,

Bu gün sizə qovuşaram, əzizim.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sən də qalma...

(Vurğun Əyyubun vəfatından sarsıldığımda...

üzümü Əli Şamilə tutdum)

 

Həqiqətin dili laldı,

Bu nə baxtdı, nə yığvaldı?

Bu dünya bir qeylü-qaldı, –

Sən də qalma, var get, Əli!

 

Ömrün boran-qar olacaq,

Dərdin elə car olacaq.

Dünya sənə dar olacaq, –

Sən də qalma, var get, Əli!

 

Umub-küsmə bu millətə,

Qiymət yoxdu həqiqətə.

Qurdla qalma qiyamətə, –

Sən də qalma, var get, Əli!

 

Yol uzundu, mənzil uzaq,

Hər addımda çəpər-tuzaq.

Dünya özü bir yalquzaq, –

Sən də qalma, var get, Əli!

 


 

 

Neçə qəlbi qırğın getdi,

Neçə ömrü yorğun getdi.

Neçə-neçə Vurğun getdi, –

Sən də qalma, var get, Əli!

 

Yol al yolun ağırına,

İz sal Haqqın cığırına.

Elçibəylər uğuruna –

Sən də qalma, var get, Əli!

Bu dünyada kimlər qaldı? –

Sən də qalma, var get, Əli!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ona

Bir gözələ məhəbbətim dəryadır,

Yaman baxır bəzən yaman göz ona.

Nə qədər mən varam, qoyarammı heç,

Deyilsin könülsüz bircə söz ona.

 

Zərif desən, zəriflərdən zərifdi,

Xaliq ona hüsnü-camal veribdi.

Tellərini sətir-sətir hörübdü,

Şirmayıdan çəkilibdir üz ona.

 

Mən vurğunam bir nəğməkar sənəmə,

Özgə deyil, dost-doğmadır anama.

Qədəm basıb hər çıxanda sinəmə,

Səcdə qılıb mən çökərəm diz ona.

 

Barmağımla sinəsini əllərəm,

Tellərinin dənəsini əllərəm.

Fəryad edər, "haradasan xan Kərəm?"

Kim söyləməz etibarda düz ona.

 

Tək mənim yox, o xalqının yarıdı,

Ellər onun məclisilə yarıdı.

Dədəmiz Qorqudun yadigarıdı,

Deyirlər sədəfli, telli saz ona.

 

 

Lalələr

Göydən yenə qövsi-qüzeh sallanıb,

Yanağınız, dodağınız allanıb.

Naz-qəmzəniz şəkərlənib, ballanıb,

Tanrıdan gözəllik əmən lalələr,

Ay çiçək lalələr, çəmən lalələr.

 

Ulduz ol göylərdən en sinəsinə,

Bu Dədə Yurdumun gen sinəsinə.

Gəlməsin qoy boran, çən sinəsinə,

Ay qızıl lalələr, qızıl lalələr,

Yoluma, izimə düzüm lalələr.

Qoynunuza binə-binə gələrəm,

Alışaram yana-yana gələrəm.

Harda olsam dönüb yenə gələrəm,

Eyləyərəm bir tamaşa lalələr,

Gül ömrünü vurun başa lalələr.

 

Siz arzum, niyyətim, xəyalımsınız,

Siz qızdan-gəlinnən həyalımsınız.

Ayağı yurduma sayalımsınız.

Ay naz baxışları xumar lalələr,

El sizdən sədaqət umar lalələr.

 

 

 

 

Mənə alışmadı yaxınım, yadım,

Mən bütöv alışdım, yarı yanmadım,

Ömrümnən-günümnən yarıyammadım,

Siz olun atəşim-qorum lalələr,

Sevgilim lalələr, yarım lalələr.

 

Bir şirin muraza yetirin məni,

Ölsəm çiyninizdə götürün məni.

Siz öz içinizdə itirin məni,

Başım dizinizdə yatam lalələr,

Oyannam, siz olun butam lalələr.

Dərviş Osman göylər kimi dolubdu,

Qəm dağında ağır binə salıbdı.

Qoynunuza bir niyaza gəlibdi,

Borçalı sazını çalın lalələr,

Siz burda əbədi qalın lalələr.

 

 

 

 

 

 

 

 

 

 

Azaflı

Haqqın bizə göndərdiyi

Bir suruydu,

Qeyrətiydi, heyrətiydi,
Qüruruydu.

Baş əymədi yağılara,
Fitnə-felə bir ömür,

Anasınnan olan günnən

Məğruruydu Azaflı.

 

Dədəm Qorqud libasında

Ozan oldu bir ömür.

Bu millətin dərdlərini

Yazan oldu bir ömür,

Cürə sazı haqqa doğru

Gedən yoldu bir ömür,

Hər coşanda dəryalardan

Çox nuruydu Azaflı.

 

O taya da, bu taya da,

Zaman-zaman can dedi.

Şəhriyarın laylasına

Canını qurban dedi.

Özü yandı, Kərəm kimi,

Ay millət, oyan dedi.

Azərbaycan, Azərbaycan,
Azərbaycan dedi,

Getdi haqqın dərgahına

Bir suruydu Azaflı.

Yadıma anamın laylası düşüb

 

Çox daddım dünyanın hər nemətindən,

O mehrin tamını görməmişəm mən.

Desələr de nədi səni göynədən?

Yadıma anamın laylası düşüb.

 

Şirinindən şirinim, şərbətim olan,

Mehri məhəbbətim, ülfətim olan.

Haqqın həddiyəsi-sərvətim olan,

Yadıma anamın laylası düşüb.

 

Necə müqqədəsdir, necə də ulu,

Bir ömür yaşadım, mən oldum qulu.

O qapıdan keçən cənnətin yolu,

Yadıma anamın laylası düşüb.

 

O layla başıma söz tacı qoydu,

Səsimi ellərdən ellərə yaydı.

Dinləyin siz məni amandı, hoydu,

Yadıma anamın laylası düşüb.

 

Dərviş Osman, hər laylaya uymadım,

Özgə bir səs, özgə nəfəs duymadım.

Öz anamın laylasından doymadım,

Yadıma anamın laylası düşüb.

Fevral 2020- ci il

 

 

DƏRVİŞ OSMAN ƏHMƏDOĞLU

ŞAİRLƏRİN SÖZÜNDƏ…



 

“Seyid Nigari Türbəsi” kitabından

(Cındır Osmana həsr olunmuş Vfəsildən bir parça)

 

Osman qağa, görüşdüm mən

şair nəvən

Osman ilə.

Bir qibləyə namaz qılır,

gördüm bu can

o can ilə.

Qızılı yox, gördüm qızıl

sözləri var.

Səndən, məndən

xəbəri var.

Sinəsində açılmamış

dəftəri var.

"Keçdi İncə dərəsindən,

neçə ovçu bərəsindən.

Gah atlıydı, gah piyada,

o qayada bu qayada

çimir aldı mənim babam

kəklik kimi.

Yandı çirtdaya-çırtdaya

çöllərdə

üzərlik kimi.

Keçdi bəzən ayaqyalın...

Təki ona deməsinlər

Cındır, nədir apardığın?"

 

Şair nəvən ələklədi,

vələklədi

o illəri.

Zaman yazan, şahlar pozan

fəsilləri.

Amma şair, tarixin

mədəsi dardı,

bu gün - gələn sabahlara

yadigardı.

Mən görmüşəm,

dövran keçir,

bir an gəlir,

o yoldan ki, Osman keçib,

sonra yenə

Osman gəlir...

 

Nəriman Həsənzadə

 

 


 

 

Dərvişim

(Dərviş Osmanın adına bağladım)

 

Naxışı əlvan boyalı,

Nütfədən halal mayalı.

Hər qədəmi xoş sayalı,

Ayağı yüngül Dərvişim!

 

Bağbandır barın içində

Eşq adlı varın içində.

Bir çəmənzarın içində,

Ətir saçan gül Dərvişim!

 

Haqdır o iş-məhəl qoysa,

Tez ucalar-təməl qoysa!

Nəyin üstünə əl qoysa,

Qalmaz bir müşkül, Dərvişim!

 

Heç vaxt çəkməz düzü tərsə,

Sözü bütövdür-söz versə,

Harda bir haqsızlıq görsə,

Yanıb olar kül Dərvişim!

 

Yolu, Hacı Əfəndi yolu,

Bir dinin, məsləkin qulu.

İnamı, inancı ulu,

Fədai könül Dərvişim!

 

Əhdə sidq ilə düz olan,

And yeri çörək-duz olan,

Bərəkəti sonsuz olan,

Dən dolu sünbül Dərvişim!

Hacan Hacısoy

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dərviş Osman

 

Qoy həmişə ucalardan

Səsin gəlsin, Dərviş Osman.

Səndəki bu sədaqəti

Aləm görsün, Dərviş Osman.

 

Qoca dünya yaman yorğun,

Xəyallarım yaman dalğın,

Xain, xəbis oğrun-oğrun

Yola baxsın, Dərviş Osman.

 

Şadlıq olsun elimizdə,

El bir olsun qəmimizdə,

Tərtəmizdir genimiz də,

Hamı bilsin, Dərviş Osman.

 

Könlüm keçir Kosalıdan,

Doğma diyar Borçalıdan.

Elat köçü el-obadan,

Dağa çıxsın, Dərviş Osman.

 

Sıra-sıra binələri,

İlxıları, sürüləri,

Armudludan elat seli

Dağdan ensin, Dərviş Osman.

 

Zəlimxandı sənə qardaş,

Ulu yolda sənlə sirdaş,

Zəfərlərdən gözündə yaş,

Üzün gülsün, Dərviş Osman.

 

Zəlimxan Məmmədli

Bakı, 20 mart 2018

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Osman olub

 

A Borcalım, din-imanım

Doğrumu?

Deyirlər qoynunda göy duman olub.

Köç edib dünyadan Dərviş Osmanın,

Nə loğman tapılıb, nə dərman olub.

Kosalı Aslanın,

Kamandar xanın,

Hanı, bəy Saraşdın, Əmrah Sultanın,

Məhəmməd, Əhmədin Nürəddin canın.

Ayrılığın üzü nə yaman olub.

Hicran kəsmir, aylar-illər arası,

Sağalmayıb, Zəlimxanın yarası,

Dağlar Butasının Məmməd balası,

Möhür bənd olmamış, of fərman olub

İndidə köc edən bəy Osman olub.

 

Səadət Buta

 

 

 

 

 

 

 

 

Dərvişim

("Anamın laylası düşüb yadıma" - deyib də, köç edən, Dərviş Osman Əhmədoğlunun əziz xatirəsinə...)

Ana laylasına, Tanrı eşqinə,

Yol alıb, havalı uçan Dərvişim!

Şəhadət şərbətin içib eşq ilə,

Üfüqdən o yana, köçən Dərvişim!

 

Ayrılıq araya nə saldı? - bildin!

Yazın bu xoş günü, nəhs oldu, bildin!

Sənsizlik çox ağır dərs oldu, bildin!

Bilmədin nə çəkdi, "çəkən", Dərvişim?!

 

Gələndə karvanla, köç ilə gəldin,

Gəldin, Haqq - batildən seçilə, gəldin!

Gedirsən, yol eylə köçkünə gəlsin,

Oldumu bu taydan keçən, Dərvişim?!

 

O yanda sən varsan, bu yanda yoxluq,

Sən Kəfən geymisən, yanında yoxuq!

Belə "var" olmaqdan, yaxşıdı yoxluq,

Qəlblərdən, ruhlara köçən Dərvişim!

 

Vətəndən, vətənə yolum bağlıdır,

Allaha əl açam.., qolum bağlıdır...

Ölümə nə var ki, "olum" - ağrıdır,

Qəribəm, tənhayam, təkəm, Dərvişim!

Etibar Qərib

 

Dədə yolu

(Biz itir­mə­dik, ək­si­nə, qa­zan­dıq! Dü­nən Qa­zax tor­pa­ğı bö­yükşai­ri­miz Os­man Sa­rı­vəl­li­ni qa­zan­mış­dı, bu gün Ulu Bor­ça­lıDər­viş Os­ma­nı qa­zan­dı!!! Os­man abi ru­hun şad ol­sun!)

 

Dərviş Osman bu yol dədə yoludu,

Sən yollardan, yollar səndən doymadı.

Sənin kimi qos-qocaman bir dərviş,

Yolumuzu ot basmağa qoymadı!

 

Daş-kəsəkli yollar səni yormadı,

Əyriqarı aşıb keçdin boranda.

Göybulağın suyu sənə güc verdi,

Yoxuş sənnən əhvalını soranda.

 

Oba-oba, oymaq-oymaq gəzərək,

Yaxşılıq toxumu əkən dərvişim.

Eldən-elə xoş müjdələr yetirib,

Yurd dərdini özü çəkən dərvişim.

 

Dərviş gözü yuxu görməz gecələr,

Bənd-bərəni özün yoxla amandı.

Borçalı tək əmanətim səndədi,

Əmanəti möhkəm saxla amandı.

 

Haqq yolunda can sarayın əritdin,

Haqq kəlamın sən yetirdin ellərə.

Vəli deyir sən bir canlı tarixsən,

Adın düşüb dastanlara, dillərə!

 

Vəli Qaraçaylı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Demirsənmi, cijim harada qaldı?

 

(- Uzun müddət görməyib, həsrətini çəkdiyim, ilk gündən mənə ciji deyə müraciət edən şair oğlum Dərviş Osmana)

 

Mənə ciji dedin noğula döndün,

Mənə ciji dedin oğula döndün,

Sonra əfsanəyə, nağıla döndün.

Mənə məhəbbətin niyə azaldı,

Demirsənmi, cijim harada qaldı?

 

Bizim Borçalıda tayın yox, birsən,

Vergili bəndəsən, açılmaz sirsən.

Şeir meydanında yarışa girsən,

Çoxunun ilhamı tutular... laldı,

Demirsənmi, cijim harada qaldı?

 

Dəliqanlı könlüm bir az havalı,

İçimdə nələr var deyilsən halı.

Nəzərə alsana cavanı, çalı.

Övlad ana üçün şirindi, baldı.

Demirsənmi, cijim harada qaldı?

 

 

 

Ana övladını unutmaz heç vaxt,

Mənə baş çəkməyə sən özün tap vaxt,

Sən də öz vaxtından keç, zaman, keç, vaxt!

Şairə möcüzə-qəribə haldı,

Demirsənmi, cijim harada qaldı?

 

Səni səsləyirəm səsimə səs ver,

Tərpət ilhamımı mənə həvəs ver,

Verrəm, desən mənə ömründən kəs ver.

Ömrümdən payım da sənə halaldı,

Demirsənmi, cijim harda qaldı?

 

Belə soyuq olma mənə qarşı sən,

İstəmərəm dara düşüb sarsı sən,

Bir ürəyin yarsı mənəm, yarsı sən.

Bir də gördün zaman fitini çaldı,

Demirsənmi, cijim harada qaldı?

 

Kimdə görürsən gör təqsiri, suçu,

Sənə bəsləmişəm qaragöz qoçu,

Ürəyimin başı, burnumun ucu,

Göynəyən ömrümdən kəsdin, qısaldı,

Demirsənmi, cijim harada qaldı?

 

 

 

 

 

Mənim şair oğlum, mənim şir balam,

Qoç Koroğlum, Nəbim, Cavanşir balam.

Göydə bir Allahım, yerdə bir balam.

Şair tək tanındı, dağ tək ucaldı,

Demirsənmi, cijim harada qaldı?

 

 Mayqa Mətin yerə- göyə sığışmır,

Yavrum, bilirsənmi niyə sığışmır?

Gözüm yoldan, yol gözümdən sığışmır.

Yolları güdməkdən gözüm saraldı,

Demirsənmi, cijim harada qaldı?

 

Mayqa Mətin

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dünyanın halal adamı

 

Nə gözəl ömür yaşadın,

Dünyanın halal adamı?!

Ürəyinə sevgi saldın, -

Dilləndirib lal adamı.

 

Heyrət dondu baxışlarda,

Əriyərmiş qışda qar da.

Yaz nəfəsi gələn yurda

Vardı... əsli-hal adamı.

 

Fırlandıqca kürə - təkər,

Cazibəsi – maqnit, - çəkər.

Danışığı şirin, şəkər,

Gülüşləri bal adamı.

 

Kimi yeyər bal-kişmişi,

Kimin qana batar dişi.

Var dünyanın yetişmişi,

Var dünyanın kal adamı.

 

Əl-ayağa düşmə, onsuz,

Heç bir ömür deyil sonsuz.

Fələk bir gün qoyar donsuz,

Yıxar qeylü-qal adamı.

 

 

Halal haram yeyə bilməz,

O belədir niyə? – bilməz.

Fırtına da əyə bilməz

Qaya döşlü, sal adamı.

 

Bu dünyanın gəlhagəli,

Xeyrə calar verən əli.

Tanıtdırsın öz əməli,

Tanıtmasın xal adamı.

 

Saf olanda arzu, dilək,

Xoş niyyətlə vurar ürək.

Pirə dönsün insan gərək,

Aldatmasın yal adamı.

 

Qiymət Məhərrəmli

07.02.2008

 

 


 

 

Ay Dərviş Osman

 

Baş alıb gedirsən Türk ellərinə,

Bir azca dayansan, ay Dərviş Osman.

Borçalı- Türkiyə arasında sən,

Bir körpü qoyansan, ay Dərviş Osman.

 

Soraq gətir Karsdan, Yunis Əmrədən,

Qoy gur-gur gurlasın səsin efirdən.

Əsa alıb çarıq geyib dəmirdən,

Al- qana boyansan, ay Dərviş Osman.

 

Gəz, dolan Turanı, şəhərbəşəhər,

Aç, çılpaq qalsan da yaşa bir təhər.

Boynuna bir yun şal dola hər səhər,

Sən sufi, əyansan, ay Dərviş Osman.

 

Dərvişsən, müridsən, sufisən, nəsən,

Hansından olursan ol, sənə əhsən.

Onlardan birini gəl  mənə de, sən,

Sən ki hal duyansan, ay Dərviş Osman.

 

Küt gedən kündəni yenidən yapma,

Türkçülük dərdindən rahatlıq tapma,

Getdiyin düz yoldan əbədi sapma,

Yansan ürəklə yan, ay Dərviş Osman.

 

 

İbrət dərsi götür Dünyamalıdan,

Dağılıb dostları qalıbdı pünhan,

Sən də mənim təki qocalan zaman,

Tək-tənha qalansan, ay Dərviş Osman.

 

Dünyamalı Kərəm

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şairlərin Osmanını itirdik

(Dərviş Osman Əhmədoğluya vida sözü)

 

Bir az da seyrəldi sıramız bu gün,

Şairlərin Osmanını itirdik.

Harda olsa, ocağıydı bir düjün,

Sanki elin imanını itirdik.

 

Hayqırardı Borçalıdan Altaya,

Anam deyib boylanardı hey Aya.

O, keçdikcə Araz çayı o taya,

Heç deməzdik, biz gümanı itirdik.

 

Söhbət bizi al-yaşıllı tutanda,

İrəvana, Zəngəzura çatanda,

Söz gözünə Qarabağı qatanda,

Söyləyərdi, biz simanı itirdik.

 

Bir türküydü, türklüyün simgəsiydi,

Oğuzların, qıpçaqların səsiydi.

Dağ başına bəzək verən sisiydi,

Ulu dağın dumanını itirdik.

 

Osman bəlkə türklüyün mərkəziydi,

Osman bəlkə türklüyün lap özüydü,

Osman türkün deyiləsi sözüydü,

Türk adında bir ümmanı itirdik.

 

 

 

Daş atdılar əyilmədi, sınmadı,

Dan, dedilər, heç özünü danmadı.

Haqdan başqa bircə sözü qanmadı,

İndi görün biz nə anı itirdik.

 

Osman Borçalının dadı-duzuydu,

Yetmişiki yaşlı körpə quzuydu.

Osman bircə sifət, bircə üzüydü,

Məyus oldum, nə imkanı itirdik.

 

Osman bir kəliydi dizləri qanlı,

Osman igidiydi Mete nişanlı.

Osman heykəliydi canlıdan canlı,

Gör nə boyda bir insanı itirdik.

 

Təklənirəm deyən yavaş-yavaş mən,

Getdi Abbas, getdi Osman, Zəlimxan.

Nə vaxtsa dostlara qovuşar bu can,

El söyləyər, biz cahanı itirdik.

 

Niyə əl çəkməyir bu azar bizdən,

Çoxmu köç edəcək hər yazar bizdən?

Tarix çox eşələr, çox qazar bizdən,

Tapdığını verər, tanı, itirdik.

 

 

 

 

 

 

Son vidaya gedənmədi Elbəyi,

Taclı virus kəsib əli, ətəyi.

Novruz günü bir dərvişin ölməyi,

Dedi bizə, imtahanı bitirdik.

 

Elbəyi Cəlaloğlu

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Eylə

 

"Həm Doğuyam, həm Batıyam,

Haqqın halal bir zatıyam.

İnsanlığın urvatıyam,

Həqiqəti bilən Türkəm"-deyən

Dərviş Osman Əhmədoğluna

 

"Dünya durcaq yer deyil", Osman "səfər eylə",

Məni də bu haqq yolda özünlə sirdaş, nəfər eylə.

 

Doğudan Batıya süvar olduğun bu köhlən, bədöv atı,

"Üzünün suyu" qalmamışlara ifçinlə yəhər eylə.

 

"Birinin əppəyi yüzünün" olan kənddə, elatda,

"Çörəyi dizində olanlar" la deyəməm nahar eylə.

 

Varsa hər elin sən kimi ocaq çatan, od qoruyanı,

Sazlar qayıdar öz kökünə, nə qəm, nə qəhər eylə.

 

Aşıq Sakit, Dərviş Osman tək insanlığa urvat yarananlar,

Əskilməsin dünyamızdan, Allaha şükür et, səhər eylə.

 

Aşıq Sakit Köçərli

28 dekabr, 2009-Şəki

 

 

 

 

 

 

Borçalının şair oğlu Osmana

 

Ömür yolu gah ağ olub, gah qara,

Məğrur durub, çəkilsə də min dara.

Hayqıranda, səsi düşüb dağlara.

Oğlum deyib, balam deyib hər ana,

Borçalının şair oğlu Osmana.

 

Eşitmişəm, Savalandan güc alıb,

Sonra özü Savalan tək ucalıb.

El dərdini çəkə - çəkə qocalıb.

Verəcəkdi dəyərini zamana,

Borçalının şair oğlu Osmana.

 

Yaşadı, yaratdı öz dünyasında,

Əhdinin, andının düz dünyasında.

Dəryaya çevrildi söz dünyasında.

Gül atdılar, getdiyi son limana.

Borçalının şair oğlu Osmana.

 

Südabə İrəvanlı

 

 

 

 

 

 

 

 

Şair dostum Dərviş Osmana

 

Öz odun var, özgə oda isinmə,

Öz adın var, öz nəfəsin səsinlə.

Sıldırımlar qarşısında pəsinmə,

İldırımlar qarşısında təkdayan,

Dərviş Osman, Borçalıda bərk dayan!

 

Şair, aşıq adamlar var yanında,

Papaq altda yatanlar var yanında,

Dərs almağa Kamandar var yanında,

Əli özgə ətəklərdən çək, dayan,

Dərviş Osman, Borçalıda bərk dayan!

 

Öz yolundan, öz izindən sapmasan,

Haqqa çatmaq lap asandı, lap asan.

Qəza vurub işdi toxum tapmasan,

Qeyrətini bu torpağa ək dayan,

Dərviş Osman, Borçalıda bərk dayan!

 

Amalınla daşı dəlib çıxmısan,

Nə yerdədi işin bilib çıxmısan,

Ürəyimə yaxşı gəlib çıxmısan,

Köç  külfəti bir az burda tök, dayan,

Dərviş Osman, Borçalıda bərk dayan!

 

 

 

Hansı eşqə vermisən can, görünür,

Üz gözündə haqdan nişan görünür.

Yol Allaha Borçalıdan görünür,

Daim belə ucada ol, pak dayan,

Dərviş Osman,  Borçalıda bərk dayan!

 

 Barat Vüsal

 


 

Gəlir

(Ustad şair, Gürcüstan Aşıqılar Birliyinin sədri

Osman Dərvişin 70 illiyinə)

 

Mərifət insana ruhla verilir,

Xasiyyət söykökdən, nəsildən gəlir.

Hər kəsi öz sözü başa çıxarır,

Başa nə gəlirsə söz, dildən gəlir.

 

Borçalı yurdunun müdrik Osmanı,

Sənsən əsrimizin Dədə ozanı.

Könüllər mülkünün sən ey sultanı,

Nə düzüb-qoşdunsa könüldən gəlir.

 

Yetmişin dizini qatlamısan sən,

Çox mübarək işi qutlamısan sən.

Dörd fəslin dördün də adlamısan sən,

Sözlərin beşinci fəsildən gəlir.

 

İllərin möhürü durur qaşında,

Yenilməz əsgərsən eşq savaşında.

Zəhmətinin ətri var yetmiş yaşında,

Aldığın bu çiçək, bu güldən gəlir.

 

Bilirəm, fərqi yox yaxın, uzağın,

Hər yeri bürüyüb səsin, sorağın.

Mən də elçisiyəm qədim Qazağın,

Bu sözlər bir oba, bir eldən gəlir.

 

Güləmail Murad

 

Ay Osman

(Gözəl şair, yaxın dostum

Dərviş Osman xəstə yatarkən)

 

Qalx bir qoşma de, uzaq düşmüşəm,

Şeirdən, sənətdən genəm, ay Osman.

Dəmirçi körüyü, ocağı kimi,

Gərilsin, qabarsın sinəm, ay Osman.

 

Dayanıb, susubdur oxumur bülbül,

Danış odlu- odlu ötgünən dil- dil,

Sən xırman yerində bir dolu sünbül,

Məndə ki, köyşəndə dənəm, ay Osman.

 

Məni alışdıran sənin odunmu?

Bu dərviş ünvanın, Osman adınmı?

Candarlı Sərxanı tanımadınmı?

Candardan gəlmişəm mənəm, ay Osman.

 

Sərxan Candarlı

15.03.2020

 

 

 

 

 

 

 

 

Bizim Osmandı

 

Gəzən soraxlardan aldım xəbəri,

Eşitdim bir cavan əhli- urfandı,

Borçalı elinin şuxlu ülkəri,

Dedilər bir nəfər sadə insandı,

Dedim bu deyilən bizim Osmandı.

 

Hər dəyqə düşünür, hər anı sayır,

Elin şöhrətini aləmə yayır.

Dedilər ki, əlli yaşlı bir şair,

Halal bəndələrin halına yandı.

Dedim bu deyilən bizim Osmandı.

 

Dünyaya car edən el salamını,

Doğru yola dəvət edən hamını,

Dilinnən qoymayan hax kəlamını,

Getdiyi hax yolu, adil divandı.

 

Bu çarxı gərdişin şahidiyəm mən,

Onun yollarında çox olubdu çən,

Keçmiş ululardan süzülüb gələn,

Ona düşən düz iıqardı, imandı.

Dedim bu deyilən bizim Osmandı.

 

 

 

 

 

 

 

Tarix lövhəsində yaxşı iz qoyan,

Haqqı ədalətdən əsirgəməz can,

Könüllər oxşuyan bu dahi insan,

Sözünün sahibi sədri sultandı,

Dedim bu deyilən bizim Osmandı.

 

Cəmil söhbət açar söz sədasında,

Yaraşığı kefin, qəmin yasında.

Ömür yollarında, el arasında,

Əsiı mənasında, halal vicdandı,

Gördüm doğrudan da bizim Osmandı.

 

Aşıq Cəmil Qaçağanlı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ay Dərviş

 

Neçə ki, canında can var,

Bu elləri gəz, ay Dərviş.

Yollar boyu qar - boran var,

Hər əzaba döz, ay Dərviş.

 

Yoxdur sənin mülkün, malın

Dolanırsan açıqalın.

Yollardasan ayaqyalın,

Qış, ay Dərviş, yaz, ay Dərviş.

 

Anlayanlar öyər səni,

Anlamazlar söyər səni.

Günöydə Gün döyər səni,

Quzeydə ayaz, ay Dərviş.

 

Duman dağa çəksə pərdə,

Ürək istər dözə dərdə.

Sarı bülbül susan yerdə,

Sar edər pərvaz, ay Dərviş.

 

Durma geri səngərindən,

Dağ titrəsin ləngərindən.

Gövhər tapammaz dərindən,

Hər ağlıdayaz, ay Dərviş.

 

 

Önün qaya, dalın qılınc,

Döyüşdəsən yalınqılınc.

Sinən qalxan, qolun qılınc,

Ağ birçəyin saz, ay Dərviş.

 

Daldın dünyanın dərkinə,

Tabla Tanrının ərkinə...

Yorulsan alsın tərkinə,

Ol Xıdır İlyas, ay Dərviş.

 

Könlün dərdə dərdkeşdimi,

Ürəyini dərd deşdimi,

Dərd birdimi, dərd beşdimi?

Qələm götür yaz, ay Dərviş!

 

Rövşən Nəsiboğlu

25 oktyabr  1998 il

 

 

 

 

 

 

 

 

 

 

 

 

Osman Əhmədoğlu

 

Vətəni bilirdi böyük Turanı,

Əzbərdən deyirdi neçə dastanı,

Dədəsi sanırdı Oğuz xaqanı,

Osman Əhmədoğlu- soydaşım mənim.

 

Arana bağlıydı, dağı sevirdi,

Yaşıl çəmənləri bağı sevirdi,

Kürdən, həm Arazdan şeir deyirdi,

Osman Əhmədoğlu- yurddaşım mənim.

 

Tez getdi Allahın o rəhmətinə,

İladiyəm, düşdük yaman çətinə.

Şöhrət- şan gətirdi Türk millətinə,

Osman Əhmədoğlu- sirdaşım mənim.

 

 İladi Öməroğlu

 

 

 

 

 

 

 

 

 

 

 

Dəmlə balabanı balabançı dost

 

Dəmlə balabanı balabançı dost,

Düşmə tavar sazın yedəyinə sən.

Bələ törəmizi, törəməmizi

Bələ balabanın pətəyinə sən.

 

Dəmlə balabanı balabançı dost,

Huylanıb alınma sözümdən mənim.

Diringi aşığı malalamaqnan,

Salırsan sazı da gözümdən mənim.

 

...mən bilən bu dəmli balabanınkı

Üz tutub yaylaqdan aran yerinə,

elə gilə-gilə gümüldəməkdi.

Elə gilə-gilə gömül deməkdi

dərviş könüllərin viran yerinə.

 

Dəmlə balabanı balabançı dost,

Dəmli balabandı, dəmlikdi bu yurd.

Yurdumun dərdinin dəm tutanı ol,

Uğruna qurd çıxan əmlikdi bu yurd!

 

Dəmlə balabanı balabançı dost,

Ta yanıl yedəkdə huy tutdurmağı.

Bir hovur səsini al balabanın,

Halal havasını çal balabanın...

Öyrətmə millətə züy tutdurmağı.

 

 

Dəmlə balabanı balabançı dost...

Züy qara zurnanın zümzüməsidi,

Yastı balabanın şırnağı deyil.

Məni bağışlasın qara zurna da,

Məni bağışlasın, min züy bir dəmin

Kəsilib atılan dırnağı deyil.

 

Dəmlə balabanı balabançı dost...

Dəmli balabandı, dəmlikdi bu yurd.

Yurdumun dərdinin dəm tutanı ol,

Uğruna qurd çıxan əmlikdi bu yurd.

 

Allahverdi Əhmədov

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Osmanların dərvişini itirdik

 

Gecə keçdi, açılmadı səhəri,

Yaman boğdu bizi qəmi, qəhəri.

Kür üstünə bu il gələn baharın

Dodağında gülüşünü itirdik.

 

Nümunəydi, ölçü idi, mizandı,

Dürüst idi, doğru idi, düzəndi,

Könül-könül, ürək- ürək gəzəndi,

Yaradanın əl işini itirdik.

 

Qucaqladı qonağını fərəhlə,

Qarşıladı halal duzla, çörəklə.

Türkçülüyün Borçalıya ürəklə

Osman boyda gəlişini itirdik.

 

Elat- elat böyüyürdü səngəri,

Bir dünyaydı hayqırtısı, ləngəri.

Son gedişdə deyəmmədik:- dön geri!

Duruşunu, yerişini itirdik.

 

Şair idi, sözü gövhər, ləl idi,

Sazda qəmli dinən sarı tel idi,

Ulu ulus idi, ağır el idi,

Dərvişliyin gərdişini itirdik.

 

 

Amalından, məsləkindən közərdi,

Yollarını öz iziylə bəzərdi.

Böyük Turan ellərini gəzərdi,

Osmanların Dərvişini itirdik.

 

Qəzənfər Məsimoğlu

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şair Dərviş Osmana

 

Mən sənə əzəldən baba demişəm,

El, mahal demişəm, oba demişəm,

Borçalı adında düha demişəm.

Sənə kömək olsun böyük yaradan,

Ay Osman Əfəndi, ay Dərviş Osman.

 

İman gördüm əsilində, soyunda,

İnam gördüm Haqq göndərən payında,

Sədaqət var çörəyində, suyunda,

Ay vətən sevdalı mötəbər insan,

Ay Osman Əfəndi, ay Dərviş Osman.

 

Bir kitabsan, dastandır hər varağın,

Bu dünyaya yayılıbdı sorağın,

Görüm daim uca olsun bayrağın,

Sənin halalındı qazandığın şan,

Ay Osman Əfəndi, ay Dərviş Osman.

 

Gur bulaqsan o dağlardan süzülən,

Hər kəlamı qatar-qatar düzülən,

Bir yazısan millətimə yazılan,

Bu vətən naminə daim alış, yan,

Ay Osman Əfəndi, ay Dərviş Osman.

 

 

 

Aqillər dərs aldı sınaqlarından,

Sındı Sınıq körpü qınaqlarından,

Satılıb bölünən torpaqlarından,

Bürüdü səcdəni dağlar tək duman,

Ay Osman Əfəndi, ay Dərviş Osman.

 

Saraldın kölgədə, yandın gündə sən,

Düşmədin kəməndə, fəndə, felə sən,

Baban Osman kimi mömin bəndəsən.

Əzəldən dolaşır ruhunda iman,

Ay Osman Əfəndi, ay Dərviş Osman.

 

Ağ saçların qayğıların gülüdür,

Danışdığın Dədəm Qorqud dilidir,

Karvan-karvan dərd sinənə yeridi.

Səni dağ-dağ etdi bu sönük zaman,

Ay Osman Əfəndi, ay Dərviş Osman.

 

Vətən dedin, var-dövlətə uymadın,

Vüqarını mənsəb üçün əymədin,

Yurd daşısan yurdu yada qıymadın.

Sənə meydan olsun yer, göy, asiman.

Ay Osman Əfəndi, ay Dərviş Osman.

 

 

 

 

Güllü qızın duaçıdır, nur ol sən,

Nə ki, varsan, olduğun tək gur ol sən,

Bax, beləcə qocal görüm pir ol sən.

Ruhunda yaşasın qoy ulu Turan,

Ay Osman Əfəndi, ay Dərviş Osman.

 

Güllü Eldar Tomarlı

19 aprel 2016-cı il


 

DƏRVİŞ OSMAN ƏHMƏDOĞLU HAQQINDA DÜŞÜNCƏLƏR

 

 

* * *

 

Ata­ yur­du­muz Bor­ça­lı'­nın sa­zı, sö­zü və özü, de­ğer­li ka­­na­­at ön­­de­­ri, Tu­­ran sev­­da­­lı­­sı de­­ğer­­li dos­­tu­­muz, ağa­­be­­yi­­miz, der­­vi­­şi­­miz, Os­­man Ah­­me­­doğ­­lu Der­­viş Os­­ma­­nı­­mı­­zı Bor­­ça­­lı Aha­­li­­si, Türk Dün­­ya­­sı, hiç şüp­­he­­siz ki unut­­ma­­ya­­cak, yok­­lu­­ğu her da­­im hiss e­di­­le­­cek­­tir.

 

Atil­­la Bay­­ra­­moğ­­lu,

Türk Arap Med­­ya Der­­ne­­ği

 

* * *

 

Otuz il dost­­luq et­­dim. Hə­­mi­­şə haq­­qı, hə­­qi­­qə­­ti, ger­­çək­­lə­­ri kim­­sə­­dən çə­­kin­­mə­­dən di­­lə gə­­ti­­rib. Xal­­qı üçün ra­­hat­­lı­­ğın­­dan vaz ke­­çib ömür bo­­yu. Dər­­viş Os­­man əsl türk oğ­­lu idi.

 

Azər Sü­­ley­­ma­­nov,

sa­­biq mil­­lət­­və­­ki­­li

 

* * *

 

Dər­viş Os­man Əh­mə­doğ­lu Gür­cüs­tan Aşıq­lar Bir­li­yi­nin səd­ri idi, şa­ir idi, əsl in­san idi, sə­da­qət­li dost idi. Hər kəs­lə öz di­lin­də da­nış­ma­ğı ba­ca­rır­dı. El-oba üçün ca­nın­dan ke­çər­di, "of" de­məz­di. Uzun yol yol­çu­luq­la­rı­mız olub. Onu on­da da­ha ya­xın­dan ta­nı­mı­şam. Ağ­la­yan­da da ürək­dən ağ­la­yar­dı, gü­lən­də də. Qar-qay­na­yar­dı, od ürək­li in­san od par­ça­sıy­dı. San­ki, dün­ya­ya sı­ğış­mır­dı. Elə özü bir dün­yay­dı. On­nan ay­rıl­maq çə­tin ol­du mə­nə. Şe­ir­lə­ri­nin bi­rin­də şa­ir qar­da­şım ya­zır ki:

Bu el­lər Çıl­dır­la bir bə­dən, bir bir can,

Bir saz ha­va­sı­dı da­ma­rın­da qan.

İl­ti­mas ey­lə­yir bu Dər­viş Os­man,

Bir gün Bor­ça­lı­ya gəl Cu­ma gü­nü.

Onun mə­za­rı bir zi­ya­rət­gah ola­caq. Ru­hu şad ol­sun.

 

                                                       Bəh­ram İsa­yev,
Rus­ta­vi, mü­əl­lim

 

* * *

 

"Os­­man Əh­­mə­­doğ­­lu!

Sə­­ni, qə­­dim Bor­­ça­­lı tor­­pa­­ğı­­nın ye­­tir­­mə­­si olan gö­­zəl şa­i­­ri, tə­­əs­­süb­­keş zi­­ya­­lı və pub­­li­­sist, fə­­al ic­­ti­­mai xa­­di­­mi 50 il­­lik yu­­bi­­le­­yi mü­­na­­si­­bə­­ti­­lə sə­­mi­­mi qəlb­­dən təb­­rik edi­­rəm.

Hə­­lə 70-ci il­­lə­­rin baş­­lan­­ğı­­cın­­da dərs de­­di­­yim Məm­­məd Əmin Rə­­sul­­za­­də adı­­na Ba­­kı Döv­­lət Uni­­ver­­si­­te­­ti­­nin fi­­lo­­lo­­gi­­ya fa­­kül­­tə­­si­­nin tə­­lə­­bə­­si ol­­du­­ğum vaxt aşıq po­e­­zi­­ya­­sın­­dan qi­­da­­la­­nan şe­­ir­­lə­­ri­­ni mət­­bu­­at sə­­hi­­fə­­lə­­rin­­də oxu­­muş, kö­­kü­­mü­­zə, ru­­hu­­mu­­za bağ­­lı əsər­­lə­­ri­­ni bə­­yən­­miş­­dim. Hə­­min il­­lər­­də ye­­ni­­dən cü­­cər­­mə­­yə ba­şl­­a­yan mil­­li oya­­nış hə­­rə­­ka­­tın­­da iş­­ti­­rak et­­di­­yi­­ni, mən­­li­­yi­­mi­­zi təb­­liğ edən əsər­­lər­­lə bağ­­lı mə­­nim "Gü­­lüs­­tan" po­e­­ma­­mın ya­­yıl­­ma­­sı yo­­lun­­da ça­­lış­­dı­­ğı­­nı son­­ra­­dan bil­­dim. Bü­­tün bun­­lar do­­ğul­­du­­ğun Bor­­ça­­lı tor­­pa­­ğı­­nın - qə­­dim Türk yur­­du­­nun sə­­nə bəxş et­­di­­yi qan yad­­da­­şı­­dır.

İn­­di Gür­­cüs­­tan­­da ya­­şa­­yan soy­­daş­­la­­rı­­mız ara­­sın­­da bö­­yük nü­­fuz sa­­hi­­bi­­sən. Bu nü­­fu­­zu şe­­ir­­lə­­rin­­lə, sa­­zı­­mı­­zı-sö­­zü­­mü­­zü ya­­şat­­maq yö­­nü­­mün­­də gör­­dü­­yün iş­­lər­­lə qa­­zan­­mı­­san. Xü­­su­­sən, sə­­nin el sev­­gi­­si ilə ya­­na­­şı, qar­­daş Gür­­cüs­­ta­­nın ali mü­­ka­­fa­­tı - "Şöh­­rət" or­­de­­ni­­nə la­­yiq gö­­rül­­mə­­yin mə­­ni çox se­­vin­­di­­rir. Əmi­­nəm ki, sən iki qar­­daş xal­­qın sar­­sıl­­maz dost­­lu­­ğu­­nun da­­ha da möh­­kəm­­lən­­mə­­sin­­də sə­­mə­­rə­­li iş­­lər gö­­rə­­cək­­sən.

Əziz Os­­man!

Sə­­ni 50 ya­­şın ta­­mam olma­­sı mü­­na­­si­­bə­­ti ilə bir da­­ha təb­­rik edi­­rəm. Əmi­­nəm ki, ulu Bor­­ça­­lı­­da ba­­ba­­lar­­dan bi­­zə mi­­ras qa­­lan mə­­nə­­vi də­­yər­­lə­­ri­­mi­­zi ya­­şat­­maq yö­­nü­­mün­­də hə­­lə çox ça­­lı­­şa­­caq­­san.

Tan­­rı sə­­ni qo­­ru­­sun!

 

Bəx­­ti­­yar Va­­hab­­za­­də,

Xalq şa­i­­ri, 26 mart 1999-cu il

 


 

* * *

 

Bu de­­yim ­­yal­­nız ­Dər­­viş Os­­man Əh­­mə­­doğ­­lu­­na məx­­sus­­dur: "Saz çal­­maq da iba­­dət­­di Al­­la­­ha".

 

Də­­də Ca­­mal,     

fəl­­sə­­fə elm­­lər dok­­to­­ru, pro­­fes­­sor,

əmək­­dar elm xa­­di­­mi

 

* * *

1956-cı il­də bu nəs­lə gə­lin gəl­dim. 9 ya­şı va­rıy­dı on­da Os­ma­nın.  Elə o vaxt­dan Os­man şe­ir, qə­zəl yazlr­dı. Son­ra 13 ya­şın­da ona Qu­ra­ni Kə­ri­mi oxu­ma­ğı öy­rət­dim. Os­man lap uşaq vax­tın­dan ədə­­biy­ya­ta və di­nə çox ya­xın ol­muş­dur.

 

Di­la­rə Os­ma­no­va

* * *

Mə­­nə elə gə­­lir ki, Os­­man qə­­dər yur­­du­­nu, Türk dün­­ya­­sı­­nı se­­vən yox­­dur. Xal­­qı­­na, və­­tə­­ni­­nə sev­­gi ilə ya­­na­­şı on­­da xal­­qı­­nın ağ­­saq­­qa­­la­­rı­­na və ay­­dın­­la­­rı­­na xü­­su­­si mə­­həb­­bət var­­dır. O, eli­­nin-oba­­sı­­nın sə­­nət­­kar­­la­­rı­­nı, zi­­ya­­lı­­la­­rı­­nı, ya­­zar­­la­­rı­­nı qiy­­mət­­lən­­dir­­mə­­yi ba­­ca­­ran, on­­la­­rı təb­­liğ et­­mək­­dən yo­­rul­­ma­­yan və Bor­­ça­­lı­­da sö­­zü tu­­tu­­lan ki­­şi­­lər­­dən idi.

 

El­­dar Hü­­seyn­­qu­­lu­­oğ­­lu,

iq­­ti­­sad elm­­lə­­ri na­­mi­­zə­­di, do­sent

döv­­lət qul­­lu­­ğu mü­­şa­­vi­­ri

 

* * *

 

Hər kəs de­­yər dost mə­­nə,

Ürək dö­­nər das­­ta­­na

Dost de­­yən­­lər çox olar,

Heç kəs çat­­maz Os­ma­na!

El­­xan Məm­­məd­­li,

Fi­­lo­­lo­­gi­­ya elm­­lə­­ri na­­mi­­zə­­di,

Əmək­­dar mə­­də­­niy­­yət iş­­çi­­si

 

* * *

 

Os­­man ba­­ba sa­­zı­­mı­­zı, sö­­zü­­mü­­zü və Bor­­ça­­lı aşıq­­la­­rı­­nı bey­­nəl­­xalq miq­­yas­­da ta­­nı­­dan bir dər­­viş­­di. Ru­­hu şad ol­­sun.

 

Aşıq Əf­­qan

* * *

 

Os­­man şa­­ir idi. Yal­­nız yaz­­dı­­ğı şe­­ir və po­e­­ma­­la­­rı ilə de­­yil, ya­­şa­­dı­­ğı tə­­zad­­lar­­la do­­lu hə­­ya­­tıy­­la, sev­­gi­­si, nif­­rə­­ti, qə­­zə­­bi, ru­­hu və var­­lı­­ğı ilə şa­­ir idi. Ya­­şa­­dı­­ğı mü­­hi­­tə sığ­­mır­­dı. Bə­­də­­ni yer üzün­­də, ayaq­­la­­rı Azər­­bay­­can­­da, Bor­­ça­­lı­­da, Tür­­ki­­yə­­də, İran­­da, Bal­­kan­­lar­­da gəz­­sə də, bu öl­­kə­­lə­­rin tor­­pa­­ğı­­nı tap­­da­­la­­sa da, ru­­hu göy­­lər­­də idi.

 

Əli Şa­­mil,

folk­­lor­­şü­­na­­sı, pub­­li­­sist

 

* * *

 

Os­­man Əh­­mə­­doğ­­lu "Ol­­du­­ğu ki­­mi gö­­rü­­nən, gö­­rün­­dü­­yü ki­­mi olan" bir zi­­ya­­lı idi. Od­­lu-alov­­lu çı­­xış­­la­­rın­­dan, şi­­rin və mə­­zə­­li söh­­bət­­lə­­rin­­dən, sə­­mi­­mi mü­­na­­si­­bə­­tin­­dən doy­­maq ol­­mur­­du. Os­­man Əh­­mə­­doğ­­lu mərd, və­­tən­­pər­­vər, mil­­lə­­ti­­ni se­­vən, yur­­du­­na bağ­­lı olan, mil­­li adət-ənə­­nə­­mi­­zi ya­­şa­­dan, ta­­rix və mə­­də­­niy­­yə­­ti­­mi­­zi in­­ki­­şaf et­­di­­ril­­mə­­sin­­də əvəz­­siz xid­­mət­­lə­­ri olub. Os­­man Əh­­mə­­doğ­­lu dost­­lu­­ğu­­ma sə­­da­­qət­­li və eti­­bar­­lı idi. Gö­­zəl zi­­ya­­lı­­mız, qə­­dir­­bi­­lən eloğ­­lu­­muz, qey­­rət­­li dos­­tu­­muz Os­­ma­­n Əh­­mə­­doğ­­lu­­na Al­­lah-Ta­a­­la­­dan rəh­­mət di­­lə­­yi­­rəm. Mə­­ka­­nı cən­­nət, ru­­hu şad ol­­sun. Amin!

Əli­­xan Yəh­­ya­­oğ­­lu,

şa­­ir, pub­­lis­­sist

* * *

 

Sə­­nin yox­­lu­­ğu­­nun acı hə­­qi­­qə­­ti içim­­də gəz­­di­­rə- gəz­­di­­rə dö­­zə bil­­mə­­di­­yim hal­­da dö­­zə-dö­­zə 52 il müd­­də­­tin­­də sə­­nin­­lə bağ­­lı içim­­də, ru­­hum­­da qram-qram, zər­­rə-zər­­rə top­­lan­­mış acı­­lı-şi­­rin­­li xa­­ti­­rə­­lər, olay­­lar mə­­nə bir tə­­səl­­li olur, ru­­hu­­mu ovun­­du­­rur. Bil­­di­­yim odur ki, sən bi­­zim dün­­ya­­ya bir da­­ha qa­­yıt­­ma­­ya­­caq­­san. Mən isə tə­­bii ki, sə­­nin ya­­nı­­na gə­­lə­­cə­­yəm. Ona gö­­rə də, əl­­vi­­da yox, gö­­rü­­şə­­nə qə­­dər de­­yi­­rəm.

Sə­­nin Sü­­ley­­mə­­nin… axı, sən mə­­ni be­­lə ça­­ğı­­rır­­dın.

 

Bi­­zim dün­­ya, Ma­­sal­­lı,

Ərəb Sü­­ley­­man

* * *

"Bir gö­­zəl məc­­lis­­dəy­­dik. Hə­­mi­­şə­­ki ki­­mi ağ­­saq­­qa­­lı­­mız Ca­­mal Mus­­ta­­fa­­yev ye­­nə məc­­li­­si­­mi­­zin ba­­şın­­day­­dı. Müx­­tə­­lif sağ­­lıq­­lar de­­yi­­lir­­di. Ca­­mal mü­­əl­­li­­min iç­­ki içən ol­­ma­­dı­­ğı­­nı bil­­sək də tə­­kid et­­dik ki, sağ­­lıq de­­sin. O, çox fi­­kir­­ləş­­mə­­dən be­­lə bir sağ­­lıq de­­di:

“Gö­­tü­­rün ba­­də­­lə­­ri­­ni­­zi, içək özü bur­­da ol­­ma­­yan, əsl Bor­­ça­­lı ba­­la­­sı olan bir şa­i­­rin – Os­­man Əh­­mə­­doğ­­lu­­nun sağ­­lı­­ğı­­na. Biz­­ çı­­xıb gəl­­mi­­şik, onun özü də, sö­­zü də, sa­­zı da Bor­­ça­­lı­­nı qo­­ru­­yur!"

 

 Əlöv­sət Os­man­lı

 

* * *

 

Mən Os­­man haq­­qın­­da sağ­­lı­­ğın­­da hə­­vəs­­lə ya­­zır­­dım bir növ qi­­ya­­bı ola­­raq söz gü­­ləş­­di­­rir­­dim. Bəs indi??? Ar­­tıq bir ilə ya­­xın­­dır gur sə­­si gəl­­mir. Dü­­şü­­nü­­rəm ki ölüm haqq­­dır, am­­ma, bir əziz dost ola­­raq ona bor­­cu­­mu­­zu ye­­ri­­nə ye­­tir­­mə­­yə pan­­de­­mi­­ya im­­kan ver­­mə­­di. Mə­­ni na­­ra­­hat edən bu sə­­bəb ara­­dan qalx­­ma­­dıq­­ca, Os­­ma­­nın ­qəb­­ri ba­­şın­­da du­­rub ağ­­la­­ma­­dıq­­ca ba­­cı-dost ki­­mi ürə­­yi­­mi bo­­şalt­­ma­­dıq­­ca ra­­hat ol­­ma­­ya­­ca­­ğam. Mə­­nim uçun hə­­lə ya­­şa­­yır!!! Onun dost­­la­­rı­­nın qəl­­bin­­də ­­öz ye­­ri var idi. Bir-bi­­ri­­nə ox­­şa­­ma­­yan xa­­siy­­yət­­lə­­ri ilə onun­­la tez-tez gö­­rü­­şə bil­­mə­­sək də da­i­­ma ya­­nı­­mız­­da hiss edir­­dik. Azər­­bay­­can­­da xalq hə­­rə­­ka­­tı baş­­la­­yan­­da mey­­dan­­lar­­da gö­­rü­­nür, gur sə­­siy­­lə hay­­qı­­rır­­dı, qan­­lı yan­­var qır­­ğı­­nın­­dan son­­ra Bor­­ça­­lı xal­­qı adın­­dan şə­­hid­­lər xi­­ya­­ba­­nın­­da ağı de­­yər­­di. El­­çi­­bə­­yin ma­­təm gü­­nün­­də hön­­kür-hön­­kür ağ­­lar­­dı, Tür­­ki­­yə­­də Sa­­rı­­qa­­mış ­­şə­­hid­­lə­­ri­­nin xa­­ti­­rə­­si­­ni gur sə­­siy­­lə qeyd edər­­di. Söz­­süz ki, bu gün biz­­lər­­lə bə­­ra­­bər ol­­say­­dı Azər­­bay­­ca­­nın Qa­­ra­­bağ mü­­ha­­ri­­bə­­sin­­də qə­­lə­­bə­­si­­nə də bi­­zim qə­­dər se­­vi­­nər, şə­­hid­­lə­­ri­­mi­­zə ağı de­­yər­­di.Os­­man ona gö­­rə bi­zim üçün Os­man­dır!!

 

Əzi­­zə Şa­­mi­­lo­­va

 

 

* * *

 

Də­­dəm Dər­­viş Os­­man Əh­­mə­­doğ­­lu qəl­­bi tə­­miz, köv­­rək, gül­­mə­­yi, ya­­şa­­ma­­ğı se­­vən bir in­­san idi. Də­­dəm bi­­ri­­ni se­­vən­­də özün­­dən də çox se­­vər­­di. Qəl­­bin­­də ya­­şam sev­­gi­­si ilə bə­­ra­­bər el-oba,ailə sev­­gi­­si də var idi. Onun ən bö­­yük ar­­zu­­su bi­­zim oxu­­yub ali təh­­sil­­li ol­­ma­­ğı­­mız idi. Mən də­­də­­min ən bö­­yük nə­­və­­si­­yəm.Də­­dəm hə­­mi­­şə mə­­nə de­­yər­­di:"Oxu,uni­­ver­­si­­te­­tə qə­­bul ol,bax,on­­da dün­­ya­­la­­rı mə­­nə ver­­miş ola­­caq­­san". Mən sö­­zü­­mün üs­­tün­­də dur­­dum, uni­­ver­­si­­te­­tə qə­­bul ol­­dum, am­­ma sən mə­­nim bu gü­­nü­­mü gö­­rə bil­­mə­­dən get­­din. Də­­dəm, ölüm qa­­ta­­rı sə­­ni biz­­dən tez alıb gö­­tür­­dü.Hal­­bu­­ki, elə çox is­­tə­­yər­­dim mə­­nim bu gü­­nüm­­də ya­­nım­­da olub,mə­­nim­­lə qü­­rur duy­­ma­­nı,qə­­bul ol­­du­­ğum gün se­­vin­­ci­­ni bü­­tün el-oba­­ya yay­­ma­­ğı­­nı,o gö­­zəl göz­­lə­­rin­­də­­ki pa­­rıl­­tı­­nı, mə­­ni qu­­caq­­la­­yıb öp­­mə­­yi­­ni.Am­­ma, hər şey fərq­­li ol­­du. İn­­di sən yox­­san. Ya­­nım­­da yal­­nız sə­­nin xa­­ti­­rə­­lə­­rin, şə­­kil­­lə­­rin var. Sən öl­­mə­­din, də­­dəm, sən hə­­lə də ya­­şa­­yır­­san, mə­­nim və tüm sev­­dik­­lə­­ri­­nin qəl­­bin­­də, Al­­lah sə­­nə rəh­­mət et­­sin gö­­zəl in­­san.

 

Fi­­dan Os­­man­­lı

 

* * *

 

Os­­man Əh­­mə­­doğ­­lu onu şa­­ir ki­­mi ta­­nı­­sın­­lar de­­yə şe­­ir yaz­­ma­­yıb. Os­­man Əh­­mə­­doğ­­lu elə-be­­lə ayım gəl­­sin, gü­­nüm get­­sin de­­yə ya­­şa­­ma­­yıb. Hə­­ya­­tı­­nı, öm­­rü­­nü-gü­­nü­­nü bil­­dik­­lə­­ri­­ni biz­­lə­­rə - in­­san­­lı­­ğa çat­­dır­­maq üçün ya­­şa­­yıb, ya­­ra­­dıb.

 

Fi­­ri­­dun Şa­­mi­­loğ­­lu

təd­­qi­­qat­­çı

* * *

 

Mən Os­­man Əh­­mə­­doğ­­lu­­nu zən­­gin da­­xi­­li alə­­mə ma­­lik, hay­­lı-küy­­lü, coş­­qun təb­­li bir in­­san və çox gö­­zəl bir şa­­ir ki­­mi ta­­nı­­yır­­dım. Han­­sı təd­­bir­­də çı­­xış edir­­di­­sə çox od­­lu alov­­lu ürək­­dən da­­nı­­şar­­dı. Bi­­zim ailə­­ni şəx­­sən ba­­bam Azaf­­lı Mi­­ka­­yı­­lı çox se­­vir­­di. Os­­man Əh­­mə­­doğ­­lu çox qo­­naq­­pər­­vər, eti­­bar­­lı dost, də­­yər­­li bir in­­san idi. Onun əziz xa­­ti­­rə­­si hər za­­man öz də­­yər­­lə­­ri ilə bir­­lik­­də onu se­­vən­­lə­­rin qəl­­bin­­də ya­­şa­­ya­­caq­­dır.Ru­­hun şad ol­­sun şa­­ir Dər­­viş Os­­man Əh­­mə­­doğ­­lu.

Gü­­la­­rə Azaf­­lı,

aşıq, əmək­­dar mə­­də­­niy­­yət iş­­çi­­si

 

 

* * *

Se­­ne 2011 ya da 2012 ol­­ma­­lı...

Tür­­ki­­ye'­­den Ser­­hat Boy­­la­­rı Der­­ne­­ği ile bir­­lik­­te ilk de­­fa de­­de yur­­dum, ata yur­­dum Bor­­ça­­lı'­­ya bir kur­­ban bay­­ra­­mın­­da kur­­ban da­­ğıt­­ma­­ya git­­miş­­tik. Bi­­zi ha­­va­­li­­ma­­nın­­da böl­­ge­­nin ak­­sa­­ka­­lı, böl­­ge­­nin der­­vi­­şi, Der­­viş Os­­man kar­­şı­­la­­dı...

Ken­­di­­si­­ni sü­­reç içe­­ri­­sin­­de ta­­nı­­dık. Da­­ha son­­ra bir­­çok et­­kin­­lik­­te de bir­­lik­­te ol­­duk.

Ken­­di­­si çok inanç­­lı, iti­­kat­­lı, Türk­­lük şu­u­­ru olan, İs­­lam­­'a inanç­­lı, çok ka­­rak­­ter­­li bir adam­­dı. Bor­­ça­­lı'­­ya da çok cid­­di emek­­le­­ri var­­dı.

Ben ken­­di­­sin­­den ne­­ler öğ­­ren­­dim; Ben ken­­di­­sin­­den Bor­­ça­­lı kül­­tü­­rü­­nü, sa­­zı-sö­­zü­­nü ve ha­­yat­­ta dik dur­­ma­­nın ne de­­mek ol­­du­­ğu­­nu gör­­düm. Çün­­kü Der­­viş Os­­man­­'ı 60'lı yaş­­la­­rın­­da ta­­nı­­dım. Ona rağ­­men 18 ya­­şın­­da­­ki bir de­­li­­kan­­lı genç gi­­bi he­­ye­­can­­lı, coş­­ku­­lu, bay­­rak sev­­da­­lı­­sı, mil­­let sev­­da­­lı­­sı, mil­­li bir adam­­dı.

Ken­­di­­siy­­le şa­­ka­­la­­şa­­bi­­len en­­der in­­san­­lar­­dan bi­­ri­­siy­­dim...

Ken­­di­­si­­ne bir şey der­­dim, "Bak ak­­sa­­kal be­­nim. O da der­­di 'Ver­­dim sa­­na ak­­sa­­ka­­lı'" o tarz esp­­ri­­le­­ri­­miz olur­­du.

"Ölüm­den dön­düa­mao­top­rak­lar­dan vaz­keç­me­di"

Ken­­di­­siy­­le şöy­­le bir anım var;

2013 yı­­lıy­­dı sa­­nı­­rım... Bir de­­fa­­sın­­da Der­­viş Os­­man, Ze­­lim­­han Mem­­met­­li ile bir­­lik­­te Kars'­­ta­­kı Sa­­rı­­ka­­mış şe­­hit­­le­­ri­­ni an­­ma et­­kin­­lik­­le­­ri için Azer­­bay­­can'­­dan ara­­bay­­la yo­­la çık­­mış­­lar­­dı. Bu yol­­cu­­luk sı­­ra­­sın­­da ken­­di­­le­­ri, ti­­pi ve ağır kış ko­­şul­­la­­rı ne­­de­­niy­­le bo­­ğul­­ma teh­­li­­ke­­si ge­­çir­­miş­­ler­­di. Ona rağ­­men gel­­di... Bü­­yük bir coş­­kuy­­la, göz­­le­­rin­­den ateş fış­­kı­­rı­­yor­­du... Top­­ra­­ğa eğil­­di, şe­­hit­­le­­re eğil­­di... On­­la­­ra do­­kun­­du­­ğu o anı çok yo­­ğun ya­­şa­­dı, o so­­ğuk­­ta nö­­bet tut­­tu, şe­­hit­­le­­ri­­mi­­zin şe­­ha­­de­­te gi­­der­­ken yü­­rü­­dü­­ğü yo­­lu yü­­rü­­dü... Şe­­hit­­le­­ri­­mi­­zin ya­­şa­­dık­­la­­rı­­nı ya­­şa­­dı. O an­­la­­rı çok net ha­­tır­­lı­­yo­­rum. O gün mil­­le­­ti için, da­­va­­sı için ölüm­­den dön­­müş­­tü. Çok net ha­­tır­­lı­­yo­­rum...

"Türk­dün­ya­sı­nı­nOs­ma­na­bi­si­bir­çı­nar­dı..."

Ger­­çek­­ten çok önem arz eden bir bü­­yü­­ğü­­müz­­dü, bir de­­ğer­­di, bir çı­­nar­­dı.

Türk dün­­ya­­sı onu unut­­ma­­ya­­cak, ben onu as­­la unut­­ma­­ya­­ca­­ğım. Ru­­hu şad, me­­ka­­nı cen­­net ol­­sun...

Böl­­ge­­yi ta­­nı­­ma­­mız­­da, böl­­ge­­nin kül­­tü­­rü­­nü, sa­­na­­tı­­nı, ti­­yat­­ro­­su­­nu, sa­­nat­­çı­­sı­­nı kı­­sa­­ca­­sı o böl­­ge­­nin her şe­­yi­­nin, bi­­zim­­le il­­gi­­li bü­­tün iz­­le­­ri­­ni, Os­­man­­lı Der­­viş­­'i ta­­kip ede­­rek bu­­la­­bi­­li­­riz. Bor­­ça­­lı ba­­la­­la­­la­­rı ola­­rak, bu­­nun al­­tı­­nı çiz­­mek is­­te­­rim.

"Der­viş Os­man­Kaf­kas­ya'­­nı­na­bi­si­dir"

O Kaf­­kas­­ya'­­nın Os­­man abi­­si, o Türk dün­­ya­­sı­­nın Os­­man abi­­si... Ru­­hu şad ol­­sun. Onu ta­­nı­­dı­­ğım için ken­­di­­mi çok şe­­ref­­li his­­se­­di­­yo­­rum. Al­­lah rah­­met ey­­le­­sin. Bir­­çok gü­­zel­­li­­ğe, bir­­çok Bor­­ça­­lı­­nın ta­­nın­­ma­­sı­­na ve­­si­­le olan ken­­di­­si­­dir. Ne ka­­dar te­­şek­­kür et­­sem az­­dır. Bir de­­fa­­sın­­da da onun Bor­­ça­­lı Elat Bay­­ra­­mı'n­­da ne ka­­dar fe­­da­­kar­­ca mü­­ca­­de­­le et­­ti­­ği­­ni gör­­düm. Ba­­zı ko­­nu­­la­­ra ne ka­­dar üzül­­dü­­ğü­­nü gör­­düm. Ama dim­­dik dur­­du­­ğu­­nu da gör­­düm. Der­­viş Os­­man he­­pi­­mi­­zin abi­­si, he­­pi­­mi­­zin onu­­ru­­dur.

Ha­­kan Kı­­lıç

 

* * *

Os­­man mü­­əl­­lim gö­­zəl zi­­ya­­lı və gö­­zəl ailə baş­­çı­­sı idi.Onun haq­­qın­­da söz de­­mək mə­­nim üçün şə­­rəf­­dir.Os­­man mü­­əl­­li­­min Bor­­ça­­lı aşıq sə­­nə­­ti­­nin in­­ki­­şa­­fın­­da və ya­­yıl­­ma­­sın­­da bö­­yük əmə­­yi və zəh­­mə­­ti olub.Nə­­in­­ki Bor­­ça­­lı­­mız­­da Azər­­bay­­can, İran, Türk dün­­ya­­sın­­da ta­­nı­­nıb se­­vi­­lən zi­­ya­­lı və şa­­ir idi.O hə­­mi­­şə mə­­ni gənc ol­­ma­­ğı­­ma bax­­ma­­ya­­raq bö­­yük us­­tad­­lar­­la təd­­bir­­lə­­rə də­­vət edir­­di.Ye­­ri gəl­­miş­­kən de­­yim So­­vet­­lər bir­­li­­yi da­­ğıl­­dıq­­dan son­­ra Tür­­ki­­yə­­yə ilk sə­­fə­­ri­­mi açıq, ge­­niş ürək­­li Os­­man mü­­əl­­lim­­nən get­­mi­­şəm və gö­­zəl yol­­daş­­lı­­ğı­­nı gör­­mü­­şəm.Çox he­­yif içi­­miz­­dən tez get­­di. Al­­lah ona rəh­­mət e­­lə­­sin mə­­ka­­nı cən­­nət ol­­sun.

Aşıq Hə­­vəs­­kar

* * *

Os­man Əh­mə­doğ­lu, şa­ir qar­da­şım,

Sə­ni hər gö­rən­də uca­lır ba­şım.

Xə­lil Rza Ulu­türk,

Xalq şai­ri

 

* * *

Türk dün­­ya­­sı­­nın bö­­yük oğ­­lu Dər­­viş Os­­man saz- söz ada­­mıy­­dı. Elə-oba­­ya doğ­­ma­­lıq, soy-kö­­kə bağ­­lı­­lıq gör­­düm on­­da. Hər za­­man xal­­qın için­­dəy­­di. O qə­­dər ucay­­dı ki, hər yan­­dan bo­­yu gö­­rü­­nür­­dü. Kö­­nül­­lər­­də tax­­tı­­nı qur­­du get­­di. Al­­lah rəh­­mət elə­­sin.

Xə­­tai Də­­də Ələs­­gər,

Də­­də Ələs­­gə­­rin nə­­ti­­cə­­si

* * *

Tə­­lə­­bə­­lik il­­lə­­rin­­də 5 il bir otaq­­da qal­­dı­­ğım, son qə­­pi­­yi­­mi­­zi, çö­­rə­­yi­­mi­­zi bö­­lüş­­dü­­yü­­müz Os­­man Əh­­mə­­doğ­­lu­­nun in­­di­­yə­­dək çap olun­­ma­­mış şer­­lə­­ri onun açıl­­ma­­mış dün­­ya­­sı­­dır. Onun şe­­ir­­lə­­ri, dad­­lı-duz­­lu söh­­bət­­lə­­ri onu ta­­nı­­yan­­la­­rın, onun­­la dost­­luq edən­­lə­­rin yad­­da­­şın­­da, qəl­­bin­­də ya­­şa­­yır. Onun hər de­­yi­­min­­də bir şe­yi­­riy­­yət, bir özü­­nə­­məx­­su­­su­­luq var idi. Os­­man hər işə bir mə­­na ve­­rə bi­­lir­­di, içi do­­lu idi, ürə­­yi söz xə­­zi­­nə­­si idi. Met­­ro es­­ka­­la­­to­­ru ilə üzü yu­­xa­­rı qal­­xan Os­­man, əks tə­­rəf­­də bir ağ­­saq­­qa­­lı gö­­rən­­də öz şi­­rin Bor­­ça­­lı ləh­­cə­­sin­­də gur sə­­si ilə “Ayə, gö­­reyr­­sən­­mi, Fə­­lək­­di eyy..., mə­­ni qal­­dı­­reyr, sə­­ni en­­di­­reyr” de­­yən­­də ət­­ra­­fın­­da­­kı­­lar­­da xoş tə­­bəs­­süm ya­­ra­­dan Os­­man idi. Ge­­cə növ­­bə­­sin­­dən gə­­lib daş ki­­mi ya­­tıb qa­­lan tə­­lə­­bə dos­­tu­­na-mə­­nə- id­­man dər­­si­­nə get­­mə­­li ol­­du­­ğu­­nu bu mis­­ra­­lar­­la xə­­bər ve­­ri­­ri­­di, ya­­dım­­da qa­­lan bu­­dur:

 

“Ac qa­­rı­­na ya­­tıb qal­­ma,

Ye şor­­ba­­dan gəl ca­­na sən.

On­­dan son­­ra is­­təsən yat,

İs­­tə­­sən gəl id­­ma­­na sən”

 

Kaş onun “mə­i­­şət şer­­lə­­ri­­ni”, dost za­­ra­­fat­­la­­rı­­nı künc-bu­­ca­­ğa at­­ma­­yıb sax­­la­­yar­­dım. Yə­­qin on­­lar da bu ki­­tab üçün bir Os­­man na­­xı­­şı, bir Os­­man sə­­da­­sı olar­­dı.

İs­­ra­­fil Qur­­ba­­nov,

Tə­­lə­­bə dos­­tu, Əmək­­dar döv­­lət qul­­luq­­çu­­su

* * *

 

Şa­­ir, pub­­li­­sist, ic­­ti­­mai xa­­dim, Bor­­ça­­lı­­nın sa­­yı­­lan ağ­­saq­­qa­­lı Os­­man mü­­əl­­lim aşıq sə­­nə­­tin­­də əvəz­­siz xid­­mə­­ti olan şəx­­siy­­yət, hər bi­­ri­­mi­­zin məs­­lə­­hət ye­­ri­­miz idi. Bi­zim üçün çox də­­yər­­li­ i­­di. Al­­lah rəh­­mət elə­­sin.

Ley­­la Əli­­ye­­va,

Mir­­zə Fə­­tə­­li Axund­­za­­də a­dı­na

ev mu­­ze­­yi­­nin di­­rek­­to­­ru

 

* * *

 

Bü­­tün şü­­ur­­lu hə­­ya­­tı­­nı eli­­nə, oba­­sı­­na, xal­­qı­­na, mil­­lə­­ti­­nə həsr et­­miş ün­­lü şa­­ir. Os­­man Əh­­mə­­doğ­­lu nun bə­­dii ya­­ra­­dı­­cı­­lı­­ğın­­da da bu­­nu çox ay­­dın gör­­mək olur. O, bü­­tün ömür bo­­yu türk­­çü­­lük uğ­­run­­da yo­­rul­­ma­­dan mü­­ba­­ri­­zə apa­­ran, bu mü­­qəd­­dəs yol­­da özü­­nü fə­­da et­­mə­­yə hə­­mi­­şə ha­­zır olan bəl­­kə də ye­­ga­­nə Bor­­ça­­lı zi­­ya­­lı­­sı idi. Ün­­lü şa­­ir həm də də­­yər­­li saz ada­­mı idi, söz ada­­mı idi. O heç vaxt özü­­nü nə saz­­dan nə də söz­­dən (şe­­ir­­dən) ay­­rı hiss et­­mir­­di.  Nə­­in­­ki yük­­sək tri­­bu­­na­­lar­­dan elə sa­­də adam­­lar­­la da da­­nı­­şan­­da san­­ki şe­­ir de­­yir­­di. Bu Dər­­viş Os­­ma­­nın özün­­dən ası­­lı de­­yil­­di. Çün­­ki o be­­lə do­­ğul­­muş­­du. Xə­­mi­­ri saz­­la söz­­dən yoğ­­rul­­muş­­du.

 

Mah­­mud Ka­­ma­­loğ­­lu,

pro­­fes­­sor

 

* * *

 

Nə qə­­dər acı da ol­­sa bu bir hə­­qi­­qət­­dir Os­­man Əh­­mə­­doğ­­lu yox­­lu­­ğu. Xa­­ti­­rəm­­də həm mü­­əl­­lim, şa­­ir na­­tiq, və­­tən­­pər­­vər, ya­­xın qo­­hum, bir dost, həm də bir tür­­koğ­­lu türk ki­­mi ya­­şı­­ya­­caq şa­­ir Os­­man Əh­­mə­­doğ­­lu. Gö­­zəl ailə baş­­çı­­sı idi. O in­­sa­­na xas olan bü­­tün yax­­şı key­­fiy­­yət­­lə­­ri ov­­lad­­la­­ri­­na aşı­­la­­mış­­dı. Ru­­hun şad, mə­­ka­­nın çən­­nət ol­­sun!

 

Mə­­hər­­rəm Əh­­mə­­dov

 

* * *

 

Bu gün Sa­va­lan mən­dən sən haq­da beş-al­tı cüm­lə ya­zı is­tə­di. Sən dün­ya­ya sığ­ma­dın, Os­man əmim, gö­zəl əmim. Sə­ni cüm­lə­lə­rə sı­ğış­dı­ra bil­mi­rəm, sən dün­ya­ya sı­ğış­ma­yan ki­mi.

Onu de­yə bi­lə­rəm ki, mə­nə sev­mə­yi, se­vil­mə­yi, Türk­çü­lü­yü, və­tən sev­gi­si öy­rət­din, Os­man əmim.

Sən hə­mi­şə sev­dik­lə­ri­min için­də ən uca­san, uca­da­san.

Sə­nin il­dö­nü­mün ərə­fə­sin­də adı­na bir ki­tab bağ­lan­dı­ğı­nı eşit­dim. Çox se­vin­dim. Ru­hu­na töh­fə ol­sun bu ki­tab özü ki­tab olan əmim, öm­rü das­tan olan əmim. Sən ev­dən get­mə­din, el­dən get­din, el ada­mı, söz ada­mı, saz ada­mı, kö­nül ada­mı!

Nur için­də yat, Dər­viş əmim.

Al­lah sə­nə rəh­mət elə­sin.

 

Məm­məd El­dar oğ­lu Os­ma­nov

* * *

Der­­viş Os­­man Oğuz bo­­yu­­nun bir ko­­lu olan Bor­­ça­­lı tür­­kü­­nün se­­si­­ni dün­­ya­­ya du­­yu­­ran gür ses­­li yi­­ğit bir in­­san­­dı. Bor­­ça­­lı­­ya gi­­den­­le­­rin yol gös­­te­­ri­­ci­­si abi­­si ve sa­­mi­­mi can­­dan bir dos­­tu Der­­viş Os­­man çok sev­­di­­ği Al­­lah­­’ı­­na ka­­vuş­­tu. Bor­­ça­­lı tür­k­le­ri ve türk­­dün­­ya­­sı ye­­tim kal­­dı. Ağ­­la Bor­­ça­­lı ağ­­la. Bir Der­­viş Os­­man da­­ha gel­­mez ve biz sen ol­­ma­­dan Bor­­ça­­lı­­da ne ya­­pa­­ca­­ğız. Bi­­ze yol­­daş­­lık ve yol gös­­te­­ren kim ola­­cak. And ol­­sun adı­­nı ya­­şa­­ta­­ca­­ğız ne biz, ne de biz­­den son­­ra­­kı ne­­sil se­­ni unut­­ma­­ya­­cak. Al­­lah­­sa­­na ga­­ni-ga­­ni rah­­met ey­­le­­sin, Os­­man abi.

Mü­­her­­rem Yıl­­dız,

Ser­­hat Boy­­la­­rı Der­­ne­­ği Ge­­nel Baş­­ka­­nı

 

* * *

Os­­man mü­­əl­­lim öm­­rü mə­­nim üçün bir mək­­təb­­dir. Bu mək­­təb­­də öy­­rən­­dim Al­­lah, pey­­ğəm­­bər sev­­gi­­si­­ni. Bu mək­­təb­­də öy­­rən­­dim yurd sev­­gi­­si­­ni. Bu mək­­təb öy­­rət­­di mə­­nə və­­tən­­daş kim­­li­­yi­­mi, türk­­çü­­lü­­yü­­mü, mə­­nim ki­­mi çox­­la­­rı­­na ön­­dər ol­­du Os­­man mü­­əl­­li­­min hə­­ya­­tı. Al­­lah sev­­di­­yi qul­­la­­rın­­dan et­­sin in­­şAl­­lah.

Na­­miq Hü­­seyn Qa­­ra­­oğ­­lu

 

* * *

Os­­man ba­­ba­­mı doğ­­mam bil­­dim, elim-obam, sa­­zım- sö­­züm bil­­dim. Tez-tez Bor­­ça­­lı­­da saz­­lı-söz­­lü tö­­rən­­lər­­də gö­­rü­­şür­­dük. Bir də­­fə gö­­zü­­mə çox yor­­ğun gö­­rün­­dü. Bəl­­kə də, mə­­nə elə gəl­­di.

De­­dim: - Os­­man ba­­bam, yo­­rul­­mu­­san, bir otur, din­­cəl.

De­­di: - Ay Nar­­gi­­lə, bu yük mə­­nim Bor­­ça­­lı­­mın yü­­kü­­dü, yo­­rul­­ma­­ram.

De­­dim: - Ayaq­­qab­­bın toz­­du ba­­bam, qoy si­­lim.

De­­di: -Yox, bu toz mə­­nim tor­­pa­­ğı­­mın, Bor­­ça­­lı­­mın izi-to­­zu­­du. Bu da mə­­nə xoş­­du, qı­­zım.

Nar­­gi­­lə Meh­­ti­­ye­­va,

                                                                                     aşıq

* * *

Os­­man ba­­bam şə­­rəf­­li, mə­­na­­lı ömür ya­­şa­­dı. Bor­­ça­­lı adı­­na la­­yiq ki­­şi­­lər­­dən ol­­du. El-oba­­nın sev­­di­­yi in­­san idi. Sa­­də­­dən sa­­də idi, sə­­mi­­mi idi. Bə­­zən çox sərt idi. Əl­­bət­­tə ki, haq­­sız­­lıq olan yer­­də sö­­zü­­nü de­­yən ki­­şi­­lər­­dən idi. Onun­­la hər söh­­bət mə­­nim üçün ye­­ni bir dün­­ya idi, zən­­gin­­ləş­­mə­­yim idi. Hə­­mi­­şə zəng edər­­di, hal- əh­­val tu­­tar­­dı. Uta­­nar­­dım ki, ye­­nə mə­­ni üs­­tə­­lə­­di. Axı, mən zəng et­­mə­­liy­­dim. Ha­­mı­­ya doğ­­ma idi, ha­­mı­­ya ca­­nı­­ya­­nan­­lıq edir­­di. Bu sa­­də in­­san ne­­cə bö­­yük idi, Al­­la­­hım. Ölü­­mü mə­­ni çox yan­­dır­­dı. Çox is­­tə­­yir­­dim, çox. De­­yir­­di, qı­­zım, mü­­əl­­lim­­sən, di­­li­­mi­­zi qo­­ru. Ya­­dım­­da­­dı, bir də­­fə kim­­sə bir yı­­ğın­­caq­­da de­­di ki, "po­­ez­­də" ge­­ci­­ki­­rəm. Çox əsəb­­ləş­­di ki, di­­li­­mi­­zə baş­­qa mil­­lə­­tin sö­­zü­­nü qat­­ma­­yın. Bu idi Os­­man ba­­bam - di­­li­­ni, di­­ni­­ni, eli­­ni, tor­­pa­­ğı­­nı, mil­­lə­­ti­­ni ürək­­dən se­­vən.

Al­­lah sə­­nə rəh­­mət elə­­sin, Os­­man ba­­bam.

Nur­­la­­na Meh­­Gül,

Gür­­cüs­­tan, Rus­­ta­­vi şə­­hə­­ri, mü­­əl­­lim

* * *

 

Os­­man Dər­­viş bö­­yük türk­­çü, Haqq şa­i­­ri, Bor­­ça­­lı tə­­əs­­süb­­ke­­şi hu­­ma­­nist bir in­­san və fə­­da­­kar bir dost idi. Ata­­mın özü­­nə ki­­çik qar­­daş bil­­di­­yi bu in­­san  dost­­lu­­ğa  so­­na­­can sa­­diq olub, ailə­­mi­­zin ən xoş və kə­­dər­­li gü­­nün­­də də.hə­­mi­­şə ya­­nı­­mız­­da ol­­du.Ölü­­mü­­nü hiss et­­sə də, qor­­xu hiss ke­­çir­­mə­­yən  bu in­­san son nə­­fə­­sin­­də də  ca­­nın­­dan ar­­tıq sev­­di­­yi doğ­­ma el-oba­­sı­­nı dü­­şün­­dü .Haqq aşi­­qi və aşı­­ğı olan Os­­man Dər­­viş son nə­­fə­­sin­­də də qə­­lə­­mi­­ni, saz ha­­va­­sı­­nı  is­­tə­­di.Da­i­­mi  bu dün­­ya­­da ye­­ri gö­­rü­­nən  Uca dər­­ga­­ha ucal­­mış şa­­ir qar­­da­­şım­­dır Os­­man Dər­­viş!

 

Növ­­rəs­­tə Hə­­sə­­no­­va

Gür­­cüs­­tan, Qar­­da­­ba­­ni, mü­­əl­­li­­mə

 

* * *

 "Aşıq Pə­­ri Məc­­li­­si" ola­­raq Bor­­ça­­lı­­da Dün­­ya­­ma­­lı Kə­­rəm haq­­qın­­da ve­­ri­­liş çək­­mək üçün saz­­lı- söz­­lü xa­­nım­­la­­rı­­mız­­la Bol­­ni­­si­­nin Qo­­çu­­lu kən­­di­­nə get­­miş­­­dik. Sağ ol­­sun, Bor­­ça­­lı eli, zi­­ya­­lı­­la­­rı, şa­­ir­­lə­­ri elə Dün­­ya­­ma­­lı Kə­­rə­­min oca­­ğı­­na bi­­zim­­lə gö­­rü­­şə gəl­­miş­­di­­lər. Dər­­viş Os­­man Əh­­mə­­doğ­­lu o ve­­ri­­liş­­də elə iş­­ti­­rak et­­di ki, elə çı­­xış et­­di ki, bu gü­­nə­­cən unu­­da bil­­mi­­rəm. Onun özü­­nü bir lə­­ya­­qət tim­­sa­­lı ki­­mi, ürə­­yi­­ni isə el üçün ya­­nan şam gör­­düm. Al­­qış be­­lə öm­­rə. Öm­­rü be­­lə ya­­şa­­ma­­ğa də­­yər­­miş.

 

Dər­­viş Os­­man Əh­­mə­­doğ­­lu onu se­­vən­­lə­­rin qəl­­bin­­də əbə­­di ya­­şa­­ya­­caq.

Pər­­va­­nə Zən­gə­zur­lu

  Aşıq Pə­ri Məc­li­si­nin səd­ri

 

* * *

 

İn­san var el­dən ge­dər, in­san var ev­dən ge­dər. Dər­viş Os­man el­dən get­di. Öm­rü­nü tək ailə­yə həsr edən­lər elə ailə­nin yad­da­şın­da qa­lır, öm­rü­nü xal­qa həsr edən­lər isə xal­qın yad­da­şın­da, qəl­bin­də əbə­di­lik qa­lır. Bə­li, elə-oba­ya, sa­za-sö­zə bağ­lı öm­rü­nü Dər­viş Os­man şə­rəf­lə ya­şa­dı. Bor­ça­lı­nın ta­ri­xi­ni, adət-ənə­nə­si­ni də­rin­dən bi­lir­di. El ağ­saq­qa­lıy­dı, söz ada­mıy­dı, saz vur­ğu­nuy­du. Hər məc­lis­də baş­da olar­dı. Bir in­san üçün bəl­kə də, 72 yaş nor­mal­dı. An­caq, mən­cə Os­man üçün bu yaş az ol­du. Al­lah bi­lən məs­lə­hət­di. Ru­hu şad ol­sun, Bor­ça­lı­nın mərd ki­şi­si­nin, Os­ma­nı­mın.

 

 Pün­han Əli­yev

 

* * *

 

Osman Əhmədoğlu qəlbində Allah sevgisi vardı. Dilində ölməz saz-söz ustadlarının şirin nəğmələri əzbəriydi. Min illərə söykənən şifahi xalq ədəbiy­ya­tı­mızı bu günümüzə çatdıran, təbliğ edən, təqdim edən, söz adamı, ruh adamı, işıqlı bir ziyalımız idi Dərviş Osman. Fədakar bir ömür yaşadı, onun ömür yolu millətinə, xalqına bağlıydı. Borçalı adına şan-şöhrət, urvat idi. Məkanı cənnət, ruhu şad olsun.

Ra­­miz Bə­­ki­­rov

Gür­­cüs­­tan / Sa­­biq mil­­lət və­­ki­­li

 

* * *

 

Mə­­nim üçün o, Bor­­ça­­lı­­nın haqq sə­­si, sus­­ma­­yan fər­­ya­­dı idi. Ye­­ri gə­­lən­­də si­­nə­­si­­ni si­­pər edib eli­­nin mü­­ha­­fi­­zi də olur­­du. Ge­­di­­şi ilə Bor­­ça­­lı eli­­miz bu də­­fə ger­­çək­­dən ye­­tim qal­­dı. Şüb­­hə­­siz ki, ye­­ri çox gö­­rü­­nə­­cək...

 Sən, Və­­tə­­nə sev­­gi­­nin, tor­­pa­­ğa bağ­­lı­­lı­­ğın, di­­lə, mə­­də­­niy­­yə­­tə say­­ğı­­nın da tə­­cəs­­sü­­mü idin, Dər­­viş Os­­man! Ru­­hun da­­im şad, yo­­lun da­­vam­­lı ol­­sun!

 

Rü­­fət Mu­­rad­­lı

 

* * *

 

Dər­­viş Os­­man Əh­­mə­­doğ­­lu türk dün­­ya­­sı­­nın ay­­rıl­­maz bir par­­ça­­sı olan Bor­­ça­­lı­­dan dün­­ya­­ya açı­­lan bir kör­­pü idi.

 

Aşıq Tər­­mey­­xan

* * *

 

Atam ömür bo­­yu ka­­sıb ya­­şa­­dı. Ni­­yə bi­­­lir­­­si­­­niz­­­mi­­­? Və­­tə­­ni üçün. Çün­­ki özü­­nü dü­­şün­­mə­­yə vax­­tı ol­­ma­­dı. An­­caq və­­tən, an­­caq Bor­­ça­­lı de­­di. Ka­­sıb ya­­şa­­sa da qəl­­bi ilə bü­­tün var­­lı­­ğı ilə bi­­zim üçün dün­­ya­­nın ən zən­­gin ada­­mı ola­­raq ya­­şa­­dı. Onun bir ürə­­yi dün­­ya­­la­­ra də­­yər­­di. Onun yo­­lu ilə get­­mək ən şə­­rəf­­li yol ilə get­­mək de­­mək­­dir.

 

Sa­­va­­lan Os­­man­­lı

 

* * *

 

Sən mə­­nim Təb­­riz Eş­­qim, Sən mə­­nim Göy­­çə Sev­­gim. Sən mə­­nim ruh dos­­tum! Sən mə­­nim Sir­­da­­şım!

Bor­­ça­­lı­­dan gə­­lən zəng­­lə­­rim kə­­si­­lib, Ay Os­­man Da­­yım.

Elə gün olur ki, sə­­ni ax­­ta­­rı­­ram - Yer­­də, Göy­­də! Sə­­ni ürə­­yim­­də ta­­pı­­ram! Ürək dos­­tum! Kön­­lü sı­­nıq in­­san­­la­­rın kön­­lü­­nə sı­­ğal çək­­din. Heç za­­man mən-mən de­­mə­­din. Hər za­­man “biz” de­­din. Dər­­viş­­lər kö­­nül sın­­dır­­maz­­lar. Sən heç ki­­min kön­­lü­­nü sın­­dır­­ma­­dın!

Tə­­mən­­na­­sız zi­­ya­­lı, Tu­­ran sev­­gi­­si ilə qo­­şa ad­­dım­­la­­yan, Dər­­vi­­şim!

Mə­­qa­­mın, mə­­ka­­nın mü­­ba­­rək ol­­sun, Dər­­vi­­şim.

 

Sə­­bi­­nə Yu­­sif

* * *

Mə­­nim alə­­mim­­də Dər­­viş Os­­man in­­san­­lıq mək­­tə­­bi­­di, dost­­luq kör­­pü­­sü­­dü, el üçün gur ya­­nan çı­­ra­­dı. Ye­­ri gə­­lən­­də po­­lad ki­­mi sərt, ipək ki­­mi yum­­şaq idi.

 

Sə­­rin­­gül Sa­­də

 

* * *

Dər­­viş Os­­man bü­­töv­­lük, is­­ti­­qan­­lı­­lıq, qey­­rət tim­­sa­­lı idi. O, ru­­hun­­da və ca­­nın­­da zi­­ya­­lı mə­­də­­niy­­yə­­ti­­ni ya­­şa­­yan, çox də­­yər­­li in­­san idi. Mən ha­­ra ge­­di­­rəm­­sə, mən­­dən Os­­man haq­­qın­­da xa­­ti­­rə­­lər so­­ru­­şur­­lar. Çün­­ki biz bir yer­­də çox olur­­duq.

Os­­man mü­­əl­­lim ru­­hən ye­­nə­­də ya­­şa­­yır. Bu an­­da şa­­ir Za­­ur İl­­ha­­moğ­­lu­­nin sə­­tir­­lə­­ri ye­­ri­­nə dü­­şür: "Sağ ikən ya­­şa­­maq, ya­­şa­­maq de­­yil, ya­­şa­­maq baş­­la­­yır ölən­­dən son­­ra".

Bu in­­san tək­­cə özü üçün ya­­şa­­ma­­yıb, bü­­yün var­­lı­­ğı ilə hər kəs üçün ya­­şa­­dı. Onu mən heç unu­­da bil­­mi­­rəm. Al­­lah rəh­­mət elə­­sin!

Süd­­dər­­xan Ka­zı­mov

mü­əl­lim

* * *

 

Dər­­viş Os­­man mü­a­­sir Azər­­bay­­can po­e­­zi­­ya­­sı­­nın nə­­həng­­lə­­rin­­dən idi, qüd­­rət­­li qə­­lə­­mi, na­­tiq­­li­­yi, fe­­no­­men yad­­da­­şı, sa­­də­­li­­yi, sə­­mi­­mi­­li­­yi, in­­san­­lar­­la sə­­mi­­mi mü­­na­­si­­bə­­ti ilə yad­­daş­­lar­­da, qəlb­­lər­­də əbə­­di qal­­dı.  Hər za­­man haq­­qın tə­­rə­­fin­­də ol­­du, mil­­li-mə­­nə­­vi də­­yər­­lə­­ri­­mi­­zi uca tut­­du. Türk sev­­da­­lı­­sı Dər­­viş Os­­man Əh­­mə­­doğ­­lu onu se­­vən­­lə­­rin qəl­­bin­­də əbə­­di ya­­şa­­ya­­caq.

 

Aşıq Şah­­baz Göy­­cə­­oğ­­lu

* * *

 

Os­man mü­əl­lim qu­ru­muz, fəx­ri­miz, əmi ki­mi gö­zəl da­ya­ğı­miz olub. Os­man əmi­min adı ilə, özü ilə, sö­zü ilə hər za­man qu­rur duy­mu­şam. Al­lah mə­ka­nı­nı cən­nət elə­sin.

Şəh­ri­yar Os­man­za­də

* * *

Mən­­nən əv­­vəl bir ba­­cım olub, atam ana­­sı­­nın adı­­nı ve­­rib ona - Ta­­mam. Uşaq rəh­­mə­­tə ge­­dib, son­­ra mən dün­­ya­­ya gəl­­mi­­şəm. Atam de­­yib, adı­­nı Ta­­mam qo­­yu­­ram. De­­yib­­lər ki, ol­­maz. Bu ad düş­­mür, uşa­­ğın bi­­ri­­nə adı­­nı qoy­­dun rəh­­mə­­tə get­­di. Atam de­­yib ki, o mə­­nim ana­­mın adı­­dı, uşa­­ğın adı Ta­­mam­­dı, vəs­­sal­­lam.

Ata­­mın ana­­sı­­na sev­­gi­­si, Və­­tə­­nə sev­­gi­­si öl­­çü­­yə gəl­­məz­­di. Elə ya­­ra­­dı­­cı­­lı­­ğı­­nın son şe­i­­ri də, ölüm aya­­ğın­­da ana­­sı­­na yaz­­dı­­ğı "Ya­­dı­­ma ana­­mın lay­­la­­sı düş­­dü" şe­i­­ri ol­­du. Ölü­­mün gö­­zü­­nə dik bax­­dı, son söz­­lə­­ri­­ni ya­­di­­gar qoy­­du, ha­­mı ilə vi­­da­­laş­­dı atam. Öl­­dü­­yü gü­­nü bi­­lir­­di. De­­di ki, mən Nov­­ruz bay­­ra­­mı­­na qal­­ma­­ya­­cam. Mar­­tın 18- i gü­­nü haq­­qın dər­­ga­­hı­­na qo­­vuş­­du.

Ata­­mın it­­gi­­si ağır ol­­du. Onun­­la dün­­ya­­mız ne­­cə gö­­zə­­liy­­di, onun­­la dün­­yam yed­­di rəng­­dəy­­di.

Elə xəs­­tə­­li­­yi­­nin cid­­di ol­­du­­ğu­­nu bi­­lən­­nən ağ­­la­­yır­­dım. An­­caq, ca­­nı­­nı tap­­şı­­ran­­da san­­ki, don­­dum. Göz yaş­­la­­rım ca­­nı­­mın içi­­nə, qəl­­bi­­mə sü­­zül­­dü.

Dəfn gü­­nü o iz­­di­­ha­­mı gö­­rən­­də ata­­mın bö­­yük­­lü­­yü qar­­şı­­sın­­da, elin ona mə­­həb­­bə­­ti qar­­şı­­sın­­da sa­­kit dur­­dum. Elə bil ya­­ra­­ma su sə­­pil­­di. El için­­də­­ki adı-sa­­nı, hör­­mə­­ti tə­­səl­­lim ol­­du. Bu gün də elə bi­­li­­rəm ya­­şa­­yır atam. Sa­­bah da ya­­şa­­ya­­caq.

Al­­lah sə­­nə rəh­­mət elə­­sin, əziz atam.

Anan qə­dər sev­di­yin qı­zın Ta­mam

 

* * *

* * *

Dər­­viş Os­­man Əh­­mə­­doğ­­lu döv­­rün yüz il­­dən bir ye­­tir­­di­­yi şəx­­siy­­yət­­lər­­dən­­dir. Nə­­rə­­si as­­lan, du­­ru­­şu bir dağ, var­­lı­­ğı elə-oba­­ya bə­­ra­­bər in­­san idi.

Vü­­sal Əmi­­rov

* * *

Der­­viş Os­­man üç cüm­­le ile an­­la­­tı­­la­­bi­­le­­cek bir in­­san de­­ğil ben­­ce. Ma­­dem sı­­nır­­la­­ma var; Der­­viş Os­­man Türk bir­­li­­ği­­nin, Türk­­lük sev­­da­­sı­­nın, ya­­ni Tu­­ran­­'ın vü­­cut bul­­muş ha­­liy­­di. Der­­viş Os­­man çok duy­­gu­­sal bir adam­­dı, Türk yur­­du­­nun bir ye­­rin­­de olan acı, onun Tan­­rı da­­ğı ka­­dar bü­­yük olan yü­­re­­ğin­­de çağ­­la­­ya­­na dö­­nü­­şüp göz­­le­­rin­­den Ku­­ra neh­­ri gi­­bi su­­lar ak­­ma­­sı­­na se­­bep olur­­du... Hiç dün­­ya ma­­lı­­na, mül­­kü­­ne önem ver­­mez­­di "be­­nim ol­­sun..." de­­mez­­di, "mal mülk onu se­­ve­­nin ol­­sun, ih­­ti­­ya­­cı ola­­nın ol­­sun..." der­­di. Der­­viş Os­­man; Adam­­dı, adam oğ­­lu adam­­dı... Ru­­hu şad, me­­ka­­nı cen­­net ol­­sun.

Yıl­­dı­­ray Ay­­də­­mir,

Be­­den Eği­­ti­­mi ve Spor Öğ­­ret­­me­­ni

 

* * *

 

Şa­­ir, ozan, Dər­­viş Os­­man ru­­hun şad, mə­­ka­­nın cən­­nət ol­­sun! Öm­­rü­­nü mil­­lət de­­yə-de­­yə şam ki­­mi əri­­dən alov­­lu şa­­ir Qa­­ra­­pa­­paq Türk Dər­­viş Os­­ma­­nın lap tə­­lə­­bə­­lik il­­lə­­rin­­dən ma­­lik ol­­du­­ğu alov­­lu qəl­­bi da­­ya­­na­­na qə­­dər sən­­gi­­mə­­di. İna­­nı­­ram ki, onun ru­­hu bu gün də Bor­­ça­­lı sə­­ma­­la­­rın­­da­­dır. Onu tə­­lə­­bə­­lik il­­lə­­rin­­dən ta­­nı­­yı­­ram. Onun çox zən­­gin mə­­nə­­viy­­ya­­tı var­­dı.

 

Zi­­yad­­xan Bu­­daq

 

* * *

"Şa­i­­rim, aşı­­ğım, dər­­vi­­şim, oza­­nım, əfən­­dim, Os­­ma­­nım, qə­­bir evi­­nə qə­­dər qar­­da­­şım Os­­man Əh­­mə­­doğ­­lu, uğu­­run xe­­yir ol­­sun!".

Zə­­lim­­xan Ya­­qub

Xalq şa­i­­ri

 

 

* * *

 

Dər­­viş Os­­man­­la ilk ta­­nış­­lıq­­da, həm­­söh­­bət ol­­du­­ğu­­muz vaxt­­lar­­da, Al­­lah ona qə­­ni-qə­­ni rəh­­mət elə­­sin, dü­­şü­­nür­­düm ki, bu ki­­şi de­­yə­­sən axı "Pi­­ri Tür­­küs­­tan"-Xo­­ca Əh­­məd Yə­­sə­­vi, Ha­­cı Bek­­taş Və­­li...mil­­lət­­lə, mil­­lət­­çi­­lik­­lə bağ­­lı fi­­kir­­lə­­ri­­ni oxu­­du­­ğu­­muz o bö­­yük ki­­şi­­lər­­dən­­di, o za­­man­­lar­­dan qal­­ma­­dı.Ne­­cə ki, Əli Quş­­çu­de­­yir­­di:Cis­­mən və ru­­hən­yat­­maq qa­­ti­­li­­miz ola­­caq, Os­­man Dər­viş də ya­­şa­­dı­­ğı də­­də-ba­­ba yur­­du qə­­dim Bor­­ça­­lı­­da, mən­­sub ol­­du­­ğu Qa­­ra­­pa­­paq türk­­lə­­ri-həm­­soy­­la­­rı­­mız üçün­ be­­lə bir şəx­­siy­­yət idi. Mil­­lə­­ti­­ni ayaq­­da sax­­la­­ma­­ğa ça­­lı­­şan Ki­­şi... Də­­rin söh­­bət­­lə­­rin­­dən, ya­­ra­­dı­­cı­­lı­­ğı ilə ta­­nış­­lıq­­da­n Os­­man qar­­da­­şı­­mı­­zın Yə­­sə­­vi­­nin ruh da­­şı­­yı­­cı­­la­­rın­­dan - ...Türk­lər qı­­lınc fət­­hin­­dən əv­­vəl kö­­nül­­lə­­ri fəth edir­­di­­lər­­dən ol­­du­­ğu­­nu yə­­qin­­ləş­­di­­rir­­din. Sa­­də­­cə onun­­la ey­­ni za­­man­­da ya­­şa­­dı­­ğı­­mız­­dan, ki­­tab­­la­­rı­­nın qə­­dim əl­­yaz­­ma­­la­­rı şək­­lin­­də biz­­lə­­rə ye­­tiş­­mə­­di­­yin­­dən, bir te­­le­­fon zən­­gi ilə Os­­man Dər­­viş­­lə da­­nı­­şa bi­­lə­­cə­­yi­­miz­­dən idi ki, dər­­viş Os­­ma­­na mü­a­­si­­ri­­miz ki­­mi ba­­xır­­dıq...

İn­­di o əbə­­diy­­yət dün­­ya­­sın­­da... Kim bi­­lir...bəl­­kə də mil­­lə­­ti­­mi­­zin ta­­le­­yin­­də əvəz­­siz xid­­mət­­lə­­ri olan elə o bö­­yük şəx­­siy­­yət­­lər­­lə məs­­lə­­hət, məş­­və­­rət­­də...

Biz­­lər isə, Os­­man Dər­­vi­­şi ta­­nı­­yır­­dıq, onun­­la həm­­söh­­bət ol­­muş­­duq, çə­­tin su­­al­­la­­rı­­mı­­za özü­­nə­­məx­­sus ca­­vab­­la­­rı­­nı eşit­­miş­­dik xoş­­bəxt­­li­­yi­­ni ya­­şa­­maq­­da, o və­­tən aşi­­qi bö­­yük in­­sa­­nı min­­nət­­dar­­lıq­­la xa­­tır­­la­­maq­­da...

 

Zər­­ni­­şan Tu­­ran,

əmək­dar jur­na­list

 


 

Bü­tün türk dün­ya­sın­dan bo­yu gö­rü­nən –

Dər­viş Os­man Əh­mə­doğ­lu

 

Şa­ir Os­ma­nı - Os­man Əh­mə­doğ­lu­nu ta­nı­yan­da 9-cu si­nif­də oxu­yur­dum. On­da şe­ir­lə­rə, şe­ir ya­zan­la­ra yük­sək də­yər ve­ri­lir­di. Adı­nı eşi­dib, la­kin üzü­nü gör­mə­di­yim, sa­də­cə, şe­ir­lə­ri­ni qə­zet­lər­dən - əsa­sən də Gür­cüs­tan­da çap olu­nan mət­bu­at­dan oxu­du­ğum şa­ir­lə­rin ha­mı­sı­nı çox is­tə­yir­dim. Özüm də əz­bər­dən şe­ir söy­lə­mə­yi çox se­vər­dim.

Nə­dən­sə, Os­man mü­əl­li­min şe­ir­lə­ri­ni o vaxt “So­vet Gür­cüs­ta­nı” qə­ze­tin­də tez-tez oxu­yar­dım, əz­bə­rim­də da­ha çox qa­lar­dı onun şe­ir­lə­ri. Ya­şım art­dıq­ca şei­rə ma­ra­ğım da art­ma­ğa baş­la­dı. O vaxt­lar şa­ir Os­ma­nın “Bor­ça­lı” ad­lı bir şei­ri var­dı. Qoş­ma üs­tün­də ya­zı­lan hə­min şe­ir or­ta mək­təb il­lə­ri­nin ən doğ­ma, ən əziz və se­vim­li ya­di­ga­rı olub mə­nim yad­da­şı­mın. Və o şei­rin mə­nim səm­ti­min, yö­nü­mün mü­əy­yən­ləş­mə­sin­də əvəz­siz rol oy­na­yıb. Bəl­kə də 30 il­dən ar­tıq olar ki, bir gün də ol­ma­yıb o şei­ri əz­bər söy­lə­mə­yim:

 

İzin ver ba­şı­na do­la­nıb sə­nin,

Üm­man qu­ca­ğın­da üzüm, Bor­ça­lı.

Hər oba­nı bir bənd bi­lib şei­ri­mə,

Oy­maq­lar­dan mis­ra dü­züm, Bor­ça­lı.

 

 

 

Həm ta­ri­xim, həm keç­mi­şim, əzə­lim,

Gə­ray­lım, təc­ni­sim, qoş­mam, qə­zə­lim,

İgi­dim, ərə­nim, öz obam, elim,

Ən şi­rin söh­bə­tim, sö­züm, Bor­ça­lı.

 

Tə­vəl­lü­düm də sən, ya­şım da sən­sən,

Ba­ha­rım da sən­sən, qı­şım da sən­sən.

Göy­lə­rə uca­lan ba­şım da sən­sən,

Du­yan qəl­bim, gö­rən gö­züm, Bor­ça­lı.

 

Oğuz bəylərimin yay bağı yurdum,

Bəxti yeylərimin yaylağı yurdum.

Qoynunda Koroğlu oylağı qurdum,

Silinməz sinəndən izim, Borçalı.

 

Dağ­la­rın atam­dır, düz­lə­rin anam,

Lil­par­lı bu­laq­lar gül üz­lü so­nam,

Mən sə­nin eş­qin­lə alı­şam ya­nam,

Adı­na “və­tə­nim” ya­zım, Bor­ça­lı.

 

Qoy aləm hüs­nü­nə ye­tir­sin nə­zər,

Hər sö­zün-söh­bə­tin nəğ­mə­yə bən­zər,

Si­nən­də us­tad­lar bar­ma­ğı gə­zər,

Ba­bam­dan ya­di­gar sa­zım, Bor­ça­lı.

 

 

 

 

Kön­lüm öz yur­dun­du, qü­rur ilə gəz,

Al qə­ləm əli­nə, das­ta­nı­nı yaz,

Os­ma­nam, heç tu­fan qo­pa­ra bil­məz,

Bit­mi­şəm si­nən­də özüm, Bor­ça­lı.

 

Son­ra­lar onun çox şei­ri­ni və mə­qa­lə­lə­ri­ni oxu­dum. Və ha­mı­sı da mə­nə bir- bi­rin­dən xoş gə­lər­di. Tək­cə ya­zı­la­rın­dan yox, onun özün­dən də çox öy­rən­mə­yə ça­lış­mı­şam öm­rüm bo­yu. Özü­nü da­ha ya­xın­dan ta­nı­dıq­ca, onun ne­cə bir in­san ol­du­ğu­nu da­ha çox an­la­ma­ğa baş­la­dım. Özün­dən da­nış­maz, öz şe­ir­lə­ri­ni və ki­tab­la­rı­nı təb­liğ et­mə­yə ça­lış­maz Os­man Əh­mə­doğ­lu.

Bor­ça­lı­nı ca­nın­dan ar­tıq se­vən Os­man Əh­mə­doğ­lu öm­rü­nü və hə­ya­tı­nı bu yur­da həsr edib. Bu tor­pa­ğın sa­zı­nı, sö­zü­nü və in­san­la­rı­nı ta­nıt­ma­ğa ça­lı­şıb. Rəh­mət­lik xalq şai­ri Hü­seyn Ari­fin və mər­hum aşıq Ay­dın Ço­ban oğ­lu­nun məs­lə­hə­ti və kö­mə­yi ilə Gür­cüs­tan Aşıq­lar Bir­li­yini ya­rat­mış və onu la­yi­qin­cə ya­şat­mış­dır. Şa­ir Os­man Sa­rı­vəl­li­nin, Xın­dı Məm­mə­din, şa­ir Ağa­ca­nın, aşıq Əm­ra­hın, Hü­seyn Sa­rac­lı­nın, aşıq Ka­man­da­rın, Al­xan Qa­ra­ya­zı­lı­nın, Quş­çu İb­ra­hi­min, aşıq Göy­cə­nin, aşıq Əmrah və baş­qa­la­rı­nın dö­nə-dö­nə təd­bir­lə­ri­ni ke­çi­rib. Yu­bi­ley­lə­ri­nin təş­ki­lat­çı­sı və apa­rı­cı­sı olub.

Zə­ma­nə­mi­zin ən bö­yük aşıq­la­rın­dan olan Ka­man­dar onun şe­ir­lə­ri­ni saz üs­tün­də, öz bəs­tə­sin­də el məc­lis­lə­ri­nin mö­tə­bər in­san­la­rı­na oxu­yub. Elə­cə də us­tad aşıq Əm­rah və di­gər­lə­ri çox oxu­yub onun qoş­ma­la­rı­nı, gə­ray­lı­la­rı­nı. Ən xo­şu­ma gə­lə­ni isə aşıq­la­rın oxu­du­ğu “Atam-anam” şei­ri­dir:

 

Qo­naq qar­daş, xoş gə­lib­sən bu yur­da,

Da­yan­ma, ya­xı­na gəl, atam-anam.

At bir ya­na utan­ma­ğın da­şı­nı,

Sən də bi­zə qa­rış, gül, atam-anam.

 

Gən­cə bi­zim, Təb­riz bi­zim, Kür bi­zim,

Se­vin­ci­miz şə­la­lə­dən gur bi­zim,

İnan, bil­lah! Bu gün-sa­bah sur bi­zim,

Gəl mən­dən müj­də­ni al, atam-anam.

 

Ay Os­man, Təb­riz de, tit­rət bə­də­ni,

Kəs qəl­bi­ni o göy­nə­dən zə­də­ni.

Və­tə­ni, mil­lə­ti sa­tan gə­də­ni,

Qı­lınc ol, ya­rı­ya böl, atam-anam.

 

Hə­lə ne­çə il bun­dan qa­baq İn­cə də­rə­sin­də Ha­cı­mah­mud əfən­di­nin dəfn olun­du­ğu zi­ya­rət­gah olan Göy tür­bə çox gö­zəl tə­mir olu­nub. Bi­zim tə­rəf­lər­də - İn­cə də­rə­sin­də onu bu gün də söy­lə­yir gö­zü ilə gö­rən­lər, şa­hi­di olan­lar. De­yir­lər ki, o vaxt­kı çə­tin il­lər­də olan qa­da­ğa­la­ra bax­ma­ya­raq, bu mü­qəd­dəs mə­ka­nı tə­mir et­di­rən ki­şi Bor­ça­lı­dan olan Də­mir­çi Əh­məd­dir. Sən de­mə, hə­min Də­mir­çi Əh­məd şa­ir Os­man Əh­mə­doğ­lu­nun ata­sıy­mış. Də­mir­çi Əh­məd öv­li­ya ba­ba­mız Cın­dır Os­ma­nın oğ­luym­yuş. Hə­min Os­man ba­ba­mız öz öm­rü­nü Ha­cı Mah­mud əfən­di­nin Həz­rə­ti-pi­ri­miz olan Mir Həm­zə Se­yid Ni­ga­ri həz­rət­lə­ri­nin ən sə­da­qət­li mü­ri­di olub. Ye­ri gəl­miş­kən, xalq şai­ri Nə­ri­man Hə­sən­za­də­nin yaz­dı­ğı “Se­yid Ni­ga­ri Tür­bə­si” ad­lı məş­hur poe­ma­sı­nın bü­töv bir fəs­li hə­min Cın­dır Os­ma­na həsr olu­nub:

 

...Keç­din ru­sun,

Os­man­lı­nın göm­rü­yü­nü.

Sən bağ­la­dın Cın­dır Os­man,

Za­man aç­dı

Bu dü­yü­nü.

Qa­zax­da Mah­mud Əfən­di

Eşit­di, gül­dü, bə­yən­di,

Sən­dən öt­rü qə­hər­lən­di.

 

Hə­qi­qə­tən Os­man ba­ba xe­yir­xah­lı­ğın və ha­lal­lı­ğın mü­cəs­sə­mə­siy­miş. Də­də­lər­dən gə­lən haqq yo­lu­nun yol­çu­su olub şa­ir Os­ma­nın ata-ba­ba oca­ğı. Gö­rü­nür, xalq şai­ri­miz “əs­lin­də olan dır­na­ğın­da bi­li­nər” kə­la­mı­na da nə­zər ye­ti­rib. Us­tad hə­min poe­ma­da ta­nı­dı­ğı Os­man Əh­mə­doğ­lu­nu unut­ma­yıb. Onun da də­yə­ri­ni öz qüd­rət­li qə­lə­mi­lə ve­rib.

 


 

Hə­min poe­ma­nı ye­nə V his­sə­sin­də oxu­yu­ruq:

 

Os­man qa­ğa, gö­rüş­düm mən

Şa­ir nə­vən

Os­man ilə.

Bir qib­lə­yə na­maz qı­lır,

Gör­düm bu can o

can ilə.

Qı­zı­lı yox, gör­düm qı­zıl

söz­lə­ri var.

Sən­dən, mən­dən

xə­bə­ri var.

Si­nə­sin­də açıl­ma­mış

dəf­tə­ri var.

...Mən gör­mü­şəm,

döv­ran ke­çir,

bir an gə­lir,

O yol­dan ki, Os­man ke­çib,

son­ra ye­nə

Os­man gə­lir.

 

Mən Nə­ri­man Hə­sən­za­də bö­yük­lü­yü­nü və uca­lı­ğı­nı bu əsə­rin­də bir də gör­düm. Və ona Os­man Əh­mə­doğ­lu­na bu əvəz­siz mis­ra­la­rı yaz­dı­ğı­na gö­rə bir də tə­şək­kür edi­rəm.

Mən Os­man Əh­mə­doğ­lu­na da min­nət­da­ram ona gö­rə ki, mək­təb­də oxu­du­ğum il­lər­də hər mə­ni gö­rən­də de­yər­di: - Mə­nim ba­bam Ha­cı­mah­mud Əfən­di­yə 55 il qul­luq edib. Mən də hər İn­cə də­rə­si­nə ge­dən­də nə­nəm Ca­ha­na de­yər­dim ki, Bor­ça­lı­da bi­zim elə vur­ğun bir şa­ir var, o şa­ir ki, san­ki bü­töv öm­rü­nü o zu­ya­rət­ga­ha səc­də elə­miş Cın­dır Os­ma­nın nə­və­si­dir. Mən nə­nəm­nən hə­lə uşaq­lı­ğım­nan o zi­ya­rət­ga­hı hər za­man zi­ya­rət elə­mi­şəm, uşaq­dan bö­yü­yə hər kə­sin “Pir” de­di­yi o mə­kan­da kə­si­lən qur­ban­la­rı gör­mü­şəm, de­yi­lən­lər­dən qə­bul olan­la­rı, nə­zir ve­rən­lə­ri, sa­da­ğa gön­də­rən­lə­ri gör­mü­şəm.

Os­man mü­əl­lim tək­cə şa­ir yox, həm də elin-oba­nın və bü­tün in­san­la­rın ha­mı­sı­na bir in­san­lıq nü­mu­nə­si­dir.

Əs­lin­də, mən çox­dan yaz­maq is­tə­yir­dim onun haq­qın­da. Əl­bət­tə, şa­ir­li­yi və şe­ir­lə­ri haq­da yaz­ma­ğa gü­cüm çat­maz­dı. Nə də onun ya­ra­dı­cı­lı­ğı­nı də­rin­dən bil­mir­dim. Bil­səy­dim də o qə­dər ya­zı-po­zu də­rin­li­yi­nə çox ge­də bil­məz­dim. Am­ma bir tə­rəf­dən də ona olan bö­yük hör­mə­tim mə­ni din­cəl­mə­yə qoy­mur­du. Os­man Əh­mə­doğ­lu mə­nim nə­zə­rim­də sa­də və o qə­dər də sə­mi­mi bir şəx­siy­yət olub hə­mi­şə. Mən onu da­ha çox bir in­san ki­mi, bir doğ­mam ki­mi gör­mü­şəm. Gör­dü­yüm ki­mi də dü­şün­mə­yə ça­lış­mı­şam. Nə­dən­sə, öz ya­xın qo­hum­la­rım­dan bi­ri­nə, əmi­mə, da­yı­ma, bəl­kə də öz doğ­ma ba­ba­ma ox­şat­mı­şam onu. Əs­li­nə qal­sa, onun­la bir qo­hum­lu­ğu­muz lap çox­dan, bəl­kə də bi­zim özü­müz­dən çox-çox əv­vəl­lər­dən var­mış. Bu da onun ulu­la­rı­nın İn­cə də­rə­si­nə mü­qəd­dəs bağ­lı­lı­ğın­dan gə­lir­miş. Ora­da olan Göy tür­bə­yə bağ­lı­lı­ğın­dan gə­lir­miş.

Mən ona “Os­man ba­ba” de­mi­şəm uşaq­lı­ğım­dan. Öv­lad­la­rım da onu be­lə ça­ğı­rır.

Şa­ir Os­ma­nın də­yə­ri­ni ve­rən in­san­la­rı da çox gör­mü­şəm. On­lar­dan bi­ri de­di­yim ki­mi, xalq şai­ri Nə­ri­man Hə­sən­za­də­dir. Os­man Əh­mə­doğ­lu­nun təd­bir­lə­ri, gö­rüş­lər­də­ki çı­xış­la­rı, te­le­vi­zi­ya proq­ram­la­rın­da­kı, şe­ir məc­lis­lə­rin­də­ki ağır­lı­ğı onun kim­li­yin­dən xə­bər ve­rir.

Dö­nə-dö­nə “Ov­qat”, “Sə­hər sov­qa­tı”, “Ozan” və s. ve­ri­liş­lər­də iş­ti­ra­kı, Tür­ki­yə­nin “Türk­soy­la ipək­yo­lu” te­le­vi­zi­ya proq­ra­mın­da və di­gər te­de­ka­nal­lar­da­kı gö­rüş­lə­ri­nin, ta­ri­xi­mi­zə, mə­də­niy­yə­ti­mi­zə, ədə­biy­ya­tı­mı­za, sa­zı­mı­za sev­gi do­lu duy­ğu­la­rı­nın ta­ma­şa­çı­sı ol­mu­şam. Hər ve­ri­liş­də, hər gö­rüş­də ye­ni bir key­fiy­yə­ti üzə çı­xır onun. El­mi ya­zı­la­rı ilə ne­çə-ne­çə ağır sim­po­zi­um­la­rın, konf­ras­la­rın iş­ti­rak­çı­sı və mü­ka­fat­çı­sı olub.

Tif­lis­də, Ba­kı­da, Tür­ki­yə­nin müx­tə­lif şə­hər­lə­rin­də, Ko­so­vo­da, Qır­ğı­zıs­tan­da və baş­qa yer­lər­də el­mi, bə­dii və pub­li­sis­tik ya­zı­la­rı ilə çı­xış edib, ne­çə-ne­çə uğur­la­ra im­za atıb.

Am­ma ha­ra get­sə də, ha­ra­da ol­sa da, dö­nə­cə­yi, du­ra­ca­ğı və ya­şa­ya­ca­ğı bir yer var, bir mə­kan var, bir yurd var ki, o da Bor­ça­lı­dır. Os­man Əh­mə­doğ­lu nə qə­dər türk ruh­lu­dur, elə o qə­dər də Bor­ça­lı ruh­lu­dur. Özü­nün bir şei­rin­də de­di­yi ki­mi:

 

Bir saz olub ağır el­li Bor­ça­lım,

Ye­rin-gö­yün ha­va­sı­nı ça­lan­dı.

Za­man-za­man qa­da gö­rüb, qan gö­rüb,

Atəş­lə­rə, alov­la­ra qa­lan­dı.

 

Da­nən­di, əh­li-ür­fan ka­nı­dı,

Ər mə­qa­mı, ərən­lər mey­da­nı­dı.

Bir yurd ki­mi yurd­la­rın sul­ta­nı­dı,

On­dan ay­rı əf­sa­nə­di, ya­lan­dı...

 

Yurd mə­həb­bə­ti Os­man Əh­mə­doğ­lu üçün ata-ana sev­gi­sin­dən də bö­yük­dür. O sev­gi­yə çat­maq, o sev­giy­lə ya­şa­maq da hər kə­sə nə­sib ol­maz. Və o, hər ağ­rı­ya-acı­ya dö­zər, yurd ağ­rı­sı­na, da­ha doğ­ru­su, yurd­suz­lu­ğa döz­məz heç za­man.

“Bor­ça­lı” cə­miy­yə­ti­nin ver­di­yi “Za­hid Xə­li­lov adı­na türk­lü­yə xid­mət” ödü­lü­nün və Dün­ya Qa­ra­pa­paq­la­rı­nın İs­tan­bul şə­hə­rin­də keç­ri­lən I qu­rul­ta­yın­da “Türk dün­ya­sı­na hiz­mət” ödü­lü ilə mü­ka­fat­lan­dı­rı­lıb Os­man Əh­mə­doğ­lu. Bun­lar Bor­ça­lı ta­ri­xin­də bir ilk ola­raq ta­rix­lə­şib. Bu ba­şın­dan-o ba­şı­na Bor­ça­lı el­lə­ri­ni bir-bir do­la­şar, yay­da yay­laq­lar, qış­da qış­laq­lar onun mə­ka­nı olar. Yo­rul­maq nə­di, bil­məz. Ar­tıq öm­rü­nün ix­ti­yar ça­ğı­na doğ­ru qə­dəm ba­sır, am­ma hə­lə yol­lar­da­dır, uğur­lar­da­dır.

“Bor­ça­lı” cə­miy­yə­ti­nin “Elat” bay­ram­la­rın­da Ar­mud­lu yay­la­sın­da öz göz­lə­rim­lə nə qə­dər doğ­ma­lıq­lar gör­mü­şəm. Ora­da da Os­man Əh­mə­doğ­lu­nu gör­mü­şəm. Hər za­man haq­qın və hə­qi­qət­lə­rin ya­nın­da olub o in­san, mərd­lə­rin ya­nın­da olub. Hər tə­rəf­dən gə­lən qo­naq­lar ona gö­zay­dın­lı­ğı ve­rib. Doğ­ru­su, bü­tün bun­la­rı gö­rüb qü­rur­lan­ma­maq ol­maz.

Keç­mi­şə nə qə­dər bağ­lı­dı­sa, gə­lə­cə­yə də o qə­dər bağ­lı­dır o. Keç­mi­şiy­lə nə qə­dər öyü­nər­sə, gə­lə­cə­yə ümid­lə o qə­dər öyü­nər. Və bu da inam ya­ra­dır in­san­lar­da hər za­man. Mü­əl­lim ki­mi mü­əl­lim, dər­viş ki­mi də dər­viş­dir Os­man Əh­mə­doğ­lu. Han­sı sa­hə­də olur­sa-ol­sun köl­gə­si bö­yük gö­rü­nür. Bo­yu uca gö­rü­nür. On­dan öy­rən­mə­yə və ona gü­vən­mə­yə, ona ümid et­mə­yə də­yər. Bor­ça­lı­da bir şa­ir ya­şa­yır, bir dər­viş ya­şa­yır, bir in­san ya­şa­yır və onun bü­tün türk dün­ya­sın­dan bo­yu gö­rü­nür. Bu, Os­man Əh­mə­doğ­lu­dur.

 

Gül­lü El­dar To­mar­lı

Tə­zad­lar.- 2016.- 19 ap­rel.- S15.

 

 

 

 

 

 

 

 

 

 

 

Dər­viş Os­man Əh­mə­doğ­lu­nun xa­ti­rə­si­nə həsr olu­nur….

 

Sə­ni heç vaxt unut­ma­ya­ca­ğam, Os­man ba­bam.

İn­sa­nın hər za­man in­sa­na, in­san­lı­ğa eh­ti­ya­cı var. Qəl­bi in­san­lıq üçün dö­yü­nən­lər Al­la­hın ən saf bən­də­lə­ri­dir. Ona gö­rə də, o cür in­san­lar bö­yük sev­giy­lə kö­nül­lər­də taxt qu­rur­lar. İn­san­la­ra ör­nək gös­tə­ri­lir. Və dün­ya­sı­nı də­yi­şən­dən son­ra da xoş və şi­rin xa­ti­rə­lər­də ya­şa­yır. Onun haqq əməl­lə­ri bir yol gös­tə­ri­ci­si əvə­zi gö­rü­nür. Kim­lərki hə­yat­da bu cür adam­lar­la ün­siy­yət qu­rur, on­dan öy­rə­nir və öy­rə­ni­rik. Öy­rən­dik­cə də tək­mil­lə­şir və bun­dan da da­ha çox­la­rı dərs alır. Sən mək­tə­biy­din, ta­ri­xiy­din, şai­riy­din, mü­əl­li­miy­din, da­hiy­din, müd­rik idin, sa­də idin sə­mi­mi idin, hər­dən sərt, hər­dən ipək ki­mi yum­şaq idin, köv­rək idin. Hay­kır­tın da möh­tə­şəm idi, köv­rək­li­yin də. Ağ­la­ya-ağ­la­ya ya­zı­ram. Qə­lə­mim tit­rə­yir. Heç bil­mi­rəm nə ya­zı­ram. Nə gə­lir ya­zı­ram. Xa­ti­rə­lə­rim çö­zə­lə­nir. Ya­dı­ma nə­lər dü­şür və elə bir­dən də hər şe­yi unu­du­ram sən­siz­li­yi dü­şü­nən­də. Öm­rü­nü be­lə ya­şa­ma­ğa də­yər­miş, Ba­bam. Yol­lar­da, sə­fər­lər­də, təd­bir­lər­də...Ya­xın de­mə­din, uzaq de­mə­din get­din. Yol­la­rın qoy­nun­da dün­ya­nı gəşt et­din. Özün­nən de­mə­din ha­a­aa... El­dən-oba­dan, də­yər­li­lər­dən de­din. Bor­ça­lı­nı və Bor­ça­lı­lı­nın qay­maq­la­rı­nı ta­nıt­dın.

Aşıq Hü­seyn Sa­rac­lı can ve­rən­də sə­ni ça­ğır­dı və özü­nü çat­dır­dın. O isə, ay Os­man "Saz ama­na­tı" de­di. Sən də sa­za mə­həb­bə­ti­ni, el-oba­ya eti­barlını, dost­lu­ğa sə­da­aə­ti­ni gös­tə­rə­rək "Saz ama­na­tı" ad­lı ki­tab bağ­la­dın.

Bəs bu dün­ya­nın qar­ma­qa­rı­şı­ğın­da sə­nə əli­miz çat­ma­dı, Ba­bam. Sən ki­mi is­tə­din dos­tlar­dan, doğ­ma­lar­da­n? İs­tə­səy­din də di­li­nə gə­ti­rə bil­məz­din, Ba­bam. Bi­li­rəm, ilk ön­cə kön­lün­dən Və­tən qə­dər sev­dik­lə­rin Zə­lim­xan, Əli Şa­mil, sən­siz ya­şa­ya bil­mə­rəm de­yən Sü­ley­mən, Nə­ri­man, Ha­can, Emi­şin və çox­la­rı keç­di.

Za­ma­nın üzü qa­ra ol­sun, sə­ni son mən­zi­lə yo­la sal­ma­ğa gə­lə bil­mi­rik, Ba­bam.

Sə­ni bur­da ağ­la­yı­ram pün­han-pün­han.

Mi­ka­yıl Müş­viq de­miş-

Nə­dir məh­kum olub səs­siz ağ­la­maq.

Sə­ni səs­siz ağ­la­yı­ram. Göz ya­şım qəl­bi­mə axır, qəl­bi­mi yan­dı­rır, hər­dən də ya­naq­la­rı­ma sü­zü­lür...da­yan­mır.

Xəs­tə ol­du­ğu­nu bi­lir­dim. An­caq ölüm xə­bə­ri­ni eşit­mək is­tə­mir­dim.

Dü­nən Qoş­qa­rın zən­gi­ni eşit­mə­mi­şəm. Bir­dən baxdım ki, Sa­va­lan ya­zıb: Dər­viş Os­man haq­qın dər­ga­hı­na qo­vuş­du. Dün­yam qa­ral­dı, Ba­bam. Dün­ya­nın rən­gi qaç­dı, Ba­bam.

Sə­ni ta­nı­dı­ğı­ma gö­rə Al­la­hım­dan ra­zı­yam, Ba­bam. Axı­rın­cı də­fə xey­li söh­bət et­dik. So­nun­cu işıq üzü gö­rən ki­ta­bı çat­dır, de­din. Və əl ey­lə­din. Ki­ta­bı nə yax­şı çat­dır­dım, Ba­bam.

Al­lah sə­nə rəh­mət elə­sin. Ar­zu­la­dı­ğın şə­rəf­li ömür nə­si­bin ol­du. Bor­ça­lı­da do­ğul­dun, or­da bö­yü­dün, bir ömür or­da ya­şa­dın, or­da da dün­yay­la vi­da­laş­dın. Bu gün tor­pa­ğa tap­şı­rı­la­can, Ba­bam. Qoy tor­paq se­vin­sin ki, qoy­nu­na Dər­viş Os­ma­nı gə­lir.

Tor­pa­ğın yum­şaq, ye­rin cən­nət ol­sun.

Sən­nən ay­rıl­maq çə­tin­dir.

Sə­ni unut­ma­ya­ca­ğam...

Gül­lü El­dar To­mar­lı

19 mart 2020-ci il

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dərviş Osman Əhmədoğlunun

övladlarına vəsiyyəti:

 

 

Mənim  haqqı-salamım olan dostlarla heç vaxt əlaqəni kəsməyin. Onlarla haqqı-salamı davam etdirin, mən varmış kimi.

 

17 mart 2020-ci il

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

SON SÖZ

 

Kim tanımaz, kimdi yaxını, yadı,

Onlar insanlığın ağzının dadı.

Eheheheeeey!!! Mənəm, sənsən, odu,

Saf toxum əkdilər qarapapaqlar.

Türk oğlu türkdülər qarapapaqlar.

 

Dərviş Osman dünyasına aid olan ürək döyüntülü şeirlərində, duyğu, həsrət, nisgil...ucsuz-bucaqsız vətəndaşlıq ruhu hər kəsi düşündürür, coşdurur, misralarına heyran qalırsan...

Bu üzdən Dərviş Osmanın yaradıcılığından söz açmaq, danışmaq istərkən ilk öncə onun idrak və ictimai düşüncəsi önə çıxır. Dünyaya Borçalının Keşəli kəndində göz açan Dərviş Osman Əhmədoğlu bəşəriyyətə və Türk dünyası üçün doğulmuşdu.

Şairin ədəbi dünyası olduqca geniş və zəngindir. Bu zənginliyin əsasında Dərviş Osman poeziyasının ruhu saza və sözə köklənir, sərhəd tanımır, saf və təmiz ürəklərə yol alır.  Özü isə Savalan kimi uca, Səhənd kimi vüqarlıdı.

 

 

 

 

 

 

Özü demişkən:

 

Hey çəkdi özünə, çəkdi qan məni,

Tuşladı hədəfə düz nişan məni.

Çağırdı qoynuna Savalan məni,

Ağ qardan başında şal indi Təbriz.

 

Şairin şeirləri dilimizin zənginliyindən, yüksək və­tən­pərvərliyindən xəbər verir. Bu kitabda Dərviş Osmanın işıq üzü görməyən müxəmməsləri, "Ağacan" poeması, qoşmaları, gəraylıları yer alır. Kitabdan nümunələrə nəzər salaq.

 

Müxəmməs:

Qalu bəladan gələnik,

Hər bir şeyin öz vədəsi.

Yaradanın öz hökmüdü,

Hər gələn bir gün gedəsi.

Öz haqqına varan kəslər,

Çəkə bilməz ayrı bəsi.

Hərəyə bir pay verilib,

Hərə haqqın bir  bəndəsi.

Səni bir ərmağan bildi.

Dədə Qorqudun Dədəsi,

Boy boyladı, soy soyladı,

Oyatdı cahanı sazım.

 

 

 

Şair "Ağacan" poemasında deyir:

 

Şair Ağacanın ömür yolunu,

Gündüzlər axtardım, gecədən sordum.

Gəzdim bu aləmin sağı-solunu,

Cavannan öyrəndim, qocadan sordum.

 

Qoşma:

 

Dünyaya gəlişi bir paymış deyin,

Yaşadığı ömür xataymış deyin.

Bu Osman ölüyə bir taymış deyin,

Bəlkə xatırlandım belə-belə mən.

 

Gəraylı:

 

Kərəm mənəm, Əsli sənsən,

Bülbüldən xoş səslim sənsən.

Köküm sənsən, əslim sənsən,

Sənsiz dünyam xar, ay sazım.

 

Hər dəfə Borçalıya gedəndə şair Dərviş Osmanla görüşürdük və hər dəfə də yeni şeirlərini soruşur­dum. Maraqlıdı, şeirlərini özü oxumazdı, mənə oxudardı, özü də çox heyranlıqla dinləyərdi. Bir dəfə dedi ki, Dədə Qorquddan üzü bəri gələn nə qədər ustad aşıqlar var, saz havaları var hamısına "Sazım" rədifli müxəmməs yazmışam. Oxumaq istədiyimi dedim, saralmış bir dəftər gətirdi (yəqin neçə illərdi məqamı gəldikcə yazırmış). Hardasa, 97 müxəmmə­siydi, söylədi ki, hələ tamamlamamışam, yenə yazacaqlarım var. Mən çox böyük həvəslə şeirləri oxudum. Həyat yoldaşı Güldərən xanımla diqqətlə dinlədilər. Doğrusu, çox duyğulandım. Şair, necə ola bilər belə sanballı müxəmməslər saralmış varaqlarda qalsın? Çap etdirmək lazımdır, dedim.

Qismət, dedi.

Qismət belə gətirdi ki, ağır xəstəlikdən dünyasını dəyişdi şair Dərviş Osman. Onun itgisi hamı üçün ağır oldu. Aşıq Alı demiş: Ölüm haqdır, çıxmaq olmaz əmirdən. Ölümündən sonrayaymış yəqin bu şeirlərin qisməti. Onu da deyim ki, mənə şairin əlyazması təqdim olanda müxəmməsin sayı artıq 110-a çatmışdı. Bəlkə də yenə də yazacaqları varmış. Kim bilir?  Müxəmməsin sonuncusu özünə aiddi:

 

Ulu Tanrı qüdrətinnən,

Bir belə fərman elədi.

Sazı bizə buta verdi,

Dərddərə dərman elədi.

Oxu dəydi düz sinəmnən,

Bağrımı şan-şan elədi.

 

Bu qurğunu özü qurdu

Ömrümü dastan elədi

Qaynadım bir bulaq kimi,

Sinəmi ümman elədi

Axırda ozan elədi

Bu Dərviş Osman sazım

 

Aşıq sə­nə­ti­nin in­ki­şa­fı, mil­li- mə­nə­vi də­yər­lə­ri­mi­zin qo­ru­nub sax­lan­ma­sı, mü­qəd­dəs saz sə­nə­ti­nin   düz­gün təb­li­ği yo­lun­da bu ki­tab bir mək­təb ola­caq, aşıq­lar üçün yol gös­tə­ri­ci­si ola­caq.

"Mən Bor­ça­lı­da qal­dım" ki­ta­bı Ulu Tan­rı­nın dər­ga­hın­da şa­ir Dər­viş Os­man Əh­mə­doğ­lu­nun əziz xa­ti­rə­si­nə bir töh­və ol­sun.

Mən Dərviş Osman Əhmədoğlunun poeziyası ilə tanış olduqca onda olan sonsuz vətən sevgisinə hey­ran qaldım. O, çağdaş ədəbiyyatımızın o taylı-bu tay­lı demədən bariz nümunəsidir. Onun ən böyük xid­mət­lərindən biri Borçalı-Türk ədəbi birliyini böyük Turan ədəbi dünyasına daxil etməsidir.

Dərviş Osman yaşadığı kimi yazdı, yazdığı kimi yaşadı.

Mənimçün böyük xoşbəxtlikdir ki, çətinliklərə baxmayaraq bu kitabı böyük Azərbaycan şeir sənət dünyasına təqdim etmək səadəti mənə nəsib oldu.

Yolu davamlı olsun.

 

Güllü Eldar Tomarlı,

Mirvarid Dilbazi Məclisinin sədri

 

 


 



























 



 

İÇİNDƏKİLƏR 
ÖN SÖZ ............................................................................. 3 
ÖZÜ GETDİ, SÖZÜ VƏ NƏĞMƏLƏRİ YADİGAR QALDI................................................................................ 6 
Sazım (müxəmməs – poema)............................................... 9 
Şair Ağacan (poema)......................................................... 67 
ŞEİRLƏR ......................................................................... 88 
Aşıq Göycə yadıma düşüb................................................. 88 
Türk oğlu türkdülər qarapapaqlar...................................... 92 
Nobat tutmalıyam Sarıkamışda ......................................... 95 
Çəkərəm ............................................................................ 96 
Gördüyüm yuxu................................................................. 97 Mərhəba............................................................................. 98 
Emin ağa Borçalıya ........................................................... 99 Oldum.............................................................................. 100 
Üzü dağlara ..................................................................... 102 Duydum........................................................................... 105 
Nə gözəl........................................................................... 106 
Təbriz .............................................................................. 107 
Rustaveli– Nizami........................................................... 108 
Bakıdan Tiflisə gələn qatara............................................ 109 Qalıbdı............................................................................. 111 
Sənnən ayrı...................................................................... 112 Var................................................................................... 113 
A dağlar........................................................................... 115 
Bir dastana yazılan şeir.................................................... 116 
Boluda ............................................................................. 117 Gəldim............................................................................. 118 
Dərviş Osman Əhmədoğlu 270 Mərhaba........................ 119 
Kiçik bir giley.................................................................. 120 
Salam olsun ..................................................................... 121 Gələrəm........................................................................... 123 
Olardımı heç.................................................................... 124 İsmarıc............................................................................. 126 
Ayrıdı .............................................................................. 127 Mən.................................................................................. 128 
Adsız şeir......................................................................... 129 Varmış............................................................................. 131 Sevgi................................................................................ 133 
Bəstəkar qardaşıma məktub............................................ 135 Görmüşəm....................................................................... 137 
Haqq nurusan................................................................... 139 
Dünya, qulağını bəri tut görüm ....................................... 140 
Bu dünyada ən çox istədiyim adama............................... 142 Müxəmməs...................................................................... 144 
Sizə .................................................................................. 146 Rəsuloğlu......................................................................... 147 
İlk kitabım ....................................................................... 149 Sazım............................................................................... 152 
Bu həsrət.......................................................................... 153 
Sən də qalma... ................................................................ 155 
Ona .................................................................................. 157 Lalələr.............................................................................. 158 Azaflı............................................................................... 160 
Yadıma anamın laylası düşüb.......................................... 161

DƏRVİŞ OSMAN ƏHMƏDOĞLU ŞAİRLƏRİN SÖZÜNDƏ…................................................................ 162 
“Seyid Nigari Türbəsi” kitabından.................................. 162 Dərvişim.......................................................................... 164 
Mən Borçalıda qaldım 271 Dərviş Osman...................... 166 
Osman olub ..................................................................... 168 Dərvişim.......................................................................... 169 
Dədə yolu ........................................................................ 170 
Mayqa Mətin ......................
 Dünyanınhalaladamı........................................................ 175 
Ay Dərviş Osman ............................................................ 177 
Şairlərin Osmanını itirdik................................................ 179 
Dərviş Osman Əhmədoğluna .......................................... 182 
Borçalının şair oğlu Osmana ........................................... 183 
Şair dostum Dərviş Osmana ............................................ 184 Gəlir................................................................................. 186 
Ay Osman........................................................................ 187 
Bizim Osmandı................................................................ 188 
Ay Dərviş ........................................................................ 190 
Osman Əhmədoğlu.......................................................... 192 
Dəmlə balabanı balabançı dost........................................ 193 
Osmanların dərvişini itirdik............................................. 195 
Şair Dərviş Osmana......................................................... 197 

DƏRVİŞ OSMAN ƏHMƏDOĞLU HAQQINDA DÜŞÜNCƏLƏR............................................................ 200 
Bütün türk dünyasından boyu görünən – Dərviş Osman Əhmədoğlu ...................................................................... 226 
Dərviş Osman Əhmədoğlunun xatirəsinə həsr olunur…. 236 
Dərviş Osman Əhmədoğlunun övladlarına vəsiyyəti...... 239 
SON SÖZ........................................................................ 240 



Dərviş Osman Əhmədoğlu 
272 Dərviş Osman Əhmədoğlu “Mən Borçalıda qaldım” Bakı, “Ləman nəşriyyat poliqrafiya MMC”, Bakı – 2021, 272 səh. Nəşriyyatın direktoru: Xanlar Həsənli Nəşriyyatın redaktoru: Alparslan Öztürk Texniki redaktor: İlqar Təmoyev Yığılmağa verilmişdir: 05.01.2021 Çapa imzalanmışdır: 15.02.2021 Format: 60x84 1/16 Ş.ç.v. 17 Sayı 500 nüsxə “Ləman Nəşriyyat Poliqrafiya” MMC-də çap edilmişdir

Comments

Popular posts from this blog

Dünya qapını aç, aç çıxım gedim.

DÜNYA QAPINI AÇ, AÇ ÇIXIM GEDİM Könlümə bir yuva yapa bilmədim, Başımı daşına çırpa bilmədim, Qapın hayandadı, tapa bilmədim. Dünya! qapını aç, aç çıxım gedim. Bəndənin tanrıya ərki çatışmır. Səhvləri sərməyə sərgi çatışmır. Ürəklərdə təkcə sevgi çatışmır. Dünya! qapını aç, aç çıxım gedim. Ürəyim illərdən əsim-əsimdi, Qulağına çatan quru səsimdi, Qonağın olduğum illər bəsimdi, Dünya! qapını aç, aç çıxım gedim. Göydə şimşəyinə dönüb çaxmaram. Yerdə bulağınla qoşa axmaram. Dönüb bir dəfə də geri baxmaram. Dünya qapını aç, aç çıxım gedim. Yenidən boşalıb, dolmaq çətinmiş. Bir dində, bir donda qalmaq çətinmiş. Zəmanə adamı olmaq çətinmiş, Dünya! qapını aç, aç çıxım gedim. İnsanıq, ağacıq, quşuq, böcəyik, Tapılmaz tapmaca, sir, bilməcəyik. Onsuzda nə vaxtsa görüşəcəyik. Dünya! qapını aç, aç çıxım gedim…                                             ...

Beləcə qal, nolar, könlüm

                                                             GÜLLÜ ELDAR TOMARLI                                                    (Şeirlər)   SUMQAYIT - 2015 Sumqayıt,  “Azəri” nəşriyyatı . 2015,  64 səhifə. Redaktor: İbrahim İlyaslı “Beləcə qal, nolar, könlüm” şairə Güllü Eldar Tomarlının ilk şeirlər kitabıdır. Kitaba müəl­lifin ədəbi yaradıcılığa başladığı vaxtdan bu yana qələmə aldığı şeirlərdən seçmələr daxil edilib. Duyğu və düşüncələrini ənənəvi heca vəznin­də səmimiyyətlə qələmə almış Güllü xanımın şeirləri maraqlı və poetik deyimləri ilə diqqəti cəlb edir.      “Azəri” nəşriyyatı, 2015   MÜƏLLİFDƏN Dəyərli oxucu!...

Bir az sazdan, bir az sözdən

GÜLLÜ ELDAR TOMARLI Bir az sazdan, bir az sözdən Bakı - 2017 Redaktor: İbrahim İlyaslı Güllü Eldar Tomarlı. Bir az sazdan, bir az sözdən. Sumqayıt, “Azəri” nəşriyyatı, 2017, 224 səhifə “Bir az sazdan, bir az sözdən” şairə Güllü Eldar Tomarlının sayca ikinci kitabıdır. Müəllifin publisistikasından ibarət olan bu kitaba onun əsasən məşhur aşıqların sənət və ömür yolundan bəhs edən məqalələri, eyni zamanda, müxtəlif səpkili publisist yazıları və hekayələri daxil edilmişdir. “ HALAL YÜKÜN KARVANIYAM...” Xalq şairi Bəxtiyar Vahabzadə mühazirələrinin birində deyirdi ki, İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesi səhnəmizə oyanış, təzəlik, pıçıltı gətirdi. “Region press” qəzetində “Xındı Məmmədi düşünürəm” adlı məqaləni oxuyanda xoş hisslər keçirdim. Həm sevindim, həm heyrətləndim. Sağlığında lent yazıları, ədəbi irsi tam qorunub saxlanmayan, geniş təbliğ olunmayan ustad sənətkar haqqında yanıqlı-yanıqlı, ağız dolusu danışan, mətbuata təzə ab-hava gəti...